воскресенье, марта 01, 2009

QƏLƏM



Yazmasa haqqın sözün, lazım deyil əsla qələm,

Öz kamalından dönər, kəsb eyləməz məna qələm.

Əqlə tabe olmayıb, istəklərə tabe ola

İstəyər sülh eyləyər, istər salar qovğa qələm.

Olmayanda bir nəfər də dinləyə ah – zarımı,

Munisim olmuş o dəm zülmət gecə, misra, qələm.

Bir vərəqdə məzlumun edamının fərmanı var,

Kim müqəssirdir, buna fərman verən kəs ya qələm.

Sordular kimdir bu yazıq əhli qəm, dad eyləyən?

Məlum oldu dad edən – haqqı deyən tənha qələm.

Ya gümüşdən, ya qızıldan olsa heç fərq eyləməz,

Yazdığı mətləb ola əla, olar əla qələm.

Haqq – hesab yüngülləşər, sorğu – sual asan olar,

Gördüyüm hər işdə axırda ola imza – qələm.

Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicis

Комментариев нет: