Bu il Məhərrəmlik ayında bir çoxlarının ad günü qeyd olunurdu. Çox maraqlıdır ki, insanlar belə günlərdə İmam Hüseyn əzadarı olmaq əvəzinə, şənlənərək, ad günlərini qeyd edirlər. Soruşanda isə, “mən İmam Hüseynə (ə) xatir ehsan edirəm”, - deyir. Bəs məhz niyə həmin gün?!
Düzdür, hər şey niyyətə bağlıdır. Amma gəlin özümüzü aldatmayaq. Biz demirik ad gün keçirtməyin. Sadəcə olaraq bu bir ay ərzində heç olmasa o əziz İmamın (ə) nələr çəkdiyini, çox demirik, bir ay yaşaya bilsək, axirətdə üzümüz daha sevincli olar. Özümüzün ilimiz olmayan yeni il və “sevgililər günü” onsuzvda unutmağı tez bacaran insanlara bu ayı unutdurdu.
Allahdan uzaqlaşmaqda olan bu tip insanlar, ömürlərini, qəhqəhə içində keçirtməyi üstün bildilər. Mənasız “sevgililər günü” adlandırdıqları gün yaxşıca yadımdan çıxmışdı. Küçədə hamının əlində, xüsusən qadınların əllərində tutduğu güllər məni təəcübləndirdi. Və biz həmin gün əlamətdar tarixi qeyd etdiyimiz tədbirdən gəlirdik. Bizə elə gəldi ki, camaat da həmin tarixi qeyd edir. Lakin unudulmağa layiq olan “sevgililər günü”nü qeyd etdikləri anlaşıldı.
Çox təəssüf hissi keçirdik. Görəsən niyə əsl vacib olan, hansı ki, həmi günlər bizim qeyd etməli olduğumuz gündür, onu unuduruq, lakin mənasız, yersiz “bayramları” yaddaşlarımıza həkk edirik?!
Deyəsən mətnin başlanğıcından uzaqlaşmışıq. Hə, ad günü məsələsinə gəldikdə, pis deyil. Amma diqqətlə bu sözə fikir verdikdə, ad günlə döğum gününü bir tutmaq düzgün olmur. Biz tanıdığımız insanlara bəlkə bu günü şükür günü adlandıraq dedikdə, razılaşdılar. Döğrusu, uyğunluğu və yaxınlığı daha çoxdur. Həqiqətdə insan hər vaxt Allaha şükür etməlidir. Amma həmin gün ki, ad günü adlandırırıq, o gün şükür etməyin əsl məqamıdır. İki rükət namaz qılıb Uca Yaradanınına şükr etmək nə gözəl olardı! Və Allaha ona görə şükür etməliyik ki, bizim kimi bir varlıq, ruh onun nəzərində olub ki, bizi yaradıb. Bu çox sevindirici və şükür ediləsi məsələdir. Yaxşı olardı anlaşılmaz musiqlər əvəzinə, ad günlərimizdə”Şükür” adlı surud hazırlayıb, bu günün mənasını dərindən başa düşərdik.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий