пятница, мая 16, 2008

Dünya Ərzaq Proqramı (WFP) ölkənin hərbi xuntası ilə davam edən müzakirəyə baxmayaraq Mayanmanın siklon məhv etmiş ərazilərinə qida yardımlarını bərpa edib.
Qida ehtiyacında olan yüz minlərlə adama paylamaq Yanqon Beynəlxalq Aeroportuna WFP-inin bir neçə ton yüksək energetik biskvit (bulka) yükünü gətirən təyyarə yerə enmişdir. Lakin Mayanma hakimiyyətının bu yardımdan imtina etdiyi bildirilirdı. ”Mən anlayıram ki, onlar özləri qidanı (ərzağı) yaymaq istədilər”- deyə WFP rəsmisi “Alman Press” agentliyinə bildirib. Buna baxmayaraq, əldə olunan razılğa əsasən yardımların növbəti hissələrinin çatdırılması nəzərdə tutmuşdur.
WFP ümumiyyətlə fəlakət zonasına köməyi öz personalı vasitəsilə yaymağa çalışır.
Mayanmanın hakimiyyəti həmçinin dağıntılar altında olanların ehtimal etdiyini bildirir. Bu arada xunta hökuməti gələcəkdə onların siyasi hakimiyyətlərinin möhkəmlənməsi üçün işlənib hazırlanmış yeni konstitusiyanın referendumunu keçirdi .
Bütün olanlara rəğmən Yanqonda (Bankonq) UNICEF-in sağlamlıq (səhiyyə) departamentinin rəhbəri Şanta Blomen (Shantha Bloemen) deyib ki, “hələ ki, vəbanın və ya tifin heç bir dəlilləri yoxdur, baxmayaraq ki, belə bir narahatlıq movcuddur”.
Cenevrədə Qırmızı Xaçın (IFRC) Beynəlxalq Federasiyası bildirir ki, “daşınma (logistik) çətinliklərə baxmayaraq humanitar kömək təxminən 220 000 adama çatmışdır”.


Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

среда, мая 14, 2008

Donor seçiminin əhəmiyyəti

və ya İslamda qanköçürməyə baxış

Orqanların transplantasiyası XXI əsr təbabətinin çox geniş istifadə olunan sahələrindən biridir. Günümüzdə transplantasiyanın uğurlu nəticələrinə etibar edən çox sayda insan zəruri və qeyri-zəruri hallarda (məs. müəyyən plastik dəyişikliklər aparmaq üçün və s.) bədənlərində bu əməliyyatların aparılmasına razılıq verirlər. Zərurilik baxımından transplantasiyanın ən əhəmiyyətli sahələrindən biri isə qanköçürmədir. Transplantasiyanın digər növləri kimi qanköçürmə də donor və resipient arasında aparılır (orqanı köçürülən donor, orqan köçürülən isə resipient adlanır).Qanköçürmədə əsas məqsəd qanın çatışmayan miqdarının ödənilməsi və hemoterapiya- yəni qanla müalicədir. Bildiyiniz kimi bu əməliyyat qan qrupu və rezus-faktorun uyğunluğu şərtləri altında aparılır (əlbəttə ki, qanın tərkibində müxtəlif infeksion xəstəlik daşıyıcılarının olub-olmamasının yoxlanılması da zəruridir).
Amma müstəsna da olsa, bəzi hallarda qan qrupunun, rezus faktorun və s. müayinə göstəricilərinin uyğun olmasına baxmayaraq resipientin qanı donorun qanına əks reaksiya verir, belə demək mümkünsə, resipientin orqanizmi bu qandan imtina edir. Bunu tibbdə fərdi bioloji uyuşmazlıq adlandırırlar.Qeyd etməliyik ki, belə hallar çox az təsadüf edilir və əksər qanköçürmələr uğurla başa çatır.
Bəs sonra? Sonra həmin insanı nə gözləyir? Bədəninə köçürülən bu yad qan insanda hansı dəyişikliklər edir? Donorun kimliyinin qanköçürmədən sonrakı mərhələdə əhəmiyyəti varmı? Təəssüflər olsun ki, müasir tibb elmi bu suallara tutarlı bir cavab vermir. Prosesin uğurla başa çatması anından təbabət öz işini bitmiş hesab edir. Gələcəkdə həmin resipientdə hansısa problemlər olsa belə (söhbət qandan keçə biləcək infeksion xəstəliklərdən getmir), bunun səbəbini heç vaxt nə zamansa həmin insana köçürülmüş qanla əlaqələndirmirlər.
Elə isə gəlin cavabsız qalmış bu suallarımıza həyatımızın hər sahəsini hər zaman əhatə edən möhtəşəm dinimizdə cavablar axtaraq. Müqəddəs kitabımız Qurani-Kərimdə bir çox ayələr vardır ki, sonunda Rəbbimiz bizə “...düşünən kəslər üçün burada bir ibrət var.” - deyə müraciət edir, və bizi nələr barədəsə öz təfəkkürümüzlə nətcələr çıxarmağa çağırır.
Əziz Peyğəmbərimizdən (s) nəql olunmuş hədislədən birində deyilir: ”Həyat yoldaşı seçməkdə nə qədər diqqət edirsənsə, övladına süd vermək üçün dayə təyin etməkdə də bir o qədər diqqət et. Çünki, süd insan təbiətini dəyişdirə bilir”.
Başqa bir hədisdə Həzrət (s) buyurur: ”Baxın görün sizin övladlarınıza kim süd verir. Çünki, sizin övladınız süd ilə inkişaf edib kamala çatır. Süd verən şəxsin əxlaqi xüsusiyyətləri onda (süddə) təsirlidir”.
Hətta Rəsuli-Əkrəmin (s) körpəlik çağları haqqında olan kitablarda rəvayət olunur ki, o, Məkkə qadınlarının südündən imtina edib. Çünki, besətdən əvvəlki dövrlərdə Məkkə qadınlarının çoxu kişilər kimi xurmadan hazırlanmış şərab içirdilər.
İndi isə gəlin görək ana südü özü nədir və qadının qidası ilə süd arasında hansı təsiredici amil var. Əlbəttə, hətta tibbi-bioloji təhsili olmayan hər kəs təsdiq edə bilər ki, qadının qəbul etdiyi qida və ana südü arasında bir qan mərhələsi vardır.Yəni qəbul olunmuş qida həzm prosesində qana sovrulur, bu qan müxtəlif komponentlərlə birləşərək nəhayi mərhələdə ana südünə çevrilir.
Bəs bu süd körpəyə, onun vücuduna necə təsir qoyur? Təbii ki, burada da yuxarıdakı mərhələyə oxşar proses gedir. Süd bir qida olaraq körpənin mədəsinə daxil olur, həzm şirələrinin təsiri ilə parçalanır, bağırsaqlardan qana sovrulur və qan şəklində körpənin bütün vücuduna yayılaraq öz təsirini qoyur.
Gördüyümüz kimi, hədislərdə sözü gedən süd yalnız uşağın qəbul etdiyi anda südüdür. Bu anın həm öncəsi və həm də sonrası qandan ibarətdir. Bu mərhələlərin izahını verməkdə məqsəd ondan ibarətdir ki, hədislərdə birbaşa qan və onun təsiri haqqında danışılmasa da, əgər qidanın əxlaqa, əqidəyə təsiri təsdiq olunursa, bu, bizə əsas verir nəticə çıxaraq ki, donor qanı da bu keyfiyyətlərin daşıyıcısıdır. Fərq budur ki, həzm donorun bədənində gedir. Beyinə təsir edən isə hər iki halda qandır. Bir halda ki, qan əxlaqi və əqidəvi keyfiyyətlərin daşıyıcısı ola bilər, bəlkə də elə yuxarıda qeyd etdiyimiz qanköçürmə zamanı fərdi uyuşmazlıq halının da bu yönümdən bir açıqlaması vardır. Yəqin mənimlə razılaşarsınız ki, sözü gedən bütün bu məsələlər daha ətraflı, əsaslı və geniş araşdırmalar tələb edən mövzulardır. Amma onu da qeyd etmək lazımdır ki, illər boyunca insanlar həmişə dünyəvi elmlərin inkişafında təcrübələrdən nəzəriyyələrə istiqamətli olublar, nəinki əksinə, nəzəriyyələrdən təcrübəyə. Yəni, bizim bu gün nəzəri müstəvidə üzərində düşündüyümüz mövzu haqqında uzun illərin təcrübəsi ilə nəticə çıxarıb, artıq bunu (qeyri-rəsmi də olsa, öz aralarında) bir nəzəriyyə halına salıb tətbiq edənlər vardır.
Bu gün bəzi xalqlar vardır ki, öz milli və mənəvi dəyərlərinin xalisliyini qorumaq məqsədilə digər millətlərə məxsus donor qanından və ana südündən istifadəyə çox ciddi qadağalar qoyurlar. Onların belə bir nəticəyə gəlməkdə nələrə istinad etdiklərini bilməsək də, istədikləri məqsədlərinə nail olduqları, yanlış da olsa öz əqidələrini qoruyub saxlamağı bacarmaları göz qabağındadır.
Qəribədir, İslami tövsiyyələrin tətbiqinə müsəlmanların deyil, qeyri-müsəlmanların praktikasında rast gəlirik. Özü də bu tətbiqin hədəfi elə əsasən müsəlmanların özünə qarşı istiqamətdədir desək, məncə yanılmarıq. Halbuki bu İslama məxsus bir zirehdir. Və nə qədər ki, biz öz dinimizi lazımi şəkildə öyrənib, onun qiymətli incilərini dəyərləndirib, həyatımızda tətbiq etmirik, bu kimi zirehlərdən başqaları istifadə edəcək.Özü də bizim özümüzə qarşı.
Hörmətli oxucular, yəqin ki, içərinizdə bu yazıda mənim müəyyən fikirlərimlə razılaşan və razılaşmayanlar olacaq. Amma gəlin etiraf edək ki, bu mövzu bir mövzu olaraq çox faydalı və maraqlıdır. Bəlkə də içərinizdə bu mövzunu bir başqa yönümdən, daha maraqlı işləməyə həvəsi və bacarığı olanlar var. Elə isə belə həvəsi və bacarığı olanlara bu mövzuda silsiləvi yazılar şəklində fikirlərini bildirmələrini təklif edirəm. Məncə bu hər birimiz üçün daha faydalı olar.

Bikəxanım Əzimova,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Sportsmen millət vəkillərimiz

Üzümüzə gələn ay Kiprin Limasol şəhərində Beynəlxalq Həvəskar Kikboksinq Assosiasiyası (WPKA) kikboksinq üzrə dünya çempionatı keçirəcək. Bu barədə xəbəri APA agentliyi yayıb. Deyəcəksiniz ki, bunda nə var axı. Bu ənənəvi olaraq keçrilən yarışdı. Elə siz deyəndir. Amma bu xəbərdə deyilir ki, yarışda bizim əlahəzrət millət vəkillərindən də nümayəndə heyəti iştirak edəcəkdir. Doğrusu mən bu xəbəri eşidən də çox sevindim. Çünki, bizim əlahəzrət millət vəkillərimizin çoxu öz əzəmətli saraylarında oturub fantasmaqorik fikirlər irəli sürməkdənsə gedib idmanın bir sahəsi ilə məşğul olsalar, bu millət üçün bəlkə də daha yaxşı olar. Yoxsa ki, oturub qanun qəbul eləmək kimi çətin bir prosesə can atırlar. Və elə bir qanunların ki, 10 ildən çoxdur ki, hazırlanıb başa çata bilmir. Məgər bundan əvvəlkilər savadca zəif idilər ki, bunu hazırlayıb təhvil verə bilməyiblər?
Əsla belə deyil. Səbəb odur ki, hər bir qanun kiminsə marağına mənfi təsir göstərə bilər. Yaxşı deyil axı! Gərək hamının istək və arzuları, artan ehtiyacları nəzərə alınsın. Kimisə «çörəkvay» eləmək nə asan iş…
Odur ki, kiminləsə münasibətləri pozmaqdansa, iqtisadiyyatın və ictimai həyatın ayrı-ayrı sahələrini tənzimləməkdənsə, idman eləmək daha yaxşıdır. Necə deyərlər “Sağlam bədəndə sağlam ruh da olar”. Bir də ki, düşər-düşməzi olar. Bir də görürsən, qaş düzəldən yerdə, vurub göz çıxartmaq olur.
Qazanxan demişkən, otura-otura belimiz ağrıdı…

Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



16 il …

ŞUŞA MƏSCİDİNDƏN AZAN DEYİL, İNİLTİ DUYULUR…

1368 km dəniz səviyyəsindən hündürlükdə…
289 kv.km ərazidə…
Şuşa adlı bir məkan… Əsası 1751-ci ildə Pənahəli xan tərəfindən qoyulur və ilkin vaxtlarda şəhər xanın şərəfinə Pənahabad adlandırılır. Onun hakimiyyət illərində, 1757-ci ilə qədər Şuşada dövlət təsis binaları, ilkin ticarət məhəllələri salınır. Oğlu İbrahimxəlil xanın hakimiyyət illərində şəhər daha da böyüyür, müdafiyə bəndləri, qalalar tikilir. Sonralar, Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi hesab edilir.
Şuşa “Şərqin Konservatoriyası”na, “Azərbaycanın musiqi beşiyi”nə çevrilir. Bu şəhər Azərbaycanın bir sıra görkəmli musiqiçilərinin, böyük bəstəkərlarının, dirijorlarının, yazıçılarının vətəni olur.
Yazıçılar Süleyman Sani Axundov, Əbdurrəhim bəy Haqqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, dahi Üzeyir Hacıbəyov, rəssam Toğrul Nərimanbəyov, heykəltaraş Cəlal Qaryağdı və başqaları bu şəhərdə doğulur…
160 incəsənət, 170 memarlıq abidəsi…
Şairə Xurşudbanu Natəvanın, general Mehmandarovun, xanəndə Bülbülün, rəssam və şair Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahim xanın və onun qızı Böyük xanımın qəsrləri, qala divarları, və sair bu gözəl şəhərin atributlarına çevrilir…
Beləcə yarandığı gündən bəri inkişaf edərək Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən birinə çevrilən Şuşa, 1992-ci ildə erməni təcavüzünün qurbanına çevrilir…
Mayın 7-dən 8-nə keçən gecə…
Saat 01:20…
Ermənilərin Şuşanı zəbt etmək üçün öncədən hazırlanıb işlənən “Svadba v qorax” («Dağlarda toy») adlı hücum planına start verilir. Erməni silahlı qüvvələri 11 minlik qoşunla Şuşaya hücuma keçir. Həmin vaxt Şuşanın müdafiə mövqeyində Elbrus Orucovun komandirliyi altında Müdafiə Nazirliyinin bir briqadası və Elçin Məmmədovun komandirliyi altında 777-ci əlahiddə tabor dayanmışdır (700 döyüşçü ilə). 500-ə yaxın könüllü isə Ramiz Qəmbərov, İslam və Fəxrəddin Səfərovun formalaşdırdığı özünümüdafiə batalyonlarında vuruşur.
Səhər saat 7-yə yaxın…
Əsas istiqamətlərdə olan postlar tutulur - strateji yüksəliklərdən biri Kirs dağında erməni silahlı qüvvələrinin artilleriya briqadası qərar tutur. 12 saat ərzində Şuşa top atəşinə məruz qalır. Döyüşlər axşam saat 8-ə qədər davam edir. 777-ci əlahiddə alay, könüllü batalyonların döyüşçüləri, Şuşa sakinləri çoxlu sayda itkilər verir.
Axşam saat 9-a yaxın …
Şuşada 1 tank, 1 PDM, 2 QRAD, 30-40 döyüşçü qalır.
Şuşa süqut edir…
220 nəfər şəhid…
50 nəfər əlil…
552 yetim qalmış körpə…
22000 qaçqın düşən insan…
Və bütün bunlara görə 2 nəfər cəzalandırılır.
Bəli Şuşanın işğalına görə cəmi 2 nəfər cəzalandırılır. Nail Kazımov - 13 il həbs cəzasına məhkum edilir və sonradan əfv olunur və keçmiş müdafiə naziri Rəhim Qazıyev - əvvəlcə ömürlük həbs cəzasına məhkum edilir, sonradan ona 15 il iş kəsilir, 2005-ci ildə isə o da əfv olunur.
Gunahkar kimdir? Mənmi? Sənmi? Yağı düşmən, yoxsa sapı özümüzdən olan baltalarmı? Sükut… Əslində sualımın cavabsız qalacağını mən də bilirəm. Zatən kimə ünvanlasam, gözlərdə qarşılıq olaraq sual işarələri görəcəyəm.
Bu gün Şuşa məscidindən azan deyil, inilti duyulur… Əlbəttə ki, qulaq verib eşidə bilən üçün…

Aygün Kərim
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Sevginin əsl ünvanı

Sevgi! İnsanın yaranandan bəri xilqətində yoğrulduğu bir həqiqət. İlk növbədə sevgi ən üstün kamal olaraq Allahın özünə bəslədiyi məhəbbətdir. Sevgi kamal hesab olunanıı sevməkdir, kamal olaraq seçdiyimiz hədəfin həqiqətdə nə dərəcədə kamil olub-olmamasından asılı olmayaraq. Sevgi elə bir müəmmadır ki, nə gözlə görmək olur, nə əllə toxunmaq, nə də dillə ifadə etmək. Hətta bu möcüzəvi hissdən yalnız maddənin var olduğunu, maddədən qıraq heç bir şeyin olmadığını iddia edən materialistlər belə yan keçə bilməmişlər.
Sevgi elə bir sirli həqiqətdir ki, tarix boyu insanların araşdırma obyektinə çevrilmiş, bəzən bunu söyləyənlər həqiqəti inkar edənlər və onu insanların uydurduğu şirin bir nağıl adlandıranlar belə tapılmışdır. Amma bunu söyləyənlər əslində həqiqəti kor-koranə inkar edənlərdir.
Sevgi elə bir müdhiş hissdir ki, bəşər övladı sevdiyi uğrunda canını belə sevə-sevə fəda verər. Əsl sevən bu dünyanı zillət, cəfa bilib, tezliklə öz məşuquna, onun görüşünə tələsərək şəhidlik məqamını əldə edir. Bu günə qədər bəşəriyyətin keçdiyi ömür yoluna nəzər salsaq tarixin insanlığı heyrətə bürüyən neçə-neçə qəhrəmanlıq, fədakarlıqlarla zəngin olduğunu görərik. Nədir insanlara bu qədər cəsarət verən? Nədir uğruna hər şeyini qurban verməyə vadar edən səbəb?! Əlbəttə sevgi, eşq!
Bəzən insanlar sevməli olduqlarını deyil, çəkinməli olduqlarını sevmiş, ona bağlanmışlar, dünya və axirətini belə ona qurban vermişlər. Bəzi insanlar pul sevgisi, şöhrət-nüfuz sevgisi, rahatlıq və şəhvətdən aldığı zövq sevgisi və s. uğrunda yaşamış və bunları hədəf seçmişdir. Beləliklə, əsl sevginin məqsədi insanı ucaltmaq, aliləşdirmək, kamilləşdirmək olduğu halda, belə "sevgi" isə insanı ən aşağı səviyyəyə salmaq, onu məhv etməkdə iddialıdır.
Hansı sevgini, hansı yolu seçdiyimizə nəzər salaq. Kamilləşməkdirmi hədəfimiz, yoxsa cahilləşmək? Kamilləşməkdirsə, ən üstün kamala, ən yüksək sevgiyə sahib olanı - Allahı sevək. Əsl mənada, minnətsiz, təmənnasız, riyasız, saf, təmiz qəlblə sevək. Həmin qəlb özü də daima sahibini sevmək, onun üçün döyünmək, onun üçün hiss etmək, onun üçün sevinmək, onun üçün ağlamaq intizarındadır. Qəlbimizi o sevgidən uzaqlaşdıracaq hər bir şeydən uzaq olaq. Çünki əks təqdirdə məhvə düçarıq.
Bütün insanlar nöqsansız sevgi, ideal eşq axtarışındadır. İnsandakı bu fitri yanğını heç bir bəşəri sevgi söndürə bilmir. Çünki, insan cövhərində olduğu o eşqi bəşərdə axtarmağa çalışdıqca, yanıldığını başa düşür. Axı, insan naqisdir və mütləq, kamil sevgini bəsləmək iqtidarında deyil. İnsan içindəki o saf məhəbbətə susamış qəlbini yalnız kamil Allah sevgisi ilə razı sala bilər. O Allah ki, hər şeyi yaratmış və insanın ixtiyarına saysız-hesabsız nemətlər təqdim etmişdir. Biz Onun sayəsində varıq, biz Onun sayəsində yaşamağa, Onu sevməyə, Onu hiss etməyə fürsət əldə etmişik. Ondan başqa hər şey bir yoxdur. Çünki, Odur hər şey. Hər şeyə Onu görürmüş kimi baxaq və hər şeydə Onun təcəllisini və təzahürünü görək. Gecənin zülmətindən sonra açılan səhərdə, uçan quşda, min cür nemət bitirən torpaqda, sütunsuz səmada, cücərən toxumda, aldığımız nəfəsdə... Saymaqda belə aciz olduğumuz bütün canlıların hər gün ruzilərinin olmalarında, hətta aynaya baxanda özümüzdə belə Onu görə bilərik.
Yetər ki, gözümüzdəki hicabı, qəlbimizdəki qafillik pərdəsini götürə bilək. Artıq Allahı göydə deyil, öz daxilimizdə axtarmağı bacaraq.
Baxın, bu sevgidən aldığımız zövq əminəm ki, qəlbimizin ən böyük coşqu ilə axtarışda olduğu o hüzuru, xoşbəxtliyi bizə bəxş edəcək. Bunun üçün ilk növbədə yaradılmışları Yaradana görə sevməli, şəfqət göstərməliyik. Ətrafımızda olan hər kəsi Onun üçün sevməli, Onu sevməyənlərdən, Onun ayələrini, nişanələrini görməməkdə israrlı olanlardan Ona görə uzaq olmalıyıq. Bir sözlə, həyatımızın bütün qayəsi O olmalıdır. Əgər biz həyatımızın əsas dəyərinin ilahi eşq olduğunu unutsaq, deməli, özümüzü də unutmuş oluruq. Çünki, biz yalnız Onunla özümüzü tapa bilərik.
Həyatımızın cövhəri olan sevgini başa salmaqda sözlər acizdir. Onu başa düşmək üçün yalnız onun dadına baxmaq lazımdır. Ümid edirəm ki, bu möhtəmşəm sevgini dadmaq, İlahi eşqin sərçeşməsində qərq olmaq, əsl xöşbəxtliyin məğzini anlamaq və bütün qəlbimizlə onu yaşamaq bizlərə nəsiib olacaq. Bu, bizim özümüzdən asılıdır. İnsanların daşıya bilməyəcəyi yükü onlara yükləməyən Allah əgər insana bu qabiliyyəti verməsəydi, onu bizdən tələb etməzdi.

Pərvin Nəsirova

«Dəyərlər»in oxucusu

Otlaqdan fermaya keçid mərhələsi

və ya iri və xırda buynuzlu tövsiyyələr

Bu məmləkətdə adam elə şeylər eşidir ki, bilmirsən güləsən, yoxsa ağlayasan. Adam lap çıxılmaz vəziyyətdə qalır.
Xülasə, sən demə məmləkətimizin baş ekoloqunu bir şey elə bərk narahat edib ki, kişi lap əməlli başlı məmləkətdə həyəcan təbili çalmağa başlayıb. Bu yerdə müəllimimin bir sözü yadıma düşdü. Deyirdi ki, bir şey adamı elə bərk narahat etməlidir ki, o səndə dəğdəğəyə çevrilsin. İndi görün bu baş ekoloqumuzda dəğdəğə olan nə imiş?
Bizim bu baş ekoloqumuz birdən ayılıb görüb ki, məmləkətin iri və xırda buynuzlu heyvanları belə getsə ölkəni Saxara səhrasına çevirəcəklər. Çıxış yolu kimi də bu 6 milyon baş heyvan fermalara doldurulub. Allahın onlara verdiyi bütün nemətlərdən məhrum ediliblər. Bu yerdə bir şeyi mən başa düşə bilmirəm ki, bu dünya yaranandan bəri bu yazıq heyvanlar elə bu otlaqlarda otlayıblar. Bizim təbirimizcə desək, çəmənlik onların elə dədə-baba yurdudur.
Xülasə, baş ekoloqun niyyətinin ciddiliyini nəzərə alaraq, iri və xırda buynuzlu məxluqların fermalara doldurulmasının qaçılmazlığını nəzərə alaraq, onlara bir neçə praktiki məsləhət verməyi qərara aldım. Beləliklə, ey məmləkətin iri və xırda buynuzlu heyvanları, məmləkətimizin rayon və kəndlərində işıq problemi olduğu üçün gündəlik informasiya almaqda çətinlik çəkdiyiniz üçün bizim öyrəşdiyimiz, ancaq sizin üçün şok xəbərləri sizə çatdırmağı özümə borc bilirəm.
Nəzərinizə çatdırıram ki, məmləkətin otlaqlarını, yaşıllıqlarını məhv etdiyiniz üçün “Milli sərvətlərimizin qanunsuz olaraq məhv edilməsi” maddəsi ilə təqsirləndiriləcəksiniz. Hamınızı fermalara doldurub bütün hüquq və azadlıqlarınızı, o cümlədən sərbəst yerdəyişmə azadlığınızı da əlinizdən alıb, dünyanın bir çox yerindəki zavalılar kimi, bədbəxt günə salacaqlar.
Gələcəkdə vəziyyətiin daha da ağır olmaması üçün istərdim bir neçə tövsiyədə bulunum:
1) Əgər hərçənd birdən etiraz eləmək fikrinə düşsəniz, nəzərə alın ki, sizləri hər zaman Avropadan gətirilmiş “klon” cinslərlə rahat əvəzləyə bilərlər;
2) Əgər nəsə dinc bir aksiya keçirmək istəsəniz, gərək mütləq müvafiq otlağın yerləşdiyi ərazinin kəndxudasından icazə alasınız. Amma bəri başdan deyim ki, baş tutan iş deyil. Elə əlçatmaz, ünyetməz yerə, sıldırım qayalığa göndərəcəklər sizi ki, qatır orada dırnaq salır. Bu kəndxudaların dilini biz başa düşmürük, siz hardan başa düşəcəksiniz, ay yazıqlar!
3) Əgər birdən başqa etiraz formalarından istifadə etmək istəsəniz (süd verməməklə, ac qalmaqla və s.) ziyanvericilikdə ittiham edib, «statyanı» belinizə elə yapışdıracaqlar ki, gəl görəsən!
4) Əgər birdən kəndxudadan icazə almadan səsinizi çıxartmaq, ağız-ağıza verib nəsə demək istəsəniz, bax, bəri başdan bu fikri başınızdan atın. Yoxsa, ət kombinatını gözünüzün altına bəri başdan alın…
Sonda bir yekun tövsiyəm var. Birdən ruhdan düşüb, özünüzü canavarlara yem etmək istəsəniz, bu fikirdən daşındırıram sizləri. Yeməkdənsə, ümid yaxşıdır. Birdən hamı üçün ferma tapılmadı, kimsə bayırda qalası oldu, çəmənlikdə otlayası…

Surac Azəri
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi








Əsgər əsgəri niyə öldürür ?

Əsgər əsgəri niyə öldürür? Bu sual qarşı tərəfdə postlarda dayanıb qorxudan tir-tir əsən erməni əsgərlərini də maraqlandırır. Lakin öz zabitləri bu xəbəri onlara elə formada çatdırırlar ki, əsgərləri sanki bir iş görmüş kimi qürur hissi keçirirlər.
Nə isə, bu mövzuya sonra qayıdarıq. Bildiyimiz kimi bir az öncə Gəncədə hərbi hissələrin birində bir neçə ay əvvəl hərbi xidmətə çağırılmış Xəyyam Tofiq oğlu Quliyev əsgər yoldaşı Əli Xanlar oğlu Mustafayevin boğazını bıçaqla kəsib. Və əfsus ki, belə hadisələr nadir deyil, il ərzində təkrarlanır. Maraqlıdır niyə axı ordunun NATO standartlarına uyğun qurulmağa başladığı bir dövrdə, hərbi xərclərindəki arta-arta az qala 2 milyard dollara çatdığı bir dövrdə belə şeylər baş verir? Axı biz gənc əsgərlərin hərbi komissarlıqlardan necə həvəslə, ruh yüksəliyi ilə hərbi hissələrə getdiklərininin şahidiyik və qarı əriməyən dağlarda, erməni ilə üzbəüz duran postlarda şaxtadan üzləri qapqara olmuş, ayaq barmaqlarının hissiyyatı ölmüş mərd əsgərlərin və on ilə yaxın qulluq edən, oranı öz evi bilən «zek» əsgərlərin olduğunu da bilirik. Zabitlərin orada baş verənlərdən xəbərləri olmaya bilər, çünki oraları əsgərlər özləri idarə edir, hücumları da özləri təkbaşına dəf edirlər. Belə yerlərdə savadlı kadrlara, maariflənməyə həddən artıq ehtiyac var.
Əvvəldə qeyd etdiyim erməni zabitlərinin aidiyyatı olmayan xəbəri öz əsgərlərinə bəzənmiş yaxşı formada çatdırdıqlarına diqqət çəkirəm. Ən azı ucqarlarda olan əsgərlərlə tez-tez təmas yaradıb məlumatlandırmaq, maddi və mənəvi ehtiyaclarını təmin etmək olar. Nəyə lazımdı axı paytaxtdakı hərbi hissələrə hər ay mənasız mahnılar oxuyan müğənniləri yığıb ruhiyyə salan konsert vermək? Bəs vətənpərlik, şücaət, mərdlik, sədaqət kimi hissləri gənc əsgərlərə kim aşılayacaq?
Əsgərlərin düzgün bölünməməsi nəticəsində adını da yaza bilməyən tam savadsız və zəif əsgərlər bir yerə, ali təhsilli və sağlam əsgərlərin başqa bir yerə təyin olunması nəticəsində balans pozulur, heç birinin bir-birləri ilə yola gedə bilmədiyi bölmələr formalaşır ki, bunların da bir yerdə xidmət etmələrinin nəticələri çox ağır və fəsadlı olur. Əsgərlərin həftədə ən azı bir dəfə televizor, radio proqramlarını izləyə bilməmələri, onlarda maraq doğuran qəzet və jurnalların olmaması, inanclı əsgərlərin sıxışdırılması, onlara ağır və çətin işlər tapşırmaqla onların ibadətlərinə ciddi şəkildə maneə törətmələri və bir çox digər problemlər əsgərlikdə güclü mənəvi ab-havanın bərqərar olunmasına əngəl olur. Eyni zamanda, ömrünü dağda-daşda keçirən, ailə qurmaqda çətinlik çətən, çeşidli məişət problemlərindən zinhara gəlmiş, məzuniyyətlərinin az və qısa verilməsi, xidmət yerlərinin tez-tez dəyişdirilməsi zabitlərdə orduya qarşı bir növ qıcıq yaradır və əgərlərin təlim-tərbiyəsi ilə məşğul olmağa imkan vermir.
Sözsüz ki, sadalanan amillər, o cümlədən, əsgərlərlə mütəmadi işin aparılmaması orduda cinayət hallarının artmasına rəvac verir və ümumilikdə ordu ilə bağlı qeyri-müsbət assosiasiyaların formalaşmasına səbəb olur. Özü də bütün bu proseslər, 15 il davam edən nəticəsiz danışıqların girovuna çevrilmiş Qarabağımızın işğalı fonunda baş verir. Və vətənimizin cənnət diyarı sayılan Qarabağın düşmən tapdağı altında inildədiyi bir vaxtda, min bir işgəncə ilə öldürülmüş qadın və qızlarımızın qisas gözlədiyi bir vaxtda, yeni nəsil üçün yazılmış tarix kitablarında itirilən torpaqlar barədə məlumatların yavaş-yavaş azaldığı bir vaxtda, vətən yolunda şəhid olmaq üçün alışıb yanan əsgərlərə ədalətli sistemlə yanaşılmasının vacib olduğu bir dövrdə orduda bu cür münasibətlərin davam etməsi xüsusilə sarsıdıcıdır. Allah bizlərə həqiqi ədalət, vətən sevgisi və inam bəxş etməklə vətənimizi parçalanmış halda qoymasın. Amin.

Tural Ağamirzəzadə
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

вторник, мая 13, 2008

Azərbaycanlı toyu

Salam olsun Peyğəmbərimizin (s) sünnəsini yaşadıb, şeytanın naləsini göyə ucaldan Əhli-beyt (ə) aşiqlərinə!
Əziz İslam Peyşəmbəri (s) buyurur: "Gənc çağında evlənən elə bir cavan olmadı ki, onun şeytanı belə fəryad qoparmasın: «Vay olsun ona! Vay olsun ona! Dinin üçdə ikisin mənim şərrimdən qorudu»".
Buna görə də, insan digər üçdə birini qorumaq üçün ilahi təqvanı qazanmalıdır.
Bu mübarək hədisdən sonra bütün subaylara toy-büsat arzulayıb keçirəm söhbətimin məğzinə.
Bu bahar fəsli daxil olandan, qanın damarlarda qaynadığı, gülün bülbülü, bülbülün gülü harayladığı vaxt iki toya "Dəvətnamə" aldım. Dəvətnaməni verənlərin biri namaz əhliydi, digəri isə namaz qılmasa da Allahı tanıyır, dediyinə inansaq qəlbinin təmizliyinə şəkk-şübhə olmayan köhnə tanışlardan idi.
Mən dəvətnamələri alanda inanclı dostuma «Allah mübarək etsin» deyib toyda görüşmək ümidilə ayrıldım.
"Qəlbi-təmiz" tanışım dəvətnaməsini mənə verdikdə isə bütün arzu və istəklərimi küçənin ortasında buna söylədim. Qoşa qarımaqdan tutmuş ta ki xoşbəxtliyə qədər...
Arzularımın bu qədər uzun olmasından təzə bəy də hiss etmişdi ki, mən o məclisə gedə bilməyəcəm. Düzdür indi sizdə də suallar yarana bilər ki, mən niyə o toya getməyəcəyəm. Birdən elə bilərsiniz ki, imkansızlıqdan. Yox-yox, imkansızlıq belə məsələlərdə lap axırıncı müzakirə mövzusudur.
Yenə açıqlamanı mən özüm verim ki, beyninizdə olan müəmmalı düşüncələr sizlərdən gen düşsün. Artıq hamımıza bəllidir ki, bizim başımıza gələn hər bir bəla bu MÜƏMMALARdandır…
Bax o inanclı dostumun toyuna ona görə gedirəm ki, orada mənəvi zövq, mənəvi istirahət var. Məclisə təşrif buyuran qonaqların üzündə olan təbəssüm, sevinc cizgiləri də təbiidir. Bu yerdə məclisin necə başlanmasına aid bəzi qeydlər edim ki, xəbərsizlər hali olsun. Məclis ağsaqqal xeyir-duası ilə başlayır. Mübarək Quran tilavətindən sonra hamı bir nəfər kimi Azərbaycanımızın himnini oxuyur. Məclis boyu ilahilərlə, surudlarla yanaşı, Vətən sevgisi haqqında oxunan mahnılar hər bir kəsdə ülvi hisslər yaradır, ailəyə, vətənə məhəbbət coşqusu aşılayır.
Qonaqlar üçün açılmış süfrəyə isə israfa yol vermədən halal nemətlər qoyulur. Ye, nuş olsun.
Rəbbin bəyəndiyi bir məclisdə olmaq sizin kimi mənim üçün də ən böyük şərəfdir.
Di gəl o biri "müasir" toylarda nə baş verir ki, mən bütün arzu və istəklərimi "səbəbkara" elə küçədə söyləyirəm. Bu kimi toyların xırda fraqmentlərindən açıqlayım ki, səbəb sizə bəlli olsun.
Kişili-qadınlı düzənlənmiş bir məclisdə gözəl bəylə üryan gəlini tükürpədici alqışlarla məclisin özlərinə aid yerində əyləşir və hamının diqqəti səbəbkarlara yönəlir. Düzdür, bu vaxt gözünü yerə dikib başını yuxarı qaldırmayan insanlar da olur. Çox güman bunlar gözlərini haramdan qoruyub bəyin qeyrətini öz qeyrəti bilən dostlarıdır. Adamın xəcalət təri içində "üzdüyü" bir vaxt hansısa "ziyalıya" söz verilir:"Elimizin qeyrətli oğlu və qeyrətli qızına xoşbəxtlik arzulayıram bunlar bizim gələcəyimizdir. Mən hamınızı rəqsə dəvət edirəm". Bu bayağı sözlərdən sonra işıqlar söndürülür. Artıq «qızışdırıcı» içkilərin təsiri altında gözəri, düşüncələri, o cümlədən mənəvi tabuları dumanlanan «dostlar» bir-birlərinin zənənlərini rəqsə dəvət edirlər, oynamaq istəməyənlər elə yerindəcə geriliklə ittiham olunur. Bu ittihamdan sonra isə müasirliyə can atanlar təbii ki, tapılır. Söhbətimin bu yerində bir daha xatırladım ki, bu ziyafət heç də Firəngistanda yox, nə vaxtsa küləklər şəhəri olan, indi isə şadlıq sarayları şəhəri olan Badi-Kubədə düzənlənir.
Əlqərəz, sizə çox başağrısı verməyim. Çox keçmir ki, əcaib musiqi sədaları altında sözlər və baxışlar çəp gəlir. Qızarmış gözlər, dumanlı başlar bu vaxt "həqiqəti araşdırırlar". Bu yerdə mən sözümü bitirirəm. Çünki məclisin bundan sonrakı hissəsi «Kriminal xəbərlər»ə aiddir. Bu kimi ziyafətlərin necə sona yetməsi kimə maraqlıdırsa, gecə yarı «Kriminal xəbərlər»i izləsin.
Bu boyda açıqlamadan sonra, iki dəvətnamə alıb,l akin toyun birinə gedib digərinə getmədiyim üçün məni heç kim "ikili standart" adı ilə ittiham edə bilməz. Elə yazımın sonunda müsəlman kimliyi, azərbaycanlı kimliyi olan hər bir kəsə sual edirəm. Sizcə, azərbaycanlı toyu necə olmalıdır?

Təbiət Hüseynov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

DİNLƏ ƏDƏBİYYATIN ƏLAQƏSİ

Dini arxetip süjetləri

İlk növbədə qeyd edək ki, dinlə ədəbiyyatın sıx əlaqəsi nəticəsində bir çox dini süjet və obrazlar ədəbiyyatda öz əksini tapmışdır. Bədii əsərlərdə dini motivlər məhz dini süjetlər, dini obraz və dini simvol şəklində təzahür edir.
Həm Qərb, həm Şərq ədəbiyyatında, eləcə də, Azərbaycan ədəbiyyatında dörd Səmavi kitabda (Tövrat, İncil, Zəbur, Quran) bir çox rəvayətlərin ( Hz.Yusif peyğəmbər, Hz.İbrahim peyğəmbər, Hz.Musa peyğəmbər, Hz.Adəm və Həvva ilə bağlı rəvayətlərin) təkrarlanması vardır. Əllbəttə ki, bu rəvayətlərin bədii ədəbiyyatda istifadə olunması da dini süjetli əsərlərin yaranmasına səbəb olur. Bədii ədəbiyyatda bir və ya eyni dini süjet əsasında təkrar əsərlərin yazılmasına dini arxetip süjetlər də deyilir. Belə ki, həmin əsərlərin əsas qayəsi eyni bir dini süjet olsa da, o, müxtəlif müəlliflərin təxəyyül süzgəcindən keçirilərək müxtəlif ifadə və təsvir vasitələrinin köməyi ilə ərsəyə gətirilir, bir sənət nümunəsinə çevrilir, eyni zamanda müəllif dinə münasibətini, öz dünyabaxışını bədii əsərdə ifadə edir. Məs: Şərqdə “Yusif və Züleyxa” dastanı kimi məşhur olan mövzunu ilk dəfə qələmə alan Qul Əli özünün “Qisseyi-Yusif” (Yusif dastanı) əsərini yazır. Yusif əhvalatı, onun məzmun və süjeti çoxdan bəri Şərq xalqları arasında yayılmışdı. Bu rəvayətə “Tövrat” və “İncil”də rast gəlirik. Quranda isə “Sureyi-Yusif” adı ilə geniş şəkildə təsvir olunur.
Bundan başqa bu mövzuda fars şairi Firdovsi “Yusif və Züleyxa” əsərində Hz.Yusif peyğəmbərin taleyini, Züleyxanın Hz.Yusif peyğəmbərə məhəbbətini əks etdirmişdir. Əbdürrəhman Caminin “Yusif və Züleyxa” əsərində də Hz.Yusif peyğəmbərin əhvalatından danışılır. Qərb ədəbiyyatında alman yazıçısı T.Mann özünün “İosif və qardaşları” (1933-1943) əsərini yazmaqla Nobel mükafatı qazanır.
Ümumiyyətlə, sənətkarlar dini süjetləri əsərlərində işləyərkən onun əsl mahiyyətindən bəzən uzaqlaşır, ona poetik don geyindirməyə çalışırlar. Məs. Hz.Yusif peyğəmbər rəvayətindən danışarkən daha çox Züleyxa ilə münasibəti kontekstindən verirlər.
Dini kitablarda öz əksini tapmış Adəm və Həvva əhvalatına bir çox yazıçılar müraciət edərək gözəl sənət nümunələri yaratmışlar. Məs: Azərbaycan ədəbiyyatında H.Cavid “Hübuti-Adəm” poemasını, Qərb ədəbiyyatında ingilis yazıçısı Con Milton “İtirilmiş cənnət” əsərini yazmışlar. Bundan başqa, M.Füzuli “Həqiqətüs-Şühəda”əsəri ilə A.Bakıxanovun “Riyazül-Qüds” əsəri eyni məsələdən - Kərbəla hadisələri və İmam Hüseyn (ə) müsibətindən bəhs edir.
Ümumiyyətlə, dini süjetlərə müraciət edərək əsər yazanlar çoxdur. Məs: alman yazıçısı Höte “Muhamməd”, H.Cavid “Peyğəmbər”, Vaşinqton İrvinq “Peyğəmbərin həyatı” əsərində bəşəriyyətin sonuncu peyğəmbəri olan Rəsulullah (s) haqqında yazmışlar. Alman yazıçısı F.Q.Klonştok “Messiada” epopeyasında Hz.Musa peyğəmbərin obrazını yaratmağa çalışmışdır. İtalyan şairi T.Tasso “Azad edilmiş Qüds”, “Müqəddəs Məryəmin göz yaşları”, “Dünyanın yaranmasının yeddi günü” əsərlərinin, Con Milton “Qaytarılmış cənnət” əsərinin müəllifidir. Bayron “Qabil” əsərində ilk insan övladı olan Qabilin qardaşı Habili öldürməsini qeyd etmişdir.
Qeyd edək ki, belə əsərlərin yazılması bir tərəfdən dinin təbliğində müsbət rol oynasa da, bəzən əksinə də təsadüf etmək mümkündür. Ona görə bu cür bədii əsərlərə birmənalı şəkildə yanaşmaq düzgün deyil. Oxucu bədii təsvirlərin həqiqiliyini tarixi və dini mənbələrdən dəqiqləşdirsə, nəticə daha gözəl olar.

Babayeva Çinarə
«Dəyərlər»in oxucusu,
Bakı Slavyan Universitetinin
Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistrantı

ADSIZ DƏYİRMANDA XORUZ OLER

və ya arxamızdan vurulan zərbə

Hər bir normal vətəndaşı Azərbaycanın bu günü və gələcəyi çox maraqlandırır. Bəndə də belələrindən biridir. Elə onun üçündür ki, gördüyüm hər bir şeydə bağlantı qurmağa çalışıram. Örnəyi, Azərbaycan filmlərinə baxan zaman yaxından-uzaqdan əlaqəsi olan hadisələr arasında analoji bağlantılar qurmağa çalışdım. Maraqlı olar deyə sizlə də bölüşmək istədim. Ən azı Azərbaycanı düşünənlər üçün “Bəndə prodakşın” təqdim edir.
Yadınızdadırsa (yaddan çıxan şey deyil) bir nezə həftə öncə BMT-də Azərbaycanın xeyirinə müzakirəyə çıxarılmış qətnaməyə ATƏT-in Minsk qrupunun həmsədri olduğu ölkələr direkt əleyhinə səs verdilər. Bu hadisədən sonra Azərbaycan QƏMLO-su ( Qarşılıqlı Əlaqələri Məhdudlaşdırma və Legitmləşdirmə Orqanı) sərt reaksiyasını bildirdi. Bundan sonra Kərbəlayi işə qarışıb Azərbaycan QƏMLO-suna dedi ki, axmaqlama, mən həmsədrlərlə bir ton duz-çörək kəsmişəm. Bu sözlərdən sonra da məsələ həllini tapdı. Əsası da bu oldu ki, heç kimin qəlbini yenə qırmadılar. Sizi bilmirəm mənə elə gəlir ki, həmsədrlər Qarabağ məsələsinə gecə pambıq yığmaq kimi baxırlar. Ona görə də bunlara “ yaxşı yol ” deməyin vaxtı çatıb. Əlqərəz, bu məsələ burda qalsın, keçək digərinə.
Yaxınlarda televizoru açanda bir jurnalistin guyamış qeyri-əxlaqi əməllər etdiyini bildirdilər. Və dediklərini təsdiqləmək üçün “sübutlar” da gətirməyə çalışdılar. Bu şouların səbəbini araşdıranda məlum oldu ki, nədi-nədi bu adam öz hüququnu tələb edib, nə bilim “zeytunluq” adlanan yerdən reportaj hazırlayıb. Adamda fərasətə bax, ha, məmur obyektini araşdırır. Əəə, neynirsən haqq-hüquq, işin qurtarıb yazı-pozuyla məşğulsan? Get özünə bir iş tap, işlə. Məsələn, yeni tikililərin birində kərpici kərpicin üstünə qoy. Sonra qazandığın pulu bir azını xərclə, bir azını ailənə göndər, sonra yıxıl yat. Səhər yenidən qalx işinə get. Beləcə günün keçsin. Ayda - iki ayda bir dəfə də bulvarda müftə konsertə get, qulaq pərdələrin partlayınca «super manıslara» qulaq as, televizoru aç, qiymətlərin dşməsini, həyatın günbəgün çiçəklənməsini eşit, kef elə özün üçün. Həyatın olsun “zor”, ömrünü şad, xürrəm vur başa. Özü də bu işdən şəhərimizin hər tinində, dalanında doludur. Nədən narazısan? Yarım milyondan artıq iş yeri açılıb. İnanmayan daşa dönsün.
Yoxsa haqq belə gəldi, filankəs filan elədi. Nəyinə lazım? Bilmirsən ki, bu ölkədə belə işlərlə məşğul olanların sonu pis olur. Deyəsən, heç “ Kişi sözü” filminə baxmayıbsan. Orda da Qasım haqqını tələb edib aksiya keçirmək məqsədi ilə ağaca çıxmışdı. Elə buna görə də atası yuxarıda qeyd etdiyimiz təhlükələrdən oğlunu qorumaq üçün onu xəbərdar edib demişdi: “Ay oğul, düş bu ağacdan yerə. O qədər ağacda qalacaqsan ki, axırda sənə quş Qasım deyəcəklər“. Hə, dünya görmüş kişidir də.
“Kişi sözü” filmindən danışdım yaralı yerimə toxundu. Filmə baxanlar bilir ki, Qasım bir gün bütün fermanın işçilərini mavi ekranın qarşısına yığıb bildirir ki, indi onu göstərəcəklər. Elə bu sözləri söyləyər-söyləməz mavi ekranın bütün fonunu tutan ala inək var gücü ilə bağırır. O zaman filmdəki iştirakçıların üzündə bu hadisə acı gülüş yaradır. Əlbəttə təəccüblüdür. İnək hara, mavi ekran hara. Amma bu gün üçün heç də təəccüblü deyil. Çünki, artıq günün istənilən saatında mavi ekranlardan inək, keçi, qoyun, ulaq və s. bunlara bənzərlər səs-səsə verib bağırışırlar. Lakin bəzi şeylər bir qədər yenilənib, müasirləşib. Məsələn, indi adını çəkdiklərimiz müxtəlif dekorasiyalı məkanlarda, rəngli işıqlar və musiqi sədaları altında mələşirlər. Heç Avstraliyada inəklərə belə qayğı yoxdu. Deyirlər, artıq dünyada qıtlıq yaranacaq. Yəni, Qərb üçüncü ölkələrə bundan sonra təkcə “demokratiya” deyil, qıtlıq da ixrac edəcək. Yerlilərimizin verdiyi xəbərə görə Azərbaycan bütün il boyu bu ixracatı yüksək səviyyədə idxal etməyə hazırlaşıb. Bu da ona gətirəcək ki, “Şərikli çörək” filmi nəinki ölkəmizdə, hətta dünyada ən baxımlı film olacaq. Hələ, bəlkə, “Osqar” da aldı. Sevinin, camaat, gözünüz aydın! Aclıq dünyaya dərd, bizə isə “Osqar” gətirəcək. Və biz gələcəyə iri addımlarla “ çörək verənin özü çıxsın, verməyənin gözü çıxsın “ şüarı ilə irəliləyəcəyik.
Qısası, əzizlərim, bəxt üzüyümüz itib. Daha doğrusu bəxt üzüyünü oğurlayıblar. Ən pisi də budur ki, oğurlayanlar bizim məhəllədə yaşayırlar. Jurnalistiləri şillə-təpik altına basan, min yeyib birini özgəsinə qıymayan, cınqırını çıxarana dağ basan. İndi isə siz deyin, belələrini bağışlamaq olarmı?

Eynal Qardaşov,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

пятница, мая 09, 2008

Cib telefonunuzla qoxu göndərin!

Cib telefonuyla qoxu göndərmək artıq xəyal olmaqdan çıxır.



Dünyada texnologiya surətlə inkişaf etmekdədir. 2000-ci ildən bəri gündəmdə olan və indiyə qədər xəyal edilən bir kəşf hal-hazırda dunyanı heyrətə gətirib. Bu kəşf, cib telefonuyla qoxu göndərməyə imkan verir. (chiponline)

Almaniyada bir qrup tərəfindən alınan patent sayəsində cib telefonları artıq qoxu da göndərə biləcək. Yeni kəşf edilən texnologiya sayəsində istifadəçilər artıq SMS və ya MMS vasitəsilə məsələn, çiçək şəkilinin yanında qoxusunu da göndərə biləcəklər. Hazırlanan cib telefonları 100 fərqli qoxunu istifadəçilərə çatdıra bilmək imakanına malik olacaq. Qoxu göndərmə texnologiyasının önümüzdəki illərdə yayılması gözlənilir.

Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

четверг, мая 08, 2008

PARLAMENTİN İŞİNƏ MONİTORİNQ

BMM-də İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin "Parlament Müzakirələrinin Büdcə qərarlarına təsirinin qiymətləndirilməsi" movzusunda pilot layihəsinin ictimai təqdimatı keçirilmişdir. Tədbiri açan mərkəzin rəhbəri Azər Mehdiyev monitorinqin məqsədinin büdcə müzəkirələrinə icitimaiyyətin diqqətinin artırılması olduüunu bildirdi. Layihəni təqdim edın Rüvşən Ağayev monitorinq zamanı aşağıdakı nəticələrin əldə olunduğunu bildirdi:
Büdcə paketinin parlamentə daxil olması zamanı aşkarlanan faktlar:
2008-ci il dövlət büdcəsi haqqında Qanun layihəsi və ona əlavə edilmiş sənədlər toplusu ölkə prezidentinin MM-ə ünvanladığı 15 oktyabr 2007-ci il tarixli 1/571 saylı məktubu ilə MM-ə təqdim olunub (6 hissədən ibarət sənədlər toplusu).
«Büdcə sistemi haqqında» Qanunun 13-cü maddəsində nəzərdə tutulan "dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar" təqdim edilən sənədlər sırasında olmayıb.
Qanunda "mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya proqramlarının layihələri" nəzərdə tutulduğu halda hökumətin təqdim etdiyi sənədlərdə "dövlət investisiya proqramının əsas istiqamətləri və layihələrin siyahısı" verilib.
Qanunvericiliyin tələblərinə baxmayaraq büdcə paketinin daxil olan 10 sənəddən yalnız 2008-ci ilin büdcəsi haqqında qanun layihəsi mətbuatda dərc olunub.
Büdcə layihəsinin parlament komissiyalarında müzakirələrinin monitorinqi zamanı isə məlum olmuşdur ki:
2008-ci ilin dövlət büdcəsi haqqında Qanun layihəsinin MM-in komissiyalarında müzakirəsi ilə bağlı komissiyaların cəmi 2 dəfə birgə iclası kezirilib -5 noyabr və 7 noyabr 2007-ci il tarixlərdə;
Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr daimi komissiyası istisna olmaqla MM-in yerdə qalan 10 daimi komissiyası həmin müzakirələrə cəlb olunub;
İki iclas günü ərzində büdcə layihəsinin müzakirəsinə ümümilikdə 4 saat 20 dəqiqə vaxt sərf olunub;
Həmin vaxtın 2 saat 20 dəqiqəsi maliyyə naziri, iqtisadi inkişaf naziri, Hesabalama Palatasının sədri, Maliyyə Naziriliyinin şöbə rəisi və İnsan Haqları üzrə Ombudsmanın büdcə layihəsinə dair çıxışlarına, sənədlə bağlı millət vəkillərinin suallarının cavablandırılmasına sərf olunub;
Komissiya iclaslarında 18 millət vəkili çıxış edib və onların çıxışlarına 2 saat vaxt sərf olunub.
Dövlət Büdcəsi layihəsinin komissiyalarda müzakirəsinin effektivliyin millət vəkillərinin öz qiymətləndirilmələrində:
Sosial Siyasət daimi komissiyasının üzvü Elmira Axundova: «Gözləyirdim ki, burda bizə verilən sənədlərin müzakirəsi olacaq. Təəssüf ki, burda sadəcə nazirlər bizə məruzə etdilər. Gələn iclaslarda yenə də Heydər müəllim və Samir müəllim həmin şeyləri bizə deyəcəklər. Gözləyirdim ki, hamımız çıxış edib müzakirə edəcəyik. Amma bu olmadı. Və mən tövsiyə edərdim ki, gələcəkdə belə tədbirlər başqa cür qurulsun, sovetsayağı yox, doğrudan müzakirə edək».
Müzakirələrin kəmiyyət göstəriciləri əsasında qiymətləndirilməsi: əsas nəticələr
2008-ci ilin dövlət büdcəsi 4 iclas müzakirə olunub (13, 14, 15 və 30 noyabr) və bu müzakirələrə 12 saat 50 dəqiqə vaxt sərf edilib;
2 saat 45 dəqiqə ərzində səlahiyyətli şəxslər büdcə sənədlərilə bağlı izahatlar verib və müzakirələr zamanı millət vəkillərinin səsləndirdiyi sualları cavablandırıblar;
Bütün müzakirələr dövründə parlament sədrinin və iqtisaqi siyasət daimi komissiyasının rəhbərinin büdcə layihəsinə dair çıxış və izahatlarına 1 saat sərf olunub;
Büdcə sənədlərinin müzakirəsi üzün millət vəkillərinin sərəncamında cəmi 9 saat vaxt qalıb. Bu, potensial olaraq millət vəkili üzün orta hesabla 4,4 dəqiqəlik çıxış imkanı demıkdir;
Millət vəkillərinin ümumi çıxışlarına sərf edilən vaxtın (9 saat) təxminən 2,7 saatı (müzakirələrə sərf olunmuş ümümi vaxt büdcəcinin təqribən üçdə ikisi) gündəliyə aid olmayan məsələlər (yaxud problemlər) ilə bağlı olub;
Bütünlükdə büdcə müzakirələrində 71 millət vəkili (deputatların 58%-i) iştirak edib;

Müzakirələrin ilk günü üzün 13, ikinci günü üzün 25, üzüncü günü üzün isə 33 millət vəkili çıxış edib. 40 nəfər 10, 31 nəfər isə 5 dəqiqə çıxış etmək imkanı qazanıb;
Parlament sədri və iqtisadi siyasət DK-nın sədri istisna olmaqla cəmi 2 millət vəkili büdcə müzakirələrində təkrar çıxış etmək, yaxud səlahiyyətli şəxslərə sual ünvanlamaq imkanı qazanıb;
Sonuncu müzakirə üçün dövlət büdcəsinin müzakirələri cəmi 51 dəqiqə davam edib;

Çıxışların məzmununa gürə büdcə müzakirələrinin qiymətləndirilməsi
Çıxışların 2008-ci ilin dövlət büdcəsilə bağlılığını araşdırarkən məlum olub ki, burada 3 tipik hal müşahidə olunur:
a) Çıxış tamamilə müzakirəyə çıxarılan sənədlərə həsr olunub - 25 çıxış
b) Çıxış qismən müzakirəyə çıxarılan sənədlərə həsr olunub - 34 çıxış
v) Çıxış ümümiyyətlə müzakirəyə çıxarılan sənədlərə həsr olunmayıb - 12 çıxış

Təkliflərin əsaslandırılması səviyyəsinə görə qiymətləndirmə
Təkliflərin əsaslandırılması səviyyəsi səslənən təkliflərin həlli nəzərdə tutlan problemin nə üzün (hansı zərurətdən) həll edilməli olduğunu, hansı mümkün vasitələrlə həll edilməli olduğunu nəzərdə tutur (sonuncuya əsasən, təklif olunan problemin konkret mexanizmləri irəli sürülür)
Məsələn, "Təhsil işçilərinin orta aylıq məvacibilə ölkə üzrə analoji göstərici arasında 150%-lik fərqin aradan qaldırılmasına ehtiyac var. 2008-ci ildə həmin fərqin 100%-ə endirilməsi üçün təhsil xərclərinin layihədə təklif olunan 1 milyard manatdan 1,2 milyard manata çatdırılması təklif olunur və s.
Ekspertlər 2008-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsilə əlaqədar parlamentin irəli sürdüyü 156 təklifdən cəmi 16 təklifi, yaxud bütün təkliflərin 10 %-ni yüxarıda qeyd olunan parametrlər üzrə əsaslandırılmış təkliflər kimi qiymətləndiriblər.
Təqdimatçı çıxışını başa vurduqdan sonra bəzi millət vəkillərinin iştirakı ilə davam etdirilən müzakirələrdən sonra mətbuat nümayəndələrinin sualları cavablandırılmışdır. İTYM-nin sədri A.Mehdiyev belə layihələrin davam etdiriləcəyini iştirakçıların diqqətinə çatdırdı.

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi




среда, мая 07, 2008

Şuşamın arzuları

İstəyir ki, salam desin Azərbaycan əsgərinə. Müjdə versin dörd tərəfə. Qələbəni müjdələsin. “Əhsən!” desin Azərbaycan əsgərinə bizim Şuşamız!!!

8 May! Bu tarix təqvimə qara rənglə həkk edilib. Azərbaycan tarixində böyük bir itki. Sağalmaz yara. Alınmaz qala Şuşanın alınması tarixidir bu tarix.
Şuşa. Bu Şuşa bizim Şuşadır. Bu torpaq bizim torpaqdır. Bizim, yəni hamımızın. Hamımızın dərdidir bu dərd. Bəlkə elə ona görə də hammız bu dərdi çəkməliyik. Hər dəfə 8 may gələndə utanmalıyıq özümüzdən. Tarixdəki 8 maydan. Ona görə ki, qəriblikdə olan Şuşa, bizim Şuşa, bizi axtarır, səsləyir bizi. Bizim körpələrin səslərini eşitmək istəyir. Bizim əkməyimizi istəyir öz torpağını, bizim sevməyimizi istəyir öz dağını, öz daşını.
Bezib Şuşa, səssizlikdən bezib Şuşa. İstəyir ki, tufan qopsun, mərmilərdən leysan olsun ətəyində. Topların gurultusunu, tankların xırıltısını, Azərbaycan əsgərinin “İrəliyə!” səsini eşitməyə həsrət qalıb Şuşa.
İstəyir ki, salam desin Azərbaycan əsgərinə. Müjdə versin dörd tərəfə. Qələbəni müjdələsin. “Əhsən!” desin Azərbaycan əsgərinə. Yəni bizim əsgərlərə. Çünki bizim Şuşadır O. Orda olan Cıdır düzü bizimdir. Torpağında bitən gül və tikan bizimkidir. Ovuclasan torpağını yerə töksən əlindəki qalan torpaq qalıqları bizimkidir. Ətəyindən axan bulaq bizimkidir. Göylərindən yağan yağış bizimkidir...
Budur yenə, xain tarix! Dövr elədi, gəldi çatdı 8 maya. Bizi Şuşanın bizsizliyi biz vurubdur ürəyimə. Utanıram mən özümdən. Qorxağam mən?! Axı gəl-gəl deyir 16 il həbsdəki bizim Şuşa. Qulağımı bağlayıram eşitməyim o səsləri. Gözlərimi yumuram ki, görməyəm mən anaların fəryadını, oxumuram tariximi. Utanıram kitabdakı o cümlədən, o tarixdən, 8 maydan...
8 mayda otururam öz evimdə, çıxmıram mən şəhərə. Utanıram üzərində şəkil olan reklam lövhəsindən, utanıram parkda gəzən bixəbər millətimdən. Utanıram musiqini “Şuşa” adlı kafelərdə eşidəndə. Utanıram özümüzdən.
“Bizim Şuşa” deyəndə də utanıram həm Şuşadan, həm də onun önündəki “biz” sözündən. Bizdə olmayana “bizim” deyib toxdadırıq özümüzü. Bu yolla da, keçiririk 8 mayda günümüzü. Xatırlamaq istəmirik biz bu günü. Məhz bu gündə bağlayırıq qulağımızı, eşitməyək biz Şuşanın “gəl” səsini.
Amma vicdan! Vicdan öz nəğməsini çalır bizə həzin-həzin. Layla deyir könlümüzə - Qorxmazlığın laylasını. Qulağımız duymasa da vicdan duyur Şuşamızın “gəl” səsini.
İstəyirəm od qalayım. Gəlsin bura görən odun tüstüsünü. Onlarla verəm əl-ələ. Sipər olaq, birlik quraq. Eşitdirək mərmilərin səsini Şuşamıza. “Salam” desin bizə Şuşa. Qələbəni müjdələyək. Qırmızı rəngdə yazaq 8 mayı təqvimimizə. Sevinək gələndə bu gün. Qələbə günü olsun bizə. Utanmayaq 8 maydan, utanmayaq özümüzdən...
İstəyirəm ki, “çıx!” deyək erməniyə. Qovaq onu Şuşamızdan. Elə qovaq, qaçanda da özü ilə aparmasın bir daşı da, ayaqqabısını altında qalan quru torpağı da. Havanı da aparmasın. Udmasın heç Şuşamızın havasını...
Bunlar mənim istəyimdir, arzumdur ki, belə olsun. Gücüm çatmır mənim arzum reallaşsın. Dostum çatmır mənim arzum reallaşsın. Necə deyim parkdakı camaata mənim dostum, necə deyim kafelərin sahibinə mənim dostum…
Nə olaydı, 8 mayda hər yerdə olaydı Şuşa. Təkcə bugün lövhələri Şuşadakı məscidlərin, qalaların şəkilləri bəzəyəydi. Nə olaydı, dost olaydı. Nə olaydı, Şuşamızı qaytaraydıq. Nə olaydı, Şuşamızın havasını biz udaydıq... “Nə olaydı” dediklərim kaş olaydı...

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Sovet hakimiyyəti - milli-mənəvi dəyərlərin aşınması, yoxsa elm və tərəqqiyə rəvac?!

«Hikmət evi» disput mərkəzi «Sovet bizə nə verdi?» mövzusunda müzakirələr üçün növbəti dəfə iştirakçılara qapı açdı. Bu səpkidə mövzunun seçilməsinə və müzakirə olunmasına səbəb, Sovet hakimiyyəti dövründə Azərbaycanın həqiqi qazanc və itkilərini, yaxın keçmişin müasir dövrümüzə nə kimi təsirlər qoyduğunu müəyyənləşdirməkdə idi.
Tədbir Hacı İlqar İbrahimoğlunun disput iştirakçılarını salamlaması və bugünkü disputdan maraqlı çıxış və müzakirələr gözlədiyini söyləməsi ilə başladı.
İlk çıxışçı Leyla Abbasova Sovet hakimiyyəti illərində Azərbaycanın istər mənəvi, istər iqtisadi, istər siyasi müstəvidə qazancından daha çox itkiləri olduğunu qeyd edərək, bu fikirlərini kifayət qədər faktlar və statistik göstəricilərlə əsaslandırdı. O dövrü - «qırmızı terror» dövrü adlandıraraq ziyalıların, din xadimlərinin və ümumiyyətlə sosialist ideologiyasına zidd düşünən insanların məhv edilməsini və nəticədə milyonlarla insanın repressiyaların qurbanı olduğunu iştirakçıların nəzərinə çatdırdı.
Eyni zamanda millətin mənəvi dəyərlərinə hansı zərbələrin endirildiyi haqda danışarkən dini kitabların yandırılması, təhsil sistemində elmi ateizmin tədris olunması, hətta çar dövründə müəyyən çatışmamazlıqlarla olsa belə fəaliyyət göstərən din alimlərinin səlahiyyətlərinin əllərindən alınması və s. bu kimi mövzularda danışdı.
Sonra Azərbaycan xalqının milli dəyərlərinə də kifayət qədər müdaxilələrin mövcudluğu - milli bayramların rəsmi qeyd olunmaması, ölkədə azərbaycan dilinin rəsmi dil olmasına baxmayaraq xüsusilə ali təhsil sistemində lazım olan ədəbiyyatın azərbaycan dilində dərc olunmaması haqqında fikirlərini söylədi. Kütləvi şəkildə ruslaşmanın aparılması, Sabir, Nəsimi və bu kimi klassik yazarları xalqa dini və ondan irəli gələn ayinlərə qarşı olan kimi göstərilməsini də vurğuladı.
Sovet dönəmində dinin azadlığa qarşı olması fikrini əsas tutaraq xanımların hicabı tərk etməsi, fiziki işlərdə işlədilərək bunları qadın və kişinin bərabərliyi, qadın azadlığı kimi qələmə verilməsi və s. haqqında danışdı. Çıxışının yekununda sadalanan məsələlərin hansı nəticələrə gətirib çıxardığını açıqladı: «Nəticədə müsəlmançılıq inanc məsələsindən daha çox bir ənənəyə, islam dininə etiqad bəsləyənlər isə namaz, oruc, fitrə kimi dinin yalnız bəzi ibadət məsələlərinə riayət edən etnik müsəlmanlara çevrildilər. Bir çox yazarlar və ya maarifləndiricilər sürgün olundu və ya öldürüldü».
İkinci tərəfdən Şadlinskaya Gülzar xanım isə Sovetin Azərbaycan xalqına gətirdiyi yeniliklər, qazanclar haqqında danışdı. Çıxışçı sovet ideologiyasının əsasını təşkil edən ədalət, bərabərlik prinsipləri üzərində xalqı birləşdirmənin, millətlərarası qardaşlığın bərqərar olmasını çox böyük uğur kimi vurğuladı. Təhsil sistemində olan çox böyük islahatlardan danışarkən təhsilin maddi imkanlarından, aid olduğu sosial təbəqədən asılı olmayaraq hamı üçün olması, orta təhsildən əlavə orta-ixtisas və ali təhsilin mövcudluğu, Elmlər Akademiyasının təsis olunmasını, savadsızlığın kütləvi şəkildə aradan qaldırıldığını qeyd etdi.
«Hamının eyni cür yaşamasını, dövlət tərəfindən təyin olunan qanun və qaydaların işləməsi insanlarda natamamlıq kompleksini aradan aparırdı. Məktəblərdə standart formanın olması da bir nümunədir ki, hamı - istər varlı, istər kasıb eyni geyinirdi. İnsanların sosial fərqləri çox qabarmırdı. Təhsil alanlar bilirdi ki, işləyəcək, işləyən mütləq rifahını yaxşıaşdıracaq, dövlət tərəfindən evlə təmin olunacaq. Hər bir vətəndaş özünün və ailəsinin dövlətin müdafiəsi altında olduğunu hiss edirdi, gələcəyə ümid var idi» - deyən çıxışçı indiki dövrdən fərqli olaraq insanların daha səmimi, xöşbəxt, mədəni olduqlarını söyləyərək çıxışını yekunlaşdırdı.
Disput iştirakçıları hər iki çıxışçını dinlədikdən sonra sual və iradlarını bildirdilər. Sovet hakimiyyətinin fəaliyyətində həm müsbət, həm də mənfi xüsusiyyətləri vurğulayanlar oldu. Qadınların 70 ildə istismara məruz qaldığı, Sovet hakimiyyətinin Azərbaycan xalqının deyil, öz maraqlarını güddüyü, o dövrdə «dəmir pərdə»nin mövcudluğu üzündən xalqın öz yaşayış tərzini ən yaxşı bilməsi və s. bu kimi rəylər səsləndi. İndiki dövrlə müqayisədə Sovet dönəminin uğurlu görsənməsi yaşadığımız dövrün istər mənəvi, istər iqtisadi böhran dövrü olduğu, buna görə də Sovet hakimiyyətinin insanlara daha yaxşı dövr təəssüratı yaratdığı vurğulandı.
Sonda Sovet quruluşunun Azərbaycanın tarixi ilə yanaşı, gələcəyinə təsir etməsinə diqqətin zəruriliyini qeyd edən Hacı İlqar bu mövzunun hər bir vətəndaş üçün önəmliliyini vurğulayaraq hər iki çıxışçı ilə yanaşı bütün iştirakçılara fəal olduqları üçün təşəkkürünü bilidirdi.

Günay Həsənova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


PKK-nın pornoçu başbiləni

PKK-nın dinə hücum edəcəyini artıq hər kəs bilirdi, amma təşkilatın "dini qurumu" ilk dəfə təsbit edildi. Məhz zahirdə saqqallı, həqiqətdə azmış PKK «imamı»... Türkiyə yeni və çox əcaib bir hadisəyə səhnə olmaqdadır. Hüseyin Bulud: "Türkiyə küfr dövlətidir və buna itaət edən küfrə düşmüşdür". "Erməni və yəhudi millətləri məzlumdur. Bizim qardaşlarımızdır. Quranda yəhudilərdən təriflə bəhs edilir. Kürdlərlə yəhudilər əmioğludurlar" kimi sərsəmliklərin müəllifi.
Son dövrlərdəki əməliyyatlarda böyük güc itirən PKK, yeni strategiyasında dini alətə çevirmək istəyir. Təşkilatın Hüseyin Bulud adlı marionet «imamı»nın evində uyuşdurucu və porno CD'lər tapılıb. "Bu gün" bildirir ki, hava əməliyyatlarıyla böyük zərbə yeyən terror təşkilatı PKK xalqın dəstəyini əldə edə bilmək üçün dinə sarılıb".
Son zamanlarda dini şüarlarla çıxış edən, mitinqlərdə Qurani-Kərimlərdən istifadə edən, Səid Nursi kimilərinin plakatlarını əllərdə tutduran təşkilatın lokal "camaatlar" qurduğu müəyyənləşib. Batmanda aparılan son əməliyyatlardan sonra tutulan Hüseyin Bulud adlı «imamın» evində narkotik, silah, çox sayda porno CD və PKK-ya aid təşkilati sənədlər ələ keçirilib.

DTP İLƏ YAXIN TƏMASDA
Polis, "Kürdçü-islamçı şüarlarıyla meydana atılan bir dini hərəkat başladıldığı" məxfi xəbərinə əsasən Batmanlı Hüseyin Bulud və qrupu təqibə alınıb. Xüsusilə PKK ilə yaxın əlaqələri olan qrupun eyni zamanda özlərini Said Nursinin tələbələri olaraq tanıtdıqları, toplantılarda Said Nursinin şəkillərini açdıqlarını aşkar edən polis, sözügedən qrupun DTP (Demokratik Toplum Partiyası-Türkiyədə PKK ilə sıx təmasları olan və qapadılması söhbəti gedən təşkilatdır) ilə yaxın təmasda olduğu müəyyən edilib.
22 martda Batmanda düzənlənən Novruz mitinqində Said Nursinin posterlərini nümayiş etdirən qrupun lideri Buludun, DTP millət vəkilləriylə də sıx əlaqədə olduğu aydınlaşıb. DTP Batman millət vəkili Bəngi Ulduz ilə DTP-li bələdiyyə sədri Hüseyin Qalxan ilə çox sayda DTP-li siyasətçinin 17 mart günü Buludu ziyarət etdikləri açıqlanır. Buludun bu ziyarətdə DTP-li vəkillərdən "Said Nursinin məzarının tapılması üçün sorğu göndərilməsi və məzarının Batmana gətirilməsini" tələb etdiyi öyrənilib. DTP-li vəkil Bəngi Ulduzun da 28 martda Məclisə (TBMM-nə) sorğu göndərək Said Nursinin məzarının tapılmasını istəyib.

TƏŞKİLATIN YENİ STRATEGİYASI
Marksist-leninçi bir xəttə sahib terror təşkilatının dini şüarları önə çıxarmasına diqqət çəkən təhlükəsizlik idarələri, Hüseyin Bulud və bənzərlərinin qarşıda artacağına diqqət çəkirlər. Qurumun bu cür təşkilatlanmalarla həm xalq arasında, həm də öz içində fərqli bir təbliğat metodu yarada biləcəyi bildirilir.

"ERMƏNİ və YƏHUDİLƏR - QARDAŞIMIZ"
Kürdçü-bölücü sözləriylə meydana çıxan Hüseyin Buludun təqribən 100 nəfərin iştirakçısı olduğu söhbətlərində radikal sözləriylə də önə çıxdığı da təsbit edilib. "Türkiyə küfr dövlətidir və buna itaət edən küfrə düşmüşdür",- deyən Buludun üzə çıxan açıqlamaları isə belədir; "Keçmişdə burda kürd dövləti vardı. Yenə olması üçün bütün gücümüzlə çalışmalıyıq. Türkiyə Cümhuriyyətinə əsgərlik etmək olmaz. Yararsız arayışı alın və əsgəri xidmətə getməyin. Yaxalayıb apararlarsa fərarilik edin. Erməni və yəhudi millətləri məzlumdur. Bizim qardaşlarımızdır. Quranda yəhudilərdən təriflə bəhs edilir. Kürdlərlə yəhudilər əmioğludurlar. Qarilla bir quş kimidir. Oradan-oraya uçur. Türk əsgəri isə eşşək kimidir. Bir ton yük yükləyirlər. Bülənt Ərsoy Türkiyənin ən şərəfli insanıdır" - yeni ideoloqun stolüstü şüarlarıdır.


Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


Professional dilənçilər simpoziuma hazırlaşırlar

Türkiyənin Böyükşəhər Bələdiyyəsi beynəlxalq bir simpozium təşkil edərək "professional dilənçiləri" də dinləməklə dilənçilik probleminə çarə axtaracaq.
"Sabah" qəzetinin xəbərinə görə İstambul Böyükşəhər Bələdiyyəsinin bir ilkə (yeniliyə) imza ataraq hazırlayacağı Beynəlxalq Dilənçilik Simpoziumuna Türkiyənin dörd bir tərəfindən əlində məlumat və sənədi olanlar dəvət edilib. 18-19 İyun 2008-də gerçəkləşdiriləcək simpoziuma lazımlı bilinsə işin ustası olan dilənçilər də çıxışçı olacaq.
Simpoziumun hazırlıq işləri çərçivəsində, Türkiyənin seçilmiş akademikləri ilə Böyükşəhər Bələdiyyəsi məmurlarının qatıldığı Elm Şöbəsinin iclası 17 martda Qasımpaşa Sosial Təsisatlarında baş tutub. Toplantıda Zabit Dairə Başqanı Mustafa Təhməz, - "dilənçiliyin şəkil dəyişdirərək artdığını, təşkilatlanmış bir quruluşa keçdiyini" bildirib. İqtisadiyyat tarixçisi Mehmet Gənc isə "19-cu əsrə qədər Osmanlıda müsəlman dilənçi yox idi. Dilənən var idisə yaxalanar, işə yerləşdirilərdi. İşləmək iqtidarında olmayanları isə bir vəqfin himayəsinə verərdilər", - deyə tarixi aryışını bitirib.
P.S. Necə deyərlər: "Sağ əlləri Bakının küçə və metropoliteninin məsullarının başına".

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

«Progeriya» - körpəni yaşlı edən xəstəlik

Hal-hazırda 15 aylıq olan uşaq 13 ildən sonra 91 yaşındaymış kimi öləcək.

ABŞ-ın Lexinqton şəhərində yaşayan Pikkard cütü uzun müddət idi ki, övlad həsrətində idilər. Onların çoxdankı arzuları ötən ilin yanvarın 6-da reallaşmışdı. Amma haradan bilərdilər ki, onların dünyaya gətirdikləri körpə dünyada milyonda bir qarşılaşılan “Progeria” adı verilən bir yaşlılılq xəstəliyinin daşıyıcısı olacaq. (Ajanslar)
Zaç adını verdikləri körpə dörd həftə erkən doğulmasına baxmayaraq 2,7 kiloqram ağırlığı və 48 santimetr boyuyla normal sayıla biləcək ölçülərdə idi. Ancaq doğumundan bir neçə ay sonra ana Tina oğulunun bədənində qəribə ləkələr görməyə başladı.
Dekabrda Sinsinnati Universitetində edilən testlər nəticəsində Zachın dünyada 8 milyon uşaqdan birində görünən progeria xəstəliyinə tutulduğu ortaya çıxdı. Xalq arasında erkən yaşlanma xəstəliyi olaraq bilinən progeriada bədən normaldan təxminən 7 qat daha sürətli yaşlanır. Bu səbəblə xəstəliyə tutulan uşaqlar təxminən 13 yaşına qədər yaşaya bilir. Pikkard ailəsi Zachın müalicəsi bilinməyən bir xəstəliyə tutulduğunu bilsələr də, onun xilas olacağına ümidini itirmir.
Tək xəyalının oğulunun məktəbə başlayacağı günü görmək olduğunu söyləyən ana Tina "Bir tərəfdən onu xoşbəxt etməyə çalışarkən bir tərəfdən də onun və sizin əslində nə qədər böyük bir döyüş verdiyinizi düşünürsünüz. Ümid edirəm Zaçın bu xəstəliyə tutulanlara ümid verəcək bir hekayəsi olar" deyir.
Həftədə iki dəfə isti hovuzda müalicəyə girən Zach bir tərəfdən də 28 uşaq üzərində tətbiq olunan zülal müalicəsinin sınaqlarına qatılır. Müalicə müvəffəqiyyətli olsa Zaç kimi uşaqların sağalması üçün ümid olacaq.

Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



Ünvanlı sosial yardımın gerçəklikləri

Bu günlərdə Mingəçevir şəhərində İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) tərəfindən Hollandiyanın Oxfam-Novib təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən "Ünvanlı sosial yardım mexanizminin effektivliyinə təsir edən faktorların qiymətləndirilməsi" layihəsinin ilkin nəticələrinin müzakirəsi təşkil edilib. Seminarda dövlət orqanları, qeyri-hökumət təşkilatları, şəhər bələdiyyəsi və mətbuatın nümayəndələri iştirak ediblər.
Seminarı açan İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu Mərkəzin ünvanlı sosial yardım mexanzimi ilə bağlı 2006-cı ildən tədqiqat aparmağa başlandığını deyib. Q.İbadoğlu Mingəçevirdə ilk dəfə həyata keçirilən layihədən sonra ÜSY verilməsi işində İTM-nin təkliflərinin nəzərə alınmasını müsbət qiymətləndirib. İTM İdarə Heyətinin sədr müavini Vüsal Qasımlı Mingəçevir şəhərində 800 respondent arasında sorğu aparıldığını qeyd edib: "Şəhərdə yoxsulluğun həddi 25,8 faiz qiymətləndiriliyi halda, cəmi 2 faiz əhali ÜSY ala bilir". V.Qasımlı bildirib ki, ehtiyacı olmayıb ÜSY alanların xüsusi çəkisi 12,8 faiz olub. Statistik təhlil göstərib ki, ÜSY təyin edilməsindən imtina olunmasına rəğmən bu tip respondentlərin 79 faizinin adambaşına orta aylıq gəliri ehtiyac meyarından (40 manat) aşağı olub. Hansı ki, ÜSY verilməsindən imtina edilən şəxslər daha çox məşğulluqdan təklif edilən işlə qane olmadıqlarına görə "oyundan kənar" qalıblar.
Mingəçevir şəhər Əmək və Əhalinin Sosial Müdafəsi Mərkəzinin baş məsləhətçisi Hüseyn Əsgərovun sozlərinə görə, Məğulluq Mərkəzi tərəfindən təklif olunan 60-100 manatlıq əmək haqqı olan işdən vətəndaşlar imtina edirlər. Təklif olunan yüksək əmək haqqı olan işlər isə əsasən vətəndaşların ixtiasına uyğun gəlmir. "Çiçək" Arıçılar İB-nin sədri Nəsib Süleymanov təklif edib ki, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi Ünvanlı sosial yardıma ehtiyacı olan şəhər sakinlərinin dəqiq sayını bilməlidir: "Ünvanlı sosial yardıma ehtiyacı olub muraciət etməyənlər var, səbəb məlumatsızlıq və muraicət edərkən lazım olan sənədlərin toplanmasında çətinliyin olmasıdır".
Mingəçevir Bələdiyyəsinin nümayəndəsi təklif etdi ki, məhəllə komitələri yerli əhalinin ehtiyaclarını daha yaxşı bildiyindən ÜSY almaq hüququ olan ailələrin tapılması üçün ictimayyətin qiymətləndirilməsi üsulundan istifadə edilsin.
Veteranlar Şurasının üzvü İsa Salahov 64 ildir Mingəçevirdə yaşadığını və Ünvanlı Sosial Yardımım düzgün ünvanına verilmədiyini bildirdi. Sonda çıxış edən Qubad İbadoğlu seminarda səsləndirilən praktik təkliflərin hökumətə hazırlanan tövsiyələr paketində nəzərə alınacağını bildirdi. Onun sözlərinə görə, İTM həmçinin "Ünvanlı sosial yardım mexanizminin effektivliyinə təsir edən faktorların qiymətləndirilməsi" kitabını da yaxınlarda oxucuların ixtiyarına verəcək.

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Mövlananın həyatından bəhs edən film çəkilir

İran televiziyaları Mövlananın həyatından bəhs edən silsiləvi film çəkəcək.

İran televiziyalarında nümayiş olunmaq üçün Mövlananın həyatını izah edən “Cəlaləddin” adlı bir silsiləvi film hazırlanır.
Rejissor Şəhram Əsədinin xəbər agenliyinə etdiyi şərhə görə Mövlana Cəlaləddin Ruminin həyatını izah edəcək silsiləvi filmin hazırda ssenarisi nəzərdən keçirilir və gələn ay çəkilişlərinə başlanılacaq.
Şəhram Əsədi “Cəlaləddin” adlı silsiləvi filmin 18 hissədən ibarət olacağını və çəkilişlərinin çox vaxt ala biləcəyini söylədi.
“Cəlaləddin” filminin ssenarisini Razılıq Maksudinin yazdığını bildirən rejissor “Maksudinin ssenari üçün geniş bir hazırlıq dövrü keçdiyini, bu arada bir neçə dəfə Türkiyəyə və xüsusilə Konyaya gələrək Mövlananın yaşadığı mühitin coğrafi və ictimai vəziyyətini araşdırdığını” ifadə etdi.
“Cəlaləddin” filminin çəkilişini 'Səhər' televiziyasının sifariş verdiyini söyləyən rejissor Şəhram Əsədi "Bu filmlə Mövlana Cəlaləddin Ruminin həyatını doğumundan ölümünə qədər tarixi gerçəklərə uyğun olaraq izah edəcəyik." dedi

Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Yəməndə məscidə hücum: 18 adam öldü

Yəmənin şimalındakı Səadə şəhərindəki bir məsciddə meydana gələn partlayışda 18 adam öldü, 100 adam yaralandı. (AA)
Yəmənin Səadə şəhərində cümə namazından sonra əmələ gələn partlayış nəticəsində 18 adam ölmüş, 45 isə yaralanmışdır. Bu barədə Səadə qubernatoru Mutahhar Raşid «Əl-Cəzirə» televiziyasına açıqlamasında bildirib. Mutahhar Raşid cümə namazından sonra əmələ gələn partlayışda 18 adamın öldüyünü, 45 adamın isə yaralandığını bildirsə də, sonradan səhiyyə orqanları xəstəxanalara təxminən 100 yaralının gətitildiyini bildirdilər.
Şahidlər partlayışa bir motosikletə yerləşdirilən bombanın səbəb olduğunu söylədilər. Nəzərinizə çatdıraq ki, 2004-cü ildən ölkənin şimal-qərb bölgəsi hökumət qüvvələri ilə Əbdülməlik Əl Huti tərəfdarları arasında baş qaldıran şiddətli qarşıdurmalara səhnə olur.

Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi




"Bizim uşaqlarımızı nə üçün İsrailə aparırlar?"

İraqlı alimlər: Qəzzada yüzlərlə körpənin dərmansızlıqdan ölməsinin səbəbkarı olan İsrail uşaqlarımızı niyə müalicəyə aparır?!

Xəstə müsəlman iraqlı uşaqların müalicə bəhanəsiylə İsrailə aparıldığını ortaya çıxaran İraq Müsəlman Alimlər Heyəti (IMAH) bu vəziyyətin müsəlmanları hədələdiyini qeyd etdi.
IMAH-ın əldə etdiyi yeni məlumatlara görə iraqlı uşaqları İsrailə “Shevet Achim” adlı bir təşkilat aparır. Təşkilatın rəsmi internet saytında verilən məlumatlarda bildirilir ki, guya adı çəkilən təşkilat 1994-cü ildən israilli olmayan uşaqların İsraildə müalicə edilmələrini təmin etmək üçün qurulub. Sayt ayrıca olaraq Qəzza, Qərbi Şəriyə və İordaniyadan gətirdilən və müalicə edilən müsəlman uşaqlara aid məlumata yer verir.
Saytın bölümündə xüsusilə Şimali İraqdan gətirdilən xəstə uşaqlara aid məlumatlar geniş yer tutur.
İraq Müsəlman Alimlər Heyəti bununla əlaqədar olaraq bildirir: "Siyonist rejim tarixin heç bir dövründə müsəlmanları qarşılıqsız olaraq tam insani məqsədlərlə müalicə etməmişdir və etməməkdədir. Qəzzada bu günə qədər yüzlərlə günahsız körpənin dərman tapa bilmədikləri ya da müalicə edilə bilmədikləri üçün, onlarla hamilə fələstinli xanımların xəstəxanaya aparılmalarına maneə törədildiyi üçün, küçə ortasında atəşlə vurulub yaralanan və xəstəxanalara aparılmaları qadağan edilən çox sayda fələstinli qan itirdiyi üçün həyatını itirmişdir. Yaralıları daşıyan təcili yardımlar belə İsrail işğalçıları tərəfindən dünyanın gözləri qarşısında mərmilərlə vurulmuşdur."
İsrailli xaxamların Fələstinli xəstələrin müalicə edilməmələri üçün verdiyi fanatikcə «fətva»ları da gündəmə gətirən İraqlı Müsəlman Alimlər Birliyi İsrail xəstəxanalarındakı müsəlman xəstələrinin bədənlərinin bəzi parçalarının alındığını, böyrək, mədə, ürək kimi orqanlarının götürülərək təcrübələr aparılması üçün istifadə edildiyinə dair gizlədilməyə çalışılan, amma təsdiqlənən qorxunc xəbərlərə də diqqət çəkir.
İraqlı uşaqların İsrailə müalicə adı altında nəqlinə nəzərətin bərpa olunmasını istəyən İraqlı Müsəlman Alimlər Birliyi, bu qalmaqalın nə qədər hədələyici və təhlükəli bir inkişaf olduğuna xüsusilə qeyd edir və soruşur; "Bizim uşaqlarımızı nə üçün İsrailə aparırlar?"

Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi





Qadın öz qızının yuxusuna girib, öldürüldüyünü xəbər verdi

Qızına yuxuda "Öldürüldüyüm şkafdayam" deyən qadının cəsədi tapıblıb

"This is London"'un xəbərinə görə, İngiltərənin Brayton (Brighton) şəhərində dəhşətli hadisə baş verib. Katerina Genestin (Catherine Genestin) adlı bir qadının 1 il öncə başqa şəhərə qaçdığı xəbər verildiyi halda, onun əslində öldürüldüyü bəlli oldu. Belə ki, qadın davamlı olaraq öz qızının yuxusuna girərək, öldürüldüyünü xəbər verib. Adı qanuni səbəblərdən açıqlana bilməyən qız, yuxusunda anasının ona öldürüldüyünü və evlərinin arxa həyətindəki bir şkafda cəsədinin saxlanıldığını anlatdığını atasına deyib.
Atası Andre Genestin bu hadisəyə əhəmiyyət verməyib. Qadın qızına onu çox sevdiyini söylərək yenə yuxusuna girir. Balaca qız məktəbdə müəllimlərinə durumu anladınca həqiqət ortaya çıxır. Polis məxfi məlumatı dəyərləndirdikdə qadının cəsədini tapıb.
Bəlli olub ki, cinayətkar - qadının öz əridir. Həyat yoldaşının onun qeyri-qanuni əlaqəsinə mane olmaması üçün, insan olan cildində bu vəhşi öz arvadını öldürmüş, cinayəti ört-basdır etmək üçün müxtəlif şayiələr yaymışdır. Dindirmə zamanı Genestin öz cinayətini tamamilə etiraf etmişdir. Yaxın zamanlarda qatil məhkəmə qarşısında duracaq.

Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi


вторник, мая 06, 2008

Azercell məscidlərdə antenna quraşdırır?

Bu yaxınlarda xəbər gəldi ki, Azercell şirkəti özünün yeni ötürücülərini quraşdırmaq üçün məscidlərə üz tutub. Məscidlərin bəziləri onlara yox cavab versə də, onlara müsbət cavab verənlər də tapılıb.
Belə ki, əldə etdiyimiz son məlumata görə, Azercell şirkəti Bakıxanov qəsəbəsində özünün ötürücüsünü quraşdırmaq üçün qəsəbənin mərkəzi məscidi olan “İmam Rza” məscidinə müraciət etmiş və məscidin rəhbərliyi tərəfindən müsbət cavab almışlar.
Məlumatı dəqiqləşdirmək üçün məscidə getmiş və məscidin rəhbərliyindən məsələ ilə bağlı fikirləri öyrənilmişdir. Onlar bu məsələni adi hal kimi qeyd etmiş və bildirmişlər: “Azercell şirkəti məscidin həyətində öz ötürücüsünü quraşdırmaq niyyətini bizə çatdırmışdır. Bunun əvəzində məscidin elektrik enerjisi və qaz pulunu ödəyəcəklərini, həmçinin hər il məscidin hesabına 1500 manat pul yatıracaqlarını bildirmişlər”
Qeyd edək ki, quraşdırılması nəzərdə tutulan bu ötürücü hündürlüyü 18 metr olan palma şəklində olacaq ki, bu da əhalinin və məscidə ibadətə gələnlərin diqqətini bir o qədər də cəlb etməyəcək.
Hal-hazırda ötürücünün quraşdırılması üçün işlərə başlanılmış və qısa vaxt ərzində işlərin tamamlanacağı bildirilir. Məsciddə ibadə gələnlər və ətraf ərazidə yaşayan əhali isə məsələdən narahat olduqlarını bildirmişlər.
Nəzərinizə çatdıraq ki, adı çəkilən məsciddə 1992-ci ildən indiyə qədər tikinti işləri aparılır. Maraqlısı da ondadır ki, bu hadisə məscidin tikintisinin başa çatmaq üzrə olduğu bir dövrə təsadüf edir.


Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi





Xəbərlər

Masallıda neft haradan?
Mənbələrimiz Güllütəpə kəndində 120 metr dərinlikdən çay keçdiyini, rayon mərkəzindəki quyudan çıxan məhlulun isə neft olduğunu bildirirlər. FHN hər iki faktı təkzib etməkdədir. Araşdırmalar davam edir.
Son zamanlar Masallıda baş verənlər KİV-in gündəmindən düşmür. Öncə Güllütəpə kəndindəki torpaq sürüşməsi və çökməsi haqqında, daha sonra isə rayonun mərkəzində yerləşən həyətlərin birindən neft çıxması xəbəri gündəmə damğasını vurdu. Hər iki olayla bağli ziddiyyətli məlumatlar gəlməkdədir. İctimaiyyətdə yaranan marağı nəzərə alaraq biz hər iki olayı araşdırmağa qərar verdik və bəzi maraqlı məlumatları əldə edə bildik. Öncə başlayaq Güllütəpə hadisələrindən.
Rəsmi və qeyri-rəsmi məlumatlarda burada baş verənlər torpaq sürüşməsi və çökməsi kimi qiymətləndirilməkdədir. Cənub bölgəsindəki mənbəmizin verdiyi məlumatlarda isə tam fərqli məsələlərə aydınılq gətirilməkdədir. Belə ki, mənbənin bildirdiyinə görə "Əslində Güllütəpə kəndində baş verənlərin əsl mahiyyəti mətbuatdan gizlədilir. Ona görə ki, bu hadisənin özündən də maddi mənfəətinə görə faydalanmaq istəyənlər var. Bu kəndin adamlarından oradakı çökəklilərdən birinə ucuna daş bağlanmış ipi sallamış və təqribən 110-120 metr dərinlikdə daş suyla islanmışdir. Kənd camaatından hətta su axınının səslərini eşidənlər də vardır. Hələ Sovet vaxtında Tatyan və Güllütəpə kəndləri arasındakı təpəyə helikopterlər qonar və gələn sovet geoloqları Güllütəpə kəndindəki prossesləri hələ o vaxt araşdırıb (təqribən 60-70-ci illərdə). Belə qənaətə gəlmişlər ki, "həmin ərazidə yeraltı güclü çay axını var və onun axın surəti hətta Kürün sürətindən də itidir" - deyə mənbə bildirmişdir.
«Belə bir şey o zaman məlum idisə, niyə bu kənddə məskunlaşmaya icazə verilmişdir?» -sualımızı isə mənbə belə cavablandırmışdır: - "Bilirsiz, Masallı əhalinin ən sıx olduğu rayonlardandır. Hətta bu sahədə Çini də geridə qoyur (red. 1kv.m - 265-255 nəfər). Buna görə də adamlar bayırda qalmasın deyə, buna göz yumublar. İndi isə artıq fəsadlarını gizləmək mümkün deyil. Ən pisi budur ki, camaata kömək etmək əvəzinə rayon Fövqəladə Hallar Komissiyasını sədri Nadir Abıyev (Masallıdan millət vəkili təyin olunmuş Əhəd Abıyevin qardaşı-red.) gələn yardımları ev sahiblərinə vermir. Səbəbsə həmin evlərin sənədlərinin olmamasıdır".
Deyilənlərə və haqqında yayımış xəbərlərə münasibətini bildirmək üçün Masallı rayonu Fövqəladə Hallar Komissiyasının sədri Nadir Abıyevlə əlaqə saxladıq. Komissiya sədrinin bildirdiyinə görə, hal-hazırda ərazidə güclü külək olmasına baxmayaraq "Təbii Sərvətlər və Ekologiya Nazirliyinin Milli Geologiya və Təhqiqatlar İdarəsi və FHN-nin əməkdaşları ərazidə 22 metr dərinlikdə 3 tədqiqat quyusu qazmış və birində 3 m. dərinlikdə, birində 12,5 m. dərinlikdə, üçüncüsündə isə 19 m. dərinlikdə su aşkar edilmişdir. Hələlik ən son məlum olan budur ki, çökmədəki mineral süxurlarda qrunt suları vardır. Quyulardan nümunələr götürülmüş və paytaxtdakı lobaratoriyala aparılmışdır. Müayinələrdən sonra 1-2 günə nətiəcələri ictimaiyyətə açıqlanacaqdır. Hər hansı çay yatağından danışmaqsa mümkün deyil".
Abıyev haqqında deyilənləri şantaj, böhtan və şər kimi qiymətləndirərək daha sonra "Dəyərlər"ə bunları bildirdi;- "Vəziyyət FHN-yi tərəfindən araşdırılır, dəyən ziyanın miqdarı müəyyənləşdirildikdən sonra inşaat materialları veriləcəkdir. Hələlik heç kəsə bu haqda yardımlar edilməmişdir". Məlumatı Güllütəpə kənd sakinlərinin dilindən öyrənmək cəhdimiz isə baş tutmadı. Belə ki, fövqəladə şəraitdə yaşamasına baxmayaraq, aradığımızda kəndin əksər abonentlərinin telefonları qeyri-işlək vəziyyətdə idi
Daha sonra neft çıxdığı bildirilən quyu ilə bağlı suallarımızı cavablandıran Abıyev bunu təkzib edərək, daha öncəki məlum açıqlamalarını verdi. Lakin bölgə üzrə digər mənbənin verdiyi məlumatlara görə isə «hazırda quyudan çıxan qara maddəni yandırdıqda tam olaraq yanır və hətta həmin məhluldan aşkar qaz iyi də gəlməkdədir».
Mənbə vurğuladı ki, quyudakı bu məhlululn yaxınlıqdakı yanacaq doldurma məntəsi (YDM) ilə qətiyyən əlaqəsi yoxdur. Çünki YDM kifayət qədər uzaqda yerləşir və buradakı yanacağın miqdarı ölçülən zaman heç bir itki müəyyən edilməyib". Mövzunu diqqətdə saxlayacayıq.



Qubada "əjdəha" əhalini susuz qoyub
və ya dövrümüzün yezidləri Qubada yüzlərlə ton taxılı batırmaq üzrədir.
Tikinti şirkəti sahələrə gedən suyun qabağını kəsib. Əhalinin RİH-nə müraciətləri isə nəticəsiz qalıb.
Qubanın Novo-Nikolayevka, Hacıhüseynli, Gənclər qəsəbəsi, Davudoba, Hacıqayıb, Əlməki və digər kəndlərinin sakinləri lap nağıllarda olduğu kimi "əjdəha"ya rast gəliblər. Belə ki, bir tikinti şirkətlər qrupu Qüdyalçayda çınqıl-daş istehsalına başlayan gündən bu kəndlərdə məskunlaşan 7 min nəfər suvarma suyunun üzünə həsrət qalıblar. Nəticədə 200 hektardan çox sahədə əkilmiş taxıl quraqlıq ucbatından məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb, eləcə də bəzi əkin sahələrində suvarma olmadığından məhsul çıxış verməyib. Hələ bu azmış kimi, həmin ərazinin ən böyük kəndi olan Hacıhüseynli kəndində hər gün müntəzəm olaraq saat 12:00-dan saat 18:00-adək elektrik təchizati da dayandırılır. Əgər nəzərə alsaq ki, kənddə içməli su təminatı da artezian quyular vasitəsilə həyata keçirilir, o halda bu müddətdə Allah eləməmiş, bir yanğın baş verərsə, onda odu söndürməyə də su tapmaq mümkün deyil. Bundan əlavə, ağır yüklü maşınların kənd yollarında hərəkəti nəticəsində həmin ərazini Quba-Xaçmaz magistralı ilə birləşdirən yol da dağılaraq, yararsız hala düşüb.
Bu barədə yerli icra hakimiyyətini, bələdiyyəni məlumatlandıran kənd sakinlərinin hətta rayon icra hakimiyyəti yetkililəri ilə görüşlərinin də nəticəsi olmayıb. Hazırda isə vəziyyət belədir ki, taxıl qıtlığının yarandığı və ölkəyə taxıl idxalının çətinləşdiyi şəraitdə yerli istehsalçıların harayına heç kim cavab verməsə, bu o deməkdir ki, həmin kəndlərin fermerlərinin min bir zəhmət və xərc hesabına becərdiyi yüzlərlə ton taxıl "yana" bilər. Bu isə yerli fermerlərin çəkdiyi xərclərin və eyni zamanda dövlətin verdiyi kompensasiyaların batması deməkdir.



Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Dünyanın ən çox axtarılan adamları

'Dünyanın ən zənginləri' siyahısını hazırlayan Forbes, indi də 'Dünyanın ən çox axtarılan cinayətkarları' siyahısını nəşr etdi. Budur başlarına milyonlarla mükafat qoyulan cinayət dünyasının top-10-u.
"Dünyanın ən zəngin adamları" siyahılarıyla tez-tez gündəmə gələn məşhur maliyyə jurnalı Forbesin internet saytı "Dünyanın ən çox axtarılan adamları" siyahısını nəşr etdi. Dünyanın dörd bir tərəfində axtarılan, qırmızı bülleten çıxarılan və üstəlik başlarına mükafat qoyulan cinayət dünyasını idarə edənlərin top-10-u da beləcə müəyyən oldu.
Bu siyahıya 5 ildir ki, bir nömrəli terrorçu ləqəbini almış «ələkeçməz» Bin Laden başçılıq edir. Onun Pakistanın Vəziristan bölgəsində gizləndiyi güman edilir. ABŞ başçısı Buş Bin Ladenin "ölü və ya diri" tutulmasını istəmişdi. Yəni, canlı ya da cansız olması fərq etməz. Amma Bin Laden indiyə qədər təşkil olunan ən böyük "insan ovu"ndan «qaçmağı bacarır». 3000 adamın ölümü ilə nəticələnən 11 sentyabr hücumlarının təşkilində, 200 adamın öldüyü Keniya və Tanzaniyadakı Amerika Səfirliklərinə təşkil edilən hücumlarda məsuliyyət daşıyan Bin Ladenin başına ABŞ Xarici işlər nazirliyi 25 milyon dollar mükafat qoyub.
Joaquin Guzman - Meksikanın ən güclü narkotik baronu. Bir zamanların narkotik baronu Kolumbiyalı Pablo Escobardan daha təhlükəli hesab olunan Guzman Kolumbiya kokainini Meksika üzərindən ABŞ-a nəql edib satışa çıxaran ən böyük narkotik alverçisidir. Son dərəcə mərhəmətsiz olan Guzman yüzlərlə cinayətdə məsuliyyət daşıyır. O, 2001-də tutulub. Meksikada mühakimə olunduqdan sonra ABŞ-a təslim edilməsi planlaşdırılan Guzman, ABŞ-a təhvil verilməmişdən bir müddət əvvəl bir zibil maşınına saxlanıb həbsdən qaçmışdır. ABŞ hökuməti Guzmanın başına 5 milyon dollar mükafat qoyub.
Alimcan Toxtaxunov (Alimzhan Tokhtakhounov) - Əslən özbəkistanlı olan bu şəxs, «rus mafiyası»nın yeni simasıdır. Xüsusilə, bu ilin əvvəlində Semyon Mogileviçin həbs olunmasından sonra Toxtaxunov liderliyi ələ almışdır. Ləqəbi "Taişnçik". ABŞ rəhbərliyi onu, beynəlxalq fəaliyyət göstərən Avrasiya cinayət təşkilatlarının idarəçisi olaraq göstərdi və "axtarılanlar siyahısına" daxil etdi. Toxtaxunov və cinayətkar təşkilatı beynəlxalq narkotik ticarəti, silah qaçaqmalçılığı və oğurlanmış avtomobil ticarəti sahələrində çox güclüdür. 2002-də Amerika hökuməti Toxtaxunovu "Buz konkisi Olimpiadası"nın münsiflər heyyətinə rüşvət verərək Fransız qrupunu birinci etdiyini sübut etmişdi. ABŞ, İtaliyada tutulan Toxtaxunovun ekstradisiya olunmasını istəmişdi. Ancaq əməliyyatlar reallaşana qədər italyanlar onu sərbəst buraxmışdılar. O gündən sonra itkin düşən Tokhtakhounovun indi Rusiyada olduğu güman edilir. Başına qoyulan mükafat 5 milyon dollardır.
Davud İbrahim Kaşkar - Hindistanın bir nömrəli cinayətkar təşkilatı “D-Company”nin rəhbəri. Təşkilatın mərkəzi Mumbai şəhəridir. O, polis ailəsində böyümüşdür. Amma illərdir, narkotik ticarətindən, saxta marka istehsalına qədər, silah qaçaqmalçılığından cinayətə qədər hər cür qeyri-qanuni fəaliyyətin içindədir. İbrahim 1993-də 257 adamın öldüyü, 713 adamın da yaralandığı Bombeydəki bombalı saldırıları təşkil etmişdir. Pakistan hökuməti təkzib etsə də, hal-hazırda Pakistanda gizləndiyi güman edilir. Xüsusilə də Pakistan kəşfiyyatıyla da əlaqədə olduğu təxmin edilir. Bunun sayəsində Hindistan, Yəmən və Pakistan pasportlarıyla asanlıqla səyahət edə bilir. Və ən əhəmiyyətlisi, tanınmamaq üçün plastik cərrahiyə üsulu ilə üzünü tamamilə dəyişdirdiyi məlumdur.
Matteo Messina Denaro - Dünyanın "Ən Şöhrətli" mütəşəkkil cinayətkar şəbəkəsinin başında duran Denaro üçün "Şeytan" ləqəbi də istifadə edilir. Sürətli “Porsche” avtomobilləri istifadə edir, “Rolex” saatlarını da çox sevir. İtaliya mafiyası “Cosa Nostra”nun məşhur lideri Bernardo Provenzanonun 2006-də tutulmasından sonra Denaro, liderliyi ələ alıb. Denaro, 1993-də İtaliya rəhbərliyinin mafiyaya qarşı başlatdığı əməliyyatları dayandırmaq üçün təşkil edilən bombalı saldırıların məsululiyyətini daşıyır. Başına qoyulan mükafat 5 milyon dollar.
Felicien Kabuga - Afrika qitəsinin "ən çox axtarılanı". İnsanlıq tarixinin ən qorxunc soyqırımlarından birinin arxasındakı ad. 1994-də Ruandada reallaşan və 800 min insanın ölümüylə nəticələnən soyqırımın məsuliyyəti üzərində olan Kabuga, Ruanda üçün qurulan Beynəlxalq Məhkəmə tərəfindən "insanlığa qarşı cinayət törətmə"də günahkar bilinir. Afrikanın bu zəngin iş adamı, yüz minlərlə tutsunun öldürülməsi üçün hutuları təşviq etmək və onlara maliyyə yardımı etməkdə günahlandırılır. Kabuganın radiokanalı dayanmadan hutuları şiddətə səsləmiş, tutsilərin yox edilməsinin lazım olduğunu müdafiə etmişdi. Kabuga, hutulara silah, atlar, yemək və hər cür dəstəyi təmin etmişdi. İndi Ruanda xaricində, böyük ehtimalla da Keniyada olduğu güman edilir. Başına qoyulan mükafat 3 milyon dollar.
Pedro Antonio Marin - Manual Marulanda olaraq da tanınır. Marin "Fuerzas Armadas Revolucionaria Colombia" ya da qısaca FARC adlı marksist qrupun lideridir. Qrup 1960-də qurulmuşdur. Qrup ayrı-ayrı vaxtlarda narkotik ticarəti və adam qaçırmaq kimi qeyri-qanuni işlər görməkdə günahlandırılır. ABŞ rəhbərliyi, FARC-ı "terror təşkilatları siyahısı"na salmışdır. FARC dünyadakı kokoinin yüzdə 45 faizini istiqamətləndirməkdə də günahlandırılır. ABŞ rəhbərliyi Marinin başına 5 milyon dollar mükafat qoyub.
Cozef Koni (Cozef Kony) - "Tanrının Müqavimət Təşkilatı" adlı qeyri-qanuni təşkilatın lideri. Uqandaya dinc bir rejim gətirmə səyindədir. Təşkilat, inanılmaz üsullardan istifadə edir. 2 milyon insan Konynin yaratdığı şiddətdən xilas olmaq üçün yerindən-yurdundan didərgin düşüb. Konynin təşkilatı uşaq qaçırılması hadisələriylə də tanınır. Uqanda beləliklə ən çox uşağın qaçırıldığı ölkədir. Konynin təşkilatı indiyə qədər 60 min insanı qaçırdıb. Bunların da 30 mini uşaqdır. Konynin təşkilatının işgəncə və köləlik hadisələrində adları çəkilir. Beynəlxalq Kriminal Məhkəmə Kony üçün həbs əmri çıxardıb. Başına qoyulan mükafat 3 milyon dollar.
Ceyms Balger (James “Whitey” Bulger) - Narkotik ticarəti və xərac yığmaqda günahlandırılır. Bir çox cinayətlərdə məsuliyyət daşıyır. FBI Bulgeri 10 ildən çox bir müddətdir tutmağa çalışır. Sərvəti 50 milyon dollar olaraq təxmin edilir. Bulger Şimali Amerika və Avropada təsirlidir. Həmçinin IRA-a da kömək etdiyi bilinir. İndi sərvətini və illərdir əldə etdiyi əhəmiyyətli əlaqələrini, tutulmamaq üçün istifadə edir. 78 yaşındakı şəbəkə liderinin yaxın zamanda sevgilisiylə Siciləyə səyahət etdiyini göstərən sənədlər əldə edilmişdir. Başına 4 milyon dollar mükafat qoyulub.
Amid Təhvili - Təhvili, cinayət/günah təşkilatını Kanadada qurdu. Nino olaraq da tanınan Təhvili, keçdiyimiz noyabr ayında, Britaniya Kolumbiyasında tutulduğu maksimum təhlükəsizlikli həbsxanadan qaçmışdı. Qaçışını təmin etməsi üçün bir vəzifəliyə 50 min dollar sözü verən Təhvili o gündən bəri itkin düşüb. Adam qaçırmaq və təcavüzdən mühakimə olunan Təhviliyə ömürlük həbs cəzası verilməsi gözlənilirdi. 37 yaşındakı Təhvili narkotik pulundan 500 min dollar oğurlayan bir ortağının qohumlarına işgəncə verdiyinə görə həbs olunmuşdu. ABŞ-da bir «telemarketinq şirkəti» qurub yaşlı amerikalı təqaüdçüləri aldadaraq 3 milyon dolları öz hesabına keçirən Təhvili, Amerika rəhbərliyinin "axtarılanlar siyahısında"dır. Təhvili Avropa və Orta Şərqdə də fəaliyyətlərini davam etdirir. Başına qoyulan mükafat 4 milyon dollardır.
Haqlarında məlumat verən, tutulmalarına köməkçi olan hər bir kəs bu mükafatları ala bilər. Amma onlar hər yerdə axtarılmalarına baxmayaraq illərdən bəri qaçaq. (FORBES)


Aqşin Əsgərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi