воскресенье, октября 12, 2008

Kor və laqeyid gözlərin qurbanı Fələstin

Budur, yenə erməni silahlı qüvvələri atəşkəsi pozur, cəbhə xəttində milli ordumuzun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutur və milli ordumuzun bir əsgəri şəhid olur və yaxud da ölkəmizin şimal qərb bölgəsində sərhədə yaxın ərazidə yaşayan dinc sakin odun yığarkən erməni yaraqlılarının açdığı atəş nəticəsində dünyasını dəyişir.

Digər tərəfdən İraqda, müxtəlif ərazilərdə eyni gündə iki partlayış olur və otuzdan artıq adam dünyasını dəyişir, şəhər xəstəxanaları yaralılarla doludur.

Başqa bir tərəfdə - Qəzza sektorunda İsrail sionist rejiminin hava zərbələri nəticəsində on beş fələstinli və onların içində də beş uşaq öldürülür.

Hava hücumundan sonra israil əsgərləri ilə Fələstin sakinləri arasında silahlı qarşıdurma baş verir. Bu qarşıdurma nəticəsində çoxlu sayda fələstinli həlak olur və yaralanır.

Bunlar müsəlman xalqlarına qarşı törədilən qırğınların, edilən zorakılıqların günümüzdəki nümunələrinin bir hissəsidir.

Dəfələrlə dünya aydınlarının çıxışları, bəyanatları, "bununla biz hara gedirik" deyə böhrandan çıxış yolu axtarmaq üçün dünya ictimayyətinə ünvanladıqları ayıldıcı, sirkələyici sualları dünyanın iri özlərinin hər sahədə inkişaf etdiklərini ağız dolusu deyən ölkələrinə nə bir təsir qoydu, nə də ki, sərvətlərlə zənğin olan böyük-böyük müsəlman ölkələrini yuxudan ayıltdı. Düzdür, fərdi olaraq çıxıb öz sözlərini deyən ləyaqətli, vicdanlı insanlar da oldu, hətta bu cinayətlərə öz qanları ilə imza atanlar da.

Neçə illlərdir yaxınlarını itirmiş, ev-eşiklərindən didərgin salınmış və gözlərini müharibə, işgəncə ocaqlarında açmış fələstinlilərə terrorçu damğası vuraraq çox ölkələr üzlərinə qapılarını ağlayırdılar, baxmayaraq ki, özləri terrorun hər cürə müharibə çətinliklərinin qurbanlarıdırlar. Çox vaxt «müsəlman qardaşlarımız» deyən bəzi ölkələr isə fələstinliləri öz sərhədləri astanasında açıq səma altında ac, susuz saxlayıb ölümə məhkum etdilər.

İsrail sionis rejiminin 60 ildir gündəlik törətdikləri qansızlıqları görməmək mümkün deyil, özlərini laqeydliyə vurub gözlərini yumanlar isə bu insanların başına gətirilən olmazın faciyələri özlərindən aslı olmayaraq muxtəlif yerlərdən mütəmadi olaraq eşitməyə məcbur olurlar. Çünki bu qansızlar etdikləri qeyri-insani cinayətləri tez-tez müxtəlif təşkilatlar, qəzetlər, jurnallar və internet vasitəsilə özləri etiraf edirlər. Fələstində 2005-2007- ci illərdə Əl-Həlil bölgəsində xidmət edən 39 əsgər törətdikləri cinayətləri özləri dünya ictimayəti qarşısında etiraf ediblər:

"İstədiyimiz evi peyk vasitəsilə seçərək top atəşilə məhv edirdik"

"10 yaşlı uşağı ailəsinin gözü qarşısında döyüb işgəncə veririrdik"

"Ən çox sevdiyimiz oyun uşaqları boğmaq oyunu idi. Kimin boğduğu uşaq daha gec huşunu itirirdisə həmin əsgər qalib gəlirdi."

Dinc əhali arasında "kimi görsəniz vurun" əmri və bu kimi vəhşiliklərin etirafları adamı heyrətə gətirir.

Bununla belə sionist İsrail rejiminin baş aşkenazi ravvini fələstinli körpələrin nalələrini, ədalət tələb edən insanların fəryadlarını eşitməmək üçün onları Misirin Sinay yarmadasına köçürülməsi təklifini irəli sürür. Həyasızlığın dərəcəsinə bax!

Görəsən yəhudi qeyri-qanuni məhəllələrinin günbəgün çoxalmasına, İsrail rejiminin yalnız bir əsgərinin azad edilməsinə xatir bütün hərbi gücündən istifadə edərək əsl müharibə aparmasına necə göz yummaq olar?

Bizlər buradan bütün dünyaya, xüsusilə də külli miqdarda olan var-dövlətlərini tam olaraq necə xərcləməyi müəyyənləşdirə bilməyən digər ərəb ölkələrinə səslənirik. "Bütöv bir xalqın mövcud olan ağır, dəhşətli vəziyyətdə yardım çağırışları eşitməmək üçün qulaqları bağlamaq olarmı?

Halbuki, belə cinayətlərə göz yummaq heç bir müsəlmana, nəinki musəlman, heç bir vicdanlı bəşər övladına yaraşmaz.

Saysız-hesabsız sülh və insan haqları adına yaradılmış təşkilatlar bu haqsızlıqlara, cinayətlərə qarşı çıxıb heç bir iş görmürlər və ya başlarını ağrıtmaq istəmirlər.

Başqa bir tərəfdən baxanda tutaq ki, biz bu işə qarışmadıq, "nəyimizə lazımdır, bizimlə işləri yoxdur" deyib yaxamızı bir kənara çəkdik. Bununla nəinki bir şey əldə etmiş olarıq, hətta itiririk də. Axı bu cinayətkarlar bizlərə də az mənfi təsirlər göstərmirlər.

Xocalı soyqırımı günü İsraildə bayram konserti keçirilir. Sonra BMT də Qarabağ müzakirələri zamanı Azərbaycanın lehinə olmayan mövqe nömayiş etdirilir və xalqımızı ən çox narahat edən, yaralı yerimiz olan Şuşanın işğalı gününü ölkəmizdə bayram tədbiri keçirilməsi planı ortaya atılır. Bütün bunlar İsrail rejiminin işğalçı ermənilərlə eyni baxışa malik olduqlarını göstərir. Bunların gördükləri işlərin mahiyyəti zatən bəllidir.

İsrail rejiminin özündə də bu qeyri-bəşəri cinayətləri, vəhşilikləri kəskin şəkildə tənqid edən, bu rejimə qarşı çıxan vicdanlı insanlarda az deyil.

Bütün bu haqsız, qəsbkar vəhşiliklərin insan övladının və bir müsəlman xalqının başına gətirilməsinə onsuz da dözürük, dözməklə yanaşı heç olmasa məlumatsız insanları bu qeyri-insani cinayətlərin törədilməsi barədə maarifləndirək və o, məzlumların fəryadını az da olsa cavabsız qoymayaq.

Tural Ağamirzəzadə
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: