"Azərbaycan xalqının şəhidlərinə qarşı hörmətsizlıyə son qoyulsun!"
Miili-Mənəvi Dəyərlər İctimai Birliyi BMM-də dəyirmi masa keçırmişdir.
Sionist İsrail-Azərbaycan Dostluq parkının torpaqlarımızın işğalı və xalqımızın şəhidlər verdiyi günlərdə açılmasına etiraz edən təşkilatlardan biri Miili-Mənəvi Dəyərlər İctimai Birliyi bununla əlaqədar BMM-də "Azərbaycan xalqının şəhidlərinə qarşı hörmətsizlıyə son qoyulsun!" adlı dəyirmi masa keçırmişdir. Dəyirmi masada "bu "dostluq" parkının Azərbaycan xalqının mənafelərinə zidd olduğu, belə parkın yaradılması əslində dostluq deyil, sionizmin ölkəmizdə görünən tərəfidir, biz yəhudi xalqı ilə düşmən deyilik, yalnız sionizm vandallığını pisləyir və xalqımıza, ölkəmizə hörmətlə yanaşılmasını istəyirik" kimi fikirlər səslənmişdir. Miili-Mənəvi Dəyərlər İ.B.-in yaydığı bəyanatda deyilir;
"Sionist İsrail rejimi Azərbaycanlıları təhqir etməkdə davam edir. Belə ki, İsrail rejiminin Şuşanın işğalı günü bayram tədbirləri keçirmək istəyi və xalqımızın təzyiqini gördükdə vaxtını digər ağrılı-acılı tarixinə - Laçının işğalı gününə təyin etməsi buna açıqca misaldır. Şuşanın işğalı günü özlərinin işğal ilə qurduqları İsrail rejiminin 60 illik yubileyinə həsr olunmuş bayram tədbirini keçirtmək istəyi sonra 18 maya kimi təxirə salınması xalqımıza olan düşmən mövqe və hörmətsizlik deməkdir. Məhz İsrail qəsdən bizim digər ağrılı-acılı Laçının işğalı günündə üzdəniraq dostluq parkının açılışını çal-çağırla qeyd etmək istəyi xalqımıza qarşı böyük təhqirdir.
Biz İsrail səfirliyindən xalqımıza qarşı etdikləri təhqirlərə görə Azərbaycan xalqından rəsmən üzr istəməsini tələb edirik!
Əks təqdirdə biz də bu təhqirlərə cavab olaraq sivil yollarla tədbirlər örəcəyik!" - deyə bəyanatda bildirilir.
Sonda erməni və sionist terrorundan video fakların toplandığı "60 yaşlı quduz rejim" adlı VCD dəyirmi masa iştirakçılarına paylanmışdır.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Qazaxıstanda mənzillərin qiyməti niyə ucuzlaşır?
Qazaxıstan höküməti biznesə əlverişli şərait yaratması ilə diqqəti cəlb edir. Bu ölkədə maliyyə-nəzarət orqanlarının iş adamlarından rüşvət tələb etməsi praktikasına çox nadir hallarda rast gəlmək mümkündür.
BMT-nin Qadınlar üçün İnkişaf Fondu (UNİFEM) regional ofisinin təşkilatçılığı ilə Almatı şəhərində təşkil olunmuş konfransda Türkmənistan, Özbəkistan və Ermənistan istisna olmaqla MDB-nin bütün dövlətlərindən səhiyyə, əmək və sosial müdafiə, maliyyə nazirliklərinin büdcə planlaşması və tərtibi ilə məşğul olan hökümət nümayəndələri, qeyri-hökümət təşkilatlarının təmsilçıləri və UNİFEM regional ofisinin işçiləri iştirak edib.
Müzakirələrdə milli səviyyədə büdcə işi və şəffaflığı, büdcənin formalaşmasında gender məsuliyyəti, gender büdcəsinin tərtibi üçün situasiyanın təhlili, gender büdcəsinin təhlili məsələlərinə daha çox diqqət yetirilib. Tədbirlə bağlı konfransın iştirakçısı Q.İbadoğlundan götürülmüş müsahibəni diqqətinizə çatdırırıq.
- Qubad bəy, konfransda müzakirə olunan mövzu daha çöx büdcə işi və büdcə şəffaflığı ilə əlaqədardır. Bu istiqamətdə MDB ölkələrinin təcrübəsindən hansı dərslər götürmək mümkündür?
- Əvvəla, qeyd edim ki, konfransın Qazaxıstanda keçirilməsi təsadüfi xarakter daşımırdı. Belə ki, dövlət büdcə işinin hüquqi-normativ bazasının mükəmməlliyi və beynəlxalq standartlara uyğunluğu baxımından Qazaxıstan digər MDB dövlətləri ilə müqayisədə daha irəli gedib. Bu ölkədə, eləcə də Qirğızıstan və Moldovada büdcə proqramlar üzrə təsnif edilir və formalaşdırılır. Hər bir istiqamət üzrə təsdiq olunmuş müxtəlif proqramlar büdcə ilə əlaqələndirilir. Büdcənin proqram təsnifatı zamanı gender məsuliyyəti də nəzərə alınır. Lakin bütün bu üstünlüklərə baxmayaraq, Qazaxıstanda bu istiqamətdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti bizimlə müqayisədə passivdir. Belə ki, Azərbaycanda Milli Büdcə Qrupu artıq 3-cü ildir ki, fəaliyyət göstərir, lakin Qazaxıstanda anoloji qrup bu ilin may ayının 12-də təsis olundu və biz bu istiqamətdə onlara institutsional-metodiki dəstək vermək niyyətindəyik. Əslində qazax həmkarlarımızın yaratdığı qrup Azərbaycanda fəaliyyət göstərən Milli Büdcə Qrupunun təcrübəsinə əsaslanaraq fəaliyyət göstərmək niyyətindədır.
- Qazaxıstanda neft gəlirlərinin şəffaflığı istiqamətində vəziyyəti Azərbaycanla müqayisə edəndə hansı nəticələrə gəlmək olar?
- Ümumiyyətlə, bu ölkədə kontraktlar barədə məlumat tapmaq olmur. Kontraktın şərtləri ilə nəinki sıravi vətəndaşlar, hətta bu istiqamətdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları belə tanış deyil. Odur ki, onun necə reallaşdırılmasına ictimai nəzarət imkanları da məhduddur. Elə bəlkə də bu səbəbdən də şirkətlər xüsusilə də hasilata vaxtında başlanılması ilə bağlı öhdəliklərini yerinə yetirmir.
Məsələn, Kaşaqan yatağında (bu yataqda 4,8 milyard ton neftin olduğu proqnozlaşdırılıb) neftin sənaye hasilatına 2008-ci ildən başlanılmalı idi, lakin sonradan texniki çətinliklər əsas göstərilməklə bu müddət 2010-cu ilə qədər uzadıldı. Hazırda isə yatağın istismarı ilə məşğul olan Konsorsiuma daxil olan şirkətlər tərəfindən hasilata başlanılması müddətinin 2012-2013-cü ilə qədər uzadılması xahişi ilə hökümətə müraciət edilib. Beləliklə də həm yataqda hasilatın başlanması vaxtının uzanması və həm də xərc komponentlərinin artması nəticəsində bu yataqda hasilat layihəsinin smeta dəyəri əvvəl nəzərdə tutulduğu 57 milyard dollardan 136 milyard dollaradək bahalaşıb və deyilənlərə görə, bu hələ son qiymət deyil. Bu bahalaşmaya prezident səviyyəsində etiraz bildiriləndən sonra yaranmış konfliktin tənzimlənməsi məqsədilə yatağın işlənməsi ilə məşğul olan Konsorsiumda təmsil olunan dövlət şirkəti "Kazmunayqaz"ın payi 2 dəfə artırılaraq 16,8 faizə çatdırıldı. Lakin yenə də layihənin icrasına əməliyyat nəzarəti "Eni" şirkətində saxlanıldı və sənaye hasilatını ləngitdiklərinə görə konsorsiuma daxil olan investorların razılıq əsasında Qazaxıstan hökümətinə dünya bazarında neftin qiymətindən asılı olaraq 2,5 milyarddan 4,5 milyard dollarədək kompensasiya ödəmələri qərara alındı. Dünya bazarında hazırda müşahidə olunan yüksək qiymətlər səbəbindən şirkətlərin Qazaxıstana 4,5 milyard dollar məbləğində kompensasiya ödəyəcəkləri gözlənilir.
Qazaxıstanda neft sektorundan daxilolmalar, bütün ödənişlər Mərkəzi Bank tərəfindən idarə olunan Milli Fondda yığılır. Son məlumata görə, Fondda 32,8 milyard dollar vəsit toplanıb ki, bu da ölkədə formalaşmış ÜDM-in təxminən üçdə biri qədərdir. Neft gəlirlərinin idarə olunması 01 sentyabr 2005-ci ildə prezident fərmanı ilə təsdiq olunmuş "Qazaxıstan Respublikasında orta müddətli dövrdə Milli Fondun vəsaitlərinin formalaşması və istifadəsi Konsepsiyası" ilə tənzimlənir. Bizdəkindən fərqli olaraq, dövlət büdcəsinə yönələn sabitləşdirmə transfertlərinin hesablanması mexanizmi və metodikası da konsepsiyada öz əksini tapıb. Nəticədə konsepsiya bu istiqamətdə transfertlərə məhdudiyyətlər qoyur. Belə ki, 2007-2009-cu illər üçün transfertərin məbləğı, onun ÜDM-dəki payı da bu konsepsiya ilə tənzimlənir. Konsepsiyaya müvafiq olaraq bu ölkədə sabitləşdirmə transfertinin ÜDM-də payı 3 faiz ətrafindadır və getdikcə azalan tendensiyaya malikdir.
- Qazaxıstan iqtisadiyyatında müşahidə etdiyiniz başqa hansı tendensiyalar bizim üçün daha çox maraq doğurur?
- Qazaxıstanda ən maraqlı proseslər əmlak və ərzaq bazarında gedir. Belə ki, əmlak bazarında bizdəkindən fərqli olaraq ucuzlaşma, ərzaq bazarında isə bizdəki kimi bahalaşma müşahidə olunur. Əmlak bazarında ucuzlaşma təklifin artımı, əsasən də istifadəyə verilən mənzillərın çoxalması ilə paralel gedir. Belə ki, bu ilin aprel ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə Almatıda yeni mənzillərin satışının 15 faiz artmasına baxmayaraq, bu şəhərdə 2008-ci ilin aprel ayında 2007-ci ilin aprel ayı ilə müqayisədə qiymətlər 12,7 faiz ucuzlaşıb. Almatıda ərzaq məhsullarının qiymət isə demək olar ki, Bakıda olduğu kimidir. Lakin bu ölkədə orta aylıq pensiya 150 dollar (Azərbaycanda 75 dollar), orta aylıq əmək haqqı isə 533 dollar (Azərbaycanda 280 dollar) təşkil edir. Eyni zamanda Qazaxıstanda qadınların orta aylıq əmək haqqı kişilərin orta aylıq əmək haqqının 65 faizni təşkil etdiyi halda Azərbaycanda bu göstərici 54 faizdir.
Onu da qeyd edim ki, Qazaxıstan höküməti biznesə əlverişli şərait yaratması ilə diqqəti cəlb edir. Odur ki, bu ölkədə Azərbaycan mənşəli kapıtalın həcmi artmaqdadır. Xüsüsilə də tikinti sektorunda fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə tez-tez rastlaşmaq mümkündür. Bu ölkədə tikintiyə başlamaq xərcləri minimuma qədər azaldılıb, kreditə çıxış imkanları xeyli artırılıb, vergilər də öz növbəsində aşağı salınıb. Ən başlıcası da budur ki, bu ölkədə maliyyə-nəzarət orqanlarının iş adamlarından rüşvət tələb etməsi praktikasına çox nadir hallarda rast gəlmək mümkündür. Bu isə qeyr-neft sektorunun, xüsusilə də maliyyə-bank kapitalının genişləndirilməsinə və inkişafına şərait yaradıb. Ölkədə çoxsayli maliyyə-innovasiya və vençur institutları yaradılıb ki, onlar da nəinki ölkə daxilində və hətta xaricdə də investisiya qoyuluşunda əhəmiyyətli rol oynayırlar. Qazaxıstanda hökümətin əsas hədəfinə əhalinin sosial rifahının, iqtisadiyyatın isə rəqabət qabliyyətinin yüksəldilməsi daxildir.
Ölkədə əmanətlərin qaytarılması, ipoteka kreditləşdirilməsi, aztəminatlı təbəqəyə ünvanlı sosial yardım göstərmək sahəsində konsepsiyalar çoxdan tətbiq olunmağa başlayıb və bu istiqamətlərdə nəzərəçarpacaq dəyişikliklər də əldə olunub. Ölkə prezidentinin təsdiq etdiyi uzunmüddətli proqram əsasında 2030-cu ilədək Qazaxıstanın 50 ən yüksək rəqabətqabliyyətli dünya dövlətlərinin siyahısına daxil edilməsi nəzərdə tutulub. Umumiyyətlə, Qazaxıstan Respublikası siyasi-iqtisadi kursunu Sinqapur modeli əsasında qurub. Avtoritar siyasi rejim, iqtisadi azadlıq və liberal maliyyə bazarı üçbucağı formatında görülən işlər hələ ki, müsbət nəticələr verməkdədir.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий