Hər ehtiyacdan munəzzəh Allahın adı ilə!
Salam, əzizlər, deyirəm dəyirman öz işində, dığaların dınqıltısı baş ağrıdır. O gün biri yenə qırıldadıb ki, “pulla ordu olmazmış, nə bilim Baki neftinə, neft dollarları ilə hərbi uğur qazanacağına əbəs yerə güvənir”, nə bilim daha nələr? Adə, bu ünsürlər hələ də anlamayıblar ki:
“Adəmi adəm eyləyən parədir,
Parəsız adəmin üzü qarədir”.
Elə naxırı da lobbi edən paradır. O para ki, hayestanı həmin lobbi hesabına ayaqda saxlayır. Ayaq üstə yoxaaa, əzizlər, məhz ayaqda.Parəsız adəmin üzü qarədir”.
Bu deputatların, qəzetlərin də işi-gücü qurtarıb. Əşşi, dığalar da neft pullarından danışsın, bizimkilər də. Ay camaət, belə də dərd olar? Son günlərdə yenə bir qəzətdə (bu boyda qəzetxananın içində hər yazılı kağızlara da “qəzetdir” demək də günaha çevrilib) oxuyuram;---“Əzəmətli Neft fondumuzun (yazıda bizim olanda nə olar?!) fondmeni Şahmar Möhsumov jurnalistlərə, dünyada analoqu olmayan İqtisadi İnkişafda Partlayış Nazirliyimizin vitse-naziri Sevinc Həsənova isə BBC-yə etdiyi söz-söhbətlərdə pulu haraya xərcləmələrinin Hesablama Palatası tərəfindən təftiş edilib və bununla da neft pulunun xərclənməsində sululuğu təmin ediblər ki, işlərində onlara irad tutulmasın, üzləri də sulu olsun.
İndi sual edəcəksiniz ki, əşşi kimdə o cəsarət ki, bunlardan irad tuta və niyə tuta? Bilmədinizsə, mən deyim, əvvəlcə niyəsini.
Nuri - ceşmanımmısan, ey pul, ya canımmısan?
İsmətim, namusum, izzətim, qeyrətim, qanımmısan?
Hörmətim, fəxrim, cəlalım, söhrətim, canımmısan?
Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?
İsmətim, namusum, izzətim, qeyrətim, qanımmısan?
Hörmətim, fəxrim, cəlalım, söhrətim, canımmısan?
Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?
İndi də kimliyini deyim. Bu da kim ola, kim ola, həmən bizim bu muxalifət. Millət can hayında, bunlar da pul hayında. Millət danışmanlarından bir fəalı Vəkillər Bürosunda yenə də səsini qaldırıb ki, bəs, ”Hesablama Palatasının işini qənaətbəxş hesab etmir, hazırda Azərbaycana külli miqdarda neft pulları axır və HP-sı hətmən bu pullar hesabına tikilən obyektlerin tikintisinə nəzarət etməlidir”(miilət də öz danışmanlarının fəaliyyətini qənaətbəxş hesab etmir - nə olsun ki). Sonra isə təftiş bazasının rəhbəri Heydər Əsədovun şəxsən Vəkillər Bürosunun dəhlizində BBC-yə əyan edib ki, onun müfəttişləri ötən il neft gəlirləri hesabına pullanan işlərə yoxlama keşirməyib. Belə yerdə bilmədim cin mənim təpəmə vurdu, yoxsa mən cinin təpəsinə. Adama deyərlər ki, eh, nə isə…
Baş-ayaq edib içində olsan da
Tək bu aləmdə dövlətin olsun.
Birdə, a kişi, “bizə nə o neft pullarından, biz balaca adamlarıq, o pullrın öz sahibləri var”.
Ey pul! Ey zövqü-dilu ruhi-tənu quvvəti-can!
Biəbi-əntə və ummi*, sənə canım qurban!
Tək bu aləmdə dövlətin olsun.
Birdə, a kişi, “bizə nə o neft pullarından, biz balaca adamlarıq, o pullrın öz sahibləri var”.
Ey pul! Ey zövqü-dilu ruhi-tənu quvvəti-can!
Biəbi-əntə və ummi*, sənə canım qurban!
Sonda bir dənə də mətləbim var sizə. Vəkillər Büromuz bu ildə də Dövlət Cüzdanımızın gələnlər hissəsində neftin 1 girvənkəsini (1 barrel-159 lt-dir) 50 dollara olmaqla təsdiqləyib. Hərçənd ki, həmin vaxt qara qızılın məzənnəsi talkuçkada 80-85 dollara idi. Hal-hazırda isə 120 dollara çatmaqdadır. Həmən bu fərqdən (113-50=83) xalqarası sayğaclar hesablamalarına görə ay ərzində 1-1,5 mln. dollar yazırlar, Dövlət Cüzdanına catdığı məlum olsa da, olmasa da. Amma sizə deyə bilərəm ki, bundan da narahat olmağa dəyməz. Bu eslərin (“$”) də dövranı keçib, izzəti tükənib, məqamı sürətlə enmədədir.
Canım üzülüb səndən ötür xalqı soyunca,
Bir yatmamışam ta səni sənduqə qoyunca.
P.S. Allah M.Ə.Sabiri qəriqi rəhmət eləsin! Şerlər ona məxsusdur.
* - ərəbcə: ata və anamsan.
Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий