Azərbaycanın ərazisində mobil telefon əlaqə operatorların sayı və tarifi bir o qədərdə ürək açan olmayıb. Bazar qanunlarına görə, bir istiqamətdə bir neçə operatorların mövçud olması əslində danışıq tariflərinin endirilməsi ilə müşayiət olunmalıdır. Lakin, çox təəsüf, bu nədənsə başqa «vəziyyətdən» deyir.
Ən qabaqcıl, öz tipinə, yarandığı tarixinə, imkanlarına və göstərilən servisə görə sıra ilə AzerCell, BakCell və NarMobile gəlir. Azərbaycanda, bəzi operatorlar reklam keçirməklə vətandaşı özünə çəlb edir, öz abonenti etmək istəyir. Buna vasitə kimi, tariflərin endirilməsi, «indi 7 kontur və pulsuz MMS və SMS» və buna oxşar kampaniyaların keçirilməsini göstərmək olar.
Amma, servisi təqdim edən operatorların etdikləri reklamlar, vətandaş üçün təqdim etdiyi endirimlər gözəl görsənsə də, əslində ələ almaqdan başqa bir iş deyil. Məsələn: vətandaş operatorun təqdim etdiyi servisdən, tarifdən, qiymətdən razıdırmı? Və ona söz verilənə əməl olunurmu?
Elə bu məsələləri aydınlaşdırmaq üçün vətandaşlar arasında sorğu keçirərək belə qənaətə gəldik ki, insanlarmız yenə də yiyəsizdir. Belə fikirləşməyə səbəb var. Məsələn indi vətandaşlarımız müxtəlif səbəblər üzündən AzerCell opuratorundan çıxaraq BakCell və Nar mobile operatorlarına üstünlük verirlər. Bəs nə səbəbdən vətandaşlarımız bir operatordan digərinə üstünlük verirlər? Bu suala cavab olaraq vətandaş V.M. bu çür cavab verir: «Mən, işimlə əlaqədar mobil telefondan çox istifadə edirəm. O, səbəbdən BakCell kompaniyasına üstünlük verdim». Rəylər necə də çeşidli… «Onsuz da baha tarif olmasına baxmayaraq, bəzi vaxtı SMS göndərdiyim zaman məndən, iki dəfə artıq, yəni 22 kontur getməynin şahidi olmuşam»… «Televiziyada bəzi şoular verirlər. Həmin şoularda səs vermək üçün çoxlu sayda kontur yeyilir, amma səsin nəzərə alınmır»… «Tariflər çox bahadır, o səbəbdən digərini seçməli olursan»… «Tarif səbəbindən məcburam ki, digər operator axtaram»… «Sevimli nömrə» kampaniyası ideal bir fikirdi»… kimi rəylər səslənir. Digər vətandaşmız Ə.R.: «Mən bir il xaricdə yaşayırdım və Sim nömrəm bağlanmasın deyə, bir illik səfərmin əvvəlində 20 manatlıq kontur yükləmişdim ki, altı ay çəksin, nömrəm bağlanmasın. Sonra altı ay tamam olanda Bakıya gəldim və yenə 20 manatlıq yüklədim. Axırda səfərdən qayıtdıqda yenə 20 manatlıq yüklədim. Deməli bütöv səfər boyu nömrəm bağlanmasın deyə 60 manatlıq kontur yüklədim, və beləliklə mənim balansımda 15 mindən artıq kontur ehtiyatda yığılmışdı. Lakin, səfərdən gəldikdən sonra həmin konturlar 2 həftənin içində tam əridi. İnanın ki, burada tariflər çox bahadır və mən məçbur olaraq digər operatorun seçməliyəm. Həm maaş verilmir və həm Mobil servisin qiymətləri çox bahadır…».
Bəzi vətandaşlarmız zarafat edərək deyirlər ki, biz telefon ilə danışmırıq, biz ançaq SMS və MMS mesaj ilə söbət edirik, çünkü bu daha uçuzdur. «İşmiz-gücmüz ancaq SMS yazmaqdır. Bəs nə edək?»… «Rouming AzerCell-də danışmağı demirəm, hələ onu açmaq üçün küllü pul verməlisən»… «Bəzi operatorların servisi çox zəifdir, məsələn rayonlarda tutmur»… «Nömrə gizlətmə servisi Soklir gərəkdir ki, pul ödəyəsən, amma digər operatorlarda bu nomrənin üstündə verilirdi»… «AzerCell müştəri xidmətinə 4904949 və 4905252 nömrələrinə ev nömrəsindən zəng vurursan işləmir, lakin Mobil telefondan gəşəng tutur, deyəsən yenə də Kontur məsələsidir»… «Məlumat bürosuna 109 nömrəsi ilə zəng vurduğunuz zaman, sizdən 120 kontur çıxılır, amma işdir, əgər orda oturan opetaor səhv edib dəstəyi götürüb yerə qoysa, onda sizin 120 konturnuz havaya uçdu»… «Məsələn Birləşmiş Ərəb Əmirliklərində rouminq işləmir»… və sairə qüsurları deməklə qurtarmaz.
Yoxsa mobil telefon indiki zəmanəmizdə də «varlıların oyuncağıdır»?… Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA”-ya verilən məlumatına görə, bu ilin I rübündə ölkədəki mobil telefon istifadəçilərinin sayı 100 min nəfər artıb. Hazırda Azərbaycanda 4 400 000 mobil telefon istifadəçisi var ki, bu da ölkə əhalisinin hər 100 nəfərdən 51-nin mobil telefon abunəçisi olması deməkdir. Əhalinin hər 100 nəfərinin mobil telefondan istifadəyə görə dünya ölkələri üzrə orta göstərici isə 41,6%-dir.
Qeyd edək ki, dünyada mobil telefon istifadəçilərinin sayı 3,3 mlrd. nəfərdir. Rabitə Nazirliynin verdiyi digər məlumata görə, ötən illərlə müqayisədə mobil telefon operatorlarının gəlirləri də xeyli artıb. Təbii ki, əgər həmin o 4 400 000 mobil telefon istifadəçisinin hərəsi 10 manatlıq kontur yükləsə, bu mobil telefon xidmətni təşkil etmək üçün lazım olan mayadan, məsrəfdən, daha artıq qiymət deməkdir. Və nəzərə alsaq ki, Azərbaycandakı mobil operatolar qoçaman «ağsaqqaldırlar», onda bu çoxlu miqdarda pul (manat) deməkdir. Amma belə olan təqdirdə nəyə görə tariflər düşmür? Elə vətandaşlar da o səbəbdən şikayətlənirlər.
Bəs bu barədə istifadəçini müdafiə edən qanun sistemi varmı? Hansı qanuna əsasən operator tarifləri endirməməklə və əksinə artırmaqla vətəndaşı özündən asılı vəziyyətə salır və onu məcbur edir ki, yüksək tarif ödəsin? Əgər vətandaşı bir nömrə ilə neçə illərdi tanyırlarsa, onun nömrə dəyişməklə bağlı çətinliklərini nəzərə alaraq, onu tarifi qaldırmaq və endirməmək siyasətinin girovuna nə üçün çevirirlər? Məgər operatoru dəyişmək vətandaşa iqtisadi və psixoloji ziyan vururmu? Bəs kim məsuliyət daşıyır?
Mən başa düşürəm, nəyi qoyub, nəyi axtarıram dəyəcəksiniz! Amma insanda insaf da yaxşı şeydir! Allah hamımıza insaf versin! AMİN!
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий