"Gerçəkdə Donald Ramsfeld (Donald Rumsfeld), pitse-prezident Dik Çeyni (Dick Cheney) və bir qrup mühafizəkar ideoloqlar Amerikanın İraqı işğalını müdafiə etməyə hələ 1997-ci ildə başlamışdılar - yəni 11 sentyabr hücumlarından düz 4 il, prezident Buşun vəzifəyə başlamasından isə 3 il əvvəl".
Dünya yalan burulğanında çalxalanaraq yaşamını sürdürməkdədir. 11 sentyabr hadisələri ərəfəsindən ta günümüzədək dünya çapındakı dünya çapqınlarının ( və ya hərislərinin) yalanları bitib-tükənmir ki, tükənmir. Əksinə, hər gün yeni yalandan sonra fantaziyalarını daha aldadıcısını düşünməyə məcbur edirlər. Necə də mənfur alış-verişdir. Alış-veriş demişkən, borclar yadıma düşdü. Dostlarımdan biri borclardan pərişanlığımı görüb, aşağıdakı hekayəti mənə nəql etmişdi ki, ta əhvalım açılsın:
«Padşahlardan biri, -"Mənə yalan söyləyə bilənə bir küp dolusu qızıl verəcəyəm!" demiş. Yalançılar, o dəqiqə saraya qaçaraq başlamışlar yalana; ''Bir quş aslanı qapıb yuvasına apardı.'' ''Bunun harası yalan?.. Quş qartaldır, aslan da quzu kimi kiçik bir körpə. Qapdımı, aparır təbii!..'' ''Qonşu ölkədə bir eşşəyi kral etdilər!..'' ''Ölkənin kralı, pəncərədən baxarkən tacını düşürüb. Tac da pəncərənin altındakı eşşəyin başına keçib. Tac kimin qafasındadirsa, kral odur, təbii ki!..'' ''Padşahım, mən göy üzünə bir ox atdım. Altı ay sonra geri qayıtdı!''. ''Sənin oxun bir ağacın üstünə düşmüşdür. Ağac, son baharda yarpaqlarını tökən kimi, taxılacaq yer tapa bilməyib yerə enmişdir".
Beləcə padşah, hər yalana gerçək bir bəhanə tapıb və kimsə padşaha «bu yalandır» dedirdə bilməmişdir. Amma bir gün bir kəndli saraya gəlmiş və: ''Padşahım, sən mənim atamdan borc olaraq bir küp dolusu qızıl almışdın. İndi geri almağa gəlmişəm. Yalandır deyirsənsə, mükafatımı ver. Yalan deyil deyirsənsə, borcunu ödə!..''
Bu hekayəti dinlədikdən sonra həmkəndlimin bir müddət öncə dediklərini xatırladım. Həmkəndlimin Zülfüqar kişi iddia edirdi ki, "C.Buş ağ yalançıdır". Dedim;
- Ay Zülfüqar kişi, dediyinə dəlilin varmı?
- Ay kəndlim, niyə yoxdur, saymaqla bitməz,- aşağıdakı bir neçə mətləbə eyham vurdu;
"Filadelfiya Deyli Nyus (Philadelphia Daily News) qəzetində Vilyam Banç (William Bunch) imzasıyla nəşr olunan «İraqı işğal etmək Buş qrupu üçün yeni bir fikir deyil: 11 sentyabrdan 4 il əvvəl plan hazır idi» ("Invading Iraq Not A New Idea for Bush Clique: 4 Years Before 9/11, Plan Was Set") adlı bir məqalədə bu mövzu barəsində aşağıdakı şərhə yer verilmişdir:
"Gerçəkdə Donald Ramsfeld (Donald Rumsfeld), vitse-prezident Dik Çeyni (Dick Cheney) və bir qrup mühafizəkar ideoloqlar Amerikanın İraqı işğalını müdafiə etməyə hələ 1997-ci ildə başlamışdılar - yəni 11 sentyabr hücumlarından düz 4 il, prezident Buşun vəzifəyə başlamasından isə 3 il əvvəl".
Özlərinə PNAC (Project for the New American Century - Yeni Amerikan Əsri Proyekti) adı verilən bu qəribə və naməlum siyasət qrupu Çeyni, Ramsfeld, Ramsfeldin yaxın köməkçisi Paul Vulfofits (Paul Wolfowitz) və Buşun qardaşı Jeb Buşu (Jeb Bush) da özündə birləşdirirdi. Hətta o zamanlar belə (yanvar 1998) prezident Klintonu İraqı işğal etməyə razı salmağa çalışmışdılar.
Bunun üçün Buş iddia edirdi ki, İraq kütləvi qırğın silahlarına malikdir. Bu səbəblə İraqı işğal etsə də, hələ də dünyanı buna inandıracaq bir dənə də dəlil-sübüt ortaya qoya bilməmişdir. İndi də iddia edir və dünyanı inandırmağa çalışır ki, İran hərbi məqsədlə nüvə texnologiyasına yiyələnmək istəyir və yenə də ortada sənəd-sübüt olmadan hərbi müdaxilədən söz açır."
Doğrusu, kəndlimin mənə dediklərindən sonra beynim o qədər aydınlandı ki, zehnimdə ancaq bir sual dolaşırdı. Onu da sizinlə bölüşmək istərdim:
Sizcə də, Buş yalançı deyilmi?
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий