пятница, июня 27, 2008

HAQQI ELƏYƏR BƏRPA


Qəmdən üzülüb canım,
Nahaqq tökülüb qanım,
Qalxıb göyə əfqanım...
Gizlindədir imkanım,
Gəlmir hələ dövranım,
Qopmur hələ tufanım.

Haqqın səsi yüksəlmir,
Məzlum niyə dirçəlmir?
Zalım axı dincəlmir,
Göydən də bəla gəlmir.

Gözlərdən asıb pərdə
Hər yanda durub hərbə.
Heç qayğı olar zərbə?
Kim bunda düşər şəkkə?
Bu mərmidi, bu qəlpə!
Rəhm eyləmədən zərrə
Öldürdü neçə körpə.
Kim etsə buna qibtə
Lənət ona əlbəttə!

Haqqı tanıyan aqil
Zülm etməz, olar adil.
Kim olmadısa qafil
Oldu ona da şamil.
Dəryanı tutar sahil
Dərk etməsə də cahil
Cahil də ora daxil.
Hər bir işi naqabil
Hər yanda ötər dil - dil
Axır gələr Əzrayil(ə),
Surun çalar İsrafil(ə),
Mənsə bir işə mail,
Ol işdə ola təcil.

Mən səslərəm Allahi,
Gizlinlərə agahi.

«Rəbbim, bizə imdad et,
Nadanları bərbad et,
Qəmdən bizi azad et,
Xoş vədən ilə şad et».

Rəbbim əsil Hakimdir,
Hər şey ona təslimdir.
Üsyan eləyən kimdir?
Zalimdir o, zalimdir.

Qəlbimdə qalıb yarə,
Çarə qalıb izharə.
Məlunlara, küffarə
İmkan düşə bir parə
Gündüz də olar qarə,
Aləm də gələr zarə.
Elan olar aşkarə
Zalim çəkilər darə.

Döndükcə duran dünya
Olmaz əbədi əsla.
Haqq qalsa da bir damla
Bir gün daşırar dərya.
Olmaz bu fikir xülya
Gülşən yetirər səhra.
Allah həqiqi əla
Zülmü eləyər ifşa.
Haqq haqqa olub arxa
“Haqqı eləyər bərpa!”


Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



пятница, июня 20, 2008

Şirin ümidlər

Bismilləhir-Rahmənir-Rahim!

Bu günlərdə yenə növbəti dəfə Gürcüstanla Rusiya arasında gərginlik yaşandığını müşahidə edirik. Və biz azərbaycanlılar nə düşünürük? Çox, çox-çox müdrik bir xalq kimi biz baxıb gürcülərin hərəkətlərinə gülüb, onlara lağ edərik, o saat deyərik - ağılsızlığa bax e-e. Rusiya kimi bir dövlətlə də belə danışmaq ola-ar? Dünyanın ən güclü ordularından birinin hərbiçiləri ilə necə belə rəftar etmək olar?
Onların silahlarını əllərindən almaq və özlərini də dama basma-aq?! Bu necə də böyük siyasətsizlikdir! Gürcülər bununla nə əldə edirlər bəyəm?! Əşşi-i, dağ admlarıdır də-ə. Onları da qınamaq olmur, cavandılar, təcrübələri yoxdur, “siyasət” məktəbi keçməyiblər. Deyəcəksiniz ki onlar Qərb müttəfiqlərinə güvənirlər. Yaxşı, bəs həmin bu Qərb, elə Rusiyanın özü də bizim supersiyasətçiliyimizin nəticəsində bizim də istrateji müttəfiqimiz döyül bəyəm?! Zarafat iş deyil a-a, iki zidd ilə eyni zamanda dost olmaq. Əhsən bizim siyasətçilərimizə. Əsas nəticədir. Çox da ki, istrateji həmsədrlərimizdən biri rəsmi surətdə Dağlıq Qarabağa pul ayırır, biri silah verir, biri də hər növ siyasi, imformasiya və iqtisadi dəstək verir qeyri-istrateji tərəfdarları olan ermənilərə. Şirkətləri Qarabağda iş görürlər.
Gərək biz də onların geyri-istrateji tərəfdaşı olaydıq. Nə pis şey imiş bu istrateji tərəfdaşlıq. Noolsun. Biz ürəyi təmiz və gəlbi geniş xalqıq, belə xırda-para şeyləri ört-basdır etmək lazımdır, bunları şişirdib o boyda nəhəng dövlətlərlə düşmən olmayacayıq ki!! Zato hamısı ilə münasibətlərimiz yaxşıdır, hamısı ilə dostuq. Bir düşünün, misal üçün Rusiya bizimlə əlagələrini kəssə, həmvətənlərimizi oradan geri göndərsə, nə olar halımız?! Necə? Gürcüstanın nefti yoxdur və ona heç nə olmadı? Bizim çoxumuzdan yaxşı yaşayırlar? Bu da orada bizə baxanda demokratik rejimin hökm sürməyinə görədir? Əşşii-i, demokratiya-zad hamısı boş şeydir, əsas odur ki, bizim ölkə inkişaf templəri üzrə dünyada birinci yerdədir.
Yadıma bir az əvvəl olan pilotsuz təyyarə qalmaqalı düşdü. O vaxt düşünmüşdüm ki, axı bu təyyarədən bizdə niyə yoxdur. Bu əjdaha başı deyil ki, lazımsız bir şey ola. Əsgərlik vaxtı qarşı tərəfdə duran duşmənin mövqelərini bilməyin necə zəruri olduğu yadıma düşmüşdü. Sonra kosmosa peyk buraxmaq istədiyimizi görüb sevindim. Indiki zamanda kosmosdan yerdəki qəzetin də oxunduğunu duşunub öz-özümə dedim, əhsən bizimkilərə, özlərini danışıqlara aldanmış kimi göstərib dığaların torbalarını tikməyə hazırlaşırlar. Amma (yenə bu hər şeyi körlayan əmma) kardeşlerimiz demişkən nərdə-ə-ə. Məlum oldu ki peykimiz istrateji tərəfdarlarımız olan izrail və amerikanın tam nəzarəti altında buraxılacaq. Sonra gördüm ki “bizimkilərin” heç belə bir fikirləri də olmayıb, onlar olimpiadanın bizdə keçirilməsinə hazırlaşırlarmış, o da əldən çıxdı. Bununla da ümidlərimin kökünə balta çalındı.
Niyə biz heç olmasa açıq-aşgar düşmənimiz olan dığalarla bu tərzdə (Gürcüstanın Rusiya ilə tonu kimi) danışmırıq görəsən? Danışmaq bir yana, heç olmasa qaş-qabaq eləmirik? Qaş-qabaq bir yana, heç olmasa onların üzünə gülümsəməkdən özümüzü saxlamırıq?! Axı hələ də, elə həmin o üzlərinə güldüyümüz anlarda da əsirlərimiz dığaların əllərində işgəncə görürlər. Allah mənliyimizi əlimizdən almasin. Bunlar olmayandan sonra digərlərinin mənası nədir? Axı hələ bir-iki ay bundan qabaq bizimkilər 5-10 dığanı Andronikin yanına göndərəndə çoxumuzda ümid dolu hisslər oyanmışdı?! Qarabağ intiqamının reallığı hissi… İşğal olmuş torpaqların qaytarılması hissi… Necə də şirin hisslər! Bu hisslərin aradan getməməsi ümidi ilə Allah amanında.

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, июня 19, 2008

Ay-ulduzlular tarix yazdılar

Türkiyənin milli futbol komandası unudulmaz bir zəfərə imza atdı. Qrupundakı son oyununda Çexiya Respublikasının millisi ilə qarşılaşan ay-ulduzlu qrup, 2-0 məğlub vəziyyətə düşməsinə və qapıçısız qalmasına baxmayaraq oyunu 3-2 qazanmasını bacardı.
Bildiyimiz kimi, Avropa büyük futbol həyacanı yaşayır. Əlbətdə hər zaman olduğu kimi, bu ildə biz kimlərəsə azarkeşlik edirik. Azərbaycan azerkeşlərinin böyük həyəcanla izlədiyi oyunlar, əlbəttə ki, Türkiyənin oynadığı oyunlardır. Qonşu ölkənin milli komandası isə sözün həqiqi mənasında iyunun 15-i tarix yazdı. Elə bir tarix ki, nə çexlərin, nə də ki türklərin yadından heç bir zaman çıxmayacaq.
75 dəqiqə ərzində 2 qol vuran Çexiya Respublikası idmançıları oyunun sonunun onlar üçün acınacaqlı olacağını heç xəyallarına belə gətirə bilməzdilər. Dəqiqə 75. Ardanın qolu turkləri ayağa qaldırdı. Hesab 2:1. Xallar arasındakı fərq minimuma endirildi. Elə həmin andan hər kəs türklərin növbəti qolu üçün dua etməyə başladı. Hesabın bərabərləşməsi və oyunun taleyinin penaltilərlə həll olunmasını istəyirdilər türklər. Dəqiqə 87. Hər kəs ayaqda. Çünki, Nihat tarixə öz adını yazdı. Hesab 2:2. İndi hər kəs sevinir və oyunun nəticəsini penaltilərin həll edəcəyinə şübhə belə yoxdur. Amma ...
Nəfəsləri kəsən an. Dəqiqə 89. Nihat Türkiyənin 3-cü və heç kəsin ağlına belə gətirə bilməyəcəyi qolu vurdu. Və beləliklə cəriməli olduğundan ilk 2 oyuna buraxılmayan Nihat, bütün türkləri ayağa qaldırmağı bacardı və Türkiyə Avropanın 8-liyinə daxil oldu.
Dəqiqə 92. Çexlərin sonuncu təhlükəli hücumunun qarşısını alan zaman Vulkan çox böyük kobudluq etdiyinə görə qirmizi kart aldı və növbəti oyunda komandasına heç bir köməklik edə bilməyəcək. Türkiyənin növbəti oyunu güclü Xorvatiya komandasına qarşı olacaq.
Qırmızı kart görən qapıçı Vulkan ilə sarı kart cəzalısı Məmməd Aurelio, Vyanadakı dörddə bir final oyununda forma geyə bilməyəcək. Tarixi qalibiyyətin ardından jurnalistlərin suallarını cavablandıran Fateh Term: "Bu futbolçuların alınından öpmək lazım. Tarix belə yazılar" dedi. Respublika başçısı Abdullah Gül ilə baş nazir Teyyib Ərdoğan da oyunun ardından Futbol Federasiyası Başçısı Həsən Doğan və baş məşqçi Fateh Termini axtararaq təbrik etdilər.

Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


Afərin Türkiyə!

Türkiyənin 1\4 finala yüksəlməsi möhtəşəm və möcüzəlı oyunla gercəkləşdi. 0:2 hesabı ilə geridə olarkən toparlanıb oyundan 3:2 hesablı qalibiyyətlə ayrılan "ay-ulduzlular" hamını, eləcə də bizləri sevincə qərq etdi. 75-ci dəqiqədə Ardanın, 87 və 90-ci dəqiqələrdə Nihatın qolları ılə sevinən türklər futbolun 90 dəqiqə olduğunu bir daha sübut etdilər. Spor3-ün məlumatına görə, oyun sonrası Türkiyə yığmasının baş məşqcisi Fatih Terim mətbuat konfransinda cox sevincli olduqlarını dılə gətirərək tarixlərində ilk dəfə cexləri yendiklərini xüsusi olaraq vurğuladı. Futbolu cox maraqlı oyun olduğunu qeyd edən məşqcı oyuncularının həyacanı sevdiklərini və hec vaxt inamlarini itirmədiklərini vurğuladı. oyunun qəhrəmanı Nihat isə duyğularinin inanılmaz olduğunu qeyd etdi. Cexlərin baş məşqcisi Karel Brükner isə "uduzmağımız inanilmaz. Hər şey çox sürətlə baş verdi. Bu oyunu unutmaq ücün bir çox gecəni yuxusuz kecirəcəyəm" deyə qeyd etdi. Oyundan sonra Türkiyənin baş naziri Rəcəb Teyyib Ərdoğan şəxsən Fatih Terimi və Nihatı telefonla təbrik etdi.
Xatırladaq ki, 1\4 finalda Türkiyənin rəqibi «B» qrupundan Xorvatiya komandasıdır.


Əli Ağayarov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

SAKİTLİYƏ RİAYƏT EDİN!

Ən böyük qələbə həyat
səhnəsindəki qəhramanlıqdı.

O gün gecənin bir vaxtı küçədəki səs-küy məni yuxudan oyatdı. Diksinib yerimdən qalxdım. Elə bildim ki, zəlzələdi. Sonra anladım ki, yox bu nəsə başqa şeydi. Gördüm ki, camaat küçədədi. Dedim yəqin millət Qarabağın azadlığı uğrunda mübarizəyə qalxıb. Yox bu deyildi. Sonra dedim ki, yəqin bahalaşma ilə bağlı mitinqdı. Heç o da deyilmiş. Əvvala ona görə ki, mer bizim küçənin yanında mitinq keçirməyə icazə vermir. Ikincisi isə bizim camaat yaxşı bilir ki, gecənin xeyrindən, səhərin şəri yaxşıdır. Bəs yaxşı bu səs-küy nədir? Nəyə görə millət gecənin bu vədəsində küçəyə axışıb? Bu suallar məni yatmağa qoymadı. Deyirlər adamın başına nə gəlir, maraqdan gəlir. Məni də maraq küçəyə çıxmağa vadar elədi.
Düşdüm gördüm nə! Bir vur-çatlasındı ki, gəl görəsən. Hamı «TÜRKİYƏ, TÜRKİYƏ!» qışqırırdı. Sevindim. Dedim yəqin Tükiyədəki hicab probleminə bizimkilər dəstək çıxır. Istədim mən də qışqırım ki, “vicdan azadliğı”, “alı dəyər” və s.
Bir də baxdım ki, yox, qardaş bu nəsə başqa şeydi. Maraq da bayaqdan məni boğur. Axırı qışqıranların birindən soruşdum ki, “nə olub?!”. O da mənə baxıb “TÜRKİYƏ! TÜRKİYƏ! TÜRKİYƏ!“ deyə qışqırdı və çıxıb getdi. Acığı heç nə başa düşmədim. Bəxtimi bir daha sınayıb başqaşından soruşdum.
Sən demə türklər Avropa Çempionatının qrup oyununda Çexiyaya qalib gəliblər. Açığı mən də sevindim. Bir müsəlman komandasının, həm də bizim qardaşlarımızın qalibiyyəti məni də sevindirdi. Ta mən onlar kimi qışqırmadım. Kənarda dayanıb onları seyr etməyə başladım.
Hər kəs özünü unutmuşdu. Dəli kimi qışqirırdılar. Bəlkə də yaxınlaşıb adların soruşsaydın, «TÜRKİYƏ! TÜRKİYƏ! TÜRKİYƏ!» cavabını verərdilər. Vallah, mən yetərli heç nə başa düşməmişdim bu mənzərədən.
O gecə polis əmilər də nəsə həmişəki kimi deyildilər. Çünki həmin yerdə 10-a yaxın polis var idi. Heç kimə bir söz də demirdilər. Sadəcə yolu açmaq üçün nəzakətlə hamını kənara çəkirdilər. Dedim yəqın, başqa vaxt polis əmilərin hirsli olmasına səbəb rəisin işdə olması olur. İndi rəis evində, bunlar da burda. Ona görə də sakitdilər. Amma bu mənim fikrimdi. Bəlkə də onların belə sakit olmasına səbəb məhz Türkiyənin qələbəsi idi. Onlar da bu qələbəyə sevindiklərindən heç kimə heç nə demirdilər
Onlara baxa-baxa fikrə getdim. Fikirləşdim ki, görən bizim komanda nə vaxt Avropa Çempionatinda uduzacaq. Heç udmaqların demirəm, çünki mənim xəyal gücüm o qədər inkişaf etməyib ki, onların qələbəsını təsəvvür edə bilim. Nə vaxt burada «Azərbaycan! Azərbaycan!» qışqıracaqlar. Görən nə vaxt bizim futbolçular Avropa Çempionatinda bir-birlərinə pas verəcəklər.
Görünür biz hələ xeyli müddət onun-bunun qələbəsi ilə özümüzü toxtatacağıq. Amma mənim fikrimcə, gecənin bu vaxtı küçəyə çixib qışqırmaq etik normaları pozmaqdı. Axı küçədəki binanın on ikinci mənzilində yaşayan şəkər xəstəsi Solmaz nənənin və ya bir mərtəbə yuxarıda qalan Vüsal dayının iki ayliq Fatimə qızının nə günahı var ki, gecənin bu vaxtı onları yuxudan oyadırdısınız?
Gərək merə bir yazılı müraciət edim ki, bu azarkeşlərə şəhərdən kənarda bir yer versin. Onsuz da o qışqıranda səsin gedib heç kimə çatmayan yerlərın hara olduğun yaxşı bilir. Nə isə…
Üşüdüyümü hiss edib evə qayıtdım. Amma beynimdə «Türkiyə!» səsi əks-səda verdiyindən yata bilmədim. Solmaz nənəyə və Fatimə balaya dəstək olmaq üçün yatmamağa qərara aldım. Qoy həm də mənim yatmamağımı görüb azerkeşlər utansınlar eee!. Əgər utanmağı azerkeşlık etmək qədər bacarırlarsa…

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, июня 18, 2008

Həzrəti Fatimeyi-Zəhra (ə) və mən

Bismilləhir-Rahmənir-Rahim!

Fatimə! - Bu yalnız adi bir addır. Fatimə adı ilə çağrılan o qədər qız və qadın tanıyırıq ki. Əgər “Fatimə” yalnız bir ad kimi qeyd olunsa, bir neçə hərfin birləşməsindən ibarət sadə bir addır. Lakin bizim İslam mədəniyyətində, onun geniş və ilhamverici aləmində bu ad artıq yalnız adi bir ad deyil. Müqəddəslik və paklıq camalının aynası, əzəmət örtüyünün və saflığının inikası, bu dünyanın əvəzsiz müsəlman qadınları üçün bir örnək və nümunədir. Qaranlıq gecədə parlayan günəş, qadın həyatının əzabla, həqarətlə dolu tarixində işıqlı bir ulduzdur Fatimə (s.ə.)...
Bir müsəlman qızının, müsəlman qadınının nümunəsidir. Çalışqan və işgüzar, vəfalı və səliqəli bir qadın, inqilabi mübarizəyə qalxmış qadın, qəhrəman qadın, qəhrəmanlar anasının nümunəsidir.
Bütün bunlara görə bu ad İslam məktəbi, İslam mədəniyyəti çərçivəsində elə müqəddəs və ali bir ada çevrilir ki, onu yalnız pak bir qəlblə yad etmək olar.
Fatimeyi-Zəhra (s.ə.) kimdir?
Fatimeyi-Zəhra (s.ə.)! İlahi bir dinin dönməz imamlarının, rəhbərlərinin anası! Səbrli, xoşrəftar, mehriban bir həyat yoldaşı. Sözün həqiqi mənasında misilsiz bir möminə, elmli-bilikli bir qadın, ən mehriban bir ana, daima qaynayan bir çeşmə - “Kövsər” və danışan canlı Quran!
Fatimeyi-Zəhra (s.ə.) (Allahın və onun pak bəndələrinin salamı olsun ona)! Onun qısa və canlara od salan, ürəkləri dağlayan, lakin səmərəli həyatına, Allah yolunda və Allah üçün sürdüyü mənalı ömrünə nəzər salaq.
İslamın ilk illərində Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində böyük islam peyğəmbəri Rəsuli-Əkrəmin (s) evində dünyaya göz açmışdır. Hələ kiçik yaşlarında anası Xədiceyi-Kubranı (ə) itirən balaca Zəhra (ə), atasına sanki bir dayaq olur. Onun paltarlarını yuyar, bədxah insanlar tərəfindən atasının üstünə atılmış toz-torpağı onun saçlarından təmizləyər və üzünün tozunu balaca əlləri ilə silib gözlərinin yaşını tökərdi.
Balaca Fatimə çiyinlərinə düşən bu ağır məsuliyyətə dözdü. Hər vəchlə atasının xidmətində durub özünü onun kədərinə şərik etdi. Buna görə də Rəsuli Əkrəm (s) ona “atasının anası” deyə xitab edərdi. Bu bir qızın öz atası üçün fədakarlığının, candan keçməsinin ən yüksək nümunəsidir.
Bəli, bu qız adi bir qız deyildi. Peyğəmbər (s) buyurduğu kimi “Atasının anası” idi. Səbrli və vəfalı həyat yoldaşı, mehriban bir ana idi. Allah yolunda və ibadətlərində kamilliyin zirvəsi idi. Gündüzləri balaca əlləri ilə əl dəyirmanını fırladar, buğdanı un edib çörək bişirərdi ki, rəngi solmuş təmiz süfrəsində övladlarının çörəyi olsun. Axşamlar isə yorğun olmasına baxmayaraq, gecəni yarıdan sonra rüku və səcdədə olardı. Əziz oğlu Həsən Müctəba (ə) anasının pak və ürəkdən gələn ibadətləri haqqında belə deyir: “Cümə gecələrində görərdim ki, anam ibadət mehrabında durub Allaha dua və şükürlər edir, öz bəndəlik vəzifələrini yerinə yetirir. Bütün gücəni sabahadək rüku və səcdə vəziyyətində namaz qılır, Allaha dua və şükürlər edirdi. Sübh çağı daima mömin kişi və qadınların adlarını çəkir və əsla öz adını dilə gətirmirdi. Bir gün dedim: “Ana, niyə özümüz üçün dua etmirsən? Elə hey başqaları üçün dua edirsən?” Cavabında buyurdu: “Oğlum, əvvəl qonşu, sonra evin içi”.
Bəli, Fatimənin duası belə olmalı idi, yoxsa Allaha ibadət də yalnız özünü istəməyə çevrilmiş olardı.
Belə bəndəliyinə görə Allah Təalanın Həzrət Fatiməni (ə) nə qədər sevdiyini “Hədisi-Qüdsi”də olan bu hədisdən anlamaq kifayət edir: «Ey, peyğəmbərim, əgər sən olmasaydın, kainatı yaratmazdım. Əli (ə) olmasaydı, səni yaratmazdım. Həsən (ə) və Hüseyn (ə) olmasaydı, səni və Əlini (ə) yaratmazdım. Fatimə (s.ə.) olmasaydı, heç birinizi yaratmazdım».
Başqa bir hədisdə: “Dualarınızda Məni Fatimənin həqqinə and verin ki, duaları qəbul edim.”
Qurani Kərimin «Əş-Şura» surəsinin 23-cü ayəsində buyrulur: “Ya Peyğəmbər! De ki, mən sizdən bunun (risaləti təbliğ etmənin) müqabilində yaxınlarıma məhəbbətdən başqa heç nə istəmirəm”.
Rəvayətlərdə gəlmişdir ki, böyük İslam Peyğəmbəri (s) dəfələrlə: “Fatimə mənim bədənimin bir parçasıdır. Onu nə xoşhal edirsə, məni də xoşhal edir” - deyə söyləmişdir.
Başqa bir rəvayətdə bildirilir ki, bir gün Həzrət Peyğəmbər (s) Həzrət Fatimədən (s.ə.) soruşdu: «Bilirsənmi, sən niyə Fatimə adlanmısan?». Bu zaman Peyğəmbər (s) hüzurunda olan Əli (ə) maraqla soruşdu: «Niyə?» - «Ona görə ki, Allah Təala qızım Fatiməni (ə) və onun ardıcıllarını oddan uzaq və kənar etmişdir».(«Zəxarir-ül-ütba», səh.26 )
Allahın və onun Rəsulunun (s) böyük ehtirmla anıb sevdikləri bu xanımı biz necə də sevməyək?! Necə sevməyək ki, bütün cahana və öz qəhrəmanlıq səlnaməsini yazıb, hər kəsə örnək olan İmam Həsən (ə), İmam Hüseyn (ə) və Həzrət Zeynəb (s.ə.) kimi övladlar bəxş etmişdir?!
Xanımdan bizlərə əxləqı, izzəti, iffəti və hicabı yadigar qalmışdır. Hər bir müsəlman xanımının bunlara sahib çıxması vacibatdır.
Allahım! Məsum İmamlar (ə) anasından bizlərə qalan iffət və hicabımıza uzanan əlləri Həzrət Fatimə (ə) xatirinə Özün cəzalandır! Bizləri o Həzrətin (s.ə.) həyat yolunun davamçılarından qərar ver! Xanıma xatir bizləri cəhənnəm odundan uzaq elə! Xanım Fatiməni (s) anlayıb dərk etməyi bizlərə nəsib elə! Amin!

Babayeva Zəhra,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbi


вторник, июня 17, 2008

Həzrət Fatimə (s.ə.) - Allahın bəşəriyyətə töhfəsidir

Xanım Zəhranın (s.ə.) həyatı insanlıq üçün bir nümunədir. Onun yaşadığı çox qısa dünya həyatına başdan-başa dəfələrlə də olsa nəzər salsaq, hər dəfəsində özümüzə fayda götürə biləcəyimiz hansısa məqamlarla rastlaşırıq və hər dəfə bu məqamların daha dərin mahiyyətləri bizim üçün aşkarlanır. Elə buna görə də, gəlin təkrarən də olsa, Xanımın (s) həyatından bir hadisəni birlikdə yada salaq və faydalanmağa çalışaq.
...Rəsurallahın (s) vəfatından sonra beyət etmədiyinə görə Həzrət Əlinin (ə) əl-qolunu bağlayaraq məscidə apardılar və ona bildirdilər ki, beyət etməyəcəyi təqdirdə onu ölüm gözləyir.
Kuleyni “Üsuli-kafi”, Şeyx Mufid “İxtisas”, Məclisi “Biharül-ənvar” kitablarında bu əhvalat haqda belə yazırlar.
Həmin hadisə zamanı xanım Zəhra (s) məscidə gəlir... O necə vaxtında, necə heybətlə gəldi. Rəsulullahın (s) köynəyi başında, əlləri Rəsulullahın (s) “Cənnət cavanlarının sərvəri” adlandırdığı Həsəneyni (ə) əllərində, gözləri yaşlı məscidə daxil oldu. Fatimə (s) məsciddəkilərə dedi: “Buraxın əmim oğlunu. Mühəmmədi (s) haqqla göndərən Allaha and olsun ki, əgər ondan əl çəkməsəniz, Peyğəmbərin (s) köynəyini başıma atıb Allah qarşısında fəryad qoparacağam və hamınıza nifrin edəcəyəm.” Birdən məscidi ilahi bir zümzümə bürüdü. Sonra Xanım Zəhra elə həmin heybətlə Peyğəmbərin (s) məzarına tərəf getməyə üz qoydu. Qılıncların mühasirəsində olan İmam Əli (ə) Salmana buyurdu: ”Fatiməni (s.) saxla. Allaha and olsun ki, əgər Fatimə nifrin eləsə, daha camaata möhlət verilməyəcəkdir”. Salman özünü Fatiməyə (s.) yetirdi və dedi: «Allah sənin atanı aləmlərin rəhməti qərar vermişdir. Bunların günahlarından keç, nifrin eləmə».
Məclisdəkilər vəziyyətdən anladılar ki, bu dəqiqə ilahi əzab nazil olacaq. Çünki, Rəsulullah (s) özü buyurmuşdu ki, “Fatimənin qəzəbi mənim qəzəbimdir, mənim qəzəbim Allahın qəzəbidir”. O, dərhal düzəliş edərək, çarəsizlikdən göstəriş verdi ki, İmamı azad etsinlər. Bu zaman Zəhra (s) Əliyə (ə) tərəf gəldi. Baxışları toqquşarkən Peyğəmbər (s) vəsisinə edilən zülmə dərin bir ah çəkdi. İmamın səbrindən heyrətdə qalmış halda dedi: ”Ya Əli! Ey İmamım, sərvərim, ağam. Canım sənə qurban olsun. Sənə gələn bəla mənə gəlsin, ey Əbəlhəsən. Həmişə səninləyəm. İstər xoş günündə, və istərsə də çətinliyində”. Sonra isə Əlinin (ə) əlindən tutub aram-aram evə tərəf getdi...
İndi isə gəlin bu əhvalatdan bir az geri çəkilək və müşahidələrimiz haqda fikir yürüdək. İlk baxışda biz Xanımın (s.ə.) simasında kimi görürük və o Həzrətin (s.ə.) hərəkətlərində nələrin şahidi oluruq? Biz ilk baxışda Xanımın (s.) simasında bir insan, qadın, bir ana, bir həyat yoldaşı görürük. Elə bir insan ki, insanlığın çata biləcəyi bütün həqiqətlərə yəqini vardır. Elə bir qadın ki, şərəfi, izzəti hər iki dünyanın xanımlığına yetər. Elə bir ana ki, dünyaya İlahi İmamətə layiq övladlar yetirib. Elə bir həyat yoldaşı ki, ömür-gün yoldaşı üçün həyatından keçməyə belə hazırdır.
Əlbəttə, bütün bunlar hadisəyə səthi baxışdan anlaşılanlardır və bu hadisənin daha dərin mahiyyətləri vardır. Amma bütün bunlara baxmayaraq, hər halda bir həyat yoldaşı kimi də Xanımın (s.ə.) mövqeyinin dərinliyinə məftun olmamaq olmaz. Ən azında ona görə ki, hər bir dövrün, o cümlədən müasir dövrün qadınları üçün, bir həyat yoldaşı kimi də Xanımdan (s.ə.) ibrət götürə biləcəyi çox şeylər vardır.
İcazənizlə, burada bir haşiyə çıxaraq hadisədən bir qədər də uzaqlaşaq. Gəlin ətrafımıza nəzər salaq. Bu günün qadını necə olmaq istəyir? Nə cür görünmək istəyir? Bu gün hər bir qadın ətrafı tərəfindən hörmətlə, bir xanım kimi qəbul olunmaq istəyir. Özü də ailədə qadın hegemonluğu etməklə bərabər buna da nail olmaq istəyir. Amma həmin qadın unudur ki, “xanım” o qadına deyirlər ki, həyat yoldaşı “bəy” ola. ”Bəy” kəlməsini o mənada işlədirik ki, ən azından qadın həyat yoldaşını öz hörmətli rəftarı ilə ağa, bəy səviyyəsində tutmalıdır. Yalnız o zaman həmin qadını ətrafındakılar xanım kimi qəbul edər. Necə ki, biz həmin bu hadisədə şahid oluruq ki, Xanım Zəhra (s.ə.) yoldaşının qarşısında öz müstəsna mövqeyi ilə qürrələnmir, əksinə, ona ehtiram edir, «ağam, sərvərim» - deyə müraciət edir. Burada bir məqama da diqqət çəkmək istəyirəm. Xanım (s.ə.) Həzrət Əliyə (ə) “Əbəl-Həsən”deyə xitab edir. Yəni, o, yoldaşına birbaşa yox, sanki, uşaqlarının atası kimi müraciət edir. Bu da Xanımın (s.) özünə, yoldaşına, ətrafdakılara hörmətindən, ardıcılları üçün yüksək tərbiyə standartları təqdim etməsindən xəbər verir.
Yuxarıda qeyd etdiyimiz kimi, bunlar hələ hadisəyə səthi baxışdan alınan ilkin əxlaqi görüntülərdir. Bəs əhvalatın dərinliyinə getdikcə nələr anlaşılır? Bir az da irəli getsək görərik ki, Xanımın (s.) bu hərəkəti bir cihaddır, İlahi difadır. İlahi İmamət, İlahi Ədalət uğrunda olan bir difa. Bildiyimiz kimi, cihad İlahi əhkamın vaciblərindəndir, yəni, firuiddinə aid bir əməldir. Bir az da irəliləyək. O Həzrət (s.ə.) bu cihadı nəyə görə edirdi? Əlbəttə ki, bu firunun bir üsulu olmalıdır.
Burada isə bir yox, beş üsulun beşi də vardır. Bu cihad, bu difa tövhidə, nübuvvətə, imamətə, ədli-İlahiyə və ən nəhayət, məada dərin imanı olan, kamil əqidə sahibinin cihadıdır. Bu cümlənin məntiqi sübutu var. Yəni, İlhi İmamət uğrunda cihad Allahın təkliyinə, Onun Peyğəmbərinə (s.), Ədalətinə və bu Ədalətin həqiqi tərənnümü olan Məada iman gətirmədən mümkün deyildir. Bütün bunlar arasında zəncirvari bir bağlantı vardır.
Deməli, biz bu hadisəni analiz edərkən nələrlə rastlaşdıq? İlk öncə əxlaqla, sonra əhkamla, daha sonra möhkəm əqidə ilə.
Onu da qeyd etmək lazımdır ki, Xanımın (s.) həyatının hansı kəsiyini götürsək, orada bu qatlara rast gələcəyik. Diqqət etsək, görəcəyik ki, həmin qatlar Qurani-Kərimdə də mövcuddur. Quran ayələri də başdan-başa üç qisimdir: əqidəyə aid, əhkama və əxlaqa aid ayələr. Sanki, Fatimeyi-Zəhranın (s.ə.) həyatı Qurani-Kərimin nəzəri ayələrinin bir praktik formasıdır. Bəlkə də Peyğəmbərimiz (s) Quran və Əhli-beytini (s.) bərabər dəyərləndirib bizə əmanət verəndə bu keyfiyyətləri nəzərə almışdı?!
Bəli, Xanım Zəhra (s.) Quranla bərabər ümmətə əmanət qoyulmuş Əhli-beytin (s) yeganə qadın üzvüdür. Əhli-beyt (s.) içərisindən seçilmiş beş Ali-əba əhlinin (ə) yeganə qadın üzvüdür. Bu beş nəfər (ə) arasında da elə birisidir ki, digər dörd nəfərlə birbaşa bağlantısı var və digərlərini bir-biri ilə bağlantısı da bu ixlas və iman zirvəsindən keçir.
Diqqətlə fikir vermiş olsaq bilərik ki, həmin dörd nəfər arasında olan bu rabitə yalnız bir qadın vasitəsi ilə ola bilərdi. Və bu qadın da ancaq Zəhra (s.) ola bilərdi. Çünki, məsumluq, İlahi İmamət yalnız belə bir qadından davam edə bilərdi. Çünki, Fatimə (s.) FATİMƏDİR, həqiqi ardıcılları üçün cəhənnəm odu qarşısında ismi-şərifi sipər olan «atasının anasıdır». O, Allahın bəşəriyyətə ən böyük lütfü, töhvəsidir.

Bikəxanım Əzimova,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Həzrət Fatimeyi-Zəhranın (s.ə.) Allahla rabitəsi

Bağışlayan və Mehriban Allahın adı ilə!

Dünya və axirət xanımlarının seyyidəsi, canlı Quran, 11 əimməi-əthar anası, bəşərin kamal incisi, ismi cəhənnəm odu qarşısında sipər olan Həzrət Fatimənin (salamullahi əleyha) Allah Təala ilə münacatına bir baxış.
Fatimeyi-Zəhranın (s.ə.) nurunun dünyada zühur etməsi.
İmam Həsən Əsğəridən (ə) nəql olunur: “Allahın Rəsulu (s) söyləmişdir: Allah Təala Adəm və Həvvanı xəlq edəndə onlar sual etdilər: “Buzdən daha yaxşı olan kimdir?” Həmin məqamda onlar öncə heç vaxt görmədikləri bir qız surəti gördülər; bu xanımdan gələn işıq o qədər parlaq idi ki, az qala gözləri kor olacaqdı. Onlar soruşdular: “Ya Rəbbi, bi nədir?”. O buyurdu: “Bu, Fatimənin surətidir, sizin zənən törəmələrinizin seyyidəsi”. Adəm sual etdi: “Başındakı tac nədir?”. Allah cavab verdi: “Yoldaşı Əli”. Adəm yenə soruşdu: “Qulaqlarındakı iki tana nədir?”. Münəzzəh Allah cavab verdi: “İki oğlu, onların varlığı Mən səni xəlq etməmişdən 2 min il öncə Mənim əzəli bilgimlə müəyyən edilib”.
Həmin mübarək surəti Uca Allah dünyaya cənnət meyvələri ilə yoğrulmuş vücudda nazil və həmin vücudu hicri təqvimin 5-ci ilində cəmadius-sani ayının 20-də Həzrət Muhəmməd peyğəmbərin (s) evində zahir etdi. Xanıma verilən mübarək isimlərdən biri «Hövrau-Ünsiyyə»dir. Bu təsadüfi deyil, belə ki, bu ad Xanım Fatimənin (s.ə.) insan olmaqla yanaşı, həm də cənnət hurisi olmasına dəlalət edir.
İlk öncə xanımın dünyaya gəlişi məqamında Allahın kəramətlərinə diqqət yetirək.
Şeyx Səduq “Əmali” kitabında nəql edir ki, xanımın dünyaya gəlişi ərəfəsində Həzrət Xədicə (s.ə.) Qureyş xanımlarına yardım üçün müraciət eləmişdi. Qüreyş xanımları Xədicənin (s.ə.) kasıb Muhammədlə (s) ailə qurmasını bağışlaya bilmədikləri üçün yardım etməkdən boyun qaçırmıdılar. Buna müqabil Allah Təala bəşərin ən üstün xanımından 4-nü - Həzrət İbrahimin (ə) xanımı Saranı (s.ə.), Fironun möminə xanımı Məzahim qızı Asiyanı (s.ə.), Həzrət İsa (ə) anası, İmranın qızı Həzrət Məryəmi (s.ə.) və Musa peyğəmbərin (ə) bacısı Gülsümü Həzrət Xədicəyə əyan olmaq üçün yerə endirmişdi. Həzrət Fatimə (səlamullahi əleyha) dünyaya gəldiyi an ondan saçan nur bütün Məkkə evlərini işıqlandırmış, şərqə və qərbə yayılmışdı. 10 nəfər behişt hurilərindən, əllərində cənnətdən gətirdikləri teşt və kövsər suyundan doldurulmuş kuzə ilə evə daxil olmuş, 4 nəcib xanımdan biri Fatimənin (s.ə.) mübarək vücudunu kövsər suyu ilə yuyub, səmavi geyimə bürümüş və xanımı dindirmiş oldu. Körpənin adı Fatimə (s.ə.) qoyuldu, çünki özü və ardıcılları cəhənnəm atəşindən amanda qalacaqlar. Xanım Fatimə (s.ə.) dindirildikdə, dil açıb Allahın birliyinə, Həzrət Muhəmmədin (s) isə onun rəsulu olmasına şəhadət verərək, belə söyləmişdi: “Şəhadət verirəm ki, yeganə Allahdan başqa İlah yoxdur. Atam Allahın rəsulu, peyğəmbərlərin başçısıdır. Yoldaşım övliyaların sərvəri və iki övladım isə behişt cavanlarının ağasıdır”. Xanımın ali məqamı, Allah qaşısında kamil bəndəliyi artıq ilk doğum anından Allah, Rəsulu və Əhli-beyti (ə) barədə şəhadət gətirməsində təzahür etdi.
Müqəddəs mənbələrə istinadən söylənir ki, Xanım dünyaya gələndə səmada hurilər ilk dəfə olaraq, elə bir nur görmüşdülər ki, ondan qabaq elə bir nur heç vaxt sezilməmişdi.
Fatimənin mövlud xəbəri Rəsuli-Əkrəmə çatdırılanda Həzrət Rəsul (s) çox sevinmişdi. Çünki Həzrət (s) Kövsərin ona əta ediləcəyi barədə ilahi vədənin gerçəkləşdiyini dərk etmişdi.
Xanıma uca ərşdə Fatimədən savayı, daha 8 ad verilmişdi: Siddiqə, Mubərakə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Muhaddəsə və Zəhra.
Bu adların hər biri Xanımın (s.ə.) uca məqamından, ilahi təqva və mərifəti ilə Allahın razılığını qazanmasında xəbər verir. Lakin adlardan ikisinə məxsusi nəzər yetirmək istərdim: Muhəddəsə və Zəhra.
Muhəddəsə - «mələklərin söhbət etdiyi kəs» anlamını verir. Bu adın verilməsi Xanımın məxsusi ilahi kəramət sahibi olmasına dəlalət edir. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: “Fatimə (s.ə.) ona görə Muhaddəsə adlandırılmışdır ki, necə ki, Həzrət Məryəmin (ə.s.) yanına daim mələk gələr və onunla söhbət edərdi, eləcə də Həzrət Fatimeyi-Zəhranın yanına daim bir mələk gələrdi və bu mələk ona söylərdi: “Ya Fatimə! Allah səni seçmiş, pak-pakizə qərar vermiş və dünyanın bütün xanımlarından üstün bilmişdir”.
Ikinci isə Zəhra adı. Bu adın mənası - «işıqlı, nurlu» deməkdir. Xanıma Zəhra (Nur xanımı) adının verilməsinin müxtəlif səbəbləri gətirilir. Onlardan bir odur ki, Xanımın nuru uca ərşədək şölələnirdi. Belə ki, Xanım (s.ə.) namaza duranda göydəki mələklər Xanımın (s.ə.) namaz qıldığı yerdən nur saçdığının şahidi olurdular. Necə ki, yerdəki insanlar səmada onlar üçün şölələnən ulduzların parıltısını müşahidə edərlər. Həmin məqamda Xanım Zəhra (s.ə.) bir nur olurdu.
Həzrət Fatimə (s.ə.) zəka və müdriklik, səbat və iradə, zöhd və qüdsiyyət, səxavət və genişqəlblilik, Allaha sədaqət və ibadət, fədakarlıq və qonaqpərvərlik, güzəştkarlıq və səbr zirvəsi, bəşərin kamillik nümunəsi olan atası Rəsuli-Əkrəmdən (s) elm və əxlaqı qəlb, söz və əməl müstəvisində mənimsəmiş bir xilqət idi. Onun müdrikliklə zinətlənmiş qəlbi və mükəmməl zəkası ilahi nuru ilə birlikdə hər şeyin gerçək mahiyyətini kamil şəkildə açmağa, görməyə qadir idi.
Həzrət Fatimə (s.ə.) ibadət və ürfanın kamillik zirvəsində idi. İbadətdə o Həzrətdən (s.ə.) üstünü ola bilməz idi. Həzrət gecələri, məxsusən, cümə gecəsi son saatlarını sübhədək ibadətdə keçirər, xuzu və huşu halında namaz qılar, dua edər, namazda Xanımın mübarək vücudu Allah xofundan tir-tir əsərdi. O qədər namaz qılardı ki, ayaqları qabar bağlayardı. Allaha çoxlu münacatlar edərdi. Xanımın (s.ə.) hər gün, hər namaz üçün məxsusi duaları var idi.
İmam Həsən (ə) nəql edir ki, bir cümə gecəsi anamın (Həzrət Fatimə (s.ə.)) səcdədə olduğunu gördüm. O, sübhədək taqətdən düşüncəyə qədər səcdələr etdi. Mən onun mömin və möminələr üçün etdiyi duaları eşidirdim, ancaq o, özü barədə heç dua etmədi. Soruşdum: “Ya ana, niyə başqaları üçün dua etdiyin kimi özün üçün dua etmədin?”. Cavabında Həzrət (s.ə.) buyurdu: “Əziz oğlum, əvvəl qonşular, sonra evin içi”.
Xanım Zəhra (s.ə.) Ramazan ayının son 10 gününü də gecələr əhya saxlayar, ev əhlini də bu ibadətlərinə sövq edərdi.
Xanım (s.ə.) həm də Quranın aşiqi idi. Onu çox sevər, ayələrini əzbər bilər və hətta ev işlərini görəndə belə onlardan oxuyardı.
Həzrət Fatimə (s.ə.) bütün vücudu ilə Allahın hizbinə sarılmış və bütün işlərində Allaha pənah aparmışdı. Gördüyü, istədiyi hər bir şey ancaq Allahın hikmət və razılığı ilə ölçülürdü. Dualarından birinə diqqət yetirək - gerçəkdən Xanımın (s.ə.) duaları Onun ilahi vücudunu tanımaqda yardımçılardır (Xanım Zəhra (s.ə.) tez-tez Allaha bu dua ilə müraciət edərdi): «“Ey Allah(ım)! Sən qeybdən alim və xilqət üzərində qadirsən. Elə isə mənə ömür nəsib et, məgər bilirsən ki, yaşamaq mənim üçün daha xeyirlidir və mənə ölümü nəsib et, məgər bilirsən ki, ölüm mənim üçün daha xeyirlidir.
Ya Allah, məmnunluq və qəzəb anında Sənin müqabilində təqva və sədaqəti, qənilik və fəqirlik məqamında qənaəti diləyirəm.
Ya Allah, Səndən tükənməyən həzz, bitməyən sevinc, aqibətindən məmnunluq, ölümdən sonra gözəl həyat diləyirəm. Və Səndən Sənin Camalına baxmağı, Səninlə ağır bəla və ya üsyankarlığa yol vermədən görüşünə səy etməyimi diləyirəm.
Bizi iman ilə zinətləndir və hidayət olunan və hidayət edənlərdən qərar ver, ey aləmlərin Rəbbi!”
Allah Təala ölümü xeyirli bilərsə, Xanım ölümü istər, həyatı xeyirli bilərsə, yaşamağı arzulardı.
Xanımın atası Rəsuli-Əkrəmin (s) onun üçün yoldaş və köməkçi qərar verdiyi təsbihi də heç vaxt tərk etməzdi. Məlum olduğu üzrə Xanım Zəhra təsbihi 34 dəfə təkbir, 33 dəfə təsbih və 33 dəfə təhmiddən ibarətdir. Xanım Zəhra (s.ə.) təsbihi o qədər mübarək bir zikrdir ki, Allah Təala hər vacib namazdan sonra onu tərk etməyənin günahlarını bağışlayacağını və cənnəti ona vacib edəcəyini buyurmuşdur.
Xanım Zəhranın (s.ə.) vücudunun Allahla ayrılmaz bağlılığını, Qurbi-İlahi məqamında olmasını etdiyi dualarla bərabər, atası Rəsuli-Əkrəmin bir mübarək kəlamı da şəhadət verir. Belə ki, Xanım Zəhra (s.ə.) barədə Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allaha iman Fatimənin qəlbinə o qədər dərin nüfuz etmişdir ki, o, özünü Rəbbinə ibadətə ola biləcək bütün müdaxilələrdən (dünyəvi maneələrdən) azad etmişdir”.
Başqa bir yerdə Xanımın (s.ə.) Allahla bağlılığını, “Eynullah” məqamını Həzrət Peyğəmbər (s) belə aşkar edir: “Ya Fatimə! Allah sənin razılığınla (məmnun olmağınla) məmnun və sənin məyusluq və narazılığınla qəzəbli olar”.
Bəşər övladı Xanımın (s.ə.) ali məqamı, vücudunu təsvir və təxəyyül etməkdə acizdir. Hər nə deyilsə, onun varlığının ancaq müəyyən məqamlarını və dəfə-dəfə solğun surətlərlə çatdıra bilər. Bəhsi kamala yetirməkdə acizliyimi daha artıq təzahür etdirməməyim üçün onu Allah Təalanın Peyğəmbərə (s) verdiyi müjdə ayəsi ilə xülasə etməyi üstün bilirəm: «(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər əta etdik!» («Kövsər» surəsi, ayə 1)

Leyla Abbasova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi






XANIM ZƏHRA (s.ə.) və İLAHİ TƏLİM-TƏRBİYƏ

Allah ən çox sevdiyi bəndəyə ən qiymətli hədiyyəsini əta edər. Həzrət Muhəmməd (s) də Allah dərgahında xüsusi şərafət və məqama malik peyğəmbərdir. Şəninə “Kövsər” surəsi nazil olan Xanım Fatimə (s.ə.), atasına ilahi bir bəxşiş, dəyəri sözlə ifadə olunmayacaq qədər misilsiz bir hədiyyədir. Həqiqətən də Zəhradan (s.ə.) qiymətli hədiyyə ola bilərmi?
O, Allahın seçdiyi, bütün əxlaqi gözəlliklərlə zinətləndirdiyi, ali kamalları bəxş etdiyi bir nəcib varlıqdır. O şəhadətindən sonra da dirilik irsi qoyub gedən xanımdır. O, hərəsi öz dövrünün yol göstərən cirağı olan imamların Anasıdır. Məsumların anası, atası təsadüfi seçilə bilməz. Mütləqdir ki, bu ilahi missiyanı daşıyan nur parçaları özləri də başlanğıcını nur ceşməsindən götursünlər. Bəli, Xanım Fatimə (s.ə.) nur ceçməsi və dirilik qaynağıdır.
O, Allahdan vəhy alan peyğəmbər vücudunun bir parçasıdır. Həzrət Fatimeyi-Zəhra (s.ə.) atasının ümmətindən istədiyi sevginin ünvanıdır. Nübuvvət və risalət evində tərbiyələnmiş, dünya və axirət xanımlarının xanımıdır.
Peyğəmbər (s) buyurub: “Fatimə mənim gözümün nuru, bədənimin bir parçası, qəlbimin meyvəsidir”.
Haqqı “eynul-yəqin” ilə görən gözün nuru sizcə necə ola bilər?
Meraca ucalan bədənin bir parçası sizcə necə ola bilər?
Vəhy enən pak qəlbin meyvəsi sizcə necə ola bilər?
Əlbəttə ki, qəzəbiylə Allah qəzəblənəcək qədər, sevinciylə Allah sevinəcək qədər qiymətli, əziz və dəyərli.
Dünyaya gələcəyi atasına müjdə olan Xanımın evliliyi belə ilahi vəhyin buyruğu ilədir: «Ey Peyğəmbər! İşığı işıqla - Fatiməni Əli ilə evləndir».
Xanım Zəhranın dünyaya gəlməsi, ailə qurması, ümumiyyətlə bütün yaşamı ilahi təqdiratla həyata keçmişdir. Onun həyatını araşdırsaq, hələ körpə yaşlarından atası Peyğəmbərin (s) qayğısına qalması, ona nəvaziş göstərərək insanların ən şərəflisi tərəfindən “atasının anası” adını qazanması, sonralar incə, zərif bir varlığın atasının vəsiyyəti və həyat yoldaşının qəsb olunmuş haqqını qoruması uğrunda mübarizə aparmasını görəndə bu həya və iffət rəmzi olan heyrətamiz vücudda təzadların olmasının şahidi oluruq. Buna izah onun öz əməllərinə Rəbbinin məsləhəti ilə qərar verməsi, elminin ilahi bir elm mənbəyindən qaynaqlanması, əxlaqının ilahi bir lüftlə tərbiyələnməsi ola bilər.
Məsumlardan gələn hədislərdə “Allah bizi insanlara, Xanım Zəhranı isə bizə höccət gəndərmişdir” - deyə qeyd olunur. İmamlar da peygəmbərlər kimi ilahi təlim görmüş, ilahi təqdiratla təyin olunmuş, ilahi elmlə zinətlənmişlər. Bir-birinə ötürülən ilahi elm, əxlaq, kamal zəncirinin ilk bəndi olan xanım Zəhra (s.ə.) həm atası peygəmbərdən, həm də birbaşa Allahdan tərbiyə alan və özündən sonra hidayət yolçuları olan İmamları (ə) da tərbiyə edən bir məsumədir.
Fatimə (s.ə.) cavan ağac kimi vəhy işığının kölgəsində böyümüşdür. O, azadlıq və ədalət meyvələrini yetişdirərək Quranın buyurduğu kimi «Şəcəratun Tayyibətun»un (yaxşılar ağacı) başlanğıcı adını almışdır. O xanımı tanımaq üçün elə onu mədh bu ləqəbin izahı kifayətdir.
«Xoş bir söz kökləri yerdə möhkəm olub budaqları səmaya ucalan gözəl bir ağac kimidir». (“İbrahim”, 24)
Zəmanənin İslam alimlərindən biri olan Seyyid Kamal Heydəri ağa bu ayəni belə açıqlayır: Ayədə qeyd olunan kökləri yerdə möhkəm dayanmış ağac - Allaha imandir. Onun kökü sabitdir və bu - tövhiddir. Səmaya ucalan budaqları isə kəramətli əxlaqlardır. Ədalət, şücaət, iffət və s. kimi. İndi daha aydın başa düşülür ki, Xanım niyə bu adla adlandırılmışdır. Həzrəti Fatimə (s.ə.) əsli tövhid üzərində dayanan, budaqları da gözəl əxlaqlardan ibarət olan bir ağacdır.
Hədislərdən məlumdur ki, Allahin 99 adı var ki, bunlar da 99 əxlaqdır, 99 kamaldır. Xanım bu əxlaqların hamısının daşıyıcısı idi. Çünki, o, Allahın əxlaqı ilə əxlaqlanmış, bütün iradələrini Allahın iradəsində qərq etmişdir.
Bütün fəzilətlər gənc bir fidanda necə də zirvə nöqtəsində, necə də kamil şəkildədir! Burada aşıq-aşkar ilahi bir tərbiyənin, ilahi bir bağlantının izləri və əlamətləri var.
Xanımın Allaha bağlılığı, ibadətində mütılik və təslimiyyəti, ilahi lütflə əməlin təkcə zahirini deyil, batinini də görərək ondan çəkinməsi və ya yerinə yetirməsi onun Rəbbani bir tərbiyəyə sahib olmasından, daim Ruhul-Qudsla ünsiyyətdə olmasından xəbər verir.
Bu mübarək vücudun qısa ömrü o qədər zəngin, kamil və ibrətamizdir ki, əsrlər ötdükcə bu “həqiqi qadın nümunəsi” heç vaxt köhnəlmir, əksinə 14 əsrlik yaşına baxmayaraq daim müasirlik və təravətlik ətri saçır.

Günel Hüseynli,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

AVROPA ÇEMPİONATININ MARAQLI MƏQAMLARI

Artıq bir neçə gündür ki, futbol üzrə 13-cü Avropa Çempionatı (AÇ) start götürüb. Avstriya və İsveçrənin ev sahibliyi etdiyi cempionatda bir-birindən maraqlı oyunlar seyr edilməkdədir. Sözsüz ki, əsas diqqət yenə də favorit komandalara yönəlib və 29 iyunda keçiriləcək final oyununda yeni Avropa çempionunun adı məlum olacaq. Bununla bağlı olaraq bu çempionat haqqında bəzi maraqlı məlumatları nəzərinizə çatdırırıq.
Belə ki, ilk dəfə AÇ keçirmək ideyası 1927-ci ildə fransiz Anri Delone tərəfindən irəli sürülmüşdür. 1954-cü ildə UEFA yarandıqdan sonra bu ideyanın reallaşması istiqamətində ciddi addımlar atılmağa başlanmışdır. Uzun sürən müzakirələrdən sonra 1958-ci il iyun ayının 6-da tarixi qərar qəbul edilmiş və ilk cempinatın 1960-cı ildə kecirilməsi qərara alınmışdır. İlk cempionat Fransada 4 komandanın iştirakı ılə keçirilmiş və keçmiş SSRİ komandası ilk Avropa cempionu olmuşdur. Xatırladaq ki, 1980-ci ilə qədər komandalar qrup mərhələsində play-off mərhələsindən sonra cempionata vəsiqə qazanırdılar ki, bu da 4 komandanın iştirakı ilə gerçəkləşirdi. İlk dəfə olaraq 1980-ci ildən etibarən qrup mərhələsinin qalibləri və cempionatı təşkil edən ölkə 8 komanda olmaqla mübarizəyə başlayırlar. Bu say hesabı 1996-cı ildə ingiltərədə kecirilən növbəti cempıonatda 16-ya çatır. Bu isə Sovet İttifaqı, Yuqoslaviya və Cexoslavakiyanın parcalanması ilə əlaqədar olur. 2000-ci ildə ilk dəfə olaraq cempionat 2 ölkəyə: Belçika və Hollandiyaya tapşırılır. Digər maraq doğuran məqamlar:
1. AÇ ilk rəsmi secmə oyunu SSRİ və Macarıstan(3:1) arasinda 1958-ci ildə Moskvada keçirilib.
2. AÇ tarixində ilk qolun müəllifi SSRİ və «Spartak» komandasının hücumusu İlyin (4 dəq) Macarıstan komandasınin qapısından keçirmişdir.
3. Bir turnirdə ən çox qol vuran oyunçu Platini. AC- 84-də 5 oyuna 9 qol.
4. Həm futbolçu. həm də məşqci kimi AÇ olan yeganə futbol adamı millimizin baş məşqçisi Berti Foqtsdur. AÇ 72-də oyunçu, AÇ-96 da məşqçi kimi.
5. Keçmiş Cexoslavakiya komandasının qapıçısı Staho qol vuran yeganə qapıçıdır AC 60 da İrlandiyanın qapısına 11 metrəlik cərimə zərbəsi ilə.
6. Keçmiş AFR millisinə başçılıq edən Helmut Şön həm Avropa (1972), həm də Dünya (1974) çempionu olan yeganə məşqçidir.
7. Təşkilatcı ölkələrdən yalnız 3-ü AÇ-nu ola biliblər: İspaniya (1964), İtaliya (1968), Fransa (1984).
8. AÇ tarixində yalnız bir dəfə tarixində yalnız bir dəfə finalçı püşk vasitəsilə müəyyən olunub. AÇ-68-də İtaliya millisi SSRİ-ni məhz bu yolla finala vəsiqə qazanmasına mane olub. Xatirladaq ki, o dövrdə oyun sonrası 11 metrlik cərimə zərbələri tətbiq olunmurdu.
9. AÇ tarixində yalnız bir dəfə -1968-ci ildə İtaliya və keçmiş Yuqoslaviya komandaları arasındakı oyun 2 dəfə keçirilib.
10. AÇ-nın final turnirində ilk het-trik edən futbolçu alman Diter Müller 1976-cı illdə Yuqoslaviyanin qapısına (3 qol) vurub.
11. Anton Ondruş (Çexoslavakiya) Hollandiya ilə AÇ-76-nin yarımfinal oyununda (3:1) ilk avtoqol müəllıfi olmuşdur.


Əli Ağayarov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Səlahəddini çağiran Fələstin

və ya Hittə qapısı
Məscidül-Əqsa... Qüds... Fələstin…
"Münəzzəhdir O Allah ki, bir gecə öz bəndəsini Məscidül-Həramdan ətrafina bərəkət verdiyimiz Məscidül-Əqsaya dolandirdi ki, öz ayətlərimizin bəzisini ona göstərək. Şübhəsiz O, eşidən və görəndir" («İsra», ayə 1).
Sionistlər cürbəcür planlar ilə iddia elədikləri ərazilərə sahib çıxmaq istəyirlər. Amma onlar çox gözəl bilirlər ki, hətta bütünlüklə bu əraziləri müsəlmanlardan «təmizləyə» bilsələr də belə, bir yer var ki, onun mövcudluğu bu ərazilərin tarixən kimə mənsub oldugunu aləmə car çəkəcək.
Məscidül-Əqsa. Müsəlmanların ilk qibləsi, merac yolçusunun ziyarət etdiyi yer, Burakın hənirtisini divarlarına hopdurduğu məkan.
Məscidül-Əqsa. Tarixi cinayətkarların cinayətlərini ifşa edən məkan. Bu səbəbdəndir ki, sionistlər Şərqi Qüdsü 1967-ci ildə işğal etdikdən dərhal sonradan başlayaraq, bu məscidi dəfələrlə məhv etmək istəmişlər.
Xranalogiyani izləyək:
1969 - Fanatik bir sionist Məscidül-Əqsanı partlatmaq istədi.
1980 - Məşhur sionist terroristi Məir Kahani məscidi partlatmağa cəhd etdi.
8 aprel 1982 - sionist terror təşkilati Məscidin əsas girişinə külli miqdarda partlayıcı maddə qoydu. Vaxtında olunan mudaxilə partlayişın qarşısını aldı.
21 mart 1983 - məscidə gizlin girmək ücün sionistlərin tunel qazdığı aşkar olundu.
27 dekabr 1984 - bir qurup silahlı sionistin məscidin şərq tərəfindən - "Rəhmət "qapısının yanından icəri girmək cəhdinin də qarşısı alındı.
8 oktyabr 1990 - tarixdə "Qüds gətliami "olaraq yada salınan hadisədə 30 müsəlman şəhid edildi, 800 nəfər isə yaralandı.
Canilər bu cəhdlərinin baş tutmadiğını gördükdə məscidin öz-özünə dağılması üçün bu tarixi məkanın altında qazıntı işlərinə başladılar.
Qəribə məntiqdi: sionistlər bu torpaqların öz tarixi məkanları olduğunu iddia etdiyi halda, qədimi nə varsa sökmək, adlarını dəyişmək istəyirlər. Məsələn, yəhudilər arasında "Ağlamaq divarı" adi ilə məhşur olan divar əslində müsəlmanlar arsında "Burak divarı" adi ilə məhşurdur.
Bu cinayətlərini əslində gizlətmək fikirləri də yoxdur. Sionist «ruhanilərindən» olan Morduxay Əlyaxuahu "Biz bu məscidi sökmək, onu buradan tamamilə silmək və yerində Süleyman heykəlini inşa etmək istəyirik".
Bəli, cinayətkar əmlində israrlıdır. İlahi, Zəmanə Sahibinə (ə.f.) zəmanə canilərindən şikayətimiz var. İlahi! Alı-Muhəmməd (ə) yetımlərini gözüyaşli qoyma!
Yazımızı fələstinli bir qızın dediyi şerlə təbərrükləndirmək istərdik:

FƏLƏSTİN
Mənim adim Fələstin
Adı bütün meydanlara yazılan Fələstin
Ruhumun ən dərinliklərinə işləyən Fələstin
Torpaqlarının məni tanıdığı və torpaqlarını mən tanıdığım Fələstin
"Onu yox, məni parçalayın" dediyim vətənim
Keçmişdən məni hər an çağıran Səlahəddin
Məni minlərcə məhkumu və əsirilə hər zaman yardima çagiran Məscidül-Əqsa
Ey müsəlmanlarin ilk qibləsi! Sionistləri hər zaman öz vüqarınla pərən-pərən et.
Sionistlərin ruhunu söndürən axşam, göy üzünü bayrağınla səslə
FƏLƏSTİNİM.... FƏLƏSTİNI\İM........ FƏLƏSTİNİM .

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Mister Pessimist

Nəyə görəsə axır zamanlar belə bir fikirə düşmüşəm ki, mən pessimistəm. Neyləyim axı, o tərəfə baxıram, bu tərəfə baxıram, yaxşı bir nəsə görmürəm, ancaq pis şeylərlə qarşılaşıram. Ona görə də pessimistliyə qapılıram.
Bu fikrə düşməyimin əsas səbəblərindən biri də “Hikmət evi” disbut klubunun keçirdiyi sonuncu iclas oldu. Mövzunun adıni hamının başa düşdüyü dildə desəm, belə olur “millətimizin müsbət və mənfi keyfiyyətləri” . Özünüzü hazırlayın getdik.
Disbut başlayan kimi ilk əvvəl millətin mənfiləri aydınlaşdırıldı. A qardaş, bizim nə qədər çatışmayan cəhətimiz var imiş. İlk çıxış edən spiker (P.S. Amma bu spikerin parlamentdəki spikerlə heç bir əlaqəsi yoxdu) bizə iyirmi dəqqiqə ərzində ötuza yaxın mənfini dalbadal neçə dedisə, hamımız şoka düşdük. Yadıma rəhmtlik Sabirin “Hophopnamə“-si düşdü. Ta mən onları burda sayıb sizi də depressiyaya salmaq istəmirəm. Nə isə...
Sonrada millətin müsbət keyfiyyəti barədə ikinci spiker danişdı. Ancaq mənim və həmçinin də disput iştrakçılarının nəzərindən qaçmayan bir məqam oldu ki, sadalanan müsbət keyfiyyətlər daha çox bizim keçmişdə mənsub olduğumuz, daha doğrusu dədə-babalarımıza məxsus dəyərlər idi . Bu da o deməkdir ki, biz tarix boyu bizə ötürlmüş keyfiyyətlərə sahib çıxa bilməmişik (elə QARABAĞ kimi).
Disbut barədə bu qədər bəsdir. Keçək mənim pessimist olmaq məsələmə. A başına dönüm, baxıb, görürəm ki, çörək qalxır, amma bir nəfər də olsun bu barədə səsini də çıxarmır.
Sonra görürəm ki, Qarabağ barəsində ancaq hansısa rayonun alınması günü (onda da ancaq bir-iki nəfər) danışır .
O gün də görürəm ki, müstəqilliyin qəhramanı Rəsulzadənin şəkli küçədə, yerdə toz içindədir. Və daha nələr nələr... Yox ee, bizim millet düzələnə oxşamır...
Deyirəm də, mən pessimistəm. Amma öz aramızdı, gəlin açıq danışaq: siz bunları fıkirləşıb pessimist olmazsıniz?
Bilin ki, bizim millətin ən yaxşı bacardığı şey məhz Mr. Pessimistlər yetişdirmək olub. Məsələn Axundov, Mirzə Cəlil və digərləri kimi. Məhz onlar Azərbaycan kimi dövləti Danabaş kəndınə və azərbaycanlılar kimi milləti Qurbanəli bəylərə bənzədiblər. Tənqid və ancaq tənqid! Hər hansı bir çıxış yolu yoxdu! Hər hansı bir istiqamət yoxdu! Alma çurukdü! Çürük də pisdi! Vəssalam, şüt tamam! Qurtardı. Bəs yaxşı, biz bu çürük almanı neyləyək? Bu barədə yazan olmayıb. Mr Pessimistdilər axı...
O gün “özümə söz verirəm ki, bir də pessimistlik etmiyəcəm” deyirdim ki, birdən qabağımdan bir qrup piket keşırən adam keçdi. Bir yarımçıq jurnalıst olduğumu nəzərə alıb nə baş verdiyini öyrəndim. Sən demə, bunlar səkkizinci kilometr bazarında yerləri yanan satıcılardı. İstiqamətləri də prezident aparatının yanınadı. Dedim nə istərsiniz? Dedilər ki, bizə heç olmasa bir az yardım edilsın. Bir az fikrə gedib öz-özümə dedim ki, gərək bizim millətin nəyinisə «yandıralar» ki, türklər demişkən, «kəndinə qaytsın». Onu bilirəm ki, nə yanır-yansın amma bizim bu neft yataqları yanmasın. Onda bizim millət nəinki ayılacaq, hətta bəlkə bir daha yata da bilmədi.
Nə isə piketçilərə “Allah köməyiniz olsun” deyib uzaqlaşdim. Ürəyimdə dedim ki, «gözlüyün, gözlüyün. İndi bir nəfər əlində dollar paçkası gətirb sizə pul paylayacaq». Pah! Yenə də pessimistlik, yenə də pessimistlik.
Adama deyərlər niyə belə deyirsən. Bəlkə kimsə bunların yanmış yerlərinə can yandırdı. Amma məncə belə fikirləşmək özü romantik optimislikdən başqa bir şey deyil.
Mən gərək özümü müalicə edəm. Belə olmaz. «Min dərdin min bir dərmanı var» deyiblər. Ona görə də bütün Mr. Pessimistlərə ümüdlərini itirməmələrini məsləhət görürəm. Allaha əmanət olun.
Gülün tıkanı var deyə kədərlənmə,
Tikanın gülü var deyə sevin.
Mr. Optimislərdən


Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



Belçika hökuməti kilsələri müsəlmanlara vermək istəyir

Səbəb, katoliklərin kilsələrə gəlməməsi ucbatından, onların istifadəsiz qalmasıdır
“Belçikanın Antverpen şəhərinin rəsmiləri müsəlmanlara öz məscidlərini istifadəsiz qalmış xristian kilsələrində qərarlaşdırmağı təklif edib”, - Daily Telegraph xəbər verir.
Antverpen şəhərinin mer müavini Filip Heylen (Philip Heylen) rəsmən bəyan edib ki, artıq şəhərin boş və istifadəsiz qalmış kilsə binalarından “tabu”nu götürməyin vaxtı gəlib çatmışdır.
“Kilsələr ibadət məqsədi ilə inşa edilib və boş qalmış binalarında dükan açmaq məqsədilə istifadə edilə bilməz. Müsəlman icmalarının nümayəndələri isə bizim bu ideyamızı müsbət qarşılayıblar”, - deyə hökumət rəsmisi bildirmişdir.
Qeyd etmək lazımdır ki, hazırda şəhərdə 36 məscid fəaliyyət göstərir ki, bunların da əksəriyyəti köhnə binalarda yerləşdirilib. Lakin ərazinin həddən artıq dar olması və ehtiyat çıxışların yoxluğu məscidlərin fəaliyyət imkanlarını məhdudlaşdırır. Yeni məscidlərin tikintisi isə hələ ancaq planlaşdırılma mərhələsindədir.
Lakin bəzi Antverpen müsəlmanları kilsələrin müsəlman icmalarına verilməsinin ölkə daxilində dini və etnik zəmində gərginliyin artmasına gətirib çıxara biləcəyindən narahat olduqlarını da gizlətmirlər. “Bu təhlükəli ola bilər və ancaq qıcığı artıracaq. İbadət yerlərinin ayrı olması daha yaxşıdır”, - deyə onlardan biri bildirmişdir.
Antverpendə 80 xristian kilsəsi var. Onların əksəriyyəti 19-cu əsrin ortalarında Roma Katolik Kilsəsi tərəfində inşa edilmişdir. Hal-hazırda ölkə əhalisinin sayının təqribən 75%-ni katoliklərdən ibarət olmasına rəğmən, kilsə rəhbərləri özləri etiraf edirlər ki, bu gün kilsələrə gələnlərin sayı 50 il öncə ilə müqayisədə xeyli azalmışdır.
Əslində Belçika kilsələrinin müsəlmanlara təhvil verilməsi fikri katoliklərin özləri tərəfindən irəli sürülüb. 2006-cı ildə onlarla kilsə ölkə sərhəddindən kənarlaşdırılmalı olan qeyri-leqal emiqrantlar tərəfindən sığınacaq yerlərinə çevrilmişdi. Kilsələrin ibadət məkanı kimi tikildiyini və hazırkı durumda perspektivlərini nəzərə alaraq, Antverpen rəsmiləri və kilsə xadimləri onların müsəlmanların istifadəsinə verilməsini daha məqsədəuyğun hesab edirlər.
Mənbələr: vokrusveta.ru, telegraph.co.uk


Leyla Abbasova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Haqqa dəvət edən çağırış

"(Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: "Mən müsəlmanlardanam!"- deyən kəsdən daha gözəl danışan kim ola bilər?!" («Fussilət», 33)
Alimlərin təfsirinə əsasən bu ayə azan və onu icra edən şəxs barəsindədir. İslamda azanı icra edənə müəzzin deyilir. Hər namaz vaxtı müəzzin minbərə çıxaraq azan deyir. Bu zaman milliyyətindən, cinsindən, rəngindən, tutduğu mövqedən asılı olmayaraq müsəlman olan və Allaha ibadət edən hər bir kəs Kəbə evinə tərəf yönələrək namaz qılır. Peyğəmbərin (s) nur adlandırdığı Allahın təkliyini xatırladan bu şüar, insanları Allaha pərəstiş etməyə çağırır. Bu səsdə elə bir cazibə mövcuddur ki, istər namaz qılan olsun, istər qılmayan - onu eşidən hər bir kəsin qəlbində titrəyiş əmələ gəlir.
İmam Rza (ə) buyurmuşdur: "Allah Təala azanı bir çox səbəbə görə göstəriş vermişdir: ümmətin öyrənməsi və qəflətdə olanların oyanması, namaz vaxtının bildirilməsi, insanları Allaha tərəf pərəstiş etməyə dəvət və onları ibadət üçün həvəsləndirmə, iman yolunda cihad, unutqanlığa xəbərdarlıq bəxş etmək və digər".
İslamda ilk müəzzin Bilal Həbəşi olmuşdur. Məkkənin fəthində Peyğəmbər (s) Bilalı uca səslə azan demək üçün Kəbənin hündür bir yerinə göndərdi. Bu hadisədən sonra Bilal Həzrətin (s) müəzzini oldu. Peyğəmbərin (s) axır gününə kimi Bilalın könül oxşayan səsi hər azan vaxtı əks-səda verdi. Bilal, Həzrətin (s) vəfatından sonra daha azan demədi.
Belə rəvayət olunur ki, bir gün Həzrət Zəhra (s.ə) dedi: "Çox arzu edirəm atamın müəzzininin səsini eşidim."
Bilal Fatimeyi-Zəhranın (s.ə) onun azanını arzulamasını eşidəndə azan deməyə başladı və "Allahu Əkbər! Allahu Əkbər!" deyə səsləndi. Zəhrayi-Mərziyənin (s.ə) atası ilə bağlı xatirələri təzələndi və atasını yad etdikcə göz yaşlarını bahar yağışı kimi axıtmağa başladı. "Əşhədu ənnə Muhəmmədən Rasulullah"a çatanda isə xanım huşunu itirdi. Adamlar Bilala dedilər: "Sakit ol! Peyğəmbərin qızı dünyadan getdi". Həzrət Zəhra (s.ə) bir xeyli bu vəziyyətdə qaldı. Bilal azanı kəsib dalını davam etmədi. Xanım özünə gəldikdən sonra yenidən azanın davamını Bilaldan istədi. Amma Bilal üzr istəyib dedi: "Qorxuram ki, davam etsəm artıq sizdə taqət qalmaz". Xanım onun üzrünü qəbul etdi.
Azanın iki növü var: xəbərdarlıq azanı və namaz azanı.
Xəbərdarlıq azanı namazın ilkin vaxtını camaata çatdırmaqla yanaşı, bu azanı icra edən müəzzin öz cazibədar səsi ilə bəzi qafilləri, yəni yeyib-içməyə başı qarışanları, işrətlə (keflə) məşğul olanları və ya mənasız söz danışanları, vaxtını boş yerə israf edənləri oyadır. Necə ki, «Maidə» surəsinin 58-ci ayəsində buyurulmuşdur: "Siz (bir-birinizi) namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa olmalarındandır".
İkinci növ azan ibadət əhli üçündür ki, onlar azanı eşitdikdə namazın müqəddiməsini təşkil edən dəstamaz və bu kimi işləri yerinə yetirərək namaza hazırlaşırlar, məscidə gedirlər.
Bildiyimiz kimi, gündəlik namazlarda da azan demək savabdır. Əziz Peyğəmbərimiz (s) buyurub: "Hər kəs namaz üçün azan deməyib təkcə iqamə desə, həmişə onunla birlikdə olan iki mələk namazda ona iqtida etməzlər."
Azan elə bir nurdur ki, bu səs səmalarda ucalan vaxt asimanın qapıları açılar, dualar müstəcəb olar, şeytan o yerdən qaçmağa üz tutar. Mötəbər hədislərimizdə buyurulmuşdur ki, Allah Təala yer əhlindən müəzzinlərin azan sədası və gözəl ahənglə Quran tilavətinin avazının yüksəlməsindən başqa bir şey eşitmək istəməz.
Azan müsəlmanları vəhdətə çağırışdır ki, islam düşmənləri bunu heç vaxt istəməz. İngilis siyasi xadimlərindən biri parlament iclasında belə demişdir: «Nə qədər ki, Muhəmmədin adı minarələrin yüksəkliklərindən eşidilir, nə qədər ki, Kəbə öz yerindədir və Quran müsəlmanlara yol göstərən kitab kimi saxlanılır, bizim siyasətimizin islam ölkələrində möhkəmlənməsinə imkan yoxdur». («Təfsiri-nümunə» c.4,s.438)
Allah Təala bizə o günü nəsib etsin ki, hər azan vaxtı şəhərimizin bir-iki küçəsində yox, digər müsəlman ölkələrində olduğu kimi, hər guşəsində azan sədaları ucalsın.


Zemfira Nəsrullayeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


BAHALIQDA


Şeytan atır insanlara qırmaq bahalıqda,
Məhbəs sayı artır, həm dustaq bahalıqda.
Ortağına qardaş dedi xoş günlər olanda
Qardaşını aldatdı o ortaq bahalıqda.
Ağlın var əgər çap - tala xalqı, kasıb olma
Tərpənmə, uzan öl, sən ay axmaq, bahalıqda.
Vicdanı olan üçün olur gündüzü qarə
Hakimlik edir yüksəyə alçaq bahalıqda.
Onsuz ədəb - ərkanı unutmuşdu şərəfsiz,
Meydan oxuyur iffətə çılpaq bahalıqda.
İsmətli alır ərzağı tullantı olanda
Üryanların olmuş damağı çağ bahalıqda.
Durbinlə baxır ət - yağa biçarə cəmaət,
Keçdi o keçən, nuş elə qursaq bahalıqda.
Millət yaşayar şah kimi qiymət bahalaşsa,
Biçarələrə çarə var ancaq bahalıqda.
Şükr eylə quru əppəyə, qaymaq nədi bilmə
Korluqla dolan cırmağa - cırmaq bahalıqda.
Vəd oldu ki, ac qalmayacaq məmləkətimdə,
Qalmaz vətənimdə daha ac sağ bahalıqda.
Neftin nə kimi faydası var görmədi fağır,
Artmaqdadı qiymət bu fırıldaq bahalıqda.
Əhsən sənə, əhsən sənə ey iblisi-bədnam,
Etdin bu avam kütləni yaltaq bahalıqda.
Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

xəbərlər

Azərbaycan birinci oldu
6-cı Beynəlxalq Türkcə Olimpiadasının budəfəki qalibi Azərbaycan oldu.
Bu il altıncısı keçirilən Beynəlxalq Türkcə Olimpiadasında dünyanın 110 ölkəsindən 550 şagird iştirak edirdi. Hər il olduğu kimi, bu il də olimpiada iştirakçıları şer, mahnı, inşa, qrammatika, nitq, tamaşa, dünyagörüşü və qeyri-adi qabiliyyətlərin nümayişi kateqoriyaları üzrə yarışıblar. Bundan başqa yarış iştirakçıları təmsil etdikləri ölkələri tanıdan stendləri də nümayiş etdiriblər.
Bu dil yarışının Azərbaycan üzrə nümayəndəsi və təşkilatçısı isə “Çağ” Öyrətim şirkətidir. Yarışda ölkəmizi 18 şagird təmsil edirdi.
Yarış iştirakçılarının bir qismini qəbul edən Türkiyə Böyük Millət Məclisinin başqanı Köksal Toptan da dünyanın 110 ölkəsindən 550 şagirdin Türkiyəyə gəlməsinin və onların türkcə olimpiadasında iştirak etmələrinin qürurverici olduğunu söyləyib. O, növbəti illərdə iştirakçı ölkələrin sayının artmasını və bütün dünyanı əhatə etməsini arzuladığını bildirib.
Dünyanın 110 ölkəsindən gələrək türk dili yarışmasına qatılan şagirdlərlə görüşən TBMM sədri Köksal Toptan: “Siz dünyada barışa xidmət edirsiniz. Müharibələrdən yorulmuş dünyanı siz yenidən quracaqsınız”, - söylədi və bu möhtəşəm tablonun memarlarına səmimi təşəkkürlərini bildirdi. TBMM sədri dünyanın müxtəlif ölkələrini, irqlərini təmsil edən şagirdlərə bu dostluqları öz ölkələrinə daşımalarını və dünyanı dostluq üzərində anlamalarını, anlatmalarını tövsiyə etdi.
Vətəndaşların səs verməsi ilə ilk üçlüyə girənlərin adlarını məşhur türk futbolçusu Hakan Şükür açıqladı.
Mahnısını Qaradəniz şivəsiylə söyləyən Azərbaycanlı Xədicə Əlizadə xalqın səs verməsi ilə birinci seçildi. İkinci Türkmənistandan Əbadan Halmədova, üçüncü isə Tacikistandan Şuman Qurbanova oldu.
Yarışmada birinciliyi əldə edən Xədicə Əlizadənin mükafatını Türkiyə Böyük Millət Məclisinin başçısı Köksal Topdan verdi. İkinci Əbadan Halmedova və üçüncü Şuman Kurbanovanın medalını isə Dövlət Naziri Məmməd Şimşək verdi.
Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
----------------------------------------------------------------------------------------------

İslamofob Öndər Səv
CXP-nin (CHP) baş katibi Öndər Səv iki həftədə iki bomba partlatdı. İlkində həccə getmək istədiyini söyləyən vətəndaşa "Baxarsan Peyğəmbər buraxmaz səni, ərəblərə pul qazandırma" şəklindəki cavabı idi. Kəskin reaksiya cəlb edən bu sözlərinin ardından üzr belə istəməyən Səv bir həftə görünmədikdən sonra telequlaq iddiasıyla ortaya çıxdı.
Səvin İslam dünyasını ayağa qaldıran sözlərini bu müdafiə edən CXP də, "Vakit" qəzetində nəşr olunan xəbərinə görə ilk istintaqın keçirildiyini iddia etdi. Xəbərdən iki gün sonra kameraların qarşısına keçən Baykal "Bu mövzunu tarixə yazacağıq. İkinci "Watergate mübahisəsidir" dedi. Söylədiyi doğru idi, əgər CXP-nin (CHP) baş katibi üstəlik vəzifəsi başında dinlənilirsə, bu tarixə keçəcək tam bir hüquq mübahisəsi idi. "Vakit"ın xəbəri də Səvin iddiasını doğruldur, çünki iş otağında bir qubernatorla etdiyi söhbət sətir-sətir nəşr olunmuşdu.
CXP-in iddiası elə böyük idi ki, hökuməti də, təhlükəsizlik xidmətlərini də zənn altında qoyurdu. Baykal açıqca CXP Baş Mərkəzinin Təhlükəsizlik xidmətinin içindəki iqtidara yaxın kəslər tərəfindən və hökumətin idarəsində dinlənildiyini söyləyirdi.
Ankara ayağa qalxdı, prokurorluq istintaqa başladı. İctimaiyyətdə "Hamımızın danışıqları dinlənilir" fobiyası qüvvətləndi. Gözlər, əlində kəşfiyyat xidmətlərindən qeyri-qanuni göndərilmiş bir kaset olduğu düşünülən «Vakit» qəzetinə çevrildi. «Vakit» isə "Öndər Səvə zəng vurduq, "No" düyməsinə basacağına "Yes" düyməsinə basdı" dedi. Əvvəl komik gələn bu şərh doğru çıxdı. Hüquqi mübahisə sanılan qışqırıq, indi siyasi bir böhrana çevrilmiş vəziyyətdədir.
Prokurorluq, istintaq daxilində Telekommunikasiya Ünsiyyət Başqanlığından əvvəl Öndər Səvin telefon qeydlərini istədi. Və rəsmi sənəddə görüldü ki, Səv qubernator ilə bir yerdə olduğu dəqiqələrdə «Vakit» qəzetinə aid bir telefonla 42 dəqiqə ünsiyyətdə olmuşdur. Yəni telefonunu həqiqətən səhvən açmış, və səssiz rejimi əvəzinə açıq buraxılan telefon dinləməsi rejimi seçilmişdir.
Səvin İslam aləmini ayağa qaldıran şərhlərini telequlaq iddiasıyla əvvəldən müdafiə etməyə çalışan CXP, baxaq indi bu siyasi mübahisəni necə müdafiə edəcək?
"Vakit" nümayəndəsi: Əlimizdə sənəd var
Vakit qəzetinin Ankara Nümayəndəsi Sərdar Arsevən telequlaq iddiaları ilə əlaqədar sualları cavabladı.
CXP-nin (CHP) baş katibi Öndər Səvin Mərkəz Qubernatoru Əli Sərindağ ilə görüşməsindəki danışmaların nəşr olunduğu Vakit qəzetinin Ankara nümayəndəsi Sərdar Arsevən telequlaq iddiaları ilə əlaqədar sualları cavabladı.
AKP Ümumi Mərkəzində edilən MKYK yığıncağı əsnasında partiyaya gələn Arsevən, bir jurnalist olaraq MKYK və qrup yığıncaqların nizamlı olaraq izlədiyini söyləyərək partiyaya gəlməsinin xüsusi bir mənası olmadığını söylədi. Jurnalistlərin sualları üzərinə hadisənin "bir müxbirin Öndər Səvi axtarışı və Səvində telefonu açıq unutması üzərinə ortaya çıxdığını ifadə etdi.
Görüşdən sonra özünün Sərindağı axtardığını Öndər Səv ilə bir görüşməsinin olub-olmadığını soruşduğunu ifadə etdi. Arsevən Sərindağın əvvəl görüşməni rədd etdiyini, ancaq daha sonra baş katibin razılığı olmadan bir şərh edə bilməyəcəyini ifadə etdiyini ifadə etdi. Bir jurnalistin xəbəri bir CXP-linin onlara verdiyini söylədiyini xatırlatması üzərinə Arsevən, "Öndər Səv CXP-li deyilmi?" cavabını verdi.
Vakit nümayəndəsi görüşə aid əllərində bir telefon sübutu olub-olmadığını soruşulması üzərinə, belə bir telefon görüşməsinin edildiyinə dair əllərində 44 dəqiqəlik bir sənəd olduğunu söylədi.
Hakan Şükürə Xəzər-Lənkərandan təklif
Azərbaycanın Xəzər-Lənkəran klubu Qalatasarayın kapitanı Hakan Şükürə transfer təklifində olduğunu açıqladı.
«Palmali Holdinq»in futboldakı təmsilçisi «Xəzər-Lənkəran» karyerasını Azərbaycan Premyer Liqasında davam etdirməsi üçün Hakan Şükür ilə görüşlərə başladı. «Qalatasaray» ilə müqaviləsi sona çatan Hakan Şükür təklifi qəbul edə biləcəyini söyləyib. Azərbaycan futbol kuboku üçün finala çıxan "Xəzər Lənkəran" "İnter Bakı' nı" 2:0 məğlub edərək çempion olmuşdu.
Ölkənin öndə gələn futbol klubları arasında iştirak edən Xəzər-Lenkaran üç il əvvəl Oktay Dərəlioğlunu transfer etmiş, eyni komandada Rasim Qara da baş məşçilik etmişdi.
Qalatasaray klubu başçısı Adnan Polad 37 yaşındakı Hakan Şükürə edəcəkləri təkliflə əlaqədar proyektin detalları üzərində çalışdıqlarını, bitdiyi zaman özünə göstərəcəklərini yazmışdı. Palxəbərə görə yubiley təklifinə müsbət baxmayacağını və futbolçuluq karyerasına davam etmək istədiyini dəfələrlə açıqlayan Hakan Şükürlə Birləşmiş Ərəb Əmrlikləri və Qatar klubları da maraqlanır.
A.Polad önümüzdəki beş ildə Hakanı Qalatasarayın futbol elçisi olaraq aralarında görmək istədiklərini, üç il içində dilədiyi zamanda da özünə yubiley edəcəklərini dilə gətirmişdi.
Öcalanın GAP şərhi
Terror təşkilatı başçısı Abdullah Öcalan İmralı həbsxanadan ehkam kəsməyə davam edir.
Son olaraq, BAŞ nazir Rəcəb Tayyib Ərdoğanın açıqladığı GAP Paketini vəkilləri vasitəsilə tənqid edən Öcalan, "Pulla, vəzifə mövqeyilə, təşviqlərlə, makro, mikro kreditlərlə kürdləri özlərinə bağlamağa çalışacaqlar" dedi.
Ərdoğanın "GAP-la terroru bitirəcəyəm" şərhinə də toxunan körpə qatili "Sayları beş yüzü keçməyən işbirlikçi ailələri özlərinə bağlaya bilərlər. Şərəfli kürdlər bunu qəbul etməz" iddiasını etdi. Ərdoğanın Diyarbəkır səfərini də "GAP hücumu və Kürdüstan Səfəri" olaraq qiymətləndirən Öcalan "İqtidarlar özlərini qadınla, pulla, mövqeylə güclü etməyə çalışırlar" deyə sərsəm danışdı.
Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
-----------------------------------------------------------------------------------------------------------------
UĞURSUZ DEBÜT
İyun ayının 1 və 4-də milli komandamız yeni baş məşqci Berti Foqstun rəhbərliyi altında yoldaşlıq oyunları kecirmişdir. Əvvəlcə Bosniya-Hersaqovina millisi ilə qarşılaşan millimiz, rəqibin 2-ci heyətinə belə müqavimət göstərə biməyərək, 0:1 hesabı ilə məğlub olmuşdur. Digər oyunda isə xeyli zəif komanda olan Andorra millisi üzərində 2:1 hesabı ilə çətin qələbə qazanilmışdır.
Buna baxmayaraq ümumən millinin oyunlarını heç də qənaətbəxş hesab etmək olmaz. Görünür yeni baş məşqçi həm fiziki, həm də taktik cəhətdən hələ çox işləməli olacaq. Bizlərə isə artıq neçənci dəfədir ki, millimizdən məzmunlu oyun gözləmək qalır.


Olimpiadadan yan keçdik
Beynəlxalq olimpia komitəsinin (BOK) Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən toplasında 2016-cı il yay olimpia oyunlarına ev sahibliyinə namizəd şəhərlərin həlledici siyahısı təsdiqlənib. İcərisində paytaxtımızın da yer aldığı siyahıda Madrid, Çikaqo, Tokio, Rio-De-Janeyro, Praqa Və Doha Şəhərləri yer almışdır.
BOK-un qərarina əsasən məhz Madrid, Çikaqo, Tokio və Rio-De-Janeyro şəhərləri öz şanslarını saxlamışlar. Gələn il oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində yekun qərarın verilməsi gözlənilir.
Əli Ağayarov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


понедельник, июня 16, 2008

Dünya həyatı - oyuncaq

Bismilləhir-Rahmənir-Rahim!

Yəqin ki hər, birimizin ilk oyuncağı yadındadır. Dəqiq yadında deyilsə də, oyuncaqlardan hansınınsa surətı yaddaşımızdadır. Hələ uşaq yaşlarımızdan özünəməxsus rəngarəng oyuncaqlarımız və onlarla baglı oyunlarımız olmuşdur. Həmişə də valideynlərimizin, yaxınlarımızın bizə bəxşış etdiyi oyuncaqları səbirsizliklə gözləmiş, onları sevə-sevə əzizləmişik. Hər yeni oyuncaq bizə hədsiz sevinc bəxş etmiş və körpə qəlbimizdə fərəh hissi qoymuşdur. Hər dəfə də nəyin bahasına olursa-olsun anlamadan, duymadan, heç bir şeyi nəzərə almadan daim yeni oyuncaq tələb etməkdə israrlı olmuşuq.
Bir-birini əvəz edən oyuncaqlar silsiləsi… Bu silsilədə həmişə yeni, lap yeni, köhnə, lap köhnə anlamları olmuşdur. Hər yeni oyuncağa köhlənənə və yeni oyuncaq alınana qədər bağlanmışıq. Adətən də alınan yeni oyuncağı hamiya göstərməyı, tərif eşitməyi öyrəşmiş və onlara olan meylimizi hər an biruzə vermişik. Sanki bütün dünyanın oyuncaqlarını bizə versələr belə, yenə də bir oyuncaq ehtiyacını hiss etmişik…
Uşaq və körpələrin öz oyuncaqlarına nə qədər bağlı olduqlarını elə indinin özündə də müşahidə etməkdəyik. Bir narahatciliğı, üzüntünü və kədəri aradan aparmaq, körpə qəlbini ovundurmaq ücün bir oyuncaq yetər ki, başı qarişsın, sakitləşsin və oyuncağı ilə kicik dünyasında öz oyununu oynasın. Bununla da üzüntü və kədərini müəyyən vaxta qədər yola versin. Əlbəttə ki, oyuncaq ücün ağlayan, onu alandan sonra sakitləşən uşağın halını təbəssümlə qarşılamışıq. Anlamışıq ki, bu körpənin müəyyən bir əylənçə dönəmi, bir maraq dairəsinin göstəricisidir və vaxt keçdikcə unudulan xüsusiyyətdir.
Zaman yerində durmayaraq günləri aylara, illərə calayaraq bizi də öz axarı ilə apararaq, müəyyən yaş dönəminə qədəm qoymağımıza vəsilə olmuşdur. Uşaq çağlarımız, çeşidli oyuncaqlarımız, rəngarəng oyunlarımız keçmişdə qalmışdır. Bütün bu dəyişikliklər müqabilində dəyişməyən bir oyuncaq məfhumu qalmiş. Bu məfhumun əsas cəhəti isə onun ölçülərinin böyüməsi, mahiyyətini dəyişməsı və həyatımızın tərkib hissəısinə çevrilməsidir. Körpə qədər kiçik olmasaq da, ölçüsü dəyişən oyuncaqların kiçiyinə çevrilmişik. Sanki biz onlarla deyil, onlar bizlərlə oynamağa, öz oyunlarını bizə diqtə etməyə başlamışdır. Lənətlik şeytan, oyunçu olduğu bu dünya meydanında ardı-arası kəsilməyən oyun qurbanına çevirmiş bizləri. Hər birimizə də bir oyuncaq bütü, oyuncaq məbudu vermiş və bir oyuncaq yarışması təşkil edərək bizi onların quluna, əsirinə çevirmişdir.
Kimisi dəbdəbəli evi, son model maşını ilə, kimisi bahalı geyimi, son dizayn telefonu ilə, kimisi çox nadir əşyası, kolleksiyası ilə, kimisi də oyun dairəsi daha geniş olan məqamı, vəzifəsi, elmi ilə və həmçinin bir çox sadalaya bilmədiyimiz irirli -xırdalı oyuncaqlar ilə fəxr adlanan mərəzə tutulmuşdur…
Hər zaman da bunların tərif edilməsinin, bəyənilməsinin intizarında olmuşuq. Nəfsi istəklərimizi doyurmaq ücün, ehtiyaclarımızı ödəmək ücün daha nadir, daha bahalı, daha təmtəraqlı oyuncaqlar haqda xəyal etmişik. Ardı-arası kəsilməyən bu istək burulğanında məqsədə çatmaq son deyil, digər məqsədin başlanğıcı, cızılan yeni oyuncaq istəyinin konturlarıdır. Uşaqların, körpələrin oyuncaq əyləncəsini təbəssümlə qarşılayan bizlər, nədənsə öz halımıza təəcüb edib narahat olmuruq. Hələ də anlamırıq ki, bu dünya bir oyun və oyuncaq əyləncəsindən başqa bir şey deyil. Hər oyunun sonu, hər oyuncağın yararsız hala düşməsi kimi bu dünyanın da bir sonu, nəhayəti olan AXIR ZAMANI vardır. Müəyyən müddət öz oyuncağı ilə oynayıb onu tərk edən, bir çağırışa səs verib onlardan ayrılan uşaqlar təki bizlər də öz böyük oyuncaqlarımızı tərk edib, bizi heç də oyuna bənzəməyən real və əbədi aləmə səsləyən cağırışa səs verəcəyik.
Nə fayda verəcək bizlərə ki, həyatımız boyu özümüzü onlara həsr etmiş, bu oyuncaqları əldə etmək ücün olmazın zəhmətlər çəkmişik? İndi bizlər gedəsi, onlar kiməsə qalası, kimlərsə onlardan istifadə edəsidir. Əgər bizi daim özünə tərəf səsləyən UCA RƏBBİMİZİN cağırışına könül vermişiksə, bu müvəqqəti və oyun dolu oyuncaq dünyasından ayrılmağımız bizə asan olacaq. Bu dünya öz oyun və oyuncağı ilə bizə vasitə olub, hər oyunun əsl qəhrəmanı, faydalı oyun qurucusuna çeviribsə, xoş halımıza. Yox əgər sadalananlar hələ də vücudumuzda, ruhiyyəmizdədirsə, əsl son yetişməmiş, sonumuz bəlli olmamış, həqiqi başlanğıc, həqiqi dönüş yaradıb bu asılılıqdan, mərəzdən, aludəlikdən qurtulmağa çalışaq. Və RƏBBİMİZİN bizə buyurduğu "BU DÜNYA HƏYATI OYUN-OYUNCAQDAN BAŞQA BİR ŞEY DEYİL" deyimini daim xatırlayaraq ruhumuza hopduraq və vücudumuzda yaşadaq.
Hər oyunun oyuncağı, hər oyuncağın oyunu olmamaq arzusu ilə.

Əli Ağayarov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


среда, июня 11, 2008

İslamın təqdim etdiyi nümunə kimlərdir?

İslam dini bəşəriyyətə göndərilmiş sonuncu ilahi din olmaqla insanın kamil yaşayış proqramını təqdim edir, kamala - yekun hədəf olan qürbi-ilahiyə çatmağın üsul və qaydalarını öyrədir. Bəs müsəlman olan insan İslama nə dərəcədə riayət edir? Həqiqətən təslim olurmu Allahın əzəməti və qüdrəti qarşısında?
Yalnız Allaha iman gətirib onun peyğəmbərini tanıyan, iki mühüm əmanətə sahib çıxan insanlar bəndə olmağa layiqdirlər. Lakin elə adamlar vardır ki, zahirdə İslamın hökmlərini yerinə yetirib, batində buna zidd əməllər etməklə dırnaqarası müsəlman imici yaradırlar və bunlar bir nümunə halına gəlir. İnsan dindən qaçır. Dinlə dindar səhv salınır. «Filankəs mömündür, filankəs hicablıdır, elə mömün, hicablı olmaqdansa, ürəyim düzdür bu mənə bəsdir» - tez-tez eşidilən bəhanələrdəndir. Lakin soruşula bilər ki, sənin üçün nümunə onlarmıdır? Həzrət Peyğəmbərdən (s) hədis var: ”Allaha pərəstiş edənlər 3 qrupdurlar: Biri qorxudan ibadət edənlər. Bu qulların ibadətidir. O biri mükafat tamahı ilə ibadət edənlərdir. Bunlar muzdurlardır. Üçüncü dəstə onlardır ki, Allaha eşq və məhəbbətlə ibadət edərlər. Bu da azad insanların ibadətidir”.
Nümunə - Allahın Peyğəmbəri (s)və pak Əhli-beytidir (ə). Allah Təala bəşəriyyəti hidayət etmək üçün peyğəmbərlər seçmiş və onları pak, hər eybdən təmiz, məsum qərar vermiş və bütün insanları Peyğəmbər və İmamların ardınca getməyə dəvət etmişdir. Əhli-beytin (ə) pak olmağını Quranın «Təthir» ayəsi - «Əhzab» surəsinin 33-cü ayəsi sübut edir. ”Allahın iradəsi bu olmuşdur ki, yalnız siz Əhli-beytdən hər növ çirkinliyi aradan aparıb sizi pak-pakizə qərar versin”
İnsan elə yaradılıb ki, həm bütün yaxşı və bəyənilmiş xüsusiyyətlərə malik ola bilər, həm də pis və bəyənilməyən xüsusiyyətləri gücləndirə bilər - seçim özünündür. Demək, bəşər övladı haqq yolunda olan ən yaxşı insan və ya tarixin üzünü qara edən ən pis cinayətkar olmaq iqtidarındadır. İnsan dünyaya gəldikdə ilk vaxtlar aclıq və susuzluq kimi duyğulardan başqa bir şey bilmir. Lakin onun vücudunda göz və qulaq kimi elə orqanlar qoyulmuşdur ki, onların vasitəsilə bilmədiklərini bilsin və ya başqa insandan öyrənsin. İnsan elm və təcrübəni başqalarından öyrənir. Onun fitrətində yaşamaq qüvvəsi vardır, lakin necə yaşamağı başqalarından, həyatın alçaq-hündürlüyünü, isti-soyuğunu görən şəxslərdən öyrənir.
İnsan öz şəxsi, ictimai-siyasi və əxlaqi həyatında agah və səmimi bir tərbiyəçiyə möhtacdır ki, necə yaşamağı və ümumiyyətlə kamal və səadət yollarını ona öyrətsin. Tərbiyəçilərin əməl və danışıqları insanlar üçün nümunə, özləri isə insanlara rəhbərdirlər. Məlumdur ki, hər hansı bir şəxsin özünə seçdiyi rəhbər və ülgü, insan elmli, sədaqətli və adil olarsa, onu kamala, fəzilət və tərəqqiyə çatdırar. Əks halda - cəhalətə və nəticədə geriliyə, bədbəxtliyə sövq edər.
Qurani Kərimin «Əhzab» surəsinin 21-ci ayəsində buyurulur: ”Həqiqətən Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər (Allahdan, Qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir”
Allaha inanan bütün müsəlmanlara və Həzrət Peyğəmbəri (s) İslam cəmiyyətinin rəhbəri kimi qəbul edən, İmamları (ə) onun canişini bilənlərə vacibdir ki, Onların dediklərinə və gördükləri işlərə tabe olsunlar. Əgər belə olsalar, hər hansı azğınlıqdan qurtularlar, nicat taparlar.

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


Qorxu - hərəkətverici qüvvə

Bu dünyanın hər daşının arxasından bir qorxu nümunəsi boylanaraq insanı səsləyir. Və bu qorxular insanın hərəkətverici amilinə çevrilmiş. Hətta bəzən insanı passivliyə sövq etməsinə rəğmən, yenə də hərəkətverici özəlliyini itirmir, əksinə passivliyin özünə doğru da hərəkətə sövq edir insanı.
Maraqlı gərdişi var çərxi-fələyin. Əslində, həqiqi varlığı olmayan, lakin varlıqların bir-birinə nisbətində yaranan bir şeyin insanın hərəkətverici amilinə çevrilməsi bu həmin şeyin üzərində düşünməməyin mümkününə bir "qeyri" əlavə etməyi deterministcəsinə insana hökm edir.
Qorxu - insanın bir türlü ayrıla bilmədiyi bir duyğu.
Qorxu - dünyada bir çox şeyi sevməməyimizin səbəbi, eyni zamanda bir çox şeyə qəlbimizdə nifrətimizin illəti.
Qorxu - bəzən gözlərimizdə abi-neysan kimi təcəlla edən, bəzən də əlimizdə olanları, sahibləndiklərimizi itirmək təhlükəsiylə bizə yol tapan, amma fərqində olmadan digər bir sahibləndiyimizi - nizamımızı əlimizdən oğurlayan duyğu.
Qorxu - bəzən umulacaq bir kəs qalmadıqda, döyüləcək bir qapı tapılmadıqda, bir sözlə əllərimiz ətəklərimizdən uzun olduqda bizi Allaha gətürən, bəzən də "iş dünyasına", "ev dünyasına", daha neçə belə "dünyalara" həbs etməklə Allahdan uzaq salan bir duyğu.
Qaranlıqların gətirdiyi qorxu, qaranlıqları gətirən qorxu.
Zülmətləri nura qovuşduran, eynizamanda nura zülmət donu geyindirən - qorxu.
Qorxu - qulun Rəbbindən uzaqlığının, fərağının gətirdiyi iztirab.
Qorxu-Cənnət, Cəhənnəm tamahı.
Bəzən rəqəmlərdən belə qorxur insan, yəgin hər birimizçün şagird dönəmlərində müəllimimizin qələmindən mürəkkəblə süzülən "2" rəqəminin gətirdiyi o hiss yad deyil. Yaxud məhkəmələrdə məhbuslarçün hakimin dilindən səslənən "10 il", "15 il" kimi vahiməli rəqəmlər nəinki onları, bizi belə qorxudur.
Bəzən də səslər qorxudur insanı. Bəzən adam qorxanda, bəlkə də adi şəraitdə eşidəcəyi tədqirdə sadə qarşılayacağı səslər ona vahiməli və qorxunc gəlir. Bəzən də məhz səslər özü qorxunu gətirir: Fələstində, İraqda insanların artıq yaşam tərzlərinə çevrilmiş güllə səsləri kimi.
Bu dünya yaman qorxudur insanı. Sanki Fələyin dəyirmanında qorxu nümunələri üyüdülür. İnsanın dünyadan azad olmaq istəyinə məhəl qoymadan bu dünyanın qorxularının belə rəngarəngliyi insanı lap təngə gətirir. Allahsa ömrünün ən çətin anlarında mağarada sığınan Peyğəmbəri (s) vasitəsiylə bütün qorxan insanlara səslənərək: "QORXMA, ALLAH BİZİMLƏDİR" deyir.
P.S. Rənglər də qorxudur insanı, məsələn: lənətlənmiş israil əsgərlərinin Fələstində insanlara tutduğu divanda insanların bədənlərindən - sanki, belə də olmalıymış kimi - axan qanın qırmızısı, yaxud Buş administrasiyasının, daha dəqiq, "Ağ evin" belə "bəyazlığının" insanlara gətirdiyi faciə, yaxud da Buşun YAŞIL rəngə olan allergiyasından dolayı "Ağ ev"in "bəyazlıqlarıyla" bu YAŞILLIQLARA qara yaxması…

Azər Nəsirov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


İtkin məzar

Bismilləhir-Rahmənir-Rahim!

Gecə, zülmət, qaranlıq. Ətrafa cökən dərin bir səssizlik. Peygəmbər (s) şəhəri - Mədinə. İnsiz-ətərsiz və dərin yuxuya getmiş şəhər. Rəsulundan (s) bir necə ay öncə ayrılmış boynu bükük, miskin məkan. Peyğəmbər (s) məscidi - ətri-təravəti cəkilən səcdə yeri, vəhy kəlmələrinə və kamil insan tərbiyəsinə qəribsəyən minbər. Məscidə çıxışı - qapısı-qapısına açılan Əhli-beyt (ə) evi. Bir kiçik ev ki, aləmlərə sığmayan kədərin, sözlərə, kəlmələrə bəs etməyən qüssənin - bir hüzünlü gecənin şahidi. Qaraya bürünmüş, gözü yaşlı, qəm və kədər dəryasında boğulan ev əhli. Üzü qibləyə uzanmış mütəhhər vücud. Dövrə vurub için-için səsssizcə ağlayan pak vücudlar. Solub gedən, ətri duyulmayan Rəsulun (s) əmanət adlı ilk nişanəsi. Atasının anası, dərdlərinin davası, bədəninin parası olan xanim (s.ə) ilk olaraq qovuşur Rəbbinə və Rəsuluna (s).
Gecə, zülmət, qaranlıq. Bəqi məzarlığı. Bir necə nəfərin müşayətilə aparilan müqəddəs cənazə. Nə cənazə? Kulli mələkut aləminin, yüz iyrmi dörd min peyğəmbərin və daha kimlərin müşayət etdiyi cənazə. Ayrılıq məqamı, həsrət qovğası - torpağı yenidən pak edən vücud nişanəsiz torpağı qoynuna alır. Saxlamır özündən sonra heç bir iz, qoymur üzr yeri onu incidənlərə, dil yarası vuranlara, risalətə uyğun davranmayanlara, əmanətə namərdcəsinə xəyanət edənlərə. Layiq bilmir onları cənazəsini müşayət etməyə, cənazə namazını qılmağa, şəfaət almağa.
Qalır gizlində qəbri onu sevənlər üçün də. Dolanarkən Bəqini həsrətlə baxır ətrafa, bəlkə bir nişanə ola, tanıtdıra o qəbri onu sevən insana. Alır o həsrətin yanğısını saxlayıb məsafəni Məscidul-Nəbidən (s), elə Bəqidəki 4 İmamın (ə.s) mütəhhər məzarından. Yollanır Kufəyə, Kazımeynə, Samirraya. Dolub daşan kədərlə üz tutur Kərbəlaya. Dolanır başına Məşhədin, Cəmkəranın. Ta ki sorağı olsun Fatimeyi-Zəhranın (s.ə.).
İllərlə, əsrlərlə davam edir bu hali-əhval. Aşiqlər dolanırlar nuri mütəhhərlərin - pak hərəmlərin dövrəsinə. Şadlıqlarını şadlıq kimi, kədərlərini kədər kimi qarşılayırlar. Xanım (s.ə.) da dolanır tək-tək onu sevib balalarının məzarlarına dolananların başına. Olur Allahla öz sevənləri arasında müqəddəs bir vəsilə. Eşıdır hər deyilən səmimi salamı, salavatı, oxunan «Təvəssül»ü, «Kumeyl»i, saxlanan əzani, matəmi.
Bir qaim olan məzarimz, bir Qaim olan İmamımiz (ə.f.) var bizlərin. Qaim olan məzarın tək ziyarətcisi qaim olan İmam (ə.f). Gözlərdən, nəzərlərdən itkin İmam (ə.f) hər gün ağlayır, sızlayır, əza saxlayir o itkin məzarın kənarında. Açaraq əllərini dua edir bizləri - o həsrətliləri, o miskinləri və daim qəlbi yaralıları. Oxuyur daim «Fərəc» duasını. İstəyir zühurunu. Aşkar edib tanıtmaq ücün o şərafətli, mütəhhər, gözlərdən xali məzarı.
Bizlərsə toplanarkən o hərəmlərin dövrəsinə pənah aparırıq ilk növbədə məzlum xanım (s.ə.) qapısına. Bu elə qapıdır ki, onun vasitəsilə acılır üzümüzə digər bağlı məsum qapılar. Ərz edərək: «Ya xanım (s.ə.), biz gəlmişik. Dil yarası, əl silləsı, od şöləsilə gəlməmişik. Aç qapını üzümüzə. Göz yaşı ilə, açılan əl duası ilə, köz bağlamayan qəlb yarası ilə gəlmişik».
Yetimik, kimsəsizik, qəlbi sınıqlar kimi döyürük qapını eşqlə, məhəbbətlə, sədaqətlə. Döyürük o sınan qapını. Yandırılan qapını. O qədər sınan qapımız, od vurulan evimiz, sillə dəyən cismimiz, qəsb olunan torpağımız, əl-ayaq bağlanan vücudumuz var ki. Tanıdaraq özümüzü xalis əməl, pak niyyətlə, eşitdirərək səsimizi səmimi dua, şövqlü ibadətlə, təsdiqləyərək intizarı yorulmadan fərəcə xidmətlə - onda açilar qapı da, edilər şəfaət də, sayılarıq əsl tərəfdar da, sevər bizi Əhli-beyt (ə) də. Tapılar onda itkin məzar da, gələr nəhayət ki, bu intizarın sonu da…


Əli Ağayarov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

(Ürəyindən şikayəti olanlar oxumasınlar)

DƏRDİN BÖLÜNMƏ DÜSTURU
Lap yorulmuşam ee. Heç bilmirəm neyləyim. Bir tərəfdən mənim öz dərdim, bir tərəfdən millətimin dərdi. Yığılıb qalıb bu ürəyimdə. Daha bezmişəm. Bu qədər də dərd olar. Deyirəm optimisdən- zaddan da olmadıq ki, hər şeyə o gözlə baxa bilim və ürəyim açılsın.
Yox qardaş, bu qədər problemi mənim ürəyim qaldıra bilməz. Düzdür, deyirlər problemin olması normaldı. Hətta çox sevdiyim bir insan bir dəfə demişdi ki, problemin olmaması özü bir problemdir. Amma mənim problemim o qədərdi ki. Həm öz dərdimi, həm də millətimin dərdin çəkirəm. Əslində millətimin dərdidə elə mənim dərdimdi. Millət mənimdi deməli dərdi də mənimdi.
Narahat olmayın, sizə öz dərdlərimdən danışıb onsuz da ağrıyan başınızı ağrıtmaq istəmirəm. Ancaq ölkənin dərdini gərək sizə danışam. Axı biz həmvətənik. Axı biz həmmillətik. Gərək dərdimizi bir yerdə bölək. Çünki dərdlər bölüşdükcə azalar (Amma dərdin bölünmə düsturu elmə hələ məlum deyil, gərək bunu dədə-baba qaydası ilə edək).
Bu məmləkətdə kim nəsə edirsə bil ki, nəsə xatirinə edir. Düzdür, bunu hamiya şamil etmək düzgün olmazdı. Əksəriyyətin daxil olduğu bu çoxluq ölkənin bir dərdidi. Hətta mən sizə sübut edə bilərəm ki, əgər bu xəstəlikdən qurtulsaq, bir çox ölkə miqyasdı problemlerdən, o cümlədən Qarabağ problemindən qurtula bilərik. Bu barədə bir qədər sonra. Keçək xatirlik xəstəliyinin simptomlarına.
Kimdən soruşursan ki, a qardaş bu işi niyə görürsən? Əmin olun ki, cavab belə olacaq - filan şeyə xatir və yaxud filan kəsə xatir. Məsələn tələbələr qaib almamaq xatirinə inistutdan qalmır (axı qaibın birini silmək kosmosa gedib-gəlməkdən bahadı), şagirdlər dostlarını görmək xatirinə məktəbə gedir, abuturiyentlər diplom almaq xatirinə inistituta daxil olur, televizora baxılır vaxt öldürmək xatirinə, «avropalıya» oxşamaq xatirinə cavanlarımız özlərinə yaraşmayan geyimlər geyinir, müasirlik xatirinə isə hər nə desən edilir.
Hələ mən xatirlik xəstəliyinin nəticəsində leksikonumuza daxil olan sözləri demirəm. Məsələn "seçki xatirinə seçki" , "qanun xatirinə qanun" və s.
Qardaş, mənim qarşıma bir işi düz-əməlli, ağıllı-başlı edən adam çıxmayıb (əlbəttə ki, bəzi istisna olunmaqla. Amma onlar o qədər azdı ki, qırmızı kitab düşəsi durumdadırlar).
O gün məhəllə dostlarımdan birinin siqaret çəkdiyini gördüm. Səbəbini soruşdum. Cavabında dedi ki, elə-belə. Dedim a kişi elə-belə iş olar? Çox fikrə getdi, sonra qayıdıb dedi ki, bəlkə, adamın kişi olduğunu sübut edir (?!). Elə o vaxt barmağımı dişlədim. Dedim həə, bu da kişi olmaq xatirinə siqaret çəkir.
Çəkmək dedim yadima düşdü. Bu yaxınlarda eşitmişəm ki, hətta qəlyan da çəkirlər amma kişi olmaq üçün yox, daha yaxşı müsəlman olmaq üçün. Daha dəqiq desək, əməl saleh olmaq xatirinə. “A qardaş, bu xurafatdı, eləməyin” demək istəyirdim ki, demədim. Axı mənim camaatla nə işim var ki. Dərdim-sərim azdı bəyəm?
Keçək sizə əvvəldə söz verdiyim Qarabağ məsələsinə. Bayaq qeyd etdiyim kimi, Qarabağ məsələsinin həlli birbaşa xatirlik məsələsinin həllinə bağlidi. Çünki, Qarabağ nəyəsə xatir hələ qaytarılmır. Kiməsə xatir müharibə olmur, nəyəsə xatir bu problemlə başımız qatılır və s. Görürsünüz də, bu xətirlik xəstəliyi bizim başımıza hansı oyunları açır. Hətta Qarabağımızı da qaytara bilmirik.
Hələ mən pul xatirinə edilənləri demirəm. Əgər onları saymağa başlasam, gərək səhərədək danışım. Onsuz da özünüz onların əksəriyətinin nə olduğunu bilirsiniz. Daha mən pul xatirinə edilənləri sayıb sizin başınızı ağrıtmaq istəmirəm. Axı nəyə xatır danışmalıyam eee?
Bu sözü dedim ki, düşünməyəsiniz ki, ölkəmizdə əsən bu xatirlik xəstəliyinin küləyi məndən yan keçib. Axı mən də bu millətin bir parçasıyam. Bəlkə də elə bu məqaləni də elə məqalə xatirinə yazmışam. Nə bilmək olar. Bəlkə də...

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Bayrağımıza qarşı hörmətsizlik davam edir

İndi də Nizami rayonu icra hakimiyyəti və Nar mobile.
Son zamanlar ölkəmizdə Azərbaycanımızın milli atributlarına qarşı rəsmi orqanların hörmətsizliyi gündəmdən düşmür. Belə ki, əgər xatırlayırsınızsa bu yaxınlarda bir qrup dövlət rəsmisi Azərbaycan Cümhuriyyətindən miras qalmış üç rəngli bayrağımızın dəyişdirilməsini gündəmə gətirməyə cəhd etmişdilər. Lakin onların bu cəhdi uğursuzluqla nəticələndi.
Bayrağımıza hörmətsizlik edənlər işərisində Bakı şəhər İcra hakimiyyəti öncül yerləri tutur. Belə ki, hətta bu dövlət orqanında cırıq bayrağı dalğalandırmaqdan belə xəcalət çəkmirlər.
Ən acınacaqlı hal isə odur ki, bayrağımıza hörmətsizlik edənlərin siyahısı günü-gündən böyüməkdədir. Bu siyahıya yenicə daxil olan isə Nizami rayon İcra hakimiyyəti və “Nar mobile”dir. Belə ki, Nizami rayonu İcra hakimiyyətinin qarşısında dalğalanan bayrağın cırılmağı onların heç ruhunu da incitmir. İş günü olduğundan heç şübhəniz olmasın ki, icra başçısı bu hadisədən xəbərdardır.
Əhali arasında gəzən söhbətlərə inansaq deyə bilərik ki, bayrağımıza hörmətsizlik edən Nizami rayonu İcra hakimiyyəti tək deyil, bu işdə ona “Nar mobile” şirkəti köməklik edir. Çünki, məhz həmin bayrağı adı çəkilən şirkət ötən il quraşdırıb. Səbəbi isə aydındır özünün ötürücüsünü quraşdırmaq.
Hər bir Azərbaycan vətandaşı olan kəsin Azərbaycanın milli atributlarına hörmətlə yanaşması vacib şərtdir. Bu hətta Azərbaycan Konstitusiyasında da öz əksini tapmışdır. İnanıram ki, hər bir şəxs kimi Azərbaycanın dövlət orqanları və o cümlədən ölkədə fəaliyyət göstərən yerli və xarici şirkətlər bayrağımıza hörmətlə yanaşacaqlar.

Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
(B. Vahabzadə)


Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi