Показаны сообщения с ярлыком yazar: Mehdi Fərəc. Показать все сообщения
Показаны сообщения с ярлыком yazar: Mehdi Fərəc. Показать все сообщения

воскресенье, марта 01, 2009

İSLAM PAYTAXTINDA XƏSTƏXANALAR

Həm çox sevilən bir ziyalı, həm də bizlərə örnək olan bir mömin xəstələnmişdi. Qərara gəldim ki, mən də dostlarla birlikdə onun ziyarətinə gedim. Avtomobilə əyləşib yenicə yerimizdən tərpənmişdik ki, telefonum zəng çaldı. Zəng edən dostlarımdan biri idi. Çox narahat halda birbaşa bu gileylərini mənimlə bölüşməyə başladı: “Qardaş, bu nə işdir biz düşmüşük?! İndicə işdən gəlmişəm. Bir az dincəlmək istəyirdim ki, əsəblərim pozuldu. Sabah Xocalı soyqırımının 17-ci ilidir, kanallarımızda isə şoular, musiqi musabiqələri gedir. Axı belə şey olar? Bunun harası İslam mədəniyyətinin paytaxtı oldu?! Kanallarda dinə, imana yer vermirlər-vermirlər, heç olmasa faciələrimizə, şəhidlərimizin ruhuna hörmətlə yanaşsınlar!”.

Dostumun haqlı iradlarından sonra onu sakitləşdirməyə çalışdım və xudahafizləşdik. Yol yoldaşım, bir digər dostum isə bu yerdə gözəl bir ifadə işlətdi: “Kim hansı normaları qəbul edirsə, onu da təzahur etməsində təəccüblü nəsə yoxdur”. Bəli, doğrudan da efir məkanındakı öz verilişlərində imana, inanca, İslama 1 dəqiqə də yer ayırmayan TV-lərin belə addımları təəccüb doğurmamalıdır. Gəlib çatdıq 2009-un İslam paytaxtı Bakıdakı xəstəxanalardan birinə, hansı ki, qəhrəmanım müalicə olunurdu. Öncə qapıda nəzarətçinin məzlumanə baxışları bizi gözləyirdi: “(köhnə kişilər demişkən) 1 abbası ver, 10 dəqiqəliyə içəri buraxım”.

Hərgah kim isə birdən unudub xəstəsinin yanında çox əyləşsə, onu da xərcə sala bilər. Dəfəsi 1-2 manat olmaqla otaqların sanitarlar otaqları təmizləyərkən, dəfəsi neçə manat olmaqla iynələrin vurulması və üzü yüxarı bir sıra prosedurlada da eyni qayda tətbiq edilməkdədir. Xülasə, qapıçının bu ismarıclı baxışını anlayan qədim kişilərdən olan bir dostumuz onu razı saldıqdan sonra (əks halda ziyarətdən məhrum da ola bilərdik) daxil oluruq dəhlizə. Ürək xəstəliklərinin müalicə edildiyi şöbəyə daxil olduq. Gecə saatlarına rəğmən şöbənin düz ortasında bir neçə xəstə və yaşlı insan bir-biri ilə ucadan söhbət edirdi. Nə isə, palataya, xəstəmizin otağına giririk. Adama ilk təsir edən yenicə təmirdən çıxmış palatadan hələ də rəng qoxusunun gəlməsi olur. Hərçənd ki, dediyim ki, burada reanimasiyadan çıxarılmış ürək xəstələri müalicə olunurdu. Palatada ən sadə gigiyenik norma olan əl-üzyuyan belə yox idi. Mənə ən maraqlı gələn məsələlərdən biri isə ziyarətini etdiyimiz ziyalının xəstəxanadakı ilk günün təəssüratları idi: “Camaatın ünsiyyət tərzləri dəyişib. Reanimasiyadan sonra məlum oldu ki, ürəkdə ciddi bir problem yoxdur. Əlhəmdulillah ki, qan analizinin nəticələrinə görə infarkt əlamətləri yoxdur. Şükür. A kişi, sadəcə olaraq Tibb universitetində bilmirəm bu həkimlərə xəstə ilə ünsiyyət dərsi keçirlər, ya yox? Rəhmətliyin oğlu, reanimasiyadan xəstəni çıxaranda deməkdən ki, “Ay əmi, ay dayı, gözlərin aydın, səndə elə bir ciddi xəstəlik yoxdur. Hər şey normaldır. Balaca rahatsızlığın var, o da keçər”, birbaşa işçilərə çığırdı ki, “bu xəstəni aparın filan palataya”. A kişi, camaatın ünsiyyəti necə də pozulub!”.

Bəli, insanlarımız xöş ünsiyyəti çoxdan unudublar. Halbuki, bunun özü çox zaman bir məlhəm olur, necə ki, ağır xəstəyə həkiminin bir xoş təbəssümü kimi. Bəlkə də səbəb həqiqi Təbibdən uzaqlaşmağımızdır.

Allah bütün cismi və qəlbi mərizlərimizə şəfa nəsib etsin, inşəallah! Amin.

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Üç aya üç qələbə

Son 3 ayda dünya insanlığın qeyri-insanlıq üzərində 3 qələbəsinə şahid oldu. Bu qələbə silsilənin ilki ötən ilin son ayında müsəlman İraqında qeydə alındı. Sadə bir insan, sıravi bir juranlist, o zamana qədər heç kimin tanımadığı, amma vətəndaş mövqeli inanclı Müntəzir Əl-Zeydi bir anlıq hərəkəti ilə bütün dünyanın gündəminə möhürünü vurdu. Onun ölkəsindəki Buş administrasiyası tərəfindən törədilən zülmlərə öz etirazını Buşa ayaqqabı tolazlamaqla bildirən Müntəzir, özünüifadə etmənin yeni bir üsulunu icad etmiş oldu. Çox keçmədi, onun bu hərəkəti dünayanın bir çox yerində baş verənlərə öz etirazını bildirənlərin əsas etiraz formasına çevrildi. Bu rəmzi etiraz bu günədək də davam edir. Baxmayaraq ki, bu hadisədən 3 keçməkdədir.

Növbəti qəhrəmanlıq bir çoxlarında bütlərin, tabuların sınmasına səbəb olan Davos hadisəsidir ki, bu ilin ilk ayında İsveçdə yaşanmışdır. Yəqin ki, nəyi qəsd etdiyimi hər kəs anladı. Söhbət Davos forumunda iki işğalçıya, iki zülmpərəstə, iki qəsbkara eyni anda cavab olan “Mənim üçün Davos bitmişdir, bir də Davosa gəlmərəm” sözlərinin sahibi Ərdoğandan gedir. 1 dəqiqə ərzində həm daşnak erməni tullantısına, həm də sionist cəllada layiq olduqları cavablarını verən müsəlman və türk baş nazir izzəti-nəfslə təvəlla-təbərrasına riayət etməklə bu forumu tərk etdi. Çox dartışıldı, çox bəhs edildi, çox müzakirə olundu Ərdoğanın bu addımı. Hələ də bu haqda müzakirələr gedir dünyada. Kimiləri bunu qələbə kimi dəyərləndirdi, kimiləri isə bunun qələbə ilə bir aidiyyətinin olmadığı fikrini əsaslandırmağa çalışdı. Amma bir sıra çılpaq həqiqətlər var ki, onlar baş verənlərin qələbədən başqa bir şey olmadığını isbatlayır.

Son qələbənin qəhrəmanı isə Azərbaycanımızın vicdanı oyaq millət vəkillərindən - həm bir insan olaraq, həm bir ana olaraq, həm də bütün bunları öz vətənində erməni işğalçıları tərfindən törədilməsinin şahidi olmuş bir xanımdır. Özü həm də “Mir Jenşinı” qəzetinin təsisçisi olan Lalə xanım Abbasova Fələstində törədilən sionist vəhşiliklərinə, Qəzzada və bütün Fələstində sionist cəlladları tərəfindən öldürülən körpələrin qanına şərik olmamaq üçün Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunu tərk etmişdir. Bəli, alnı açıq, başını dik tutaraq sionist cinayətlərində şərik olmamaq və buna etiraz adına bu qrupun var olmasına etiraz edərək oranı tərk etmişdir. Bu da son ayın qələbəsidir.

* Bütün bu etirazlar ədalətin zülm, insanlığın vəhşiliyin, vicdanın vicdansızlıq, oyaq qəlblərin qəsavət və daşlaşmış ət parçaları üzərində qələbəsidir.
* Bunlardan hər kim danışsa da, danışmasa da bu addımları atanlar qaliblərdir. Çünki, onlar nəinki özlərinin, özləri ilə bərabər təmsil etdikləri dinin vacibatına riayət edərək mənsub olduqları xalqların da etirazlarını ifadə etmişlər. Özləri ilə yanaşı, öz xalqlarının vicdan səslərinə çevrilə bilmişlər.
* Kimlər ki, bu addımları qələbədən uzaqlıq adlandırır, hətta bu yazıya cavab versələr də qələbədir, verməsələr də.

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

OBAMA DƏYİŞƏCƏKMİ?

Hazırda dünyanın bir çox analitiklərini düşündürən suallar bunlardır: ABŞ-ın "Böyük Yaxın Şərq" layihəsi gündəmdə yerini qoruyurmu? ABŞ-ın Qəzzada baş verənlərə rəsmi münasibətləri, dəyərləndirməsi necə olacaqdır? Obama dövrünün ABŞ-İran münasibətləri necə olacaq? və s.

Əlbəttə, bütün bunlar haqlı olaraq verilməli suallardır. Onların narahatlıq doğurması da çox təbiidir. O səbəbdən ki, Buş administrasiyası dövründə dünya durmadan təhdidlər, təhlükələr altında yaşadı. Və Obamanın gəlişi ilə dünya bu nigarançılığından qurtulmağa ümidləndirildi. Obamanın bütün seçki təbliğatında da məhz bu xətt davamlı olaraq seçicilərə istiqamətlənmişdi: dəyişikliyə ümid yaratmaq və onu təmin etmək vədi. Bəs yaxşı, bu baş verdimi? Və ya baş verəcəkmi?

Qabaqcadan deyək ki, Obamanın tutduğu xarici kursa münasibət bildirmək hələ çox tezdir. Bunun iki mühüm amili vardır:

a). Əvvəla bu administrasiyanın işə başlamasından hələ bir ay keçməyib və belə halda hegemon hakim eşelonun addımlarını qiymətləndirmək, əlbəttə ki, çox tezdir;

b). Digər tərəfdən amerikan reallıqlarından çıxış etməli olsaq deməliyik ki, bu ölkədə iqtidarın monolit hakim komandası və siyasi-inzibati idarəetmə aparatı ən tezi 3 aydan tez formalaşmır. Bir neçə gün öncə Obamanın səhiyyə nazirinin istefa verməsi və Obamanın kadr seçimində öz səhvini etiraf etməsi bunun aydın əlamətlərindəndir. Lakin bütün bunlara rəğmən, əlimizdə olan bəzi məlumatlar Obama və onun tutmaq istədiyi yolun əlamətlərinə dair, formalaşdırdığı komandanın necəliyinə dair, Obama administrasiyasının bu komanda ilə dünyada necə bir siyasət yürüdəcəyinə dair bəzi mülahizələrin yürürdülməsinə imkan verir.

Hazırda və bundan sonra da uzun zaman dünya gündəminin bir nömrəsi, güc mərkəzləri olan dövlətlərarası münasibətlərin mehvəri sionizm işğalı fonunda Fələstin mübarizəsi olacaqdır. Bu baxımdan əksər ekspertləri düşündürən əsas problem Obama administrasiyasının sionist işğalına məruz qalmış, ərazilərinin 87-90%-i işğal edilmiş Fələstin ətrafında, onun xaricində və daxilində baş hadisələrdə necə münasibət bildirəcəyidir. Obamadan öncəki rəsmi Vaşinqton baş verənlərə münasibətini sionist işğalını israil rejiminin özünümüdafiə tədbirləri kimi dəyərləndirərək özünü aşkarcasına qondarma və işğalçı israil rejiminin dəstəkçisi və himayədarı kimi tanıtdı. Dəyişikliyə vəd vermiş Obama isə bu mövzuda sükutunu pozmamaqla sanki daha konstruktiv mövqe nümayiş etdirdiyini göstərmək əzmindədir. Lakin, zənnimizcə, bir neçə mühüm nüanslar var ki, onların açıqlanması zamanı əslində Obamanın bu mövzuda sükutunu hələ seçilməmişdən öncə, seçki təbliğatı zamanında pozduğunun şahidi olarıq. Bu arqumentlərdən bəzilələrinə nəzər salaq:

1. Obamanın bu mövzuda susmasına səbəb nə ola bilər? Bunu bir neçə əsasla cavablandırmaq olar:

a) Obama baş verənləri daha dərindən araşdırmaq, olub-bitənlərin mahiyyətini daha kökdən anlamağa çalışır. Hadisələrin köklərini öyrənməyə çalışır. Bunun üçün onun zamana ehtiyacı var və o, bu səbəbdən hələ ki, fikir bildirməkdən qaçaraq susmağı üstün tutur. Doğrudanmı bu belədir?

Tam qətiyyətlə demək olar ki, xeyr, bu gümanlar onun susmasına dəlil ola bilməz. Bəs elə isə niyə ola bilməz? Hələ seçki təbliğatı zamanında İraq və Əfqanıstan kimi qaynadılan bölgələrlə yanaşı, Obama Yaxın Şərqə, daha doğrusu işğalçı israil rejiminə prezidentliyə real namizəd kimi səfər etmişdi. İlk iki müsəlman ölkəsi öz yerində, sionist rejimə Obamanın hələ 23 iyul 2008-ci ildə etdiyi səfərə bir çoxları səthi yanaşmışdı. Zira bu səfər artıq Obamanın sükutu hələ o zaman pozmasının bir sıra ipuclarını vermişdi. Belə ki, başlayaq ondan ki, Obama bölgəyə səfəri zamanı yalnız sionist rejimdə olmuş, Fələstinə isə səfər etməmişdi. Lakin bu da onun həmin səfər zaman Fələstin ərazilərində olmaması demək deyil. Bu barədə bir qədər sonra. Tam bu məqamda bir sual yaranır: əgər Obama həqiqətən də bu sionst probleminin həllində pozitiv rol oynamağı düşünürdüsə, niyə Fələstinə də səfər etmədi? Niyə oradakı reallıqlarla birbaşa yerindəcə tanış olmağa can atmadı? Nədən gələcəkdə doğru dəyərləndirmə apara bilməsi üçün hər iki tərəfin fikirləri ilə tanış olmadan yalnız sionist cəlladlarla görüşdü? Yoxsa Fələstində qarşılaşacağı mənzərələrə cavabları yox idi? Birtərəfli görüşlər və əldə edilmiş təkyönlü təbliğat xarakterli informasiyalar Harvard məzunu gələcək prezidentə sionist işğalla bağlı məntiqi nəticələri əldə etməyə imkan verəcəkdimi? Olmaya gələcək ABŞ prezidenti sionist lobbisi qarşısında bu səfəri etməkdən çəkinib?

b). Göründüyü kimi sual yaradacaq məqamlar çoxdur. Digər tərəfdən Obamanın Fələstində baş verənlərə, Qüdsdə baş verən sionist vandallığına susması bir çoxlarında belə bir sual yaradır. Olmaya Obama bölgəni tanımır? Bu sualın ən dəqiq cavabını elə haqqında danışılan səfərin müxtəlif fraqmentləri cavab verir. Bu fraqmentlərdən biri Obamanın vertolyotda Qəzza körpələrinin cəlladları Tsipi Livni (rejimin "XİN-i", 10 fevral qondarma və üzdəniraq sionist seçkilərində 28 deputat mandatı ilə ilk yerə çıxan "Kadima"nın sədri) və rejimin "müdafiə naziri" Ehud Barakla (10 fevral qondarma və üzdəniraq sionist seçkilərində 13 deputat mandatı ilə dördüncü yerə çixan "İşçi Partiyası"nın sədri) Fələstin səmasında Məscidül-Əqsaya tamaşa etmələridir. Fraqmentdə əllərində xəritə olan sionist cəlladlarının ona Fələstin torpaqları olan Qüds ərazilərini və Məscidül-Əqsanı göstərərək öz qondarma sionist xəyallarından danışdıqları aydınca görünür. Bu o zaman idi ki, dünya hələ Qəzzadakı soyqırmların baniləri olan bu iki cəlladı hələ indiki kimi "yaxşı" tanımırdı. Onların Qəzza əməliyyatlarına hələ bundan 18 ay öncədən hazırlaşdıqları dünya mətbuatında səsləndirilmişkən, Obama bundan xəbərsiz idi?! Əgər xəbərsiz idisə, bu artıq onun zəifliyinə dəlalət edir. Yox, əgər məlumatlı idisə, niyə susurdu? Niyə bu vəhşiliklərə göz yumurdu? Onları durdurmaq üçün bir cümlə də dilə gətirmədi? Hər halda Fələstin səmasında uçarkən bu iki cəllad yəqin ki, Obamaya özlərinin gələcək "sülhməramlı" siyasətlərindən söz açmamış deyildilər.

c). Bu suallardan keçək digər fraqmentə. Burada Obama onun üçün düzəldilmiş kürsüdə sionistlərə nitq söyləyir. Onun arxasında isə hisli-paslı mərmi parçalarından ibarət hündürlüyü 3 metrəyə, uzunluğu 10-15 metrəyə çatan fon divarı ucaldılmışdı. Bu çıxış zamanı fotoqraflar istənilən yerdən Obamanın fotosunu çəkmək istəyirdilərsə, bu fon mütləq əks olunurdu. Sizcə sionizmin vermək istədiyi bu fonu Obama anlamadımı? Və ya sual etmədimi bu nədir?! Etmədisə, yenə də "kalitesiz"liyini büruzə vermiş olar. Sual etdisə yəqin ki, cavabında ona "sionist həqiqtləri" anladılmamış deyildir.

Onun gəlişinə sevinən kəslər heç onu əziyyətə belə salmadan özləri bu hisli-paslı dəmir parçalarının HƏMAS “raketləri” olduğunu, onların daim bu mərmilər altında yaşamaq məcburiyyətində olduqları və s. erməni dığasından fərqlənməyən həyasızlıqla özlərinin daim bunların təhdidi altında olduqları, təhlükəsizliklərinin zəmanət altında olmamaları və buna görə də müdafiə olunmaq məcburiyyətində olmaları rəyini formalaşdırmamış deyillər.

2. Növbəti məqam Qəzza hadisələrinin baş verdiyi dönmələrdə Obamanın sükutu və məşğuliyyətləridir.

a). Qəzza qətliamı zamanı Obama artıq istirahəti üçün Havay adalarında idi. Burada dincəlir, ailəsi ilə xoş anlar keçirir, qolf oynamaqla inauqurasiyasına qalan günləri sayırdı. Bu zaman isə onunla Fələstin səmasında ikən vertolyotda birlikdə olduqları sionist cəlladlar onun qızlarının həmyaşıdlarını, onlardan da çox-çox kiçik üşaqları Qəzzada qətlə yetirirdilər. Hətta 6 aylıq, 1-2 yaşlı körpələrə belə yaşamaq haqqını tanımayan cəlladların bu barbar əməliyyatlarından bütün dünyanın xəbəri oldu, Obamanınmı xəbəri olmadı? Gülüncdür. Bütün dünya bu hərbi əməliyyatlara etiraz edərkən Obama susur. Heyrətamiz və düşündürücüdür. Ancaq daha bir heyrətamiz açıqlama isə bu idi: "Mənim də qızlarım təhlükədə olsaydı, mən də eyni şeyləri edərdim". Deməli Obamanın nəzərində HƏMAS uşaq qatili olaraq təhlükə mənbəyidir!! Harvard məzunundan çox absurd bir iddia.

b). Tutaq ki, Obamanın həmin zaman başı öz ailəsinə və istirahətinə qarışmış və medianı da izləməmişdir. Elə isə Qəzzada sionistlərin 400 insanı vəhşicəsinə öldürdüyü zaman (dekabr ayının 30) Havay adalarındakı evinin qarşısındakı etirazçılarındamı səsini eşitmədi. Digər mühüm nöqtə. Pakistana zərbələr endirəcəyini gizlətməyən Obama noyabr ayında 180-dək insanın dünyasını dəyişdiyi Mumbay hadisələrində hadisəni pisləmiş, sükut etməmişdi. Və Qəzzada sionistlərin 1400-dək insanın vəhşicəsinə öldürülməsinə isə sükutla yanaşması təbii ki, normal sayıla bilməz.

Bütün bunları nəzərə alaraq aşağıdakı qənaətlərə gəlmək olar:

1. Obamanın dəyişiklik texnologiyası gözə kül üfürməkdir.

2. Onun dövründə də ABŞ-ın Yaxın Şərq planları dəyişməz olaraq qalacaqdır.

3. Taktiki addımlarda müəyyən yumşalmaların olması gözlənilən, hətta qaçılmazdır.

Sonda: dəyişikliklərə ümid əlbəttə ki, gözəl hissdir, xüsusən də ədalətli və sülhpərvər dəyişikliklərin intizarında olmaq. Bunu kimlərsə vəd edib əməl etməsələr də, o (ə.f.), gələcək və bunu edəcək. Mütləq edəcəkdir!

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

понедельник, декабря 22, 2008

Bir xəyalım var

(Malkolm X-ın amalları, M.L.Kinqin ağ-qarasız yuxusu reallaşır)

"Bizlər inqilab dövründə yaşayırıq. Amerika zəncilərinin qiyamı bu inqilabın bir hissəsıdır. Bu qiyamı sadəcə qaranın ağa qarşı irqçilik mübarizəsi və ya amerikalıların problemi kimi qiymətləndirmək doğru deyil. Əksinə, bizlər bu gün kölələrin kölə sahiblərinə, yəni hər şeyi qəsb edilən insanların qəsblərinə qarşı bütünlüklə üsyanlarını görməkdəyik. Bunlar inkişaf etmişlərdən tərəqqi haqqını istəyənlərdir", - zamanında həcc ziyarətindən sonra əl-Həcc Malik Əl-Şaabaz adını götürən Malkolm X deyirdi.

Dünya dağıdıcılıq dönəmindən quruculuğa yön almaqdadır. Hələlik qəti olan budur ki, bu gözlənilməz və yeganə nümunə özündən əvvəlkindən fərqli olaraq bütün dünyanı proqressiv, sülhpərvər, praqmatizmə köklənmiş və insanlıqsevər tərzdə nümayiş etdirəcəkdir. Amma bu dəyişikliyin təməlinin günümüzdə qoyuldu, bunu yalnız Obama etdi kimi zənn edənlər əslində, ABŞ-dakı uzun bir yolu, mücadiləni unutmalarından xəbər verir. Bu dəyişikliyi yalnızcamı Obama etdi? Bu yalnız onunmu qələbəsidir?

Əlbəttə ki, xeyr. Bu Amerikada ilk dəfə avtobuslarda yalnız ağların əyləşməsinə ilk etiraz edən zənci qadının qələbəsidir. Bu ağ-qarasız Amerikası üçün şəhid olmuş Malkolm X-ın qələbəsidir. Bu belə Amerikanı yuxularında görən Martin Lüter Kinqin qələbəsidir. Bu bütün dünyaya, baş verənlərə hər cür ikili standartların, hətta çoxüzlü yanaşmanın əleyhdarlarının qələbəsidir.

Bu demokratik dəyərlərin, həqiqi dəyişiklərin intizarında olanların qələbəsidir. Bu dünyaca haqqları uğrunda mübarizə aparanların qələbəsidir. Bu həm də Harlemdən başlanan bir yolun qələbəsidir.

Qısa tarixi ekskurs: ABŞ-da irqçiliyə qarşı real mübarizənin əsası 50-ci illərin əvvəlində Malkomun X tərəfindən qoyulur. 1955-ci ilin 1 dekabr günü Roza Parks Cim Krou qanuna görə avtobusda yerini bir ağa verməkdən imtina etdiyi üçün həbs olunur. Bundan sonra 382 gün davam edən Montqomeri avtobus boykotu həyata keçirilir. Nəticədə Amerika ali məhkəməsi ştatlararası avtobuslarda və digər nəqliyyat vasitələrində irqi ayrı-seçkiliyi qeyri-qanuni elan edir. Boykot M.Qandinin qeyri-zorakı vətəndaş itaətsizliyi fəlsəfəsinin təqibçisi olan Kinq tərəfindən həyata keçirilirdi. İmam Hüseyni (ə) öz mübarizəsində mənbə götürən Qandinin bu fəlsəfəsini M.L.Kinq nümayişlərdə tətbiq etdi.

Sonda bu mübarizələr Amerika hüququnun bir parçası olan Mülki Haqlar Qanunu (Civil Rights Act, 1964) və Səsvermə Haqları Qanunu (Voting Rights Act, 1965) kimi mütərəqqi aktların qəbuluna gətitb çıxarır.

Dəyişikliyin məkanı Çikaqodur.

1952-ci ildə Malcolm Çikaqoda bir məbəddə ilk dəfə mübarizə çıxışını etməklə mübarizəsinə başlayır. 1966-cı ildə də Kinqin ilk hədəfi Çikaqo idi. O, buradakı çıxışlarında Vyetnam müharibəsinin əleyhinə çıxırdı.

2008-in 4 noyabr Çikaqosu isə "56 ilin dəyişikliyi"nin davamını gətirdi. İlk dəfə bir qaradərili ABŞ prezidentliyinə yüksəlir.

Yüksəlişin adı Barak Hüseyn Obamadır.

Dəyərlər aradan getmir, onu yaşadanlar şəhid olsalar da belə!

"Bizim kitabımız Quranda belə bir şey yoxdur. Səssiz-səmirsiz əzab çəkmək kimidir. Bizim dinimiz nəzakətli olmağı əmr edir, sülhpərəst olmağı, qanunlara hörmətlə yanaşmağı, qaydalara uymağı əmr edir. Hər kəsə hörmət göstərməyi də; lakin biri qalxıb da səni əzməyə çalışsa... Onu məzara göndər"! (Malkolm X)

Allah amanında!

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, ноября 11, 2008

Obama və İran

Tafts (Tifts) universitetinin Fletçer (Fletcher) Hüquq və Diplomatiya kafedrasında beynəlxalq siyasət professoru olan Vəli Nəsr Xarici Əlaqələr Şurasında müvəqqəti işləyən yüksək rütbəli üzvdür. Onun Amerika, İran və Rusiya üçbacağından çıxışa yönəlmiş məqaləsini təqdim edirik.

ABŞ qubernatoru Nəsr ABŞ diplomatiyasının Tehranı Rusiyaya qarşı çevirə biləcəyini bildirib.

Bu günlərdə Vaşinqtonda Rusiya və İranın siyasətinin izlənilməsində, Amerikanın qarşılaşdığı ən böyük xarici siyasət probleminin adını qoymağa istiqamətlənən bir mübarizəyə yer verilir.

Xeyli insan Rusiyanın İran problemini həll etməkdə köməkçi ola biləcəyini fərz edir, lakin tərsinin mümkün ola biləcəyini çox az adam düşünür. İran Rusiyanın oyunu və Moskvanın irəliyə istiqamətlənmiş variantlarını qiymətləndirilməsi üçün əhəmiyyətlidir. Bu İran ilə danışmağı, Amerikanın Rusiyanı əhatəyəalma planının təməl ünsürü halına gətirir.

Qərblə qarşıdurma halında təcrid olmuş bir İran Rusiya üçün bir nemətdir. Qaz ehtiyatıyla hüdudsuz zənginlikdəki İran, Rusiya üçün xüsusi imkankar yaradır. Belə ki, İrana istiqamətlənmiş beynəlxalq təzyiqə verdiyi dəstəklə Rusiya Qafqazdakı təcavüzkarlığına Qərbin verdiyi cavab arasında əlaqə yaradarkən, Avropanı girov ala və NATO-nu bölə bilər. Vaşinqton İran kartını öz üstünlüyü üçün istifadə etməzsə, Qara dənizdən Ural dağlarına qədər uzanan bir rus təsir sahəsinə qarşı müqavimət göstərə bilməyəcəkdir. Bunun yolu ABŞ-ın İran qazının Avropaya daşınmasına və İranın Qafqazda təhlükəsizlik və sabitlik müzakirələrinə daxil olmasına yönəlmiş etirazlarından imtina etməsidir.

Son zamanlarda Gürcüstana reallaşdırdığı bir səfərdə D.Çeyni Avropaya Qərbin istədiyi təbii qaz nəqli kəmərlərinin tikintisini dəstəklədi. Rusiya və İran ehtiyatlarını istifadə etmədən bu boru kəmərlərini həyata keçirmək üçün bölgədə kifayət qədər qaz ehtiyatı yoxdur. Rusiya bu yay Gürcüstana hücum edənə qədər Vaşinqton yalnız İranı bu kəmərdən kənarda saxlamaqla məşğul idi. İndi əgər Vaşinqton Rusiya ilə mübarizədə ciddidirsə nüvə proqramından ötəri İranı cəzalandırma məsələsində Avropanı Rusiyanın pəncələrindən qurtarmalıdır. Amerika İran qazıyla dəstəklənilən yeni boru xəttlərinin tikintisini qəbul etmək məcburiyyətindədir. Bu oyun dəyişdirici bir hücum olacaq və Rusiya bunun fərqindədir. Rusiya baş naziri Vladimir Putin bir il əvvəl İrana olarkən Qərbdə onun ev sahiblərinə nüvə məsələ mövzusunda çox sərt mesajlar verməsini gözləyirdilər. Lakin Putin Tehranda fərqli bir məqsəd qoydu. O, İranın Qərbin dəstəklədiyi iki boru kəmərindən uzaq dayanması müqabilində amerikan təzyiqinə qarşı dəstək təklif etdi. Lakin Rusiyanın Gürcüstana hücumundan sonra İranın hesabı dəyişdi.

Tehranın imperialist Rusiyanın güc istifadə edərək etnik və regional qarşıdurmaları canlandırmasından narahatlıq keçirməsinə xeyli çox səbəbi vardır. İran Rusiyanın Xəzər dənizində daha böyük pay iddia etməsinə qarşı çıxır. Xüsusilə Qafqazla birlikdə sərhədlərinə təsir etməyə başlayan etnik problemlərdən narahatlıq hiss edir. Bir çox iranlı üçün Abxaziya və Cənubi Osetiyanın Gürcüstandan ayrılması həm də zamanında, - 1946-cı ildə Stalinin iki İran əyalətinə eyni şeyi etdiyini xatırladan bir hadisədir.

Bu vəziyyət ABŞ üçün bir fürsətdir. Vaşinqton Əfqanıstan və İraqda amerikan hədəflərinin reallaşmasında İranın əhəmiyyətini anladı. ABŞ Tehranı 2001-ci ildə Əfqanıstanın gələcəyinin, 2007-ci ildə də isə İraqın təhlükəsizliyinin təyin olunmasına qatdı. Qafqazdakı böyük oyun oxşar şəkildə İranla danışıqları labüdləşdirir.

Nyu Yorka etdiyi son səfərində İran prezidenti Mahmud Əhmədinejad Gürcüstanın parçalanmasına razı olmadıqlarını və Gürcüstanın müstəqilliyinin, bütünlüyünün ABŞ və İranın uzlaşa biləcəkləri bir qanun olduğunu söylədi. Ortaq təhlükəsizlik problemləri və enerji ixracat vədləri mövzusunda Amerika regional dialoqun bir ünsürü olaraq İranla müzakirələrə başlaya bilər. Ancaq İranın istəyi ilə maraqlanmaqla Amerika Moskva və Tehran arasındakı yaxşı əlaqələri pozacaqdır və Rusiyanın əlini zəiflədəcəkdir.

İranla müzakirələr yaxşı bir Rusiya siyasətidir. Barak Obama hər baxımdan haqlıdır. Amerikanın xarici siyasəti diplomatiyanı ciddi qəbul etdikdə dünyanın kompleks problemləriylə müvəffəqiyyətli bir şəkildə məşğul olacaqdır.

Mehdi Fərəc

«Dəyərlər»

пятница, октября 24, 2008

NAZİRİNİ SAYMAYAN "MÜƏLLİMLƏRİN GÜNLÜYÜ"

(Və ya birincilərdən 10 manatdan, yuxarı siniflərdən isə 35-50 manat arası haqq yığılır)

Vallah, mən həmişə müəllimlərimin şərəfli missiyanın davamçıları olduğuna inanmışam. Həzrəti Rəsulullah (s) bəşərə necə əxlaq, kamillik, insanlıq, "bəndə"lik və "qul"luq dərsləri verirdisə, bundan qidalanmış müəllimlərimin bu xətti davam etdirdiklərinin şahidi olmuşam. Amma indi müəllimlərin əksəriyyətinin hansı missiyanı icra etdiyini deyəsən heç özləri də bilmir.

Hələ yeni təhsil ili başlamamış mətbuata açıqlamarında təhsil naziri Misir Mərdanov məktəblərdə bütün yığımların ləğv edildiyini və bunun qeyri-qanuni olduğunu dəfələrlə bildirmişdi. Bu günlərdə o, növbəti açıqlamasında 5 oktyabr Müəllimlər Günü ilə bağlı heç kəsin şagirdlərdən hədiyyə və pul tələb etmək ixtiyarı olmadığını bildirmiş, bunu rəsmən qadağan etdiyini söyləmiş, eyni zamanda belə halların qarşısının hamılıqla alınmasının vacibliyini də vurğulamışdır.

İndi mən də cənab nazirin son çağırışına adekvat reaksiya vermək istəyirəm. Görək onun adekvatlığı da dediklərin təsdiqləyəcəkmi? Konkret və aydın baş verən faktlara müraciət edəcəyəm ki, nazirin bu korrupsion (maliyyəçi) müəllimlərə qarşı mücadiləsində əziyyəti minimum olsun. Axı o, gecə-gündüz bu çətinliklərlə baş-başadır.

5 oktyabr Müəllimlər Günü münasibətilə pul yığımını nazir şəxsən və rəsmən qadağan etsə də Suraxanı rayonun Hövsan qəsəbəsi 281 saylı orta məktəbin bəzi "işgüzar" müəllimələri iclasda birincilərin valideynlərindən bu münasibətlə hər şagirdə görə 10 manatdan gətirmələrini tələb ediblər. Bəzi valideynlər məbləğin 7 manata endirilməsini istəsələr də buna nail ola bilməyiblər. Hətta onlar bu istəklərinə görə cəzalandırılıblar da. Onların nəzərlərinə çatdırılıb ki, şagirdlər üçün məktəb döşəməsinin silinməsində istifadə olunan yağ və löhvədə yazmaq üçün qələmlər (flomaster) üçün də pul ödəməlidirlər.

Suraxanı təhsilində "maliyyə-işgüzarlıq mühiti" bununla daralmır. Hövsan qəsəbəsi 196 saylı orta məktəbdə tələbat nəticəsində açılacaq yeni siniflərdə dərs deyəcək müəllimlərə dərs saatları yalnız bir şərtlə verilir: məktəbin rəhbərliyi "bu xidməti müqabilində" müəllimlərin hər birindən növbəti əmək haqqlarından 50 manat hədiyyə etmələrini mütəvazehcəsinə diləyib. Özü də deyilənlərə görə bu məbləğ direktora deyil, yuxarılara çatasıdır. "İnanmayan bizim təhsilə dönsün!" Amin!

Təhsilimizdəki qayğı gün-gündən çiçəklənməkdədir. Digərləri kimi təhsilimizin günü də unudulmur: məlumatlara əsasən bununla əlaqədar ən yüksək məbləğ 9 və 11-ci sinif şagirdlərindən tələb edilir: aşağı siniflərdən 10-20, 9-11-ci siniflərdən isə 30-50 manat "könüllü və halal bəxşişlər" yığılır. Məsələn, Nizami rayonundakı 272 saylı orta məktəbdə 9-cu sinif şagirlərindən 30-40 manat verməli olduqları dərsi keçilib və s. Təhsilimizdəki işgüzar maliiyə mühiti o qədər inkişaf edib ki, şagirdlərimiz evdən məktəb adı ilə çıxaraq işləyir, təhsilimizin və müəllimlərimizin inkişafı yolunda əllərindən gələni əsirgəmirlər. Axı məktəblərimizə saydıqlarımızsla yanaşı, jurnalın, fond, süpürgə, hətta bu ildən təzə yığım növü - dərslikləri gətirən sürücü üçün vəsait də lazımdır axı!??? Heç amerikan maliyyəsi də belə işləmir.

Sonda bütün məllimlərimi təbrik edirəm, halal zəhmətlərini halal etmələri diləyilə,

Allaha əmanət olun!

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, октября 15, 2008

Bumlar ölkəsində - 5

(Ölkədə bəzi müəllimlər və şagirdlərin (tələbələrin) “dəstəyilə” növbəti təhsil bumuna start verildi)

Bilik Günü. Qədim zamanlarda (məbadə zənniniz daş-tunc dövrünə gedə) bu günü valideynlər, elə şagirdlər də şadyanalıqla qarşılayardı. İndi də belədir, yalnız çıx az bir qisim üçün, çox dar çərçivədə valideyn və üşaqlar üçün. Miyanəsi 150 manat, azı isə 70 manat məktəbli bazarlığı ilə bumlanmış valideyn bu gün dümanlı başla körpəsini “elm ocaqları”na yola salır (bu qiymətlər hələ 1 uşaq üçün nəzərdə tutulur. Daha effektiv bumlama əməliyyatını isə birdən çox məktəbə gedəcək fidanı olan valideynlər keçirir).

Vallah, bizim valideynlər də analoqu olamyan ölkəmizin ataloqsuz, pardon, etalonsuz vətəndaşlarıdır. Başları bazarlıq bumundan ayılmamış amadə olacaqlar fond puluna, təbaşir puluna, silgi puluna, süpürgə puluna, toz puluna, oksigen puluna, kapbon puluna... Heç cıqqırlarını da çıxarmayacaqlar. Gözünü açıb-yummamış qapını kəsdirəcək imtahan-məqbullar bumu. Baş uşitelimizin məntiqi qərarları sayəsində imtahan-məqbul bumu artıq neçə illərdir ki, orta məktəblərə də sirayət etmişdir. Xalqımız Dözümlü Xalqdır. Bəlkə bir bum da bu dözümə olaydı...

Əllərində gül-çiçək, üzlərində sevinc olan körpələr evdən çıxıb valideynlərilə məktəbə doğru hərəkət edir bu gün. Çox çəkmir bu sevinc, bu gül-çiçəklərin təravəti. Öncə avtobus dayanacağında vaxtlar bumlanır, körpələr operativ şəkildə gecikmə vərdişlərinə alışdırılır. Daha sonra metroya çatarlarsa – hansı ki, ayrı yolları da yoxdur - burada da əvvəlcə məlum avtobus vərdişinin davamı yaşanır. Nəhayət əgər 5-6-cı qatara minə bilərsə, burada da bir neçə vərdişlərə ekstremal vəziyyətdəcə yiyəyələnməyi öyrənirlər:

1. Artıq onlar böyüklərin onlara yer verməmələrinə alışmalıdırlar.

2.“Xurd-xəşil” əməliyyatından keçərək sağlam qalmağı, bərkə-boşa düşməyi, səbr edib buna səsini çıxartmamağı və bu kimi başucaldıcı elementlərə sahib çıxmağı öyrənməlidirlər.

3. Əgər bu prosseslərdən salamat çıxarlarsa (ki, çıxırlar) metroya quru girib yaş çıxmamağı da bacarmalıdırlar. Hələ mən demirəm ki, qatarda havasızlığa və bu havasızlıqda səsini çıxartmamamğı, yeri gələndə ayağını tapdalayandan, qabırğalarını şurum-burum edəndən üzr istəməyə və digər əxlaqi etiketləri də öyrənməyə adət ediləcək. Kəsəsi, tam bir nəqliyyat bumundan filtrə olandan sonra körpələri məktəb bumu gözləyir. Beləcə körpə qəlblərə qartımış bumlar yol açır, iz isə səbrli xalqıq! “ƏLLİYƏ DÖZƏN ƏLLİ BİRƏ DƏ DÖZƏR”!

Düzü, təhsil ocaqlarınadək tam olaraq bumlamatikalanmış şagird və tələbələrin necə oxuyacaqlarını, müəllimlərin də necə dərs deyəcəklərini bilmirəm, amma bilirəm ki, indi deyəcəklərimlə beton tarlamızda şumlama aparsaq o zaman çıxış yolumuz olacaq. Öncə öyrənənlərə:

“Yaradan Rəbbinin adı ilə oxu”! (“Ələq” surəsi, ayə 1).

“Oxu! İnsana bilmədiklərini bildirən, qələmlə (yazmağı) öyrədən Rəbbin ən böyük kərəm sahibidir” (“Ələq” surəsi, ayə 4 və 5).

“Nun. Qələmə və (qələm tutanların) yazdıqlarına and olsun” (“Qələm” surəsi, ayə 1).

Yəqin Allahın bu kəlmələrinin mənaları oxuyanların yolunu daha da nurlandırar. Bəşərin ən kamil müəllimi olan Həzrət Peyğəmbərin (s) mübarək missiyasının davamçısı olmalı olan öyrədənlərə:

“Mələklər və elm sahibləri də (bu iqrarı etmişdirlər ki, bəli) mütləq güc və hikmət sahibi olan Allahdan başqa ilah yoxdur" («Ali-İmran», 18).

"And olsun sənin Rəbbinə, onların hamısından etdikləri əməllər barəsində soruşacağıq" («Hicr», 92-93)

İmam Əli (ə) buyurur: "Heç bir bilik düşünmək qədər deyil".

Demək istərdim ki, zənnimcə, düşünmək bəsirət sahibinin ruhunu diri saxlar. Allah amanında!




Mehdi Fərəc

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

“Dəyərlər” Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, октября 07, 2008

FƏLƏSTİNDƏN MƏKTUB

(və ya Qababağ fidanlarının nalələri)

Mübarək Ramazan ayının 24-cü gecəsi, saatlar 02:10-u göstərir. İsti yatağımdaykən bayırda rəhmət yağışı yağır, soyuq külək yağışı 4 cəhətə çatdırmağa tələsirdi. Bir an artıq yata bilməyəcəyimin fərqinə vardım. Haradansa mənə yetişən fələstinli bir uşağın məktubundakı hisslərini, arzularını xatırladım. Sonra bu payız gecəsi yağış damcılarının sədaları altında xəyalım məni Hərami düzünün əqrəbli çöllərinə, İmişli, Bərdə, Biləsuvar və digər qaçqın düşərgələrindəki, sərhəd bölgələrindəki yaşayan körpələrin, məktəblilərin yanına apardı. Yüyənini durdura bilmədiyim xəyal atı sürətlə məni İraqa, Əfqanıstana, Kəşmirə, Afrikanın sərvətləri sovrularaq körpələri çarəsiz buraxılan regionlarına aparır.

Davam edir xəyal atımın səfəri Qarabağın çöllərində, düzlərində, boşaldılmış kəndlərində, sahibsiz buraxılmış məscidlərində, azan sədalarına muştaq minarələrində, ziyarətlərinə həsrət qəbir daşlarında, Mil düzündə, İsa bulağında, Ağdam bazarında. Sonra bir də keçir xəyalım ikiyə parçalanmış Fələstindən, qəsb olunmuş, təməlləri qazılmış Qüdsdən, Əqsa məscidindən, qalın və hündür betonlarla hasarlanmış sionist çəpərindən, sionist işğala məruz qalmış bütün müsəlman torpaqlarından.

Artıq tükənir tabu-təvanım, kəsilir səbru-qərarım. Siz əzizlərimlə bölüşməyə qərar verdim bu məktubu. Məktubu bir daha oxuyarkən eyni hissləri bir qulağıma fələstinli uşaq, digərinə qarabağlı uşaq pıçıldayırdı, bir gözümdə Fələstin faciəsi, digərində isə Qarabağ faciəsi canlanırdı. Bir tərəfdə qaçqın düşərgələrimiz və sərhəd bölgələrindəki balalarımızın çarəziszlikləri, digər tərəfdə fələstinli balalarımıza olunan zülmlər. Buyurun, məktubla tanış olun, müsəlman balalarının fərqlənməyən düşüncələri ilə bir daha tanış olun.

"Mən fələstinli uşağam, - bütün dünyanın uşaqları kimi. Lakin haqlarımdan digər uşaqlar kimi istifadə edə bilmirəm. Evimdə televizora baxarkən uşaqlar oyun oynayırlar, qaçırlar, gülürlər, dalaşırlar. Onları gördüyüm an mən diqqət edirəm: "mən bütün bu şeylərdən məhrum qaldım. Mənim də haqqım var; bu həyatda digər uşaqlar kimi normal yaşamaq istəyirəm".

Qəlbimdə bir acı hiss edirəm, içimdə bir həsrət var. Bu mənim ən gözəl çağlarımdır. Bütün vaxtım evdə keçir. Sanki, sanki evdə həbsxanadakı kimiyəm. Hər yerdə israilin hücumları və raketləri var. Mən həbsxanadan çıxış yolunu tapa bilmirəm.

Mən bu uşaqları televizorda görəndə onlar idman zallarına, kitabxanalara, parklara, istirahət mərkəzlərinə gedirlər. Və mən öz-özümə düşünürəm; "Niyə mən onlar kimi deyiləm? Mənim günahım nədir ki, onlar kimi ola bilmirəm"? Butün arzum onlar kimi ola bilməkdir. Təmənnam oxumaq, oynamaq, ayrı-seçkilik olmadan fəaliyyət göstərməkdir. "İNSAN KİMİ YAŞAMAQ İSTƏYİRƏM"! BÜTÜN İNSANLAR KİMİ MƏNİM DƏ BUNA HAQQIM ÇATIR, MƏNİM DƏ BELƏ BİR HAQQIM VAR. Amma bunu deməyə utanıram.

Bəli, HAQQIM! Yemək yemək, qış gələndə qızınmaq, yatmaq... Amma soyuqda və ac ikən yatmaq istəmirəm. Xərcliyimi almaq da haqqımdır, amma bunu atamdan istəyə bilmirəm. Ürəyimin istədiyi şeyləri ala bilmirəm. İstəyirəm ki, vəziyyət düzəlsin. Gözəl bir həyat istəyirəm və haqqlarımız əlimizdən alınmasın. Həyatda gözəl bir gələcəyimiz olsun. Bərabərlik içində gözəl bir gələcək istəyirəm".

Ya Sahib-əz-Zaman (ə.f.), bu balalar hamısı bir qibləli, eyni inanclı, bir məzlumiyyətli, eyni zülmə məruz müsəlman balalarıdır.

Ya Əba Saleh (ə.f.), Gəl! Gəl və bu uşaqların haqqlarını bərpa et ki, rəngindən, dinindən, irqindən, milliyətindən asılı olmayaraq bütün balalar xöşbəxt yaşasınlar!

Amin! Ya Rəbbəl-Aləmin!

İntizarın bitməsi ümidilə Allaha əmanət olun!

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Qadının dəyəri

Dinimiz qadına bir bütövün yarısı nəzəriylə baxır. Qadın elə bir bütünün hissəsidir ki, digər hissənin işə yaraması üçün onun mövcudiyyəti şərtdir.

Yalnız xanımlar deyil, əslində kişilər də gerçək qiymətlərini və şəxsiyyətlərini İslamla tapmışlar. Peyğəmbərimiz (s) həqiqi kişiliyi zorbalıq, kobudluq və qabalıqda deyil, nəfsinə hakim olmaqda, comərdlikdə və fəzilətdə olduğunu göstərmişdir. Dinimizdə qadın eynilə kişi kimi ictimai həyatın bir parçası olaraq qəbul edilir. Onun fikri nəzərə alınar və onunla müşavirə edilər. Bunun praktikada ən gözəl nümunəsini də şəxsən kainatın fəxri - Həzrət Peyğəmbərimiz (s) vermişdir.

Onun ki, qarşısına çıxan bütün məsələ və problemlərin həllini birbaşa Allah tərəfindən həll edilmişdir. Bununla belə o Həzrət, çox vaxt həyat yoldaşıyla oturar və bir yoldaş kimi onunla bəzi məsələlərin müzakirəsini aparardı. Allah Rəsulunun (s) belə bir şeyə ehtiyacı yox idi, amma o, ümmətinə bir şey öyrətmək istəyirdi: Qadın o günə qədər olduğundan çox fərqli bir yerə oturdulacaqdı və Həzrət (s) həyatda bu əhəmiyyətli vəzifəni əmələn təmsil edirdi.

Quran əslində kimlərin qadına necə dəyər verdiyini açıq bir dillə izah edir. Ayələrə əsasən müşriklər qadına dəyər verməz, əksinə onu daima həqiqi dəyərindən dəfələrcə alçaltmışlar. Müqəddəs kitabımız bu haqda buyurur; "Dedilər ki: "Bu heyvanların qarınlarında olanlar yalnız kişilərimizə aiddir, qadınlarımıza isə haram buyurulmuşdur. Əgər (bala) ölü doğularsa, o zaman (qadın-kişi) hamısı onda ortaqdır". Allah bu dəyərləndirmənin cəzasını vərəcəkdir" («Ənam», 139). Başqa bir yerdə Allah müşriklərin qadına verdiyi dəyər haqda buyurur: "Onlardan biri qızla (övladı) müjdələndikdə qəzəblənərək üzləri qaralar. Özünə verilən müjdənin pisliyindən qövmündən gizlənər. Onu (körpə qız uşağını) alçalmış kimi yanında saxlasın, yoxsa torpağamı basdırsın! Baxın ki, verdikləri hökm nə qədər pisdir"! («Nəml», 58-59)

Müşriklərin qadına belə yanaşmasından tam fərqli olaraq İslam üzağardıcı, qəlbləraçıcı bir baxış, yanaşma təqdim etdi bəşərə. İslamı bu yanaşması ilə xilas etdi bəşəri qadina olan yalnış və həlakedici rəftarından. Qadını bir bütünün bərabər parçası olaraq təqdim edən İslam buyurur: "Onlar sizin üçün libas,geyim, sizdə onlar üçün libassız". («Bəqərə», 187).

Bir gün Əsma binti Umeys öz əri Cəfər ibn Əbutaliblə Həbəşistandan qayıdandan sonra Allahın Peyğəmbərinin (s) xanımlarının yanına gedib dedi: "Bizim (qadınlar) barəmizdə də Quranda bir şey varmı?" Dedilər: "Yox". Əsma Allahın Peyğəmbərinin (s) yanına gəlib ərz etdi: "Ey Allahın Peyğəmbəri (s), qadınlar məhrum və uduzmuşlardır". Allahın Rəsulu (s) buyurdu: "Nəyə görə"? Əsma dedi: "Çünki onları kişilər kimi yaxşılıqla xatırlamırlar". Sonra Allah-Təaladan bu ayə nazil olur: "Müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, itaətə davam edən kişilər və itaətə davam edən qadınlar, doğru kişilər və doğru qadınlar, səbr edən kişilər və səbr edən qadınlar, təvazökar kişilər və təvazökar qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, namuslarını qoruyan kişilər və (namuslarını) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və zikr edən qadınlar var ki, Allah məhz bunlar üçün bir məğfirət (bağışlanma) və böyük mükafat hazırlamışdır" («Əhzab», 35).

Bu hissələrdən hər biri digərinin həqiqi dəyərini tanıması baxımından əhəmiyyətli bir əsasdır. Əlverişli olar ki, Rəbbimizin qoyduğu ölçülərə riayət edilsin və tarazlıq üçün yaradılan bir şey tarazlığın əleyhində istismar edilməsin... Peyğəmbər (s) hərəkətləriylə qadınlara qarşı necə lütfkar davranırdısa, sözləriylə də həmişə bu şəkildə davranmağı təşviq edirdi. Bir hədisdə Həzrət (s) belə buyurur: "Möminlərin iman baxımından ən qüsursuzu əxlaqı ən gözəl olanıdır".

Digər hədisdə isə belə buyurur: "Əxlaqı ən gözəl olanınız da qadınlarınıza ən gözəl davrananlarınızdır".

Bir başqa yerdə buyurur: "Bəndənin imanı artdıqca, onun qadına olan sevgisi də artar".

İmam Cəfər Sadiq (ə) qadını sevməyin bəyənilməsi haqqında belə buyurur: "Qadın sevgisi peyğəmbərlərin əxlaqındandır".

Hədisləri çoxaltmaq da olar. Məlum olanı budur ki, qadınlıq o Həzrətin (s) nurlu bəyanlarıyla öz şərəfinin zəmanəti altına girmiş, o günə qədər ayaqlar altında tapdalanan, xor və alçaq bir varlıq olmaqdan xilas olmuşdur.

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, октября 02, 2008

Əli Həsən və Mərvan

O gün şəban ayının son günləri idi. Artıq mübarək Ramazan ayı öz rəhmət və bərəkəti ilə gəlməkdə idi. Şəbanın son günlərini əksər digər müsəlmanlar kimi Əli Həsən də adəti üzrə oruc tutmaqla başa vurub bu orucunu mübarək Ramazan ayının orucuna birləşdirərdi. O, inanclı bir adam olmaqla özünün gün-güzaranını, ailəsi və himayəsindəki valideynlərinin ruzisini odun yarıb satmaqla təmin edirdi.

Həmin gün həmişəki kimi Əli Həsən yenə ağzı oruclu yorğun-arğın meşədən evinə qayıdırdı. Gözlənilmədən bir dəstə meşəbəyi və köməkçiləri onun qarşısını kəsərək onunla “meşənin cunqliyası” adlanan talaya getməli olduğunu bildirdilər. Əli Həsən “Cunqliya qanunları”na bələd olduğundan bir söz demədən onlarla birlikdə yola düşdü. Talaya az qalmış onların başçısı Mərvan adlı meşəbəyidən soruşdu:

- Axı mən neyləmişəm, məni nə səbəbə “bu” talaya aparırsınız?

Dəsətənin başçısı Mərvan ona cavab verir:

- Sənin geyimin heç xoşumuza gəlmir. Hələ çiynindəki ipindən danışmıram.

Əli Həsən:

- Nə var geyimimdə? Bəlkə odunçunun çiynində ip gəzdirməsi qadağan-zaddır? Bunda ki, heç kim üçün bir problem yoxdur.

Mərvan:

- Sən də odunçusan və sənin də ipin var. Buna görə sən də bizim axtardığımız odunçulardansan.

Əli həsən:

- Düzdür odunçuyam, ipim də var. Axı bunların sizin axtardığınıza nə aidiyyəti? Mən sadə bir odunçuyam və bu yolla halal ruzimi qazanıram. Axı siz nə axtarırsınız ki, bunların ona da dəxliyyəti olsun? Axı nə olub?

Artıq suallardan hirslənmiş Mərvan qəzəblə cavab verir:

- Nə özünü xəbərsizliyə vurmusan? Meşənin “Səbər talası”nda ağacların budaqlarını kəsiblər. Bunu ancaq iplilər edə bilər. Sən də onlardansan. Məgər sən də Səbərdə odun yarmırsanmı?

Artıq indi nə baş verdiyini yavaş-yavaş anlamağa başlayan Əli Həsən bir qədər özünə gəlib deyir:

- Deyəsən indi başa düşürəm məndən nə istədiyinizi. Əvvəla, mən Səbər talasına getmirəm. Baxın, mənim ipim də ora gedənlərinki kimi uzun və səliqəsiz deyil. Mənim ora gedən odunçulara heç bir aidiyyətim yoxdur.

Bununla Əli Həsən elə zənn etmişdi ki, artıq Mərvangilin onunla işi olmaz və onu buraxarlar, gün boyu yorulmuş odunçu evinə qayıtsın. Lakin Əli Həsən öz zənnində olsun, görək Mərvan və dəstəsi nə edir. Mərvan Əli Həsənə bildirir ki, “Özünü darıxdırma, səninlə bir “xırda işimiz” olacaq. Onsuz da sənə uzun ip gərək deyil, sənin ipini bir qədər qısaldacayıq. Bunu sənə bir meşəbəyi kimi deyirəm, özün də etiraz-filan etmə. Sən ki, biz meşəbəyiləri tanıyırsan?!!!

Əli Həsən baxdı ki, etiraz etsə də bunu edəcəklər, etməsə də. Onlar artıq Cunqli talasına çatmışdılar. Burda Əli Həsən gördüyündən heyrətə gəlmişdi. Etirazçılardan birinin nəinki ipini qısaltmışdılar, hətta baltasını da əlindən almışdılar. Vəziyyətin çıxılmazlığını görən Əli Həsən qısaldılmış iplə “Cunqliya”nı tərk edərək kor-peşman evinə qayıtmalı oldu. Ax səni, indi bu qısa iplə şələni necə bağlayacaq…

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Bumlar ölkəsində – 3

Düzü bu mövzuya bir daha qayıdacağımı düşünmürdüm. Hər dəfə bu mövzuda düşünəndə belə sinirlərim bumlanır. Yəqin ki, siz də eyni hissləri keçirirsiniz. Amma qoy bumkratiya belə tez sevinməyə tələsməsin. Zamanının mətbuat kapitanı Nəcəf Nəcəfov (ruhuna salavat) dövrünün senzor bumuna ürəyi dözməyib 44 yaşında dayananda, bizlər artıq ürəklərimizin qəliblərini daha möhkəm etdik. Bu yazıda mətbuatımızda yaşanan, söz azadlığına edilən bumlardan söz açmağa qərar verdim.

Sentyabrın 8-i Jurnalistlərin Beynəlxalq Həmrəylik günü idi. Bu münasibətlə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycan jurnalistlərini, baş redaktorları, QHT rəhbərlərini, siyasi partiya liderlərini və özünü azad medianın yanında görən hər kəsi Fəxri Xiyabanda "Monitor" jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun məzarını ziyarət etməyə dəvət etmişdi. Düzü mənə orada iştirak həvalə olunanda digərlərini deyil, məhz xeyli sayda mətbuat nümayəndələrinin iştirak edəcəyini düşünürdüm. Amma necə deyərlər sən saydığını say, oxu gör bumxana-3 nə yazır.

Qara mərmərlər və zəbt olunmuş boş qəbir yerlərilə bumlanmış "ll Fəxri Xiyabana" çatanda məni bum götürdü. 3 media kapitanı xaric digər kapitanlar həmrəng deyildilər. Mətbuat həmrəyliyinə, mübarizə həmrəngliyinə, söz azadlığına növbəti bum edildi. Bir çox media kapitanları var idi ki, qələm şəhidi Elmarın dəfnində hər zaman birlikdə olacaqlarını iqrar edərkən artıq bu gündə bu məkanda yox idilər. Amma unutmamaq gərək ki, günlərin birində bumların kratiyasında Elmarın həyatı bir, iki, bəlkə də daha çox namərd "bum"unun güdazına getdi. Məgər o, kim və nə üçün bumlandı? Məgər bu həmrəyliyə qatılmamaqla bir daha Elmarı bumlamadıqmı?

Yazını hazırlayarkən növbəti bum gəldi. Pres-klub, BMM və digər mətbuat məkanlarının bağlanmasından sonra növbə Caspian Plazanın konfrans zalına çatıb. Alternativ fikirlərin deyilə biləcəyi məkan olaraq qalmış bu yerdə məlumatlara çox yaxın müddətdə ən azı seçkilərədək qapadılacaq. Səbəbsə çox sadədir, mətbuat zalı təmirə bağlanır. Deyim ki, sözügedən konfrans zalı hazırkı durumu ilə qətiyyən təmirə ehtiyaclı deyil. Bu mətbu zal mətbuat və təqdimatlar üçün bütün standartlara ən yüksək səviyyədə cavab verir; ən son texniki, istilik və işıqlandırma avadanlıqları ilə təchiz olunub. Hər hansı bir yerində zərrə qədər də təmirə gərək yoxdur əslində. Bəs nədən indi buna səbəb və şərait yarandı? Bəli, Elmarın bumunda sonadək həmrəy olmayanlar bir gün özlərinin də, uğruna çalışdıqları söz və mətbuat azadlığının da, informasiya əldə etmənində, mənbəələrində sonadək bumlanmasına səbəb olacaqlar.

Zatən prosses başlanmış görünür. Yaxın keçmişimizin N.Nəcəfov və E.Hüseynov bumunun arxasından B.Həziyev, Q.Zahid, M.Sakit, E.Fətullayev, E.Hüseynov, M.İsmayıloğlu və A.Xəlil bumları gəldi. "Namizəd bumlar" da yox deyildir. Dəyərli kapitanlar, dəyərli həmkarlar, haqq sözə qarşı bumların qarşısında həmkar həmrəyliyi indi daha çox zərürətə çevrilməli bir fenomendir. Bu gün bu edilməzsə, sabah gec ola bilər. Həmrəylik və qələbə ümidilə Allaha əmanət olun!

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, сентября 30, 2008

Buşun xələfi,

yaxud missiya etibarlı əllərdədir


(əgər hakimyyətə gələrsə təbii ki.)

Sizə kimdən deyim, kimdən deməyim? Sələfindən uzaq qaçan Makkeyindən fərqli olaraq sələfinin əziz xələfi Sara Palindən. Makkeynin sələfi Buşdan ildırım sürətilə qaçmasına baxmayaraq onun vitse-prezidentliyə namizədi xanım Palin sələfinin xəttini davam etdirməkdə özünü "inamlı" göstərir.

ABŞ-da respublikaçıların vitse-prezidentliyə namizədi Sara Palin amerikan əsgərlərinin İraqa "Tanrı tərəfindən" göndərildiyini iddia etdi. O, bunu Alyaskadakı kilsədə toplanan keşiş məktəbi şagirdlərinə xitab olaraq etdiyi çıxışında bildirib. Maraqlıdır, deyilmi?

Çox yaxın keçmişdə C.Buş İraqa müdaxiləsini ona "səmadan gələn səslərlə" əlaqələndirmişdi. Deyəsən Alyaska goburnatının da qulağına eyni səslər gəlməyə başlayıb. Belə getsə bu səslərin sədası digər müsəlman ölkələrindən gələcək… Allah eləməmiş, Makkeyn hakimiyyətə gələrsə.

Vitse-prezidentliyə namizədin internetdə nümayiş olunan video görüntülərində rahiblərdən İraqdakı amerikan əsgərləri üçün duaçı olmalarını istəyir: "Qadın və kişi əsgərlərimiz üçün dua edək; onlar "haqq" üçün çalışırlar. Bu ölkə üçün, idarəçilərimiz üçün, milli rəhbərlərimiz üçün dua edək. Onlar "Tanrıdan gələn bir vəzifə üçün"(?!) əsgər göndərir. Bu Tanrının planıdir".

Daha sonra Palin şagirdlərdən Alyaskada tikiləcək 30 milyard dollarlıq təbii qaz boru kəməri üçün dua etmələrini istəyir və "Təbii qaz kəmərini tikmək üçün şirkətləri və şəxsləri bir araya gətirəcək olan Tanrının iradəsidir. Onun üçün dua etməliyik" deyir.

Həşəmətli demokratiya carçısının "müqəddəslik libasındakı" əziz xələfi Palinin tarixi çıxışını ehtiva edən video görüntü 2002-ci ilə qədər üzvü olduğu "Wasilla Assembly of God" kilsəsinin internet saytında nümayişə qoyuldu. Onun bu üzvlüyü də sayta töhfəsiz ötüşməyib. Ona olan "inamın bəhrəsi" nəticəsində sayt internet istifadəçilərinin hücumu qarşısında bağlanıb.

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

BUŞ MAKKEYNİN EVİNİ YIXDI

Son günlər Obamanın dəstəkçiləri sırasına biri də daxil oldu. Bu "Bizə lazım olan prezident – Makkeyndir" deyə hayqıran Corc Buşdur. ABŞ tarixində daim "respublikaçı sülhpərvər demokratiya ixracatçısı"* kimi qalacaq Buş "sevgilərlə" tarixin gül baxçasına qovuşmaqdadır. Respublikaçı olsa da, indi "becərdiyi demokratiya bağçasına" yeganə bağbanın Con Makkeyn olduğunu buldirməklə Makkeynin özunü belə çaş-baş qoyub. Bünunla Buş dünyaya son töhfəsini vermiş oldu.

Buşun «bəşəri nailiyyətləri» 11 sentyabr hadisələri ilə başlamışdır. Az sonra "uca göylərdən ona səslər gələrək" ona Əfqanıstana, İraqa "demokrtatiya aparmasını" bildirildiyini təvazökarcasına izhar etdi və arzularını reallaşdırdı…

Qəribədir bu dünyanın işi. Zamanında Hitler də ona mavı səmalardan məhz belə ilhamların olunduğunu, bunun nəticəsində ikinci dünya müharibəsini başladığını izhar etmişdi.

Qəribədir bu dünyanın işi. Nankor Makkeyn indidən öz sələfindən işıq sürətilə qaçmağa başlayıb. Deyir sənin "nurun" mənim "ziyamı" azaldır. Qəribədir deyilmi? Insanlar artıq səmimi dəstəyi də qəbul etmirlər, özü də kimdən – öz ilhamverici sələfindən….

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Change in Ramadan

"Change", - indi bu şuar ən çox ABŞ-da eşidilməkdədir. Dəyişmək, dəyişilmək arzusunda olan amerikan xalqı üçün bu fenomen kifayət qədər aktuallıq kəsb edir. Bu Amerika üçündür. Bəs Azərbaycan?

"Change" (oxunuş: Çeync - müəl.) dilimizdə dəyişmək, dəyişilmək, dəyişmə, dəyişiklik kimi mənaları ehtiva edir. Nədir bəşərin bu dəyişiklik tələbinin səbəbi və mahiyyəti? Nədən və nə zaman insan dəyişikliyə zərurət hiss edir? Bu sualların zehnlərdə yaranması belə artıq insanın bir çox stereotiplərinin, zərərli komplekslərinin, qaxsayıb qalmış ətalətlərinin dağılmasına, mənəvi-vücüdi halının dəyişilməsinə gətirib çıxara bilər. Əgər bu sualların tədqiqində bir qədər də elmi yanaşma, vücudi təsirlər və digər əhəmiyyətli rəngləri qata, əlavə edə bilərsə, lap yəqin həyatında bir "Change" etmiş olar. Dəyərli oxucu, bunun üçün Rəbbimizin təqdim etdiyi ən bərəkətli, ən mübarək zamandayıq, səncə vaxtı deyilmi?

Fenomenin özüylə gətirdiyi süallardan bəzisi də "NECƏ DƏYİŞƏK? NECƏ DƏYİŞMƏLİ? NƏ ETMƏLİ? HARADAN BAŞLAMALI?" kimi əhəmiyyətli suallardır.

İnsan yer üzünün xəlifəsi olaraq yaradılmışdır (Xatırla ki, Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə yaradacağam", - dedi. (Bəqərə 30)). Öncə özümüzdən başlayaq. Özümüzü tanıyaq, haradan gəlib hara gedəcəyimizi araşdıraq, nə üçün gəldiyimizi bilək. Nələrə qadir ola biləcəyimizi öyrənək, haralara enib və ya yüksələ biləcəyimizi dərk edək.

Sonra qəlbimizə, qəlb evinin otaqlarına, köşələrinə, künc-bucaqlarına nəzər salaq. Onun daxilini və xaricini tutmuş hisi, pası, qəsavəti, paxırı təmizləyək. Onun həqiqi Sahibini məskun edək orada. Qovaq, rədd edək, xaric edək qəlbən təkəbbürü, riyanı, ucbu, yersiz kin-küdurəti və digər şeytani xislətləri. Daxil edək ora ülvi hissləri, Allah xofunu və ümidini. Gücləndirək qəlbdə ali sevgilərimizi, təftiş edək qarşılıqlı etimadımızı, inamımızı, etibarımızı. Daxil edək qəlbimizə Allaha xatir olan vətən, torpaq sevgisini, Ona xatir insani sevgilərimizi, artıraq ilahi sevgilərin çalarını, keyfiyyətini. Dəyişək qəlimizdə yerləşdirdiyimiz anti-dəyərləri, bərpa edək ali dəyərləri, onlara olan eşqimizi, hörmət və ehtiramımızı.

Ruhumuza nəzər salaq. Sağaldaq, paklayaq cismimizdə qonaq olan ruhumuzu. İslahat aparaq, dəyişək ruhumuzu ucalığa, yüksəlişə, böyüklüyə doğru. Uzaq tutaq onu qaranlıqlara qərq edən əməllərdən, zəlalətə aparan günahlardan. Heç təsadufi deyildir ki, bəşərin ən çox ehtiyac duyduğu dəyişiklik ruhundakı dəyişiklikdir. Yalnız doğru dəyişiklik aparır ruhu inkişafa, tərəqqiyə.

Dəyişiklik həm də bir iradə, səy, bacarıq, çalışqanlıq tələb edəndir. O həm ətalətdə, durğunluqda olanlara nisbətdə, həm də yenilik, novatorluq olduğun cəmiyyətə görə deyil, Yaradıcıya xatir cəmiyyət və fərd üçün olmalıdır.

Artıq mübarək Ramazan ayındayıq. Bu digər əlamətləri ilə yanaşı həm də "CHANGE"-ə, - "DƏYİŞİKLİYƏ" müstəsna imkanlar və fürsətlər təqdim edən aydır. Bu imkan və fürsətləri qənimət bilək, qətiyyətli və ardıcıl addım ataq dəyişikliyə doğru!

Biz dəyişməsək Uca Allah qədərimizi dəyişən deyil. Gəlin DƏYİŞƏK bu mübarək Ramazanda!


Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, сентября 10, 2008

Ana əmanəti - Mübarək Ramazan həsrəti


Müqəddəs və Mübarək Ramazan ayı bizə döğru gəlməkdədir. Yenə də vücudum Allah ziyafətinin yetişəcəyi, o mənəvi səfərin başlanacağı günü həsrət və intizarla gözləməkdədir. Amma bu həsrət və intizara bu dəfə bir nisgil əlavə olunub; hər il bu möhtəşəm ziyafəti onunla qarşılayıb birgə yola saldığımız varlığın yoxluğu. Daha dəqiq ifadə etsəm fiziki yoxluğu. Bu yazıda sizinlə bəzən onunla olan xatirələrimi bölüşəcək, bəzən də onunla ünsiyyətə çalışacağam.
Həyatımda fərqinə vardığım nigarançılıqlarımdan bir də hər il mübarək Ramazanı başa vuran kimi həmən "növbəti mübarək Ramazanın həsrətində olmaq"lığımdır. Bəzən "görəsən necə oldu ki, mən oruc tutmağa qərar verdim" deyə düşünərdim. Tədricən bu düşüncələr məni növbəti suala doğru istiqamətləndirirdi: "Görəsən İslamla ilk tanışlığım haradan və haçan başlamışdır"? Bu sual bir zamanlar məni çox düşündürərdi. İndi onun olmadığı günlərdə mən bu suallara daha dəqiq cavablarımı tapmışam.
İlk ilklər
İndi də xatirlayıram, hələ balaca uşaqkən ilk dəfə anamı üzərində göy rəngli xırda güllərlə haşiyələnmiş ağ rəngli çarşabında müxtəlif əl hərəkətləri edən, bəzən təzim və səcdə edən, bəzən də ağlayan görərdim. Bu hərəkətlərini anlamadığımdan gəlib dizləri üzərində oturar, bəzən ağlamağını istəmədiyimdən onu güldürmək istəyər, çox nadir hallarda isə mən də ona qoşularaq birlikdə göz yaşı tökərdik. Sanki bu günümə mesaj verirdi anam; "Oğulcan, bəndəlik həm də Xaliqin qarşısında ona xaliscəsinə təslimiyyətdən, xalis göz yaşlarından keçir".
Anamın hər gecə yuxuya getməmişdən öncə dediklri hələ də qulağımdadır. Çöx sonralar isə anlayacaqdım ki, anamın yatmamışdan öncə dediyi və bizə də (övladlarına - müəl.) təlqin etdiyi "Fatihə" və "İxlas" surələri, Kəlmeyi-Şəhadət və başqa dualar imiş. Özüm də fərqinə varmadan İslam və Qurani-Kərimlə ilk tanışlığım beləcə baş tutub. Beləcə məndə İslama maraq oyandı və mən yazıb-oxumağı əxz edənədək ona baxar, onun etdiklərini bacardığım tərzdə təkrarlamağa çalışardım. Allahın insan fitrətində qoyduğu kamilliyə can atma meylinin sayəsində, həmçinin anamın məni yazıb-oxumağa, maariflənməyə həvəsləndirməsiylə sonralar Allah dininə daha sıx bağlanmağa çalışacaqdım. Mənə aldığı ilk kitablardan olan 3 cildlik "Uşaq ensiklopediyası"nı uşaqkən daha çox şəkillərinə görə sevirdimsə, indi bu sevgiyə daha aliləri əlavə olub. Bütün övladlarına təhsil vermək, onları elmli görmək onun ən ümdə həyat qayələrindən idi. Universitetə qəbul olunduğum gün isə dayanmadan ağlamış, şükür və sevincli göz yaşlarını axıtmışdı. Çox arzuladığı, dua etdiyi gunlərdən birini yaşatmış Rəbbi ona. Yaradanına həmdlər və şükranlıq edərdi dualarına icabət olunduğundan ötəri. Bu həm də onun üçün axirət imtahanına doğru yol alan övladının dünya həyatındakı növbəti imtahanın uğuru idi…
Ehtiyatlı və qənaətli həyat tərzi ilə ətrafındakılardan fərqlənərdi, həm zahiri, həm də batini xüsisiyyətləri ilə. Beləcə qarşılayardıq mübarək Ramazanı. Allahın tofiqatı və onun himayəsilə ilk mübarək Ramazanımı yenə də Rəbbimin nemətləri sayəsində cöx gözəl xatırlayıram. Obaşdana azandan saatyarım-iki saat əvvəl qalxar və birlikdə sahur yeməyini yeyərdik. İntizarla sübh azanını gözləyərkən bəzən Türkiyənin "A" tv, "SHOW" tv və kanal "D"-sindən islami filmləri seyr edər, "Əl-Cəzirə"-dən Allah evi - "Kəbə"nin canlı yayımla görüntülərinə tamaşa edərdik. Bəzən də mən radioda müxtəlif islami söhbələri dinlərkən anam vəfat etmiş valideynləri və mərhum həyat yoldaşını da unutmaz, həyatda olan əzizləri ilə birgə onlar üçün də dua edər, "Yasin" surəsi oxuyaraq savabını onlara hədiyyə edər, çoxlu salavatlar dediyinin şahidi olardım. Elə ki, Təbriz radiosundan müəzzinin azan sədaları eşidilər-eşidilməz səccadələr üzərində qiyam halını alaraq namazları qılar və birlikdə dulalar edərdik. O zamanlar məni düşündürən işlərdən biri də anamın işlərinin çoxluğuna rəğmən gün çıxanadək yatmayaraq ibadətlə məşğul olması, hətta kitab oxumağa zaman ayırması idi. Bununla özünü maarifləndirməklə bərabər, həm də övladların da kitaba olan hörməti və məhəbbəti formalaşdıra bilmişdi.
Nimeyi-Şaban
Özünün Müqəddəs Ramazan hazırlıqları sırasında anam bir günü xüsusi hazırlıqla qeyd edərdi. Çox sonralar mənə məlum oldu ki, bu zəmanənin imamı İmam Zamanın (ə.f.) mövludu günü - Şəbanın on beşını növbələşən günlərimizdən fərqləndirərdi. Belə günlərdə ehsan süfrəsi açar, süfrəyə bizimlə yanaşı qonşudan, qohumdan dəvət edərək birlikdə mövlüdü keçirərdik. Mübarək Ramazan sahurlarında mən bu mövzuda ona çoxlu suallar ünvanlayar, o, da bildiklərindən danışar, müxtəlif rəvayət və hədisləri nəql edər, onların hikmət və ibrətlərini öyrədərdi. Hər zaman ibadətlərində zamanın sahibini yad edər, hər an gəlişinin intizarında olardı. Beləcə "İntizar" adlı bir fenomenlə bizi tanış edərdi. İndi övladların zəmanə İmamının (ə.f.) gözləntisində olmaqla yanaşı, həm də o Həzrətin (ə.f.) gəlişinə aktiv hazırlaşmaqdadırlar.
Maraqlı "son və sonun başlanğıcı"
İnancımız baş verənlərin, yaşananların bir qanunauyğunluq olduğunu deyir bizə. Bu da bir qəribə uyğunluqdur ki, sənsiz ilk qeyd etdiyimiz sənin dünyaya göz açdığın gün - 16 avqust bu il Zəmanə İmamın (ə.f) mövlud gecəsinə uyğun gəldi. Allahdan istədik ki, bu günün bərəkətinə xatir ruhunu şad, hesabatını asan, yerini behişt etsin. Yaşamış olsaydın 71 yaşına adlayacaqdın, lakin Allahın məsləhəti hər şeydən daha üstündür.
Növbəti qəribəlik bu dünyaya gözlərini yumduğun tarix oldu - 20 mart 2008-ci il. "Novruz" dilimizə tərcümədə "yeni gün" mənasını bildirməklə həm də insan həyatının yeni bir ilinin, yeni bir dövrünün başlanğıcının ifadəsidir. Bu novruzu səni son mənzilinə yola salarkən sən öz yeni həyatına, biz isə sənsiz davam edəcək öz yeni həyatımıza qədəm basdıq. İnşaallah, bu novruz bizi Allah dərgahına yaxınlaşdıracaq yeni mərhələ olar, zatən bu həm də sənin həyat amallarından növbətisi idi.
Qarşıdan daha bir bağışlanma fürsətimiz, daha bir bəndəlik olmaq imkanlarımız yaxınlaşmaqdadır. Anacan, sənsiz bu Mübarək Ramazanı qarşılamaq nə qədər çətin olsa "Malik"imizin (Əl-Malik - həqiqi sahibimiz olan Allahın mübarək adlarından biri nəzərdə tutulur, - müəl.) təqdiratına tabe və razı olmaq bizim bəndəlik vəzifələrimizdəndir.
Allah səni öz rəhmətində qərq etsin! Amin!
Son mənzilimizdə bir daha görüşmək intizarıyla mənzil sahibinə əmanət ol!

Mehdi Fərəc İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

понедельник, августа 11, 2008

BUMLAR ÖLKƏSİNDƏ


BUMLAR ÖLKƏSİNDƏ
Və ya neftdən sönrakı bumlar dalğasında skafandrlı həyat

Yaxın gələcəkdə ölkədə növbəti bumun yaşanacağı gözləntisindəyik. Neft və qaz bumundan sonra inşaat və tikinti, ardınca kanalizasiya və ardınca digər bumun yaşanacağı təxminlərimiz arasındadır. Bunlardan kanalizasiya bumunun daha tez gələcəyi özünü daha qabarıq biruzə verməkdədir. Ölkədə davam etməkdə olan tikinti bumunun gətirməkdə olduğu kanalizasiya fəsadı siyasət və televiziyalarımız kimi (cüzi istisnalar xaric) ətraf mütitimizi və həyatımızı öz üfunəti ilə bəzəməkdə qərarlı görünür.
Müxtəlif ekspertlərin xəbərdaredici rəylərini nəcasət lüklarına pərçimləyən «tikintişniklər» artıq paytaxt əhalisini də hava nəqliyyatından istifadəyə də yönləndirməkdədirlər. Keşlə kollektorundakı partlayışdan sonra Nizami rayonundakı «8 km bazarı» adı ilə tanınan ərazinin kanalizasiya borusunun partlaması vətəndaşı buna lap həvəsləndirib. İş adamları və biznesmenlərin diqqətinə: gəlirlərini sürətlə artırmaq istəyirsənsə ayıq-sayıq ol, bu dönəmdən də faydalan. Gözlərini iri aç və diqqətlə oxu. Lider iqtisadi göstəricilərimizi və iqtisadi qanunları nəzərə alaraq tam əminliklə proqnoz verə bilərəm ki, ölkənin yaxın gələcəyində ən «xod gedən» mal skafandr (özü də suda və quruda yararlı olanı) və aksessuarları, həmçinin hava şarları olacaq.
Buna şəkk etsəniz növbəti dəlili də göstərə bilərəm: «tikintişniklər»in yorulmaz, gecə-gündüz fəaliyyəti nəticəsində yaranan toz bumu da dediyimiz nəsnələrin həyatımızdakı rolunu daha da artırır. Nisbətən imkansızlarımız yerdə skafandrla, bərk gedənlərimiz isə havada şarla dolaşacaq. Bu arada, əziz iş adamları və biznesmenlərimizə onu da xatırladım ki, bayır suları ilə mayalanaraq çıçəklənən paytaxtımızda düşmən bağrı çatladan 55 mərtəbələr, 35 mərtəbələr və digər bizim də bilməməli olmalı olduğumuz çoxlu göydələnlər ucalacaq. Bir düşünün, hələ yaxın keçmişdə paytaxtın baş memarları siyasi üzaqgörənlikdən məhrum qaldıqlarından şəhərin baş planını hazırlayarkən bu günlərimizi düşünməyiblər. Məsələn, 800-1000 mm-lik borular əvəzinə 1600-2000 mm-lik borularla baş plan işləsəydilər indi skafandr bumunu yaşamaq gərəkməzdi.
Haydı, vətəndaş, sürətli iqtisadi uğurlarla skafandrlı yaşama doğru! Ura!Ura! Ura!

Allah amanında!

Mehdi Fərəc

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, июня 11, 2008

Qələbə aclığı, aclıq(ın) qələbəsi

Lənkəranın “Xəzər” komandası Azərbaycan kuboku uğrunda final oyununu qələbə ilə başa vurdu. Paytaxt növbəti qələbə sədaları ilə könül oxşadı. Rəbbimiz paytaxtımıza «Qarabağ!» sədaları ilə qələbə nəsib etsin! Amin!
Bakı şəhəri, Gənclik meydanı, 24 may 2008-ci il, saat 21:05. Metronun “Gənclik” stansiyasının girişləri, “Gənclik” meydanı “Xəzər” Lənkəran tərəfdarlarının izdihamına şahidlik edir. Rəqibi “İnter”i məğlub edərək kuboku başı üzərinə qaldıran “Xəzər” Ağasəlim Mircavadovun rəhbərliyilə növbəti qələbəsinə imza atdı.
Metroya daxil oluram. Gənclərin qələbəliyi, qalibiyyətə susamış qaliblərin sevinc sədaları. Kimisi bu sədalara qoşulub, o da bayramlaşır, kimisi sadəcə qatarının yola düşməsini gözləyir. Ətraf həm evinə tələsən və həm də postunda asayişə nəzarət edən polislərlə doludur. Meydandan metronun içinə nüfuz etmiş tərəfdarların qələbəliyi hər kəsin diqqətini cəlb edirdi. Bu səs-küyü qıraqdan sakitcə seyr edən polis nəfərlərinin özünü saxlaya bilməyib təbəssüm etmələri diqqətimi çəkdi. Onların da qalibiyyət ruhunda qərq olub hisslərinə hakim ola bilməmələri açıqca görünürdü. Bəlkə bu səbəbdən də hadisələrə müdaxilə etməyə lüzum görmürdülər (tərəfdarların özlərinin də ciddi və təhlükəli pozuntu törətməmələri də bir başqa mühüm səbəb sayıla bilər). Amma və lakin...
Qatarlar, platformalar, ümumi gediş-gəliş dəhlizi “ağ-yaşıl” rəngli azarkeşlərlə dolmuşdu. “Xəzər”-“Xəzər” sədaları arasında ara-sıra “Neftçi” səslənənlər də tapılırdı. Bu arada bir məqam diqqətimdən yayınmadı. Sıradan olan vətəndaşlar da, hansı ki, bu oyuna tamaşaçı olmadığı aydınca hiss olunurdu, başlarına və qollarına ağ-yaşıl sarqılar bağlamış təssübkeşləri təbəssümlə qarşılayaraq onları təbrik edirdilər. Bu insanların da “Böyük Qələbə”yə teşnəlikləri aydınca hiss olunurdu. Məmləkət insanının məğlubiyyətdən qaçmaq istəyi, bundan doymaları baxışlarından oxunurdu.
Saatlar 21:20-ni göstərir. Metronun qapalı məkanı gənclərin qələbə aurasında lərzəyə gəlir. Adamın damarında qanı donurdu. Ey kaş bu qələbələrə “QARABAĞIN da “QƏLƏBƏ” sədaları” qovuşaydı.
Mən belə fikirlərin həyəcanında ikən ani bir zehni dalğa bu qələbəliyə qələbə çaldı. Elə bu an ölkədə hərə bir həyəcanı yaşamaqda idi. Hər kəsin mənsub olduğu həyat tərzinin həyəcanı ona qələbə çalmaqda idi. Kimiləri kubok, çoxları seçki, kimiləri Evroviziya, kimiləri daha nələr, bəziləri də “ƏYYAMİ-FATİMƏ həyəcanını yaşamaqda idi (bu il 19 may-08 iyun aralığındakı günlər İslam Peyğəmbərinin qızı, 11 İmam anası Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadəti günlərinə təsadüf edir. Bu günlərdə əzadar olmaq bəyənilən əməllərdəndir. Əyyami-Fatimə - “Fatimə (s.ə.) günləri” anlamını ifadə etməkdədir).
“ƏYYAMİ-FATİMƏ”(s.ə.). Bu dəyəri tanımaq özü də “anti-dəyərlər” üzərində bir qələbədir. Əksəriyyətə 1 kq ət, hətta 1 ədəd çörək həyəcanı qələbə çalmaqdadır. Bu da anti-dəyərlərin dəyərlər üzərində qələbəsidir. Çün anti-dəyər (kasıblıq, fəqirlik) bir qapıdan girəndə dəyər (iman, inam) bir başqa bacadan çıxır. Bu qələbəyə qələbə çalmaq da olar. Bu öz əlimizdədir. Hər an, hər dəqiqə seçim qarşısında olan insan, seçimini Allaha xatir etməlidir.
Dəyərlərin Qələbəsi ümidilə Allaha əmanət olun!


Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



пятница, мая 23, 2008

KEÇƏN ƏSR DÜNYADA NƏLƏR OLDU

(1900 - 2000)
1. İlk radio yayımı (1901) - İlk radio yayını Gulielma Markoni tərəfindən reallaşdırıldı.
2. San Fransisko zəlzələsi (18 Aprel 1906) - Tarixin ən böyük zəlzələlərindən biri San-Fransiskoda meydana gəldi. Şəhər tamamilə dağıldı.
3. İlk paltaryuyan maşın (1906) - İlk paltaryuyan maşın Alva Fişer tərəfindən hazırlandı.
4. İlk sərnişin təyyarəsi (21 mart 1908) - Tarixdə ilk sərnişin təyyarəsinin uçuşu həyata keçirildi.
5. «Ford-T» (12 avqust 1908) - Ford-T modelli seriya avtomobil bazarinda satışa çıxarıldı.
6. «Titanik» batdı (15 aprel 1912) - Dünyanın nəhəng transatlantik "Titanik" aysberqə çırpılaraq batdı. 1517 adam öldü.
7. l Dünya müharibəsi (28 iyun 1914) - Macar vəliəhdi Ers-hersoq Frans Ferdinand Sarayevoda bir serb əsgəri tərəfindən sui-qəst təşkil edilməsi l Dünya müharibəsinin başlamasına səbəb oldu.
8. Panama Kanalı (15 avqust 1914) - Atlantik ilə Sakit okeanlarını bir-birinə bağlayan 81 kilometr uzunluğundakı Panama kanalı açıldı.
9. Psixoanaliz (1916) - Zigmund Freyd "Psixoanaliz Qaydası"nı ortaya atdı.
10. Rasputin öldürüldü (30 dekabr 1916) - Çar ailəsinin uşağının səhhətinə üsbət təsir etmək vasitəsilə saray daxilinə girən Rasputin adlı keşiş, qısa müddət sonra zadəganların reaksiyalarını üzərinə çəkdi. Knyaz Feliks Yusubovun başçılığı ilə bir qrup onu əvvəl zəhərlədilər, sonra da tapanca ilə vurdular, ən sonda da buzlu çay sularına ataraq öldürdülər.
11. Rus inqilabı (25 oktyabr 1917) - Fevralda Rusiyada çar ailəsi iqtidardan uzaqlaşdırıldı, 25 oktyabrda isə (yeni təqvimlə noyabrın 7-də) bolşevik çevrilişi baş verdi. Müvəqqəti hökumətin yerinə "fəhlə-kəndli sovetləri iqtidarı" quruldu və bolşevikler rəhbərliyi ələ keçərdi.
12. ABŞ Döyüşdə (6 aprel 1917) - ABŞ prezident Uilsının qərarıyla I Dünya müharibəsində müttəfiqlərinə qoşuldu.
13. DNK şifrəsi həll edildi. - İnsanın yaranmasının şifrəsi Fransis Krik və Ceyms Uotsın tərəfindən həll edildi.
14. İlk vertolyot (helikopter) (18 fevral 1921) - Bugünkü vertolyotların atası ilk vertolyot fransız Ömişen tərəfindən havaya qalxdı.
15. İnsülin tapıldı (27 iyul 1921) - Tibbdə böyük bir kəşf olan İnsülin tapıldı.
16. TV kəşf edildi (1926) - Dünyanın ilk TV-si Skoç L. Baird tərəfindən kəşf edildi. Ancaq inkişafı əsrin ikinci yarısına qaldı.
17. Pensilin tapıldı (1927) - Aleksadr Fleming pensilini tapdı.
18. "Göy adaları" qaydası (1929) - Edvin Habıl "Göy adaları"nin bir-birindən uzaqlaşdığını təyin etdi. "Big Bang"in mənbəyi aydın oldu.
19. İlk Oskar (16 may 1929) - İlk Oskar mükafatları verildi.
20. "Təntən" doğuldu (10 may 1929) - "Təməl Rəis" doğuldu (1 iyul 1929) Məşhur cizgi filmi qəhrəmanı "Təməl Rəis" doğuldu.
21. İlk Çempiyonat (30 iyul 1930) - Montevideoda edilən ilk dünya futbol çempionatını Uruqvay qazandı.
22. Hindistana Müstəqillik (15 sentyabr 1931) - Londonda keçirilən yığıncaqda M.Qandi "Hindistana müstəqillik" istədi.
23. Hitler iqtidarı (10 yanvar 1933) - Adolf Hitler Almaniyanın kansleri oldu.
24. Ari İrq təmizliyi (8 Aprel 1933) - Almaniyada Ari irqindən olmayanlar dövlət postlarından təmizlənməyə başlandı.
25. Radar tapıldı (1935) - R.Watson Watt radar cihazını qurdu. Ancaq yayılması II Dünya müharibəsində müdafiə etmə məqsədli oldu.
26. Maksim Qorki öldü (14 iyun 1936) - Məşhur rus yazıçısı Maksim Qorki öldü.
27. II Dünya müharibəsi başladı (1 sentyabr 1939) - Almaniyanın Polşaya hücumu ilə II Dünya müharibəsi başladı.
28. "Külək kimi keçdi" (15 dekabr 1939) - Kino tarixinin əfsanəvi filmi "Külək kimi keçdi" nümayişə çıxdı. Baş rollarda Klark Qeybl və Viviyan Liy oynayırdı.
28. SSRİ-yə hücum (22 iyun 1941) - Almaniya Sovetlər Birliyinə hücum etdi.
29. Perl-Harbor basqını (7 dekabr 1941) - Yaponlar ABŞ-ın Sakit okean donanmasını Perl-Harbor bazasında ani bir basqınla yox etdilər. Beləliklə ABŞ-da da II Dünya müharibəsində iştirakçıya çevrilirdi. Perl-Harbor basqını yaddaşlarda dərin iz buraxmışdır.
30. Leninqrad (18 yanvar 1943) - Sovet ordusu Leninqradın 16 ay davam edən mühasirəsini yardı.
31. Yalta Konfransı (11 Fevral 1945) - Stalin, Ruzvelt və Çörçil bir yerə toplaşıb, döyüş sonrası dünyanı böldülər.
32. San-Fransisko Konfransı (25 aprel 1945) - 46 ölkə "Birləşmiş Millətlər Təşkilatı"nı qurmaq üçün bir araya gəldi.
33. İlk Atom Bombası (6 avqust 1945) - Yaponiyanın Hirosima şəhərinə tarixin ilk atom bombası atıldı. 80 min insan öldü.
34. Mahatma Qandi öldürüldü (30 yanvar 1948) - Hindli pasifist lider Mahatma Qandi öldürüldü.
35. Fələstinin işğalı ilə İsrail rejiminin quruluşu baş verdi (14 May 1948).
36. Kalaşnikov (1946) - Sovet silah mühəndisi Mixail Kalaşnikov tərəfindən edilən və öz adı verilən "Kalaşnikov" avtomatı dünya səviyyəsində məşhur oldu. O gündən etibarən bu avtomat yüzlərlə vətəndaş müharibəsi və döyüşdə istifadə edildi.
37. NATO quruldu (18 mart 1949) - Şimali Atlantik Razılaşma Təşkilatı (NATO) quruldu.
38. Kapitan Kusto dənizlərdə (24 noyabr 1951) - Məşhur dəniz alimi kapitan Kusto araşdırma gəmisi "Kalipso" ilə dənizlərə çıxdı.
39. İlk atom sualtı qayığı (14 iyun 1952) - ABŞ ilk atom sualtı qayığı dənizə endirdi.
40. İlk kompüter (1952) - İlk kompüter IBM701 hazırlandı.
41. Tranzistorlu radio (1952) - İlk tranzistorlu radio "Sony" firması tərəfindən hazırlandı.
42. Everestə çıxıldı (29 iyul 1953) - Dünyanın ən yüksək pilləsi olan 8888 metrlik Everest təpəsinə çıxıldı. Çıxış Edmınd Hilari və bələdçisi Tenzinq tərəfindən reallaşdırıldı.
43. Mak Donalds şəbəkəsi (1954) - İlk "Fast food" yemək şəbəkəsi olan Mak Donalds açıldı.
44. Bağdad Paktı imzalandı (21 noyabr 1955) - Türkiyə, İran, Pakistan və İngiltərənin iştirakıyla Bağdad Paktı imzalandı.
45. Kiprdə narahatlıq (12 yanvar 1956) - Kiprli yunanların bir türkü öldürmələri nəticəsində İngiltərə adaya hərbi qüvvə çıxardır.
46. İlk peyk (4 oktyabr 1957) - Sovet İttifaqı ilk süni peyki «Sputnik-1»-i kosmosa çıxardı.
47. Kosmosda ilk insan. (12 aprel 1961) - SSRİ kosmosa ilk insan olan Yuri Qaqarini göndərdi. Sovetlər kosmos yarışında ABŞ-dan bir addım önə keçdilər.
48. Berlin divarı (20 avqust 1961) - Şərqi Almaniya, iki sistemi bir-birindən ayıracaq olan və illərlə "Utanc divarı" olaraq xatırlanacaq Berlin Divarının inşasına başladı.
49. Kennediyə sui-qəsd (22 noyabr 1963) - ABŞ prezidenti Con F. Kennedi, Texasda bir sui-qəsd nəticəsində həyatını itirdi. Sui-qəsd şübhəlisi olaraq Li Harvi Osvald həbs olundu. Lindın B. Conson ABŞ-ın yeni prezidenti olaraq vəzifəyə başladı.
50. Vyetnam müharibəsi (7 avqust 1964) - ABŞ-ın Viyetnama hərbi müdaxiləsi.
51. Malkolm X şəhid edildi (21 fevral 1965) - Zənci müsəlman lider Malkolm X Nyü-Yorkda çıxş etdiyi əsnada 16 güllə ilə şəhid edildi.
52. Məhəmməd Əli fenomeni (25 may 1965) - Ağır çəkidə boks çempionu Məhəmməd Əli, etdiyi ünvan görüşündə Soni Listını ilk raundda nakaut etdi.
53. İlk ürək nəqli (3 dekabr 1967) - Cənubi Afrikalı Dr. Kristiyan Bırnard ilk ürək əməliyyatını reallaşdırdı. Xəstə 18 gün sonra öldü.
54. Martın Lüter Kinq öldürüldü (4 aprel 1968) - ABŞ-da zəngilərin hüquqlarının müdafiə üzrə tanınmış xacim, zənci lideri Martın Lüter Kinq öldürüldü.
55. Çexoslavakiyanın işğalı (21 avqust 1968) - Çexoslavakiyada Aleksandır Dubçekin iqtidara gəlməsiylə başlayan müstəqil sosializm axtarışı Sovet tanklarının Praqaya girməsiylə sona çatdı.
56. Ayda ilk insan (21 iyul 1969) - ABŞ-a aid «Apollo-11» kosmos vasitəsi Aya endi. Nil Armstronq Aya ayaq basan ilk insan oldu. Bu insanlıq üçün buyük bir addım oldu. Sonralar o,ayda Qurani-Kərimi gördüyünü və azanı dinlədiyini dünyaya çatdırdı.
57. Soljenitsin Nobel aldı (10 dekabr 1970) - Sovet rejimi müxalifi, "QULAQ Arxipelaqı"nın müəllifi Aleksandr Soljenitsin Nobel ədəbiyyat mükafatını aldı.
58. Helsinki zirvə toplantısı (1 avqust 1975) - Helsinki zrvə toplantısında "İnsan Haqları Müqaviləsi"nə 35 ölkə imza atdı.
59. Əfqanıstanın işğalı (24 dekabr 1979) - SSRİ Əfqanıstanın işğalına başladı.
60. Əsrin Toyu (29 iyul 1981) - İngiltərə Uels Şahzadəsi Çarlz ilə Şahzadə Diana möhtəşəm bir mərasimlə evləndi.
61. AİDS (SPİD) virusu tapıldı (23 aprel 1984) - AİDS xəstəliyinə səbəb olan virus tapıldı.
62. İndira Qandi öldürüldü (31 oktyabr 1984) - Hindistanın baş naziri İndira Qandi gözətçisi tərəfindən öldürüldü.
63. «Çelencer» faciəsi (28 yanvar 1986) - Amerikan kosmos raketi «Çelencer», qalxdıqdan 72 saniyə sonra partladı. Ekipajın 7 üzvünün hamısı öldü.
64. Çernobıl faciəsi (26 aprel 1986) - Sovet İttifaqında, Belorusiya SSR-də Çernobıl atom elektrik stansiyasının nüvə reaktorunda partlayış oldu. Radioaktiv sızma bböyük bir ərazini yaşamaq üçün mümkünsüz etdi. Çoxlu sayda insan tələfatı baş verdi, minlərlə insan şüa xəstəliyinə düçar oldu.
65. Tiyan-an-mın hadisələri (3 iyun 1989) - Çinin paytaxtı Pekindəki Tiyan-an-mın meydanında etiraz edən tələbələrin üzərinə atəş açıldı. Çoxlu sayda gənc öldü.
66. Berlin səddi söküldı (9 noyabr 1989) - II Dünya müharibəsi sonrası Şərqi və Qərbi Almaniya ilə iki sistemi bir-birindən ayıran "Berlin səddi" dağıdıldı.
67. Soyuq müharibə bitdi (3 dekabr 1989) - Maltada görüşən Corc Buş-ata və Mixail Qorbaçov soyuq müharibənin bitdiyini rəsmi olaraq bəyan etdilər.
68. Mandela həbsxanadan çıxdı (11 fevral 1990) - Cənubi Afrikalı zənci lider Nelson Mandela həbsxanadan çıxdı.
69. Körfəz müharibəsi. (16 yanvar 1991) - "Səhra fırtınası" deyə kodlaşdırılan, İraqı Küveytdən geri çəkilməyə məcbur etmə adı ilə ABŞ və müttəfiqlərinin əməliyyatı başladı. Bağdada hava və mərmi zərbələri başladı.
70. Yuqoslaviyada vətəndaş müharibəsi (29 iyun 1991) - Yuqoslaviyada etnik zəmində vətəndaş müharibəsi alovlanır.
71. Nüvə razılaşması (3 yanvar 1993) - Moskvada bir araya gələn Buş-ata və Yeltsin Nüvə silahlarını azaltma haqqında müqavilə imzaladılar.
72. Çeçenistanın işğalı (11 dekabr 1994) - Rusiya qoşunları birtərəfli olaraq müstəqillik elan edən Çeçenistana girdi.
73. Qoyun dölünün klonu (23 fevral 1997) - Şotlandiyalı alimlər dünyada ilk dəfə bir qoyunun klonunu yetişdirdilər.
74. Honq Konq Çinə qayıtdı (1 iyul 1997) - Honq Konq 156 illik ingilis rəhbərliyindən sonra razılaşmaya əsasən təkrar Çin rəhbərliyi altına girdi.
75. Şahzadə Diana öldü (31 avqust 1997) - Keçmiş ingilis şahzadəsi Şahzadə Diana Parisdə keçirdiyi avtomobil qəzasında öldü. Qəza, yanında nişanlısı Dodi Əl-Fayed varkən müəmmalı şəraitdə baş verdi. Bəzi versiyalara görə, bu qəza deyil, əslində şahzadə Diananın İslamı qəbul edib, əl-Fayedə ərə getməsinin qarşısını almaq üçün törədilən terror aktı idi.
76. Avro «doğuldu» (yanvar 1999) - Avropanın ümumi pul vahidi olan "avro" dövriyyəyə daxil oldu.

77. Kosovaya NATO hərəkatı (12 yanvar 1999) - Kosovaya NATO təyyarələrindən bomba yağmağa başladı. Hərəkatın 79-cu günündə - 12 iyunda bombardman sona çatdı.
78. Əsrin son Günəş tutulması (11 avqust 1999) - Əsrin son günəş tutulması dünyada maraqla ilə izlənildi.
79. Türkiyədə zəlzələ (17 avqust 1999) - Türkiyənin Mərmərə bölgəsində 7.4 bal gücündə zəlzələ baş verdi 17.118 insan öldü.
80. Bəşəriyyət XXI yüzilliyə qədəm qoydu…


Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi




среда, мая 21, 2008

Laçınımın sual yağmuru

Sən Ey Azərbaycan Əsgəri, Sən Ey Azəri Yavəri,
Bağrımı yaranları sən nə zaman yaracaqsan?
Yarılan bağrima, didilən köksümə məlhəm olmayacaqsanmı?
Sən Ey Azərbaycan Övladı, Sən Ey Azərı Sərvəri,
Nemətimi yağmalayanlara, üstümdə gəzən dığalara «dur» deməyəcəksənmi?
Kimsəsiz qalan məscidlərimi, dağıdılan qəbirlərimi ziyarət etməyəcəksənmi?
Tərk etdiyin evlərinə, becərdiyin torpaqlarına dönməyəcəksənmi?
Sən Ey Azərbaycan Nəri, Sən Ey Azərbaycan Xatunu,
Sən Ey Vətənpərvərim, Sən Ey Sərvərim,
Danışılan hədyana, durmayan yalana,
Bitməyən “atəşkəs”inə, mumulan “yan”yana dur deməyəcəksənmi?
Boş danışıqlara, nəticəsiz gəzintilərə, vaxt itkisinə, “FAKT” olmalarına,
Cib doldurmalarına, söz dondurmalarına,
“MƏN”ləri satmalarına, torpağı unutmalarına BƏS deməyəcəksənmi?

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, мая 07, 2008

PKK-nın pornoçu başbiləni

PKK-nın dinə hücum edəcəyini artıq hər kəs bilirdi, amma təşkilatın "dini qurumu" ilk dəfə təsbit edildi. Məhz zahirdə saqqallı, həqiqətdə azmış PKK «imamı»... Türkiyə yeni və çox əcaib bir hadisəyə səhnə olmaqdadır. Hüseyin Bulud: "Türkiyə küfr dövlətidir və buna itaət edən küfrə düşmüşdür". "Erməni və yəhudi millətləri məzlumdur. Bizim qardaşlarımızdır. Quranda yəhudilərdən təriflə bəhs edilir. Kürdlərlə yəhudilər əmioğludurlar" kimi sərsəmliklərin müəllifi.
Son dövrlərdəki əməliyyatlarda böyük güc itirən PKK, yeni strategiyasında dini alətə çevirmək istəyir. Təşkilatın Hüseyin Bulud adlı marionet «imamı»nın evində uyuşdurucu və porno CD'lər tapılıb. "Bu gün" bildirir ki, hava əməliyyatlarıyla böyük zərbə yeyən terror təşkilatı PKK xalqın dəstəyini əldə edə bilmək üçün dinə sarılıb".
Son zamanlarda dini şüarlarla çıxış edən, mitinqlərdə Qurani-Kərimlərdən istifadə edən, Səid Nursi kimilərinin plakatlarını əllərdə tutduran təşkilatın lokal "camaatlar" qurduğu müəyyənləşib. Batmanda aparılan son əməliyyatlardan sonra tutulan Hüseyin Bulud adlı «imamın» evində narkotik, silah, çox sayda porno CD və PKK-ya aid təşkilati sənədlər ələ keçirilib.

DTP İLƏ YAXIN TƏMASDA
Polis, "Kürdçü-islamçı şüarlarıyla meydana atılan bir dini hərəkat başladıldığı" məxfi xəbərinə əsasən Batmanlı Hüseyin Bulud və qrupu təqibə alınıb. Xüsusilə PKK ilə yaxın əlaqələri olan qrupun eyni zamanda özlərini Said Nursinin tələbələri olaraq tanıtdıqları, toplantılarda Said Nursinin şəkillərini açdıqlarını aşkar edən polis, sözügedən qrupun DTP (Demokratik Toplum Partiyası-Türkiyədə PKK ilə sıx təmasları olan və qapadılması söhbəti gedən təşkilatdır) ilə yaxın təmasda olduğu müəyyən edilib.
22 martda Batmanda düzənlənən Novruz mitinqində Said Nursinin posterlərini nümayiş etdirən qrupun lideri Buludun, DTP millət vəkilləriylə də sıx əlaqədə olduğu aydınlaşıb. DTP Batman millət vəkili Bəngi Ulduz ilə DTP-li bələdiyyə sədri Hüseyin Qalxan ilə çox sayda DTP-li siyasətçinin 17 mart günü Buludu ziyarət etdikləri açıqlanır. Buludun bu ziyarətdə DTP-li vəkillərdən "Said Nursinin məzarının tapılması üçün sorğu göndərilməsi və məzarının Batmana gətirilməsini" tələb etdiyi öyrənilib. DTP-li vəkil Bəngi Ulduzun da 28 martda Məclisə (TBMM-nə) sorğu göndərək Said Nursinin məzarının tapılmasını istəyib.

TƏŞKİLATIN YENİ STRATEGİYASI
Marksist-leninçi bir xəttə sahib terror təşkilatının dini şüarları önə çıxarmasına diqqət çəkən təhlükəsizlik idarələri, Hüseyin Bulud və bənzərlərinin qarşıda artacağına diqqət çəkirlər. Qurumun bu cür təşkilatlanmalarla həm xalq arasında, həm də öz içində fərqli bir təbliğat metodu yarada biləcəyi bildirilir.

"ERMƏNİ və YƏHUDİLƏR - QARDAŞIMIZ"
Kürdçü-bölücü sözləriylə meydana çıxan Hüseyin Buludun təqribən 100 nəfərin iştirakçısı olduğu söhbətlərində radikal sözləriylə də önə çıxdığı da təsbit edilib. "Türkiyə küfr dövlətidir və buna itaət edən küfrə düşmüşdür",- deyən Buludun üzə çıxan açıqlamaları isə belədir; "Keçmişdə burda kürd dövləti vardı. Yenə olması üçün bütün gücümüzlə çalışmalıyıq. Türkiyə Cümhuriyyətinə əsgərlik etmək olmaz. Yararsız arayışı alın və əsgəri xidmətə getməyin. Yaxalayıb apararlarsa fərarilik edin. Erməni və yəhudi millətləri məzlumdur. Bizim qardaşlarımızdır. Quranda yəhudilərdən təriflə bəhs edilir. Kürdlərlə yəhudilər əmioğludurlar. Qarilla bir quş kimidir. Oradan-oraya uçur. Türk əsgəri isə eşşək kimidir. Bir ton yük yükləyirlər. Bülənt Ərsoy Türkiyənin ən şərəfli insanıdır" - yeni ideoloqun stolüstü şüarlarıdır.


Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi