Elə təzəcə xəbərlərə göz gəzdirirdim ki, bir xəbər məni yaman cəlb etdi. Bilmədim hirslənim və ya gülüm. Amma deyəsən gülməyin yeri var.
Xəbər bu başlıq altında getmişdi: "İtaliyada Azzano bələdiyyəsinin başçisi bu ərazidə namaz qilmağa qadağa qoyacaq". Xəbərləri qisaca nəzərinizə çatdırıram:
İtaliyada Pordenone şəhərindəki Azzano bələdiyyəsi öz ərazisində namaz qılmağı qadağan etmək istəyir. Bu barədə məlumat verən hökumətin koalisiya ortağı olan "Lega Nord" (Şimal Liqası) partiyasından bələdiyyə başçısı Enzo Bortolotti İslam dininə aid ibadətləri qadağan edəcəyini bildirib: "Bələdiyyənin ərazisindəki ictimai yerlərdə ibadət etmək qadağan olunacaq. Habelə bələdiyyənin ərazisində yeni məscid də tikilməyəcək". Bundan başqa Bortolotti, ibadətlərin italyanca olması üçün parlamentarlarla əməkdaşlıq etdiklərini bildirib. "İbadətlərin italyanca olunması üçün qanun paketi hazırlayırıq. Çünki məscidlərdə, sadəcə ibadət edilmir, siyasətlə də məşğul olurlar".
Deyərsiniz bunun nəyi gülməlidir? Amma gülməlidir, ay camaat, vallah, gülməlidir. Zamanin bir vaxtında ki, dünya insanları, dünya vicdanları, özü də xristianlar, kilsələrdə müsəlmanlarla həmrəy olduqlarını nümayiş etdirmək üçün mərasimlər təşkil edirlər. Özü də mərasimlərini Qurani-Kərimin müqəddəs ayələri ilə başlayırlar, bunlar isə hələ də nəyinsə axtarışındadırlar. Bunlar qəzet oxumurlar? Dünyadan xəbərlərimi yoxdur? Yoxsa, Roma Papasından daha çox dindardırlar öz dinlərində? Ya da...
Gəlin bir anlığa fikirləşək ki, bu ağıldan kəm qərar həyata keçdi. Sonra? İtaliyaya gələn hər inanclı şəxs, məsələn, Roma Papası Pordenone şəhərinin Azzano əraszisinə yolu düşdü və ibadət etmək istədi və ya İncildən nə isə sitat gətirməli oldu. Əziz oxucu, bu Bortolottinin məntiqində qanun pozuntusu olacaq, hələ bəlkə, 120 yeni italyan manatı cərimə də olundu. İndi bu gülməlidir, ya yox?
Siyasətə qaldığda isə məscidlərdə ərəb dilində edilən ibadətlərə adiyyətini heç cürə anlaya bilmədim. Ümumiyyətlə, onda belə çıxır ki, restoranlarda, otellərdə hər yerdə ki, insanlar toplanır, özü də qeyri-italyan dilində danışanlar, onların siyasətlə məşğul olmaq təhlükəsini nəzərə alıb, o əraziyə daxil olan hər kəsin ağzını nəzarətdə saxlamaq ücün yanına bir polis qoşmalıdırlar? Ya da yeni nəsə bir qurğu kəşf etməlidirlər?! Gülməlidir, bunlar nədən qorxurlar?
Avropa cəmiyyətinin indiki "fövqəladə inkişafını" nəzərə alsaq ki, hər cürə özlərini qabağa getmiş sayırlar, az qala gündə bir dənə heyvan kəşf edib, ona haqq-hüqüq da düz-qoş eliyirlər və dünyaya nə qədər ürəyi yumşaq bir cəmiyyət olduqlarını göstərirlər. Bəs niyə elə də uzaq olmayan keçmişi unudurlar? Əlbəttə ki, bu sözlərin ünvanı Bortolotti kimi "cənablar"dır. İndiki durumunu müqayisə edəndə, niyə keçmiş ona çox uzaq görsənir? Yeni məscidlərin tikilməsinə gəlincə isə, tarixin dərinliklərindən hər çətinliyə vüqarla davam gətirib başını uca tutan məscid minarələrinə, Avropanın istənilən yerindən boylansalar görərlər ki, məscid mədəniyyəti o torpaqlar üçün yeni bir kəşf deyil.
Nə bunların hansısa "fobiyaları", nə də "nasizimləri" bəşəriyyətin vicdanını susdura bilməyəcək. İnsanların barış və rifah içində yaşamaları üçün göstərdikləri səyləri durdura bilməyəcək. Sonunda ədalət və səadət dolu bir həyat bəşəriyyətin üzünə güləcək.
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий