пятница, мая 30, 2008

«ÖZÜNÜ ZƏHƏRLƏMƏ!»






Hər 1dəqiqədə dünya üzrə 10 nəfər siqaretin qurbanı olur
"Beynəlxalq tütünsüz gün" münasibətilə
· İcərişəhər "Cümə" məsçidinin dini icmasının,
· "Dəyərlər" AİN-in,
· "İman və elm" gənclər mərkəzinin,
· "Sağlam həyat tərzi uğrunda" hərəkatın,
· İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyasının
· "İmam Əli (ə)" idman klubunun
təşəbbüsü ilə 30 may 2008-ci il tarixində BMM-nin «Böyük zalı»nda «Özünü zəhərləmə!» şüarı altında tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə İçrərişəhər «Cümə» məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu açmışdır. O, «Beynəlxalq tütünsüz gün»ün elan olunma zərurətini, tütünün insan həyatı üçün yaratdığı fəsadları təhlil etmiş, mövzu ilə bağlı statistik rəqəmlərə toxunmuşdur. Natiq bildirmişdir ki, orta hesabla hər keçən 1dəqiqədə dünya üzrə 10 nəfər siqaretin qurbanı olur.
Sonra çıxış edən natiqlər siqaret çəkməyin insanın sağlamlığına, hətta həyatına kəsb etdiyi real və labüd zərər barədə məruzələr səsləndirmişlər. Bildirilmişdir ki, siqaret tüstüsü nəinki tək bu zərərli vərdişə mübtəla olanın özünün, habelə onun ətrafdakılarının, xüsusilə də azyaşlı uşaqların səhhətinə dəhşətli ziyan vurur. Çıxışlarda açıqlandı ki, hər il dünyada yalnız iş yerlərində 200 000 insan passiv siqaretçəkmədən (tüstü udmaqdan) həyatının itirir.
Tədbirdə habelə «Cümə» məscidi dini icmasının «İntizar» yaradıcılıq studiyasının və «İman və elm» gənclər mərkəzinin hazırladığı tütün əleyhinə maarifləndirici video-çarxın prezentasiyası keçirilmiş, mövzuya aid slayd təqdimatı edilmişdir.


Xəbər xidməti

Комментариев нет: