"Dərd üstünə dərd gələr". Nə deyirsiz-deyin. Bu misalın ünvanı düz bizim Bakı şəhəridir. Hər gün yeni-yeni çətinliklərlə üzləşən şəhər. Camaatın dərdini saymaqla tükənmir. Yağışların şiddətli yağması, dərdi olanların dərdini daha da artırdı. Düzdür, bəzi insanlar da var ki, yağışlı havanı çox sevir. Biz yağışın yağmasını pisləyə bilmərik. Allahın təbiətə bəxş etdiyi bir nemətdir. Hədis və rəvayətlərdən məlum olur ki, yağış yağanda insanın etdiyi dualar Allah dərgahında qəbul olur. Amma əllərimizi Uca Yaradana tutub, Ondan diləyirik: "Ya Rəbb, biz bəndələrə rəhmin gəlsin .Yağışın yağmasını dayandır. Bu gözəl nemətini bizlərdən al."
Biz xəritəyə baxanda , orada çayların sxemasını görürük. Bizim Bakı yollarına yuxarıdan, təyyarə ilə baxan hər bir insan yollarımızdan çay axdığını görər. Yağan yağış suları asfalt yolla elə axırdı ki, meşələrdən əriyib gələn çaylara bənzəyirdi. Məhz bu səbəbdən ölkəmizdə fəsillərin dəyişməsi acınacaqlı durum yaradır. Sakinlər əvvəlcədən tədarük görsələr də, görməsələr də vəziyyət dəyişilməz olur. Burada "Köhnə hamam, köhnə tas" misalı yerinə düşərdi. Ölkəmizdə gedən "təmir" işlərini heç də uğur saymaq olmaz. Narahat sakinlər, narahat halları ilə bərabər yaşamaqlarına davam edirlər. Amma bütün bunlar narahatlığın bir tərəfi…
Əsas narahatlıq isə nə fəsillə, nə yağışla bağlıdır. Əsas narahatlıq insan həyatının heç neçəyə olmasındadır. Hər gün orduda bir əsgərimiz öldürülür, ölür. Hər gün məişət zəminində kimsə qətlə yetirilir. Hər gün dünya bunlara dar imiş kimi şəhərin yollarıyla uçan maşınlar növbəti qurbanı əzib məhv edir. Laqeydlik mərəzi bürüyüb camatımızı. Narahat edən əsas budur…
Uca Yaradan buyurmuşdur: "Mənim bəndələrim bu dünyada rahatlıq axtarırlar. Onlar bilmirlər ki, Mən rahatlığı bu dünyada yox, axirətdə onlara hədiyyə edəcəm". İnşallah ki, Uca Yardan bizləri həqiqi rahatlıq tapanlardan qərar versin. İlahi Amin!
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Комментариев нет:
Отправить комментарий