Dəhşət ssenaristi danışdı
Zeyno Baran bu dəfə də ABŞ-ın PKK-ya qarşı göstərdiyi rəftarı Türkiyənin əl-Qaidəyə qarşı göstərmədiyini qarşıya qoydu.
ABŞ-da Hudson İnstitutunda müzakirə edilən Türkiyəni qarışdıracaq "dəhşət ssenarisinin baş aktyoru Zeyno Baran" yenə maraqlı bir çıxış etdi. Terror təşkilatı PKK ilə əl-Qaidə arasında müqayisə aparan Baran, ABŞ-ın PKK-ya qarşı göstərdiyi rəftarı Türkiyənin əl-Qaidəyə göstərmədiyini ifadə etdi. Baranın adı 22 iyul seçkilərindən əvvəl mətbuata sızan dəhşət ssenarisinə də qarışmışdı. Haqqında danışılan yığıncaqda Konstitusiya Məhkəməsinin eks-başqanı Tülay Tuğcuya sui-qəsddən tutmuş, çevriliş ssenarilərinə qədər uzanan müzakirələrin aparıldığı ortaya çıxmışdı.
5 noyabr zirvəsi təklif olundu
ABŞ Konqresində edilən yığıncaqda Hudson İnstitutunun eksperti Zeyno Baran Türkiyənin "Əl-Qaidəni Türkiyənin düşməni" olaraq görmədiyini iddia etdi. Türk-Amerikan əlaqələrinin müzakirə edildiyi Potomac İnstitutu tərəfindən ABŞ Konqressində təşkil edilən yığıncaqda, əlaqələrin son vəziyyətini izah edən Baran 5 Noyabrda Baş nazir Tayyib Ərdoğan ilə ABŞ prezidenti Corc Buş arasındakı görüşməyə aid təklif də səsləndirmişdir.
Türkiyə eyni rəftarı göstərmədi.
Baran, Buşun PKK-nın həm terrorist, həm də "ABŞ-ın düşməni" olaraq tanındığını, ancaq Türk tərəfinin əl-Qaidə mövzusunda belə bir rəftar sərgiləmədiyini bildirdi. "Türk perspektivindən əl-Qaidənin "Türkiyənin düşməni" olaraq adlandırıldığına hələ şahid ola bilmədik" deyən Baran, Türkiyənin bənzər bir arqumenti Avropa ölkələrini tənqid etmək üçün istifadə etdiyini iddia etdi.
Narkoman vəhşiliyi: Qurbanın cəsədini parçalayıb ətini qəsssaba satdılar
Narkotiklərin bəşəriyyətə vurduğu ziyanlar barədə çox yazılıb və deyilib. İnsanı insanlıq sifətindən çıxarmağa, ən vəhşi heyvan vəziyyətinə salmağa qadir olan bu bəşəri mərəzin fəsadları misilsizdir. Amma narkotik aludəçisinin Honq Konqda törətdiyi tükürpədici cinayət isə tamamilə fövqəladə xarakter daşıyır.
11 gündür itkin düşən qızın izinə düşüldü. Hong Konqlu narkotik satıcısı həddindən artıq dozadan ölən qızın bədənini parçalayıb ətini qəssaba satdı.
Hong Kongda 11 gündür itkin olan 16 yaşındakı Vonq Ka Muy adlı qızın izi tapıldı. Hong Kongda nəşr olunan "The Sun" qəzetinin xəbərinə görə, ailəsinin şikayəti üzərinə araşdırmaya başlayan polis, itkin qızın son günlərdə tez-tez getdiyi bir evə basqın təşkil edib. Nəticədə burada nəzarətə alınan Ting Kai Tay adlı adamın ölən qıza narkotik satdığı müəyyən olunub.
Araşdırmaya görə, həddindən artıq dozada narkotik aldığı üçün ölən qızın cəsədi narkotik satıcısı tərəfindən tikələrə bölünüb. Satıcı bədənin bir qismini tualetə atıb. Kəllə və ayaq sümüklərini isə divara vura-vura qırdıqdan sonra bir paketin içində dənizə atıb. Narkotik alverçisi qızın qalan ətini məntəqədəki qəssaba verib. Qəzet ətlərin yeməklik yağa çevrilərək satılmış ola biləcəyini yazdı. Vəşhi narkotacir gec də olsa, həbs edilmişdir.
"Narkotikayla mübarizə təyyarələri casusluq edir"
CNNTürk-ün xəbərinə görə, Venesuela prezidenti Huqo Çaves ABŞ-ın Karib adaları ətrafında narkotikayla mübarizədə istifadə edilən uçuşları Venesuela üzərində casusluq məqsədiylə istifadə etdiyini bildirib. H.Çaves keçən həftə ABŞ donanmasına aid bir təyyarənin narkotikayla mübarizə adı altında Venesuela hava sahəsində uçduğunu və əslində kəşfiyyat apardığını söylədi. O, "Casusluq edirlər" dediyi çıxışında "Vaşinqtona Amerika hərbi təyyarələrinin bir daha Venesuela hava sahəsini pozacağı halda döyüş təyyarələrini göndərəcəyi" xəbərdarlığını edib.
ABŞ da təyyarələrinin bir daha Venesuela hava sahəsinə səhvən girməməsi üçün lazımlı addımları atacağını ifadə edir.
Uşaq Teatrı zorla binasından çıxarıldı
Dənizkənarı Bulvar İdarəsi Bakı Uşaq teatrını yerləşdiyi binadan zorla çıxarmağa nail oldu.
«Bir neçə gün öncə Bakı Bulvar İdarəsi heç bir rəsmi sənəd, o cümlədən, teatrın binadan çıxarılması ilə bağlı heç bir sərəncam təqdim etmədən binaya hücum etdi və içərisində dövlət əmlakı olan binanı sökməyə başladı. Teatr rəhbərliyi teatrın əmlakını qorumaq və işçiləri təhlükə ilə üz-üzə qoymamaq üçün binanı boşaltmağa məcbur oldu», - deyə Bakı Uşaq Teatrının ədəbi hissə müdiri Arzu Soltan bu haqda bildirmişdir. Daha sonra o, baş verən hadisə ilə bağlı aşağıdakıları bildirmişdir: "Bir gün ərzində teatrın 15-20 maşına zorla sığışan əmlakı hissə-hissə H.Sarabski adına Mədəniyyət Evinə və başqa mümkün ünvanlara daşındı. Ertəsi gündən etibarən isə Bakı Uşaq teatrı H.Sarabski adına Mədəniyyət Evində fəaliyyətini davam etdirir və tamaşalar göstərir. Bu günlərdə narkomaniya və QİÇS xəstəliyinin cəmiyyətdə doğurduğu problemlərə həsr olunmuş "Xaşxaşın göz yaşı" tamaşasının premyarası olacaq. Əslində hücum günü tamaşası nəzərdə tutulmuş premyera məlum hadisələr ucbatından başqa günə keçirilib.
Mədəniyyət Nazirliyi Bakı Uşaq Teatrını münasib yerlə təmin edəcəyini vəd edir. Teatr binanı boşaldandan sonra isə, Dənizkənarı Bulvardakı binanın sökülməsi dayandırılıb. Hazırda Bulvar İdarəsi rəhbərliyinin orada restoran yaratmaq istədiyi barədə söhbətlər gəzir".
Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий