пятница, мая 30, 2008

«ÖZÜNÜ ZƏHƏRLƏMƏ!»






Hər 1dəqiqədə dünya üzrə 10 nəfər siqaretin qurbanı olur
"Beynəlxalq tütünsüz gün" münasibətilə
· İcərişəhər "Cümə" məsçidinin dini icmasının,
· "Dəyərlər" AİN-in,
· "İman və elm" gənclər mərkəzinin,
· "Sağlam həyat tərzi uğrunda" hərəkatın,
· İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyasının
· "İmam Əli (ə)" idman klubunun
təşəbbüsü ilə 30 may 2008-ci il tarixində BMM-nin «Böyük zalı»nda «Özünü zəhərləmə!» şüarı altında tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə İçrərişəhər «Cümə» məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu açmışdır. O, «Beynəlxalq tütünsüz gün»ün elan olunma zərurətini, tütünün insan həyatı üçün yaratdığı fəsadları təhlil etmiş, mövzu ilə bağlı statistik rəqəmlərə toxunmuşdur. Natiq bildirmişdir ki, orta hesabla hər keçən 1dəqiqədə dünya üzrə 10 nəfər siqaretin qurbanı olur.
Sonra çıxış edən natiqlər siqaret çəkməyin insanın sağlamlığına, hətta həyatına kəsb etdiyi real və labüd zərər barədə məruzələr səsləndirmişlər. Bildirilmişdir ki, siqaret tüstüsü nəinki tək bu zərərli vərdişə mübtəla olanın özünün, habelə onun ətrafdakılarının, xüsusilə də azyaşlı uşaqların səhhətinə dəhşətli ziyan vurur. Çıxışlarda açıqlandı ki, hər il dünyada yalnız iş yerlərində 200 000 insan passiv siqaretçəkmədən (tüstü udmaqdan) həyatının itirir.
Tədbirdə habelə «Cümə» məscidi dini icmasının «İntizar» yaradıcılıq studiyasının və «İman və elm» gənclər mərkəzinin hazırladığı tütün əleyhinə maarifləndirici video-çarxın prezentasiyası keçirilmiş, mövzuya aid slayd təqdimatı edilmişdir.


Xəbər xidməti

пятница, мая 23, 2008

Xəbərlər

HƏMAS Fələstin xalqını müdafiə etmək əzmində olduğunu bəyan edir

İşğalçıların atəşkəsə maraq duymadığını ifadə edən HƏMAS: "Fələstin xalqını əhatə etmə və hücumlara qarşı qorumağa davam edəcəyik" deyə bəyan etmişdir.
HƏMAS rəsmisi Əbu Zuhri HƏMAS-ın atəşkəs mövzusunda hər hansı bir yeni şərt qəbul etməyəcəyini ifadə etdib. Fələstin İnformasya Mərkəzi "İslami Müqavimət Hərəkatı (Həmas) bildirir ki, işğalçıların təşkil etdiyi hücumlar sionistlərin atəşkəslə maraqlanmadığını göstərdiyini ifadə edir, bu səbəbdən əhatə etmə və hücumlara qarşı Fələstin xalqını qorumağı davam etdirəcəklərini" yazdı. HƏMAS spikeri Sami Əbu Zuhri etdiyi şərhdə "İşğal güclərinin bu ana qədər reallaşdırdığı və üç fələstinlinin şəhidliyinə gətirib çıxaran hücumlar işğalçıların atəşkəs istəmədiyini göstərməkdədir. Düşmən hücumları davam etdirməkdə qərarlı görünməkdə, Misir rəhbərliyinin cəhdlərinə fürsət verməyi istəməməkdədir" - deyərək HƏMAS-ın Fələstin xalqını qorumağı davam etdirəcəyini açıqladı.
Atəşkəs mövzusuna da toxunan HƏMAS spikeri, Qahirəyə hərəkət edən HƏMAS heyətinin misirli səlahiyyətlilərdən atəşkəs mövzusunda sionistlərin nəzərlərini dinləyəcəklərini və buna görə bir cavab verəcəklərini ifadə etdi.
HƏMAS-ın hər hansı bir yeni şərt qəbul etməyəcəyini ifadə edən Əbu Zuhri, yeni şərtlər təqdim etmənin əyləndirmə və razılaşmağı istəməmə mənasını verəcəyinə diqqət çəkdi.
Əbu Zuhri sözlərini belə nöqtələdi: "HƏMAS atəşkəslə əlaqədar olaraq Qahirədə etdiyi ali səviyyəli təmasların ardından öz dünyagörüşünü təqdim etdi. Ayrıca Qahirəyə gedən Həmas heyəti yeni bir görüşmə etməyə deyil, Misirin vasitəçiliyini etdiyi və üzərində lazımlı qiymətləndirmələrin zatən edilmiş olduğu görüşmə haqqında cavab almağa getdi."



Avropa Fələstini anlayırmı?

HƏMAS: Görüşlər Avropanın HƏMAS-ın təcrid olunmasının səhv olduğunu anlamasını təmin etdi. Əbu Zuhri Həmasla avropalılar arasındakı görüşmələrin yeni olmadığını ifadə etdi.
Fələstin Məlumat Mərkəzi xəbər verir ki, İslami Müqavimət Hərəkatı (HƏMAS) avropalı səlahiyyətlilərlə HƏMAS arasında bir çox dəfə görüşmələr edildiyini və bunların içərisində fransızların da olduğunu ifadə etdi. Həmas spikeri Sami Əbu Zuhri Qəzzədə nəşr olunan "Fələstin" qəzetində nəşr olunan şərhində avropalıların bu görüşlərdəki məqsədinin hərəkatın fərqli mövzularla əlaqədar fikirlərini öyrənmək olduğunu bildirdi.
Fransa Xarici işlər Naziri Bernard Kuşer son aylarda HƏMAS-ın səlahiyyətli isimləriylə bir çox görüşlər keşirmiş və bu görüşlər haqqında "Əgər bölgədə rol oynamağı davam etdirmək istəyirsək bu görüşmələri etmək məcburiyyətindəyik" ifadələrini istifadə etmişdi.
Bu təmasların avropalıların HƏMAS-ın beynəlxalq arenadan təcrid edilməsinin səhv olduğunu anlamasını təmin etdiyini ifadə edən Əbu Zuhri, HƏMAS-la avropalılar arasındakı görüşmələrin yeni olmadığını ifadə edərək bunun elan edilməsinin təbii olduğunu söylədi.
Nazir B.Kuşer bu şərhləri «Le Figaro» qəzetinin HƏMAS-ın 1967-ci il sərhədləri üzərinə qurulmuş gerçək mənada müstəqil bir Fələstin Dövlətini qəbul etdiyi mövzusunda nəşr etdiyi bir analiz üzərinə etmişdi.



Provokator həbs edildi

DTP-in nümayişində əlinə Quran alıb şərh edən ixtişaşçıya həbs cəzası verildi.
Diyarbəkirdə, DTP-nin nümayişində əlində Qurani-Kərim ilə şərh edən Mühitdin Əryılmaz haqqında ''terror təşkilatının təbliğatını etmə'' maddəsiylə 2 il 6 ay həbs cəzası verildi.
Diyarbəkir 5-ci Kriminal Məhkəməsində keçirilən məhkəmə iclasında məhbus şübhəli Əryılmaz fəaliyyətdə sülh və qardaşlıq çağırışı etdiyini, terror təşkilatının təbliğatını etmədiyini iddia etdi. Məhkəmə heyəti verdiyi qısa aradan sonra şübhəli Əryılmaza, ''terror təşkilat təbliğatını etmə'' cinayətiylə Terrorla Mübarizə Qanununun 7-ci maddəsinə əsasən 3 il həbs cəzası verdi. Məhkəmə heyəti, şübhəlinin iclaslardakı yaxşı davranışını göz qarşısında saxlayaraq, cəzanı 2 il 6 aya endirdi.
Şübhəli Mühitdin Əryılmaz, DTP Diyarbəkır millət vəkilləri Səlahəddin Dəmirdaş, Aysel Tuğluk və Güldən Kışanak ilə Böyükşəhər Bələdiyyə Başçısı Osman Baydəmirin də aralarında olduğu bir qrup DTP-linin qatıldığı nümayiş əsnasında əlində Qurani-Kərim ilə şərh etmiş, ardından etdiyi çıxışlar səbəbiylə həbs olunmuşdu.



Əfqanıstan və İraq demokratiyası Orta Şərqdə

Fələstin işğalının 60 illik ildönümü fəaliyyətləri çərçivəsində Şimon Peresin himayəsində təşkil edilən beynəlxalq "Sabaha Baxmaq" mövzulu konfransda çıxış etmək və israil-Fələstin sülh görüşmələrinə dəstək vermək üzrə İsrailə gələn ABŞ prezidenti Corc Buş, "Orta Şərqdə əsas məqsədlərinin demokratiyaya dəstək vermək olduğunu" söylədi.
Buş Qüdsdə Pereslə görüşdüyü zaman, Peres ona göstərdiyi anlayış və verdiyi dəstək üçün təşəkkür etib. Orta Şərqdəki "son inkişaflar"a toxunan Peres, HİZBULLAH-ın Livanı ələ keçirdiyini, HƏMAS-ın Qəzza fəalyyətinin Fələstin dövlətinin qurulmasının qarşısında mane olduğunu söyləyib. Fələstinlilərin ikiyə bölünməsinin həm onlar, həm də özləri üçün bir "faciə" olduğunu ifadə edən Peres, yenə də rejimin guya nə fələstinlilərin, nə də Livanın düşməni olduğunu söylədi.
ABŞ başçısı Buş da ABŞ-ın İsrailə dəstəyini vurğulayarkən, İsraili "Orta Şərqdəki güclü müttəfiqi və dostu" olaraq təqdim etdi. Buş, ABŞ-ın məqsədinin, «yalnız Orta Şərqdə demokratiyaya dəstək vermək olduğunu», bölgədə «demokratik bir İsrailin» 60 illik varlığının bir optimizm səbəbi olduğunu ifadə etdi. (AA)



Uçan balıqlar fenomeni

Bir televiziya qrupu tərəfindən Yaponiyanın cənubunda göstərilən balıq saatda 30 kilometr sürətlə gedən bir su qayığı ilə yarışarkən görülüb və olay lentə alınmışdır.
Yaponiya Əkinçilik Nazirliyində işləyən Junji Yonezava həmin ərazidə «Exocoetidae» adı verilən təxminən 40 uçan balıq növü olduğunu söylədi. Səlahiyyətli bu balıqların uçarkən quyruq üzgəclərindən güc aldıqlarını ifadə etdi. Yonezava 45 saniyə uçan balığın bütün fiziki tutumunu məcbur etdiyini, bundan daha uzun müddət uçmasının çətin olduğunu ifadə etdi.
ABŞ-lı tədqiqatçılar isə bu balıq növünün 1920-ci ildə 42 saniyə boyunca uçarkən görüldüyünü ifadə etdilər.



Türkiyənin vətəndaş cəmiyyəti təmsilçiləri İsrail işğalına etiraz etmişlər

Türkiyənin Bəyazid şəhərində bir araya gəlmiş vətəndaş cəmiyyət qurumları İsrail işğalına kəskin etiraz bildirmişlər. Etrazlarda "İşğal üzərindən keçən 60 il (1948-2008) yalnız Fələstin xalqına deyil, bütün Orta Şərq bölgəsinə və dünyaya ağrılar yaşatmağa davam edir" fikri xüsusi vurğulanmaqdadır.
"Yüz minlərlə yəhudi köçkünlərinə yurd meydana gətirmək iddiasıyla Fələstin xalqını yaşadığı yerdən qovan siyonist işğal ABŞ və Qərb ölkələrin dəstəyiylə insanlığa meydan oxuyaraq sürür. Fələstin xalqının ağrıları üzərinə qurulmuş olan 60 illik rejim, eyni zamanda bütün insanlığa qarşı hədə meydan oxumaqdadır. İşğala etinasız qalmamaq və insanlığımızın bizlərə yüklədiyi məsuliyyəti yerinə yetirmək üzrə həssas vətəndaş cəmiyyət qurumları olaraq ortaq təşkil etdiyimiz fəaliyyətə qatılaraq dəstək vermənizi gözləyirik" deyə toplantı öncəsi təşkilatçılardan biri demişdir.
İsrailin qırğınlarına etiraz etmək üçün İsrail rejiminin Türkiyədəki səfirliyi qarşısında etiraz mitinqi də keçirilmişdir. Çıxışlarda xüsusilə vurğulanmışdır ki, "İsrailin quruluşu başdan-başa insan haqqlarının pozuntusudur. Təəssüf ki, bu gün İsraili himayə edən ABŞ, dünya ölkələrini insan haqqlarını pozmaqla günahlandırır, halbuki bəsləyib böyütdüyü İsrailin varlığı ABŞ-ın ikiüzlülüyünü ortaya qoyur".


Sudanda durum gərgin olaraq qalır

Sudanda bir həftədə ən az 222 adam ölmüşdür. Sudan rəhbərliyi üsyançıların paytaxta hücumunda ən azı 222 adamın öldüyünü açıqladı.
"AA"-nın bildirdiyinə görə Sudan ordusu, üsyançıların paytaxt Xartuma istiqamətli hücumunda 97 əsgər, ən az 91 üsyançı və 34 vətəndaşın öldüyünü bildirdi.
Sudanda davam qarşıdurmalardakı qurbanların sayıyla əlaqədar ilk dəfə şərh edən bir hərbi səlahiyyətli, Darfurdan paytaxta doğru irəliləyən Ədalət və Bərabərlik Hərəkatına (JEM) bağlı üsyançılarla vuruşan 4-ü zabit 97 əsgərin həyatını itirdiyini ifadə etdi. Adının açıqlanmasını istəməyən hərbçi ölən vətəndaşlardan ikisinin misirli, ikisinin də seneqallı olduğunu ifadə edərkən, 2 əsgərin də itkin olduğunu bildirib



Hizbullah hərəkatı israilyönümlü milisi pərən-pərən saldı
60 milyon dollar xərc müqabilində yaradılmış qüvvələr, Hizbullahın bircə həmləsi nəticəsində dağıdıldı

Hizbullah, israilyönümlü Saad Haririnin milis güclərini dağıtdı. S.Haririnin "ABŞ dəstəyilə" qurduğu milis gücləri Hizbullah qarşısında dağılıb getdi.
Livanda Saad Haririnin rəhbərlik etdiyi "Gələcək hərəkatının xüsusi təhlükəsizlik şirkətləri» adı altında milis güclərinin meydana gəldiyi aydınlaşıb. «Los-Angeles Times» qəzetinin xəbərində ABŞ dəstəyilə qurulan bu gücün Hizbullah qarşısında dağılıb getdiyi vurğulanır.
Xəbərə görə, bir ildir silahalanan israilpərəst milislər Hizbullaha qarşı xüsusi təlimlər keçirdi lakin bu hərəkat qarşısında bir gecədə dağıldı. Milislərin çoxu Hizbullahla qarşılaşınca ya silahlarını təslim etdi, ya da Beyrutdan qaçdı. Qəzetə danışan bəzi milislər isə yalnız bir neçə saat müqavimət gösrərə biləcək gücdə olduqlarını ifadə edərək özlərini müdafiə etdi.
İsrailyönümlü milis dəstəsinin birinin başçısı, "Silahları və sursatı haradan tapacaqdıq. Bütün yollar tutulmuş, küncə qısdırılmışdıq. Saad Hariri belə bizi qədərimizlə baş-başa buraxdı" deyərək, milis güclərinin hələ Hizbullah səviyyəsində mübarizəyə hazır olmadığını vurğuladı. Eyni səlahiyyətli, "Yalnız milyon dollarlar xərcləyərək bir il içərisində bir ordu qura bilməzsiniz" deyərkən, döyüşçülərin uğrunda vuruşacaqları bir dəyər, bir ideyanın olmasının lazım olduğunu vurğulayıb.
Hizbullahın sarsıdıcı bir sürətlə israilyönümlü milisləri məğlub edərək, Qərbi Beyrutu nəzarət altına aldığını vurğulayan qəzet, pullu milislərin isə psixoloji sarsıntıya məruz qaldığını yazdı. Qəzetə görə 60 milyon dollar xərclənən milislər üçün lazım olan təchizat da ABŞ-dan gətirilmişdi.
ABŞ prezidenti C.Buş, BBC-nin ərəb xidmətinə etdiyi şərhdə Livan hökumətinə özünü Hizbullaha qarşı müdafiə etməsi üçün kömək etməyə hazır olduqlarını söyləmişdi. Buş, bunu necə edəcəkləri haqqında isə açıqlanma etməyib.
«Dəyərlər»in izahı: Qeyd edək ki, ümumi işlədilən «milis» anlamı, oxucunun vərdiş etdiyi «polis» mənasında deyil, əslində hər hansı hərəkatın hərbiləşdirilmiş dəstələrinə deyilir.


ABŞ-ın yaxın zamanda qlobal baxımdan çökəcəyi proqnozlaşdırılır

Dünya Riyaziyyat Fəlsəfəçiləri Mərkəzi Qurucusu Siddiq Əfqan, ABŞ-ın yaxın bir zamanda çökəcəyini bildirərək, "ABŞ-ın çökəcəyi tarix olaraq, 2013-ci il görünür. Bu əməliyyatda səhv payı 5 ildir" - dedi.
Məşhur riaziyyat fəlsəfəçisi Siddiq Əfqan, 15 ildən sonra yenidən inanılmaz iddialar ortaya atdı. "Kainatın Sirləri" adını verdiyi layihəsində Siddiq Əfqan, SSRİ-nin və İran şahlığının dağılması, 1990-cı ildə İtaliyada oynanan dünya kubokunun sahibinin Almaniya olacağı, İraq döyüşü kimi tarixi hadisələri "Kainatın Sirləri" adlı layihəsində proqnozlaşdırmışdı.
Siddiq Əfqan dini və elmi məlumatları riyaziyyat məntiqi istifadə edərək araşdırdığını ifadə edərək, bu günə qədər heç yanılmadığını ortaya qoyub. Əfqanıstanın Riyaziyyat Fəlsəfəçiləri Mərkəzi rəhbəri olan Siddiq Əfqan, «Ruslar SSRİ dövründə Əfqanıstanı işğal etdiklərində Əfqanıstan zəngin bir ölkə idi. Rusiya ideologiya sahibi bir ölkə olan Əfqanıstandan və əfqan xalqından yaxşı dərslər aldı, bu dərslər istiqamətində ağılını istifadə etdi.
Rusiya, Orta Asiyadan çəkilərkən bütün təbii zənginlikləri, oranın xalqlarına miras olaraq buraxdı. Rusiya, insan haqları mənasında xalqına sahib çıxır. SSRİ-də Rusiya Federasiyası bundan güzəşt vermədi. İnsana hörməti ön planda tutdu. 20-ci əsrdə Rusiya və ruslar antipatik olaraq görülərkən, artıq sahib olduqları ideologiya onlara doğru yolu göstərdi və möhtərəmlik qazanmalarını təmin etdi» deyə bildirdi.
31 Mart 1976-cı ildə ABŞ tərəfindən açıqlanan 200 filosof arasında adının 4-cü sırada iştirak etdiyini ifadə edən S.Əfqan, ABŞ-a və ABŞ hökumətinə isə tənqidlər də edib. Əfqan, "ABŞ ruslar kimi ideologiya sahibi deyil. Yalnız şəxsi mənfəət və qazancı güdürlər. ABŞ üçün "insan haqları ölkəsi" deyilir, ancaq ABŞ ölkəsindəki insanlardan çox bəslədiyi itlərin haqlarını ön plana çıxarır.
«21-ci əsrdə Amerika artıq dəyər itirməyə başladı və çöküşə doğru gedir. İraqa şəxsi mənfəətləri üçün girdilər, imperatorluqlarını yaymaq istədilər, amma bacara bilmədilər. Əfqanıstanda da müvəffəqiyyətsiz oldular. Çünki onlar əfqan xalqının mənfəətlərini deyil, öz mənfəətlərini güddülər. Əfqan xalqının güvən və ürəyini qazansaydılar, burada itirmə şansıları yox idi» - deyə o, davam edib. ABŞ-ın yaxın tarixdə dağılacağını qarşıya qoyan S.Əfqan, «Ağlını istifadə etməkdən məhrum ABŞ-ın ömürü çox qısaldı. SSRİ üçün istifadə etdiyim düsturu indi də ABŞ üçün istifadə etdim. Buna görə ABŞ-ın dağılması 2013-cü il olaraq görünür. Bu əməliyyatda səhv payı 5 ildir» ifadələrini istifadə etdi.
S.Əfqan yaxın tarixdə yıxılacağını iddia etdiyi ABŞ-dan sonra dünyanın yeni super gücünün İslamiyyət olacağını, "Gələcəyin hakimi inanc sahibi insanlar olacaq" kimi fikir bildirmişdir. Dünya və Əfqanıstan Riyaziyyat Fəlsəfəçiləri Mərkəzinin banisi olan S.Əfqan, ABŞ tərəfindən riyaziyyat fəlsəfəçisi və filosof olaraq 31 mart 1976-cı ildə rəsmi olaraq tanınmışdır. ABŞ tərəfindən hazırlanan siyahıda dünyadakı 200 filosof arasında 4-cü yerdə olan Əfqan, 15 riyaziyyatçı arasında da ikinci sıradadır. SSRİ dövründə Lipetsk şəhərində pedaqoji və riyaziyyat sahələrində təhsil alan Sİddiq Əfqan, hələ də Əfqanıstanda Riyaziyyat Fəlsəfəçiləri Mərkəzinin müdiri olaraq vəzifə yerinə yetirir.

Xəbərləri hazırladı: Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



KEÇƏN ƏSR DÜNYADA NƏLƏR OLDU

(1900 - 2000)
1. İlk radio yayımı (1901) - İlk radio yayını Gulielma Markoni tərəfindən reallaşdırıldı.
2. San Fransisko zəlzələsi (18 Aprel 1906) - Tarixin ən böyük zəlzələlərindən biri San-Fransiskoda meydana gəldi. Şəhər tamamilə dağıldı.
3. İlk paltaryuyan maşın (1906) - İlk paltaryuyan maşın Alva Fişer tərəfindən hazırlandı.
4. İlk sərnişin təyyarəsi (21 mart 1908) - Tarixdə ilk sərnişin təyyarəsinin uçuşu həyata keçirildi.
5. «Ford-T» (12 avqust 1908) - Ford-T modelli seriya avtomobil bazarinda satışa çıxarıldı.
6. «Titanik» batdı (15 aprel 1912) - Dünyanın nəhəng transatlantik "Titanik" aysberqə çırpılaraq batdı. 1517 adam öldü.
7. l Dünya müharibəsi (28 iyun 1914) - Macar vəliəhdi Ers-hersoq Frans Ferdinand Sarayevoda bir serb əsgəri tərəfindən sui-qəst təşkil edilməsi l Dünya müharibəsinin başlamasına səbəb oldu.
8. Panama Kanalı (15 avqust 1914) - Atlantik ilə Sakit okeanlarını bir-birinə bağlayan 81 kilometr uzunluğundakı Panama kanalı açıldı.
9. Psixoanaliz (1916) - Zigmund Freyd "Psixoanaliz Qaydası"nı ortaya atdı.
10. Rasputin öldürüldü (30 dekabr 1916) - Çar ailəsinin uşağının səhhətinə üsbət təsir etmək vasitəsilə saray daxilinə girən Rasputin adlı keşiş, qısa müddət sonra zadəganların reaksiyalarını üzərinə çəkdi. Knyaz Feliks Yusubovun başçılığı ilə bir qrup onu əvvəl zəhərlədilər, sonra da tapanca ilə vurdular, ən sonda da buzlu çay sularına ataraq öldürdülər.
11. Rus inqilabı (25 oktyabr 1917) - Fevralda Rusiyada çar ailəsi iqtidardan uzaqlaşdırıldı, 25 oktyabrda isə (yeni təqvimlə noyabrın 7-də) bolşevik çevrilişi baş verdi. Müvəqqəti hökumətin yerinə "fəhlə-kəndli sovetləri iqtidarı" quruldu və bolşevikler rəhbərliyi ələ keçərdi.
12. ABŞ Döyüşdə (6 aprel 1917) - ABŞ prezident Uilsının qərarıyla I Dünya müharibəsində müttəfiqlərinə qoşuldu.
13. DNK şifrəsi həll edildi. - İnsanın yaranmasının şifrəsi Fransis Krik və Ceyms Uotsın tərəfindən həll edildi.
14. İlk vertolyot (helikopter) (18 fevral 1921) - Bugünkü vertolyotların atası ilk vertolyot fransız Ömişen tərəfindən havaya qalxdı.
15. İnsülin tapıldı (27 iyul 1921) - Tibbdə böyük bir kəşf olan İnsülin tapıldı.
16. TV kəşf edildi (1926) - Dünyanın ilk TV-si Skoç L. Baird tərəfindən kəşf edildi. Ancaq inkişafı əsrin ikinci yarısına qaldı.
17. Pensilin tapıldı (1927) - Aleksadr Fleming pensilini tapdı.
18. "Göy adaları" qaydası (1929) - Edvin Habıl "Göy adaları"nin bir-birindən uzaqlaşdığını təyin etdi. "Big Bang"in mənbəyi aydın oldu.
19. İlk Oskar (16 may 1929) - İlk Oskar mükafatları verildi.
20. "Təntən" doğuldu (10 may 1929) - "Təməl Rəis" doğuldu (1 iyul 1929) Məşhur cizgi filmi qəhrəmanı "Təməl Rəis" doğuldu.
21. İlk Çempiyonat (30 iyul 1930) - Montevideoda edilən ilk dünya futbol çempionatını Uruqvay qazandı.
22. Hindistana Müstəqillik (15 sentyabr 1931) - Londonda keçirilən yığıncaqda M.Qandi "Hindistana müstəqillik" istədi.
23. Hitler iqtidarı (10 yanvar 1933) - Adolf Hitler Almaniyanın kansleri oldu.
24. Ari İrq təmizliyi (8 Aprel 1933) - Almaniyada Ari irqindən olmayanlar dövlət postlarından təmizlənməyə başlandı.
25. Radar tapıldı (1935) - R.Watson Watt radar cihazını qurdu. Ancaq yayılması II Dünya müharibəsində müdafiə etmə məqsədli oldu.
26. Maksim Qorki öldü (14 iyun 1936) - Məşhur rus yazıçısı Maksim Qorki öldü.
27. II Dünya müharibəsi başladı (1 sentyabr 1939) - Almaniyanın Polşaya hücumu ilə II Dünya müharibəsi başladı.
28. "Külək kimi keçdi" (15 dekabr 1939) - Kino tarixinin əfsanəvi filmi "Külək kimi keçdi" nümayişə çıxdı. Baş rollarda Klark Qeybl və Viviyan Liy oynayırdı.
28. SSRİ-yə hücum (22 iyun 1941) - Almaniya Sovetlər Birliyinə hücum etdi.
29. Perl-Harbor basqını (7 dekabr 1941) - Yaponlar ABŞ-ın Sakit okean donanmasını Perl-Harbor bazasında ani bir basqınla yox etdilər. Beləliklə ABŞ-da da II Dünya müharibəsində iştirakçıya çevrilirdi. Perl-Harbor basqını yaddaşlarda dərin iz buraxmışdır.
30. Leninqrad (18 yanvar 1943) - Sovet ordusu Leninqradın 16 ay davam edən mühasirəsini yardı.
31. Yalta Konfransı (11 Fevral 1945) - Stalin, Ruzvelt və Çörçil bir yerə toplaşıb, döyüş sonrası dünyanı böldülər.
32. San-Fransisko Konfransı (25 aprel 1945) - 46 ölkə "Birləşmiş Millətlər Təşkilatı"nı qurmaq üçün bir araya gəldi.
33. İlk Atom Bombası (6 avqust 1945) - Yaponiyanın Hirosima şəhərinə tarixin ilk atom bombası atıldı. 80 min insan öldü.
34. Mahatma Qandi öldürüldü (30 yanvar 1948) - Hindli pasifist lider Mahatma Qandi öldürüldü.
35. Fələstinin işğalı ilə İsrail rejiminin quruluşu baş verdi (14 May 1948).
36. Kalaşnikov (1946) - Sovet silah mühəndisi Mixail Kalaşnikov tərəfindən edilən və öz adı verilən "Kalaşnikov" avtomatı dünya səviyyəsində məşhur oldu. O gündən etibarən bu avtomat yüzlərlə vətəndaş müharibəsi və döyüşdə istifadə edildi.
37. NATO quruldu (18 mart 1949) - Şimali Atlantik Razılaşma Təşkilatı (NATO) quruldu.
38. Kapitan Kusto dənizlərdə (24 noyabr 1951) - Məşhur dəniz alimi kapitan Kusto araşdırma gəmisi "Kalipso" ilə dənizlərə çıxdı.
39. İlk atom sualtı qayığı (14 iyun 1952) - ABŞ ilk atom sualtı qayığı dənizə endirdi.
40. İlk kompüter (1952) - İlk kompüter IBM701 hazırlandı.
41. Tranzistorlu radio (1952) - İlk tranzistorlu radio "Sony" firması tərəfindən hazırlandı.
42. Everestə çıxıldı (29 iyul 1953) - Dünyanın ən yüksək pilləsi olan 8888 metrlik Everest təpəsinə çıxıldı. Çıxış Edmınd Hilari və bələdçisi Tenzinq tərəfindən reallaşdırıldı.
43. Mak Donalds şəbəkəsi (1954) - İlk "Fast food" yemək şəbəkəsi olan Mak Donalds açıldı.
44. Bağdad Paktı imzalandı (21 noyabr 1955) - Türkiyə, İran, Pakistan və İngiltərənin iştirakıyla Bağdad Paktı imzalandı.
45. Kiprdə narahatlıq (12 yanvar 1956) - Kiprli yunanların bir türkü öldürmələri nəticəsində İngiltərə adaya hərbi qüvvə çıxardır.
46. İlk peyk (4 oktyabr 1957) - Sovet İttifaqı ilk süni peyki «Sputnik-1»-i kosmosa çıxardı.
47. Kosmosda ilk insan. (12 aprel 1961) - SSRİ kosmosa ilk insan olan Yuri Qaqarini göndərdi. Sovetlər kosmos yarışında ABŞ-dan bir addım önə keçdilər.
48. Berlin divarı (20 avqust 1961) - Şərqi Almaniya, iki sistemi bir-birindən ayıracaq olan və illərlə "Utanc divarı" olaraq xatırlanacaq Berlin Divarının inşasına başladı.
49. Kennediyə sui-qəsd (22 noyabr 1963) - ABŞ prezidenti Con F. Kennedi, Texasda bir sui-qəsd nəticəsində həyatını itirdi. Sui-qəsd şübhəlisi olaraq Li Harvi Osvald həbs olundu. Lindın B. Conson ABŞ-ın yeni prezidenti olaraq vəzifəyə başladı.
50. Vyetnam müharibəsi (7 avqust 1964) - ABŞ-ın Viyetnama hərbi müdaxiləsi.
51. Malkolm X şəhid edildi (21 fevral 1965) - Zənci müsəlman lider Malkolm X Nyü-Yorkda çıxş etdiyi əsnada 16 güllə ilə şəhid edildi.
52. Məhəmməd Əli fenomeni (25 may 1965) - Ağır çəkidə boks çempionu Məhəmməd Əli, etdiyi ünvan görüşündə Soni Listını ilk raundda nakaut etdi.
53. İlk ürək nəqli (3 dekabr 1967) - Cənubi Afrikalı Dr. Kristiyan Bırnard ilk ürək əməliyyatını reallaşdırdı. Xəstə 18 gün sonra öldü.
54. Martın Lüter Kinq öldürüldü (4 aprel 1968) - ABŞ-da zəngilərin hüquqlarının müdafiə üzrə tanınmış xacim, zənci lideri Martın Lüter Kinq öldürüldü.
55. Çexoslavakiyanın işğalı (21 avqust 1968) - Çexoslavakiyada Aleksandır Dubçekin iqtidara gəlməsiylə başlayan müstəqil sosializm axtarışı Sovet tanklarının Praqaya girməsiylə sona çatdı.
56. Ayda ilk insan (21 iyul 1969) - ABŞ-a aid «Apollo-11» kosmos vasitəsi Aya endi. Nil Armstronq Aya ayaq basan ilk insan oldu. Bu insanlıq üçün buyük bir addım oldu. Sonralar o,ayda Qurani-Kərimi gördüyünü və azanı dinlədiyini dünyaya çatdırdı.
57. Soljenitsin Nobel aldı (10 dekabr 1970) - Sovet rejimi müxalifi, "QULAQ Arxipelaqı"nın müəllifi Aleksandr Soljenitsin Nobel ədəbiyyat mükafatını aldı.
58. Helsinki zirvə toplantısı (1 avqust 1975) - Helsinki zrvə toplantısında "İnsan Haqları Müqaviləsi"nə 35 ölkə imza atdı.
59. Əfqanıstanın işğalı (24 dekabr 1979) - SSRİ Əfqanıstanın işğalına başladı.
60. Əsrin Toyu (29 iyul 1981) - İngiltərə Uels Şahzadəsi Çarlz ilə Şahzadə Diana möhtəşəm bir mərasimlə evləndi.
61. AİDS (SPİD) virusu tapıldı (23 aprel 1984) - AİDS xəstəliyinə səbəb olan virus tapıldı.
62. İndira Qandi öldürüldü (31 oktyabr 1984) - Hindistanın baş naziri İndira Qandi gözətçisi tərəfindən öldürüldü.
63. «Çelencer» faciəsi (28 yanvar 1986) - Amerikan kosmos raketi «Çelencer», qalxdıqdan 72 saniyə sonra partladı. Ekipajın 7 üzvünün hamısı öldü.
64. Çernobıl faciəsi (26 aprel 1986) - Sovet İttifaqında, Belorusiya SSR-də Çernobıl atom elektrik stansiyasının nüvə reaktorunda partlayış oldu. Radioaktiv sızma bböyük bir ərazini yaşamaq üçün mümkünsüz etdi. Çoxlu sayda insan tələfatı baş verdi, minlərlə insan şüa xəstəliyinə düçar oldu.
65. Tiyan-an-mın hadisələri (3 iyun 1989) - Çinin paytaxtı Pekindəki Tiyan-an-mın meydanında etiraz edən tələbələrin üzərinə atəş açıldı. Çoxlu sayda gənc öldü.
66. Berlin səddi söküldı (9 noyabr 1989) - II Dünya müharibəsi sonrası Şərqi və Qərbi Almaniya ilə iki sistemi bir-birindən ayıran "Berlin səddi" dağıdıldı.
67. Soyuq müharibə bitdi (3 dekabr 1989) - Maltada görüşən Corc Buş-ata və Mixail Qorbaçov soyuq müharibənin bitdiyini rəsmi olaraq bəyan etdilər.
68. Mandela həbsxanadan çıxdı (11 fevral 1990) - Cənubi Afrikalı zənci lider Nelson Mandela həbsxanadan çıxdı.
69. Körfəz müharibəsi. (16 yanvar 1991) - "Səhra fırtınası" deyə kodlaşdırılan, İraqı Küveytdən geri çəkilməyə məcbur etmə adı ilə ABŞ və müttəfiqlərinin əməliyyatı başladı. Bağdada hava və mərmi zərbələri başladı.
70. Yuqoslaviyada vətəndaş müharibəsi (29 iyun 1991) - Yuqoslaviyada etnik zəmində vətəndaş müharibəsi alovlanır.
71. Nüvə razılaşması (3 yanvar 1993) - Moskvada bir araya gələn Buş-ata və Yeltsin Nüvə silahlarını azaltma haqqında müqavilə imzaladılar.
72. Çeçenistanın işğalı (11 dekabr 1994) - Rusiya qoşunları birtərəfli olaraq müstəqillik elan edən Çeçenistana girdi.
73. Qoyun dölünün klonu (23 fevral 1997) - Şotlandiyalı alimlər dünyada ilk dəfə bir qoyunun klonunu yetişdirdilər.
74. Honq Konq Çinə qayıtdı (1 iyul 1997) - Honq Konq 156 illik ingilis rəhbərliyindən sonra razılaşmaya əsasən təkrar Çin rəhbərliyi altına girdi.
75. Şahzadə Diana öldü (31 avqust 1997) - Keçmiş ingilis şahzadəsi Şahzadə Diana Parisdə keçirdiyi avtomobil qəzasında öldü. Qəza, yanında nişanlısı Dodi Əl-Fayed varkən müəmmalı şəraitdə baş verdi. Bəzi versiyalara görə, bu qəza deyil, əslində şahzadə Diananın İslamı qəbul edib, əl-Fayedə ərə getməsinin qarşısını almaq üçün törədilən terror aktı idi.
76. Avro «doğuldu» (yanvar 1999) - Avropanın ümumi pul vahidi olan "avro" dövriyyəyə daxil oldu.

77. Kosovaya NATO hərəkatı (12 yanvar 1999) - Kosovaya NATO təyyarələrindən bomba yağmağa başladı. Hərəkatın 79-cu günündə - 12 iyunda bombardman sona çatdı.
78. Əsrin son Günəş tutulması (11 avqust 1999) - Əsrin son günəş tutulması dünyada maraqla ilə izlənildi.
79. Türkiyədə zəlzələ (17 avqust 1999) - Türkiyənin Mərmərə bölgəsində 7.4 bal gücündə zəlzələ baş verdi 17.118 insan öldü.
80. Bəşəriyyət XXI yüzilliyə qədəm qoydu…


Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi




среда, мая 21, 2008

Qurani-Kərimin fəzilətləri

Müqəddəs kitabımız Quran 4 səmavi kitablardan sonuncusu olaraq, bəşəriyyətin nicatı üçün əziz İslam Peyqəmbəri, xatəmin-nəbi (son peyqəmbər) olan Həzrət Muhəmmədə (s) nazil olmuşdur. 124 min ilahi Peyqəmbərlərin hərəsinin özünə və zamanına aid möcüzəsi olmuşdur. Qurani-Kərim isə bizim peyqəmbərimizn ən böyük möcüzəsi sayılır.
Quranın bir çox adları var: «Məcid», «Nur», «Hudən» (hidayət edən), «Moizən» (moizə edən), «Şifaən» (şəfa edən) və s. «Quran» - oxunan (qiraət edilən) deməkdir.
Quranın fəzilətləri misilsizdir. Onun yeniliyi hər zamana aiddir. 14 əsrdən çox bir zaman öncə nazil olmasına baxmayaraq, sanki bu günün hökmlərini özündə ehtiva edir. Yəni, hər dəfə Quranı tilavət edəndə, ilk dəfəki kimi yeni bir zövq verir insana. Bu elə bir kitabdır ki, onu oxuyanlara həm bu dünyada, həm axirət (əbədi) dünyasında munis, sirdaş və şəfaətçi olacaq. O, öz fəsahət və bəlağəti ilə bütün zamanlara aid İslam ümmətinin ən qiymətli incisi kimi dəyərini saxlayır. Yeganə səmavi kitabdır bir hərfi belə dəyişməz qalıb. Bunu «Hicr» surəsi 9-cu ayə bəyan edir: «Biz Quranı Qiyamətə qədər özümüz qoruyacayıq».
Quran iki cür nazil olub. I dəfə Ramazan ayında Həra mağarasında Peyqəmbərə (s) «Ələq» surəsinin ilk 5 ayəsi «oxu» kəlməsi ilə nazil olub. Onda Peyqəmbərimiz (s) təəccüb edir və soruşur: «Axı mən oxuya bilmirəm. Nəyi oxuyum?» O hərf belə tanımırdı, məktəb görməmişdi. Vəhy mələyi 3 dəfə «oxu» kəlməsini təkrar edir və Həzrət (s) oxumağa başlayır. Ayə-ayə, tədricən Quran 23 il müddətində nazil olur və 114 surəni əhatə edir. Hansı məsələ müsəlmanları narahat edirdi, Peyqəmbərdən (s) o haqda soruşardılar və onun barəsində ayə nazil olardı, yaxud Peyqəmbər (s) özü Allahdan istəyərdi ki, bir məsələ haqda məlumatlansın.
Kafirlər Peyqəmbərdən (s) daha bir möcüzə - ayın parçalanmasını istəyirlər. O namaz qılır və sağ əlinin şəhadət barmağı ilə ayın iki yerə bölünməsini Allahdan istəyir. Bu möcüzə də baş verir. Amma kafirlər yenə də iman gətirmirlər ki, bu sehrdir.
II nazil olma isə Rəcəb ayının 27-də birbaşa, bütöv halda Peyqəmbərin (s) qəlbinə nazil olur.
Quranın elə bir sehri, ecazı var ki, düşmənləri Peyqəmbəri (s) öldürmək qəsdi ilə onun evinə gələndə Quranın avazı onları məftun etmişdi. Onlar nə üçün gəldiklərini belə unutmuşlar, gözlərindən yaş axırmış. Rəvayətdə var ki, Peyqəmbərimiz (s) çox gözəl Quran tilavət edərmiş.
Ondan sonra isə Həzrət Əlinin (ə) Quranın yığılıb, kitab şəklinə salınmasında, ayələrin təfsirində böyük xidməti olmuşdu. Ayə nazil olarkən Peyqəmbər (s) ilə birgə Əli (ə) onun şəni - nüzulunu təfsir edərdi. Yəni, Peyqəmbər (s) ayəni oxuyar, Əli (ə) onu yazardı. Və Əhli Beyt (ə) «Natiqi Quran» adlanır. Hansı ayə harada, nə vaxt, kimin haqqında nazil olurdu, Həzrət Əli (ə) və Fatimeyi-Zəhra (s.ə) bundan agah olurdu. Sonra isə İmam Həsən (ə) və İmam Hüseyn (ə), digər Əhli-Beyt (ə) imamları Quranın təfsirçiləri oldu.
Əhli-Beyt (ə) Peyqəmbərin (s) ailəsi idi və Quranın 113 ayəsi onlar haqda nazil olub. Ona görə də Əhli Beyti (ə) «danışan Quran» adlandırırlar. İlk dəfə Peyqəmbərə (s) iman gətirən də onun ailəsi olur. Üç il dini gizli saxlayır və ayə gəlir ki, «təbliğ elə». O zaman Əlidən (ə) başqa heç kim bu çətin yolda Peyqəmbərin (s) qardaşı olmağa razı olmur. Üç dəfə Peyqəmbər (s) soruşur ki, «Kim mənə bu çətin işdə arxa, kömək edər?» Əlidən (ə) və Xədiceyi-Kubradan savayı ona iman gətirən olmur.
Ona görə də Peyqəmbər (s) biz müsəlmanlara iki ağır əmanəti: «Quran»ı və «Əhli Beyt»i Qiyamətə qədər qiymətli inci kimi tapşırmışdı (Qədir-Xum hədisi).
Quranın fəziləti haqqında Peyqəmbərdən (s) çoxlu hədislər mövcuddur: «Sizin ən yaxşılarınız Quran öyrənib və öyrədənlərinizdir», «Quran oxunan evə mələklər daxil olar və cin - şeytan ordan qaçar», «Quran oxunan ev göydəki ulduz kimi parıldar və o evə bərəkət və rəhmət nazil olar», «Quran oxuyun ki, Allah sizlə söhbət etsin» və s.
Allah bizləri də o iki əmanətin şəfaətçisi qərar versin! Amin.

Əzəmət İbrahimova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



Laqeydlik cinayəti

Moskvada müsəlman xanıma hücum edilib. Hadisməni görən «olmayıb». Xanımın əməliyyat olunması üçün maddi kömək lazımdır.

Haqnazarova Ulduz adlı Moskva İslam Universitenin tələbəsi olan hicablı müsəlman xanıma vandallar tərəfindən hücum olunub. Hücum nəticəsində xanıma bədən xəsarətləri yetirilib.
Xəbər verildiyinə görə, hadisə metroda baş verib və hücum 3 nəfər naməlum kişi tərəfindən törədilib. Xanım Haqnazarova aldığı xəsarətlər nəticəsində huşunu itirib.
Belə iddia olunur Ki, guya hadisəni görən olmayıb və bu 3 nəfər vəhşi tək bir müdafiəsiz xanımı döyəndə bunun heç bir şahidi olmayıb. Əlbəttə ki, tamamilə absurd iddiadır. Moskva metrosunun səhər vaxtı vəziyyəti ilə azacıq tanış olan bilir ki, burada adam əlindən tərpənmək olmur. Necə ola bilər ki, bu xanımı böyük sayda insan kütləsinin gözü önündə döysünlər, amma görən «olmasın»?!
Belə laqyedlik insanı dəhşətə gətirir. Millətindən asılı olmayaraq, hansı insan laqeydliklə müşahidə edə bilər ki, gözünün önündə müdafiəsiz xanımı vəhşicəsinə, huşunu itirincəyə qədər döyələr, sən də üzünü o biri tərəfə çevirib, «mənə bunun nə aidiyyəti» deyərək, bivecliyi və şərəfsizliyi üzərinə götürəsən?! Bircə nəfər irəli çıxıb, bunlara nəsə desəydi, milisi çağırsaydı, bu azğınlar, yəqin ki, özlərini belə cəzasız hiss etməzdilər.
Rəsmi dairələr hələ ki, cinayətə ciddi reaksiya verməyiblər. Məlumata görə, hələ də ciynayət işi açılmayıb və işi bədbəxt hadisə kimi qələmə verməyə cəhd edirlər. Tibbi ekspertizanın nəticələrinə görə beyin silkələnməsi, beyinə qanaxma, burun nahiysində sınma müəyyən edilib. Verilən xəbərlərə görə, cərrahiyyə əməliyyatı üçün maddi ehtiyac var və hər cür köməklik yerinə düşərdi.
Moskvada yaşayan müsəlman bacı və qardaşların bu çətinlikdə olan xanıma maddi, mənəvi dəstəyi, hüquqi yardımı, hadisəyə informasiya dəstəyi - həqiqi islami vəhdətin əməli təzahürü olardı.
Xəstəxananın məlumat şöbəsi: (495) 166-31-02, 369-33-58, Qəbul saatı: 17.00 - 20.00
Xanımı ziyarət etmək üçün, aşaxdakı maşrut üzrə getmək olar:
1)«Partizanskaya» metro stansiyası - mərkəzdən axırıncı qatar, sonra trolleybus nömrə 22 və 87, «Okrujnoy most» dayanacağına qədər (birinci dayanacaq). Maşrut taksilər №11a (272 metr), 36 və ya piyada 15 dəqiqəlik yoldur.
2) Metro «Preobrajenskaya ploşad» - mərkəzdən birinci vaqon, sonra trolleybus № 41, 32, avtobus №716, 230, 34, 52 «Dom tvorçestva» dayanacağı (3 dayanacaq), sonra 10 dəqiqəlik yoldur.
3)Metro «Semyonovskaya», - mərkəzdən axırıncı qatar, sonra №22 və ya №87 marşrutla dayanacaq «Fortunatovskaya ulitsa» (4-cü dayanacaq) sonra 5 dəqiqəlik piyada yol cetməli olacaqsınız.

Allah şəfa versin və namərd əllər tezliklə cəzalarına çatsın!

Ələsgər Rüstəmov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Kraliça II Elizabet: "Türkiyə Qərbdən Şərqə körpüdür".

Daily Telegraph: "Kraliça Elizabet örtük geyinərək Quran dinlədi"

İngilis mətbuatında Kraliça Elizabetin Türkiyəyə etdiyi ziyarətlə bağlı xəbərlər çıxmağa davam edir. Təqaüdəni gəzən Kraliça Elizabet buradakı Yaşıl Məsciddə "Rəhman" surəsini dinləmişdir.

"The Daily Telegraph", Kraliça 2-ci Elizabetin Türkiyədəki təəssüratlarını açıqlamışdır. Qəzet Kraliçanın Bursaya Xəyrunnisa Gül ilə birlikdə gəldiyini və Yaşıl Məscidi gəzərək Qurani-Kərimi dinlədiyini yazdı. Qəzet "Şlyapa taxan və əlcək geyən Kraliça İslami geyim tərzinə uyğun olaraq başını örtdü və ayaqqabılarını çıxartdı"ğını bildirdi.
Ziyarətə geniş yer verən "Times" qəzeti, Türkiyənin bölgədə və dünyada olan əhəmiyyətini vurğulayıb. Türkiyənin həm Orta Şərqin sabitliyi, həm də dünyada nümunə bir ölkə olduğunu yazan qəzet, bunları ifadə etdi: "Türkiyə Kraliçanın da etdiyi çıxışında vurğuladığı kimi, Şərq ilə Qərb arasında mövcud olan körpü dəhlizi kimi bənzərsiz bir mövqedə iştirak etməkdə və Avropa Birliyi və dünya üçün əhəmiyyət ifadə edən bir ölkədir".
Bu arada Kraliçənin örtük geyərək məscıdə getməsi, Allah ayələrini dinləməsi Türkiyə mətbuatının xüsusi diqqətindədir.

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
"Dəyərlər" Dini Jurnalistika Məktəbinin dinləyicisi

Laçınımın sual yağmuru

Sən Ey Azərbaycan Əsgəri, Sən Ey Azəri Yavəri,
Bağrımı yaranları sən nə zaman yaracaqsan?
Yarılan bağrima, didilən köksümə məlhəm olmayacaqsanmı?
Sən Ey Azərbaycan Övladı, Sən Ey Azərı Sərvəri,
Nemətimi yağmalayanlara, üstümdə gəzən dığalara «dur» deməyəcəksənmi?
Kimsəsiz qalan məscidlərimi, dağıdılan qəbirlərimi ziyarət etməyəcəksənmi?
Tərk etdiyin evlərinə, becərdiyin torpaqlarına dönməyəcəksənmi?
Sən Ey Azərbaycan Nəri, Sən Ey Azərbaycan Xatunu,
Sən Ey Vətənpərvərim, Sən Ey Sərvərim,
Danışılan hədyana, durmayan yalana,
Bitməyən “atəşkəs”inə, mumulan “yan”yana dur deməyəcəksənmi?
Boş danışıqlara, nəticəsiz gəzintilərə, vaxt itkisinə, “FAKT” olmalarına,
Cib doldurmalarına, söz dondurmalarına,
“MƏN”ləri satmalarına, torpağı unutmalarına BƏS deməyəcəksənmi?

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Dükandan alınan əl işinin sərgüzəştləri

Gözəl bir gün idi.
Bir neçə gündən bəri davam edən küləkli-yağışlı hava sanki heç olmamışdı. Mavi səmadan boylanan günəş ətrafa nur saçırdı. Baharın təravətli qoxusu ətrafı bürümüşdü.
Təsadüfən evimizin yanındakı parkdan keçirdim. Parkda çoxlu insan yığını uzaqdan nəzərə çarpırdı. “Görəsən nə olubdur?”, - deyə fikirləşməyə başladım. Sıra-sıra düzülən gül-çiçəkləri görəndə bildim ki, gül bayramıdır. “Bəs niyə mayın 3-ü? Keçən il mayın 10-da keçirilmişdi”. Nə isə...
Hə, doğrudan da gül bayramı idi. Rayonun hər bir məktəbi və hər bir bağçası öz hünər və bacarığını sərgiləyirdi. Daşdan miniatür ev tikən kim, mərci ilə keçmiş dövlət başçısının portretini düzəldən kim. Doğrudan da bəzi məktəblər çox yüksək sənətkarlıq inciləri nümayiş etdirirdilər. Burada sərgiyə çıxarılan istər rəsm əsərləri, istərsə də əl işləri çox orijinal və gözalıcı idi. Amma çıx təəssüf ki, bu bir neşə məktəbin göstərdiyi hünər idi. Park isə başdan-başa rayon məktəb və bağça nümayəndələri ilə dolu idi. Hər bir məktəb və bağça nümayəndəsinin yanında onun sərgiyə gətirdiyi eksponatlar var idi. Uzaqdan hər şey olduqca gözəl və əlvan görünürdü: güllər, çiçəklər, arılar, quşlar və daha nələr...
Amma bir az yaxına gələndə bu çiçəklərin nə dünən düzəldiyinin, nə də ötən ay düzəldiyinin şahidi oldum. Bu güllərin, bu quşların neçə-neçə yaşı var idi. Uşaq vaxtı məktəbin əmək kabinetində gördüyümüz əl işləri də burada idi. Mən onları modellərindən, yaşlarından, solmuş rənglərindən tanıdım. Bunlar hələ yaxşı idi, çünki neçə il keçsə də, axırı ki, əl işləri idi. Bilinirdi ki, bunlar körpə və məsum barmaqların məhsuludur. Bilinirdi ki, yalnız və yalnız kiçik və məsum barmaqlar rəngli kağızlardan bu sadəlikdə gül hazırlaya bilər.
Sıra ilə bir-bir baxa-baxa gedirdim. Məktəblər qurtardı, bağçaların gül nümayişi başlandı. Məktəblilərin düzəltdiyindən heç də fərqli olmayan güllər, çiçəklər. Sən demə, bizim bağça uşaqlarımızın əl işləri məktəblilərin əl içləri kimi gözəl və orijinal imiş!?
Növbəti bir sıra və üzərində «filan saylı körpələr evinin uşaq bağçası” yazılmış lövhə var idi. Elə o an onların rənglədiklərinə nəzər yetirdim. Gördüklərim məni heyrətə saldı. Bəlkə də bu hazır, olduqca böyük ölçülü süni ikebanaların o kiçik bağça uşaqlarının elədiklərinə özümü birtəhər inandırmağa çalışardım. Amma orada bir suvenir var idi ki, onu tanımaya bilməzdim. Bu uzərində “Allah” yazısı olan ikebana idi. Həmin bu cür ikebanalar şəhərin suvenir dükanlarında satılır. Doğrusu, məni qəhər bürüdü. Fikirləşirdim ki, körpələr evi, yəni valideynlərindən məhrum uşaqların evi. Görəsən, onlar niyə heç bir şey hazırlamayıblar? Bəlkə psixoloji vəziyyətləri pisdir, valideynlərindən ayrı qalmış uşaqların psixoloji durumları necə normal ola bilər? Amma hər halda uşaqdırlar da. Güldən, çiçəkdən düzəldə bilərdilər.
Bu fikirlərlə yenidən oraya qayıtdım. O bağçanı təmsil edən nümayəndələrə yazınlaşıb soruşdum ki, “xala, körpələr evi, yəni valideysiz uşaq evi?”. Dedi ki, yox. “Yox, yəni adi bağça”, - deyə fikirləşdim. Doğrusu, bir az sevindim. “Nə yaxşı, bu uşaqların valideynləri var. Bəs bu güllər niyə asxta, niyə satın alınmış?”. Dedim: “Ay xanım, bu gülləri axı uşaqlar düzəltməyiblər”. Ona qəfildən belə bir sualı verdiyim üçün qadın çaşıb qaldı. Özünü birtəhər toplayıb: “Sən nə danışırsan, ay qızım, axı sənə nə lazımdır?, - dedi. O ağbirçək xanımın gözlərindən mən çox şeylər oxudum. Yəni ki, ay bala, sənin nəyinə lazımdır? Qoy oturmuşuq, soyuq suyumuzu üfürə-üfürə içirik. Deyiblər: “Gül gətir!”, gətirmişik də. Nə fərqi, özümüz düzəldək, ya hazır alaq?”.
Bu söhbətə digər bağçanın nümayəndəsi də qoşuldu. Dedi: “Ay qızım, sən bir özün fikirləş, bunları bağça uşaqları heç cür düzəldə bilməzlər, vurub yarpaqlarını, ləçəklərini qırarlar. Amma bunları düzəldə bilərlər”, - deyib əlindəki kağız üzərində mərcidən düzəldilmiş çox sadə bir gülü göstərdi. Bunlar isə”, - yanındakı suvenirləri göstərərək: “Düz deyirsən, hazır alınıb”. Bu söz “gül yiyəsi”ni çox əsəbləşdirdi. “Nədir alınma? Alınmayıb!”. Birdən çaşdı qaldı. Səhvən ağzından “öz pulumuzla almışıq” sözləri çıxdı və hətta mən “50 manata” sözünü eşitdim. Nə isə...
Mən nə o bağça nümayəndəsi ananı qınamaq istəyirəm, nə də digər bağçanın öz həmkarlarını satan nümayəndəsini. Vallah, yazıqdır bizim millətin anaları! Qınamayın onları. Özləri də bilmirlər, nəyin dərdini çəksinlər. Bilmirlər, bu gün nəyi deyib, sabaha nəyi saxlasınlar ki, sabah ac qalmasınlar! Bilmirlər ki, dükandan aldıqları mərcidən, lobyadan bir qazan şorba bişirib, öz ac balalarını doyuzdursunlar, yoxsa həmin mərci və lobyadan gül-çiçək düzəldərək, “tənətənəli” gül bayramına təqdim etsinlər. Bəlkə elə belə etsələr yaxşıdır? Kim bilir hey, qarnımız acdır, əsas odur ki, qoy respublikamızın sədası böyük-böyük yerlərdən, uca-uca kürsülərdən gəlsin. Qoy bütün dünya bizim təbiəti necə sevdiyimizi görsün, süfrəmizin mərcisindən, lobyasından, hətta makaronundan belə necə məharətlə gül-çiçək düzəltdiyimizin şahıdı olsunlar. Biz ac qalsaq da olar. Vətən sağ olsun!
Hə, harada qalmışdıq? Suvenirdə. Bayaqkı bağçanın mağazadan alınıb, sərgiyə uşaqların əl işi təqdim edilən suvenirdə. Nə bilim, vallah, ha fikirləşirəm, amma bizdən başqa açıq havada, yaşıllıqda keçırılən güı bayramına dükandan alınan, amma uşaqların əl işi kimi təqdim edilən suvenirlərlə gələn bir millət tapa bilmədim.
Bunu da bacarmışıqsa, əhsən bizə!

Xəyalə Quliyeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



xeberler

ABŞ hərbçiləri yenə dinc sakinləri öldürdü

Amerika ordusu Mosul ətrafında «Əl-Qaidəyə» qarşı keçirilən əməliyyatlarda öldürülənlər arasında 1 qadınla 1 uşağın olduğu 4 mülki vətəndaşın olduğunu açıqlayıb. (AA)
Ordu qadınla uşağın Mosulun cənubunda hədəf alınan bir yerin içində öldüyünü iddia edib. Əməliyyatda silahlı iki nəfərin də öldürüydüyü bildirilir. Amerika ordusunun açıqlamasında hücumda mülki şəxslərin ölməsindən "üzüntü keçirdiyini" qeyd edib.



Amerika jurnalisti ABŞ-ı terrora dəstəkdə ittiham etdi

Seymur Herş: “Son altı ay içində İsrail və Amerika, Azad Həyat Partiyası adıyla tanınan qrupa dəstək verir. Qrup, İrana qarşı sərhəd arxasından terrorist hücumlar təşkil edir. İş o yerə çatıb ki, bir hökumət məsləhətçisi İrana təzyiq tətbiqinin alternativ yolu olaraq terror hücumlarının həyata keçirildiyini söylədi. Müdafiə nazirliyi kürd və beluc tayfa liderləriylə gizli əlaqələr qurmuşdur. İran rəhbərliyinin xüsusilə şimal və cənub bölgələrindəki nüfuzunu ortadan qaldırmaq üçün edilən səylərə dəstək verirlər''.
«ABŞ Konqresi, Orta Şərqdə dəstəklədiyi terror təşkilatları üçün 300 milyon dollarlıq büdcə ayırdı. Bu təşkilatlar arasında ABŞ-ın ən çox güvəndiyi terror təşkilatları isə PKK və PJAK-dır!».
ABŞ, terrora verdiyi dəstəyi artıq dilə gətirməkdən də utanmır və çəkinmir. Rəsmi hesabatlarda belə ABŞ-ın PKK terror təşkilatı və PKK-nın İranda fəaliyyət göstərən qolu PJAK-la olan əlaqəsi sübut edilir. Məşhur Amerikalı jurnalist Seymur Herş (Seymour Hersh) də ABŞ rəhbərliyinin İrana qarşı PKK-nın bu ölkədəki davamı olan PJAK-ı dəstəklədiyini yazdı.
ABŞ-ın terrora verdiyi dəstək sənədləşdirilir. ABŞ-a verilən rəsmi dövlət hesabatlarında konkret sənədlərlə ABŞ-ın PKK terror təşkilatı və PKK-nın İran qolu PJAK-la olan əlaqəsi sübut edilir. Bu gün ABŞ, yalnız Şimali İraqdakı tayfa quruluşlanmasını dövlətləşdirmək, ordulaşdırmaq və gücləndirmək üçün çalışır. Eyni zamanda bölgədə möhkəmlənməyə çalışan terror təşkilatı PKK-ya hər cür maddi dəstəyi, siyasi-əsgəri qorumanı, silahı, yeməyi, mərmini, gülləni və digər dəstəyi təmin edir. Onlara əsgəri və siyasi qoruma qalxanı meydana gətirir. («Milli qəzet», Türkiyə)


Konqres terrorçu hesab etdiyi qruplaşmalara 300 milyon dollar ayırdı

ABŞ-ın eks müdafiə naziri Donald Ramsfeld ilə əlaqədar bir kitab müəllifi olan amerikalı yazar Andrey Kokbön, "terror təşkilatları" siyahısında iştirak etməsinə baxmayaraq, Tehrana qarşı döyüşən «İran Xalqının Mücahidləri» adlı qanlı terrorçu qruplaşmaya maddi qaynaq yolunun açıldığını ifadə etdi. Yazar, İranın Belucistan bölgəsində fəaliyyət göstərən «Gündullah» təşkilatına dəstək verilə biləcəyini də ifadə edib. Daha sonra Kokbön, ABŞ-ın kömək və dəstəyindən İrandakı kürd milliyyətçi ünsürlərin və ərəblərin "Əhvazi" qurumunun da faydalanacağını ifadə edib. Livanda Hizbullahın əməliyyatlarında Suriyanın sabitliksizləşdirmədə günahlandırılması yenə gündəmdə olduğunu ifadə edərək Kokbön, bu planların tətbiq olunması məqsədiylə əvvəlcə istifadə ediləcək 300 milyon dollar üçün Konqresdən təsdiq alındığını da yazdı.
ABŞ İrana qarşı terror təşkilatı PJAK-ı "rəsmi olaraq" dəstəkləyir. Məşhur amerikalı jurnalist Seymur Herş “ABŞ rəhbərliyinin İrana qarşı PKK-nın bu ölkədəki davamı olan PJAK-ı dəstəklədiyini” yazdı. “Nyu-York” adlı jurnalda nəşr olunmuş məqaləsində Herş, “Sonrakı addım” başlıqlı məqaləsində İrana istiqamətlənən ABŞ rəhbərliyi daxilindəki "planları" izah edərək ABŞ-ın hücum hazırlığı etdiyini dilə gətirdi. Herş Buş rəhbərliyinin İrandakı PJAK-a təlim keçdiyini və sursatla təmin etdiyini söylədi: “Gizli əlaqə yaradıldı. Son altı ay ərzində İsrail və Amerika, Azad Həyat Partiyası adıyla tanınan qrupa dəstək verir. Qrup, İrana qarşı sərhəd arxasından terrorist hücumlar təşkil edir. Bir hökumət məsləhətçisi «İsrailin bu kürd qrupa çörək və təhsil verdiyi»ni açıqlayıb. Eyni zamanda qrupa İran içində ABŞ-ın mənfəətlərini maraqlandıran hədəflərin siyahısının da verildiyini ifadə edib." - deyə Herş, məqaləsində yazır. («Milli qəzet», Türkiyə)


ABŞ silahları PKK-da

Keçmişdə ABŞ təyyarələrinin Türkiyə dağlarındakı PKK terroristlərinə yemək və sursat atdıqları, türk ordusu tərəfindən əhatə edilən bəzi PKK-çı qrupların ABŞ vertolyotları tərəfindən alınaraq Şimali İraqa aparıldıqları şəxsən Türk ordusunun təsbitləri ilə müəyyən olundu. ABŞ və İsrail xüsusi hərbi zabitlərinin PKK-çılara partizan təlimi keçdikləri sənədləşdirildi. Son olaraq ən müasir ABŞ hücum silahları öldürülən PKK-çıların üzərində ələ keçirildi.
Etirafçılar, silahların ABŞ hərbi vasitələri tərəfindən PKK düşərgələrinə gətirildiyini açıqladı. Edilən araşdırmalarda ABŞ ordusunun, xüsusi təhlükəsizlik şirkətləri vasitəçiliyi ilə PKK-nı silahla təmin etdiyi ortaya çıxdı. («Milli qəzet», Türkiyə)


İran ordusu PKK-ya zərbələr endirdi

Cabbar Assistant: “Şamın İran tərəfində olan Çasusan və Doletuk bölgəsində İran ordusu ilə PKK və PJAK arasında şiddətli vuruşmaların baş verməsi bildirilir. Son günlər bu qarşıdurma mütəmadi olaraq davam edir.''
İran ordusu ilə terror təşkilatları PKK və PJAK arasında sıx qarşıdurma Şamın İran tərəfində daha da kəskinləşdiyi iddia edildi. Yerli qaynaqlar, qarşıdurmaların İraq tərəfində qalan Kaledıza bölgəsi ilə İran tərəfindəki Sərdəşt, Konemışk, Mahabat və Piranşar bölgələrində meydana gəldiyini söyləyiblər.
İraqın şimalındakı PKK döyüşçülərinə bağlı olduğu nazirliyin spikeri Cabbar Assistant, bölgədə qarşıdurmaların yaşandığını təsdiqləyərək, belə deyib: ''Sərhəddəki qarşıdurmada kimlərin olduğunu dəqiq olaraq bilmirik, ancaq sıx qarşıdurmalar olduğu yolunda məlumat almışıq. Şamın İran tərəfində olan Çasusan və Doletuk bölgəsində İran ordusu ilə PKK və PJAK arasında sıx qarşıdurmaların olması bölgədən gələn xəbərlər arasındadır. Son günlər bu qarşıdurma mütəmadi olaraq davam edir.'' (AA)


ABŞ-ın BMT-dəki keçmiş səfiri: «Amerikalılar düşünür ki, İsrail ABŞ-ın başına bəla olmaqdan başqa bir şey deyil»

ABŞ başçısı Corc Buşun da şəxsən qatılacağı qeyd edilən, “Vaşinqton Post”un nəşr olunan bir şərhində, İsrailin müstəqillik elanının tanınması mövzusu ABŞ rəhbərliyində əhəmiyyətli bir çat gətirib çıxardığı ortaya çıxdı. ABŞ-ın BMT-dəki keçmiş səfiri Riçard Holbrouk (Richard Holbrooke) qeyd edir ki, bir çox amerikalı bu gün elə hesab edir ki, o zamankı ABŞ prezidenti Trumenin İsraili tanıma qərarı bir xarici siyasət deyil, daxili siyasət qərarı olub. Bir çox amerikalı düşünür ki, İsrailin ABŞ-ın başına bəla olmaqdan başqa bir şey deyil.
Bill Klinton dövründə ABŞ-ın BMT səfirliyini edən və Bosniyada sülhün memarı olaraq xatırlanan Riçard Holbrouk (Richard Holbrooke) tərəfindən qələmə alınan şərhdə, İsrailin müstəqilliyini elan etdiyi gün, dövrün ABŞ prezidenti H.Truman (Hary Truman) ilə başda Xarici işlər Naziri Corc Marşal (Corc Marshall) olmaq üzrə Amerika Xarici İşlər İdarəsi arasında İsrailin tanınması mövzusunda böyük bir anlaşılmazlıq yaşandığı və bu müzakirələrin dövlət içində bu günə qədər sürdüyü qeyd edildi.
Holbroukun açıqladığı bir başqa maraqlı məlumat isə, Truman tərəfindən imzalanan orijinal tanıma mətnində iştirak edən “Yəhudi dövləti” ibarəsinin, daha sonra Trumanın daxili siyasət məsləhətçisi Klark Kliford (Clark Clifford) tərəfindən çəkilərək, əl yazısıyla “İsrail dövləti” şəklinə çevrildiyi bildirilir. Müstəqillik əsnasında adı olmayan İsrailin, müstəqillik elanından sonrakı ilk həftə içində adı dəqiqləşmişdi. Bu sənəd, ABŞ-ın hələ adı dəqiqləşməyən yəhudi dövlətinə, daha 14 may gecəsi “İsrail dövləti”' dediyini ortaya çıxardı.
ABŞ rəhbərliyindəki dərin çat, İsrailin müstəqilliyini elan etməsinə 2 gün qalmış Amerikanın münasibətini təyin etmək üçün ölkə başçısı Truman, Xarici işlər və Müdafiə nazirlərinin qatıldığı yığıncaqda üzə çıxmışdır. O zamanın xarici işlər naziri Corc Marşal və müdafiə naziri Ceyms Forrestal (James Forrestal) İsrailin tanınmasına qarşı şiddətlə çıxaraq, bölgənin bir bütün olaraq BMT himayəsinə verilməsini müdafiə etmişlər.
Truman ilə yığıncağa qatılan daxili siyasət müşaviri Klark Kliford isə İsrailin tanınmasının lazım olduğunu müdafiə etmişdir. ABŞ müdafiə nazirliyini də tənqid edən Kliford, o dövrdə yanında işləyən Holbroukə, söz gedən müzakirələrin yaşandığı günlərdə dövrün Müdafiə Naziri Forrestalın özünə, “Bir tərəfdə 30 milyon ərəb, digər tərəfdə 600 min yəhudi var. Niyə həqiqətlə üzləşmirsiniz?” deyə danladığını da izah etmişdir.
Holbrouk bu gün bir çox Amerikalının Trumanın İsraili tanıma qərarının bir xarici siyasət deyil, daxili siyasət qərarı olduğunu düşündüyünü ifadə edərək, bu fikirdəkilərin İsrailin ABŞ-ın başına bəla olmaqdan başqa bir şey olmadığına inandığını da ifadə etib… (Richard Holbrooke/Xəbər/Zaman)


Məşhur dəvətçi Əhli-beyt (ə) davamçısı oldu

Şeyx Həbib Cifri Ayətullah Sistanini mərceyi-təqlid kimi seçdi. Şeyx Həbib Cifri Əhli-beyt təriqətinə daxil olduğunu və Ayətullah Sistanini mərcisi olaraq qəbul etdiyini elan etib. (İraq xəbər)
İslamın sünnilik qoluna aid olan məşhur dəvətçi Şeyx Həbib Cifri Əhli-beyt təriqətinə keçdiyini bəyan etdi. Keçdiyimiz cümə axşamı “İqraa” kanalına verdiyi reportajda üç il boyunca müqayisə etməli təriqətlər oxuduğunu ifadə etdi və sonunda Əhli-beyt (ə) ardıcıllığının digər təriqətlərə görə haqq olduğu nəticəsinə gəldiyini söylədi.
Həbib Cifti bildirdi ki, Əhli-beyt İmamlarının hamıdan daha çox təbərrükə layiq olduğu qənaətindədir.

Xəbərləri hazırladı:


Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

SABİRCƏSİNƏ

Edəlim çevrəmizə təsiri Sabircəsinə.
Duyalım dərdimizi biz diri Sabircəsinə.

Yenə biçarələrin haqqı “o başdan” basılıb
Dili yoxdur deməyə gör necə küncə qısılıb
Belə biçarələr üçün təzə kəndir asılıb
Yığışıb vəsf eləyək kəndiri Sabircəsinə.

Bu “göyün rəngi açıqdır”, adı da “azlıqdır”.
Gedir əldən ədəb-ərkan, nə hüquqbazlıqdır?
Sonu ya tozsovuran, ya da xəkəndazlıqdır
Bu sözün var, nə gözəl təbiri Sabircəsinə.

Kimi “ qondarma qırımla” yenə kor-haqqa durub,
Kimi dünyadə əsayiş külünü lap sovurub,
Bahalıq da nə fason, kürsüdə möhkəm oturub
Nəzər altında tutaq şəntiri Sabircəsinə.

Toxunaq qəlbi yaran hadisənin bircəsinə
Bağırır oğru, qalır doğru müqəssircəsinə.
“Sözü - azad” eləyir tənqidi təhqircəsinə?
Edərik lap irisindən iri Sabircəsinə.

El-oba dərdi-qəmindən gülünün rəngi solub,
Baxıb öz millətinin müşkülünə qəlbi dolub.
Deyəcəkdir ki, müsəlmançılığa qarşı olub
Hələ dərk eyləməyən Sabiri Sabircəsinə.

Qəminə görməsə diqqət bu cəmaət usanar
Necə səbr eyləsə də sonda nəhayət usanar
Qələmin də eləməz əmrə itaət usanar
Həmişə çoxdu canım, zahiri Sabircəsinə.

Gözü yollarda qalan xoş xəbərin şaiqidir,
Gecələrdən usanan “nurlu - səhər” aşiqidir,
Nə qədər gözləsə də şiələri sadiqidir
Sonadək səbr eləyər hər biri sabircəsinə!

Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, мая 20, 2008

Təşəkkürü necə etməli?

Bir neçə gün öncə qonşusuna verdiyi qabı almağa gedən Əliəkbər gördüyü mənzərədən cox əsəbləşir. Çünki onun evində istifadə etdiyi qabda qonşusu itinə yal verirdi. Hələ bu azmış kimi, qonşusunu görən İsfəndiyar dil-ağız da edir:
- Sağ ol, ay qonşu. Verdiyin qab lap yerinə düşdü. Qab alana qədər istifadə edim, sonra qaytararam.
- Mən evimdə istifadə etdiyim qabı vermədim ki, onu bu cür istifadə edəsən! Sənin bu təşəkkürün məsxərəyə daha çox oxşadı…
Bir acı həqiqətdir bu...
Hər bir nemətin özünə məxsus təşəkkür qaydası var. Bunların ən kamili bu təşəkkürün əməldəki inikasıdır.
Məsələn, məmur ona göstərilən etimadı ona etimad göstərənlərin rifahını yaxşılaşdırmaqla qarşılıq verərsə, bu, onun təşəkkürünün kamil formasıdır.
Tələbənin təşəkkürünün kamil formasi, onun qarşısına qoyduğu məqsədə doğru yorulmaq bilmədən səy etməsidir, tədrisində müvəffəqiyyətidir.
Yəqin ki, "O olmasın, bu olsun " filmində Baloğlanın tapança ilə qoz sındırmağın görmüsünüz. Alleqorik olsa da, burada nemətin təyinatı üzrə istifadə olunmamasını görürük. Hər bir nemətin öz kamalı var. Əgər o, öz kamalına uyğun istifadə olunmazsa, həmin nemətə zülm etmiş oluruq. «Hədisi-Qüds»də "Günahlarınızı etiraf edin ki, onları bağışlayım. Verilən nemətlətin şükrünü edin ki, onları artırım" - deyə zikr olunan hədisdə nemətlərin davamlı olması üçün şükür amili bir daha vurğulanır. Biz isə nə dərəcədə nemətlərlə əhatə olunduğumuzun fərqinə belə varmırıq. Bu üzdən Məsumlardan (ə) gələn hədislərdə "İlahi! Nemətinin nemət olduğunu dərk elətdir bizə" deyə zikr olunur.
Digər bir duada "İlahi! Sənə şükürlər olsun ki, məni yaranmışların əşrəfi olan İNSAN olaraq xəlq etdin. Əzalarımda heç bir qüsura mübtəla etmədin. Məni haqq yola - İSLAM dininə hidayət etdin və məni ƏHLİ-BEYT mərifətindən məhrum etmədin. YA RƏBB! Məni bu kərəminə layiq et! AMİN!" deyilməklə insanlar mərifətə dəvət edir.
Yarı dolu stəkanın ancaq boş hissəsini görən insanlar hər an Allahın onlara nə qədər inayət etdiyindən təbii ki, bixəbər olacaqlar.
Yazımızı etdiyi şükrünün və duasının nəticəsində cənnətdə peyğəmbərlə (ə) qonşuluq dərəcəsinə yüksələn mərifətli bir odunçunun rəvayətilə təbərrükləndirmək istərdik.
Belə nəql edirlər ki, bir gün Davud (ə) Allah Təaladan onun cənnətdəki qonşusunu ona tanıtdırmağıni rica etdi.
Həzrət Davuda (ə) şəhərin darvazasından ilk girəcək səxsi işarə etdilər. Oğlu Həzrət Süleymanla (ə) birgə həmin şəxsi görmək üçün Davud (ə) bir müddət orada gözləməli olur. Bir də görürlər ki, uzaqdan bir nəfər çiynində bir şələ odun, tər içində şəhərə daxil olur. Davud (ə) odunçuya yaxınlaşır və bir gecəliyə qonaq saxlamağını təvəqqe edir. Odunçu qonaqlarının kimliyindən bixəbər halda, onları evinə dəvət edir. Davud peyğəmbər (ə) odunçuda qeyri-adi heç nə görmür, bununla belə sakit halda yolu qısaldırlar. Qonaqların yol yorğunluğunu nəzərə alan odunçu, onları öz kasıb süfrəsinə dəvət edir.
Allahın peyğəmbərilə bir süfrə başında oturmasından bixəbər odunçu adəti üzrə yeməkdən sonrakı duasını edir: "İlahi! Məni Sən yaratdın, əqlimi Sən verdin, meşəni Sən yaratdın, odun toplamaq üçün qüvvəni Sən verdin, topladığım odunlara müştərini Sən yetirdin, əldə etdiyim ruzini sağlam halda qidalanmağı Sən lütf etdin" - odunçunu qəhər boğduğundan, göz yaşları yanağında iz açaraq duasina son verir: "İlahi! Bu qadər lütfü-kərəminin müqabilində mən nə etdim?!"
Həzrət Davud (ə) oğluna baxaraq razılıq əlaməti olaraq başını yelləyir…

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Məclismenlərimiz nə qədər maaş almalıdır?

Demoqoqların arzusu gözlərində qalsın


Xarici və daxili siyasət mövzuları hər bir vətəndaşımızı elə əhatələyib ki, bu məlumat ümmanında baş çıxaran az bir sayda başbiləndir. Qalan hörmətli vətəndaşlarımız məlumat dənizində qərq olmaq qorxusundan baş verən proseslərə laqeydlik nümayiş etdirməyə üstünlük verirlər. Amma xəbər-ətərdən başı çıxan insan da hərdən elə xəbərə rast gəlir ki, beyni «otklyuçat» olmasın deyə, bu barədə düşünməməyə üstünlük verir
Ən çoxu da, məlumat axınının içindən «əmma» istehsal etməkdə bizim qanunverici orqan fəqlənir. Elə bilməyin ki, nazirlik və idarələrin «əmma» çıxarmaq potensialı məclismenlərinkindən azdır. Yox-yox, əzizim, əsla! Bəkə də nazirlikləri monitorinq etsən, elə «əmma»lar çıxar ki, beynin «otklyuçat» olunmaqdan başqa əlacı qalmaz. Sadəcə olaraq, məclismenlərin fəaliyəti daha çox işıqlandırılır, odur ki, geniş xalq kütlələri də bu nəcib insanların gecə-gündüz xalqın rifahı barədə düşünmələrinin canlı şahidi ola bilir.
Düzdür, bəzi bədgümanlar deyə bilər ki, məclismenlərin başı daha çox özlərinin maaşını artırmağa, özlərini mənzillərlə, əlavə köməkçilərlə, «personalnıy» maşınlarla, müxtəlif güzəştlərlə təmin etməyə qarışıb. Amma inanmayın. Bədxahlardır, gözləri götürmür. ABŞ konqresmenləri bilirsiniz nə qədər alır? İldə 100 min dollar, bizim pulla ildə 83 min yeni manat. Ayda nə qədər edir? Düzdü, 7 min manat. Bizim məclismenlər nə qədər alır? Vur-tut 1500-1700 manat. Yəni konqresmendən 4 dəfə az. Niyə belə olmalıdır? Bizim məclismenin nəyi əskikdir konqresmendən?! Həə, bu demoqoq bədxah deyəcək ki, bizdə minimal maaş 60 manatdır, konqresmengildə isə bizim pulla 581 manat. Deməli, həmin demoqoq davam edərək deyəcək, konqresmen oradakı işsizdən vur-tut 12 dəfə çox alır, amma bizim məclismen isə minimal maaş alan vətəndaşdan 28 (!) dəfə çox alır.
Balam noolub, niyə gözüvüz götürmür camaatın yaxşı dolanışığını? Siz heç müqayisə etmisiniz konqresmenin əyləncəyəbəzər işini bizim məclismenlərin gərgin fəaliyyət rejimi ilə?! Heç bunları əslən müqayisəmi etmək olar? Bizdə elə olur ki, lazım olanda bir günə 3 oxunuşda qanun qəbul olunur. Hətta bir günə bir neçə qanun kullən qəbul olunur. Konqresmenlər yatsa da, yuxularına belə məhsuldarlıq girməz. Girinc olublar bir Buşun əlində, ha deyirlər qoşunlara ul verməyəcəyik, çıxart İraqdan, qayıdıb bircə kərə şivən qoparsa ki, təhlükəsizliyimizi təhlükə altına qoyursuz - quzu kimi qayıdıb 100 milyard dolları bir göz qırpımında buraxacaqlar gedər-gəlməzə.
Yeri gəlmişkən, ay bədxah gözügötürməyənlər, məclisçilərimiz bir günə neçə məntəqənin adını dəyişiblər. Xanlar indi Göygöldür, Əli Bayramlı - Şirvan olub, Qobustan rayonunun Yekəxana kəndi dönüb oldu Qədirli, Canavarlı kəndi də münasib ad ələ etdi.
Nədi, buna da bir qulp qoyacaqsınız? Necə? Noolsun ki, bəzi deputatlarmız Xaçmaz sozundə «xaç» sözünü gördükdə, Xaçmaz rayonun adını dəyişdirilməsi barəsində təkliflə çıxış edir? Buna səbəb ermənilərin «xaç» sozünü işlətməsini əsas gətirir? Necə yəni bu məntiq ilə getsək, onda gərək Araz çayının, Aran düzünün, Maral-gölün və bir çox başqa toponimlərin adını dəyişək, çünkü bu sözlərin tərkibində ermənilərin öz aralarında ən çox işlətdikləri «ara» hecası var?
Yox, sizinki elə söz güləşdirməkdir. «Mozqovoy şturm» heç bilirsiniz nədir? «Beyinlərin hücumu». Bilmirsininz ki, bu intellektual fəaliyyətdə hər bir təklif verilə bilər və sonra yüzlərlə təklifin arasından bir-ikisi seçilir. Nədi? Necə yəni Milli Məclis «Çto? Qde? Koqda?» deyil ki, burada «mozqovoy şturm» həyata keçirilsin? Nədi? Necə bəyəm, dünyada belə praktika yoxdur ki, qanunverici orqanda kim nə istəyir təklif etsin, burada hazır layihələr təqdim olunmalıdır? Bax, mən demədim, özünüz dediniz. Gördüyümüz kimi, məclismenlərimizin iş qrafiki son dərəcədə gərgindir. Hamıdan fərqlənir. Ona görə də sadə vətəndaşdan 28 dəfə deyil, bəlkə 58 dəfə çox almalıdırlar. Demoqoqlar qoysa…

Ələsgər Rüstəmov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, мая 16, 2008

Nə vaxtdır Laçının gözü yoldadı…

Laçının işğalının 16 illiyinə həsr olunur…
Azərbaycan tarixinə qara rənglə yazılan daha bir tarix - 18 may! Nədənsə yaxın tariximizi əks etdirən təqvimimizdə belə «qara» tarixlər qürur duya, fərəhlənə biləcəyimiz günlərdən daha çoxdur. Hər dəfə Azərbaycanın müstəqillik əldə etdiyi gündən bu günə yeni tarixindən danışarkən, istifadə olunan o pafoslu sözlərdən, hallanan mövzulardan xəcalət çəkirəm. Həqiqi hədəflər sanki unudulub. Yalnız belə «qara» matəm günlərində xatırlanır Xocalı, Şuşa, Laçın və s. Bəs ikinci ana dediyimiz Vətənimizin bütövlüyü yolunda canlarından keçən şəhidlər? Axı onların arzuları hələ də həyata keçməyib. Qarabağ düşmən əsirliyindən azad edilməyincə hansı qazanclardan, nailiyyətlərdən danışmaq olar?
Azərbaycanın, Qarabağın ən gözəl guşələrindən olan Laçının işğalından 16 il keçir. 16 il öncə 62 minə yaxın əhalisi olan Laçın 120 kənd, 1 şəhər və 1 qəsəbə olmaqla indi sakinsiz qalıb. Sakinləri pərən - pərən Azərbaycan ərazinə səpələnib. 262 nəfəri döyüşlərdə şəhid olub, 100 nəfərə yaxın itkin düşüb, 36 nəfər əsir götürülüb.
Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanın gözləri yaşlı qalıb. Nə etmişik biz onların gözünün yaşını silib, başlarına sığal çəkmək üçün?
Hər il ən yaxşı halda işğal olunma günü matəm günü kimi qeyd edilir, həmin rayon haqda sənədli film göstərilir və bir neçə ənənəvi tədbir görülür. Təəssüf dolu nəzərlərlə lentə alınan kadrlarda əldən verdiyimiz vətən torpağına baxıb kədərlənirik. Amma il, il üstə ötüb keçir. Böyüməkdə olan nəsil üçün bu hadisələr artıq ən yeni tarixdən uzaqlaşır. Vətənpərvərliyi hər səhər himn oxumaq, yalnız azərbaycan dilində danışmaq kimi dar mənalarda tanıyan Azərbaycan yeniyetməsi «Azərbaycanın milli qəhrəmanları» mövzusunda inşa yazarkən erməni uşağına türkə nifrət, qondarma «erməni soyqırımı» haqqında danışır, həm də nağıl şəklində deyil, məharətlə hazırlanmış kitablara əsaslanaraq, Xocalıda qətlə yetirilən azərbaycanlıların şəkillərini öz həmvətənləri kimi qələmə verərək. Biz isə hər dəfə dünya səviyyəsində «nüfuzlu» təşkilatların hesabatlarını dinləyərək yeniliklər gözləyirik. Son illərdə Azərbaycan və Ermənistan rəsmilərinin dəfələrlə görüşləri baş tutub. Amma danışıqlarda heç bir real irəliləyiş yoxdu.
İnanıram ki, hər bir azərbaycanlı vətəninin ərazi bütövlüyü ilə yanaşı öz milli «mən»ini bərpa etmək, utancla deyil, qürurla özünə və başqalarına «mən azərbaycanlıyam» demək arzusundadı.
İnşallah ki, Laçın qəribliyinə bu ildə son qoyular və qara tarixlər içində həm qırmızı rəngi, həm də milli, mənəvi dəyərliliyi ilə seçilən QƏLƏBƏ, AZADLIQ, QARABAĞ günü qeyd edilər!!!


Günay Həsənova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Curnalistika Məktəbinin dinləyicisi

Təmiz qəlb

Həmd olsun Allaha ki, bizi insan olaraq yaratdı, bizə imanı sevdirdi, bizi İslam dinində etməklə şərəfləndirdi.
Bu bir həqiqətdir ki, 70 il qəflətdə yaşadıq, cəhalətə sürükləndik, özümüzə zülmümüz, azğınlığımız hüdud bilmədi. Dinsiz, asi bir hökumətə müti olub, “ox yayından çıxan kimi islamdan çıxdıq”. Belə ki, Allaha itaət və ibadətdən bixəbər bütöv bir nəsil meydana gəldi.
Yenə həmd olsun, bizə bizdən yaxın Rəhim Allaha ki, bizi özümüzdən qorudu, zalımlardan saymadı. Bəlkə də qəlbimizdə olan Allah sevgisi, islam sevgisi bizi özümüzə qaytardı. Çünki “Allah zalım qövmü hidayət etməz” («əl-Maidə», 51). Bu bir ilahi lütfdür ki, 70 illik qəflətdən sonra yenə ölkəmizdə İslama dönüşün baş verdiyini, namaz qılıb, oruc tutanlarımızın, dini maariflənməyə meyl edən gənclərimizin çoxaldığını, məscid və mədrəsələrimizin artıb abadlaşdığını, uzun illər yasaq olmuş dini ədəbiyyatın yayıldığını görməkdəyik. Həqiqətən, Allahın rəhmətindən ümid kəsilməz.
Lakin təəssüflər olsun ki, həmvətənlərimizdən bu gün də dinin vacib hökümlərinə, o cümlədən namaza, oruca biganə yanaşanlar hələ də var. Belələri bu biganəliyə haqq qazandırmaq üçün belə bir deyimi tez-tez təkrarlayırlar: ”Əsas odur ki, insanın qəlbi təmiz olsun”. Zahirdə təsirli görünsə də, təəssüf ki, imana heç bir aidiyyəti olmayan, dindən uzaqlaşdıran sözlərdir. Qəlbin təmiz ya natəmiz olduğunu Allahdan qeyri bilən kimdir? Özünü təmiz sayaraq ibadətə ehtiyac görməyən insan o bilgiyə sahibdirmi? O, haradan bilir ki, təmizdir? Məsələn, Allah-Təala buyurur: ”Ona (Qurana) yalnız təharətlənənlər (paklananlar) toxunar” («Vaqeə»,79). Paklanmaq üçünsə ən azı Allahın rizasını umaraq dəstəmaz almaq, zəruri hallarda qüsl etmək gərəkdir. İbadət etməyənin qüslə, dəstəmaza əhəmiyyət vermədiyi məlumdur. Beləsi böyük nemətdən, yəni Qurani-Kərimi ələ alıb oxumaqdan özünü məhrum edər. Allahın kitabını oxumayanın “elmi” iblisdən olar. İblis isə yalnız vədə verər, elm verməz, verdiyi vədənin də üstündə durmaz. O, insanı özü-özünə təmiz göstərər, insan da inanar, ”təmizəm” deyib ibadətdən uzaq düşər. Əslində şeytanın istədiyi də budur. Quranda buyurulur: ”Dilədiyini pak edən yalnız Allahdır” («ən-Nisa»,49).
Özünü təmiz sayan insan ilk yaradılışda necə olduğunu düşünməzmi? ”O, sizi torpaqdan yaradarkən və siz analarınızın bətnində döl halında ikən sizi tanıyırdı. Özünüzü təmiz göstərməyin”. («ən-Nəcm»,32)
İbadətin insanı pak etdiyini hədisi-şəriflər də anlatmaqdadır. Bir dəfə sevimli Peyğəmbərimiz (s) əshabından soruşdu: «Sizlərdən birinizin qapısının önündən çay axarsa və o kimsə hər gün beş dəfə o çaya girib yuyunarsa, üzərində kir qalarmı?» Səhabələr “qalmaz” dedilər. Rəsulallah (s) buyurdu: ”Gündə beş vaxt namaz qılanların da kiçik günahları beləcə təmizlənər.”
Ey insan! Qəlbləri təmizləyən Allaha sığın! Onu tap. Onu tanı. Ona qulluq et. O, sənə yetər. Onun sənə ehtiyacı yoxdur, sən ona möhtacsan.


Yeganə Fərəc,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Dinsiz elm və ziyalılıq

Siyasi-ictimai quruluşun yaratdığı ateist ab-havası elmlə din arasında dərin bir uçurum yaratmış, yanlış nəzəriyyələrə əsaslanan “alimlər” dinin elmə qarşı olması mövqeyindən çıxış etmişlər. Dinin cahillik olduğunu söyləyən bu “alimlər” dindarların elmdən uzaq olduqlarını və onların elmin inkişafına maneə yaratdıqlarını iddia etmişlər. Beləliklə onların arxasınca gedən nəsillər də uzun müddət bu düşüncə tərzindən kənara çıxa bilməmişlər. Lakin elmin, texnikanın inkişafı ilə insanlar arasındakı mənəvi boşluqları doldura biləcəklərini zənn edənlər əlbəttə ki, sonda yanılırlar. Elm inkişaf etdikcə nəinki mənəvi, hətta ekoloji, iqtisadi və bir çox problemlər də onunla yanaşı «inkişaf» edir. Bu baş verənlərdən sonra anlayıb görürlər ki, təkcə elmin inkişafı ilə mənəviyyat problemləri həll olunmur. Bu mənəvi boşluqları doldurmaq üçün müxtəlif yollara baş vuraraq, ideologiyalar yaratmaqla problemin həllini tapmağa çalışırlar ki, bunlardan biri də “ziyalılıq”dır. Onlar toplumda guya “ziyalı baxış”, ”ziyalı təfəkkür” yetişdirməklə hər şeyin yaxşı olacağını zənn edirlər.
Amma görək nədir ziyalılıq? XIX əsrdə Fransada “intellektual” adı altında təzahür edən, sonra Türkiyədə “münəvvər”, İranda “roşən fikir”adıyla fəaliyyət göstərən bir sinif meydana gəlir ki, Azərbaycanda bu “ziyalı” adı ilə tanınmışdır.
Ümumi halda ziyalı - gündəlik fəaliyyətində fiziki işlə deyil, daha çox zehni əməklə məşğul olan insana deyilir. Ədəbiyyat, tibb, dəqiq elmlər, incəsənət və bu kimi bütün sahələrdə zehni əməklə məşğul olan kəslər ziyalı sayıla bilər. Ziyalının əsas bazası elm olsa da, o, alim sayılmır. Çünki, o, araşdırdığı elmlərin tam mütəxəssisi deyil.
Zamanın, cəmiyyətin taleyindən agah olan ziyalı, eyni zamanda cəmiyyətin nəbzini də tutmağı bacarır və görüb-eşitdiklərini vicdanının səsinə uyğun qələmə alır. Bu səbəbdən ziyalı hakim dairələr tərəfindən daima nəzarət altına alınmış və ona həmişə hakim sistemə bir təhlükə kimi baxılmışdır. Buna görə də xalqını sevən, onu daim ayıltmağa çalışan ziyalını müxtəlif yollarla xalqdan ayırmağa çalışmışlar. İstər zahiri görkəmi, istər neqativ vəziyyətlərə təhrik etməklə, yaxud da sadəcə olaraq “dərnək” və ya ”yazıçılar ittifaqı” adı altında onun fəaliyyət sahəsini məhdudlaşdırmağa çalışmışlar. Bu və ya başqa yollarla ziyalını öz dinindən, kökündən, bir sözlə əsl həqiqətindən uzaqlaşdırmağa cəhd etmişlər.
Hətta sosioloqların bu quruluşlara belə bir məsləhəti də təsadüfi olmamışdır: ”Müsəlman cəmiyyətlərində dini avam kütlə, dinsizliyi isə ziyalılar arasında yayın”. Buna görə ziyalı da ziyalılaşdıqca daha da dinsizləşmiş və bunu özü üçün bir ucalıq və inkişaf bilmişdir. Hətta iş o yerə çatmışdır ki, din əleyhinə çıxış edib dinsizliyi təbliğ etməyə başlamışdır. Çünki, din onun nəzərində nəsə avam kütləyə xas bir şey kimi formalaşdırılmışdır.
Tarixdə bu kimi nümunələr kifayət qədər olmuşdur. Misal üçün, xalq arasında tanınan yazıçılardan birini buna misal göstərmək olar. Əvvəlcə bir yazıçı kimi fəaliyyətə başlayaraq ilk öncə Füzulini tənqid atəşinə tutan, sonra əlifbanı təhqir edən bu “ziyalı” xalqdan heç bir səs çıxmadığını gördükdə, yavaş-yavaş dini və axırda Allahı inkar edir. Bu “xidməti” nəticəsində də Qafqaz canişini və baş konsulların xidmətinə nail olaraq, sonda onların buyruq quluna çevrilir.
Bu qeyd olunan nümunədən əlavə bir çox digər tanınmış şəxslər də olmuşdur ki, özlərinə bu yolu rəva bilmişlər.
Kökünə, dininə, xalqına sadiq qalmağa çalışan bir çox ziyalılar isə müxtəlif yollarla aradan götürülmüşdür. Beləliklə, xalqın keçmişini daim xatırladan, mədəniyyətinin, adət-ənənəsinin, tarixinin daşıyıcısı olan ziyalıların kökü kəsilməyə başlayır. Bu boşluqları isə ucqar kənd və rayonlardan dəstə-dəstə əkinçi və çobanları yığaraq şəhərə gətirib, oxutdurub və öz məqsədlərinə uyğun fəaliyyətə cəlb etməklə doldurmağa başlayırlar. Zaman-zaman “ziyalı” pərdəsi altında bu sözün batini mənasından tam uzaq bir qrup insan yetişdirilir. Əslində bu ziyalı adı altında dindən uzaq bir ideologiya yaratmaqla insanların mənəviyyatındakı boşluqların doldurulması üçün bir addım idi. Təzyiqlərini bu günə kimi də davam etdirən belə qurumlar çox çalışaraq məqsədlərinə müəyyən qədər nail olsalar da, həqiqi ziyalıların kökünü tam kəsməyə müvəffəq ola bilmirlər. Həqiqi ziyalılara qarşı cinayətlərin bu gün də davam etməsinə baxmayaraq, nəticədə bir daha görürük ki, xalqın içindən, xalqın qəlbi ilə döyünən, dininə, imanına, əqidəsinə, soy kökünə bağlı ziyalılar yetişir və yetişməkdədir.
Sonda böyük İslam Peyğəmbərinin (s) buyurduğu bir hədisi burda qeyd etmək istərdim: ”Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə, cəmiyyət yanıb məhv olar”.


Vüsalə Əliyeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

İnsan izzət axtarışında

Bağışlayan və mehriban Allahın adı ilə!
Allahın duları qəbul edən tək Məbud olduğunu qəlbən qəbul edən fanilər mülkünün mehmanı əbədiyyət səltənətinin sahibinə daim ehtiyaclı və ümidlidir.
İnsanın həyatı qabaqcadan özünə məlum olmayan, lakin özünün də təsir edə biləcəyi həlledici anları özündə ehtiva etmişdir. Həyat sanki uçurumun kənarıyla hərəkət olunan səyahətdir. Bir səyahət ki, uçuruma yuvarladacaq müxtəlif təəssüblərə bağlı seçimlərlə zəngindir.
Bu bənzətmə heç də təsadüfi deyil. Bu dünya axirətin əkin zəmisidir. Bir gün əkdiklərinin bəhrəsini və ya hədər olmuş zəhmətin acısını duyur insan. Elə isə ətrafa ayıq, açıq gözlə baxmaq, ağrı-acıdan qorunmaq lazımdır. Ağrı-acı əzablı atəşdir axirətdə. Bu dünyada isə hər gün yüz minlərlə insan acılar içində qovrulur. Bir şəxs gecəni öz evində rahat, isti yorğan-döşəkdə uyuyarkən dünya evinin bir digər sakini gecə bombardmanından viran qalmış evinin xərabələri arasında çətiniklər burulğanında gecəsini səhər edir.
Bu qəlbin sızıltıları heç də uzaqda deyil. Yaxınlarını, əzizlərini itirmişlər Allah bəndələridirlər. Allah bəndələri Allahda birləşir. Allah isə bizə şah damarımızdan da yaxındır. Belə olan halda bəndələr dünyanın harasında olmasından asılı olmayaraq bir-birinin ağrı-acısını özününkü bilər. Bu gün bu acı, bu iztirab Fələstindədir, İraqdadır, Azərbaycandadır və müsəlmanlar yaşayan hər məmləkətdədir.
Qəzzada insanlar ibtidai insan yaşamından və hüquqlarından məhrum ediliblər. Səhər-axşam nahaqq qanları axıdılır, lakin qaniçən doymaq bilmir. Kərbəlada dünyaya göz açan körpə Əli Əsğər (ə) davamçısı ömrün ilkin çağında dünyada qəm-qüssə, kədər, şiddət, zalımların haqsızlıqlarından savayı bir şey görmədən, məkrli zalımlar at oynadan dünyadan gedir. Gileyli gedir, şikayətli və məsum baxışlı gözlərini qapayaraq başlanarkən bitən ömürdən gedir.
Azərbaycanın işğal altında olan torpaqları bizlərə göz dağıdır. Kiminsə şəxsi əmlakının əldən çıxma ehtimalı olarsa belə, tez özündən çıxar, əl-ayağa düşər. Görünür Xocalı və digər yağı tapdağı altında inləyən vətən torpaqlarına və o torpaqlar uğrunda şəhid olmuş qeyrətli vətən övladlarının əziz xatirəsinə, əsir düşmüş azəri qız-gəlinlərə ehtiram lazım olan qədər deyil. Torpaqlar əldən gedir, yalnız hava haqqında məlumatlarda torpaqlar yad olur.
Vətən torpaqlarını qorumaq İlahi vəzifədir. Allah Təala məxluqatı seçilmiş, uca ruhlu bəndələrinə xatir xəlq etmişdir. Və onlardan, onların əzizliyindən bəşəriyyətə varolma və varlığın təminatı Allah tərəfindən lütf olmuşdur. Dünya nemətləri hər vaxt Uca Rəbbi zikr edən Məsumun, Allah əzizinin ehsan süfrəsidir. Bir vaxt dövrün məsum İmamı Hüseyn (ə) haqqın harayına yetib, zülmün qarşısında durdu. Canıyla, qanıyla, yaxınları, əzizləri, bütün malik olduqlarıyla. Və şəhid oldu. Dünyaya ən ali - dəyərlərin yaşanmasının ən son və ən ağır çətinliklərdən keçərək mümkünlüyünü çatdırdı. Bu əzəmətli İmamın (ə) şəxsiyyəti ilə tanış olan hər bir vicdanlı insan öz kimliyi haqda dərin düşüncələrə qapılır...
Bu gün İmam Hüseynin (ə) şəhadət yolunun davamçıları olan mətin insanlar var. Haqq - ədalət uğrunda şüurlu surətdə canlarından keçirlər. Öz yaşam tərzləri ilə həyatın və ola biləcəklərin fövqündə duranlar, bombardıman altında yaşayanlar, Allaha sığınanlar. Bu gün zindanlarda, əsirlikdə düşmənlərin tənələrinə, verdikləri əzab-əziyyətlərə, işgəncə, alçaldılmalara dözənlərimiz var. Onlar sabaha adi insandan daha çox ümidlidirlər. O sabah, o sönməz ümid çırağı bizim öhdəmizdə, bizim sorağımızdadır, biz də Onun.
Həyata var-dövlət, sərvət pəncərəsindən baxarkən bir müşkül, bir sıxıntı, bir can ağrısı o pəncərəni gözdə kiçildir, bir dəlik qədər edir. O dəlik də kiçilir, dəyərsizləşir, heçə dəyməz olur. Bir gün hər şeyin daha yaxşı olacağına inanan insan o günün “haqq günü” olacağı mahiyyətindən uzaqlaşır və bu sonda onu haqq olaraq diz çökdürər.
Yer adlanan kürənin başqa-başqa coğrafi mövqelərində müsəlmanların qanını tökənlər axıtdıqları günahsız insan qanına münasbətdə biganədirlər. Bu biganəlik bütün insaniyyətə qarşı eynidir. Bir günahsıza qıymaq günahsızlığa və günahsızlara qıymaqdır. İnsanlığı bürümüş bu sıxıntılara yad yanaşma insana yaddır. Toxunulmaz dəyərləri, mənəviyyatı olmayan toplum bir gün bütün malik olduqlarından əl götürər və düşməninə peşkeş verər. Və bununla da tam süquta uğrayar...
Alçalmanın və zəlilliyin əksi olan şərəf və izzət Allah yanındadır və onu dilədiyinə lütf edər.
Allahım, bizi şərəfli, izzətli et, bizi zəlillikdən hifz et! Amin.
Dəyərlərlə yaşama ümidi ilə Allah amanında.


Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



ƏT YEYƏNLƏR və ƏHALİ ARTIMI

Cümə gününüz mübarək olsun, ey Cümə namazına tələsənlər! Keçən cümədən bu günümüzədək baş verən olaylara diqqət etdikcə halım pərişan olur. Mən bu sözləri deyəndə hələ dünyada baş verən yekə-yekə hadisələri nəzərdə tutmuram. Elə öz ölkəmizdə baş verənlərdən söhbət aşmaq istəyirəm. Hər gün mətbuat səhifələrini oxuyanda qənaətə gəlmişdim ki, yaxın gələcəkdə firavan məmləkətimizdə ayaq tutub yeriyəni barmaqla göstərəcəklər. Hər gün elə bil eynən təkrar olundu: neçə nəfər orda öldü, neçə nəfər avtoqəzaya düşdü - əlqərəz hər bölgədən intihar və qətl xəbərləri.
Ürəyim qubar bağlayırdı ki, Dövlət Statistik Komitəsi təsəlliverici xəbəri açıqladı: "2008-ci ilin I rübündə Azərbaycan əhalisinin sayı 23 min nəfər artıb. Deməli olmuşuq cəmi-cümlətanı 8 milyon 653 min nəfər. DSK-nın digər bir məlumatını əsas tutaraq deyə bilərəm ki, 2008-ci ilin ilk üç ayında öz xoşbəxtliyinə qovuşmaq üçün 16,2 min nigaha girsədə, eynən də öz "xoşbəxtliyinə" qovuşmaq üçün 2,0 min nəfəri boşanıb…
Əlqərəz elə dərindən nəfəs almaq istəyirdim ki, bir nəhs xəbər peyda oldu. Ölkədə buğda qıtlığı yaranıb. Çörəyin qiyməti qalxır. Əvvəlcə inanmaq istəmədim, çünki kartof və soğanın qiymətlərinin bahalaşmasından sonra çörəyin qiymətinin qalxması mənə xəbər yox, dərd yükü idi.
Lütfən məni düzgün başa düşün. Mən yemək üçün yaşamıram, ancaq yaşamaq üçün də quru da olsa bir tikə çörək yeməliyəm, ya yox?! Bilirəm, çoxunuz başınızın hərəkəti ilə bu sözümü təsdiq edəcəksiniz. Bu bahalaşma prossesində ətin qiyməti qalxanda camaatımızın əksəriyyətinin heç vecinə də deyildi. İnanın ki, ölkəmizin iqtisadi inkişafı dövründə qiymətlərin belə artması ilə bağlı mənim maraqlı müşahidələrim olub. İndi ki, kartofun, soğanın və çörəyin qiyməti qalxıb - hamı narazıdır. Ətin qiymətinin qalxmasına isə, əvvəldə qeyd etdiyim kimi, bir iki nəfər giley-güzar edirdi. Ona görə deyirəm ki, bizim məmləkətdə ƏT YEYƏNLƏR onsuz da adda-budda idi. Ət almayan üçünsə nə təfavütü, kilosu 5 manatdır, yoxsa 8…
Bu məmləkətdə təkcə xiyarın qiymətinin qalxmasını dilə gətirən bir nəfər olub. Onu siz də tanıyırsınız.
Əhalinin 23 min nəfər artım xəbərindən sonra bu qıtlıq xəbərin eşidəndə düşündüm ki, bundan sonra İqtisad və Kənd Təsərrüfatı Nazirliyi idxal və ixracla bağlı VVADQ (ZAQS) şöbəsinə məlumat versinlər ki, nigaha daxil olanlar əhalinin artımında kəmiyyət və keyfiyyətə özləri nəzarət etsin.
Söhbət nigahdan düşmüşkən diqqətinizə çatdırım ki, millət vəkillərindən biri bu barədə öz narahatçılığını belə ifadə etmişdir: "Ailə quran gənclərimiz ilk növbədə dövlət kəbini kəsdirməlidir ki, gələcəkdə hansısa problem yaranmasın".
Kimsə məni qınamasın, mən bu fikirlə heç cür razılaşa bilmərəm. Əslində sonrakı problemlər şəri nigah olmadan baş verir. Belə bir sual versəm ki, Allahın elçilərini təhqir edənlər kimlərdir? Sizlər fikrə getmədən cavab verəcəksiniz ki, şəri nigahdan kənarda qalan binəvalar... Əhsən! Cavab düzdür. Odur ki, ordan-burdan tələm-tələsik kağız düzəltməklə deyil. xeyir-dua olmayan yerdə problemlərin olması da qaçılmazdır.


Təbiət Hüseynov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi