Ötən illərin sovet dönəmində nümaiş olunan "Şərikli çörək" filmindən bu kəlmə: "Çörək verənin özü çıxsın, verməyənin gözü çıxsın" bir çoxlarina tanişdir. Əfsuslar olsun ki, bu kəlmənin indiki dövrdə də səslənməsi öz aktuallığını itirməyib.
Deyirəm e... bəlkə də bu un, taxil söz-söhbəti olmasaydı, başımızı qatdığımız bu müvəqqəti dünyadan qaldırıb ətrafa gözümüzü gəzdirməyəcəkdik. Vallah bu problemləri saymaqda barmaqlar da acizdir. Birdi-ikidi bəyəm? Növbənöv, sortbasort, rəngarəng - üç göz istəyir tamaşa etsin bizim problemlərə…
Bax, hələ problemlərdən biri elə çörəkdir. Qardaş, nə deyim, özün bilirsən, dəqiqəbədəqiqə qalxır qiyməti. Az qala qara kürü təki defisitə çevrilən taxıl da qəhətə çıxıb ey. Deyirlər ölkədə taxıl yoxdur. Özləri də taxil axtarışı adı ilə deyəsən başqa şəhərlərə istirahətə gedirlər.
Bir tərəfdən də ölkədə o tərəfə-bu tərəfə çapan inhisar atı da bu camaatı lap bezar edib. Öhdəsindən gələn də yoxdur. Belə getsə un anbarlarında acından çöpə dönmüş siçovullar məcbur olub aksiya keçirmək üçün öz yuvalarindan çıxıb axışacaqlar Bakının küçələrinə. Özü də birbaşa merin idarəsinə tərəf. Amma elə düşünməyin ki, onlar da icazə almaq üçün merə müraciət etmək niyyətilə ora gedəcək. Bu sizin üçün insan-zad deyil ki, söz eşitsin, kağız-kuğuz tədarük etsin. Gəmiricidir, qarşısına nə çıxdı zay edib qoyacaq bir tərəfə. Bu gəmiricilər kompromisə-filana gedən deyil. Axırı heç də yaxşı qurtarmaz. Məmurlarımızın maşınları, kabinetləri, telefonları - xülasə, qiymətli həyatlarının bütün atributları gəmiricilərin qurbanı olar.
Ümüd edrirəm ki, iş o yerə çatmaz. Məmurlarıızın dəyərli durumu bizim əsas qayğımızdır və heç bir gəmiriciyə imkan vermərik bu qayğı obyektini narahat etsin. İllah ki, artıq yeni fond da yaranıb və ən vacib məmurlarımıza həvalə olunub ki bu fondu taxıl ilə doldursunlar. Bu xəbəri eşitcək tam arxayın oldum. Məmuriyyətin çox dəyərli asayişi təhlükədən xali oldu, gəmiricilərin də bir parça çörəyi təmin olundu. Odur ki, indi siçovullar ancaq kasıb-kusubun məhəlləsində vaxtında yığışdırılmayan zibilin ətrafında fırlanacaq.
Yeri gəlmişkən, camaatın 3 dəsmal götürüb ağlamasına heç cür bəraət qazandırmaq olmaz. Əgər belə kasıbçılıqdırsa, zibil konteynerlərinə nə atılır?! Həə, ifşa olundu gözü götürməyənlər, gecə-gündüz xalqımızın rifahı üçün çalışan məmurları tənqid edənlər?! Atmağa bir şey varsa, demək kasıb yoxdur. Siçovullar zibildə nəsə yeyirlər axı! Təkcə Lenin-Marks-Engels-Brejnevin artıq lazımsız olan kitablarını yeməklə doymazlar ki. Demək ərzaq da var. Odur ki, xahiş edirik başqa dəlilləriniz yoxdursa, məmuriyyəti tənqid etməkdən əl çəkib, özünüzə bir babat peşə tapasınız.
Düzdür, ümumi mənzərəni zibilliyin ətrafında fırlanıb nəsə axtaran təqaüdçülər korlayır. Amma onlar ya gözgötürməyənlər tərəfindən öyrədilmişlərdir, işləri-gücləri statistik göstəriciləri gözdən salmağa tuşlanıb. Ya da ki, təqaüdçülər bekarçılıqdan bir məşğuliyyət axtarır, zibillikdə araşdırma aparırlar. Bir növ hobbidir.
Çörək qıtlığına toxundum, ağlıma bir fikir də gəldi. Bəlkə həmin bu səlahiyyətli şəxslər xalqımızın un məhsullarına meyilli olduğuna və qida rasionunda un məmulatlarına daha çox yer ayırdığına görə - bu da, məlum olduğu kimi, xalqın səhhətində xoşagəlməz halların yaranmasına səbəb ola bilir - həə, bu halların büruzə verməsindən narahat olub, sünü şəkildə un problemini yaradib ki, bir az cörək az yeyilsin. Belə qayğımıza qalırlar dəə!
Hələ indicə yadıma bir atalar sözü düşdü. Atalar deyib: "Çörək bol olsa, basılmaz vətən". Mən isə atalardan üzr istəyib bu sözü bir azca necə deyərlər müasirləşdirərdim. "Çörək bol, bir az da ucuz olsa, basılmaz vətən". Beynəlxalq müşahidəçilərdən kimsə folklor nümunələrimizi yığırdı. Götürsün bu atalar sözünü, salsın folklorumuzun qızıl səhifələrinə.
Beynəlxalq müşahidəçilər dedim, «Aqo qrupu» yadıma düşdü. Çox az adam bilir ki, bu qrup Aqo adlı adamın familiyasındandı. Amma yaman zəhmli gəlir adama bunun adı. Məmurlar yəqin bir az özlərini yığışdırarlar Aqo qrupunun hesabatına düşməmək üçün. Ən azı, adının təsirliyinə görə. Təsəvvür edin ki, qrupun adı «Aqo» yox, «Mirzoppa qrupu» olaydı. Kimiydi kağızın oxuyan?! Əəə, qadan alım "Aqo", yaz bu gördüklərini öz hesabatında. Bəlkə kağız-kuğuzına baxan oldu.
Hərdən elə böhtanlar eşidirsən ki, adamın lap tükləri biz-biz olur. Deyirlər ki, guya aləmə car çəkib unla bağlı hər hansı problemin olmadığını bəyan edən məmur və deputatlar altdan-altdan evlərinə kisə ilə un alıb qoyurlar. Məncə yalan, böhtan, iftiradır. Həmin o oxu daşa dəymiş gözügötürməyənlərin axırıncı uydurmalarıdır.
Burada acı gülüş doğuran yarıabsurd, yarımöcüzəli bir xəbər də ozünə yer edir. Ölkəmizin bəzi bölgələrindən gələn xəbərlərə görə, bir sıra canıyanan məmurlar qlobal "Un qitlığı"nın qarşısını almaq üçün, idarə müdirlərini öz ciblərinin məsrəfi ilə taxıl alıb əkməyə, məhsul becərməyə davamlı israrla təkid edirlər. Əks halda işlərindən azad ediləcəklərinə vədlər də verilir. Bu məsələnin absurd tərəfi. Möcüzə isə həmən ərazidə su olmaya-olmaya məmurların taxılın bitməsinə olan ümidləridir. Necə deyərlər, "Axırıncı ölən şey - ümiddir". Ya taxıl bitməlidir, ya da ki, işsizlik palazına bürün, ellə sürün. Yəni ərizəni xoşluqla yazıb işdən get. Yaxşı ki, hələ evlərdə şura hökuməti illərində olduğu kimi taxıl axtarışı aparılmır. Yoxsa başlarında qara torba olan, ilan yeyən, başinda odlu kərpicləri çilik-çilik edən bizim Rembovari xususi təyinatlı əsgərlərimiz dərhal bu tapşırığın öhdəsindən uğurla gələrdilər.
Rembovari igidlərimiz demişkən, Qarabağ yadıma düşdü. İnşəallah, gün o gün olar, igidlərimizin erməni başlarına vurduqları şapalağın da səsini eşidərik.
Bu hamısı yaxşıdır, amma adam nəsə yemək istəyir. Təzə bişmiş çörəyin dadlı iyi adamın burnunu qıdıqlayır. Fikirləşəndə ki, bir gün gələcək, çörək də bananın-ananasın gününə düşəcək, indidən doyuncə yemək istəyirsən.
Bəlkə məmuriyyəti problemin ciddiliyinə inandımaq üçün hərəmiz bir dənə "Taxıla azadlıq" şüarı yazılmış döş nişanı gəzdirək?! Amma mənə elə gəlir bizim məmuriyyətin bütün bu etiraz və diqqət cəlb etməklərə davamlı immuniteti yaranıb. Vay-vay, deyəsən gözügütürməyənlərin aldadıcı təsiri özünü göstərməyə başlayır. Mən də başlayıram məmurlarımızın ancaq özlərini düşünməsinə inanmağa. Gərək bu fikirləri atım başımdan.
Bəs nə əcəb çox tədbirli bir zat olan merimiz çörək qıtlığını aradan qaldırmaq üçün yetərli projelərə əl atmır? Necə? Çox sadə. Hər yeri şumlasın, parkları yerlə yeksan etsin, taxıl əksin. Meriyanın işçilərinə də təcili kombayn sürən peşəsini aşılasın. İşıq dirklərini satsın - onsuz da gecə işıqları söndürürlər, gündüz isə onlar lazım olmur - yerinə lazım olan mexanizmlər alınsın. Fəvvarələdən də suvarma üçün istifadə edilsin. Bir də görürsən, merimiz raport verir ki, vətənin anbarlarına o qədər taxıl tökülüb ki, artıq Qazaxıstandan almayaq, özümüz onlara sataq.
Deyirəm nə əcəb merimizin geniş qəlbinə, özü dediyi kimi məhəbbət məkanı olan ürəyinə taxıl problemini yerli-dibli həll etmək çözümü hələ hopmayib? Necə? Bəlkə yorulub? Yox balam, o yorulan deyil…
Amma nə gözəl səhnə olardı… Belə bolluca bu toxumlardan əkirsən bağlara, yaşıllıqalara, yol kənarına, məhəllələrə, canım sənə desin, harda torpaq gördün ora. Vəssəlam. Taxıl boya-başa çatır. Məmurlar başlarına ağ yaylıq bağlayıb, rahatca əllərinə oraq, dəryaz götürüb düşürlər bu taxılın canına. Həəə, biç ki, biçəsən. Sonra da ev dəyirmanlarında, yaxud da taxılo-molkada onu yaxşıca üyüdüb başlayırsan şörək bişirməyə. Düzdü, lap nağıla oxşadı. Gəlin bu nağıllarla başinızı qatmayım. Onsuz da nağıllar dünyasında yaşayırıq.
Hər il olduğu kimi, bu il də dəbdə differensasiyadır. Zövqlərdən tutmuş geyimlərə qədər hər şey dəyişir. Bir azdan gün yox, "toz eynəkləri" dəbə minəcək. Hollivud filimlərində "qum firtınası" səhnələrinin ucuz başa gəlməsi deyə Bakının küçələrində çəkiliş aparmaq kifayətdir.
Yağışdan sonra göbələk kimi bitən yeni tikilən "novostroyka" binalarının tozundan praktik olaraq şəhərdə yerimək mümkünsüz vəziyyətə çatıb. Az qalıb ki, qəbristanlıq sahiblərinə də üçdən-beşdən verib qəbirləri söküb, yerində novostroyka tiksinlər.
Yeri gəlmişkən Bakının adını dəyişdirib «küləklər» yox, «tozlar-torpaqlar şəhəri» qoysaq, səhv etmiş olmarıq.
Bu yaxınlarda, Bakının küçələrində şəhərimizin günbəgün yenilənən görünüşü haqda sorğu aparılmışdır. Müxtəlif formalı, amma eyni məzmunlu fikirlər eşitdik. Camaat nə deyir? Deyir ki, iyirmi il əvvəl Bakı başqa cür idi. Küçələrdə yerimək rahat idi. Atəşfəşanlığı seyr etmək üçün eyvana çıxmaq kifayət edirdi. Yaşıllıqlar çox idi, böyük-böyük ağaclar var idi, kölgəliklər çox idi. Bir sözlə, Bakı əla şəhər idi. Amma indi tikilən yeni binalar kortəbii tikilir. Axı heç yerdə belə tikilmir. Bilmirik hansi meqapolisə oxşatmaq istəyirlər Bakını.
Bakının baş planı adı altinda hazirlanmış "altımetirlik" maketi görsəydim, heç dərdim olmazdı. Yadima Dəyərlər qazetinin əziz yazarlarından birinin "Bəxti gətirməyən yuxu" adli yazısı düşdü. Kaş orada nəql edilən yuxu çin olaydı, həqiqətə çevriləydi.
Amma halva-halva deməklə, ağız şirin olmur. Reallıq budur ki, gözəl nağılların həqiqətə çevrilməyi insanın öz əlindədir.
İliniz uğurlu olsun.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий