Cümə gününüz mübarək olsun, ey Cümə namazına tələsənlər! Keçən cümədən bu günümüzədək baş verən olaylara diqqət etdikcə halım pərişan olur. Mən bu sözləri deyəndə hələ dünyada baş verən yekə-yekə hadisələri nəzərdə tutmuram. Elə öz ölkəmizdə baş verənlərdən söhbət aşmaq istəyirəm. Hər gün mətbuat səhifələrini oxuyanda qənaətə gəlmişdim ki, yaxın gələcəkdə firavan məmləkətimizdə ayaq tutub yeriyəni barmaqla göstərəcəklər. Hər gün elə bil eynən təkrar olundu: neçə nəfər orda öldü, neçə nəfər avtoqəzaya düşdü - əlqərəz hər bölgədən intihar və qətl xəbərləri.
Ürəyim qubar bağlayırdı ki, Dövlət Statistik Komitəsi təsəlliverici xəbəri açıqladı: "2008-ci ilin I rübündə Azərbaycan əhalisinin sayı 23 min nəfər artıb. Deməli olmuşuq cəmi-cümlətanı 8 milyon 653 min nəfər. DSK-nın digər bir məlumatını əsas tutaraq deyə bilərəm ki, 2008-ci ilin ilk üç ayında öz xoşbəxtliyinə qovuşmaq üçün 16,2 min nigaha girsədə, eynən də öz "xoşbəxtliyinə" qovuşmaq üçün 2,0 min nəfəri boşanıb…
Əlqərəz elə dərindən nəfəs almaq istəyirdim ki, bir nəhs xəbər peyda oldu. Ölkədə buğda qıtlığı yaranıb. Çörəyin qiyməti qalxır. Əvvəlcə inanmaq istəmədim, çünki kartof və soğanın qiymətlərinin bahalaşmasından sonra çörəyin qiymətinin qalxması mənə xəbər yox, dərd yükü idi.
Lütfən məni düzgün başa düşün. Mən yemək üçün yaşamıram, ancaq yaşamaq üçün də quru da olsa bir tikə çörək yeməliyəm, ya yox?! Bilirəm, çoxunuz başınızın hərəkəti ilə bu sözümü təsdiq edəcəksiniz. Bu bahalaşma prossesində ətin qiyməti qalxanda camaatımızın əksəriyyətinin heç vecinə də deyildi. İnanın ki, ölkəmizin iqtisadi inkişafı dövründə qiymətlərin belə artması ilə bağlı mənim maraqlı müşahidələrim olub. İndi ki, kartofun, soğanın və çörəyin qiyməti qalxıb - hamı narazıdır. Ətin qiymətinin qalxmasına isə, əvvəldə qeyd etdiyim kimi, bir iki nəfər giley-güzar edirdi. Ona görə deyirəm ki, bizim məmləkətdə ƏT YEYƏNLƏR onsuz da adda-budda idi. Ət almayan üçünsə nə təfavütü, kilosu 5 manatdır, yoxsa 8…
Bu məmləkətdə təkcə xiyarın qiymətinin qalxmasını dilə gətirən bir nəfər olub. Onu siz də tanıyırsınız.
Əhalinin 23 min nəfər artım xəbərindən sonra bu qıtlıq xəbərin eşidəndə düşündüm ki, bundan sonra İqtisad və Kənd Təsərrüfatı Nazirliyi idxal və ixracla bağlı VVADQ (ZAQS) şöbəsinə məlumat versinlər ki, nigaha daxil olanlar əhalinin artımında kəmiyyət və keyfiyyətə özləri nəzarət etsin.
Söhbət nigahdan düşmüşkən diqqətinizə çatdırım ki, millət vəkillərindən biri bu barədə öz narahatçılığını belə ifadə etmişdir: "Ailə quran gənclərimiz ilk növbədə dövlət kəbini kəsdirməlidir ki, gələcəkdə hansısa problem yaranmasın".
Kimsə məni qınamasın, mən bu fikirlə heç cür razılaşa bilmərəm. Əslində sonrakı problemlər şəri nigah olmadan baş verir. Belə bir sual versəm ki, Allahın elçilərini təhqir edənlər kimlərdir? Sizlər fikrə getmədən cavab verəcəksiniz ki, şəri nigahdan kənarda qalan binəvalar... Əhsən! Cavab düzdür. Odur ki, ordan-burdan tələm-tələsik kağız düzəltməklə deyil. xeyir-dua olmayan yerdə problemlərin olması da qaçılmazdır.
Təbiət Hüseynov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
пятница, мая 16, 2008
ƏT YEYƏNLƏR və ƏHALİ ARTIMI
Ярлыки:
yazar: Təbiət Hüseynov
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий