воскресенье, октября 12, 2008

Fələstinli uşaqlar – sionist cinayətlərin əsas hədəfi

Bildiyimiz kimi sionistlərin Əqsa əməliyyatlarında əsas hədəfləridən biri də uşaqlardır. Bu səbəbdən də son əməliyyatlarda əsasən uşaqlar şəhid olurlar. Əməliyyatlar zamanı Fələstinli uşaqların vəhşicəsinə öldürülməsi heç də təsadüfi deyil. Belə ki, hələ 1987-ci ildə İsrailin keçmiş baş nazirilərindən olan İzhak Rabin Fələstinli uşaqların qol və qıç sümüklərinin sındırılmasını tövsiyə etmişdir. Buna görə də o dövrdə Rabin mediada “sümük qıran Rabin” olaraq xatırlanmağa başlanmışdı. Eynilə Ariel Şaronun “Beyrut qəssabı” olaraq tanınması kimi. Hətta o dövrdə fələstinli bir uşağın qaçırılaraq qol və qıç sümüklərinin sındırılması hadisəsi gizli kamera ilə çəkilmiş və ekranlarda göstərilmişdir. Hələ 87-ci illərdə İordaniyada olan avropalı jurnalistlərdən biri reportaj hazırlamış və uşaqların necə işgəncələrə məruz qaldığını, onların qol və qıçlarının sındırıldığını dünyaya çatdırmışdı. Jurnalistin hazırladığı reportajların içərisində təxminən 8-9 yaşlarında bir fələstinli uşaq da vardı. Həmin uşağın kəllə sümüyü sionistlər tərəfində bir neçə yerdən daşla sındırılmışdı. Amma Allahın hikmətiylə uşaq ölməmişdi. “Sümük qıran Rabin” nədənsə İsrail sionist rejiminin gələcəyinin qurtarılması məqsədilə 1991-ci ildə başladılan sülh danışıqları zamanı “Sülhcü Rabin” deyə tanınmağa başladı və 1993-cü ildə Nobel sülh mükafatına layiq görüldü. Beləcə “sümük qıran Rabin” ünvanı da unutduruldu.

Bir sionist terror təşkilatının lideri haham Aydo Alba bir neçə il əvvəl “müqavimətin dayandırılmayacağı təqdirdə qadınlar və uşaqların öldürülə biləcəyi” haqqında «fətva» vermişdi. İsrailin «Maariv» qəzetinin yazdığına görə Əl-Xəlil şəhərindəki Kiryat yəhudi qəsəbəsinin mərkəzidə qalan haham Alba: “Hər nə qədər qadınlar və uşaqlar özlərini öldürənlərin həyatlarını təhlükəyə soxmurlarsa da döyüşün davamında düşmənə köməkçi olmaqdadırlar” deyə söyləmiş və bu fikirində israilli hahamlarının «fətva»larına söykəndiyini də dilə gətirmişdi. Alba Tövratdakı öldürməyi və qan tökməyi qadağan edən hökmlərin bir yəhudinin yəhudi olmayanı öldürməsinə maneə olmadığı, bu hökmlərin yəhudilərin bir-birlərini öldürmələrini və öz aralarında qan tökmələrini qadağan etdiyini ifadə etmişdi.

Ortaya belə bir sual çıxır. Nə üçün uşaqlar hədəfə çevrilir?

İşğalçıların hücumlarında xüsusilə uşaqları hədəf almalarının birinci məqsədi onların ailələrinə ağır zərbələr endirmək, onları bu müqəddəs müqavimətdən, mübarizədən imtina etməyə məcbur etməkdir. Çünki bütün cəmiyyətlərdə olduğu kimi Fələstin cəmiyyətində də uşaq ailənin ən qiymətli varlığıdır. Bir ana və atanın uşağını sağlam bir şəkildə böyüdə bilmək üçün nə qədər böyük fədakarlığa dözdüyü hamımız tərəfindən bilinən bir həqiqətdir. Bu baxımdan hər kəsin öz özünü yoxlaması, uşaqlarına necə baxdığını, onlara necə dəyər verdiyini düşünməsi, Fələstinli ailənin halını və uşağı mövzusundakı baxış tərzini anlaması üçün kafi olar. Amma Fələstində siyonist işğala qarşı müqavimət göstərən Fələstin xalqı müqəddəs bir məqsədin arxasında olduğuna, bu məqsəd uğrunda ölənlərin Allah qatında böyük bir dəyərlərinin və mövqelərinin olacağına inanmaqdadırlar. Buna görə uşaqlarının işğalçıların güllələrinə hədəf olması onların müqavimət əzmini yox edə bilməmişdir.

Uşaqları və körpələri qətlə yetirməyi eyni zamanda dinlərinə söykəndirməyə çalışan sionistlərin atasının arxasına sığınan 7-8 yaşlarındakı Məhəmməd Camal əd-Durreni necə hədəf alaraq şəhid etdiyini bütün insanlıq görüb. 2001-ci ildə bütün bəşəriyyət dörd aylıq İman Həcci adlı körpənin qarınına batan top gülləsi “şrapneli”nin onun bədənini necə deşib keçdiyini görüb. Yolların Təhlükəsizliyi Təşkilatı adlı sionist terror təşkilatına mənsub terroristlər Ziyauddin ət-Tumeyzi adlı üç aylıq bir körpənin alınına tapancayla güllə sıxaraq öldürüb. Bunlar yalnız bir neçə nümunə. Bunların xaricində də daha onlarla körpə və uşaq öldürülür.

İsrail sionist dövlətinin fələstinli uşaqlara istiqamətlənmiş öldürmə, işgəncə etmə və həmçinin yetim, sahibsiz uşaqları qalxan olaraq istifadə etmədən danışdıq. Bir tərəfdə bu zülmlər baş verir. Amma digər tərəfdə tez-tez gündəmə gətirilən "BMT Uşaq Haqları Deklarasiyası" deyə bir şey var. Ayrıca BMT təşkilatının görünüşcə uşaqları qorumaq məqsədiylə qurulmuş və qısa adı UNICEF olan bir təşkilat da vardır. Sionist vəhşiliyin uşaqlara tətbiq etdiyi zülm və vəhşiliyi qarşısında BMT təşkilatının alt qurumu olan UNICEF-in səsi çıxmadı. Sionist vəhşiliyin Fələstinli uşaqlara layiq gördüyü insanlıq xarici tətbiqlər, tarixdə nadir olaraq rastlaşılan zülmlər qarşısında ciddi bir reaksiya verdiyinə kimsə şahid olmadı.

BMT-in Uşaq Haqqları Müqaviləsinin birinci maddəsində eynilə belə deyilməkdədir: "Tərəf dövlətlər bu müqavilədə yazılan haqları öz səlahiyyətləri altında olan hər uşağa, özlərinin, ana atalarının və ya qanuni qəyyumlarının sahib olduqları, irq, rəng, cinsiyyət, dil, siyasi ya da başqa düşüncələr, milli, etnik və ictimai mənşə, mülkiyyət, şikəstlik, doğuş və digər göstəricilər səbəbiylə heç bir ayrı-seçkilik güdmədən tanıyırlar".

Halbuki Fələstindəki uşaqlar sırf müsəlman və fələstinli şəxsiyyətlərindən ötəri ayrı-seçkiliyə, təbii tutulmanın kənarında, zülm və vəhşiliyin hər növünə məruz qalmaqdadırlar. Amma BMT təşkilatı adı çəkilən müqaviləni İsrail sionist rejiminə qarşı işlətmək və təsirli rəftar qoymaq üçün hər hansı bir addım atmağa cürət etmir. Bu vəziyyət əslində bu müqavilənin tətbiq olunmasında BMT-in özünün ayrı-seçkilik etdiyini və bu səbəbdən müqavilənin birinci maddəsinə əməl etmədiyini göstərməkdədir. Çünki sionist işğalçıların fələstinli uşaqlar qarşısında sərgilədiyi vəhşiliyin onda biri, hətta yüzdə biri Qərbli uşaqlara qarşı olsaydı, BMT və onun alt qurumları dərhal hərəkətə keçər, qiyamət qoparardılar. Biz əlbəttə ki, qərbli uşaqların haqlarının pozulmasına və onların zülmə məruz qalmaları vəziyyətində reaksiya verilməsinin tərəfdarı deyilik. Biz, hansı soydan və dindən olursa-olsun, uşaq haqlarıyla əlaqədar prinsiplərin bütün dünya uşaqlarına bərabər şəkildə əks etdirilməsinin, ayrı-seçkilik edilməməsinin tərəfdarı və tələbkarıyıq. "Müasir dünya" olaraq tanıtdırılan bu günümüzün dünyasındakı güc mərkəzləri "haqlar və azadlıqlar" mövzusunu davamlı olaraq ağızlarında saqqız etmələrinə baxmayaraq, öz baş strukturlarındakı rəhbərliklərin haqq pozuntuları və azadlıqları məhdudlaşdırmaları qarşısında susqunluğu seçməkdə, haqq pozuntularının qarşısını almağı bir tərəfə buraxın, reaksiya mənasını verən şərhlər etməkdən belə çəkinməkdədirlər. Çünki bu cür şərhlər etmələri zülm və vəhşiliyin dünya ictimaiyyətinin gündəminə gələcəyindən sanki qorxaraq, bəşəriyyətin heç olmasa düşüncə platformasında sorğu-sual ediləcəyindən çəkinməkdədirlər.

Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, октября 07, 2008

FƏLƏSTİNDƏN MƏKTUB

(və ya Qababağ fidanlarının nalələri)

Mübarək Ramazan ayının 24-cü gecəsi, saatlar 02:10-u göstərir. İsti yatağımdaykən bayırda rəhmət yağışı yağır, soyuq külək yağışı 4 cəhətə çatdırmağa tələsirdi. Bir an artıq yata bilməyəcəyimin fərqinə vardım. Haradansa mənə yetişən fələstinli bir uşağın məktubundakı hisslərini, arzularını xatırladım. Sonra bu payız gecəsi yağış damcılarının sədaları altında xəyalım məni Hərami düzünün əqrəbli çöllərinə, İmişli, Bərdə, Biləsuvar və digər qaçqın düşərgələrindəki, sərhəd bölgələrindəki yaşayan körpələrin, məktəblilərin yanına apardı. Yüyənini durdura bilmədiyim xəyal atı sürətlə məni İraqa, Əfqanıstana, Kəşmirə, Afrikanın sərvətləri sovrularaq körpələri çarəsiz buraxılan regionlarına aparır.

Davam edir xəyal atımın səfəri Qarabağın çöllərində, düzlərində, boşaldılmış kəndlərində, sahibsiz buraxılmış məscidlərində, azan sədalarına muştaq minarələrində, ziyarətlərinə həsrət qəbir daşlarında, Mil düzündə, İsa bulağında, Ağdam bazarında. Sonra bir də keçir xəyalım ikiyə parçalanmış Fələstindən, qəsb olunmuş, təməlləri qazılmış Qüdsdən, Əqsa məscidindən, qalın və hündür betonlarla hasarlanmış sionist çəpərindən, sionist işğala məruz qalmış bütün müsəlman torpaqlarından.

Artıq tükənir tabu-təvanım, kəsilir səbru-qərarım. Siz əzizlərimlə bölüşməyə qərar verdim bu məktubu. Məktubu bir daha oxuyarkən eyni hissləri bir qulağıma fələstinli uşaq, digərinə qarabağlı uşaq pıçıldayırdı, bir gözümdə Fələstin faciəsi, digərində isə Qarabağ faciəsi canlanırdı. Bir tərəfdə qaçqın düşərgələrimiz və sərhəd bölgələrindəki balalarımızın çarəziszlikləri, digər tərəfdə fələstinli balalarımıza olunan zülmlər. Buyurun, məktubla tanış olun, müsəlman balalarının fərqlənməyən düşüncələri ilə bir daha tanış olun.

"Mən fələstinli uşağam, - bütün dünyanın uşaqları kimi. Lakin haqlarımdan digər uşaqlar kimi istifadə edə bilmirəm. Evimdə televizora baxarkən uşaqlar oyun oynayırlar, qaçırlar, gülürlər, dalaşırlar. Onları gördüyüm an mən diqqət edirəm: "mən bütün bu şeylərdən məhrum qaldım. Mənim də haqqım var; bu həyatda digər uşaqlar kimi normal yaşamaq istəyirəm".

Qəlbimdə bir acı hiss edirəm, içimdə bir həsrət var. Bu mənim ən gözəl çağlarımdır. Bütün vaxtım evdə keçir. Sanki, sanki evdə həbsxanadakı kimiyəm. Hər yerdə israilin hücumları və raketləri var. Mən həbsxanadan çıxış yolunu tapa bilmirəm.

Mən bu uşaqları televizorda görəndə onlar idman zallarına, kitabxanalara, parklara, istirahət mərkəzlərinə gedirlər. Və mən öz-özümə düşünürəm; "Niyə mən onlar kimi deyiləm? Mənim günahım nədir ki, onlar kimi ola bilmirəm"? Butün arzum onlar kimi ola bilməkdir. Təmənnam oxumaq, oynamaq, ayrı-seçkilik olmadan fəaliyyət göstərməkdir. "İNSAN KİMİ YAŞAMAQ İSTƏYİRƏM"! BÜTÜN İNSANLAR KİMİ MƏNİM DƏ BUNA HAQQIM ÇATIR, MƏNİM DƏ BELƏ BİR HAQQIM VAR. Amma bunu deməyə utanıram.

Bəli, HAQQIM! Yemək yemək, qış gələndə qızınmaq, yatmaq... Amma soyuqda və ac ikən yatmaq istəmirəm. Xərcliyimi almaq da haqqımdır, amma bunu atamdan istəyə bilmirəm. Ürəyimin istədiyi şeyləri ala bilmirəm. İstəyirəm ki, vəziyyət düzəlsin. Gözəl bir həyat istəyirəm və haqqlarımız əlimizdən alınmasın. Həyatda gözəl bir gələcəyimiz olsun. Bərabərlik içində gözəl bir gələcək istəyirəm".

Ya Sahib-əz-Zaman (ə.f.), bu balalar hamısı bir qibləli, eyni inanclı, bir məzlumiyyətli, eyni zülmə məruz müsəlman balalarıdır.

Ya Əba Saleh (ə.f.), Gəl! Gəl və bu uşaqların haqqlarını bərpa et ki, rəngindən, dinindən, irqindən, milliyətindən asılı olmayaraq bütün balalar xöşbəxt yaşasınlar!

Amin! Ya Rəbbəl-Aləmin!

İntizarın bitməsi ümidilə Allaha əmanət olun!

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

FƏLƏSTİN DƏRDLƏRİ ÜRƏKLƏR AĞLADAR…

Hər günü bir ziyafət olan ay

Allahın rəhməti və bərəkəti ilə dolu Ramazan ayının son ongünlüyünü yaşamaqdayıq. Mübarək ay yekunlaşmağa doğru gedir. Lakin, bu ongünlükdə bütün dünya müsəlmanları üçün önəmli olan bir gün var ki, onu tanıyıb, duyub, yaşamaq bəlkə də bəndənin 30 günlük ibadətinin qəbul olması üçün ən böyük zəmindir. Bu – bütün dünyada Ramazan ayının son cümə günü qeyd olunan Beynəlxalq Qüds Günüdür.

Bu günü Allahın ziyafət ayının günlərindən fərqləndirən, onu bu qədər mənəvi ab-havanın içində fərqli rənglərə boyayan nədir? Nə üçün Qüds gününü tanımaq bu qədər önəmlidir?

Tarixə nəzər salsaq Qüdsün hicri-qəməri tarixinin ikinci ilinə qədər müsəlmanların ilk qibləgahı olduğunun şahidi oluruq. Dünyanın hər bir nöqtəsindən müsəlmanlar gündə 5 dəfə Allah dərgahına yaxınlaşmaq üçün üzlərini bu istiqamətdə tuturdu. Belə isə Qüds Uca Yaradanın müqəddəs qərar verdiyi bir məkandır. Çünki, ilk qiblə olmaqla yanaşı, İslam peyğəmbəri Həzrət Muhəmməd (s) bu məkandan meraca getmişdir. Qüds, Məkkə və Mədinədən sonra müsəlmanlar üçün möhtərəm sayılan üçüncü müqəddəs yer hesab edilir.

Lakin, Qüdsün, Fələstinin istər dünəninə, istər bu gününə nəzər salarkən, təzadlı bir mənzərə ilə qarşılaşırıq. Bu müqəddəs məkan və onun müsəlman əhalisi daim işğalçı millətlər və toplumlar tərəfindən nəinki təzyiqlərə, hətta məhvedilmə təhlükəsinə məruz qalmışdır. Axı niyə? Bu günahsız əhalinin təqsiri nədədir ki, uzun illər boyu onlara qarşı bu təxribatlar, nifrət, aqressiya zəifləmir, tükənmir?

Bir tərəfdən XIX əsrin ortalarından dünyanın imperialist ölkələrinin Yaxın Şərqi nəzarətdə saxlamaq üçün Fələstini dayaq nöqtəsi seçməsi, digər tərəfdən sionistlərin öz torpaqları olmadıqları və Fələstini də millətsiz torpaq hesab etdikləri üçün onu tədricən ələ keçirmək istəyi. Hər iki tərəfin niyyətinin həyata keçməsi üçün mühüm şərt – o zaman Fələstinin tərkibində olduğu Osmanlı imperiyasını zəiflədib, süqutuna nail olmaq idi. Bəlkə də, dünya ölkələrinin şəxsi mənafe güdməsi səbəb olub ki, Fələstində baş verən qətliamlara, qırğınlara və dünyanın uca səslə danışdığı demokratiyanın, insan haqlarının pozulmasına dünya bu gün də göz yumur. Sionistlər isə illərdir Fələstin xalqına insanlıqdan kənar zülmlər yaşadır.
Tarixə nəzər

Fələstinin sionistləşdirilməsi məqsədi ilə yəhudilərin Fələstində məskunlaşdırılmasına 1882-ci ildən başlansa da, 1897-ci ildən artıq qəbul edilmiş proqram əsasında sionistlər Fələstin torpağının zəbtinə başlayırlar. Bu proqram özündə bir neçə mərhələni əks etdirirdi ki, bunlar ən əvvəl Fələstinə sionist yəhudilərin köçürülməsi, köçürülmüş sionistlərin tədbirli şəkildə strukturlarda birləşməsi, sionist ruhunun və özünütanımasının təbliği və sionistlərin məqsədlərinə çatmasında asılı olduqları ölkələrin dəstəyini əldə etmək istiqamətində fəaliyyətlərdən ibarət idi.

İngiltərə rəhbərliyi I dünya müharibəsi nəticəsində zəbt etdikləri Fələstində «milli yəhudi ocaqları»nın yaradılmasına icazə verir və fələstinlilərin öz torpaqlarından qovulmasında sionistlərə kömək edirdi. Müsəlmanlar və sionistlər arasında ilk ciddi toqquşmalar 1920-21-ci illərdə Qüds şəhərində baş vermişdi. Artıq 30-cu illərdə Fələstində 96 sionist yəhudi məntəqəsi var idi ki, bunlarda 28 000 nəfər yaşayırdı. 30 000 müsəlman məcburi olaraq öz topaqlarından qovulmuşdu. 1948-ci ilə qədər sionistlərin zəbt etdikləri ərazilərin miqdarı 10 dəfə artmış, sionistlərin sayı 610 000 nəfərə çatmışdır. 30-cu illərdə Fələstin xalqının özünüdərk prossesi nisbətən güclənmişdir. 1932-ci ildə yaradılmış «Azadlıq hərəkatı» İngiltərənin ikili siyasətini açıqca pisləyir, Fələstində milli dövlətin yaradılması tələbi ilə çıxış edirdilər. 1930-cu illərdə minlərlə müsəlman öldürülmüş və həbsxanalara atılmışdır.

II dünya müharibəsindən sonra sionistlər tərəfindən təşkil olunan terror aktları nəticəsində Fələstində vəziyyət ağırlaşdı. Fələstindəki vəziyyəti tənzimləməyi bacarmayan və ya istəməyən İngiltərə 1947-ci ildə Fələstin problemini Birləşmiş Millətlər Təşkilatında (BMT) müzakirəyə çıxardı. 1947-ci ilin 29 noyabrında BMT-nin Baş Assambleyası 181 saylı bəyənnamə qəbul etdi. Buna əsasən Fələstinin 2 hissəyə ayrılması, 498 000 əhalisi, 14,1 min m2 ərazisi olan İsrail dövlətinin, 497 000 əhalisi, 11,1 min m2 sahəsi olan Fələstin ərəb dövlətinin yaradılması təsdiq olundu. Müqəddəs Qüds şəhəri isə ayrıca inzibati vahid kimi beynəlxalq nəzarətə verildi. Fələstinin müsəlman əhalisi bənzərsiz haqsızlığa uğradı. 1948-ci ilin 14-15-mayında «İsrail dövləti» elan olundu.

II dünya müharibəsindən sonra ABŞ reqionda daha çox gücə malik idi və Qərbdən dəstək alan İsrail daha çox ərazilər zəbt etməyə başladı. 1948-49-illərdə İsrail Qüdsün qərb hissəsi daxil olmaqla daha 6,6 min km2 ərazini zəbt etdi. 1,5 million Fələstin müsəlmanı qaçqın düşərək Livanda, Suriya və İordaniyada məskunlaşdı. 1950-ci ildə İsrail rəhbərliyi yüzlərlə fələstinlini zəbt etdikləri torpaqlardan getməyə məcbur etdi. Fələstinlilərin mülkiyyəti qəsb olundu. «İsrail dövləti»nin cinayətləri bunlarla bitmir.

Ən maraqlısı isə bundadır ki, beynəlxalq konvensiyaların qərarlarına riayət olunmamasına baxmayaraq İsrailin sionist rəhbərliyi cəzalandırılmır.

FƏLƏSTİN BU GUN…

Bu gün Fələstinin 5 000 000 müsəlman əhalisinin 3 000 000-u qaçqındır. 10000-dən artıq fələstinli İsrail həbsxanalarında və düşərgələrindədir. Bütün çətinliklərə baxmayaraq fələstinlilər mübarizə aparır. Mühasirədə, ac, susuz qalmaqlarına baxmayaraq Fələstin xalqının əzmi qırılmazdır. Baxmayaraq ki, dünya miqyasında İsrail rejiminin sionist mahiyyətini pisləyənlər çox, Fələstinə dəstək olan çox az ölkələr var.

Beynəlxalq Qüds Gününün mövcudluğu Fələstin xalqına mənəvi dəstəyin göstəricisidir. Beynəlxalq Qüds Günü dünya müsəlmanlarının həmrəyliyi günüdür.

Bu gün dünyada həll olunmayan bir çox münaqişələr var. Nəzər salsaq görərik ki, onların çoxu müsəlman ölkələrindədir. Fələstin, Qarabağ, Kəşmir… intizardadırlar. Ədalət, haqq intizarında. Mehdi (ə.f.) intizarında…

Ya Mehdi (ə.f.) gəl ki, dünyamız haqq ilə dolsun!!!



Günay Həsənova

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Curnalistika Məktəbinin dinləyicisi

AYLARIN SULTANI


Sən şeytanın ayağını sındıransan,

Pıçıldayan dilinə kilid vuransan,

Cəhənnəm azuqəsini yandıransan

Yandır günahlarımı, sən ey ayların sultanı!

Gəlişinlə haram bildik özümüzə halalı

Oruc qüvvətli edər həm cismi, həm də canı

Təmizlə damarda qanı, işıqlandır zəkamı

Yandır günahlarımı, sən ey ayların sultanı!

İki halda keçirər oruc tutan xoş halı-

Biri Qiyamət günündə, biri iftar zamanı.

Səni düzgün yaşayan büdrəməz, keçər Siratı

Yandır günahlarımı, sən ey ayların sultanı!

Gecələrin ən üstünü səndə tapıbdır qərarı,

Bu gecədə bağışlayar Rəbbimiz tövbəkarı,

Vasitənlə imzalanıb bir çox əvflərin fərmanı

Yandır günahlarımı, sən ey ayların sultanı!

Həsənin təvəllüd ayı, Əlinin şəhadət ayı,

Son cümən Qüdsü yad edir, müsəlmanın vəhdət ayı,

Ürək edincə tövbəni, dil deyincə istiğfarı

Yandır günahlarımı, sən ey ayların sultanı!

Fəqirə ruzi yetirən Ğəninin ziyafət ayı,

Məxluqun gecə və gündüz Xaliqə ibadət ayı,

Fürsət düşüb, açıqkən üzümə cənnət qapıları

Yandır günahlarımı, sən ey ayların sultanı!
Günel Hüseynli,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Öz gücünə inan!

(Fələstin və Qarabağ həsrəti)

Qüds günü – bir ümubəşəri gündür. Bu gün təkcə Fələstin xalqına məxsus deyil. Bu gün – bütün haqqı tapdalanmışların zülmkarlara qarşı müqavimət göstərməsinin simvoludur.
Bu gündə İslam yenidən həyata dönməlidir. Bu gündə müsəlmanlar ayılmalı, maddi və mənəvi qüdrətlərini dirçəltməlidirlər. Bir milyard əhalisi olan İslam, Allah Təalanın himayədarlığına malik olan müsəlmanlar nədən qorxmalıdırlar?

Bu gün Qüds günüdür. Bütün dünya müsəlmanlarını mübarək ayın sonuncu cüməsində düşmənə qarşı birləşdirən bir gün. Müsəlmanlara öz tarixi köklərini, ata-babalarının şücaətlərini xatırladan, onlara öz qüvvələrinə inam bəxş edərək, İslam dininin qüdrətini tanıtdıraraq mənəvi silah verən bir gün. Qüds harayı - müsəlmanlar arasında İslam körpüsü salaraq onları bir bayraq altinda birləşdirən vəhdət çağırışıdır.

Qüdsün tarixinə nəzər salaq. Qüds faciəsi İsrailin təcavüzkar, mənfur siyasətinə dayanır. İsrail on illərcə böyük bir milləti işğal altinda yaşamağa məcbur edən bir rejimdir. 1948-ci ildə Fələstin torpaqlarının böyük bir qismini işğal etmiş, fələstinlilərin bir qismini öz müstəmləkəsi altında yaşamağa məruz qoymuş, bir qismini sürgün etmiş, bir qismini isə öldürmüşdür. 1967-ci ildə isə Fələstin torpaqları bütünlüklə İsrailin işgalı altına girmışdir. Bundan əlavə İsrail Misirin, Suriyanın, Livanın torpaqlarının bir qismini də işğal etmiş, illər boyu bu torpaqlardan cəkilməmişdir. Ümumiyyətlə, dünyanın dördüncü böyük ordu gücünə sahib olan sionist rejimi tarix boyu faşist rejimlərinə dəstək olmuş, hər zaman əli qanlı diktatorların müttəfiqi olmuşdur. İkiüzlü İsrail bir tərəfdən təcavüzkar, irqçi, işğalçı kimi tanınsa da, digər tərəfdən özü üçün “məzlumların sığınacağı” imicini də yaradır. Rəsmi ideologiyası sionizm olan bu iyrənc rejim Fələstin torpaqlarında «müqəddəs terror», «müqəddəs işgəncə» siyasəti aparır. Təkcə 1987-1993 illər dönəmində İsrail tərəfindən 1283 fələstinli öldürülmüs, 130 472 nəfər xəstəxanaya yatırılacaq dərəcədə yaralanmıs, 481 nəfər sürgün edilmiş, 22 088 insan həbsxanalara atılmışdır. 1995-ci ilin ortalarında tarixçilər tərəfindən ortaya cıxan “Çöl və alovlar içində“ adlı kitabda 1948, 1956 və 1967-dəki ərəb-Israil döyüşlərində İsrail ordusu tərəfindən əsirlərə inanılmaz işgəncələr verildiyi barədə faktlar gətirilmişdir. Əsir götürülən əsgərlərin gözləri sigaretlə oyulmus, bədənlərinin ayrı-ayrı üzvləri kəsilərək dozülməz ağrılara məruz qalmışdır.

Burada vacib olan bir nöqtə var. İsrail rejimi bu terror və işgəncəni yalnız pragmatik olaraq deyil, müqəddəs bir missiya olaraq göstərməkdədir. Guya İsrailin terroru yəhudi dini qaynaqları tərəfindən əmr edilir. „Mən Tanrının seçilmiş, ən üstün qövmüyəm“ - deyə özünü həyasızcasına haqlı sayan sionistlər öz “müqəddəs terror“larına teoloji bir don geydirərək işğallarını dini bir siyasət adı altında davam etdirməkdədirlər. Elə bu səbəbdən də təcavüz, işgal, nifrət və sionizm bir-birindən ayrılmaz məfhumlardır.

Bu savaş bizim üçün heç də yad olmayan, əksinə bir cox əlamətlərindən cox tanış gələn bir savaşdır. Bizim də Qarabağ adlı bir dərdimiz, İsrail kimi işğalçı, təcavüzkar, alçaq siyasət yürüdən bir düşmənimiz var. Bu iki cinayətkar rejimin qondarma soyqırım siyasəti, əsirlərə amansız işgəncə vermək, özgə torpaqlarını zəbt edib əhalisini kütləvi şəkildə qırmaq kimi ortaq cəhətləri, hər ikisinin də müsəlmanlara, İslama nifrəti və ədavəti var.

Nə etməli? Ümmət olaraq bizim böyük bir nicat ünvanımız var. İstənilən halda bizim „nə etməlimiz“ bizlər üçün təqdim olunmuşdur. „Sizə qarşı vuruşanlarla siz də vuruşun!“ -deyir Müqəddəs Kitabımız. Keçmişimiz Aşura kimi mərdlik və şücaət məktəbinə, gələcəyimiz „zühura inam“ kimi ümidə söykənir. Bizim Bədr döyüşü kimi „Allah yolunda“ niyyətilə qələbə calmağın mümkünlüyünü sübut edən möcüzəvi bir döyüş nümunəmiz var. Bu qüvvətli mənəvi silahlar güclü və sarsılmaz ordulardan qat-qat böyük qüdrətə malikdirlər. Cünki, bu silahlar ilahi bir qüdrətə, ilahi bir vəzifəyə və tapşırığa söykənir.

Odur ki, müsəlmanların ilk qibləsi - müqəddəs Qüdsün, Fələstin torpaqlarının yadelli işğalçıların ayaqları altında tapdalanması hər bir müsəlman üçün ürək yanğısı olmaqla bərabər, eyni zamanda vicdan təbili, müqəddəs bir xatırlamadır.

Bu gün Qüds günüdür. Bu gün haqqımız olan torpaqlarımıza sahib çıxmaq üçün birləşmək günüdür. Hər bir müsəlmanın Allah və öz vicdanı qarşısında olan mühüm vəzifəsini icra etmək üçün dunyanın istənilən yerindən Qüds harayına hay vermək günüdür. Bü gün düşmən bombalarıyla ambulanslar içində parçalanan gözüyaşlı Fələstın körpələrinin, dəhşətli işgəncələrlə qətlə yetirilən Xocalı şəhidlərinin, öz doğma yurdlarından didərgin düşmüş bütün məzlumların qisasını alma günüdür. Bügün bizim olub, amma bizdə olmayanları – Fələstini, Qarabağı yada salıb öz kimliyimizi xatirlama günüdür.

Ey müsəlman, onları unutma. Buna haqqın yoxdur. Onları unutsan öz kimliyini unutmuş olarsan. Sən güclusən. Cünki gücün Haqqa bağlıdır. Öz gücünə inan!

Günel Hüseynli,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Yeni iliniz mübarək!

Bismilləhir-Rahmənir-Rahim!

Yəqin ki çoxlarınız deyəcəksiniz “bu nə danışır, nə yeni il, sentyabr hara, yeni il hara”, ən təmkinliniz isə “yəqin nəsə dinlə əlaqəqar dindarlar yenə nəyi isə qeyd edirlər” deyəcəkdir. Əvvəla onu deyim ki, nə hamımızın istifadə etdiyi günəş təqvimi olan miladi, nə ay təqvimi olan qəməri, nə təbiət, nə dini, nə qeyri-dini, nə də hər hansı bir başqa təqvimlə il təhvil verilmədi bu günlərdə. Bəs nə baş verdi? Hansı yeni ildən gedir söhbət? Söhbət mahiyyətcə yeni ildən gedir. Yəni nə?

Hər il dekabrn 31-dən yanvarın 1-nə keçən gecə bütün dünyada, çox təəssüflər olsun ki, həmçinin bizim məmləkətdə də şıdırğı bir gecə yaşanır. Düşünməyin ki, bu günün qeyd olunması ilə əlaqədar nəsə bir problemim var. Xeyir, belə deyil. Yeni ilin qeyd olunmasına da bəlkə də pis baxmıram. Yuxarıdaki cümlədə qeyd olunan “təəssüflər olsun ki” ifadəsi ancaq özümüzə aiddir. Niyə? İzah edim. Bütün dünyada (dünya dedikdə də əsasən Qərb, xristian ölkələri nəzərdə tutulur, bu mənim cümləmdə belə deyil, hamımız dünya deyəndə onları nəzərdə tuturuq, bəlkə dünyaya baxanda digər dövlətlər gözə görünmədiyindən, bəlkə də hər hansısa başqa bir səbəbdən bilmirəm - bu ayrı geniş bir mövzudur, qoyaq kənara), ancaq bu belədir) insanların malik olduqları dəyər bəlkə elə budur. Bu səbəbdən “təəssüflər olsun ki” ifadəsi onların öz dəyərlər sisteminin əsasını təşkil edən bayramlarına bağlılıqlarına aid edilmir. Ancaq bir azərbaycanlının dekabrn 31-dən yanvarın 1-nə keçən gecə “mütləq qəbul olunacaq dilək” tutmaq üçün saat 12-ni gözləməsi və “ili necə qarşılayarsan, elə də keçirərsən” kimi bir əqidə bəsləyib onu bu cür yaşatması doğrudan da çox təəsüf doğurucudur. Gəldik məsələnin özünə.

Valideyinlərindən, qohum-əqrabasından, dost-tanışından, qonum-qonşudan, vətənindən ayrı salınmış bir uşaq kimi, kim nə sırıyır gəbul eləmişik, unutmuşuq nəsil-nəcabətimizi, vətənimizin şirin qoxusunu, unutmuşuq özümüzü. Bizə deyillər sən busan, belə olmalısan - biz də qəbul eləyirik. Deyirlər noolsun ki, sən müsəlmansan, adam müsalman da olar, amma içki də içər, digər müsalmançılığa zidd olan qələtləri də eləyər, əqidəsinə daban-dabana zidd həyat tərzi də sürər. Bunların hamısı, özümüz də fərginə varmadan, həyata keçirilir. Dilimizdəki ilə əməllərimizin düz gəlməməyi, bunun doğru olmadığını bildiyimiz xəstəlik yaradıb bizlərdə. İkiüzlülük xəstəliyidir bu xəstəlik. Xəstə, məriz adam necə inkişaf edə bilər? Bu üzdən zəif düşüb, zəlil olb qul olmuşuq nəfsimizə, əsarətə düşmüşük, hakim olub əcnəbilər bizlərə.

Amma çox mehribandır böyük Allah! Nəyəsə nail olmağın, nəyəsə çatmağın, əldə etməyin ümumi qaydaları ilə yanaşı, qısa keçidlər qoyub bəşərə lətif Allah. Hər şeyə qadir olan Allah bir vücudi pəncərə qoyub ki, bu da Qədr gecəsidir. “Bir gecə zəhmət çəkin, min ay zəhmətdən artığının əvəzini verim sizə. Bir gecə zəhmət çəkin, il boyu səbəblər verim sizə. İşlərinizin xoş nəticələri üçün, bir gecə zəhmət çəkin, bir illik taleyinizi zaminə alın” demiş rəhman Allah! Taleyimizi öz əllərimizə vermiş adil Allah. Məgər ilin başlanğıcı deyilmi bu? Çoxumuz sahib çıxıb öz həqiqi dəyərlərimizə, durub taleyimizin dəyişməsini istəsək qadir Allahdan, dəyişməzmi taleyi saydaşlarımızın, dindaşlarımızın, Qarabağımızın, Qüdsümüzün?

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

RAMAZAN AYI: RUHUN CİSMƏ QƏLƏBƏSİ

Bismilləhir - Rahmənir - Rahim!

Müsəlmanlarin, möminlərin İlahi övliyaların səbirsizliklə, xüsusi şövq və sevinclə gözlədikləri ayın – Ayların sultanının – RAMAZAN ayının hilalı görünməklə hər yanı öz nurani ruhiyyə və mənəvi ab-havası ilə əhatə etmış oldu. Hər il olduğu kimi, bu il də etiqadlılar – UCA RƏBBİN ilahi ziyafətinə dəvət alanlar bu ilahi feyzi və rəhməti vücudlarinda, qəlblərində, ruhi-mənəvi durumlarında hiss etməkdədirlər. Xaliqinin – onu yaradanin cağırışına cavab verənlər – məhz onlar layiq görülüblər bu mənəvi ilahi süfrənin ətrafına toplaşmaqla, madiyyat çevrəsindən uzaqlaşıb, sonsuz mənəviyyat çeşməsindən sirab olmağa. Əslində xüsusi hazırlıqlar hələ öncəki aylardan, həftələrdən başlamış müəyyən ibadətlərlə, dualarla, zikrlərlə əziz qonağın qarşılanmasına hazırlıqlar görülmüşdür. Hər kəs bacardığı qədər özünü təmizləyərək, mənəvi durumunu müsbətə doğru dəyişərək, təmiz halda bu aya daxil olmağa, bu ayin ziyarətçisi olmağa calışmışdır.

Və budur – artıq sonsuz rəhmət, bərəkət, məğfirət və xüsusi özəlliklər, üstünlüklər və faydalar vəd edən Mübarək Ramazana - ALLAH qonaqlığına təşrif buyurmuşuq. Hər saniyəsini, dəqiqəsini, saatını, gününü fürsət bilənlər elə ilk gündən etibarən bir il ərzində həsrətində olduqları şərafətli ayın sonsuz imkanlarından, bənzərsiz lütflərindən bəhrələnib YARADANIN bu qismətinə urək dolusu şükürlər etməkdədirlər. Mübarək ayın əhatə dairəsi özü qədər sonsuz və nəhayətsizdir. Xüsusən də onun insan ruhu, mənəviyyatı, daxili aləmi ilə harmonik və qırılmaz əlaqəsi vardır. Bu ay insanı öz RƏBBİNƏ qovuşduran, Ona mənən yaxın edən, ruhunu paklandıran, onu göylərə, mələkut aləmindən də uca məqamlara yüksəldən, onun kim olduğunu, nə etməli olduğunu və ən əsası – onu öz fitrətinə, öz əvvəlinə, öz ilkinə qaytaran ilahi bir vasitədir. Bir növ ruhun cismə qalib gəlməsini, ondan üstünlüyünü, aliliyini, əbədiliyini göstərən, həmçinin ən ali varlıq olan insanın təkcə cisimdən ibarət olmadığını və daim öz ruhuna xidmət etməli olduğunu sübuta yetirən ilahi bir nemətdir. Bu ay ruhu cismə deyil, RƏBBƏ tərəf yönəldən, onu öz məcrasına istiqamətləndirən və cismlə bir vəhdətdə aləmləri fəth etmək üçün misilsiz bir imkandir.

Ruh və Cisim – yaranandan bəri daim təzad təşkil edən və bir-birinə qarşı amansiz mübarizə aparan iki müxtəlif məfhum. Biri maddiyyata, digəri mənəviyyata yönəlı, biri heyvani xislətə və ondan da aşağı endirən, digəri ucaldan, insanlığın fövqünə və bəndəliyin zirvəsinə yüksəldən, biri süni və ötəri ləzzətləri qabardan, digəri əbədi nemətə və daimi rəhmətə təminat verən. Budur insan övladının həyatı boyu seçim etməlı olduğu təzadlı məfhumlar. Və həqiqətdə bu mübarizə meydanının qalibi elə onun öz seçiminə, iradəsinə bağlı olan bir məsələdir.

Ruhun da cisim təki oz meylləri, təmayülləri və ehtiyacları vardir. Bunlar zaman-zaman ödənməli, cismin ehtiyacları arasinda itib-batmamalı, ruhun məhvinə imkan verilməməlidir. Cismin ehtiyaclarını azaltmaqla, nəfsi istəkləri cilovlamaqla, ruhu cilalamaq, onun diriliyini, varlığını təmin etmək olur ki, bu da Xaliqin əta etdiyi oruc ehsanı ilə reallaşır. Bu yolla qida və digər ləzzətlərdən məhrum olaraq, böyük maneələri dəf edərək insan ruhu mənəvi qida alıb, həyatı boyu hec vaxt bu qədər yaxin olmadığı ALLAHına yönəlir.

Əvvəlki aylarda cismin qidalanması, halal ləzzətlərdən istifadə etməsi insanın ibadətində, fəaliyyətində ona yardımçı olursa, bu ayda aldığı ruhi qida isə ona ibadəti və fəaliyyətinin mənəvi tərəfinin əsl mahiyyətini, məramını acıb göstərir. Aldiği bu qidadan qildığı namazların, etdiyi duaların, söylədiyi zikrlərin keyfiyyəti dəyişr, əsl hədəfi müəyyənləşir və bu artıq mənəvi ləzzətlərin başlanğıcı olur. Onsuz da insan oruc tutarkən ac qalmır, müəyyən vaxt kəsimindən sonra iftar edir, qidalanır və müəyyən ehtiyaclarını təmin edir. Lakin bu istifadənin şükrü başqa olur, nemətin dəyəri, qiyməti başqa olur, ondan alınan ləzzət başqa olur və bununla da ona əta edilən hər bir ehsanın fərqinə varır. Bununla da bir həqiqət üzə çixir: özünə, cisminə, nəfsinə elə özü, fitrəti, ruhu qalib gəlır. Təmiz qələbənin gətirdiyi sevinc sonda bir bayramla qeyd olunur. Əlbəttə bu ömürlük qələbə olmasa da, bir RAMAZAN ayı qədər qələbəyə atılan bir addımdır. Həyat səhnəsinin son qələbəsi də məhz bu qələbədən – ruhun cisim üzərindəki qələbəsindən qaynaqlanır.

Əli Ağayarov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Qüdsə dəstək günü

Fələstin. Qüds. Məscidül-Əqsa. Hər birimizə, hər müsəlmana bu sözlər nə qədər doğmadır... Eləcə də yaralı yerimiz, dərd ünvanımızdır. Bu gün dünyada Qüdslə əlaqəli olan Fələstin problemi əzilmişliyin, haqqı tapdanmışlığın simvolu kimi qəbul edilir.

Artıq müsəlmanlar hər il Ramazan ayının son cümə gününü “Qüds günü” kimi qeyd edir, bununla da Fələstində illərdir davam edən sionist cinayətlərin və qətliamların dayandırılması üçün Fələstinin yanında olduqlarını dünyaya hayqırır.

Hər gün KİV-də həyatını günahsız yerə itirən yüzlərlə fələstinli barədə dəfələrlə məlumatlarla rastlaşırıq. Bu gün fələstinlilərin öz vətənində yaşamaq haqları tanınmır, azadlıqlarına hörmət edilmir. Fələstin torpağında sionistlərin cinayətləri hesaba gəlmir. Müqəddəs məkan Qüds işğal altındadır. Həmin Qüds şəhəri ki, müsəlmanların ilk qibləgahı Məscidül-Əqsa oradadır. Həmin Qüds şəhəri ki, əziz peyğəmbərimiz Həzrət Muhəmməd (s) buradan, Məscidül-Əqsadan meraca yüksəlmişdir.

Təkcə müsəlmanlar üçün deyil, digər dinlər də Qüdsü digərindən az dəyərləndirmir. Əvvəllər burada müsəlman, xristian və yəhudi məhəlləsi sərhədlənməmişdi. Müsəlmanlara aid müqəddəs məkanların yəhudi və xristianlara aid müqəddəs məkanlarla qarma-qarışıq bir formada bir-birinin içində olması bu 3 dinin müqəddəs məkanlarının dəqiq cizgilərlə bir-birindən ayrılmasını çətinləşdirirdi. Bəs belə bir sülh ortamına malik bir şəhər indi niyə məzlumların ahı ilə dolub?

Tarixə nəzər salaq. 1947-ci ildə BMT Baş Məclisi ingilis idarəçiliyindən azad olmuş Fələstin ərazisində ərəb və yəhudi dövlətlərinin yaradılması, Qüdsün də BMT-nin nəzarəti altına verilməsi haqqında qərar qəbul etdi.1948-ci ildə Fələstin ərazisində İsrail rejiminin qurulması ilə birinci ərəb-İsrail müharibəsi baş verdi. İsrail Fələstin torpağı üçün «ayrılmış» ərazinin bir hissəsini işğal etdi. 1964-cü ildə Fələstin Azadlıq Təşkilatı yaradıldı. İsrailə qarşı xalq müqaviməti başlandı. İsrailin işğalları davam etdi. 1980-ci ildə İsrail daha da qabağa gedərək Qüds şəhərini özünün “vahid və bölünməz paytaxtı” elan etdi. 1996-ci ildə FAT ilə bağladığı Oslo sülhünə görə İsrail işğal etdiyi Fələstin ərazilərinin 30%-ni boşaltmağı öhdəsinə götürsə də, Qüdsün ərəblər yaşayan hissəsində yəhudi məskənləri salmağa (1997) başlaması münasibətləri yenidən gərginləşdirdi.

Sionistlər qanlı qırğınlar törətməyə davam edir, həqiqi mərmilərdən daşlara qarşı istifadə edir, tanklarla fələstinlilərə aid bölgələrə soxulur və yolları bağlayırlar. Hətta müqəddəs Qüds şəhərini yandırmışlar. Bu yanğında Məscidül-Əqsanın böyük bir bölümü ilə tarixi minbər də xarab olmuşdu. Digər tərəfdən 1968-ci ildən bu yana arxeoloji araşdırmalar bəhanəsiylə «qazıntı işləri» aparırlar. Əslində isə burada Məscidül-Əqsanı yıxıb yerində «Süleyman məbədi» inşa etmək istəyirlər.

Bütün dünya isə hər zaman olduğu kimi, hadisələri yalnız qınamaqla kifayətlənir. İsrail sionist rejimi isə BMT-nin bu müddət ərzində verdiyi 181, 242, 298, 338, 446 saylı qərarlarının heç birinə əməl etməyərək bu günə qədər işğal etdiyi əraziləri tərk etməkdən imtina edir. Əlbəttə, sionizmin bu cinayətləri dəstəksiz də deyildir. Quantanamo, Əbu-Qureyb və Avropanın gizli həbsxanalarında cinayət törədən, İraq və Fələstin xalqlarını təhqir edən, İraq və Əfqanıstanda müsəlmanların həyat və hüquqlarını heçə sayan qüvvələrin bu azğınlıqlarda rolu az deyildir.

Müqəddəs Ramazan ayında da ən azı dualarımızda fələstinliləri anmaq hamımıza etiqaddan gələn bir vəzifədir. Ən azı ona görə ki, Azərbaycanın da Qarabağ kimi bir ağrısı var və bu problemin də kökü sionizmin dünya ağalığı iddialarının erməni daşnakları tərəfindən dəstəklənməsindən rişələnir. Belə ki, Qarabağa təcavüz Qüdsün işğalının davamıdır.

Amma hər bir inanclı bilir ki, Fələstin xalqının hüquqlarına təcavüz etmək və onun doğma torpaqlarını qəsb etmək gec-tez məğlubiyyətə məhkumdur. Fələstin xalqının bugünkü qəhramanlığı və fədakarlığı qəsbkarların gələcəkdəki məğlubiyyəyindən xəbər verir.

Sonda islamın böyük mütəfəkkirlərin təbirincə desək, ”Haqq verilməz, alınar. Zülmkar heç kəsin haqqını verməz. Bu dünyanın əzəli qanunudur.” Uca Allahdan duamız budur ki, tezliklə Qarabağ və Qüdsdə azadlıq bayrağı dalğalansın.

Aynur Məmmədova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Qüds – tövhidə inancın əməli göstəricisi

İxtilaflar... İnsan həyatının qaçılmaz həqiqəti. Var bəzi insanlar ki, ixtilafları, ziddiyyətləri bəşəriyyətin tərəqqisinin özəyi hesab edirlər.

Çox- çox qədimlərdə yaşamış və öz dövrü üçün çox ali bir mətləbə toxunan Platon qeyd edirdi ki, insan həqiqi olmayan şeylərə aşiq ola bilmir. Yəni heç bir fenomen insan üçün öz cazibədarlığını qoruyub saxlaya bilmir. İnsan üçün arzu olan bu xoşagəlimli "həqiqətlər" dadıldıqdan sonra adiləşir. Və insan soyuyur. Əgər soyuyursa, deməli, o, keçici bir həqiqətdir – məcazdır. Zaman- zaman insan bu növ "həqiqətlər"in axtarışında olmuş, ona çatandan sonra yanıldığını anlamış və bir qədər əvvəl onunçün arzu olan bir fenomen artıq ona yorucu gəlməyə başlamış. Beləcə insan oğlu ömrünü tükətmiş.

Məhz buna görə insan əbədi yaşamaq meylindən heç vaxt usanmamış, çünki təcrübə etməmiş onu.

İxtilaflar da məhz bundan sonra başlamış. Kimiləri həqiqətlərini məcazla səhv salmış, kimilərini də məcazlar, maddi illüziyalar həqiqətə gedən yoldan sapdırmış. Allah da belələrini həp cəzalandırmış...

Bir zamanlar vahid bir güc olan müsəlmanlar məhz maddi illüziyaların gətirdiyi ixtilafların nəticəsində parçalandı. Və sanki, Allah da hər dəfəsində müsəlmana ixtilafından dolayı bir bəla göndərdi. Həzrət Peyğəmbərin (s) vəfatından sonra onların öz içlərindən zalım hökmdarlar, daha sonra məzhəb ixtilaflaına görə Xaç yürüşləri, daha sonra Teymurləng..., daha sonra sionizm, erməni vəhşilikləri, daha nələr, nələr ...

Bu ixtilaflardan (maddi illuziyalara aludəçilik ) biri də Fələstin torpaqlarında sioizm toxumlarını səpdi. Və artıq çox keçmədən bu toxumlar Qüds boyda "bəhrə" verdi. Müsəlmanlar ayılmaqdansa, onun həllində də ixtilafa düşdü. Misrin separatçı sulhə getməsi, İordaniyanın yaxasını çəkməsi, ərəb şeyxlərinin məlum özünüsığorta davranışları bu günədək sağalmaz bir yara açdı Müsəlman Şərqinin düz göbəyinin başında. Şeriyatına çox hörmət etdiyim M.Arazın dediyi kimi

Məndən ötdü!...

Məndən ötdü!...

Sevincə bax, qeyrətə bax!

Bunu yaran xilqətə bax!

Məndən ötdü!...

Qulağımdan getmir bu səs.

Zərbələri qardaşına ötürən kəs...

Görünür o zamanlar ərəb şeyxləri Misir, İordaniya nəinki Qurann «möminləri qoyub, kafirləri dost tutmayın» çağırışını unutmuşdular, ümumiyyətlə insan oğlunun bir cövhərdən yaranmış olduğunu unudan sionistlərin separatçı rejimini tanımaqla onlar kimi düşünürdülər əslində. Bu isə artıq tovhid məfkurəsindən çıxmaq demək idi.

Allah da belələrini unutqanlıqla cəzalandırdı…

Fələstin müsəlman unutqanlığının qurbanı oldu...

Qüds mübaliğəsiz tovhid inancının əməli müstəvidə göstəricisidir, müsəlman kimliyinin özüdür. Yəni Qüds həqiqi daşımasıyla bərabər, həm də rəmzi keyfiyyətləri özündə ehtiva edir. O, rəmzi keyfiyyətlər isə maddi illuziyaların gətirdiyi sərxoşluq, unutqanlıq, süstlük, Qarabağ, Kəşmir və digər müsəlman dərdləridir.

Amma bu yanaşmanın radiusu heç də müsəlmançılıqla məhdudlaşmır, əksinə, bura irqindən, dinindən, rəngindən aslı olmayaraq hər bir dünya insanına yönəldilmiş separatizm təhlükələri də daxildir. Çünki müsəlman insanlara bir cövhərdən yaranmış konsepsiyası ilə baxır…

Azər Nəsirov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Ramazan ayının sonsuz faydalarından bir zərrə

Müxtəlif xeyirləri və bərəkəti ilə faydalanmağı zəruri edən mübarək Ramazan ayı barədə deyilənlər, yazılanlar onu göstərdi ki, bu ay doğurdan da maddi və mənəvi olan qaçılmaz mənfəətlərlə zəngindir. Bu ayda insanın nəfəs alıb-verməsi zikr, yatması ibadət, ac qalması yüzlərlə xəstəliyin dərmanı və bir gün var ki, bu ayda min aydan daha xeyirli elə bunlar bəs edir ki, Ramazan ayının faydalarına sonsuz deyək. Yazını yazarkən yadıma bir hadisə düşdü və qərara aldım ki, bunu sizinlə bölüşüm. Universitetlərin birində komminizm ideologiyasının istiliyi hələ beynində soyumamış müəllimlərdən biri fəlsəfə dərsində muxtəlif dinlərdən danışır, İslam dininə çatanda deyir ki, müxtəlif dinlərdə olan ayinlər, hərəkətlər yoqalardakı kimi idman və sağlamlıq məqsədilə yerinə yetirilir. İslamın da namaz və oruc ayinləri sağlamlıq yaradan vasitələrdir. Nəə, belə deməkdə olsun fəlsəfə müəllimi, görək tələbələr nə deyir.

Bu söz tələbələr arasında ciddi etiraza səbəb olur. Amma birdən məlumatlı tələbələrdən biri yerindən qalxır və müəllimin dediyini təsdiqləyərək, «müəllim düz buyurur burda narahat olası nə var ki», deyə çaxnaşma yaradan bir bəyanat edir. İslamın qayda-qanunlarına yaxşı bələd olan və bunlara riayət edən tələbənin belə deməsi digər tələbələri şoka salır. Sözünə davam edərək deyir: Namaz qılmaq və oruc tutmaq insanın hər baxımdan sağlam və dərrakəli qalmasına səbəb olur, ancaq bu namazın, orucun insana verdiyi faydaların heç milyonda biri deyil. Bu sözlər auditoriyanın vəziyyətində əməlli-başdı dəyişiklik yaradır.

İndi bu mübarək Ramazan ayının yaratdığı faydalarının milyonda biri dediyimiz sağlamlığın çox kiçik bir hissəsinə toxunaq.

İnsanın ən ali və sirli şöbəsi onun psixoloji-ruhi vəziyyətidir. İnsan orqanlarını təşkil edən hüceyrələrin əsasını zülal, lipid, mineral birləşmələr təşkil edir. Bu hüceyrələrin mitoz bölünməsi nəticəsində orqanizmlərin bütövlüyü saxlanılır. Bu bölünmənin əsasında hüceyrənin nüvəsində yerləşən DNT zəncir halqası durur və genetik kodu özündə birləşdirir. DNT – zülali birləşmədir və amin turşularından təşkil olunub. 12 amin turşusundan zülali birləşmə əmələ gəlir. Bunların birləşməsi açar-qıfıl formasındadır. Alamin-Sitozin, Quanin-Timin turşularının birləşmə ardıcıllığı DNT-nin transpirasiyası zamanı bəzən bu ardıcılliq pozulur. Alamin Quaninlə, Timin isə Sitozinlə birləşərək orqanizm üçün yad zülal əmələ gətirir. Əgər bu yad zülal sinir hüceyrəsində əmələ gələrsə, bu insanın mərkəzi sinir sistemində patoloji dəyişikliklərə səbəb olur. Ümumiyyətlə, bütün orqanlarda yad zülal əmələ gələrsə, sinir ucluqları vasitəsilə mərkəzi sinir sistemində yerləşən sinir mərkəzinin və vegetetiv sinir sisteminin və periferik sinir mərkəzlərinin qıcıqlanmasına səbəb olur. Bu zaman potoloji psixi dəyişikliklərin əsasında dayanan hallüsinasiya halları baş verir. Yəni şəxsə elə gəlir ki, onu çağırırlar, dönüb çağıran adamı axtarır. Yaxud şəxs birdən-birə qəhqəhə çəkib gülür və onun gözlərinə gülməli səhnələr görünür. Bu cür xəstələri aylarla xəstəxanalarda müalicə edir, xəstəliyin epiologiyası bilinmədiyindən onları tam sağaltmaq olmur.

Amerika alimləri belə bir ekisperiment keçirmişlər. 178 sm boy, 70 kq çəkisi olan normal insan su içmək şərtilə 40 gün ac qalır. 40 gündən sonra isə onun sinir sistemində geridönməz proseslər baş verir. Alimlər müşahidə etmişlər ki, insanın qidalanmadığının beşinci günü bağırsaqlarda nəcis kütləsi tam boşalır, lakin buna baxmayaraq qırxıncı günə qədər isan nəcis ifraz edir. Bu nadir tapıntı təbabət elmində böyük bir dönüş idi, ona görə ki, indiyə qədər bağırsaqlarda yerləşən qovucuqların qidalı elementlərinin birtərəfli bağırsaqdan qana sovrulması funksiyasını qeyd edirlər. Alimlər bu eksperimenti daha da dərinləşdirərək yad zülalla əmələ gələn ruhi pozğunluğu olan şəxslərə bu eksperimenti tətbiq etmişlər və nəticədə 40 gündən sonra tam müalicə müşahidə olunmuşdur. Alimlər bunu onunla əlaqələndirirlər ki, bağırsaqlarda yerləşən qovucuqların funksiyası heç də birtərəfli deyildir, qan damarları bütün orqanlardan, mezodermal orqanlardan maddələr mübadiləsi nəticəsində hüceyrələrin işinə yaramayan molekulyar şlak maddələri osmotik təzyiq nəticəsində hüceyrə fenestrlərdən (pəncərələrdən) qan kapilyarlarına ötürür və şlak maddələr isə qan damarları vasitəsi ilə bağırsaqlara tökülür və nəticədə patoloji dəyişikliyə səbəb olmuş yad zülal da bu aclıq zamanı şlak maddəsi kimi bağırsaqlara gətirilib orqanizmdən xaric olur.

Bütün bu proseslər həmdə digər xəstəliklərin o cümlədən yorğunluq, halsızlıq, yaddaş zəifliyi kimi halların aradan qaldırılması üçün əvəssiz təsirə malikdir.

Xəstəlik cinayətdir, cinayətkar olmayın. Hər insan özünün həkimi olmalıdır. Uca Allah öz bəndəsini cinayətkarlıqdan, xəstə olmaqdan uzaq etmək üçün qaçılmaz imkanlar qoyub və sadəcə iradələrimizə sahib çıxmalıyıq.

Uca Allah bizlərə maddi və mənəvi sağlamlıqlarımıza sahib çıxmaqda və iradəli olmaqda bizlərdən Öz nəzərini əsgiltməsin. Amin.

Tural Ağamirzəzadə
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Qadının dəyəri

Dinimiz qadına bir bütövün yarısı nəzəriylə baxır. Qadın elə bir bütünün hissəsidir ki, digər hissənin işə yaraması üçün onun mövcudiyyəti şərtdir.

Yalnız xanımlar deyil, əslində kişilər də gerçək qiymətlərini və şəxsiyyətlərini İslamla tapmışlar. Peyğəmbərimiz (s) həqiqi kişiliyi zorbalıq, kobudluq və qabalıqda deyil, nəfsinə hakim olmaqda, comərdlikdə və fəzilətdə olduğunu göstərmişdir. Dinimizdə qadın eynilə kişi kimi ictimai həyatın bir parçası olaraq qəbul edilir. Onun fikri nəzərə alınar və onunla müşavirə edilər. Bunun praktikada ən gözəl nümunəsini də şəxsən kainatın fəxri - Həzrət Peyğəmbərimiz (s) vermişdir.

Onun ki, qarşısına çıxan bütün məsələ və problemlərin həllini birbaşa Allah tərəfindən həll edilmişdir. Bununla belə o Həzrət, çox vaxt həyat yoldaşıyla oturar və bir yoldaş kimi onunla bəzi məsələlərin müzakirəsini aparardı. Allah Rəsulunun (s) belə bir şeyə ehtiyacı yox idi, amma o, ümmətinə bir şey öyrətmək istəyirdi: Qadın o günə qədər olduğundan çox fərqli bir yerə oturdulacaqdı və Həzrət (s) həyatda bu əhəmiyyətli vəzifəni əmələn təmsil edirdi.

Quran əslində kimlərin qadına necə dəyər verdiyini açıq bir dillə izah edir. Ayələrə əsasən müşriklər qadına dəyər verməz, əksinə onu daima həqiqi dəyərindən dəfələrcə alçaltmışlar. Müqəddəs kitabımız bu haqda buyurur; "Dedilər ki: "Bu heyvanların qarınlarında olanlar yalnız kişilərimizə aiddir, qadınlarımıza isə haram buyurulmuşdur. Əgər (bala) ölü doğularsa, o zaman (qadın-kişi) hamısı onda ortaqdır". Allah bu dəyərləndirmənin cəzasını vərəcəkdir" («Ənam», 139). Başqa bir yerdə Allah müşriklərin qadına verdiyi dəyər haqda buyurur: "Onlardan biri qızla (övladı) müjdələndikdə qəzəblənərək üzləri qaralar. Özünə verilən müjdənin pisliyindən qövmündən gizlənər. Onu (körpə qız uşağını) alçalmış kimi yanında saxlasın, yoxsa torpağamı basdırsın! Baxın ki, verdikləri hökm nə qədər pisdir"! («Nəml», 58-59)

Müşriklərin qadına belə yanaşmasından tam fərqli olaraq İslam üzağardıcı, qəlbləraçıcı bir baxış, yanaşma təqdim etdi bəşərə. İslamı bu yanaşması ilə xilas etdi bəşəri qadina olan yalnış və həlakedici rəftarından. Qadını bir bütünün bərabər parçası olaraq təqdim edən İslam buyurur: "Onlar sizin üçün libas,geyim, sizdə onlar üçün libassız". («Bəqərə», 187).

Bir gün Əsma binti Umeys öz əri Cəfər ibn Əbutaliblə Həbəşistandan qayıdandan sonra Allahın Peyğəmbərinin (s) xanımlarının yanına gedib dedi: "Bizim (qadınlar) barəmizdə də Quranda bir şey varmı?" Dedilər: "Yox". Əsma Allahın Peyğəmbərinin (s) yanına gəlib ərz etdi: "Ey Allahın Peyğəmbəri (s), qadınlar məhrum və uduzmuşlardır". Allahın Rəsulu (s) buyurdu: "Nəyə görə"? Əsma dedi: "Çünki onları kişilər kimi yaxşılıqla xatırlamırlar". Sonra Allah-Təaladan bu ayə nazil olur: "Müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, itaətə davam edən kişilər və itaətə davam edən qadınlar, doğru kişilər və doğru qadınlar, səbr edən kişilər və səbr edən qadınlar, təvazökar kişilər və təvazökar qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, namuslarını qoruyan kişilər və (namuslarını) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və zikr edən qadınlar var ki, Allah məhz bunlar üçün bir məğfirət (bağışlanma) və böyük mükafat hazırlamışdır" («Əhzab», 35).

Bu hissələrdən hər biri digərinin həqiqi dəyərini tanıması baxımından əhəmiyyətli bir əsasdır. Əlverişli olar ki, Rəbbimizin qoyduğu ölçülərə riayət edilsin və tarazlıq üçün yaradılan bir şey tarazlığın əleyhində istismar edilməsin... Peyğəmbər (s) hərəkətləriylə qadınlara qarşı necə lütfkar davranırdısa, sözləriylə də həmişə bu şəkildə davranmağı təşviq edirdi. Bir hədisdə Həzrət (s) belə buyurur: "Möminlərin iman baxımından ən qüsursuzu əxlaqı ən gözəl olanıdır".

Digər hədisdə isə belə buyurur: "Əxlaqı ən gözəl olanınız da qadınlarınıza ən gözəl davrananlarınızdır".

Bir başqa yerdə buyurur: "Bəndənin imanı artdıqca, onun qadına olan sevgisi də artar".

İmam Cəfər Sadiq (ə) qadını sevməyin bəyənilməsi haqqında belə buyurur: "Qadın sevgisi peyğəmbərlərin əxlaqındandır".

Hədisləri çoxaltmaq da olar. Məlum olanı budur ki, qadınlıq o Həzrətin (s) nurlu bəyanlarıyla öz şərəfinin zəmanəti altına girmiş, o günə qədər ayaqlar altında tapdalanan, xor və alçaq bir varlıq olmaqdan xilas olmuşdur.

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Mənəvi xəstəlik -biganəlik və ya xəzinə dolu otaq

Mənəviyyat dolu abu-havası ilə süslənmiş Ramazan ayı sona yetməkdədir. Artıq günü-günə calayaraq arxada qoyuruq. Kimisi lazimı qədər faydalanır, kimisi isə fərqinə belə varmadan həyat dolu çeşmənin hər damlasında həyat iksiri olan çeşmənin ancaq şırıltısından zövq alır. Adətən nağıllarda xəzinə dolu otaqların qapısında «götürən də peşiman olacaq, götürməyən də» "yazısı yazılırdı. Səbəbi – götürən «niyə çox götürmədim» götürməyən də «niyə götürmədim» deyə təəssüf edəcək.

Bu mübarək aydan nələr qazana bilərik? Hərə öz kamalına uyğun olaraq bu aydan bəhrələnir. Kimisi bu ayı dünyasını qazanmaq üçün vasitə edir, kimisi isə əsl nəhayi kamala çatmaq üçün bu ayı fürsət bilir. Hədisi-Qüdsidə buyrulur: "Axirət məsələlərini qaydaya salın ki, Allah da sizin dünya işlərinizi qaydaya salsın".

Dünyanı bürümüş ekzistensiolizm dalğasi əslində insanların fitri oyanışıdlr. İnsan artıq cəmiyyətin ona təqdim etdiyi "dəyərləri" meyar olaraq qəbul etmək istəmir. O, vücudi problemlərin həllini axtarır. Xəstə cəmiyyətlərdə "palaza bürünüb el ilə sürünmək" istəmir. Dünyada «demokratiyanı bərqərar etmək» adı ilə yaranan müharibə ocaqlarına baxaraq başa düşür ki, insan tək maddi «Mən»indən ibarət deyil. İnsan içindəki boşluğun səbəbini öyrənmək istəyir. Bəli bu mənəvi xəstəlikləri Allah Təala ramazan ayında mualicəsi ücün təkrar olunmayacaq dərəcədə fürsətlər verib. Müalicə olunmaq istəyən insan bu ayda da bacarmayacaqsa, öz halına acısın. İlk öncə bu ayda müalicə olunası xəstəliklərin önündə biganəlik, etinasızlıq durur. Bu ay insana başa salır ki, unutduğun kimi gün olar ki, unudula bilərsən. Bumeranq kimi nə qədər sürətli atsan o qədər sürətli qayıdacaq.

İnsan əlindəki nemətləri paylaşdıqca nemətlər dəyər tapır. Qurani-Kərimdə mömünlər "onlara verilən nemətlərdən infaq edərlər" sifətilə vəsf olunub. Bu – bir meyardır. Etinasızlıq, cəmiyyəti fərdlərdən ibarət insan yığınağına çevirir. Əsl vücudi problemlərin həllində bu cür sadə görünən məsələlər durur.

Allah bizi bu cür xəstəliklərdən qorusun. Allahım, bizi bu ayda müalicə olunanlardan qərar ver! Bizi əsl hədəfimizdən –qürbi-İlahidən yayındıran xəstəliklərdən uzaq et! Amin.



Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

понедельник, октября 06, 2008

Ali təhsil alsınlarmı yoxsa başqa işlərin dalınca düşsünlər

Azərbaycan mühitində başlanğıcı gözəl və həvəslə olan, sonu isə bərbad olan çox qəribə bir adət formalaşmaqdadır. Belə ki, orta məktəbi qurtaran tələbələr, valideynlərinin güclə çatdıra bildikləri qaz pulu, işıq pulu, su pulu və digər ilbəil, hətta aybaay artmaqda olan kommunal xərclərin ağzından kəsib hazırlıq kurslarına, muəllimlərin yanına hazırlığa göndərdikləri həmin o tələbələr böyük ümidlərlə universitetlərə daxil olmaq üçün imtahan verirlər. Vay o haldan ki, kəsilsinlər. Bu vəziyyətdə bütün ümidləri alt-üst olur və bir daha bu barədə fikirləşmək belə istəmirlər. Çoxları orta təhsil səviyyəsində oxumaqda da lüzum görmür və qalan ömrünü necə işləyib pul qazanmaq barədə fikirləşməklə keçirir. Hətta oxuyanlara da deyirlər "niyə vaxtını boş-boşuna itirirsən", "oxuyanlar diplomunu evdə padnos kimi istifadə edirlər", "oxuyana iş nə gəzir, odur ee... filankəs heç yeri oxuyub-zad eləməyib, işləyir, yaxşı da pul qazanır" bu sözləri elə-belə demirəm, doğrudanda gənclərə mənfi təsirini qoyan belə sözlər toplumlarımızda tez-tez dilə gəlir. Hələ məhşur bir lətifə də var.

Belə bir lətifə var. Bir nəfər professr evinə santexnik çağırır. Bir balaca borunu sıxdıqdan sonra professor zəhmət haqqının nə qədər olduğunu soruşur. 150 manat deyincə professrın gözü kələsinə çıxmış vəziyyətdə bu mənim bir aylıq məvacibimdir deyir. Santexnik eynəyini aşağı sürüşdürüb mən də əvvəl professor olmuşam deyir. Professor-santexnikin qonorarı da müvafiq olmalıdır deyir.

Məhəlləmizdəki ağsaqqal Arif kişi də oxumaqdan söz düşəndə gileyli halda deyir: «Hə.. a bala oxumaq, ali təhsil almaq yaxşı şeydi, amma indiki dövran üçün yox. Oxudun gərək pulun ola, adamın ola, hətta adamının da adamı ola ki, əl-qol açıb iş görə biləsən. Yoxsa bilə-bilə ki, dişinlə, dırnağınla çalışıb çatdığın hədəfin arxası boşdu, ixtisasına uyğun iş tapa bilməyəcəksən – bu qədər əziyyət çəkməkdənsə get sənətdən-zaddan bir şey öyrən, sənətkar günortaya qədər ac qalar". Arif kişinin sözü məni çox düşünməyə vadar etmişdi və avtobusla yol boyu işə gedərkən ətrafda universitetlərdən əllərində kitab-dəftərlə çıxan bu tələbələrə nə qədər pul və "day-day" lazımdır ki, ixtisaslarına uyğun, regionlarına uyğun işə düzəlib işləsinlər, özlərinə gün ağlasınlar.

Bəlkə də heç oxuyub-zad eləməsinlər? Yox-yox, belə olsa nəinki cəmiyyətimiz, vətənimiz, ölkəmiz hətta bütün bəşərin mövcud olduğu, varlıq aləminin bulunduğu kainat uçuruma doğru sürüklənər. Qoy oxusunlar, heç olmasa mövcud durumu düzəltmək xatirinə, gələcəkdə övladlarının da bu çətinliklərlə qarşılaşmamaları üşün oxusunlar. Qoy islamın ilk kəlməsi olan və islamı üstün qılan "oxu, uca Rəbbinin adı ilə oxu" kəlməsi şüarımız olsun.





Tural Ağamirzəzadə

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi .

TƏRSƏMƏRS

Düşüncəsiz düşüncələr silsiləsindən

Hərdən öz millətimizlə başqa millətləri müqayisə edirəm. Bilmirəm bu adət məndə hardandı. Bəlkə də yaxşı ənənədi. Təkcə onu bilirəm ki, hər dəfə müqayisə edən də eyni nəticəyə gəlirəm. “Bizdən yoxdu”. Həqiqətən də bu belədi. Elə bil dünyanın seçmə komandasıyıq.

Bizim camaatın ən maraqlı cəhəti odur ki, çox şeyi, bəlkə də əksər şeyləri tərsəmərs başa düşür, anladır və yaşayır. Bu “qabiliyyət” nə inkişaf etmiş ölkələrdə, nə də ikişafdan qalmış ölkələrdə yoxdu. Əslındə heç ola da bilməz.

Adı götürək məmurların rüşvət alma mərasimlərini. Yox-yox tələsməyin. Mən demədim ki, bu zəhrimara qalmış rüşvət heç bir ölkədə yoxdu, təkcə bizdə var. Demək istədiyim odur ki, bu məsələ bizdə tərsəmərs başa düşülür. Neçə? Çox sadə. Elə onu demək kifayətdir ki, bizdə rüşvət almayan mənur axtarmaq samanlıqda iynə yox, iynənin onda birini axtarmağa bənziyir. Sabah vəzifəsinin ilk gününə çıxmaq istəyən bu günün adi vətəndaşı həmin geçəni yatmır. Ona görə yox ki, sabah işdə nə edəcək, işi nə tərzdə və keyfiyyətdə görəcəyini planlaşdırır. Yox . Ona görə ki, o necə rüşvət ala biləcəyini götür-qoy edir.

Dərd təkcə məmur dərdi deyil. Tələbə anlayışını da biz tərsəmərs başa düşürük. Mənim fikrimcə tələbə deyəndə ilk yada düşən təhsil, elm olmalıdı. Bizdə isə tələbə deyiləndə siqaret çəkən gənc, rüşvət verən “oxuyan”, dərsdən çox maşına maraq göstərən “formula-1”-çilər başa düşülür. Bu maraqları olmayan tələbəyə isə böyük bir təəccüblə baxılır. Ona kosmosdan gəlmiş, yad planetli adı verilir hətta.

Biz bəşərin inkişaf səbəbi olan kitab sözünü də tərsəmərs başa düşürük. Kitabı oxumaq üçün yox, daha unikal bir vasıtə kimi istifadə edirik. Məsələn, əgər sənin eyinin qapıları sərbəst açıq qala bilmirsə onda qalın bir kitab sənin köməyinə gəlir. Tez kitab rəfindən bir kitab (adətən bu kitab ensikopediya olur) götürüb qoyursan qapının arasına. Bununla da vəssalam. Bundan başqa, kitab və onun vərəqləri tum satanların da köməyinə çata bilir. Bir sözlə kitabı oxuma, necə istəyirsən o çür də istifadə et.

Bunları qoyaq bir kənara. Keçək əksəriyyətin istifadə elədiyi metroya. Dünyanın bir çox ölkəsin də metro var. Amma onların heç biri metronu bizim kimi tərsəmərs başa düşmür. Belə ki, hansı cəmiyyətdən olan adamlar ən ücüz nəqliyyat vasitəsinə belə “çıxış” hissəsindən girirlər. Bu qəbildən olan adamlar ya oxumağı bacarmır (halbuki, belə ola bilməz, çünki ən azından heç kəsin o qapıdan girmədiyini görürlər axı), ya da millətimin tərsəmərs camaatıdır.

Metro dedim yadıma düşdü. Bizim əslində metro deməyimizə baxma. Metro bizim üçün bir “korusel”di. Əgər belə olmasaydı maşınist iki stansiya arasında o boyda qatarı saxlayıb “a bala qapını burax” və ya “ axırıncı vaqon qapı ilə oynama” deməzdi. Nə isə. Birini qoyub keçək başqa məsələyə.

Avtobus məsələsində də heç yarımamışıq. Belə ki, avtobus deyəndə ya elə başa düşürük ki, bu dar və sıx ( bunlar sözlər eslində eyni məna verirlər. Sadəcə özüm bu çür işlədirəm ki, daha qüvvətli təsir edə bilim) dört təkərli nəqliyyatdı. Ya da bu elə altı təkərli nəqliyat vasitəsidir ki, onun içində futbol oynamaq olsun. Bir yanda ifrat, bir yanda təfrit. Yəqin ki, tərsəmərs olmağımızdan irəli gəlir.

Mənə isə maraqlı gələn odu ki, bizim bu tərsəmərsliyimiz ancaq özümüz üçündü. Heç bu tərsliyimizdən istifadə edib əlindən bir iş gəməyən və ancaq təklif verməyi bacaran ATƏT-in Minsk qrupunu ölkəmizdən qova bilmirik. Çünki, Qarabağ məsələsinin həll olmama səbəblərindən biri də məhz onlardılar. Yəqin öz xəstəliyimizi onlara da keçirmişik. Belə ki, onlar öz vəzifələrini tərsəmərs başa düşürlər. Elə bilirlər ki, onların əsas vəzifəsi burda, E(ə)rmənistanda və Qarabağda yeyib-içməkdən ibarətdi.

Sonda gərək sizinlə salamlaşam. Yox deyəsən salamı əvvəldə vermli idim. Yadımdan çıxdı. Bəlkə də heç məndə günah-zad yoxdu. Bu mənim ətrafımdakı tərsəmərsliyin mənə keçirdiyi xəstəlikdi. Gərək məni bağışlayasınız. Xəstəliyin özümə keçməsinə icazə verdiyim üçün....

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

BÖYÜL BRİTANİYADA İLK ŞƏRİƏT MƏHKƏMƏSİ RƏSMİ FƏALİYYƏTƏ BAŞLAYIB

Böyül Britaniyada ilk şəriət məhkəməsi rəsmi olaraq fəaliyyətə başlayıb. O, Uorvikşirin (Qeyd: Uorvikşir – İngiltərənin qərbə yaxın mərkəzi bölgələrindən biri, Uilyam Şekspirin vətəni) Müsəlman kolleci nəzdində fəaliyyət göstərir. Məhkəmə Nyu-İtonun Hicaz İslam universitetinin alim və hüquqşünasları tərəfindən təsis olununb və Böyük Britaniyanı ədliyyə sistemi ilə paralel olaraq fəaliyyət göstərməkdədir.

Bir neçə ay öncə Böyük Britaniyanın ədliyyə naziri Lord Filips şəriət məhkəməsinin Ingiltərədə fəaliyyət göstərməsinin mümkünlüyünə dair bəyanat verərək, mülki və ailə münaqişələrinin həlli yönündə şəriət məhkəməsinin fəaliyyət göstərməsində heç bir maneə görmədiyini bildirmişdi.

Müsəlman Arbitraj Məhkəməsi qeyri-rəsmi olaraq ötən ilin dekabrında açılıb və indiyə qədər 100-dən artıq mülki məhkəmə işinə baxmışdır. Hal-hazırda isə ona artıq rəsmi status verilib.

Şəriət məhkəməsi tərəfindən baxılan işlər sırasında irs üstündə məhkəmə çəkişməsi, qonşular arasında mübahisə və boşanma halları yer alıb.

Hicaz kollecinin rəhbəri və Şəriət məhkəməsinin bir çox işlərində hakimlik etmiş Feysəl Əqtab Siddiqinin bildirdiyinə görə, heç bir vətəndaş icbari şəkildə şəriət məhkəməsi ilə mühakimə oluna bilməz, lakin tərəflər könüllü surətdə məhkəməyə müraciət etdikləri təqdirdə İngilis qanunvericiliyinin dəstəklədiyi şəriət qərarına riayət etməli olacaqlar.

Şəriət məhkəməsi birinci instansiya kimi fəaliyyət göstərir və burada qəbul olunan qərarlar dairə (qraflıq) məhkəmə pristavı və ali məhkəmə şerifi (Ingiltərədə ədli vəzifələr) tərəfindən müdafiə olunur.

Qeyd etmək lazımdır ki, Böyük Britaniyada şəriət məhkəməsi kimi qeyri-ənənəvi hüquq sisteminin təsis olunması yeni hal deyil. Belə ki, burada artıq bir neçə ildir ki, yəhudi icmaları üçün ravvinlərin hakimlik etdikləri məhkəmələr fəaliyyət göstərir. (AZƏRTAC, TheMuslimWeekly)

Leyla Abbasova

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Bumlar ölkəsi - 4

Düzü bəlkə də fikirləşərsiz ki, bu mövzunun day şiti çıxdı. Bəri başdan istərdim sizi inandırım ki, belə deyil. Elə bu mövzunun müəllifinin dediyi kimi vallah bu cəmiyyətimizin yoluxduğu bir belə xəstəlikləri gördükdə insanın qəlbini lap bum götürür. Amma mənim bu mövzuda bir əks yönümlü fikirlərim var. Yəni, zənnimin verdiyi səlahiyyətlərə əsasən belə qənaətdəyəm ki, bu bumların bir yaxşı tərəfi də olur. Bu mənadan danışmaq istədiyim mövzu hər beş ildən bir guruldayan və səsi meydanlarımızdan tutmuş üzü Avropa şurasına qədər qulaqları cingildədən Seçki bumudur.

Nəhayət gözlədiyimiz bu bumun da vaxtı çatdı. Birdən fikirləşərsiz hardan xəbər tutdum. Əlbəttə, kiminsə seçkilər olacağından xəbər tutması möcüzəli məsələdir. Lakin sağlıqlarına, bu yaxınlarda axır ki, bizim də məhəlləmizə o namizədlərin şəkilləri üçün nəzərdə tutulan göy tablolardan vurdular. Bir ay qalmış bunu etdiləsə, yəgin Allah qoysa bir həftə qalmış sevimli namizədlərimizlə də tanış eliyərlər bizi. Amma vallah adamın özündən asılı deyil ee. Demişdim axı bu bumun yaxşı tərəflərindən danışmaq istəyirəm. Neynəyim, adamın heç yaxşı şeylərdən yazmağa əli gəlmir. Yaxşı, keçim əsas məsələyə.

Keçən dəfə elə bu mövzuda olan məqalə dərc edilmiş qəzet əlimdə minmişdim avtobusa. Məqalə o qədər maraqlı idi ki, heç nə baş verdiyini hiss etmirdim. Birdən yekunlaşanda, düzdü yer çətin məsələdi və şişirtmə olar, amma ayıldım ki, daha başım əvvəlki kimi avtobusun yuxarısına dəymir və adəti üzrə insanlar məni o tərəf bu tərəfə itələmirlər. Yəni canım sizə nə desin, avtobuslarımız böyüyüb. Elə sözü gedən avtobus ilə marşurutum üzrə hərəkət edirdim ki, gördüm bir yeni tikilmiş məktəbin qabağına yalan olmasın əlli nəfər toplaşıb. Sizcə niyə? Yox, hələ mitinqlər üçün tezdi. Həm də məktəbin qabağı bir az mitinqlərçin uyğun deyil (Onsuz da mitinq şövqündə olanlara bundan yaxşı yer təklif olunmur). Bu insanlar bələdiyyə işçiləri idi və təcili şəkildə məktəbin qabağına tökülüşüb yaşıl kollar əkirdilər.

Bu da yeni tikilən məktəblər. Hə, necədi? Bir az da irəliləmişdim, gördüm tikintisi yekunlaşdırılan körpünün altında da həmin bu zavallı kollardan əkirlər. Bir anlıq haşiyə çıxıb deyim niyə bunlarçun zavallı deyirəm. Adama deyərlər ay başına dönüm, öz ölkəmdə qalıb gül kimi yetişirəm də! Nədi axı mənə görə bu qədər pul ödəyib, mənçin uyğun olmayan iqlimə gətirirsən sonra da görünüş yaratmaqdan ötrü üç gün su verirsən vəssəlam. Sonra da qalır öz ümüdümə ki, nə qədər dözərəm. Pul xərcləməyə yeriniz yoxdur. Yazıq kollar da düşünür ki, day buradakı əhali ərəb şeyxləri kimi firavanlıqda yaşayır. Yox canım, dərdimiz nə idi axı?!

Nə isə, qayıdım ancaq yaxşılara. Nəhayət, düzdü, düşəcəyim dayanacaq çatmasa da, düşməli oldum. Bu da ona görə idi ki, qabaqda yeni su kəməri çəkirlər və təbiidir ki, bizim durbalar Avropa standardlarına cavab verməlidir. Buna görə də incəliklə işlənməli, yəni aşağısı buna bir-iki il vaxt sərf olunmalıdır. Bu vaxt ərzində də eybi yox, yollar iflic olmur, lap paraliç olsun.

Həm də avtobusun bir az aralı saxlaması mənim üçün xeyirli oldu. Deyim niyə. Xoşbəxtlikdən avtobus bir reklam lövhəsinin qarşısında saxladı. Avtobusdan düşüb bu lövhəyə baxanda qəlbim sevincdən elə bum elədi ki, axşamadək özümə gələ bimədim. Nəhayət türk telekanallarından Ramazan ayı boyunca görməyə adət etdiyimiz toblolardan bizdə də rast gəlindi. Bu tabloda müsəlman xalqımıza müqəddəs ay münasibətilə bir təbrik çatdırılırdı.

Göründüyü kimi bütün hər növ çətinliklərə baxmayaraq hər dəfə bu seçkilər yaxınlaşanda bütün quru unlara çörək bişirmək üçün su tökülür və üstəlik onu bişirmək üçün qaz da verilir. Yoxsa belə bir bum olmasa, yayda qaz olacaq, amma qızdırmağa su yox, qışda su olacaq, qızdırmağa qaz yox. Bir il nə qədər ki, bumdur kef elə ey millətim. Böyük avtobuslarda, yeni təmirdən çıxan metrolarda gəzəcəksən. Amma bir az ehtiyatlı olun. Yoxsa metroların bərpa proqramı bumu çərçivəsində aparılan təmirlər zamanı xalqımız tam da əziyyət çəkməsin deyə metrolar tamam qapadılmayıb. Bundan məmnun olan xalqımızın nümayəndələrindən bir neçəsi bu tikililərin altından keçəndə təmirin bəzi məmulatları başlarında bum elədi.

Eybi yox, tikintilər qurban tələb edir. Təki millətimiz “firavan” yaşasın. İrəli, xalqım mənim...

Nuran Mikayıloğlu

«Dəyərlər»

четверг, октября 02, 2008

İNTİZARınla və ya MÜNTƏZİRin DUASI

Gəl Mövlam, sənsiz olmur.

Gəl ki, iman çeşməsini cadar-cadar olmuş qəlblərə axıt, dodaqlar zikrinlə islansın.

Gəl ki, məsxərə edənləri rəzıl et, məsxərə olunanları əziz et…

Gəl ki, insaniyyət əsl hədəfini anlasın, qəlblər mütməin olsun.

Gəl ki, mehrab qanı yerdə qlmasın, əhdi pozanların burnunu yerə sürt.

Cəddin Rəsuli-Əkrəm buyurub: "Əsl yetim İmamından ayrı düşən və əli ona çatmayandır". Belə isə gəl ki, yetimlik damğasını götür üstümüzdən.

Gəl ki, pünhan qəbri tanıtdır bizlərə, Ya Mövla. Ona şəhid uşaqlardan, məhbəsdəki müntəzirlərdən, xaraba qalan müsəlman torpaqlarından, qıfıl vurulmuş məscidlərdən xəbər verək.

Başqa kimimiz var ki?!!!

Mövlam, gəl ki, qəsb olunmuş Məscidul-Əqsada, Fələstində, İraqda, Qarabağda və digər müsəlman torpaqlarında daima azan səsi ucalsın.

Mövlam, sənin həsrətinlə neçə-neçə müntəzirlərin gözü yolda qalıb. Dilində adın, qəlbində həsrətin dünyadan köçüblər. Hər cüməni qurtuluş cüməsi kimi gözləyiblər. Hər dəfə Ərafatda gözləri səni gəzib. Kərbəla, Məşhəd, Nəcəf zəvvarlarından səndən soraq gözləyiblər.

Gəl Mövlam, sənsiz olmur.

Bəlkə də əsl müntəzir sənsən. Axı gəlişin insanların mərifətinə bağlıdır. Bəli əsl müntəzir sənsən. Çünki sən demisən: "Mənim zuhurum üçün dua edin, çünki sizin qurtuluşunuz ona bağlıdır". Sən bizi gözləyirsən. Qurtuluş cüməsinin əsl müntəziri sənsən.

Bəlkə də «bəsdirin keçici dünyaya baqi axirətdən çox bel bağladiniz» deyərək ali-Muhəmməd yetimlərinin oyanışını gözləyirsən.

Mövlam, qəflətimiz cürətimizə səbəb olub. Bunu etinasızlıq, saymamazlıq kimi qəbul etmə. "RABBƏNA LƏ TUAXİZNA ƏV NƏSİYNA ƏV ƏXTƏNA" («İlahi, bizi yanıldiqda və unutduqda cəzalandırma», «Bəqərə», 286) ayəsinə sığınırıq.

Gəl Mövlam! Alı Muhəmməd yetimlərini sənsiz qoyma.

Gəl Mövlam! Sənsiz olmur…

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Aromoterapiya hedislerimizdə

Tibb aləmində bir çox müalicə metodları mövcuddur və bu metodlar hər biri digərindən özünəməxsusluğu ilə fərqlənir. Bu cür müalicə üsullarından biri də aromoterapiyadır – qoxu ilə müalicə . Aromoterapiya müxtəlif efir yağlarından müalicə məqsədilə istifadə edilməsidir. Efir yağlarından istifadə insanın sağlamlığına və əhval-ruhiyyəsinə müsbət təsir göstərməklə yanaşı, immuniteti möhkəmləndirir, zehni itiləşdirir. Bu yağlar insanın dərisi üçün də xeyirlidir. Həmçinin efir yağlarından bir sıra keyfiyyətli kosmetik vasitələrin hazırlanmasında da istifadə olunur.

Qədim romalılar, misirlilər, yunanlar bütün həyatları boyu aromoterapiyanın faydalarından yaralanmışlar. Hətta bəzi bitkilərin istifdə texnalogiyası o dərəcədə ustalıqla həyata keçirilmişdir ki, hələ də dəyişikliklərə uğramamışdır.

Güllərin, otların, ağacların ətirləri onlarda efir yağlarının olmasından xəbər verir. Bu cür xoş ətir bitkilərdə efir yağı, qatranlı və ya yağlı maddələr hasil edən hüceyrələrin hesabına yaranır.

Heç bir yaranmışı, hətta gözlə gözlə zorla görünən böcəyi belə əbəs yerə yaratmayan Allah Təala çiçəkləri, gülləri, bitkiləri də gözəlliklərilə zinətləndirməklə bərabər, onlarda min bir dərdin dərmanını da qərar verdi. Məhz bu səbəbdən islamda olan hədis və rəvayətlərə nəzər saldıqda Məsumlarımızdan (ə) bu mövzuda xeyli sayda tövsiyələrin nəql olunduğunun şahidi oluruq. Hədislərdə qeyd olunan bitki yağlarının faydaları tibbin gəlib çatdığı bir çox faydalarla üst-üstə düşür.

Nümunə olaraq bənövşə yağını göstərmək olar. Hədislərə əsasən bu yağdan istifadə etmək göz ağrısı, baş ağrısı, dərrakənin itilənməsi, insanın bədən tempraturunun mövsümə uyğun tənzimlənməsi üçün olduqca faydalıdır. Mübarək hədislərimizdə küncüd, zanbaq, ban, zeytun və s. yağları da vurğulanmışdır.

Ban yağı hind fıstığından istehsal edilən yağdır. Bu yağ dəridə, xüsusən ayaqda olan çatlar üçün xeyirlidir, imuniteti yüksəltmək qüdrətinə malikdir. Küncüd yağı isə baş ağrılarının aradan getməsinə kömək edir. Hətta rəvayətdə var ki, Peyğəmbər (s) burnuna küncüd yağının damcıladılmasını sevirdi.

Zanbaq yağı da təkid olunan yağlardan biridir. Bəzi mütəxəssislərə görə zanbaq ağ yasəmən kimi də başa düşülür. Hədislərə əsasən, İmam Kazim (ə) və İmam Rza (ə) burunlarına bu yağdan damızdırardılar.

Zeytun yağının bir çox üstünlüklərə malik olduğu bəllidir. Rəvayətdə də gəlib ki, Peyğəmbər (s) Həzrət Əliyə (ə) bu yağdan istifadə etməyi məsləhət görüb və ondan istifadə edəndən iblisin 40 gün uzaq gəzməsini bildirib.

İstər hədislərdə, istərsə də tibb elmində bitkilərlə bağlı qeyd olunan məsləhətlər insanın həm cismi, həm də ruhi rahatlığını tənzimləyir. Sağlamlıq hər bir kəsə gərəkdir. Onu qorumaq üçün də İlahinin bizə bəxş etdiyi nemətlərdən faydalanaraq tövsiyə olunan göstərişlərə əməl etmək lazımdır.

Zemfira Nəsrullayeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

RAMAZAN ORUCU – TƏBABƏTİN DİLİ İLƏ

Müsəlman təqvimi ilə (Ay təqvimi) Ramazan ayı XI aydır. Bu ay 36 il müddətində dövr edərək öz bərəkəti ilə ilin hər 4 fəslinə qonaq olmuş olur. Bu sirkulyar dövr təbii ki, bəlli bir hikmətə dayanmaqdadır (Belə ki, əgər oruc tutulması Ay təqvimi deyil, Günəş təqvimi ilə olsaydı, o zaman yer kürəsinin bir yarımkürəsində yaşayan müsalmanlar qısa günlərdə, digər yarımkürədə yaşayanlar isə uzun günlərdə oruc tutmuş olarlardı).

Ramazan ayını ilin digər aylarından fərqləndirən özünəməxsus spesifikliyi vardır. Belə ki, bütün səmavi kitablar, o cümlədən Müqəddəs Qurani-Kərim məhz bu ayda nazil olmuşdur. Min aydan daha xeyirli olan Qədr gecəsi məhz bu ayın gecələrindən biridir. İslamın təməl ibadətlərindən biri olan orucun məhz Ramazan ayında tutulması vacib buyurulmuşdur. Qurani- Kərimin «Bəqərə» surəsinin 183-cü ayəsində bu barədə belə buyurulmuşdur: «Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi sizə də vacib edildi. Bəlkə pis əməllərdən çəkinəsiniz».

Oruc özü-özlüyündə bir ibadət olmaqla yanaşı, həm də maddi-mənəvi bir pəhrizdir. İnsan oruc tutarkən fiziki baxımdan ac qalaraq, öz əzalarını haram və pisliklərdən çəkindirəcək mənəvi bir toxluğa sahib çıxmalıdır.

Beləcə bu dini borcu yerinə yetirən insan öz şəxsiyyətini cilalayır, tərbiyələndirir. Bu yazıda siz insanı formalaşdıran və tərbiyələndirən bu dini vəzifənin yalnızca tibb və sağlamlıq baxımından əhəmiyyət və faydaları ilə tanış olmaq istəyirik.

Hər bir canlı orqanizm kimi insan orqanizmi də yaşamını təmin etmək üçün bir sıra funksiyaları - tənəffüs etmək, qidalanmaq, nəsil artırmaq və s. icra etmək məcburiyyətindədir. Bu və digər funksiyaların icrası üçün orqanizmin enerji hasilatı olmalıdır. Orqanizm özünə lazım enerjini kənardan vücuda qida şəklində daxil olan yağların, proteinlərin, karbohidratların parçalanmasından hasil etmiş olur. Buradan da qidalanma funksiyasının insan vücudu üçün necə əhəmiyyətli olduğu aydınlaşır. Təbii ki, burada söhbət nizamlı qidalanma tərzindən və normal qida rasionundan gedir. Onu da qeyd etmək yerinə düşərdi ki, orqanizmin daxili mühiti ilk olaraq qəbul edilən qidanın kəmiyyət və keyfiyyətindən asılıdır, bu da fərdlərin əqli-emosional durumuna, xarakterinə, cəmiyyətdəki aktivliyinə təbii olaraq təsir etmiş olur.

Ramazan ayının gəlişi ilə orqanizmin günlük qidalanma rejimində dəyişiklik baş verir. Yəni, vücudun günlük bəslənmə şəkli – qida qəbulu sayı birdən-birə dəyişir, günlük qidalanmanın 3 vaxtlıq pay bölgüsü 2 vaxta (obaşdan və iftar) dəyişmiş olur. Orqanizm gün ərzində, səhərdən axşama – ortalama 15 saat aclıq dövrü keçirir. Orucluğun ilk günlərində buna cavab olaraq orqanizmdə bir sıra fizioloji dəyişikliklər meydana gəlir. Bu dəyişikliklər kimi qanda şəkərin səviyyəsinin azalması, sistolik təzyiqin düşməsi, baş ağrısı, hərəkət azlığı, halsızlıq və s. göstərmək olar. Qeyd etdiyimiz kimi bu simptomlar ilk günlərdə müşahidə oluna bilər. Bir neçə gündən sonra orqanizmdən bu tərzdə qidalanma rejiminə adaptə olunması və qida qəbulunun korreksiyası ilə bu simptomlar keçib gedir. Oruc tutarkən bu cür rahatsızlıqların olmaması üçün qəbul edilən qidaya diqqət edilməli və xüsusilə də obaşdana qalxılmalıdır.

Obaşdana qalxmaq gün boyu gümrah olmaq deməkdir. Təəssüflə qeyd etməliyik ki, bir çoxları oruc tutarkən obaşdana qalxmamaq üçün axşam yatmazdan öncə aşırı həddə yemək yeyərək, mədəni yükləmiş olur. Bu isə ortalama 20 saat və daha çox müddətə ac qalınmasına və metabolizmin yavaşımasına səbəb olur. Buna müvafiq olaraq qanda şəkərin və qan təzyiqinin aşağı düşməsi müşahidə olunur. Ertəsi gün yenidən obaşdana qalxmadıqda metabolizmin sürətli daha da zəifləyir və sonuc olaraq xoşagəlməz simptomlar müşahidə oluna bilər.

Obaşdana istifadə edilən qidanın miqdar və çeşidinə diqqət yetirilməsi çox önəmlidir. Belə ki, çalışmaq lazımdır ki, obaşdana yağlı və ağır yeməklər əvəzinə yağlılıq faizi az, daha yüngül - amma yüksək kalorili, protein tərkibi və qan şəkərini çox yüksəltməyən kompleks şəkərlərdən ibarət bir menyu tərtib olunsun. Misal olaraq ağartı məhsulları – süd, xama, pendir, yumurta, zeytun, xurma, tərəvəz salatları, xəfif şorbalar, təbii şirələr və s. istifadə etmək daha məqsədə uyğun hesab edilir.

Bildiyiniz kimi orqanizmin günlük su ehtiyacı 2-2,5 lt-dir. Çalışmaq lazımdır ki, orqanizmin günlük su ehtiyacının çox hissəsi obaşdanda mənimsənilsin.

Yuxarıda qeyd etdiyimiz kimi, obaşdan iftara qədər olan vaxt kəsiyi 15 saatdır. Bu müddət ərzində orqanizmin enerjiyə olan tələbatı həm obaşdanda yediyi qidaların və həm də bədəndə depolaşan yağların parçalanmasından ayrılan enerji hesabına ödənilir. Bu isə 1500-2000 kKal bərabərdir. (Orqanizmdə depolaşmış bütün qida maddələrinin yəni, karbohidratların, proteinlərin, yağların tamamən yanmasından toplam 150000 kKal enerji ayrılır. Bu enerji hesabına bir insan heç bir şey yemədən yalnızca hərdənbir su içməklə 70-75 gün yaşaya bilər).

İftarı hissələrə ayırmaq - həzmə kömək etməkdir. İftar vaxtı birdən-birə çox yemək boş olan mədənin yüklənməsinə səbəb olur. Bu halda həzm prosesi çətinləşir, mədədə ağırlıq, göynəmə hissi, gəyirmə, bağırsaqlarda köp müşahidə olunur. Bütün bunların qarşısını almaq üçün yaxşı olar ki, iftar yeməyi hissələrə ayrılsın. Orucu xurma, zeytun, pomidor, yüngül şorba ilə açıb 15-20 dəqiqə fasilə vermək lazımdır.(Bu müddət ərzində şam namazı qılına bilər). 15-20 dəqiqəlik aradan sonra iftar yeməyi buğlama, ət soyutması bulyonu ilə birgə, dolma, səbzi, plov və s. kimi yeməklərlə davam etdirilə bilər. İftar menyusunda tam quru yeməklərin istifadəsi məsləhət görülmür. Həmçinin yeməkdən dərhal sonra çay və kofenin içilməsi də. Belə ki, çay və kofenin tərkibindəki kofein dəmirin mənimsənilməsinin qarşısını alır. Buna görə də çay, kofe yeməkdən 2 saat sonra içilməlidir. Yaxşı olar ki, çay keks, pirojna ilə deyil, meyvə quruları- kişmiş, xurma, qaysı, əncir qurusu ilə içilsin. Hər axşam 2-3 porsiya meyvə qəbulu günlük vitamin ehtiyacını ödəmiş olur. Meyvə qəbulu yatmazdan 1-1,5 saat əvvəl olmalıdır.

Yuxarıda deyilənlərə əsasən aşağıda sizə 1 gün üçün təqribi menyu nümunəsi təqdim edirik.

Obaşdan: Soyutma yumurta - 2 əd; İftar: Xurma (zeytun), maye;

Pomidor - 1əd; Tərəvəz salatı;

Pendir - 2-3 dilim; Ayran (qatıq);

Kərə yağı - 1-2 dilim; 15-20 dəq ara;

Çörək 1-2 dilim; Toyuq sousu, dolma kimi xörək;

Maye - çay, meyvə şirəsi, süd, su. 2 saat ara;

Çay;

Meyvə (yatmaqdan öncə).

Orucluğun başlanması ilə qəbul edilən qidanın miqdarının azalması, il boyu yüklənmiş olan orqan və sistemlərin işi yüngülləşmiş olur.

Oruc və həzm sistemi. Həzm sistemi orqanizmin ən işlək sistemidir. Ramazan ayının gəlişi ilə il boyu dayanmadan çalışan bu sistem istirahətə çəkilir. Mədə, bağırsaqlar və qara ciyərin işi azalır. Oruc ikən mədə toz qəbul edilən quru, istiotlu, qızartma xarakterli aqressiv qidaların təsirindən qorunmuş olduğundan, mədənin selikli qişası daha az zədələnir və selikli qişa öz-özünü bərpa etmək imkanı qazanır. Hiperasit durumlu mədənin turşu hasilatı azalır, ph-normallaşmış olur. Məhz bu səbəbdən də mədə xoralı xəstələr heç bir riskə getmədən oruclarını tuta bilərlər. Bunu isbatlamaq üçün 1997-ci ildə tunisli bir araşdırma qrupu 57 mədə xoralı xəstə üzərində təcrübə apararaq xəstələrin hər birinə hər gün 30 mg “lansaprarol” verilmişir. 57 xəstəninn 30-u oruc tutmuş, 27- i isə oruc tutmamışdır.Sonucda oruc tutmayanlarda effekt 88,8%, tutanlarda isə 90% effekt görülmüşdür. Yəni orucun tutulması xoralı xəstələrə pis təsir etməmiş, əksinə daha yaxşı effekt göstərmişdir.

Oruc və ürək-damar sistemi. Ölüm faizinə gorə ürək-damar xəstəlikləri birinci yerdədir. Ürək-damar patalogiyalarının əsas səbəbi isə damarların xolesterol və yağlarla girəcləşməsidir. Düzgün qidalanmamaq, həddən aşırı yağlı qidalar istifadə etmək (xüsusilə heyvani) damarlarda aterosklerotik dəyişikliklərin əmələ gəlməsinə səbəb olur. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, oruc halında yağ və lipidlərin səviyyəsi 515,8%dən 495.75%-ə enir.

Oruc və endokrin sistem. Araşdırmaların nəticəsində məlum olmuşdur ki, orqanizmin hormonal balansında elə bir ciddi dəyişiklik baş vermir. Məsələn: insulin hasilatında digər günlərlə müqayisədə elə böyük fərq görülmür.(Proceeding of the 2nd international congess on “Health and ramadan”. p.125. İstanbul 1997)

Oruc və sinir sistemi. Ramazanda oruc tutmaq, anlama, qavrama ilə əlaqəli fəaliyyətlərə zərər vermir. Orucun hafizəni və diqqəti azaltdığı bir cəhəti də yoxdur. Tam əksi olaraq orucun mənəvi havası stressi azalzır, insanı aqressiya yüklü davranışlardan çəkindirir. Bu ayda intiharların, intihar bənzəri davranışların azalmış olması buna açıq bir dəlildir.(Abstract book the Congress on health and ramadan, October, 2001, page 31.)

Oruc və hamiləlik. Hamilə və uşaqlarına süd verən oruc tutan müsəlman qadınlarla, hamilə olmayıb oruc tutan qadınların durumu müqaisə edilərək nə qadınların ümumi durumunda, nə də onların qanlarının biokimyəvi analizlərində elə bir ciddi bir fərq olmadığı aşkarlanmışdır.(Metabolic consequenes of fasting during ramadan in pregnat and lactating women. Hum. nutr. Clin. 1983).

Aygün Kərim
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

MƏKTƏBƏ GEDƏNLƏRİMİZ

(və ya məktəbə gedən yol bazardan keçir)

Budur, yay arxada qaldı. Növbəti dərs ili başlamaqdadır. Kimiləri birinci olduqlarından həvəslə onlar üçün təzə alınmış çantalarını götürüb dərsə yollanacaq. Kimisi də belinə bir qırxvərəqli dəftər taxıb üz tutacaq məktəbin həyətinə.

Şagird olanda ən çox sevdiyim vaxtlar bu vaxlar idi. Belə ki, dərs ilinin açılışına bir həftə qalmış anam əlimdən tutub məni bazara aparardı. Karandaş çərtəndən tutmuş köynəyədək hər şeyin təzəsin alıb evə qayıdardıq. Yadımdadır, o vaxt dərs başlayanadək mənə alınan təzə paltarları hər gün ən azı iki dəfə geyinib evin işində gəzərdim. Məktəblərin açılmağın həvəslə gözləyərdim ki, təzələrimi geyinib məktəbə gedim.

İndi də ətrafımdakı məktəblilərin həmin həyacanı və sevinci keçirdiyini görürəm. Ancaq görəsən valideyinlər necə? Onlar da yeni dərs ilinin açılmasına şagirdlər qədər sevinirlərmi?

Belə ki, necə ki, mən heç anamın pul kisəsin nəzərə almadan “bunu da al, bu da lazımdır” deyirdim. Və anam da mənim könlümü qırmamaq üçün nə istəsəm alırdı. Bu cür də indiki şagirdlər. Nə gördülər, istəyirlər. Özü də təzəsindən və yaxşısından. İndi gəl iyirmi birinci əsrin şagirdinə valideyinlik elə, görüm neçə edirsən.

Bazarlar da, maşaallah, qiymətlərin istisindən od tutub yanır. Qiymətlər şişib olub dağ boyda. Orta aylıq əmək haqqını götürüb bazara getsən, heç sənə salam da verməzlər. Uzağı üç-dörd dəftər, bir ucuzvarı çanta, bir də xırım-xırda – vəssalam. Evə gəlməyə yol pulun qalsa, böyük şeydi.

Adam bazardakı qiymətləri görəndə heç məktəbə getmək belə istəmir. Hələ mən hər gün bufet pulu, süpürgə pulu, zibil pulunu demirəm. Bunları qabaqcadan fikirləşən valideyn hələ yayın başlanmasından pul yığmaqla məşğuldu. Əgər bu valideyn müəllimdirsə, onda heç. Ta denən uşaq məktəbə zada getməsin dəəə.

Onları da qınamaq olur. Neyləsinlər axı? Bu cəmiyyətdə ən hörmətli peşə müəllimlikdi, onların da aldığı məvacıb yol polisinin bir günlük “qazancı”na bərabərdi. Hələ bəlkə də azdı. Həmən müəllim də oturub fikirləşir neyləyim-neyləyim, axırda məcbur olur əlavə məşğələ keçməyə. Və beləliklə öz yaşayışını təmin edir.

Şagirdlər də dərsdə öyrəndiyi “yüksək” bilikləri müəllim yanına getməklə möhkəmlədirlər. İndi Azərbaycanda müəllim yanına getmək moddur. Əgər sən onuncu və ya on birinci sinifdə oxuyursansa müəllim yanına getmirsənsə, deməli qlobal miqyaslı qəbahət bir iş görürsən. Bəlkə evinizə BMT-dən, ATƏT-dən zəng-zad da gəldi ki “a bala, sənə nə olub? Nəyə görə oturmusan evdə, hazırlığa getmirsən?”

Zarafat bir yana, müəllimlərin və şagirdlərin birgə “səyi” nəticəsində ölkədə bir düz-əməlli təhsil yoxdu. Kimisi bunu atır müəllimlərin məvacibinin üstünə, kimisi də kompüter, cib telefonlarının üstünə. Güya onlar şagirdlərə dərs oxumağa imkan vermir. Bu cür fikirləşənlərə demək istəyirəm ki, sizin o sevdiyiniz Qərbdə bunlardan “N” qədərdi. Özü də sənin uşağın hələ “klaviaturadakı” həriflərin yerini axtaranda, qərbdəkilər sayt-zad acırlar. Bu məntiqlə onlar “avaranın” böyüyü olmalıdılar. Amma olmurlar. Əvəzində Kembriç kimi təhsil oçağı meydana gəlir. Niyə? Çünki onlarda uşaq vaxtlarından dərsə həvəs oyadılır. Elə belə də olmalıdı.

Şagirddə dərsə həvəs olmaldı. Əgər dərsə həvəs olsa, o, mütləq bir təhər oxuyacaq. Bu həvəs də göydən düşmür, ailədən ötürülür. Əgər ailə uşağa düzgün istiqamət versə, onu elmə, təhsilə həvəsləndirsə, şagirdlərdə də həvəs olar.

Ailədə bu istiqamətin verilməsi üçün gərək onun təməlləri möhkəm olsun. Belə ki, dədə-babalarımızdan bizə ötürülən dəyərlərə sahib çıxsaq, təməli möhkəm ailə qurmaq mümkündür. Yoxsa ki, bu gün televizordan, küçədəki reklamlardakı şəkillərdən və s. gələn əxlaqsızlığı ailə evin yüxarı başına keçirirsə, onda nə sağlam ailədən, nə dərsə həvəskar şagirddən, nə də yüksək təhsildən danışmaq olmaz. Vallah olmaz.

Əgər mənə inanmırsınızsa, pəncərənin pərdəsini aralayıb bir küçəyə baxın. Onda nə dediyimi anlayacaqsınız....

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Vallah mən günahsızam

Ay qardaş, deyirəm insanları heç tanımaq olmur. Qardaş, hər gün rastlaşdığın, salam-sağolun olan insanlardan bir də görürsən elə hərəkətlər çıxır, qalırsan lap mat-məəttəl. De, qonşumuz Dayandur kişi. Hamının hörmətini, izzəttini qazanmış ağsaqqal. Bu kişi elə bir neçə qohum-əqrəbası ilə qonşu məhəllədə yaşayır. Keçən gün evə gəlirəm, nə görsəm yaxşıdır?! Yalan olmasın daha rayonun ən ali məmuru qalmamışdı ki, topalaşmasın onun blokunun ağzına. Day məmurlar, qonşular, jurnalistlərin əlindən tərpənmək mümkün deyil. Fikrimə elə gəldi ki, yəgin yazıq kişinin evində bir qəza baş verib. Sən demə bu kişi nə işlərdən çıxırmış?! Deyim siz də qulaq asın.

Bu ağsaqqal, sən demə evində elə bir həyati təhlükəli silahlardan istifadə edirmiş ki, bunların adını çəksəm dəhşətə gələcəksiz. Bundan xəbər tutan məmur yazıqlar da neyləsinlər?! Dərhal tökülüşüb baş verə biləcəklərin qarşısını alıblar. Sən bu yaşda bu kişinin istifadə etdiyi alətlərə bax. Məni ən çox bu alətlərdən narahat edəni bıçaq və baltalar oldu. Sən bu “radikal”da cəsarətə bir bax. Ay qardaş, adam da bu qədər qəddar olar ki, evində bıçaq saxlasın. Daha dözə bilmirəm, ee bu insanın hərəkətlərinə. Gəlsənə bütün üzə çıxarılmış silah-sursatı sayım. Özü də qeyd edim ki, o, bunları dediyim o binalarındakı qohumları ilə birgə toplayıb. Özünüzü hazırlayın və qorxmayın sayım. Deməli, Azərbaycanın xəritəsi, 2 və 5 manatlıq sim kart, iynə-sap, çəkmələr, özü də firminni, bir putulka yanacaq rəngində sok (sarı duşes), mişar, qısaqol köynək və daha nələr nələr. Ay başuva dönüm, ən dəhşətlisi, millət aclıq içində olduğu bir vaxtda bunlar birləşib qış üçün küllü miqdarda qida məhsulları tədarük ediblər.

Sən “yekəbaşlığa” bax. İndi ha qışqır mən terrorist deyiləm. Bu insan utanmayaraq üstəlik bir indiyədək özünü bizə dindar kimi göstərərək saqqal-zad da saxlayıb. Axtarış zamanı evindən lezva da tapılıb. Biabırçılığa bax! Kişi indiyədək süni saqqal taxırmış. Kişini maşına mindirərkən son söz olaraq qonşulara məsləhət verməyi də unutmayıb. “Camaat vallah mən terrorist deyiləm. Amma neyləyim nəfsimə qurban olub, lazımlı şeyləri tədarük etmişəm, inflasiyadan ötrü. Amma qoymadılar. Sizə məsləhətim budur ki, heç kəsin gözünə pis görsənməyin. Özünüzü gözləyin. Əlvida. Mənim də kitabım bağlandı”.

Adama deyərlər a kişi günahlı ola-ola bir yazıq sifəti də eliyirsən. Onsuz da daha sənə çarə bulunmayacaq.

NURAN MİKAYILOĞLU

«Dəyərlər»

Əli Həsən və Mərvan

O gün şəban ayının son günləri idi. Artıq mübarək Ramazan ayı öz rəhmət və bərəkəti ilə gəlməkdə idi. Şəbanın son günlərini əksər digər müsəlmanlar kimi Əli Həsən də adəti üzrə oruc tutmaqla başa vurub bu orucunu mübarək Ramazan ayının orucuna birləşdirərdi. O, inanclı bir adam olmaqla özünün gün-güzaranını, ailəsi və himayəsindəki valideynlərinin ruzisini odun yarıb satmaqla təmin edirdi.

Həmin gün həmişəki kimi Əli Həsən yenə ağzı oruclu yorğun-arğın meşədən evinə qayıdırdı. Gözlənilmədən bir dəstə meşəbəyi və köməkçiləri onun qarşısını kəsərək onunla “meşənin cunqliyası” adlanan talaya getməli olduğunu bildirdilər. Əli Həsən “Cunqliya qanunları”na bələd olduğundan bir söz demədən onlarla birlikdə yola düşdü. Talaya az qalmış onların başçısı Mərvan adlı meşəbəyidən soruşdu:

- Axı mən neyləmişəm, məni nə səbəbə “bu” talaya aparırsınız?

Dəsətənin başçısı Mərvan ona cavab verir:

- Sənin geyimin heç xoşumuza gəlmir. Hələ çiynindəki ipindən danışmıram.

Əli Həsən:

- Nə var geyimimdə? Bəlkə odunçunun çiynində ip gəzdirməsi qadağan-zaddır? Bunda ki, heç kim üçün bir problem yoxdur.

Mərvan:

- Sən də odunçusan və sənin də ipin var. Buna görə sən də bizim axtardığımız odunçulardansan.

Əli həsən:

- Düzdür odunçuyam, ipim də var. Axı bunların sizin axtardığınıza nə aidiyyəti? Mən sadə bir odunçuyam və bu yolla halal ruzimi qazanıram. Axı siz nə axtarırsınız ki, bunların ona da dəxliyyəti olsun? Axı nə olub?

Artıq suallardan hirslənmiş Mərvan qəzəblə cavab verir:

- Nə özünü xəbərsizliyə vurmusan? Meşənin “Səbər talası”nda ağacların budaqlarını kəsiblər. Bunu ancaq iplilər edə bilər. Sən də onlardansan. Məgər sən də Səbərdə odun yarmırsanmı?

Artıq indi nə baş verdiyini yavaş-yavaş anlamağa başlayan Əli Həsən bir qədər özünə gəlib deyir:

- Deyəsən indi başa düşürəm məndən nə istədiyinizi. Əvvəla, mən Səbər talasına getmirəm. Baxın, mənim ipim də ora gedənlərinki kimi uzun və səliqəsiz deyil. Mənim ora gedən odunçulara heç bir aidiyyətim yoxdur.

Bununla Əli Həsən elə zənn etmişdi ki, artıq Mərvangilin onunla işi olmaz və onu buraxarlar, gün boyu yorulmuş odunçu evinə qayıtsın. Lakin Əli Həsən öz zənnində olsun, görək Mərvan və dəstəsi nə edir. Mərvan Əli Həsənə bildirir ki, “Özünü darıxdırma, səninlə bir “xırda işimiz” olacaq. Onsuz da sənə uzun ip gərək deyil, sənin ipini bir qədər qısaldacayıq. Bunu sənə bir meşəbəyi kimi deyirəm, özün də etiraz-filan etmə. Sən ki, biz meşəbəyiləri tanıyırsan?!!!

Əli Həsən baxdı ki, etiraz etsə də bunu edəcəklər, etməsə də. Onlar artıq Cunqli talasına çatmışdılar. Burda Əli Həsən gördüyündən heyrətə gəlmişdi. Etirazçılardan birinin nəinki ipini qısaltmışdılar, hətta baltasını da əlindən almışdılar. Vəziyyətin çıxılmazlığını görən Əli Həsən qısaldılmış iplə “Cunqliya”nı tərk edərək kor-peşman evinə qayıtmalı oldu. Ax səni, indi bu qısa iplə şələni necə bağlayacaq…

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

İdman ölkəsi

2008-ci ildə keçirilən Pekin olimpiya oyunları tamamlandı, amma deyəsən bizdə davam edir. Bu qərara mən, sonunçu dəfə istirahətdə olduğum vaxt TV-də idmançılarımıza rəsmi hədiyyə vermə mərasiminə baxdıqda gəldim. Orda qeyri-adi bir söz eşitdim. Orada rəsmilərin dilindən «idman dövləti» sözü səsləndi. Vallah çox fikirləşdim, amma heç bir şey anlamadım ki, anlamadım.

Rus məktəbini bitirdiyimdən, belə hallar ilə rastlaşdıqda dərhal onu rus dilinə çevirib nə qədər doğru səslənməsini yoxlayıram. Əgər yadınızdadırsa, atalar misalı var «Gözüm səndən su içmir». Rus dilinə heç çürə həmin məna ilə səsləndirmək olmur. Eləcə də əksinə, rus dilində misal var ki, azərbayçan dilnə çevirmək olmur. Amma sən demə elə misallar var ki, nə o tərəflikdi, nə də ki bu tərəflik. Dəyəsən elə həmin söz birləşmələrindən biri də, «idman dövlətidir». Əgər rus dilinə çevirsək, «sport qosudarstva» səslənəcək, və yaxud «sportivnoye qosudarstvo». Amma yenə də bu söz birləşməsi heç bir məna kəsb etmir.

Əziz azərkeşlər! Gəlin yoxlayaq. Deyirəm bəlkə «İdman dövləti» bir misal olaraq lüğətmizə salınsın? Adətən söz ehtiyatın formalaşması, yeniləşməsi, əlavə olunmaları texnoloqiyanın inkişafı, tərəqqinin olması, yeni bir şeyin həyatmızda peyda olunması ilə əlaqələndirilir. Amma yenə də olimpiya oyunlarına biz əvvələrdə qatılmışıq. Əgər mən desəm, hamınız gülərsiniz, amma, təbii ki, rəsmilərin dili ilə «idman dövləti» ifadəsi əla səslənir. Onun pioneri var, deməli buna səbəb var.

Mənə elə gəlir ki, bu ifadədə bir-birinə zidd olan iki söz var. Mən «idman» sözünü eşidəndə, dərhal «idman zalı» sözü ilə yada salıram. Bəs siz necə, idman sözü deyiləndə nə yada salırsınız? Heç birinizin «Dövlət» sözü ilə yada salınanı varmı? İnanmazdım! Amma bundan sonra inanmaq lazımdır! «İdman» sözü deyləndə, adətən dediyim kimi, «idman zalı», «idman yarışı», «idman azərkeşi», yaxud «idman aləti» və sairə isimlər yadııma düşür. Lakin «Dövlət» deyildikdə, dərhal «hüquqi dövlət», «demokratik dövlət», «millətsevən dövlət» və sairə sözlər ilə bildirilir. Mənə elə qəlir ki. «idman dövləti» əsla «idman zalı» demək deyil. Əks təqdirdə «dövlət» sözünü «idman» sözü ilə məna kəsb edən sözlər ilə əvəz etsək, bir «alət» olaraq, «zal» olaraq, «yarış» olaraq təsəvvür etmək olar. Başa düşmək olar, idman qalibiyyəti böyük hadisədir, amma idmançının hər biri bir fərddir, onun nailiyyətini bir fərdin, klubun, sahənin nailiyyəti kimi təsəvvür etsək daha düzgün olar, burada dövlətin payı sadəcə bir rəmzi xarakter daşıyır. Çox danışmağla ziyanlı sözlər deyə bilərəm, ona görə məndən sizə əmanət, çox danışmağdansa, susmaq yaxşıdır.

Ələsgər Rüstəmov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Bumlar ölkəsində – 3

Düzü bu mövzuya bir daha qayıdacağımı düşünmürdüm. Hər dəfə bu mövzuda düşünəndə belə sinirlərim bumlanır. Yəqin ki, siz də eyni hissləri keçirirsiniz. Amma qoy bumkratiya belə tez sevinməyə tələsməsin. Zamanının mətbuat kapitanı Nəcəf Nəcəfov (ruhuna salavat) dövrünün senzor bumuna ürəyi dözməyib 44 yaşında dayananda, bizlər artıq ürəklərimizin qəliblərini daha möhkəm etdik. Bu yazıda mətbuatımızda yaşanan, söz azadlığına edilən bumlardan söz açmağa qərar verdim.

Sentyabrın 8-i Jurnalistlərin Beynəlxalq Həmrəylik günü idi. Bu münasibətlə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycan jurnalistlərini, baş redaktorları, QHT rəhbərlərini, siyasi partiya liderlərini və özünü azad medianın yanında görən hər kəsi Fəxri Xiyabanda "Monitor" jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun məzarını ziyarət etməyə dəvət etmişdi. Düzü mənə orada iştirak həvalə olunanda digərlərini deyil, məhz xeyli sayda mətbuat nümayəndələrinin iştirak edəcəyini düşünürdüm. Amma necə deyərlər sən saydığını say, oxu gör bumxana-3 nə yazır.

Qara mərmərlər və zəbt olunmuş boş qəbir yerlərilə bumlanmış "ll Fəxri Xiyabana" çatanda məni bum götürdü. 3 media kapitanı xaric digər kapitanlar həmrəng deyildilər. Mətbuat həmrəyliyinə, mübarizə həmrəngliyinə, söz azadlığına növbəti bum edildi. Bir çox media kapitanları var idi ki, qələm şəhidi Elmarın dəfnində hər zaman birlikdə olacaqlarını iqrar edərkən artıq bu gündə bu məkanda yox idilər. Amma unutmamaq gərək ki, günlərin birində bumların kratiyasında Elmarın həyatı bir, iki, bəlkə də daha çox namərd "bum"unun güdazına getdi. Məgər o, kim və nə üçün bumlandı? Məgər bu həmrəyliyə qatılmamaqla bir daha Elmarı bumlamadıqmı?

Yazını hazırlayarkən növbəti bum gəldi. Pres-klub, BMM və digər mətbuat məkanlarının bağlanmasından sonra növbə Caspian Plazanın konfrans zalına çatıb. Alternativ fikirlərin deyilə biləcəyi məkan olaraq qalmış bu yerdə məlumatlara çox yaxın müddətdə ən azı seçkilərədək qapadılacaq. Səbəbsə çox sadədir, mətbuat zalı təmirə bağlanır. Deyim ki, sözügedən konfrans zalı hazırkı durumu ilə qətiyyən təmirə ehtiyaclı deyil. Bu mətbu zal mətbuat və təqdimatlar üçün bütün standartlara ən yüksək səviyyədə cavab verir; ən son texniki, istilik və işıqlandırma avadanlıqları ilə təchiz olunub. Hər hansı bir yerində zərrə qədər də təmirə gərək yoxdur əslində. Bəs nədən indi buna səbəb və şərait yarandı? Bəli, Elmarın bumunda sonadək həmrəy olmayanlar bir gün özlərinin də, uğruna çalışdıqları söz və mətbuat azadlığının da, informasiya əldə etmənində, mənbəələrində sonadək bumlanmasına səbəb olacaqlar.

Zatən prosses başlanmış görünür. Yaxın keçmişimizin N.Nəcəfov və E.Hüseynov bumunun arxasından B.Həziyev, Q.Zahid, M.Sakit, E.Fətullayev, E.Hüseynov, M.İsmayıloğlu və A.Xəlil bumları gəldi. "Namizəd bumlar" da yox deyildir. Dəyərli kapitanlar, dəyərli həmkarlar, haqq sözə qarşı bumların qarşısında həmkar həmrəyliyi indi daha çox zərürətə çevrilməli bir fenomendir. Bu gün bu edilməzsə, sabah gec ola bilər. Həmrəylik və qələbə ümidilə Allaha əmanət olun!

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi