Bismilləhir-Rahmənir-Rahim
Son zamanlar Yaxin Şərqdə baş verən olaylar öz vəhşiliyı, vandallığı ilə davam etməkdə, dünya ictimaiyyətinin isə sükunət və biveclik sindromu müşahidə olunmaqdadır. Bu qədər günahsız insan təlafatının, tökülən nahaq qanların, törədilən qeyri-insani cinayətlərin, tapdalanan bəşəri dəyərlərin, namərdcəsinə davam edən blokadanın fonunda bu susqunluq, ətalətlilik və laqeydlilik mərəzinə tutulmuşların mövqeyi acı təəssüf hissi doğurmaya bilməz.
Hər sözünün əvvəli də, axırı da demokratiya, insan haqları olanların az qala qabar olmuş dilləri nəyə görəsə bu faciəyə, terrora, soyqırımına əks reaksiya vermir. Məzlum Fələstin xalqını güclə yeritdikləri "dəyərlər" sislsləsinə bəs niyə aid etmirlər?
Bunlar bir tərəfə, bəs özünü müsəlman adlandıran, bu ada, bu inanca iddiasını ortaya qoyan və hər məqamda özlərini ümmətin öncülləri hesab edən bir çox ərəb dövlətlərinin mövqeyi harada qaldı? Onların bu sükunət və biveclik sindromunun təməlçılərindən olması son dərəcə dəhşətli və ağrıdıcı bir faktdır. Görəsən nə baş verir, hansı hadisələr cərəyani səbəb olur bu laqeydlik və biveclik mərəzinin yaranmasına? Bəlkə məsafə uzaqlıği, yaxud baş verən proseslərdən məlumatsızlıq? Bəlkə haqq ilə nahaqqı, dost ilə düşməni ayırd etmə çətinliyi?
Coğrafi baxımdan ərəb dövlətlərinin yerləşdiyi əraziləri nəzərdən keçırsək görərik ki, Fələstin muxtariyyəti tam olaraq öz din qardaşlarının, məslək ardıcıllarının əhatəsindədir. İnsanda elə təəssürat oyanır ki, bu qədər müsəlman ölkələrinin əhatəsində olan xalq mütləq doğmalıq atmosferini, qardaşlıq dəstəyini və yaxınlıq ruhiyyəsini hiss etməlidir. Amma tamamilə əks mənzərə müşahidə olunmaqdadir. Məsafə yaxınlığı, din qardaşlığı - hələ doğmalıq, yaxınlıq göstəricisi deyil deyəsən. Bu uzaqlıq - məsafə baxımından görünməzlik deyil, göz-gözə, üz-üzə görünməyin, yaxınlığın bir qəribliyidir.
Az qala hər açılan mərmisinin, topunun, ucalan hər naləsinin, fəryadının canlı şahidi olanlarin süstlük donlarinin açilmaması cox təəccublüdür. Doğrudan da cox ağirdir əziz ola-ola zillət görəsən, doğma ola-ola qərib olasan. Öz vətənində, öz yurdunda kimsəsiz olasan, köməksiz çirpınasan, "qardaşlar" içində yad olasan, düşmən adlanasan. Zalımlar içində məzlum olasan, yetim qalasan. Şəfqət və mərhəmət əvəzinə nifrət görəsən, kədər dadasan. Siğal yerinə sillə görəsən, qan udasan. Doğma daşinin, kəsəyinin, kəndinin, şəhərinin keşiyində durmağa gərə "terrorcu" damğası alasan.
Fələstin zülmünün 60 ildən az olmayan, əslində 1948-ci ildən illər öncə başlayan bir faciəsinin davamını yaşamaqdayıq. Haqq ilə nahaqqi, yaxşı ilə pisi ayırd etmə baxımından bəs deyilmi görəsən bu müddət? Bəs deyilmi tək-tük növbətçi bəyanat verib, ara-sıra "humanitar yardim" edib, tez-tez "sülh danışıqları" təşkil edib duşmən qarşısında baş əyib acizlık etmək? Bəs deyilmi aclıq və səfalət içində inləyən, yaşam uğrunda mücadilə edən din qardaşlarına kömək və dəstək əvəzinə milyonları göyə sovurmaqla müşayiət olunan ifrat israfçiliq?
Hal-hazırda çox deyilən, çox yayılan deyimlərdən biri olub «terrorizm», «anti-terror» əməliyyatları. Kimin terrorçu, nəyin terror olması qəsdən qarışdırılaraq səhv yönümlü informasiya axınlarına çevrilib. Belə ki, bu sözlər yurduna, vətəninə sahib çixib, isğalçı güclərlə mübarizə aparanlarla assosiasiya olunur. Amma əsl terror edənlər, cinayət işlədənlər dünyaya bar-bar bağirib "anti-terror" əməliyyatları həyata kecirdiklərini bəyan edirlər.
Bütün bunların müqabilində müsəlmanlıq, qardaşlıq, qonşuluq vəzifəsı boynunda olan ərəb dövlətlərinin susqunluq və və laqeydlik durumunda olmaları açıq-aydın görünür. Etiraz səslərini ucaltmamaqla şərik olurlar həmin terrora və iştirakçısına cevrilirlər həmin "anti-terror" əməliyyatları kampaniyalarına.
Köləlik və mütilik yolunu tutub, işğalçi hegemonlara və onların vandal törəmələrinə boyun əyməklə "təhlükəsizlik təminati" almaq niyyəti güdürlər. Digər tərəfdən də "tox qarnım, dinc başım" prinsipi ilə yaşayıb, təkcə özünün, çevrəsinin, rejiminin mənafeyini güdərək, umumislam vəhdətinə xələl gətirir, pərakəndəliyə və hərc-mərcliyə rəvac verirlər.
Nə qədər ki, islam birliyi, islam vəhdəti sozlərinin əməli icrası olmayacaq, elə bu faciələrin, soyqırımların davamı gələcək. Nə qədər ki, müsəlmanlar dost ilə düşməni, yaxşı ılə pisi ayird etməyəcək, dost adı ilə düşmən onlara hakim kəsiləcək. Nə qədər ki, laqeydlik, eqoistlik hökmranlıq edəcək, bir o qədər doğmalar qərib, yadlar doğma olacaq. Nə qədər ki, Qüds və digər islami torpaqlar işgalda qalacaq, bir o qədər də "Hər gun Aşura, hər yer Kərbəla" sədası müsəlmanları mubarizəyə səsləyəcək.
Əli Ağayarov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
вторник, июня 03, 2008
Fələstin - doğmalar içində qərib
Ярлыки:
Qarabağı və Qüdsü unutma
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий