2 ərəb uşağı Fələstinə 1,8 milyon dollar yardım etdi
Kaş eyş-işrətdən başı açılmayan böyüklərə bu bir dərs olaydı…
Qəzzada çok çətin şəraitdə yaşayan Fələstinli uşaqlara, Birləşmiş Ərəb Əmirliklərindəki qardaşlarından dəstək gəldi.
Birləşmiş Ərəb Əmrliklərində yayımlanan «Şarika» kanalı Fələstinli uşaqları dəstəkləmək məqsədiylə "Salam Ey Kiçik" adlı yardım kampaniyası təşkil etmişdir. Kampaniyaya qoşulan iki uşaq fələstinli qardaşlarına 1,8 milyon dollar verəcəklərini açıqladılar.
Hələ üçüncü sinifdə oxuyan Lara Şankri «Şarika» televiziyasına müsahibəsində "Bu pulu kömək etmək istədiyim üçün verdim. Hər gün Fələstinli qardaşlarımı siyonistlərin işlətdiyi zülmlərə məruz qalarkən seyr edirəm. Bu səbəblə qardaşımla birlikdə bu xeyr əmələ qatılmaq istədim. Mən Suriya mənşəli, BƏƏ vətəndaşı və ürəyi Fələstində olan bir uşağam. Fələstinli qardaşlarımı sevir və onlara kömək etmək istəyirəm" - deyə bildirdi.
İşaqların adlarının açıqlanmasını istəməyən valideynləri, bu yardımın mənzilinə çatacağı təqdirdə, hər ay bu məbləği kömək olaraq Fələstinə vermək istədiklərini dedilər.
Kömək edəcək olan ikinci uşağın adı isə açıqlanmadı. (Filistinhaber)
Kaş uşaqların bu nəcib əməli eyş-işrətdən başı açılmayan, israfda ad çıxaran, dəvələrin gözəllik müsabiqəsi keçirən böyüklərə bir dərs olaydı…
Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Yer üzünün ən qorxunc şəhəri
22 ildir ki, bu halda. 900 il daha burada heç kim yaşaya bilməyəcək.
26 aprel 1986-cı il. Axşam saatları. Ukraynanın Pripyat şəhərində həyat hər zamankı kimi normal axımında davam edirdi. İnsanlar işdən çıxmış, evlərinin yolunu tutmuş, axşam yeməyi hazırlanmışdı. Heç kim, səhər gözlərini öz yatağında aça bilməyəcəyini, uzun və çətinlikli yollara düşəcəyini ağılının ucundan belə keçirmirdi.
Bu bir qorxu filmin ssenarisi deyil, gerçəyin özüdür. 22 il əvvəl, 26 aprel axşamı, Çernobil nüvə stansiyasının 4 nömrəli reaktorunda bir dəhşətli partlayış baş verdi. Dünya bu faciədən güc-bəla ilə xəbərdar oldu. Sovetlərin ünsiyyətə maneə törətmə mexanizmi tam olaraq işə keçmişdi. Amma sonunda qorxunc nüvə faciəsini gizləyə bilməmişdi.
Elə həmin gecə, Çernobilin 10 kilometrlik təhlükəli çevrəsinə girən 49 min əhalili Pripyat boşaldıldı. Gecə yarısından sonra başlayan təcili boşaltma əməliyyatı üçün yüzlərlə avtobus şəhərin mərkəzinə düzüldü. İnsanlar evlərini bir anda boşaltmaq məcburiyyətində qaldı. Boşaltma əməliyyatı elə sürətli reallaşdırıldı ki, heç kim özü ilə bir geyəcək və bəlkə də ailə albomları xaricində heç bir şey götürə bilmədi. Boşaltma əməliyyatı 30 saatda tamamlandı.
O gün və bu gün qorxunc şəhər olan Pripyat, 900 il daha belə qalacaq. Elm adamları, Çernobildən sızan ən zərərli radioaktiv şüaların yox olması üçün ən azı 900 il keçməsi lazım olduğunu söyləyir. Bütün radioaktiv şuaların tamamilə yox olması üçün, 48 min ildən (!!!) bəhs edilir.
Pripyatlılar isə yeni bir yerdə, çətin də olsa həyata yenidən başladılar. Təbii ki, aralarından bir çoxu radyoaktiv təsirdən xilas ola bilmədi. Geriyə qalanlar isə heç nəyə baxmayaraq Pripiatı həsrətlə xatırlayır. (hürriyyət)
Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Reklam lövhəsi avtobusunun üzərinə aşdı
Bakıda son günlər əsən güclü külək az qala 17 nəfərin tələfatı ilə nəticələnəcəkdi.
Axşam saatlarında əsən güclü külək Sabunçu rayonu Bakıxanov qəsəbəsində yolun kənarında quraşdırılan reklam lövhəsini 309 nömrəli mikroavtobusun üzərinə aşırıb. Xoşbəxtlikdən hadisə zamanı ciddi xəsarət alan olmasa da, 309 nömrəli mikro avtobusun ön hissəsi əzilib.
Hadisənin baş verdiyi anda mikroavtobusda texminən 17 sərnişin olub. Hadisə zamanı sərnişinlər mikroavtobusun pəncərələrini sındırıb özlərini çölə atıblar. Sərnişinərdən bir neçəsində yüngül sıyrılmalar olub.
Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий