Ölkəmizdə baş verən, qəzəb doğuracaq hadisələrə diqqət etdikdə, yuxarıların "Bizi narahat etməyin" deyə, müraciətlərini başa düşürük. Elə bil ki, qiymətlərin düşməsindən danışan milləti bir başqa yolla başa salmaq istəyirlər. Buna başa salmaq da demək olmaz. Məcburi qəbul etdirməyə daha uyğun gəlir.
Ailə cəmiyyətin kiçik bir üzvüdür. Cəmiyyəti əzmək üçün birinci ailələrdən başlanır. Bizim ölkədə də vəziyyət belədir. Soyuq havalarda, evin küncündə büzüşən, zəif, xəstə uşaqların cəmiyyətdə hansı xidmətlərindən danışa bilərik?! İnsanı öz təlabatlarından uzaqlaşdırmaq, həsrət qoymaq, sizcə hansı anlama gəlir?! Yazmaqla bitməyən problemlər, tükənmək bilmir. Belə hallarda insan psixoloji duruma düşür. Gündəlik küçədə, işdə, evdə qarşılaşdığı bezdirici hallar, insanı gərgin vəziyyətə gətirib çıxardır. Əsəbiləşən camaat öz hirsini, gərginliyini aradan qaldırmaq istəsə də, mümkün olmur.
Hər səhər evlərdə işığı, qazı çox vaxtlarda suyu kəsənlər "Sakit olun, biz qiymətlərdə heç bir dəyişiklik, ucuzlaşma etməyəcəyik" deyib, öz qulaqlarının dincliyini təmin etmək məqsədini güdürlər. İnsanlar isə məmurları Allaha tapşırmaqla təskinlik tapırlar. Hər halda camaata verilən əziyyətlər, məmurların da başına gəlsəydi, çətinliyin nə olduğunu bilərdilər.
Amma insanların rifahını yaxşılaşdırmaq əvəzinə, özünü düşünənlər daşınıb-düşünsələr yaxşıdır. Çünki ömür qısa, həyat acı-şirin, ölüm isə hər nəfəslə yaxınlaşdığımız əbədi bir həyatdır.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий