среда, сентября 10, 2008

Şəhərə yeni texnikalar gətirildi

Yeni texnika deyəndə ağlınıza hərbi texnika silah sursat gəlməsin a.. Mən bu insanları yaxşı başa düşürəm ermənilərdə olan torpaqları, ev-eşikləri nəinki yadlarından, heç yuxularından bir gecədə çıxmır ki, rahat yatsınlar. İki sual onları daim düşündürür: görəsən rahat yata bilmək üçün yaddan çıxarsınlar, yoxsa vətəni maddi və mənəvi dəyər olaraq fikirlərində və gözlərinə getməyən yuxularında saxlasınlar? Məncə vətəni yaddan çıxarmadan yuxu dərmanı qəbul etsələr ən yaxsı variantdır. Nə şiş yanar, nə kabab.
Nə isə, keçək xəbərimizə. Az qala xəbərimiz də Qarabağ kimi yaddan çıxacaqdı.
Bu günlərdə Azadıq meydanında numayiş etdirilmək məksədi ilə müxtəlif növ şəhər təmizləmək və müxtəlif kommunal təyinatlar üçün nəzərdə tutulmuş texnikalar düzülmüşdü. Bunlardan 271 ədədi müxtəlif daşıyıcı texika və 511 ədədi isə zibil maşınıdır. Texnikaların əksəriyyəti Fransa istehsalı olan maşınlardır, bir də Yaponiya istehsalı olan dar küçələri süpürmək üçün nəzərdə tutulmuş kiçik həcmli maşınlardır.
Daha süpürgəçilər də özlərinə yeni iş yerləri axtarmağa başlasalar yaxşi olar. Çünki belə getsə şəhərdə süpürgəçi ştatları ləğv olunacaq.


Tural Ağamirzəzadə
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, сентября 09, 2008

DAUN SİNDROMLU KUKLALAR

Bir sıra amerikan şirkətləri müxtəlif xəstəliklərin, o cümlədən, Daun xəstəliyinin simptomlarını daşıyan gəlinciklərin satışı ilə məşğul olur. Bu gəlinciklər xırda, başa yaprıxmış qulaqlara, qısaldılmış barmaqlara, bir qədər irəli çıxan dilə və badamvarı gözlərə malik formalarda olur. Bununla yanaşı, həmin gəlinciklərin sinələrində cərrahiyyə əməliyyatının “izləri” görünür, belə ki, xromosom xəstəliklərinə məruz qalmış uşaqların təqribən yarısı ürək qüsurlarına malik olur (Daily Telegraph).


Əlil uşaqların təlimi üzrə ixtisaslaşmış ABŞ-ın Cənubi Karolina ştatından olan Donna Mur (Donna Moore) təqribən 12 il bundan öncə bu cür gəlinciklərın istehsalı ilə məşğul olan özəl şirkətin əsasını qoydu. Hal-hazırda həmin şirkətin istehsal etdiyi gəlinciklərin hər biri 90 funt sterlinq qiymətinə satılır. Xanım Mur müsahibələrində şirkətinin fəaliyyətini belə əsaslandırır: “Əvvəllər Daun sindromlu uşaqlar özlərini heç nə ilə eyniləşdirə bilmirdilər. Onlar görürdülər ki, gəlinciklər zahirən onlardan fərqli görünür. Görürdülər ki, gəlinciklər tam başqa cürdür, onlar kimi deyil, və eynən bütün başqa uşaqlar kimi özlərini kiməsə bənzətmək, kiminləsə oxşarlıq tapmaq istəyirdilər”.
Bir çox valideynlər Barbi kuklalarına bu cür alternativ oyuncaqların əmələ gəlməsini alqışlayırlar. Belə ki, bir çox hallarda Barbi gəlinciyi uşaqlarda natamamlıq kompleksinin yaranmasına səbəb olur. Buna rəğmən bir çox digərləri bu layihəni həddən artıq mübaliğəli siyasi korrektlik və ya sadəcə aşkarcasına mənfəət əldə etmək meyli adlandırmışlar. Bundan əlavə, bəzi valideynlər hesab edirlər ki, belə gəlinciklər sağlam uşaqlar üçün əlavə istehza obyektinə çevrilə bilər. Bütün deyilənlərə rəğmən Böyük Britaniyada fiziki nöqsanları olan gəlinciklər artıq populyarlaşmaqdadır. Məsələn, artıq bir britaniya şirkəti əlil arabalarında gəzdirilən, eşitmə aparatı və ya bələdçi itləri olan gəlinciklərin istehsalı ilə məşğuldur.
Beləliklə, həm fiziki mükəmməl görünüşün təcəssümü olan barbi, həm də fiziki qüsurları olan gəlinciklər bir çox ölkələrdə ciddi etirazlar doğurmaqdadır. Barbi kuklasına gəlincə isə o, uşaqlara mənfi təsir göstərən gəlincik kimi, bir sıra ölkələrdə ümumən qadağan olunmuşdur.



Leyla Abbasova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

BRITANIYADA ŞƏRIƏT NORMALARI TƏTBIQ OLUNA BILƏR

“Böyük Britaniyada bəzi mübahisələrin həlli zamanı şəriət normalarından istifadə oluna bilər” - Bunu Böyük Britaniyanın ədliyyə rəsmilərindən olan lord Filips rəsmən bəyan etmişdir.
İngiltərə və Uelsin baş hakimi Ali ədliyyə məhkəməsınin Kral skamyası şöbəsinin sədri Lord Filips Londonun cənubundakı Uaytçepeldə yerləşən Müsəlman Mərkəzində çıxış edərkən bildirmişdir ki, “sülh razılaşmaları və mübahisələrin digər alternativ həlli yollarının şəriətə əsaslanaraq hazırlanmasına qarşı çıxmağa heç bir əsas yoxdur. Bununla belə bu hallar İngiltərə və Uels məhkəmələrinin yurisdiksiyasında olaraq qalacaq”.
Bundan bir qədər öncə anqlikan kilsəsinin ali ruhanisi Kentenberi arxiyepiskopu Rouan Uilyams bu mövzuda öz proqnozları ilə bölüşərək: “bir zaman şəriət qanunlarının bəzi məqamları qaçılmaz olaraq, Böyük Britaniyada da tətbiq olunacaqdır”, - deyə söyləmişdi. Doktor Uilyamsa görə şəriət nigah hüququ, maliyyə razılaşmaları kimi məsələlərin tənzimində və münaqişəli vəziyyətlərin həllində əhəmiyyətli rol oynaya bilər. Bununla belə altı ay öncə Ingiltərənin bəzi etatist qrupları bu bəyanatı narazılıqla qarşılamışdılar.
Hazırkı çıxışında isə lord Filips: “Bu ölkədə bu cür məhkəmələrin olması və bu cür sanksiyaların tətbiqinin mümkünlüyü heç bir sual doğura bilməz”, - deməklə din xadiminin söylədiklərinin əsaslı olduğunu rəsmən təsdiqləmiş oldu.
Lord Filips mərkəzdəki çıxışı zamanı onu da qeyd etdi ki, şəriət əsasında çıxarılan qərarlar ingilis qanunvericiliyi ilə uzlaşmalıdır. “Müəyyən fiziki cəza tədbirlərinın tətbiqi ümumiyyətlə, qeyri-məqbuldur. Tərəflər razılığa gələ bilməyəcəyi təqdirdə isə məhkəmə işinə İngiltərə və Uelsin qanunvericiliyi əsasında baxılacaq”, - deyə lord əlavə etmişdir.
Bir çox müşahidəçilər məsələyə münasibətində ehtiyatlarını gizlətməyərək, bunun, məsələn, boşanma kimi hallarda, tərəflərin haqlarının pozulmasına gətirib çıxara biləcəyini ehtimal edirlər.
Buna müqabil Lord Filips: “Ölkə sakınləri İngiltərə və Uelsin qanunlarının mühafizəsi və İngiltərə ilə Uels məhkəmələrinin yurisdiksiyası (hüquqi tabeçiliyi) altındadırlar”, - deyə bildirmişdir.
Böyük Britaniya ədliyyə sistemi rəsmisinin bəyanatı ilə bağlı açıqlama verən Britaniya Müsəlman Konsulluğu rəsmisi İnayət Bunglavala bildirmişdir ki, söhbət yalnız mülki məsələlərdə şəriət qanunlarının tətbiqindən gedir. Nümayəndə öz növbəsində bu addımı təqdirəlayiq hesab edərək, ingilis qanunvericiliyinin müsəlman vətəndaşlara doğru atdığı bu addıma dəstəyini bildirmişdir.
Eyni zamanda rəsmi onu da vurğulamışdır ki, söhbət qətiyyən paralel hüquqi sistemlərdən getmir: “Burada heç bir paralel hüquqi sistem (ehtimalı) yoxdur. Bu sistem ingilis qanunvericiliyini inkar etmir”.


Leyla Abbasova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Xəbərlər

BP Gürcüstan neft boru xətlərini bağladı

BP-nin Gürcüstandan keçən 2 neft boru xəttini bağladığı, ancaq xəttin keçdiyi ölkədə kəmərin qarşıdurmadan zərər görmədiyi açıqlandı, - «İhlas» xəbər agentliyi məlumat verir.
İHA-nın London bürosundan xəbərin davamında bildirilir ki, boru xəttinin bağladığını ifadə edən Bakı-Tiflis-Ceyhan boru kəmərinin 30 %-nə sahib olan ingilis neft monopolisti BP kəmərə istiqamətlənən bir hücumun reallaşacağı barədə iddiaları da təkzib edib.
BP sözçüsü Türkiyə sərhədindəki Cənubi Qafqaz boru kəmərinin də bağlandığına da diqqət çəkərək, "Bu səhərdən etibarən ehtiyyat tədbirləri məqsədiylə nefti nasoslara vurmağı dayandırdıq" deyə bildirib.



Neft dolu adanı verdilər

Qafqazda bir qarış torpaq üçün minlərlə insan ölərkən bir ölkə neft dolu adasından imtina etdi.
Son nümunəsi Qafqazda olmaq üzrə dünyanın bir çox yerində torpaq üzərində haqq, sahiblik iddiaları sürərkən, Nigeriya zəngin neft yataqlarına sahib olduğu sanılan Bakassi yarımadasını Kameruna verir.
Ginə Körfəzindəki Bakassi yarımadasının əhəmiyyətli hissəsi balıq baxımından zəngin bataqlıqlardan ibarət olan 3 min kvadrat/kilometr-lik bir sahəyə sahibdir. Nigeriyanın neft istehsalının ürəyi olan Niger Deltasına yaxınlığı səbəbiylə ekspertlər Bakassi yarımadasının zəngin neft yataqlarına sahib olduğunu düşünür. Yarımada hələ də sahildən uzaqda kəşf edilmiş bəzi neft sahələrinə malikdir, - «İhlas» xəbər agentliyi məlumat verir.
Beynəlxalq Lahey Ədalət Məhkəməsi köhnə müstəmləkəçi ölkələr İngiltərə ilə Almaniya arasında 1913-də imzalanan bir razılaşmaya əsasən 2002-ci ildə verdiyi bir qərarla Nigeriya ilə Kamerun arasında anlaşılmazlıq mövzusu olan Bakassini Kameruna verdi.
Kamerunun məhkəmədə ilk iddianı qaldırdığı 1994-cü ildə iki ölkə arasında Bakassi üzündən qarşıdurmalar çıxmış, 1996-cı ildə şiddətli qarşıdurmalar yaşanmışdı.
Razılaşmaya görə, Bakassinin 2004-cü ildə Kameruna təhvil verilməsi lazım idi, ancaq bu reallaşmadı. Bununla birlikdə o tarixdən bəri Nigeriya ordusu nizamlı bir şəkildə bölgədən çəkilir və çəkilməni 14 avqusta tamamlayaraq yarımadanınn tamamilə Kameruna təhvil verilməsi gözlənilir.


Çin şantaja keçdi

"Çinin xarici işlər nazirliyindən Türkiyəyə hədə" gələn xəbərlər arasındadır. "Siz Uyğur türklərinə kömək etsəniz, biz də PKK-ya kömək edərik"- deyə Çinin Türkiyəyə ünvanlanan mesajı haqda «Hürriyyət «qəzeti bildirir.
Beynəlxalq münasibətlərdə nonsens olan ÇXR-in bu addımı çox qəribə təsir bağışlayır. Ölkədə illərlə mövcud olan uyğur proiblemini həll etmək əvəzinə digər bir dövləti bütün dünyanın terror təşkilatı olar tanıdığı PKK ilə hədəlmək heç bir məntiqə, heç bir əxlaqı bir çərçivələrə tuş gəlmir. Təhdid xarakterli bu mesajla Çin rəsmilərinin 20 milyonluq xalqın problemləri ilə terroru eyniləşdirməklə yanaşı, terrora legitimlik donu geyindirməyə çalışması heç cür anlaşılan deyil.


Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

İyulda ən çox bahalaşan və ucuzlaşanlar

İqtisadi Tədqiqatlar Mərkəzi Azərbayjanda istehlak qiymətləri indeksinin hesablnması üzrə iyul ayının nətijələrini açıqlamışdır. İTM-nin İjtimaiyyətlə Əlaqələr şöbəsinin məlumatlarına əssasənm "Alternativ inflyasiya səviyyəsinin hesablanması" proqramı üzrə Azərbayjanın 11 regionunda bu ilin iyul ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nətijələrinə görə, iyul ayı ərzində Azərbayjanda istehlak qiymətləri indeksi (İQİ) 0,72 faiz, Bakıda 0,44 faiz, regionda isə 1,09 faiz olub.
Əmtəə qrupları üzrə ən yüksək inflyasiya səviyyəsi ərzaq məhsullarında - 0,91 faiz müşahidə olunub. Tədqiqat aparılan dövr ərzində inflyasiya səviyyəsi qeyri-ərzaq məhsulları üzrə - 0,67 faiz, xidmət üzrə isə 0,29 faiz təşkil edib.
Mərkəzin hesablamalarına görə, bu ilin 7 ayında Azərbayjanda istehlak qiymətləri indeksi (İQİ) 15,58 faiz, bu ilin iyul ayının ötən ilin iyul ayı ilə müqayisəsində illik inflyasiya nisbəti isə 29,1 faiz olmuşdur.
Aparılmış statistik müşahidə nətijəsində məlum olmuşdur ki, bu ilin iyul ayında ən çox bahalaşma ərzaq məhsulları üzrə - göyərti (66,55 faiz), yemiş (56,07 faiz), şəkər (21,77 faiz), çiyələk (14,74 faiz), xiyar (14,12 faiz), qeyri-ərzaq məhsulları üzrə - giriş üçün mebel (13,25 faiz), soyudujular (11,99 faiz), velosipedlər (2,53 faiz), xidmət üzrə isə - restoran tərəfindən yeməklə təmin edilmə xidmətləri (14,94 faiz), otel və mehmanxanalar tərəfindən mənzil xidməti (11,09 faiz) üzrə olub. Ən çox ujuzlaşma isə ərzaq məhsulları üzrə - pomidor (14,75 faiz), lumu (11,28 faiz), təzə kartof (11,03 faiz), şaftalı (6,94 faiz), buğda unu (4,12 faiz) olub.



Mehdi Fərəj
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyijisi

понедельник, августа 11, 2008

BUMLAR ÖLKƏSİNDƏ


BUMLAR ÖLKƏSİNDƏ
Və ya neftdən sönrakı bumlar dalğasında skafandrlı həyat

Yaxın gələcəkdə ölkədə növbəti bumun yaşanacağı gözləntisindəyik. Neft və qaz bumundan sonra inşaat və tikinti, ardınca kanalizasiya və ardınca digər bumun yaşanacağı təxminlərimiz arasındadır. Bunlardan kanalizasiya bumunun daha tez gələcəyi özünü daha qabarıq biruzə verməkdədir. Ölkədə davam etməkdə olan tikinti bumunun gətirməkdə olduğu kanalizasiya fəsadı siyasət və televiziyalarımız kimi (cüzi istisnalar xaric) ətraf mütitimizi və həyatımızı öz üfunəti ilə bəzəməkdə qərarlı görünür.
Müxtəlif ekspertlərin xəbərdaredici rəylərini nəcasət lüklarına pərçimləyən «tikintişniklər» artıq paytaxt əhalisini də hava nəqliyyatından istifadəyə də yönləndirməkdədirlər. Keşlə kollektorundakı partlayışdan sonra Nizami rayonundakı «8 km bazarı» adı ilə tanınan ərazinin kanalizasiya borusunun partlaması vətəndaşı buna lap həvəsləndirib. İş adamları və biznesmenlərin diqqətinə: gəlirlərini sürətlə artırmaq istəyirsənsə ayıq-sayıq ol, bu dönəmdən də faydalan. Gözlərini iri aç və diqqətlə oxu. Lider iqtisadi göstəricilərimizi və iqtisadi qanunları nəzərə alaraq tam əminliklə proqnoz verə bilərəm ki, ölkənin yaxın gələcəyində ən «xod gedən» mal skafandr (özü də suda və quruda yararlı olanı) və aksessuarları, həmçinin hava şarları olacaq.
Buna şəkk etsəniz növbəti dəlili də göstərə bilərəm: «tikintişniklər»in yorulmaz, gecə-gündüz fəaliyyəti nəticəsində yaranan toz bumu da dediyimiz nəsnələrin həyatımızdakı rolunu daha da artırır. Nisbətən imkansızlarımız yerdə skafandrla, bərk gedənlərimiz isə havada şarla dolaşacaq. Bu arada, əziz iş adamları və biznesmenlərimizə onu da xatırladım ki, bayır suları ilə mayalanaraq çıçəklənən paytaxtımızda düşmən bağrı çatladan 55 mərtəbələr, 35 mərtəbələr və digər bizim də bilməməli olmalı olduğumuz çoxlu göydələnlər ucalacaq. Bir düşünün, hələ yaxın keçmişdə paytaxtın baş memarları siyasi üzaqgörənlikdən məhrum qaldıqlarından şəhərin baş planını hazırlayarkən bu günlərimizi düşünməyiblər. Məsələn, 800-1000 mm-lik borular əvəzinə 1600-2000 mm-lik borularla baş plan işləsəydilər indi skafandr bumunu yaşamaq gərəkməzdi.
Haydı, vətəndaş, sürətli iqtisadi uğurlarla skafandrlı yaşama doğru! Ura!Ura! Ura!

Allah amanında!

Mehdi Fərəc

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

понедельник, августа 04, 2008

Sevməyi öyrənmək istəyirəm…


(Teymur Zahidoğlunun “ÖZÜMLƏ MÜSAHİBƏ”sinə cavab)

- Kimsən sən?
- Düşünən varlıq. Saatın nazik əqrəbindən belə sürətlə fikir edən, məlumdan məchula, məchuldan məluma daim əcələ edən varlıq.
- Əminsən ki, sənə kimsə nekroloq yazacaq?
- Bəlkə də, tələsənlər var.
- Niyə?
- Bəlkə də, insanları daha çox düşünməyə çalışdığım üçün. Hər kəsin öz yeri var bu dünyada, ölənədək gəmi kapitanı kimi orada möhkəm dayanmalıdır.
- Haradan bilirsən?
- Düşünməyə çalışıramsa deməli, belədir, mütləq belədir. Çalışmayanlar və düşünməyənlər canlı ölülərdir.
- Qəribə adamsan. Ölməkdən belə çox danışırsansa, dünyaya niyə gəlmisən?
- Allahla görüşə getmək üçün... Daim soruşan insanlar dünyaya niyə gəldiyini bilir. Yəqin mən də kamilləşmək üçün gəlmişəm. Onun yanında isə mən yox, mənə sual verəcəklər. Amma O lütf edib soruşmağa imkan verərsə, niyə mənim kimi zəif bir varlığa tayı- bərabəri olmayan Özünü zikr etməyi lütf etməyinin səbəbini soruşacam. İslam fəlsəfəsində belə bir fikir var: niyə yaradıldığını və bu gün nə ertdiyini günün sonunda özündə hesabat etməyən, özünü sorğu etməyən yaşamır, deməli.
- Daha nə soruşacaqsan?
- Əgər imkanım olarsa, Onun səbri barədə soruşacam. Allah çox səbrli və rəhmlidir. O, bütün yaratdıqlarını sevir. Əgər bizlər hər səhv etdikdə, O sadəcə rəhmət nəzərin bizdən çəksəydi, indi nə mən vardım, nə sən. O, bizə ölənə kimi vaxt verir ki, biz səhvimizi düzəldək. Əsl sevgi də məhz budur. Əsl sevgi biz səhv edən kimi bizi cəzalandırmır, bizə çıxış yolu verir, qapılar göstərir, imkan yaradır həqiqəti tapaq. Allah cəza vermir. Lakin insanlar qanunauyğun olaraq öz əməllərinin sonucunu, layiq olduqlarını dadırlar. Necə ki, narkotik qəbul etmiş bir insan öz əməl və iradəsinin nəticəsi olaraq pis vəziyyətə qalır. Bir tip əməllər də vardır ki, biz öləndən sonra onların nəticəsi ilə qarşılaşacağıq.
- Görəsən, Allah niyə bəndələri bu qədər sevir? Əgər (səbri) özünə oxşatmış olsa, qarşı çıxacaqsan?
- Bu qədər cavabdan sonra çox məntiqsiz sualdır.
- Niyə?
- Çünki o sifətlər Allahın zatındadır. Onları özünə oxşatmayıb, onlar Onun özüdür.
- İdealın varmı?
- Var, sevməyi bacaran insanlardır mənim idealım. İnsanlığı sevən insanlar. Allah onların üzünə dünyanı ayaqda saxlayır. Çünki çox sevir həmin insanları. Və həmin bəndələrini göstərəcək hamıya.
- O, kimə hesabat verəcək? Xaliq odur axı, ondan başqa yaradan yoxdur!
- O, insanlığı sevən bəndələrini mələklərinə göstərəcək. Çünki yer üzünün canişinini yaradan zaman mələklər demişdilər: “Biz Səni daim zikr etdiyimiz halda fitnə çıxarıb qan tökən bir varlıqmı yaradırsan?” Allah öz bəndələrini çox sevir.
- Məhəbbətin də gözü kor olur...
- Bu belə deyil. Sadəcə əsl məhəbbət budur. Yuxarıda qeyd etdim. O, bizə imkan yaradır, törətdiyimiz xəta və səhvlərə görə möhlət venrir bizə. Əgər hər səhv edəndə bizə bir kiçicik zərbə dəysəydi, nə mən vardım, nə sən.
- Tələsən adama oxşayırsan. Gedəcək yerin var?
- Yox, tələsmirəm. Sadəcə bir neçə ilahi dünyagörüşü barədə kitab və bir dənə də çələng alıb dostumla göndərəcəm.
- Kimə aparacaq?
- Bu barədə sualları olan dostlarıma.
- Bir çələng az deyil, kimə çatacaq?
- Adi sevməyi öyrənənlər mücərrəd və tanımadıqları sevgini necə bölüşürlərsə, onlar da Allahı tanıyanların dostluq çələngini elə bölüşəcəklər.
- Sən nə qazanacaqsan?
- Mənim Allah qarşısında vəzifə və borcum var. Yuxarıda qeyd etdiyim kimi gəmi kapitanı kimi hərə öz vəzifəsində ayıq olarsa, hər şey düzələr. Və məntiqsiz olaraq hər şeyi öz üzərindən atan körpə uşaqlar kimi Allahı günahkar saymarıq. Bağışlayın, bu qədər bəsdir, görməli olduğum o qədər iş var ki.
- Müsahibəyə görə çox sağ ol

Eynal Qardaşov,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi




Özümlə müsahibə


- Kimsən sən?
- Özüm haqda nekroloq oxumamışam hələ…
- Əminsən ki, sənə kimsə nekroloq yazacaq?
- Bəlkə də tələsənlər var.
- Niyə?
- Bəlkə də artıq yer tuturam dünyada, ona görə.
- Haradan bilirsən?
- Ölməmişəmsə deməli, belədir, mütləq belədir.
- Qəribə adamsan. Ölməkdən belə çox danışırsansa, dünyaya niyə gəlmisən?
- Allahla görüşə getmək üçün… Guya məndən özgə kimsə dünyaya niyə gətirildiyini bilir ki? Bəlkə də mən yer üzünə ancaq hansısa bir günahı törətmək üçün gəlmişəm. Hər halda, gedəcəyəm də Tanrıyla görüşə. Onda soruşmaq imkanım olar, yəqin. Hind fəlsəfəsində belə bir fikir var: niyə yaradıldığını Tanrısından hesabat etməyən bəndə yaşamır, deməli.
- Daha nə soruşacaqsan Ondan?
- Ədalətin nə olduğunu. Deyirlər, Tanrı adildir, rəhmdildir. Amma yer üzündəki ədalətin gözləri bağlı, bir əlində qılınc, bir əlində tərəzi var. Axı o, kimi görür, kiminsə günahını-savabını tərəzisinə necə qoyur, kimisə öz əməlinə görə necə qılınclayır? Görəsən, Tanrı o ədalət deyilən qüvvəni yaradanda özünə oxşadıb? Bunu bilmək istəyəcəm.
- Əgər özünə oxşatmış olsa, qarşı çıxacaqsan?
- Yox.
- Niyə?
- Onsuz da O, öz bildiyini eləyib. Məncə, çox gecdir.
- İdealın varmı?
- Var, sevməyi bacaran insanlardır mənim idealım. Hər kəsi, hər şeyi sevən insanlar. Dünya onların üzünə baxıb ayaqda durur. Yoxsa, çoxdan yuvarlanmışdı yoxluğun girdabına. Tanrının çəkindiyi yer məhz həmin insanlardır. Bilir ki, bir gün o da hesabat verməli olacaq.
- O kimə hesabat verəcək? Xaliq odur axı, ondan başqa yaradan yoxdur!
- O da öz Sevgisinə hesabat verəcək. Mələklər demirlərmi, Tanrı Sizləri və hər şeyi sevə-sevə yaratdı…
- Məhəbbətin də gözü kor olur…
- Amma əlində nə qılınc var, nə də tərəzi!
- Tələsən adama oxşayırsan. Gedəcək yerin var?
- Yox, tələsmirəm, şeirlərimin sətirləri arasında gəzmək istəyirəm bir az. Ruhuma sevgi çələngi hörəcəm.
- Kimə aparacaq?
- Sevməyi öyrənənlərə.
- Bir çələng az deyil, kimə çatacaq?
- Adi bəndələr tanımadıqları Allahı necə paylaşa bilirlərsə, sevməyi öyrənənlər də Sevgi çələngini elə bölüşəcəklər.
- Sən nə qazanacaqsan?
- Mənə insan olmağı öyrədən adamlara bir minnətdarlıq borcum var! İndi onlara əlim çatmır, ona görə də öyrənmiş olduğum qanunları başqalarına öyrətməliyəm. Bağışlayın, bu qədər bəsdir, görməli olduğum o qədər iş var ki.
- Müsahibəyə görə çox sağ ol!

Teymur ZAHİDOĞLU
LENT.AZ




вторник, июля 22, 2008

davamı








Milli Mətbuat Günü

«Dəyərlər» Dini Jurnalistika Məktəbi Milli Mətbuat Gününü
E.Hüseynovun və N.Nəcəfovun məzarlarını ziyarətlə qeyd etdi
Milli Mətbuat Gününün 133-cü ildönümünü «Dəyərlər» Dini Jurnalistika Məktəbi milli mətbuatımızın bugünkü inkişafında əvəzsiz töhfələri olan simaların ziyarəti ilə qeyd etmişlər. Məktəbin 30-dan artıq dinləyicisi «Monitor» jurnalının baş redaktoru, qələm şəhidi Elmar Hüseynovun və Azərbaycan mediasının inkişafında misilsiz rolu olan Nəcəf Nəcəfovun məzarlarını ziyarət etmişlər. Hacı İlqar İbrahimoğlu buradakı çıxışında, o cümlədən, bildirmişdir: «Bu gün Azərbaycan insanı üçün mühüm və əlamətdar bir tarixdir. Və vurğulamalıyıq ki, 133 illik rəsmi mətbuat tarixinə malik olan bir xalqın öz gələcək perspektivlərinə daha nikbin baxmağa haqqı var. Çox təəssüflər olsun ki, bu il Mətbuat günü hələ də həbsdə jurnalistlərin olduğu bir şəraitdə qeyd olunur».
Sonra «Dəyərlər» qəzetinin redaksiyasında «Milli mətbuatımızın bu günü» mövzusunda müzakirələr keçirilmişdir. Müzakirələrdə ölkə mediasının qarşısında duran vəzifələr, mövcud prolemlər, inkişaf perspektivləri ətrafında rəy mübadiləsi aparılmışdır.
Tanınmış publisist və ekspert Zərdüşt Əlizadə tədbirdə «Azərbaycanda milli mətbuatın formalaşması və inkişafı prosesi» mövzusunda mühazirə oxumuşdur.
Tədbir, çay süfrəsi arxasında yekunlaşmışdır.
Xatırladaq ki, İmam Sadiq (ə) adına Azərbaycan İslam Akademiyasının nəzdində «Dəyərlər» Dini Jurnalistika Məktəbi İçərişəhər «Cümə» məscidinin dini icması, DEVAMM - Dini Etiqad və Vicdan azadlıqlarının Müdafiə Mərkəzi və Azerbaijan Islam News (www.deyerler.org) tərəfindən təsis edilmişdir.

Xəbər xidməti






воскресенье, июля 13, 2008

XEYLİ ZAMANDAN BƏRİDİR

Haqq dilimin əzbəridir, xeyli zamandan bəridir,
Xeyli zamandan bəridir, xeyli zamandan bəridir.

Əzbər olubdur dilimdə xoş, şirin sözüm Bakımız,
Dövlətin vuran ürəyi ay canım, gözüm Bakımız,
Kimsə bilirmi görəsən bəs nədən bizim Bakımız
İndi fəsad məzhəridir xeyli zamandan bəridir.

Müşkülə səbr eyləməyə taqətimiz çoxdu bizim,
Torpağımızla neftimiz, sərvətimiz çoxdu bizim,
Bizdə qalıb kimin gözü dəvətimiz çoxdu bizim,
Gəl, yenə kim müştəridir xeyli zamandan bəridir.

Arxayın etdin ki, məni sən, bunu dərd eyləməyim,
Torpağı zəbt eylədi düşmən, bunu dərd eyləməyim,
Siz bunu dərd eyləməyin, mən bunu dərd eyləməyim,
Bəs bu kimin dərd-səridir xeyli zamandan bəridir.

Keyfə istirahətə get, fikr eləmə zərrə qədər,
Lövbər ata bilməz axı siz tərəfə qüssə - kədər,
Bircə dəfə bax kasıba, ömr eləyir gör nə təhər,
Bir sümükdü, bir dəridir xeyli zamandan bəridir.

Ta unudandan Onu bu, bu unudubdur özünü,
Dil deyə bilmir sözünü, nəfsi deyir öz sözünü,
İştaha bəh-bəh eləyir, heç çəkə bilmir gözünü,
Hey yeyir, sökür, əridir xeyli zamandan bəridir.

Hey yedin, içdin demədin qonşu qalıb qəmdə mələr,
Vecinə də olmadı heç, baş verir ətrafda nələr.
Gizlin olanlar açılar, məhşərə birlikdə gələr,
Kim ki, kimin yavəridir xeyli zamandan bəridir.

Gər toxumun Sən səpəsən, bəhrəsi düzgün yetişər,
Elmi - kəramət bağının meyvəsi üstün yetişər.
Hiyləgərə hiylələri şahid olan gün yetişər...
Şahid əməl dəftəridir xeyli zamandan bəridir.


Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi







суббота, июля 12, 2008

Zəfər ordusu

Həzrəti Əli (ə) Malik Əştəri Misirə hakim təyin etdiyi fərmanında buyurur: "Ordu Allahın izni ilə xalqın qalası, valilərin zinəti, dinin qüdrət və izzət mənbəyi, əmin-amanlıq vasitəsidir. Xalq yalnız ordu mövcud olduqda öz ayağı üstə dayanar".
Əmirəlmömininin (ə) mübarək kəlamı ilə yazıya başlamğımın səbəbi Ordumuzun yaranmasının 90 illiyi bağlı keçirilən hərbi parad oldu. O gün Azadlıq meydanında keçirilən hərbi parad yəqin ki, çoxlarınızın diqqətindən yayınmadı. Elə mənim də. Mavi ekran qarşısında əyləşib ordumuzun qüdrətinə tamaşa edirdim. Əsgərlərimiz tribunanın qarşısından elə mehriban addımlayırdılar ki, hiss edirdin ki, bu keçən qoşun hissələrində daha "dedovşina", nə bilim "molodoy", "dembil" kimi söhbətlər yoxdur. Sizə zarafat gəlməsin, ordunun qüdrəti onun top-tüfəngi yox, vətənpərvər ruhunun olmasındadır.
Hərbi parad qüdrətli orduya malik olmağımız üçün keçirilsə də, bunu müxtəlif cür izah edənlər də oldu. Kimisi bu təntənənin vətənpərvər ruhun olması kimi dəyərləndirsə də, bəziləri bu təntənəni düşmənə xox kimi anlatmağa çalışdılar. Bu yerdə hərbi texnikanı təqdim edən diktorun titrək səsi isə sanki Xankəndindən səslənirdi. Təyyarələrimizin, tanklarımızın hətta motosikllərimizin düşmənə aman vermədiyini deyən diktorun ahəng səsi mənə Qarabağın azadlığı gününü xatırladırdı.
Mənim üçün maraqlı görüntülərdən biri isə qızıl şahinlərimizin Bakı səmasında Azərbaycan bayrağının şəklini təsvir etməsi oldu. Təyyarəçilərimizlə bağlı diqqətimi çəkən daha bir məqam isə pilotumuzun səmada hansı hərəkəti yerinə yetirəcəyini müdafiə nazirinin əli ilə işarə etməsi idi ki, pilotumuz da o an həmin traektoriyanı səmada cızmış oldu.
Torpaqlarının 20%-dən çoxu işğal olmuş məmləkətin qüdrətli orduya malik olması zamanın tələbidir. Hamımızı narahat edən isə biz hərbi paradımızı seyr edərkən düşmən Azərbaycanın işğal olunmuş ərazilərindən işğal olunmamış ərazilərimizi hədəfə götürməsi idi. Bu arada isə Bakıya «sülh göyərçinləri» qanad açmışdı. ATƏT-in təmsilçiləri yenə də öz "optimist" fikirlərini sırımaqdaydılar. Düzdür onlar hər dəfə Bakıya yeyib-içməyə gələrkən ortada mühüm işlər gördüklərin diqqətə çatdırırlar... Guya ki, ortada hansısa prinsip var və bunlar çalışır ki, bu prinsip reallaşsın.
Artıq Azərbaycan xalqı bu kimi cəfəngiyatlara inanmır.
Azərbaycandan Yerevana, Yerevandan isə Xankəndinə gedən "optimist" həmsədrlər Azərbaycan sərhədlərinə hörmətsiz yanaşmaqla bərabər, düşmən dəyirmanına su tökməklə məşğuldur. Gəlin inanaq ki, Qarabağın müdafiəsinə nəzarətini itirən müdafiə nazirinin şəhadət barmağı bir gün "optimist" həmsədirlərin başları üstündən Xankəndi səmalarına tuşlanacaq və o zaman qizil şahinlərimiz üç rəngli bayrağımızı Dağlıq Qarabag səmasında təsvir edəcəklər. Elə isə Zəfər Bayramı üçün dua edək!

Təbiət Hüseynov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



İnam açlığı

Bismilləhir-Rahmənir-Rahim!

Salam əziz dostlar. Bu günlərdə futbol üzrə Avropa çempionatında nələrin baş verdiyinin hamımız şahidi olduq. Məqsədim bununla əlaqədar vətənimizdə baş verənlərdir. Nə müşahidə etdik biz? Biz gənclərin bir yerə toplanıb gecə səhərə kimi küçələrdə hayqırışlarının şahidi olduq. İctimai asayişi pozmaqlarına görə cəzalanmaqdan qorxmadan və bunu gözləmədən hisslərini izhar edirdi gənclər. Bir-birlərini tanımayan, hətta bir-birilərini öncədən heç görməyənlər belə yad kimi baxmırdılar bir-birilərinə. Düşünmürdülər: “Allah bilir nə yuvanın quşudur” bir-biri haqda. Fərqi yox idi, hansı bölgədəndir, rayondandır, şəhərlidir və ya kəndli, qaçqındır ya yerlidir ordakılar. Yox idi orda aranlı, dağlı, bağlı. Orda ancaq bu torpaqların yetişdirdiyi vətən övladı, müsəlman, azərbaycanlı var idi. Eyni tərəfdə, eyni cəbhədə görürdü hamı bir-birini, polisi də, vətəndaşı da. Tam başqa ab-hava var idi orada, eyni hisslər, duyğular. Getmişdi aradan xof, qorxaqlıq. Gəlmişdi birlik, qardaşlıq. İmperiyaları silkələyən qəhraman xalqın ətri gəldi bir anlıq.
Aclıq biruzə verdi özünü bu günlərdə ölkəmizdə. Mənəvi aclıq idi bu aclıq. Ruh yüksəkliyinə aclıq idi bu aclıq. Susamışıq inama, səmimiyyətə, birliyə. Həqiqi inkişaf fonuna, bərpa edilib inkişaf edən iqtisadiyyata, dirçələn sənayeyə, öncədən olan zavodların, fabriklərin yeni texnoloqiya ilə bərpa edilib işləməsinə, ətrafında şəhərlər salınan yeni istehsalat müəssisələrinin salınmasına, idxalın minimuma endirilib, tərkibində təbii sərvətlərin, xam-malın miqdarı cüzi olan ixracın maksimuma yüksəlməsinə, korrupsiyanın, rüşvətxorluğun sərt cəzalandırılmasına, məmurların xalqa xidmət missiyalarını yerinə yetirməsinə, orduda rabitənin təminini həyata keçirmək üçün xususi olaraq ayrılmış güclü mobil operatorunun mövcudluğuna və bu kimi işlərə acımışda millət. Və bunların fonunda yüksəlmiş inama aclıq duyuldu bu günlərdə.
Nədən belə cılızlaşmışıq biz? Bu yaltaqlıq, bu qorxaqlıq, bu ikiüzlülük, bu süstlük hardan yoluxduruldu bizlərə? Bəlkə alınan maaşla aylıq xərclərin fərqliliyi bizi belə eyləyib? Bəlkə şəxsiyyətin ikiləşməsidir səbəb buna? Nədir bunun əlacı? Qarabağ! Bəli, ancaq cəng meydanında çalınan qələbələr, şəhidlərin pak qanları dirildər bizləri. Çıxacaq ortaya həqiqi əsgərlər. Yaranar inam. Bərpa olar bu ab-hava. Ayılacaq xalqımız. Əzəcək millətimiz yağı düşmənlərin başını. Ölülümdən qorxmayan bir xalqı nə ilə qorxutmaq olar?! Kölə olmaz birdə bu xalq düşmənə! Azadlığı, hürrlüyü yenə dadarıq, İNŞAALLAH!

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, июля 11, 2008

Azərbaycan Demokratik Cümhuriyyətinin İslam ordusu

26 iyun Azərbaycan Respublikası Silahli Qüvvələri günüdür və dövlət səviyyəsində bayram kimi qeyd edilir. İtirilmiş torpaqların hələ də geri qaytarıla bilməməsi ağır olsa da, tarixə nəzər salsaq görərir ki, doğrudan da xalqımızı bu tarixlə bağlı təbrik etməyə dəyər, çünki bu xalqın şərəfli, ləyaqətli, dəyərli oğulları bu yolda hər bir şeylərindən keçiblər və buna nail olub, bizlərin azad yaşamağımız üçün zəmin yaratmışlar.
Bu tarixi yola qısa bir nəzər salaq. Zaqafqaziya Seyminin sonuncu iclasından 2 gün sonra yəni 1918-ci il mayın 28-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan olundu, Milli Şura tərəfindən "İstiqlal Bəyannaməsi" qəbul edildi. Beləliklə də bütün Şərq, türk və İslam dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika quruluşu yaradıldı. Bu dövrdə Milli Şuranın sədri M.Ə.Rəsulzadə, ilk hökumət başçısı Fətəli Xan Xoyski, və digər görkəmli şəxsiyyətlər Həsənbəy Ağayev, Mirhidayət Seyidov, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Məmməd Həsən Hacınski və başqalarının səyi nəticəsində müstəqillik əldə edilmişdir.
Müstəqilliyimizi ilk tanıyan Türkiyə oldu və iyunun 4-də sülh və dostluq müqaviləsinin imzalanması ilə Nuru paşanın başçılığı altında Azərbaycana gələn türk ordusu buradakı könüllülərin iştirakı ilə "İslam Ordusu" adı altında nizami qoşun hissələri yaratdı və düşmənlərlə mübarizəyə başladılar.
Milli hökumətin qarşısında duran ən vacib tədbirlərdən biri ordu quruculuğu idi. Milli ordunun yaradılması müxtəlif çətinliklərlə müşayiət olunurdu. Çarizm dövründə müsəlmanları orduya çağırmır, əvəzində "can vergisi" alırdılar. Bu isə hərb işinin yadırğanmasına səbəb olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk dövrdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstədən ibarət idi.
Hökumət 1918-ci il iyun ayının 19-da respublika ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da Müsəlman korpusu, müsəlmanlardan ibarət "Əlahiddə Azərbaycan korpusuna" çevrildi. Artıq Türk ordusu da geri çağırılmış, yalnız könüllü türk zabitləri milli hərbi kadr yetişdirmək üçün qayıtmışdılar.
1918-ci il dekabr ayının 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman bəy Sulkeviç baş qərərgah rəisi təyin edildilər. Hökumət 1919-cu ildə 25 minlik ordu yaratmaq vəzifəsini irəli sürdü. Dövlət büdcəsinin 24 faizi bu məqsəd üçün sərf edildi. Oktyabr ayının 27-də üç hərbi məktəb yaratmaq məqsədi ilə hərbi nazirliyin sərəncamına 50 min manat vəsait ayrıldı.
1919-cu ilin yayında Azərbaycan Xəzər Donanması yaradıldı.
Həmin illərdə qırmızı ordu və erməni daşnaq orduları bir neçə dəfə məğlubiyyətə uğradıldı. Həmçinin Əsgəran döyüşündə və Qazaxdakı hərbi əməliyyatlarda daşnaq dəstələri tamamilə darmadağın edildilər.
Milli Ordunun və hərbi donanmasının formalaşması prosesi 1920-ci ilin əvvəlləri üçün əsasən başa çatdı. 40 min nəfərlik nizami ordu yaradıldı. Onun 30 mini piyada, 10 mini süvari idi.
Azərbaycan ordusunun qarşısında duran ən ağır problemlərdən biri atıcı (odlu) silahların çatışmamazlığı idi. Orduda istifadə olunan silahların çoxu 1917-18-ci ilin əvvəllərində Rusiya hərbi anbarlarına hücum və rus alaylarının tərkisilah edilməsi vasitəsi ilə ələ keçirilmiş, eləcə də osmanlı və ingilis ordusununun gedən zaman təhvil verdikləri silahlar idi. Gürcüstanla bağlanmış müqavilə əsasında oradan silah aldıqdan sonra ordu atıcı silahlarla 65 % təmin edilmişdi. General Denikin tərkisilah edildikdən sonra bütün hərbi hissələrdəki ştatlar silahla təmin edilmiş, anbarlarda silah ehtiyatı yaranmışdı.
Azərbaycan ordusunda istifadə olunmuş silahlar :
Tüfənglər: «Mauzer» - Türkiyə; «Lebel» - Fransa; «Arisaka 38» - Yaponiya; «Manlixer» - Avstrya-Macarıstan; «Mosin» - Rusiya; «Berdan-2» piyada tüfəngi - Rusiya.
Pulemyotlar: Göyyçay döyüşündə Azərbaycan dəstələri tərəfindən 21 pulemyotdan istifadə edilmişdir. 1920-ci il ştat cədvəlinə görə hər piyada taborunda bir pulemyot bölüyü, hər bölüyün 48 döyüşçüsü, 8 pulemyotu olurdu. Süvari hissələrdə nisbətən yüngül olan "Lyuis" və "Kolt", piyada hissələri isə "Maksim" pulemyotları ilə silahlanmışdı.
Soyuq silahlar: 1913-cü il nümunəsi draqun qlıncı; 1913-cü il nümunəsi süvari qılıncı; 1913-cü il Qafqaz növlü zabit şaşqası.
Artilleriya baxımından isə müxtəlif növ toplardan ibarət divizionlar, bir neçə zirehli maşın, bir zirehli qatar var idi. Bundan əlavə, bir dirjabl və aeroplan varidi.
23 ay yaşamasına baxmayaraq, ADR belə qısa bir müddətdə öz ordusunu yaratdı, silahlandı və demokratik quruluşu ilə Qərbin ən demokratik sayılan ölkələrinin təəccübünə səbəb oldu. Lakin beynəlxalq satqınlıq nəticəsində azadlığı boğuldu və qəsb olundu. Amma qəsb olunsa da, həqiqi azadlığın, doğru əqidənin nə oldunu dərk etdirən geniş bir iz buraxdı qəlblərimizdə…

Tural Ağamirzəzadə
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Həyat idealımız Xanım Fatimənin (s.ə.) həyatımızda rolu

Bütün mömin və möminələr sənin mövludunu qeyd edir, sənin üçün, sənin şərəfinə bayram edir, sevinir. Ancaq bilmirəm sevinməyə, bayram etməyə nə dərəcədə haqqımız var. Biz sənin irs qoyub getdiyin iffətə, ismətə, izzətə, qeyrətə nə dərəcədə sahib çıxa bildik? Biz bu gün həyatımızda, seçimimizdə, davranışımızda hər vaxt sənə layiq olduqmu? Hər vaxt hər işimizdə, atdığımız addımda səni nümunə götürüb sənin bu vəziyyətdə nə edəcəyini fikirləşdikmi?!
Biz səni yaşatmağı, sənin kimi yaşamağı unutduq. Əlbəttə sənin doğum günün bəşəriyyət üçün şərəfdir, çünki sən bizə əsl qadınlıq nümunəsi bəxş etdin və necə olmalı olduğumuzu bəyan etdin. Biz isə bir çox hallarda örpəyimizə belə sahib çıxa bilmədik. Bu gün bütün müsəlmanlar səni tanıyır, ancaq bütün müsəlman qadınları hicablarına yiyələniblərmi?! Bəs hicablı möminələrin hamısı daşıdıqları məsuliyyətin fərqindədirlərmi?! Səni insanlığın ən üstünü olaraq tanıdığımız halda, həyatımızın ən ucqar küncündə yaşadırıq. Çünki bu gün müsəlman qadınına dünyanın bər-bəzəyindən ayrılıb sənin kimi olmaq çətindir. Naməhrəm bilmədən, halal-haram demədən hərəkətlərinə müasirlik donu geyindirməyə çalışan müsəlman qadınlarımıza səni örnək götürmək çətindir.
Görünür biz hələ sənin kim olduğunu dərk etməmişik və ya özümüzün kimliyini unutmuşuq. Ey Rəsulullahın (s) gözünün nuru əziz Fatimə (s.ə)! Bilirəm sənin ürəyin parçalanır bizim halımızı gördükcə. Bəlkə də bizim sənin mövludunu bayram etməyə özümüzdə hünər tapmağımız təəccüblü bir haldır. Bağışla! Bağışla ki, səni ömrümüzdə yalnız doğum günlərində xatırlayıb, sənin bizdən razı olub-olmadığını bilməyərək gülüb-şənlənməyə cürət tapırıq. Əslində vicdan gözü ilə özümüzə nəzər salsaq, nə dərəcədə hicabla yiyələndiyimizi, qərarlarımızı, fikirlərimizi ilk öncə sənin idrak süzgəcindən nə dərəcədə keçirtdiyimizi, danışarkən, gülərkən nə dərəcədə sənin ismətini, iffətini düşündüyümüzü, hər zaman rahatlığa meyl edən, cihaddan, müharibədən qorxan bu qadın ürəyimizə sənin qeyrətini nə dərəcədə izah etdiyimizi görərikmi?! Əgər durumumuzdan utanıb, səndən üzr istəsək belə nə xoş halımıza. Çünki sənə dönməyə, qaranlığa yuvarlanan bu qəlbimizi işıqlandırmağa heç olmasa şansımız olar. Amma yəqin, çoxumuz hələ də səndən nə qədər uzaq olduğumuzun, əslində səni yalnız dildə sevdiyimizin fərqində deyilik və bu sözlərin bizə aid olmadığı düşüncəsi ilə qəflətimizdə inad edirik.
Allahım, bütün müsəlman kişi və qadınına Xanım Fatimə (ə.s) qeyrətini, namusunu nəsib et! Çünki mən əminəm ki, əgər biz izzətimizə sahib çıxsaq, bu gün də Kərbəla yaşamarıq və hər gün, hər saat namərd düşmən gülləsindən şəhid olan müsəlmanlarımızın haqq uğrunda ölümlə mübarizəsinə yalnız seyirçi qismində tamaşa etmərik. Allah Təala Quranda dəfələrlə müsəlmanlara kafirlərlə mücadilədə vəhdətdə olmağı əmr edir. Biz müsəlmanlar heç Qurana - Allahın kəlamına da qulaq asmırıq, lazımınca itaət etmirik. Quran o ayələrdə sanki bizlərdən bəhs edir və bizim aqibətimizi təsvir edir, biz isə əslində Qurandan və özümüzdən uzaq düşmüşük.
Allahım, bütün müsəlman qadınlarına əsl qadın olmağı, həyatlarının hər sahəsində çox qısa, lakin qısa olduğu qədər də uzun-uzadı təfsilata, izahata ehtiyac duyan ömrü ilə əsl gözəlliyin portretini çəkən gözəllik mücəssiməsi Xanım Zəhranı (s.ə.) özlərinə örnək götürmələrini nəsib et!
Allahım, bizi onun qədrini layiqincə bilmədiyimizə, onu lazımınca sevmədiyimizə görə bağışla!
İlahi, inşəallah bizi onun üçün yaşayanlardan, ürəyi onun eşqi ilə döyünənlərdən, özümüzü və hər şeyimizi onun üçün və onun özünü fəda etdiyi o ülvi dəyərlər üçün həsr etməyi nəsib et! Bizi bu özümüzdən xəbərsizlikdən, qafillikdən, zülmətdən aləmlərin nurundan bir nur olan Həzrət Fatimənin (s.ə.) iman çeşməsindən yararlanmağı, onun nuru ilə həyatımızı, yolumuzu aydınlatmağı, işıqlandırmağı nəsib et! Amin.

Pərvin Nəsirova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, июля 09, 2008

Qadınlar bayramı və Qadınlıq zirvəsi

Qadın. Ülviliyin və zərifliyin zirvəsi. Bəşərin ilham qaynağı. Bir əmanət nişanəsi. Bir hərəkətverici qüvvə. Ana obrazının özü. Yarıları tamamlayanlar...
Daima qadına cəmiyyətin aşağı təbəqəsi kimi baxılmışdır. Əslində bu baxanlar cəm olaraq kişilərdən ibarət idilər. Özlərinin fiziki üstünlüklərindən istifadə ederək əzmişlər, üstələmişlər öldürmüşlər. Qadın bir əşya. Qadın bir nəsil artırn maşını. Qadın başqa heç nə.
Özlərini postmodernçi sayanlar da hələ qadının nə olduğunu anlamamışlar. Əslində qadın anlayışı altında insanlıq anlayışından da qat-qat aşağıları başa düşmüşlər. Qondarma qadın fenomeni meydana gətirmiş və onun nümunə olduğunu fərz etmişlər.
“Mütəfəkkirlər” nəzəriyyələr yazmışlar. Ancaq bunların heç biri qadının anlayışının əsl özünü aça bilməmişdi. Bütün bu nəzəriyyələrdə unudulan və yaddan çıxa bir şey var idi- “bütövün iki hissədən ibarətliliyi” .
Əslində onlar unutmuşlar özlərinin bir yarı olduqlarını və tamlanmaları üçün digər yarıya- Qadına ehtiyacı olduqlarını. Unutmuşlar sevgili yar anlayışını. “Yarım mənim” ifadəsini ancaq sözdə olduğunu təsəvvür etmişlər. Unutmuşlar “yarım mənim “ deyəndə, əslində özlərinin məhz o “yarıya” ehtiyacları olduqlarını birbaşa etiraf etdiklərini. Qadına digər yarı kimi baxmamağın nəticəsidə kişi obrazın ikidə birliyində qalmış və bu qeyri-bütövlük riyaziliklə kifayətlənməmiş, onun yaşayışını natamamlamışdi.
Özü ilə hidayətlik nurunu gətirən İslam… Qırdı bütün ətalətlətri... Dəyişdirdi qadına baxış bucağını. Qadının əslində nə olduğunu öyrətdi bəşəriyyətə. Ancaq bu öyrətim nəzəriyyədən ibarət olmadı. Bir çox nümunələrdə göstərdi. Zirvə göstərdi. Sonsuzluq göstərdı. Hədəf göstərdı. Zəhra (s.ə) göstərdi. Zeynəb (s.ə) göstərdi.
Nə üçün? Özündən sonrakıların hədəfə doğru irəliləməsi üçün. Nə üçün? Qadın deyiləndə nə başa düşülməsi lazım gəldiyini bildirmək üçün. Nə üçün? Qondarma psevdo-qadın fenomenini yaranmaması üçün. “Mütəfəkkirlərə” dərs vermək üçün və daha nə qədər “nə üçün?”- lərin cavabın vermək üçün.
Həmişə olduğu kimi, yenə də bəşəriyyət azdı yolunu. Unutdu “qadınlığın” özünü. Bəlkə də qorxdu dərk etməyə. Bəlkə də qorxdu özünün yarı olduğunu qəbul etməyi. Bəlkə də qorxdu ehtiyaclı olmağından.
Ona görə də ortaya daha zəif, daha gücsüz qadın obrazı çıxardı. Bununla kifayətlənməyib bu obrazı daha ali bir nümunə kimi təqdim etdi. Qadın susuzluğu çəkən bəşəriyyət də bunu qəbul etdi. Ardınca qondarma qadın bayramlarını, qondarma qadın nağıllarını və sairələri qəbul etməyə məcbur edildi bəşəriyyət.
Qadın deyəndə ancaq fiziki qadın başa düşüldü. Bu cür dar düşüncəli bəşəriyyət İslamın təqdim etdiyi vücudi qadını anlaya bilməzdı. Elə anlamadı da. Əgər anlasaydı, bu gün «gözəllik müsabiqələri» adlandırılan diri hərraclar keçirilməzdi. Əgər anlasaydı reklamların baxımlılığını artırmaq üçün qadınlardan istifadə etməzdilər. Əgər anlasaydı, qadın bayramının ünvanı və fəlsəfəsındə səhv etməzdilər.
Qadın bayramı - yəni nə? Hər qadının bayramıdırmı? Bu suala sadəlövh yeni dünya adamları bəlkə də “hə” deməklə bir növ məsuliyyətdən qacırlar. Təəccüblü də deyil. Daha geniş fikirləşə bilməməyin nəticəsidir. Ətalətlər, ətalətlər.....
Qadınlar bayramı - QADINLARın bayramıdı. Fiziki qadın doğulmuşların yox. Bu gün o qadınların bayramıdir ki, özlərində vicudi qadınlıq yükünü daşıyırlar. Məhz bu vücudi qadınlıq onları fiziki qadınlıqdan daha yuxarıya qaldırır. Başqa sözlə desək “yar”lıq obrazından daha yuxarı - bütövləşdirici, tamamlayıcılıq zirvəsinə yüksəldir. Bu cür vücudi qadın bəşəriyyətin norma kimi göstərdiyindən çox-çox uzaqdır Əgər bəşər övladı “Əgər bəşəriyyət qadınsız olsaydı” deyə bilirsə… Axı vücüdi mənada götürdükdə “Əgər bəşəriyyət qadınsız olsaydı“ ifadəsi yoxdu. Çünki əgər bəşəriyyət qadınsız olsaydı, bəşəriyyət anlayışı olmazdı.
Bəli, bu gün məhz vücudi qadınların bayramıdi. Çünki bu gün vücudi qadınların zirvəsi Xanım Fatimeyi-Zəhranın (s.ə) mövlud günüdü. Ad günün mübarək ey Xanım Fatimeyi-Zəhra (s.ə)! Ad günün mübarək, ey üzünü görmədiyim anam! Qadınlar bayramın mübarək olsun Sənin və bütün vücudi QADINlıq şərəfini daşıyanların.
Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, июля 08, 2008

Futbol ehtirasları və futbol ətrafında haram ehtiraslar

Futbol üzrə Avropa Cempionatında oyunlar artıq bitdi. Nəfəsləri kəsən oyunlar, qalib gəlib sevinənlər və məğlub olub məyus olanlar... Məqsədim oyunlar haqda geniş məlumat vermək deyil. Maraq dairəsinin müxtəlifliyindən bu hamı üçün elə də maraqlı olmaya bilər. Toxunacağım mətləb isə futbola bağlı olmasından əlavə, ictimai fəsad nöqteyi-nəzərindən, çox mühüm olub hər birimizi narahat etməyə bilməz. Çoxdandır məni narahat edən məsələ - azarkeşlərin, futbolla az-çox maraqlananların və hətta ümumiyyətlə bu oyuna laqeyd olanların da yoluxduqları bir mərəz haqqındadır. Söhbət oyunöncəsi hər hansı komanda və ya komandaların göstərdiyi nəticələrə qoyulan pul məbləğlərindən gedir. Yəni proqnoz verməklə və hesab variantları yazmaqla gercəkləşən qumar növündən.
Adi vaxtda bəzi Avropa ölkələrinin cempionatları, klub səviyyəli avrokubokları səviyyəsində əhatə olunan bu qumar növü daha çox irimiqyaslı turnirlər keçirilərkən xüsusı olaraq kütləvi xarakter alır. Cempionatın startı ilə qumar cempionatının da startı verilir. Hər kəs azarkeşlik etdiyi, simpatiyası olduğu komandalara stastik göstəricilərinə, intuisiyasına və s. əsaslanıb, öz proqnozunu yazır, pul qoyub, pul götürür, udub-uduzur. Bir sözlə qumar adlı epidemiyaya yoluxub özünü həlakətə və uçuruma aparır.
Bütün şəhərdə genişmiqyaslı xarakter alan bu qumar növü çoxlarına süni sevinc bəxş etdirib, haram pullar qazandırır. İlk əvvəl müəyyən məbləğdə qazananlar, şirniklənib daha böyük məbləğlərdə pul qoyuluşları edirlər ki, bu da sonda faciələrə gətirib çıxarır. Lənətlik şeytanin bələdçi olub, neçə-neçə ailələri dağıdan, var-yoxdan çıxaran, pis yollara salan bu fəsad növünün acı həqiqətləri günümüzün realliqlarındandır.
Çoxlarını da dindirsən, məlumatsızlıqdan və ya bilərəkdən heç nə olmayibmış kimi əməllərinə bəraət qazandırar, bəxtlərini yoxladıqlarini, vaxt keçirdiklərini bəhanə etməyə çalışarlar. Bəzən etiqadlıların da onların arasında rast gəlınməsı təəssüf doğurmaya bilməz. Əlbəttə ki, bilməməzlikdən insan səhv edə, xətaya yol verə bilər və hər birimizin həyatında bu cür nümunmələr kifayət qədərdir. Lakin müsəlman bir insanın sözsüz ki, haram və halallları, məkruh və müstəhəbbləri bilməsı çox mühümdür.
Dünyada, xüsusilə də Qərbdə tamamilə leqal olan bu qumar növünə xüsusi bukmeker kontorları adlanan qurumlar nəzarət edirlər və hər oyunöncəsi edilən pul qoyuluşları və mükafat fondunun məbləğini elan edirlər. Ölkəmizdə isə bu prosses müxtəlıf cevrələrdə, müxtəlıf məbləğlərdə, həmçinin bu prossesə hesablanmış xüsusi mətbu orqanlarda geniş vüsət almış və təbliğ də olunmaqdadır. Manşetlərinə cəzbedici şəkildə böyük pul məbləğini yerləşdirən, müxtəlıf şüarlarla -məsələn"yalnız hobbi üçün oyna" kimi yazılarla və digər vasitələrlə insanları haram pul qazancına dəvət edənlər əslində hobbi adı altinda insanlara iyrənc vərdişlər təlqin edirlər. Bir o qalıb ki, bərbəzəkli şou düzəldib, bu qumar növünü digər qumar növləri kimi geniş tamaşaçı auditoriyasına çıxarsınlar, kütləviliyi artırsınlar.
Belə görünür ki, futbol idmanın şahı olması ilə yanaşı, insan mənəviyyatını qula cevirən vasitəyə də çevirilib. İnsanlardan bəziləri futbola bir idman növü kimi deyil, qoyduqları pullarla bağlı sonuclanan nəticələrə görə baxırlar. Bir idman mübarizəsi külli miqdarda dövr edən pul ehtiraslarına, ardı-arası kəsilməyən nəfsani istək təbliğatçısına çevrilib. Və bununla da Qərbin hər tör-töküntüsünə gül-çiçək təki ətirli bilib qucaq açan bizləri bir çox anti-dəyərləri dəyər hesab edib, tələmtələsik qəbul etməyə vadar edib.
Zatən qazananlar, verdikləri proqnozlarda nəticəni düzgün tapanlar - əslində iinsanlığını, mənliyinı, şərafətli məqamını uduzanlar, tapmalı olduğu kamilliyini itirənlərdir. Yaşadığı dünya həyatına mənəviyyat, alilik, bəndəlik, ruhi yüksəliş qazanmağa gələn insan övladı, təəssüf ki, ali dəyərlərini xərcləməklə, dəyərsizlikləri isə qazanmaqla məşğuldur. Nə qədər ki, nəyin qazanc, nəyin ziyan olmasını yaratdiqlarindan daha gözəl bilən UCA RƏBBİMİZİN əmr və nəhylərinə etina olunmur insanlıq adina hələ çox faciələr, fəlakətlər gözləniləndir. İnsanlıq adına bütün fəsadlardan amanda olmaq ümidi ilə. AMİN!
Əli Ağayarov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

суббота, июля 05, 2008

Xəbərlər

Dünyada işgəncəyə ziddiyyətli münasibət
«Pisləri olar» təfəkkürü


BMT-də "26 iyun-İşgəncədən Zərər Çəkmişlərə Dəstək Günündən" əvvəl təşkil edilən mətbuat konfransında WPO (İşgəncədən Zərər Çəkmişlər) tərəfindən aparılmış araşdırmanın nəticələri açıqlandı. Maryland Universiteti Beynəlxalq Siyasət Davranışları Proqramına (PIPA) bağlı WPO-nin direktoru Steven Kull, anketin dünyanın 19 ölkəsində doldurulduğunu və anket üçün 19 min insandan sual soruşulduğunu söylədi.
Kull, sorğunun aparıldığı 19 ölkənin 14-də sorğuya qatılan kəslərin əksəriyyətinin "işgəncənin heç bir vəziyyətdə qətiliklə tətbiq olunmaması lazım olduğunu" ifadə etdiyini, ancaq aralarında Türkiyənin də olduğu 4 ölkədə nəticənin daha fərqli olduğunu söylədi.
Kull, "günahsız insanların həyatlarının risk altında olduğu fövqəladə vəziyyətlərdə" Hindistan, Nigeriya, Türkiyə və Tailandda sorğuya qatılanların terroristlərə müəyyən bir nisbətdə işgəncə tətbiq oluna biləcəyi istiqamətində cavablar verdiyini söylədi. Anketə görə Hindistanda bu nisbət 59%, Nigeriyada 54%, Türkiyədə 51% və Tailandda isə 44%-dir.
İşgəncə istəməyənlərin nisbəti düşdü
Türkiyədə heç bir şərt altında işgəncə edilməməsi lazım olanların sayının nisbətinin isə 36% olduğu, bunun 2006-cı ildə edilən tədqiqatlarda 62% olduğu ifadə olundu.
Türkiyədə "ümumiyyətlə işgəncə tətbiq oluna biləcəyini düşünənlərin" nisbətinin isə 18 % olduğu, bunun Çin ilə birlikdə ən yüksək nisbət olduğu da ifadə olundu. Kull, sorğunun Türkiyədə Arı vəqfi-İnfakto araşdırma şirkəti tərəfindən edildiyini və sorğuda təmsilçi olaraq seçilən 1000 adama sual soruşulduğunu söylədi.




Masonların yenidənqurma iddiaları

Əvvəl bu yığıncağın ümumi xətlərinə nəzər salaq. Mason Konqresinə Fransa, İtaliya, Türkiyə kimi ölkələrin yanında Cənubi Amerika və Afrika ölkələrinin mason təşkilatından da nümayəndələr qatıldı. Ərəb camiələri isə Beyrutdan və Fəsdən gələn iki heyət ilə təmsil edildi.
Yığıncağın bəzi hissələri jurnalistlərə açıq elan edildi. Amma açıq hissələri "suya tirit" saya bilərsiniz. Ətraf mühit problemləri, köç, yoxsulluqla mübarizə növündən. Bunlar əhəmiyyətsiz mənasını verməsin. Əsl mövzunun yanında daha əhəmiyyətli görünürlər.
Yenə bu iclaslarda din-dövlət əlaqələri və təhsil, təhsil fəaliyyətlərinin mütləq dünyəvilik prinsipinə görə icra edilməsinin əhəmiyyəti barəsində görüşlər qarşıya qoyuldu. İrqçilik və dini ayrı-seçkiliklə mübarizənin tək yolunun dünyəvi təhsil olduğu vurğulandı.
Lakin "Avropa Üzərindən Dünyanı Yenidən Tikmək" adıyla təşkil edilən bu konqresdə jurnalistlər bağlı iclaslara buraxılmadı. Hətta bunlara yalnız müəyyən dərəcədən masonların girməsinə icazə verildi.
Son olaraq, konqresin bağlanış iclasında Avropa Birliyi Komissiyası Başçısı Jose Manual Barosso, "Avropa dəyərlərinə xidmətdən" ötəri iştirakçılara təşəkkür etdi.
Avropanı masonlar yığışdırarmı?
Bu geniş iştiraklı və maraqlı mason konqresinin ana oxu aydındır ki, Avropa Birliyi üzərinə qurulmuşdur. Detallarına girmədiyimiz nöqtələrdə də Avropa üzərindən nələr edilməsi lazım olduğu kiçik qeydlər halında əks olunub. Zatən Barossonun iştirakı və "Avropa dəyərlərinə xidmət" ifadəsi vəziyyəti kifayət qədər açıqlayır. Qaldı ki, masonluğun qanunlarının universal olduğu xatırlanıldığında, daha regional bir yanaşma üzərindən dünyanın quruluşlandırılması fikri xeyli təzad ehtiva edir. Bu an Avropa dəyərləri və AB üzərindən qlobal bir oxuma doğrusu xeyli çətin. Yəni AB-ni mərkəz götürərək, dünyanı şəkilləndirmə fikirinin çox əllə tutular tərəfi yoxdur. Çünki gerçək budur ki, AB-nin problemləri o qədər çox və dərindir ki, dünyanı qurmaq deyil, özünü saxlayacağı belə xeyli şübhəlidir.
Bunun detallarını verəcəyik əlbəttə, amma işdə bu səbəblə bu mason konqresini "qlobal" deyil, Avropanı yığışdırmaq olaraq qiymətləndirmək daha doğru dayanır. Yəni yığıncağın adının mənası yox, yığıncağın yeri, məzmunu, iştirakçıların ağırlıqlı seqmentinin gəldiyi yer və ana mövzu buna işarə edir.
Avropanın ilk problemi öz içində "qlobal tarazlıqlar" xüsusundə ciddi fikir ayrılıqlarının olmaları. Mərkəzi Avropa saya biləcəyimiz Fransa və Almaniya bunun ən yaxşı nümunələri. İki ölkə, iki ayrı teldən çalır. İtaliya və Skandinav ölkələrini də ayrı kasalara qoymaq mümkündur. İngiltərə isə öz başına ayrı bir fenomen. London işin başından bu yana ABŞ-ın AB içindəki davamı sayıldığından bu mövzudakı çatlaq ayrı bir fəsil ehtiva edir.
Amma bu təməl problemlər işin yalnız başı. Referendumlar məsələsi də əhəmiyyətli. Son olaraq İrlandiya etdiyi referendumla AB "dəyərlərini" xeyli üzdü. Arxasının gəlməyəcəyinin zəmanəti də yoxdur. Bir başqa problem genişləmə müddətidir. AB ölkələrinin bir çoxu genişləməyi artıq qaldıra bilmədiklərini zatən söyləyirdilər. Köhnə Varşava Paktının üzvlərinin sürətli iştirakları bu yaranı bir az daha qaşıdı.
Gözləyənlər də böyük problemdir. Türkiyə, AB nə cür yumşaq-ağız istifadə etsə də, Avropa dəyərlərini ikiyə bölmüş vəziyyətdə. Açıqca qarşı çıxanı da var, fərqli düstur tapanı da, mütləq qatılsın deyəni də.
Bunların çoxu siyasi məsələlər, lakin AB-nin demoqrafik, iqtisadi, enerji problemləri də yığınladır. Hamısını tək-tək yazmaq mason konqresi üçün lazımlı deyil. Amma bu qətidir, masonluğun ana arteriyalarını saxlayan Avropa ölkələri və dəyərləri, hazır masonlar əl atmışkən təmir istəyir. Masonlar buna görə əvvəl "evlərini" təmir etməyə çalışır. Yəni Avropa "dəyərlərini". Konqres bu mənanı verir.


Buşun adı kanalizasiyaya verilir

ABŞ başçısının adı tullantı toplama mərkəzinə (kanaizasyaya) veriləcək. ABŞ başçısının adı tullantı toplama mərkəzinə verilməsi üçün San Franciscoda 8,500 imza toplandı. İmzaçılar "Ancaq pisliyi təmizlənər" dedi.
Əvvəlki ABŞ prezidentlərinin adları şəhərlərdə, qəsəbələrdə, şoselərdə və parklarda yaşayarkən, 43-cü president Corc Buşun adının nəhəng bir tullantı toplama mərkəzində verilməsi təklif edildi. Bu təklifi gətirən Prezident Xatirələri Komissiyası Başçısı Brian McConell «New York Times»də nəşr olunan şərhində "Bütün siyasətçilər, narsist və egomanyak olma meylindədir. Bu səbəblə onların öz tarixlərini təyin etmələrinə icazə vermək yerinə həcvçilərin onların tarixlərini təyin etməsi daha uyğun olar" dedi.
Qrup bu təklif üçün bu an tam 8,500 imza yığdı. Noyabrda şəhər sakinlərinin layihəni təqdim edilə bilməsi üçün 1,500 imza kafidir. Başçı McConnell, " «Bəli», ya da «Xeyr» məsələsi olacaq. Heç bir maliyyə xərci də yoxdur, yalnız tullantı mərkəzinin tabeli xaricində". Təklifə qarşı çıxanlar yalnız Buşun adını heç bir yerdə görmək istəməyənlərin meydana gətirməsi də bir xeyli maraqlı doğurur. Əgər təklif qəbul edilsə, yeni prezidentin oval ofisə keçdiyi tarix olan 20 yanvar 2009-da tullantı mərkəzinə Buşun adı veriləcək.
Timetürk-ün xəbərinə görə, təklifi dəstəkləyənlər bu addımı, Buşun işləri üçün "uyğun bir abidə" olaraq xarakterizə edir. San Franciscoda gəzən ərizədə "Xarici əlaqələrdən maliyyə və ətraf mövzularına qədər Amerikan tarixindəki heç bir başçı bu qədər çox şeyi bacara bilmədi" ifadəsi açığca keçməkdədir. Abidənin girişinə təklif edilən şüarlar da bir xeyli maraqlıdır: "Buşun səbəb olduğu pisliyi təmizləyin", "Buradakı (lağım mərkəzi) pisliyin ən böyük məsulunu xatırlayırıq". Dəstəkçilər eyni zamanda yanvar ayında, minlərlə San Francisco tualetində sifonu çəkərək, lağım mərkəzinə hədiyyə göndərmə hərəkətini planlayır. İmzaçılardan Stacey Reineccius, "zehni boşaltmam üçün fiziki bir hərəkət etmək yaxşı bir yoldur" - deyir.
ABŞ prezidenti Buş Amerikanın tarixindəki ən aşağı nisbət olan 21%-lə ən sevilməyən lider olaraq tarixə keçdi. San Franciscolular, Buşun İraq, Əfqanıstan və dünyanın digər yerlərindəki etdiklərinin unudulmaması lazım olduğunu söyləyir. Ümid edirik dünya da unutmaz…

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



Gələcəyi birlikdə axtarmaq
"Abant"ın gündəmi Kürd məsələsi...

Budur böyük yığıncağa qatılacaq olan əhəmiyyətli adlar...
Abant Platforması Kürd problemini müzakirə etmək üçün Abant Palace Oteldə (Türkiyə) bir araya gələcək. Platformaya məmurlar, alimlər, jurnalistlər və iş dünyasının nümayəndələri qatılacaq. Daha əvvəl Diyarbəkirdə edilmək üzrə qərarlaşdırılan ancaq gündəmin sıxlığı səbəbiylə təxirə salınan Abant Platforması yenidən toplanır.
Jurnalistlər və Yazarlar Vəqfinin dəstəklədiyi platformada, Kürd problemi bütün ölçüləriylə danışılacaq. Yığıncaqda, tarixi arxa plan, ortaq miras və gələcəyin kəşfi, dünya praktikası: müqayisələr və modellər, keçmişin təftişi, axtarışlar və həllər mövzusunda iclaslar təşkil ediləcək.
"Barışı və Gələcəyi Birlikdə Axtarmaq" devizi ilə təşkil ediləcək yığıncağa qatılacaq bir-birindən əhəmiyyətli adlar arasında bunlar iştirak edir: Abdülmelik Firat, Əhməd Kök, Əli Fuad Bilkan, Əli Fuad Bucaq, Bəkir Karlığa, Celalettin Can, Cevat Öneş, Fuad Keyman, Qalib Ensarioğlu, Haşim Haşimi, Hüseyin Gülerce, Murad Yılmaz, Necdət Subaşı, Nevval Sevindi, Neyire Akpınarlı, Nezir Akyeşilmen, Sertaç Bucaq, Şennur Ciddi və Ümid Firat qatılacaq.


Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, июля 03, 2008

Xəbərlər

Marsda buz tapılıb

Amerikanin kosmik tədqiqatlar mərkəzinin (NASA) Mars planetində tədqiqat aparan Phoenix aparatından alınan fotolarda ağ maddənin buz olduğu dəqiqləşdi, haber3 saytı məlumat verir. Aparatın torpağı qazması nəticəsində aşkar edilən kütləni incələyən Arizona Universitetindən Piter Smit ilk əvvəl tapılan maddənin parlaqlığını nəzərə alıb onun duz olma ehtimalını irəli sürdüklərini, daha sonra isə buz olduğunu yəqin etdiklərini dilə gətirdi. Smit planetdə buzun aşkar olunması ilə canlı həyatın da var ola biləcəyini də vurğulayıb



Sony-Ericsson’dan Cyber-Shot modeli

Keçən həftə dünyanın məşhur mobil telefon istehsalçısı olan Sony-Ericsson alıcılarına yeni 8.1 meqapikselli C905 Cyber-Shot modelini təqdim etmişdir. Mobil telefon istehsalçıları tərəfindən 5 meqapikselli telefonların istehsalının rəqabəti getdiyi bir vaxtda, Sony-Ericssonun yarı professional rəqəmsal şəkil çəkən modeli bu rəqabətə yeni rəng qatmışdır. 2 gb yaddaş kartı, rəng və görüntü üstünlüklərı olan yeni model internetə naqilsiz qoşulmaq üçün WI-FI və digər naviqasiya texnalogiyalarını özündə əks etdirir.



Ən böyük canlı

Elm adamlarinin bu ana qədər apardığı araşdırmalara görə yer üzünün ən böyük canlısının mavi balina olduğu dəqiqləşdi, - Dünyabülteni xəbər verir. Tarixən bu böyüklükdə canlının yaşamadığını təxmin edən alimlər mavi balinanın nəslinin tükənmə təhlükəsini xüsusi olaraq qeyd ediblər. Araşdırmalar nəticəsində yer üzündə bu ana qədər 5 minə qədər mavi balina qaldığı təxmin edilir. Həddindən artıq böyük ölcülərə malik olub indiyə qədər ölcülməyən mavi balinanın hissələrinin cəminin ölcülməsinə əsasən o 180 ton ağırlığında və orta hesabla 30 metr böyüklüyündə olduğu təxmin edilir.
Mavi balinanın özəllıkləri:
Cəkisi- 150-180 TON (25-30 ədəd Afrika fili kimi)
Boyu- 27-33 METR
Dilinin ağırlığı - 2.7 ton
Ürəyi -600 kiloqram
Qaraciyəri - 1 ton
Qan damarinin eni - 23 sm
Ağzının sahəsi - 24 kv.m
Sürəti - 35 km/saat
Gücü - 500 at gücünədək
Ömrü - 50 il



Azərbaycan millisi zəifləməkdədir…

FİFA-nın milli komandalar üzrə açiqladığı yeni reytinq cədvəlınə əsasən Azərbaycan millisi öz mövqeyini xeyli zəiflədərək 191 xalla 139-cu yerə enmişdir.Azerisport xəbər verir. Belə ki, millimiz artıq 12 il bundan qabaqkı antirekorduna yaxınlaşmışdır. (1996-cı ildə 141-ci yer). Görünür son yoldaşlıq oynlarının nəticələri elə də yüksəlişə səbəb olmamış, millimiz Syerra-Leone, Liberiya kimi ölkələrin cərgəsində yer almışdır.
Bunlari nəzərə alsaq ölkəmiz Avropada yalnız Cernoqoriya, Lüksenburq, San-Marino, Andorra, Farer adaları kımı cırtdan dövlətləri qabaqlayaraq 48-ci pillədə qərar tuitmuşdur.
Avro-2008’də möhtəşəm oyunu ilə hamının qəlbini fəth edən qardaş Türkiyə millisi reytinqdə 6 pillə irəliləyərək 1010 xalla 14-cü pilləyə qalxmışdır. Qızıl merdallarin qalibi dünya reytinqində müvafiq olaraq 1. İspaniya (1557), 2.İtaliya (1404), və gümüş mükafatçı 3. Almaniya isə (1364) xalla ilk yerləri bölüşmüşlər.

Əli Ağayarov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, июня 27, 2008

HAQQI ELƏYƏR BƏRPA


Qəmdən üzülüb canım,
Nahaqq tökülüb qanım,
Qalxıb göyə əfqanım...
Gizlindədir imkanım,
Gəlmir hələ dövranım,
Qopmur hələ tufanım.

Haqqın səsi yüksəlmir,
Məzlum niyə dirçəlmir?
Zalım axı dincəlmir,
Göydən də bəla gəlmir.

Gözlərdən asıb pərdə
Hər yanda durub hərbə.
Heç qayğı olar zərbə?
Kim bunda düşər şəkkə?
Bu mərmidi, bu qəlpə!
Rəhm eyləmədən zərrə
Öldürdü neçə körpə.
Kim etsə buna qibtə
Lənət ona əlbəttə!

Haqqı tanıyan aqil
Zülm etməz, olar adil.
Kim olmadısa qafil
Oldu ona da şamil.
Dəryanı tutar sahil
Dərk etməsə də cahil
Cahil də ora daxil.
Hər bir işi naqabil
Hər yanda ötər dil - dil
Axır gələr Əzrayil(ə),
Surun çalar İsrafil(ə),
Mənsə bir işə mail,
Ol işdə ola təcil.

Mən səslərəm Allahi,
Gizlinlərə agahi.

«Rəbbim, bizə imdad et,
Nadanları bərbad et,
Qəmdən bizi azad et,
Xoş vədən ilə şad et».

Rəbbim əsil Hakimdir,
Hər şey ona təslimdir.
Üsyan eləyən kimdir?
Zalimdir o, zalimdir.

Qəlbimdə qalıb yarə,
Çarə qalıb izharə.
Məlunlara, küffarə
İmkan düşə bir parə
Gündüz də olar qarə,
Aləm də gələr zarə.
Elan olar aşkarə
Zalim çəkilər darə.

Döndükcə duran dünya
Olmaz əbədi əsla.
Haqq qalsa da bir damla
Bir gün daşırar dərya.
Olmaz bu fikir xülya
Gülşən yetirər səhra.
Allah həqiqi əla
Zülmü eləyər ifşa.
Haqq haqqa olub arxa
“Haqqı eləyər bərpa!”


Şahin Qurbanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



пятница, июня 20, 2008

Şirin ümidlər

Bismilləhir-Rahmənir-Rahim!

Bu günlərdə yenə növbəti dəfə Gürcüstanla Rusiya arasında gərginlik yaşandığını müşahidə edirik. Və biz azərbaycanlılar nə düşünürük? Çox, çox-çox müdrik bir xalq kimi biz baxıb gürcülərin hərəkətlərinə gülüb, onlara lağ edərik, o saat deyərik - ağılsızlığa bax e-e. Rusiya kimi bir dövlətlə də belə danışmaq ola-ar? Dünyanın ən güclü ordularından birinin hərbiçiləri ilə necə belə rəftar etmək olar?
Onların silahlarını əllərindən almaq və özlərini də dama basma-aq?! Bu necə də böyük siyasətsizlikdir! Gürcülər bununla nə əldə edirlər bəyəm?! Əşşi-i, dağ admlarıdır də-ə. Onları da qınamaq olmur, cavandılar, təcrübələri yoxdur, “siyasət” məktəbi keçməyiblər. Deyəcəksiniz ki onlar Qərb müttəfiqlərinə güvənirlər. Yaxşı, bəs həmin bu Qərb, elə Rusiyanın özü də bizim supersiyasətçiliyimizin nəticəsində bizim də istrateji müttəfiqimiz döyül bəyəm?! Zarafat iş deyil a-a, iki zidd ilə eyni zamanda dost olmaq. Əhsən bizim siyasətçilərimizə. Əsas nəticədir. Çox da ki, istrateji həmsədrlərimizdən biri rəsmi surətdə Dağlıq Qarabağa pul ayırır, biri silah verir, biri də hər növ siyasi, imformasiya və iqtisadi dəstək verir qeyri-istrateji tərəfdarları olan ermənilərə. Şirkətləri Qarabağda iş görürlər.
Gərək biz də onların geyri-istrateji tərəfdaşı olaydıq. Nə pis şey imiş bu istrateji tərəfdaşlıq. Noolsun. Biz ürəyi təmiz və gəlbi geniş xalqıq, belə xırda-para şeyləri ört-basdır etmək lazımdır, bunları şişirdib o boyda nəhəng dövlətlərlə düşmən olmayacayıq ki!! Zato hamısı ilə münasibətlərimiz yaxşıdır, hamısı ilə dostuq. Bir düşünün, misal üçün Rusiya bizimlə əlagələrini kəssə, həmvətənlərimizi oradan geri göndərsə, nə olar halımız?! Necə? Gürcüstanın nefti yoxdur və ona heç nə olmadı? Bizim çoxumuzdan yaxşı yaşayırlar? Bu da orada bizə baxanda demokratik rejimin hökm sürməyinə görədir? Əşşii-i, demokratiya-zad hamısı boş şeydir, əsas odur ki, bizim ölkə inkişaf templəri üzrə dünyada birinci yerdədir.
Yadıma bir az əvvəl olan pilotsuz təyyarə qalmaqalı düşdü. O vaxt düşünmüşdüm ki, axı bu təyyarədən bizdə niyə yoxdur. Bu əjdaha başı deyil ki, lazımsız bir şey ola. Əsgərlik vaxtı qarşı tərəfdə duran duşmənin mövqelərini bilməyin necə zəruri olduğu yadıma düşmüşdü. Sonra kosmosa peyk buraxmaq istədiyimizi görüb sevindim. Indiki zamanda kosmosdan yerdəki qəzetin də oxunduğunu duşunub öz-özümə dedim, əhsən bizimkilərə, özlərini danışıqlara aldanmış kimi göstərib dığaların torbalarını tikməyə hazırlaşırlar. Amma (yenə bu hər şeyi körlayan əmma) kardeşlerimiz demişkən nərdə-ə-ə. Məlum oldu ki peykimiz istrateji tərəfdarlarımız olan izrail və amerikanın tam nəzarəti altında buraxılacaq. Sonra gördüm ki “bizimkilərin” heç belə bir fikirləri də olmayıb, onlar olimpiadanın bizdə keçirilməsinə hazırlaşırlarmış, o da əldən çıxdı. Bununla da ümidlərimin kökünə balta çalındı.
Niyə biz heç olmasa açıq-aşgar düşmənimiz olan dığalarla bu tərzdə (Gürcüstanın Rusiya ilə tonu kimi) danışmırıq görəsən? Danışmaq bir yana, heç olmasa qaş-qabaq eləmirik? Qaş-qabaq bir yana, heç olmasa onların üzünə gülümsəməkdən özümüzü saxlamırıq?! Axı hələ də, elə həmin o üzlərinə güldüyümüz anlarda da əsirlərimiz dığaların əllərində işgəncə görürlər. Allah mənliyimizi əlimizdən almasin. Bunlar olmayandan sonra digərlərinin mənası nədir? Axı hələ bir-iki ay bundan qabaq bizimkilər 5-10 dığanı Andronikin yanına göndərəndə çoxumuzda ümid dolu hisslər oyanmışdı?! Qarabağ intiqamının reallığı hissi… İşğal olmuş torpaqların qaytarılması hissi… Necə də şirin hisslər! Bu hisslərin aradan getməməsi ümidi ilə Allah amanında.

Muhəmməd Əmircanov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, июня 19, 2008

Ay-ulduzlular tarix yazdılar

Türkiyənin milli futbol komandası unudulmaz bir zəfərə imza atdı. Qrupundakı son oyununda Çexiya Respublikasının millisi ilə qarşılaşan ay-ulduzlu qrup, 2-0 məğlub vəziyyətə düşməsinə və qapıçısız qalmasına baxmayaraq oyunu 3-2 qazanmasını bacardı.
Bildiyimiz kimi, Avropa büyük futbol həyacanı yaşayır. Əlbətdə hər zaman olduğu kimi, bu ildə biz kimlərəsə azarkeşlik edirik. Azərbaycan azerkeşlərinin böyük həyəcanla izlədiyi oyunlar, əlbəttə ki, Türkiyənin oynadığı oyunlardır. Qonşu ölkənin milli komandası isə sözün həqiqi mənasında iyunun 15-i tarix yazdı. Elə bir tarix ki, nə çexlərin, nə də ki türklərin yadından heç bir zaman çıxmayacaq.
75 dəqiqə ərzində 2 qol vuran Çexiya Respublikası idmançıları oyunun sonunun onlar üçün acınacaqlı olacağını heç xəyallarına belə gətirə bilməzdilər. Dəqiqə 75. Ardanın qolu turkləri ayağa qaldırdı. Hesab 2:1. Xallar arasındakı fərq minimuma endirildi. Elə həmin andan hər kəs türklərin növbəti qolu üçün dua etməyə başladı. Hesabın bərabərləşməsi və oyunun taleyinin penaltilərlə həll olunmasını istəyirdilər türklər. Dəqiqə 87. Hər kəs ayaqda. Çünki, Nihat tarixə öz adını yazdı. Hesab 2:2. İndi hər kəs sevinir və oyunun nəticəsini penaltilərin həll edəcəyinə şübhə belə yoxdur. Amma ...
Nəfəsləri kəsən an. Dəqiqə 89. Nihat Türkiyənin 3-cü və heç kəsin ağlına belə gətirə bilməyəcəyi qolu vurdu. Və beləliklə cəriməli olduğundan ilk 2 oyuna buraxılmayan Nihat, bütün türkləri ayağa qaldırmağı bacardı və Türkiyə Avropanın 8-liyinə daxil oldu.
Dəqiqə 92. Çexlərin sonuncu təhlükəli hücumunun qarşısını alan zaman Vulkan çox böyük kobudluq etdiyinə görə qirmizi kart aldı və növbəti oyunda komandasına heç bir köməklik edə bilməyəcək. Türkiyənin növbəti oyunu güclü Xorvatiya komandasına qarşı olacaq.
Qırmızı kart görən qapıçı Vulkan ilə sarı kart cəzalısı Məmməd Aurelio, Vyanadakı dörddə bir final oyununda forma geyə bilməyəcək. Tarixi qalibiyyətin ardından jurnalistlərin suallarını cavablandıran Fateh Term: "Bu futbolçuların alınından öpmək lazım. Tarix belə yazılar" dedi. Respublika başçısı Abdullah Gül ilə baş nazir Teyyib Ərdoğan da oyunun ardından Futbol Federasiyası Başçısı Həsən Doğan və baş məşqçi Fateh Termini axtararaq təbrik etdilər.

Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


Afərin Türkiyə!

Türkiyənin 1\4 finala yüksəlməsi möhtəşəm və möcüzəlı oyunla gercəkləşdi. 0:2 hesabı ilə geridə olarkən toparlanıb oyundan 3:2 hesablı qalibiyyətlə ayrılan "ay-ulduzlular" hamını, eləcə də bizləri sevincə qərq etdi. 75-ci dəqiqədə Ardanın, 87 və 90-ci dəqiqələrdə Nihatın qolları ılə sevinən türklər futbolun 90 dəqiqə olduğunu bir daha sübut etdilər. Spor3-ün məlumatına görə, oyun sonrası Türkiyə yığmasının baş məşqcisi Fatih Terim mətbuat konfransinda cox sevincli olduqlarını dılə gətirərək tarixlərində ilk dəfə cexləri yendiklərini xüsusi olaraq vurğuladı. Futbolu cox maraqlı oyun olduğunu qeyd edən məşqcı oyuncularının həyacanı sevdiklərini və hec vaxt inamlarini itirmədiklərini vurğuladı. oyunun qəhrəmanı Nihat isə duyğularinin inanılmaz olduğunu qeyd etdi. Cexlərin baş məşqcisi Karel Brükner isə "uduzmağımız inanilmaz. Hər şey çox sürətlə baş verdi. Bu oyunu unutmaq ücün bir çox gecəni yuxusuz kecirəcəyəm" deyə qeyd etdi. Oyundan sonra Türkiyənin baş naziri Rəcəb Teyyib Ərdoğan şəxsən Fatih Terimi və Nihatı telefonla təbrik etdi.
Xatırladaq ki, 1\4 finalda Türkiyənin rəqibi «B» qrupundan Xorvatiya komandasıdır.


Əli Ağayarov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

SAKİTLİYƏ RİAYƏT EDİN!

Ən böyük qələbə həyat
səhnəsindəki qəhramanlıqdı.

O gün gecənin bir vaxtı küçədəki səs-küy məni yuxudan oyatdı. Diksinib yerimdən qalxdım. Elə bildim ki, zəlzələdi. Sonra anladım ki, yox bu nəsə başqa şeydi. Gördüm ki, camaat küçədədi. Dedim yəqin millət Qarabağın azadlığı uğrunda mübarizəyə qalxıb. Yox bu deyildi. Sonra dedim ki, yəqin bahalaşma ilə bağlı mitinqdı. Heç o da deyilmiş. Əvvala ona görə ki, mer bizim küçənin yanında mitinq keçirməyə icazə vermir. Ikincisi isə bizim camaat yaxşı bilir ki, gecənin xeyrindən, səhərin şəri yaxşıdır. Bəs yaxşı bu səs-küy nədir? Nəyə görə millət gecənin bu vədəsində küçəyə axışıb? Bu suallar məni yatmağa qoymadı. Deyirlər adamın başına nə gəlir, maraqdan gəlir. Məni də maraq küçəyə çıxmağa vadar elədi.
Düşdüm gördüm nə! Bir vur-çatlasındı ki, gəl görəsən. Hamı «TÜRKİYƏ, TÜRKİYƏ!» qışqırırdı. Sevindim. Dedim yəqin Tükiyədəki hicab probleminə bizimkilər dəstək çıxır. Istədim mən də qışqırım ki, “vicdan azadliğı”, “alı dəyər” və s.
Bir də baxdım ki, yox, qardaş bu nəsə başqa şeydi. Maraq da bayaqdan məni boğur. Axırı qışqıranların birindən soruşdum ki, “nə olub?!”. O da mənə baxıb “TÜRKİYƏ! TÜRKİYƏ! TÜRKİYƏ!“ deyə qışqırdı və çıxıb getdi. Acığı heç nə başa düşmədim. Bəxtimi bir daha sınayıb başqaşından soruşdum.
Sən demə türklər Avropa Çempionatının qrup oyununda Çexiyaya qalib gəliblər. Açığı mən də sevindim. Bir müsəlman komandasının, həm də bizim qardaşlarımızın qalibiyyəti məni də sevindirdi. Ta mən onlar kimi qışqırmadım. Kənarda dayanıb onları seyr etməyə başladım.
Hər kəs özünü unutmuşdu. Dəli kimi qışqirırdılar. Bəlkə də yaxınlaşıb adların soruşsaydın, «TÜRKİYƏ! TÜRKİYƏ! TÜRKİYƏ!» cavabını verərdilər. Vallah, mən yetərli heç nə başa düşməmişdim bu mənzərədən.
O gecə polis əmilər də nəsə həmişəki kimi deyildilər. Çünki həmin yerdə 10-a yaxın polis var idi. Heç kimə bir söz də demirdilər. Sadəcə yolu açmaq üçün nəzakətlə hamını kənara çəkirdilər. Dedim yəqın, başqa vaxt polis əmilərin hirsli olmasına səbəb rəisin işdə olması olur. İndi rəis evində, bunlar da burda. Ona görə də sakitdilər. Amma bu mənim fikrimdi. Bəlkə də onların belə sakit olmasına səbəb məhz Türkiyənin qələbəsi idi. Onlar da bu qələbəyə sevindiklərindən heç kimə heç nə demirdilər
Onlara baxa-baxa fikrə getdim. Fikirləşdim ki, görən bizim komanda nə vaxt Avropa Çempionatinda uduzacaq. Heç udmaqların demirəm, çünki mənim xəyal gücüm o qədər inkişaf etməyib ki, onların qələbəsını təsəvvür edə bilim. Nə vaxt burada «Azərbaycan! Azərbaycan!» qışqıracaqlar. Görən nə vaxt bizim futbolçular Avropa Çempionatinda bir-birlərinə pas verəcəklər.
Görünür biz hələ xeyli müddət onun-bunun qələbəsi ilə özümüzü toxtatacağıq. Amma mənim fikrimcə, gecənin bu vaxtı küçəyə çixib qışqırmaq etik normaları pozmaqdı. Axı küçədəki binanın on ikinci mənzilində yaşayan şəkər xəstəsi Solmaz nənənin və ya bir mərtəbə yuxarıda qalan Vüsal dayının iki ayliq Fatimə qızının nə günahı var ki, gecənin bu vaxtı onları yuxudan oyadırdısınız?
Gərək merə bir yazılı müraciət edim ki, bu azarkeşlərə şəhərdən kənarda bir yer versin. Onsuz da o qışqıranda səsin gedib heç kimə çatmayan yerlərın hara olduğun yaxşı bilir. Nə isə…
Üşüdüyümü hiss edib evə qayıtdım. Amma beynimdə «Türkiyə!» səsi əks-səda verdiyindən yata bilmədim. Solmaz nənəyə və Fatimə balaya dəstək olmaq üçün yatmamağa qərara aldım. Qoy həm də mənim yatmamağımı görüb azerkeşlər utansınlar eee!. Əgər utanmağı azerkeşlık etmək qədər bacarırlarsa…

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi