среда, мая 21, 2008

Laqeydlik cinayəti

Moskvada müsəlman xanıma hücum edilib. Hadisməni görən «olmayıb». Xanımın əməliyyat olunması üçün maddi kömək lazımdır.

Haqnazarova Ulduz adlı Moskva İslam Universitenin tələbəsi olan hicablı müsəlman xanıma vandallar tərəfindən hücum olunub. Hücum nəticəsində xanıma bədən xəsarətləri yetirilib.
Xəbər verildiyinə görə, hadisə metroda baş verib və hücum 3 nəfər naməlum kişi tərəfindən törədilib. Xanım Haqnazarova aldığı xəsarətlər nəticəsində huşunu itirib.
Belə iddia olunur Ki, guya hadisəni görən olmayıb və bu 3 nəfər vəhşi tək bir müdafiəsiz xanımı döyəndə bunun heç bir şahidi olmayıb. Əlbəttə ki, tamamilə absurd iddiadır. Moskva metrosunun səhər vaxtı vəziyyəti ilə azacıq tanış olan bilir ki, burada adam əlindən tərpənmək olmur. Necə ola bilər ki, bu xanımı böyük sayda insan kütləsinin gözü önündə döysünlər, amma görən «olmasın»?!
Belə laqyedlik insanı dəhşətə gətirir. Millətindən asılı olmayaraq, hansı insan laqeydliklə müşahidə edə bilər ki, gözünün önündə müdafiəsiz xanımı vəhşicəsinə, huşunu itirincəyə qədər döyələr, sən də üzünü o biri tərəfə çevirib, «mənə bunun nə aidiyyəti» deyərək, bivecliyi və şərəfsizliyi üzərinə götürəsən?! Bircə nəfər irəli çıxıb, bunlara nəsə desəydi, milisi çağırsaydı, bu azğınlar, yəqin ki, özlərini belə cəzasız hiss etməzdilər.
Rəsmi dairələr hələ ki, cinayətə ciddi reaksiya verməyiblər. Məlumata görə, hələ də ciynayət işi açılmayıb və işi bədbəxt hadisə kimi qələmə verməyə cəhd edirlər. Tibbi ekspertizanın nəticələrinə görə beyin silkələnməsi, beyinə qanaxma, burun nahiysində sınma müəyyən edilib. Verilən xəbərlərə görə, cərrahiyyə əməliyyatı üçün maddi ehtiyac var və hər cür köməklik yerinə düşərdi.
Moskvada yaşayan müsəlman bacı və qardaşların bu çətinlikdə olan xanıma maddi, mənəvi dəstəyi, hüquqi yardımı, hadisəyə informasiya dəstəyi - həqiqi islami vəhdətin əməli təzahürü olardı.
Xəstəxananın məlumat şöbəsi: (495) 166-31-02, 369-33-58, Qəbul saatı: 17.00 - 20.00
Xanımı ziyarət etmək üçün, aşaxdakı maşrut üzrə getmək olar:
1)«Partizanskaya» metro stansiyası - mərkəzdən axırıncı qatar, sonra trolleybus nömrə 22 və 87, «Okrujnoy most» dayanacağına qədər (birinci dayanacaq). Maşrut taksilər №11a (272 metr), 36 və ya piyada 15 dəqiqəlik yoldur.
2) Metro «Preobrajenskaya ploşad» - mərkəzdən birinci vaqon, sonra trolleybus № 41, 32, avtobus №716, 230, 34, 52 «Dom tvorçestva» dayanacağı (3 dayanacaq), sonra 10 dəqiqəlik yoldur.
3)Metro «Semyonovskaya», - mərkəzdən axırıncı qatar, sonra №22 və ya №87 marşrutla dayanacaq «Fortunatovskaya ulitsa» (4-cü dayanacaq) sonra 5 dəqiqəlik piyada yol cetməli olacaqsınız.

Allah şəfa versin və namərd əllər tezliklə cəzalarına çatsın!

Ələsgər Rüstəmov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Комментариев нет: