Kütləvi informasiya vasitələrində axırınçı və gündəmdə olan ən önəmli mövzulardan biri də Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus olan Miq-29 qırıcı təyyarənin qəzaya uğraması məsələsidir. Artıq qəza xeyli vaxtdır baş verib, lakin qırıçının qəzaya uğraması səbəbləri məlum deyil.
Bu hadisənin təqribi xarakterliyi, rəsmilərin qeyri-müəyyən movqe tutmağı movzunun obyektinin tam məxfi təbiətə malik olmasından irəli gəlir, və bundan başqa, qəzanın baş verdiyi yer dəniz hesab olunur. Yəni qırıcının qəzaya uğraması, pilotların həlak olmaları barədə hər hansı bir məlumatı əldə etmək üçün müraciət olunaçaq mənbələr məxfi, üstüörtülü oldüğündan dəqiq bir nəticə əldə olunmamağı ilə nəticələnir. Təbii ki, burada maraq vətandaşlarımızın keşiyində duran pilotların öz vətandaşlarımızın olması, öz işlərinin professionalı sayılmağı, onların bu səviyyəyə çatmasına həm vəsaitin və həm vaxtın tələb olunması daha çox narahat doğuran məqamlardır.
Bu qəzanın səbəbləri barədə həm respublikadaxili və həm xarici analitiklər müxtəlif versiyalar soyləyə bilər. Bəzi məlumatlarda belə versiya soylənir ki, güya Ukraynadan alınan qırıcıların istismar dövrü bitmişdir, bəziləri qəzanın baş verməsini təyyarənin idarə edən pilotların təcrübəsizliynə bağlayırlar və sairə. Təbii ki versiyalar söyləndiyi vaxt, çoxlu suallar doğurur və bunlara çavab axtarmaq üçün hər hansı bir yerə müraciət etsək belə, tam aydınlıq hasil olmur. Lakin, hazırki məqalədə məqsəd bu versiyaları təhlil etmək deyil, hazırki durumda aviasiyanın yeri və rolu barədə mülahizələrlə bölüşməkdir.
Qeyd etmək lazımdır ki, döyüş bölgəsində milli ordumuzun atəşə tutulması, əsgər və zabitlərimizin həlak olması, əsir düşməsi - münaqişə edən tərəflərin atəşkəs imzalamasının çox kövrək bir məsələ olmasına dəlalət edir. Və yeri gəlmişkən, millətimizin vətənpərvrlik ruhunda olması onunla sübuta yetir ki, danışıqlarda Azərbaycanın nəinki 7 işğal olunmuş ərazilərin, heç Qarabağın ermənilər məskunlaşan bölgələrinin də güzəşt edilməsinə ictimaiyyət razılıq verməz.
Dövlət başçısının həm ölkədaxili və həm xaricdə edilən çıxışlarında Azərbaycanın bu probelmin həl olunmasını yalnız və yalnız Qarabağın və 7 işğal olunmuş ərazilərinin Azərbaycana qaytarılması çərçivəsində baxıla biləcəyini, əks təqdirdə bu məsələni hərb yolu ilə həll olunmasını söyləməsinin şahidi olmuşuq. Buna oxşar çıxışlar həmçinin Azərbaycan Respublikasının hərb sahəsinin yetkililəri tərəfindən də mütəmadi olaraq səsləndirilir. Bu - Azərbaycan Respublikasının danılmaz kursu hesab olunaraq vurğulanıb. Rəsmi Ermənistan Azərbaycanın bu çıxışlarını cavabsız qoymayıb. Ermənistanda keçirilən prezident seçkilərində qalib gəlməsi daha çox ehtimal olunan namizəd Serj Sarkisyan həyasızcasına bildirmişdir ki, müharibə başlasa, Azərbaycan yenidən 20% torpaq itirər və 2 milyon yeni qaçqın problemi ilə üzləşər. Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları başlayacağı təqdirdə həyasız Sarkisyan Ermənistanın Hərbi Qüvvələrinin layiqincə cavab verəcəyini də iddia etmək cəsarətində bulundu.
Bu gün Ermənistanın Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində Havadan Hücüm Əleyhinə vasitələrin quraşdırılması barədə mətbuatda məlumatlar getmişdir. Bu, onu göstərir ki, ermənilər Azərbaycan tərəfindən edilə bilən hava zərbələrindən çox qorxurlar.
Hər bir halda, Azərbaycan HHQ-nin tərkibində Miq-29 tipli təyyarənin olması öz yerini göstərdi; onlar təlim ucuşları edir və Vətənin sərhədlərini qorumaqla bərabər, yenidən Qarabağda Azərbaycanın suverenliyini bərpa etmək yönündə çox güclü bir amil olaraq qalır. Qeyri-rəsmi mənbələrdə «birinçi Qarabağ müharibəsi» ifadəsinin tez-tez işlədilməsi, Azərbaycan Silahlı Qüvvələrinin hərbi hazırlıq vəziyyətində olması, atışmaların baş verməsi və hər an Ermənistanın havadan hücum gözləməsi, Qarabağ məsələsinin «passiv vulkan»a oxşaması əslində Ermənistan tərəfininin mövqeyində zəifliyi büruzə verir.
Hərbi aviasiyanın Qarabağ döyüşlərində istifadə olunması yeni məsələ deyil. Xüsusi maraq doğuran hərbi vertolyotların deyil, məhz mövzumuza uyğun olaraq hərbi qırıcıların istifadəsi tarixidir. Hərbi aviasiyanın Qarabağ döyüşlərinin ilk mərhələlərində istifadəsi, əsas etibarilə Azərbaycanın Milli Qəhramanı Vahid Qurbanovun adı ilə bağlıdır. Bu şəxsin xatirəsini yaddaşmızda canlandıraraq onun barəsində qısa olaraq desək mövzuya uyğun olardı. Qurbanov Vahid Baxtiyar oğlu (1967-1992) Borisoqlebskiy adına aviasiya məktəbini bitirib, baş leytenant rütbəsi aldığı bir zaman 1992-ci ilin aprel ayının 8-də Sitalçayda yerləşən 80-cı hüçüm avia-alayının havalimanından, böyük cəsarət nümayiş etdirərək Su-25 qırıcı təyyarəsini qaçırtmışdı. O, iki nəfər azərbaycanlının: təyyarə texniki, leytenant Məmmədovun və aviamexanik gizir Qulievin yardımı ilə qırıcı təyyarəni uçüş vəziyyətinə gətirmiş və qaçırtdığı təyyarəni Yevlaxda yerləşən mülkü hava limanına endirmişdir. Sonralar məhz buradan Qarabağ döyüşlərində iştirak etmək üçün uçuşlar edib. Qurbanov müvəffəqiyyətlə Martuni, Əskəran rayonlarında, həmçinin Verinşen və Ay Paris istiqamətlərində hüçumlar edərək erməni silahlı qüvvələrinə böyük itkilər yetirib.
Ümumiyyətlə, hərbi qırıcı təyyarələrin silahlı qüvvələrin döyüş uğurunda iştirakı baxımından yeri əvvəzedilməzdir, bu faktdır və onun fakt olmasını Qarabağ döyüşlərinin ilk mərhələsində məhz Vahid Qurbanovun tərəfindən idarə edilən Su-25 tipli qırıcı təyyarənin göstərdiyi nailiyyətlər təsdiq edir. Sözügedən Miq-29 tipli qırıcı təyyarələrlə müqayisə etmək üçün Su-25 tipli qırıcı təyyarənin barəsində məlumat almaq və Vaqif Qurbanovun bu təyyarənin vasitəsi ilə göstərdiyi misilsiz qəhramanlığı işıqlandırmaq üçün tarixə bir nəzər salmaq yerinə düşərdi. Məlumat üçün deyək ki, Vaqif Qurbanovun Su-25 tipli qırıcı təyyarəni qaçırtdığı zaman, Rusiya hərbi komandanlığı tərəfindən Gürçüstanın Vazian məntəqəsində yerləşən 982-ci hərbi hava limanında yerləşən iki Miq-23 tipli təyyarəyə əmr verilmişdir ki, Vahid Qurbanovun idarə etdiyi Su-25-i məhv etsinlər. Nədənsə o təyyarələr bunu etmədi və ya edə bilmədi və 8 may 1992-çi ildən etibarən Su-25 müntəzəm olaraq Qarabağda yerləşən erməni silahlı qüvvələrinə divan tuturdu. O zaman əsas hədəf Xankəndi, onun ətrafında yerləşən və erməni silahlı qüvvələrinin yerləşdiyi ehtimal olunan ərazilər olub. Su-25 tam öz gücünü göstəməkdə idi - iki gün ərzində, 8-9 may 1992-çi ildə Vahid Qurbanovun idarə etdiyi Su-25 qırıcı təyyarəsi erməni silahlı qüvvələrinə böyük itki vurdu. Həmin gün ermənilər Şuşa qalasını almağa can atırdılar.
Şuşa Xankəndi şəhərindən 11 km aralıqda yüksəklikdə yerləşməsi və alınmaz olması sayəsində bizim silahlı qüvvələrə «Alazan» və «Qrad» tipli qurğulardan məharətlə istifadə etmə üstünlüynünü verirdi. Bu isə ermənilərin məğlub olması demək idi.
Qurbanovun idarə etdiyi təyyarə ilə erməni vertolyotu vurulmuşdu. May ayının 9-u Yak-40 sərnişin təyyarəsini silah daşınma üçün istifadə edildiyi üçün Xankəndidən uçdüğü zaman vurulmuşdu. Həmin ilin may ayında aviasiyamız tam gücü ilə fəaliyyət göstərirdi: erməni silahlı qüvvələrinin dəqiq və ehtimal olunan yerləri məhv edilirdi. Məsələn, mayın 10-da bizim vertolyotlar və Su-25 qırıcısı ilə Xankəndində yerləşən hədəflərə və o cümlədən, hava limanına hücüm edildi. Həmçinin Qarov və Krasni kəndlərində hərbi obyektlər məhv edildi. Mayın 12-si Su-25 vertolyotların koməyi ilə Şoş, Verinşen, Ay Paris və Xramort kəndlərində yerləşən erməni silahlı qüvvələrinə olmazın dağ çəkdi. Mayın 19-u Martuni rayonunda yerləşən Artek və Zaqli kəndlərində yerləşən erməni silahlı qüvvələrinə mərmi atəşi endirdi. Həmin gün bizim dörd vertolyotumuz keçmiş Şaumyan rayonunda yerləşən Manaşid və Verişon kəndlərində yerləşən erməni silahlı qüvvələrinə zərbə endirdi.
Bizim aviasiyada Mi-24 tipli hərbi vertolyotlarının yeri böyük olub: onlar həm yerli sakinlərə komək edib və həm hərbi əməliyyatlarda istifadə edilib. Məlum olduğu kimi, vertolyot pilotları əksəriyyəti Əfqanıstan döyüşlərini görmüş hərbçilər olub. Həmçinin Su-25 tipli təyyarənin quru qoşunlara danılmaz koməyi olub və bu təyyarənin ilk anlarda tək olmasına baxmayaraq, erməni silahlı qüvvələri həddən artıq itkilər verdi.
Qurbanovun qəhrəmanlıqları 1992-nin iyun ayında da davam etmişdir. İyunun 12-də bizim ordu hücüma keçir. Və bu an erməni hərbi qüüvələrinə məxsus olan 3 ədəd Mi-24 tipli hərbi vertolyot Qubadlı rayonunda yerləşən Azərbaycan kəndlərini atəş tutur. Qurbanov dərhal həmin üç vertolyotun ikisini vuraraq sıradan çıxarır və vertolyot heyəti məcbur olaraq endikləri vaxt əsir götürülür. İyun ayının 13-də Vahid Qurbanov Azərbaycan torpağını yağı düşməndən təmizləmək üçün növbəti dəfə havaya qalxdıqda, mənfur ermənilər tərəfindən vurulur və şəhid olur…
Ölümündən sonra Vahid Qurbanova Azərbaycanın Milli Qəhrəmanı kimi yüksək ad verilir…
Qayıdaq bizim müqayisəyə. Əslində Su-25 hərbi qırıcı təyyarəsi «bombardmançı» kimi istifadə olmasına baxmayaraq, bu tip təyyarə ölçülərinə görə quru qoşunların hüçüm etməsini rahatlaşdırmaq üçün nəzərdə tutulub. Su-25 tipli qırıcı təyyarənin aerodinamik xüsusiyyətlərinin yüksək olması, çevik olması, düşmən atəşinə dözümlü olması və enib-qalxma xüsusiyyələri Qarabağ döyüşlərində hərbi əməliyyatların yerinə yetirilmə imkanlarını artırır. Məsələn, hədəfi görmə qabiliyyətinin məhdud olması zamanı və eniş zolağının kiçik olduğu halda bu tip təyyarənin texniki imkanları uçuşun təhlükəsiz yerinə yetirilməsini təmin edir. Əgər biz Su-25 və mövzuda olan Miq-29 tipli qırıcı təyyarələri müqayisə etsək, onda Miq-29-un müasir tələblərə daha uyğun olmasının şahidi olacağıq. Miq-29 qırıcı təyyarəsi əslində sonuncu və öz xüsusiyyətlərinə görə çoxfunksiyalı hesab edilən 4-cü nəslə aiddir. Miq-29 tipli qırıcının silahlanma xüsusiyyətləri də Su-25-dən qat-qat yüksəkdir. Əgər nəzərə alsaq ki, Qarabağ döyüşlərinin ilk mərhələsində qeyri-rəsmi məlumatlara görə bizdə cəmi 3 ədəd təyyarə var idisə və onlardan yalnız Vahid Qurbanovun idarə etdiyi Su-25 tipli qırıcı təyyarə olubsa, indi isə müxtəlif məlumatlara əsasən bizim Hava-Silahlı Qüvvədərinin tərkibində 48 ədəd Miq-29 tipli qırıcı, 26 ədəd Miq-25, 11 ədəd Su-24, 8 ədəd elə həmin Vahid Qurbanovun idarə etdiyi Su-25 təyyarəsi, 15 ədəd Mi-24 vertolyotu var. Bütün bunlardan əlavə, mətbuatda gedən sonuncu məlumatlarda Çin-Pakistan istehsalı olan və həmin Miq-29 qırıcısının əsasında hazırlanan 26 ədəd JF-17 tipli qırıcı təyyarənin alınması bildirilmişdir. Müqayisə üçün deyək ki, keçmiş SSSR-nin ərazi bütovlüynə görə ikinci dövləti olan Qazaxstanın HHQ-nin tərkibində cəmi 30 ədəd Miq-29 tipli təyyarə vardır.
Görünür, məhz buna əsasən, Ermənistan təhlükəni anlayır və onun Havadan Hücum Əleyhinə qurğuların varlığı barədə məlumatları dönə-dönə səsləndirməsi heç də təsadüfü görsənmir.
Amma tək aviasiya ilə iş bitmir. Erməni tərəfi gözəl bilir ki, Azərbaycan ordusunda «Smerç» adlanan reaktiv yaylım atəş sistemləri vardır. Müharibə zamanının «Katyuşa»sı hamının yadındadır. «Smerç» isə «Katyuşadan» müqayisəedilməz dərəcədə güclü sistemdir. Bu qurğunun bir yaylım atəşi cəmi 38 saniyə çəkir, uzağa vurma məsafəsi 90 km-dir, tam atəşi ilə 672 min kvadrat metr ərazini məhv edir. Oxuçuda tam aydın təsəvvür yaransın deyə, bunu demək olar ki, bu təqribən 92 (!) futbol stadionu ölçüsündə ərazidir. İndi zavallı Sərkisyan havadan müdafiə olunsun, yoxsa «Smerç»dən?!
Bizdən isə gözləmək və ümid etmək qalır. Tezliklə o gün gəlsin və Qarabağımız mənfur düşməndən təmizlənsin. Allah Vətən yolunda canını vermiş igidlərə və ümumiyyətlə, cəmi şəhidlərə pəhmət eləsin! Amin!
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Əliəsgər Rüstəmov
1 комментарий:
Genish formada tehlili meqaledir.Zennimce yazi seliqeli ve ehateli yazilib
Отправить комментарий