пятница, февраля 22, 2008

Zaman nədən qorxur ?

(“Zamanın memuarı” na cavab)

Bəşəriyyətin başlanğıcından bu günə kimi müəyyən vaxt kəsiyi keçmişdir. Bu vaxt kəsiyi «zaman» adlanir. Zaman keçmişlə indini, indi ilə gələcəyi birləşdirən çarxabənzər körpüdür. Elə hey fırlanır bu çarx. Onu nə saxlamaq olur, nə də geriyə qaytarmaq.
Yəqin bu səbəbdəndir ki, ehtiyac içindəki varlıqlar ondan qorxur. Qorxur ona görə ki, Zaman bu ehtiyac içindəki varlıqların “axırına çıxa bilir”. Onları məhv edir. Bir zaman var olanı nə vaxsa yer üzündən silir. İllərdi kök atmış, qol-budaq açmış ağaçları çürüdür. Əsirlər boyu tikilmiş abidələri məhv edir, körpələri böyüdür, böyükləri qocaldır, qocaları öldürür Zaman.
O “zaman” ki, bəsərin ən üstün gücünə malik insan övladı belə onun qarşısında acizdir.
O “zaman” ki, bütün xaosların başlanğıci və bütün başlanğıclarin sonunu gətirir.
O “zaman” ki, bilmədiyimizi öyrənməyə , öyrəndiyimizi unutmağa kömək edir.
Bütün zamanlarda “Zaman”ın var olması onun qüdrətinin göstəricisidir. Neçəliyini açır. Nələrə qadir olduğunu bildirir.
Bəs bütün ehtiyac icindəki varlıqların qorxduğu Zamanin özünün qorxduğu nə isə varmı? İndi yayımına az qala qadağa qoyulmuş, qabaqlar isə düşünməyi sevənlərin səbirsizliklə gözlədikləri “ÇTO? QDE? KOQDA?” verilişində belə bir sual eşitmişdim: “Hər şey zamandan qorxur, bəs zaman nədən qorxur?”. Bu sualin cavabı “Misir pramidaları” idi .Çünki hər şeyi məhv edən zaman hələ də Misir pramidalarını məhv edə bilməyib. Əlbəttə burada məntiqi lətifə var. Amma məni düşündürən, Zamanın həqiqi mənada qorxduğu nəsnələrdi...
Axı Zaman bu qədər gücə malik ola bilməz. Necə ola bilər ki, suda və kosmosda öz gəmilərini üzdürən insan zaman qarşısında acizliyə məhkum olur.
Fikrimcə, sualın cavabin tapmaq üçün gərək ilk əvvəl biz insan və insanliğa zaman müstəvisində baxmağı bacaraq. Bəlkə, onda nələrin zamana maneə ola biləcyini görə bilərik. Axi insan və insanlıq tamamilə fərqli anlayişlardı...
Zaman prizmasında insan anlayişi “insan ömrü” ifadəsi ilə məhdudlaşır. Zamana görə doğulur, böyüyür, qocalır və ölür insan. Bir insan ömrü zamanın çox kiçik hissəsi olduğundan onun üçün böyük qüvvə hesab edilmir. İnsan üçün isə bir ömrün əhəmiyyəti fövqəl dərəcədə çoxdur. Bir insan ömrünün ayrı-ayrı obyektlərdə müxtəlif əhəmiyyətliliyi qüvvələr arasındakı bərabərsizliyin göstəricisidir. Qüvvə tərəzisinin bir qolu yuxarıda, bir qolu isə aşağıdadır. Bu qüvvələr bərabərsizliyindən doğan nəticə isə çox sadədir. Tərəzinin ağır qolunda öz qələbəsinə sevinən Zaman, yüngül qolunda isə məğlubiyyətinə görə məyus olan insan ömrü durur.
Bəs insanlıq? İnsanlıq nədir?
İnsanlıq bir sistemdir. Bütün insanların ömründən təşkil edilən bir sistem. Elə bir sistem ki, elementləri zəif, özü isə güclü, elementləri sadə, özü isə mürəkkəbdir.
İnsanlıq ayrı-ayrı insan ömrünün fəaliyyətləri nəticəsində formalaşmışdır. İstər bu fəaliyyətlər doğru hədəflərə yönəlsin, istər yönəlməsin. İstər doğru hədəfləri vursun, istər vurmasın. Hər bir halda insanlığın daşıyıcısı olmuşdur bu fəaliyyətlər.
Elə məhz insanlıq döyüş meydanında zamanla üzbəüz durur. Gah insanlığın, gah da Zamanın qalib gəldiyi bu meydanda döyüş səhnələri çox qorxuncdur. İnsanlığın qalib gəldiyi anlar isə bir insan ürəyinin tab gətirə bilməyəcəyi qədər kədərli anlardı.
Zamanın bir neçə əsrə edə biləcəyini insanliq bir necə saata edə bilir. Məhz budur, bir necə saatın dəqiqələridir insanlığın qələbəsini, zamanin məğlubiyyətini göstərən anlar. Bəlkə də Nakasaki və Xirosima kimi faciələr insanlığın Zaman üzərində qələbəsinin “pik” nöqtəsidir? Yoxsa insanlıq Zamana gücünü tam göstərməyib? Bəlkə, Nakasaki və Xirosima hələ başlanğıcdir? Bəlkə də daha iri Nakasaki və Xirosimalar edə bilər insanliq? Çünki bu “güçü” özündə tapa bilir o...
Zamanın isə ən böyük silahı unutdurmaqdır. Daima hər kəsə hər şeyi unutduran zaman, döyuş meydanında insanlığa uduzur. Nə qədər öz çarxını firlatsa da, insanlığa böyük təsiri olmuş hadisələri unutdura bilmir Zaman... Böyük hadisələri unutmayanlar “kamil insanliq” çətiri altında “vəhşı insanlıq” yağışından qorunanlardı. Amma yağış kəsiləndə oradan çıxamazlar onlar. Çünki, hər yağışdan sonra qızmar günəş çıxır...
Bəli, zaman qorxur. Amma 60-70 illik zaman kəsiyində yaşayan insandan yox. İlk insandan son insana qədər yaşayan insanlıqdan. Bəli, zaman qorxur təkcə hədəfini azmış insanlıqdan yox, həm də insanlığın hədəfindən. Zaman qorxur ona görə ki, gün gələr, insanlıq unudar. Hansısa hadisələri yox, məhz zamanın özünü unudar. Çünki, bu insanlığın zaman üzərində qələbəsi deməkdir. Özü də əbədilik qələbəsi...

Xəqani Səfərov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

1 комментарий:

mehdi комментирует...

Salam!tebrik edirem! zennimce uqurlu yazilardan biridir.( nezere alsaq ki bu yazi hem ilk cavab yazi, eyni zaman da ozumuzun ozumuze ilk cavabimizdir.)muellifin ilk yazisi olduquna inanmaq cetindir. yalniz,mene ele gelir naqasaki ile baqli hisseler ironik uslubda yazilib.eger beledirse, bu hisselerde ironiya zeifdir.uqurlar!!! ALLAH KOMEYINIZ OLSUN!