пятница, января 04, 2008

Qurbanlıq- maddi , yoxsa mənəvi qazanc?

İslam- sevgi, ictimai ədalətlilik və mərhəmət dinidir. Bu prinsiplər müsəlmənları daim başqalarını da düşünüb, onlara yardımçı olmaqa sövq edir.

Qurban bayramı da islamda olan yardımlaşma nümunələrindən biridir. Bu bayramın gözəlliyi, dəyərliliyi onun həm maddi, həm də mənəvi faydalılığındadı. İqtisadi vəziyyəti stabil, yaxşı olan insanlar kəsdikləri qurbanlardan imkanı olmayanlara paylayır, aylarla evində ət olmayan ailələrə maddi yardımla yanaşı, həm də sevinc bəxş edirlər. Qurbanlıq həm də qohum-əqrəba, qonşular arasında olan soyuqluq və etinasızlığın sevgi və mehribanlıqla əvəz olunmasına da xidmət etmiş olur.

Qurban bayramı-insana Allah tərəfindən ona əmanət verilən canının qiymətini xatırladır. Kəsəcəyi heyvanın yaşayıb yaşamayacağına mal sahibi qərar verdiyi kimi, insanın da var olub olmamasına, həyatının təqdiratına yaradıcısının, Rəbbinin yəni Allahın qərar verdiyinin bir daha fərqinə varır. Qurban kəsərkən insan həm öz həyatını dəyərləndirir, həm də qəlbində mərhəmət, rəhm hissinin inkişafına səbəb olur.

Qurban bayramının sosioloji-iqtisadi bir müsbət xüsusiyyəti də heyvandarlığa sövqdədir. Hər il Qurban bayramında kəsiləcək heyvanların təmin olunması insanların iqtisadi vəziyyətlərinin yaxşılaşmasına təsir göstərir. Beləki, qurbanlıq üçün nəzərdə tutulmuş mal-qaranın satışından əldə edilən qazanc Azərbaycanın və yaxud digər ölkələrin əyalətlərindəki çətin maddi vəziyyətdən əzab çəkən bir çox ailələrin büdcəsinə müsbət təsir edə bilər.

Qurban bayramının tarixinə nəzər salarkən Azərbaycan və ya dünya gənclərinə, valideynlərinə örnək olmaqa layiq faktlarla rastlaşırıq. Bu bayramın bu mövzuda tərbiyəvi əhəmiyyəti olduqca böyükdür. Xüsusilə də valideyn-övlad münasibətlərində. Nəzər salaq. Elə ki, İbrahim (ə) oğluna onun başını kəsib onu Allahın əmri ilə qurban edəcəyini xəbər verdi, İsmail (ə) irəli gəlib ''Ey Ata, sənə əmr edilmiş işi yerinə yetir. Görəcəksənki, Tanrının istəyi ilə mən necə səbr edənlərdənəm'' buyurdu. Oğulun İlahi əmrdən qaynaqlanan ata sözü qarşısında bu qədər hazır olması əxlaqi baxımdan necə də dəyərlidir. Eyni zamanda bizim dövr üçün aktualdı. Ata da öz növbəsində övladına qarşı dürüstdü. Oğlunu belə çətin sınaqa salmamışdan öncə onu məlumatlandırır və onun rəyi ilə maraqlanır. Bu qarşılıqlı itaətliliyin müqabilində Allah həm ataya, həm də oğula mükafat olaraq kəsmək üçün qurbanlıq göndərdi. Bu özü də insaniyyətə bir çağırışdır ki, Allaha itaət et, xeyr tap.

Unutmayaq ki, Allah faydası olmayan heç nəyə əmr etməz. Əmr etdiyi hər bir şeydə insan üçün həm maddi, həm də mənəvi fayda var. Odur ki, hər bir əməli əmr olunduğu kimi, təhrifsiz yerinə yetirmək lazımdır. Təəssüflər olsunki, bəzən insanlar bu və ya digər hallarda şərtlərin fərqinə varmırlar. Qurban kəsərkən ən önəmli məsələləri unudurlar. Nəzir deyilmiş qurbanı bayram günü kəsirlər, qurbanlıqı halal olmayan və ya borc pulla alırlar. Qurbanın kəsilmə, ətin bölüşdürülmə kimi önəmli şərtlərinə əməl etmirlər. Bu halların heç biri yol verilməzdir. Çox zaman belə məsələlər bilgisizlikdən irəli gəlir. Onların həlli yalnız maarifləndirmə yolu ilə mümkündür. Allaha şükürlər olsun ki, ildən – ilə insanların məlumat almaq imkanları genişlənir. Ümüd edirik müsəlmanlar diqqət yetirərlər ki, qurban halal ruzidən, yalnız Allaha xatir kəsilməlidir ki, Allahın razılıqına səbəb olsun və öz fəlsəfəsini yaşatsın.

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Günay Həsənova

1 комментарий:

bikexanim комментирует...

Normaldir amma,sonuncu abzasla movzu arasinda elaqe yoxdur.