вторник, ноября 11, 2008

Ziyarətiniz qəbul olsun, ay Azərbaycanın zavallı zəvvarları!

Bəs nə üçün Türkiyədə həcc ziyarətinin qiyməti qalxmadı?

Həcc ziyarətində olarkən özümə söz vermişdim ki, vətənə döndükdən sonra həcclə baxlı bir məsələni həmvətənlərimlə bölüşəcəm. Lakin hər dəfə bu barədə yazmaq istəyəndə nəsə bir iş ortaya cıxırdı. Ötən həftələrdə mətbuatda “Həccin qiyməti qalxdı” məqaləsini oxuduqdan sonra bu bu barədə tezliklə yazmağa qərar verdim.

13 dekabır 2007-ci il saat 15.00 radələrində mən həcci-təməttö əməlinin yerinə yetirdikdən sonra Müqəddəs Məkkə şəhərində bizim ücün nəzərdə tutulmuş otelə qayıdırdım. Müqəddəs Hərəmdən cıxıb avtobus dayanacaqına tərəf gedərkən,qonşu Türkiyə dövlətindən gələn hacılar ücün nəzərdə tutulmuş avtobusları gördüm (nəzərinizə catdırım ki, bu avtobuslar hacıları müqəddəs Hərmdən (Kəbə evindən) qaldıqları otelə aparır. Bu kimi xidmətləri Türkiyə, İran və digər dövlətlər öz ölkələrindən gələn hacılar ücün təşkil edir). Avtobuslara yaxınlaşdım. Nəzarətci məndən hansı ölkədən gəldiyimi soruşdu. Mən Azərbaycandan olduğumu bildirdim və avtobusa minmək ücün icazə istədim. Nəzarətci mənim azərbaycanlı olduğumu bildikdən sonra mənə avtobusa minmək ucun icazə verdi. Avtobusa minib əyləşdim. Bir necə dəqiqədən sonra mənim yanımda Türkiyədən gəlmiş bir hacı əyləşdi. Və bizim onunla çox maraqlı bir dialoqumuz oldu. O məndən haradan gəldiyimi, neçə gün müqəddəs Mədinə şəhərində qaldığımı, artıq neçə gündür ki, Məkkə şəhərində olduğumu və neçə gün olacağımı soruşdu. Mənim ona verdiyim cabvablardan heyrətləndi. Öz növbəsində onun mənə söylədikləri də məni heyrətləndirdi. Məhz onun və mənim heyrətim səbəb oldu ki, bu məqaləni yaızm.

Ilk növbədə onu heyrətləndirən səbəbləri siznlə böluşmək istərdim. Mən hörmətli türkiyəli hacıya bizim həcc ziyarətimizi təşkil edən şirkətin səhlənkarlığı ucbatından (yəqin sizin ücün maraqlıdır biz hansi şirkətlə həcc ziyarətinə getmişik. Açığını deyim ki, Azərbaycanda həcc ziyarətini təşkil eden şirkətlər arasında hec bir önəmli fərq yoxdur. Atalar demişkən, «Baliq başından iylənər») Mədinə şəhərində yalnız 1 gün qaldığımızı və Məkkə şəhərinə cəmi 5 saat əvvəl gəldiyimizi və burada 11 gün qalacağımızı bildirdim. Bu ziyarətlə bağlı ödədiyim məbləği dedikdə isə türkiyəli hacı öz təəcübünü gizlədə bilmədi.

Mən hələ türkiyəli hacıya yolda başımıza gələn əhvalatları danışmadım. Əgər danışsaydım, yəqin ki, yerindəcə donub qalardı. Açığı, onun heyrətindən sonra ona yazığım gəldı. Mən ona bizim qrup rəhbərinin Mədinəyə catarkən Mədinədəki nümayəndələri ilə sicovullu otel barəsində olan telefon danışığını, Səudiyyə Ərəbistanı sərhədində və bura gələrkən tranzit ölkənin sərhədindəki hadisələri danışsaydim, yəqin ki, halı pis olardı. Elə sizin də. Qabağa gedərək, sizlərin nəzərinizə bir məsələni də catdirim ki, bizim problemlərimiz Vətənə dönənədək davam etdi.

İndi isə mənim heyrətimin və bu məqaləni yazmağımın digər səbəbini sizinlə böluşmək istərdim.

Türkiyəli hacı muqəddəs Mədinə şəhərində 8 gün, Məkkə şəhərində isə artıq 1 ay qaldıqlarını və bu zamandan etibarən də 12 gün daha qalacaqlarını və bunun muqabilində cəmisi 2600 avro (2876 manat) ödədiyini və ödədiyi pulun müqabilində həmçinin gündə iki dəfə yemək verilməsini də qeyd etdi. Bunları eşitdikdən sonra mənim halım pis oldu. Gözümün qarşısından Azərbaycandan gələn hacılar gəlib keçdilər. İllərlə həsrətində olduqları mübarək məkanlara gələrkən başlarına min bir oyun açılan, haqlarını tələb edərkən öz səriştəsizliyini ört-basdır etməyə cəhd edən qrup rəhbərləri tərəfindən spekulyativ surətdə: «Əgər həccə gəlibsinizsə, gərək Allah yolunda əziyyət cəkəsiniz» kimi demoqoqcasına deyilən sözlərini eşidən həmvətənlərimin durumu məni çox sıxdı.

Türkiyədən olan hacı bizlərdən demək olar ki, çox az miqdarda əlavə pul ödəmişdir (600 dollar). Lakin, gündə iki dəfə pulsuz yemək verilən türkiyəli hacılar, həm də bizlərdən çox Mədinə və Məkkə şəhərlərində ziyarətdə olurlar – təqribən 2 aya yaxın bir müddətdə. Bizlər isə təqribən 20 gün. Bu 20 günun də 6 gününü yolda kecirmişik.

Hər il olduğu kimi, bu il də vətənimizdən həcc ziyarətinə insanlar gedəcək. Bu ildə də hər il olduğu kimi olacaq. Yəni, atalar demişkən, köhnə hamam, köhnə tas. Hər şey göz qabağındadır. Özü də həmin yararsız xidmət müqabilində qiymətin qalxmasına da rəvac verirlər. Özü də utanıb-qızarmadan qiymət artımını enerji daşıyıcılarının qalxması ilə izah edirlər. Adam bunları dinlədikdən sonra şəkkə düşə bilər ki, bəlkə Azərbaycan enerji daşıyıcılarını idxal edir?

Mənim bu insanlara bir sualm var. Necə olur ki, bizim ölkədə hər il növbəti bir bəhanə ilə həccin qiyməti qalxır, xidmətin keyfiyəti isə qalxmır?

Gəlin qonşu Türkiyə dövlətindəki həcc ziyarətini təşkil edən şirkətlərlə ölkəmizdəki şirkətlər arasında umumi bir müqayisə aparaq. İlk növbədə hər iki dövlətdə yanacağın qiymətləri arasında fərqə baxaq. Avtomobillər ucun benzinin qiyməti 3,35 YTL (1 manat 79 qəpik), dizel yanacağının qiyməti isə 2.88 YTL (1 manat 53 qəpik). Bizim ölkədə isə avtomobilər ücün benzinin ən baha markasının qiyməti 60 qəpik, dizelin qiymət isə 45 qəpikdir. Göründüyü kimi, qiymətlər arasında böyük bir fərq var.

Hər iki ölkədəki yanacaqların qiymətləri arasındakı fərqə baxdıqdan sonra, məsələyə Azərbaycandakı həcc ziyarətini təşkil edən fərdlərin enerji daşıyıcılarının bahalığı bəhanəsi ilə ilə yanaşsaq, belə qənaətə gəlmək olar ki, Türkiyədən həccə gedən zəvvarlar bizdən daha çox pul ödəməlidirlər. Lakin araşdırma apardıqda, tam əksini görürük. Türkiyəli zəvvarlar azərbaycanlı zəvvarlardan az pul ödəyir, müqəddəs məkanlarda Azərbaycanlı zəvvarlardan fərqli olaraq 2 dəfə çox qalır və gün ərzində pulsuz yemək, keyfiyyətli tibb və nəqliyyat xidməti ilə yanaşı, digər xidmətlərlə də təmin olunurlar.

Türkiyədəki həcc ziyarətinin qiymətlərini nəzərinizə catdırıram. Burada həcc ziyarəti ücün nəzərdə tutulmuş qiymət 1950 avrodan (2157 mantdan) başlayır. Zəvvarlar həcc ziyarətini təyyarə ilə reallaşdırırlar

1-ci proqram - 2200 avro (2433 manat)

Məkkə şəhərində mübarək Hərəmdən – Kəbə evindən 4 km məsəfədə, Mədinə şəhərində isə mübarək Hərəmdən 700 m məsafədə yerləşən otellərdə qalınacaq. Otellərdəki nömrələrdə ən çox 6 nəfər qalacaq. Hamam və sanitariya qovşağı nömrələrin içindədir.

Məkkə şəhərində mübarək hərəmə getmək ücün avtobusların 24 saat pulsuz fəaliyyəti təşkil olunub.

Hər iki şəhərdə səhər və axşam kompleks yemək verilir.

Ziyarət müddəti 35-45 gündür

2-ci proqram – 2050 avro (2267 manat)

Məkkə şəhərində mübarək Hərəmdən – Kəbə evindən 4 km məsəfədə, Mədinə şəhərində isə mübarək Hərəmdən 700 m məsafədə yerləşən otellərdə qalınacaq. Otellərdəki nömrələrdə ən çox 6 nəfər qalacaq. Hamam və sanitariya qovşağı nömrələrin içindədir.

Məkkə şəhərində mübarək hərəmə getmək ücün avtobusların 24 saat pulsuz fəaliyyəti təşkil olunub. Mədinə şəhərində isə otellər Mübarək hərəmə yaxin məsafədə olduğu ucun piyada getmək nəzərdə tutulub.

Hər iki şəhərdə səhər və axşam kompleks yemək verilir.

3-cü proqram - 1950 avro (2157 manat)

Məkkə şəhərində mübarək Hərəmdən – Kəbə evindən 6 km məsəfədə, Mədinə şəhərində isə mübarək Hərəmdən 700 m məsafədə yerləşən otellərdə qalınacaq. Otellərdəki nömrələrdə ən çox 6 nəfər qalacaq. Hamam və sanitariya qovşağı nömrələrin içindədir.

Məkkə şəhərində mübarək hərəmə getmək ücün avtobusların 24 saat pulsuz fəaliyyəti təşkil olunub. Mədinə şəhərində isə otellər Mübarək hərəmə yaxin məsafədə olduğu ucun piyada getmək nəzərdə tutulub.

Hər iki şəhərdə səhər və axşam kompleks yemək verilir.

4-cü proqram - 3500 avro (3871 manat)

Məkkə şəhərində mübarək Hərəmdən – Kəbə evindən 1 km məsəfədə yerləşən otellərdə qalınacaq. Otellərdəki nömrələrdə ən çox 3 nəfər qalacaq. Hamam və sanitariya qovşağı nömrələrin içindədir.

Otellər Mübarək hərəmə yaxin məsafədə olduğu ucun piyada getmək nəzərdə tutulub.

Hər iki şəhərdə səhər və axşam kompleks yemək verilir.

Ziyarət müddəti 15-18 gündür

5-ci proqram – 3750 avro (4148 manat)

Məkkə şəhərində mübarək Hərəmdən – Kəbə evindən 1 km məsəfədə yerləşən otellərdə qalınacaq. Otellərdəki nömrələrdə ən çox 3 nəfər qalacaq. Hamam və sanitariya qovşağı nömrələrin içindədir.

Otellər Mübarək hərəmə yaxin məsafədə olduğu ucun piyada getmək nəzərdə tutulub.

Hər iki şəhərdə səhər və axşam kompleks yemək verilir.

Ziyarət müddəti 35-45 gündür

6-cı proqram – 3150 avro (3484 manat)

Məkkə şəhərində mübarək Hərəmdən – Kəbə evindən 2-3 km məsəfədə yerləşən otellərdə qalınacaq. Otellərdəki nömrələrdə ən çox 2 nəfər qalacaq. Hamam və sanitariya qovşağı nömrələrin içindədir.

Məkkə şəhərində mübarək Hərəmə getmək ücün avtobusların 24 saat pulsuz fəaliyyəti təşkil olunub.

Hər iki şəhərdə səhər və axşam kompleks yemək verilir

Ziyarət müddəti 35-45 gündür

7-ci proqram – 2950 avro (3263 manat)

Məkkə şəhərində mübarək Hərəmdən – Kəbə evindən 2-3 km məsəfədə yerləşən otellərdə qalınacaq. Otellərdəki nömrələrdə ən çox 3 nəfər qalacaq. Hamam və sanitariya qovşağı nömrələrin içindədir.

Məkkə şəhərində mübarək Hərəmə getmək ücün avtobusların 24 saat pulsuz fəaliyyəti təşkil olunub.

Hər iki şəhərdə səhər və axşam kompleks yemək verilir

Ziyarət müddəti 15-18 gündür

Gördüyümüz kimi, qonşu Türkiyədə həcc ziyarətini təşkil edən şirkətlərin təkliflərində dəqiqlik və şəffaflıq var. Yəni, şirkət əvvəlcədən zəvvara harada və neçə gün qalacağını,qalacaqları yerləri və şirkət tərəfindən göstəriləcək digər xidmətləri açıq şəkildə bəyan edir. Bizim ölkəmizdə yalnız və yalnız ilkin olaraq həcc ziyarətinin qiymətini elan edirlər. Həcc ziyarətinin qrafiki isə getməyə 10-15 gün qalmış bildirilir. Qrafik deyilərkən yalnız nə vaxt saat neçədə haradan yola düşüləcəyi və ilkin olaraq Məkkə və ya Mədinə şəhərinə gediləcəyi və vətənə nə zaman dönüləcəyi qeyd olunur. Yəni zəvvarlarla əvvəlcədən hec bir müqavilə bağlanılmılır. Açığı heç sonradan da bağlanmır.

Bir məsələni də vurğulayım ki, Türkiyədə həcc ziyarətinin qiyməti kecən ilki qiymətlərlə, yəni 2007-ci ilin qiymətləri ilə nisbətdə praktiki olaraq dəyişilməyib.

Mənim sizlərə deyəcəyim sozlər hələlik bu qədərdir. Məqalənin sonunda istərdim ki, Həzrət Əlidən (ə) bir hədisi qeyd edim. İmam (ə) buyurub: ”Xalqın dini işlərində onlara fırıldaq gələn, Allahın və onun Peyğəmbərinin düşmənidir”.

ZƏKİ ƏLƏMDAR

«Dəyərlər»

Комментариев нет: