пятница, мая 23, 2008

Xəbərlər

HƏMAS Fələstin xalqını müdafiə etmək əzmində olduğunu bəyan edir

İşğalçıların atəşkəsə maraq duymadığını ifadə edən HƏMAS: "Fələstin xalqını əhatə etmə və hücumlara qarşı qorumağa davam edəcəyik" deyə bəyan etmişdir.
HƏMAS rəsmisi Əbu Zuhri HƏMAS-ın atəşkəs mövzusunda hər hansı bir yeni şərt qəbul etməyəcəyini ifadə etdib. Fələstin İnformasya Mərkəzi "İslami Müqavimət Hərəkatı (Həmas) bildirir ki, işğalçıların təşkil etdiyi hücumlar sionistlərin atəşkəslə maraqlanmadığını göstərdiyini ifadə edir, bu səbəbdən əhatə etmə və hücumlara qarşı Fələstin xalqını qorumağı davam etdirəcəklərini" yazdı. HƏMAS spikeri Sami Əbu Zuhri etdiyi şərhdə "İşğal güclərinin bu ana qədər reallaşdırdığı və üç fələstinlinin şəhidliyinə gətirib çıxaran hücumlar işğalçıların atəşkəs istəmədiyini göstərməkdədir. Düşmən hücumları davam etdirməkdə qərarlı görünməkdə, Misir rəhbərliyinin cəhdlərinə fürsət verməyi istəməməkdədir" - deyərək HƏMAS-ın Fələstin xalqını qorumağı davam etdirəcəyini açıqladı.
Atəşkəs mövzusuna da toxunan HƏMAS spikeri, Qahirəyə hərəkət edən HƏMAS heyətinin misirli səlahiyyətlilərdən atəşkəs mövzusunda sionistlərin nəzərlərini dinləyəcəklərini və buna görə bir cavab verəcəklərini ifadə etdi.
HƏMAS-ın hər hansı bir yeni şərt qəbul etməyəcəyini ifadə edən Əbu Zuhri, yeni şərtlər təqdim etmənin əyləndirmə və razılaşmağı istəməmə mənasını verəcəyinə diqqət çəkdi.
Əbu Zuhri sözlərini belə nöqtələdi: "HƏMAS atəşkəslə əlaqədar olaraq Qahirədə etdiyi ali səviyyəli təmasların ardından öz dünyagörüşünü təqdim etdi. Ayrıca Qahirəyə gedən Həmas heyəti yeni bir görüşmə etməyə deyil, Misirin vasitəçiliyini etdiyi və üzərində lazımlı qiymətləndirmələrin zatən edilmiş olduğu görüşmə haqqında cavab almağa getdi."



Avropa Fələstini anlayırmı?

HƏMAS: Görüşlər Avropanın HƏMAS-ın təcrid olunmasının səhv olduğunu anlamasını təmin etdi. Əbu Zuhri Həmasla avropalılar arasındakı görüşmələrin yeni olmadığını ifadə etdi.
Fələstin Məlumat Mərkəzi xəbər verir ki, İslami Müqavimət Hərəkatı (HƏMAS) avropalı səlahiyyətlilərlə HƏMAS arasında bir çox dəfə görüşmələr edildiyini və bunların içərisində fransızların da olduğunu ifadə etdi. Həmas spikeri Sami Əbu Zuhri Qəzzədə nəşr olunan "Fələstin" qəzetində nəşr olunan şərhində avropalıların bu görüşlərdəki məqsədinin hərəkatın fərqli mövzularla əlaqədar fikirlərini öyrənmək olduğunu bildirdi.
Fransa Xarici işlər Naziri Bernard Kuşer son aylarda HƏMAS-ın səlahiyyətli isimləriylə bir çox görüşlər keşirmiş və bu görüşlər haqqında "Əgər bölgədə rol oynamağı davam etdirmək istəyirsək bu görüşmələri etmək məcburiyyətindəyik" ifadələrini istifadə etmişdi.
Bu təmasların avropalıların HƏMAS-ın beynəlxalq arenadan təcrid edilməsinin səhv olduğunu anlamasını təmin etdiyini ifadə edən Əbu Zuhri, HƏMAS-la avropalılar arasındakı görüşmələrin yeni olmadığını ifadə edərək bunun elan edilməsinin təbii olduğunu söylədi.
Nazir B.Kuşer bu şərhləri «Le Figaro» qəzetinin HƏMAS-ın 1967-ci il sərhədləri üzərinə qurulmuş gerçək mənada müstəqil bir Fələstin Dövlətini qəbul etdiyi mövzusunda nəşr etdiyi bir analiz üzərinə etmişdi.



Provokator həbs edildi

DTP-in nümayişində əlinə Quran alıb şərh edən ixtişaşçıya həbs cəzası verildi.
Diyarbəkirdə, DTP-nin nümayişində əlində Qurani-Kərim ilə şərh edən Mühitdin Əryılmaz haqqında ''terror təşkilatının təbliğatını etmə'' maddəsiylə 2 il 6 ay həbs cəzası verildi.
Diyarbəkir 5-ci Kriminal Məhkəməsində keçirilən məhkəmə iclasında məhbus şübhəli Əryılmaz fəaliyyətdə sülh və qardaşlıq çağırışı etdiyini, terror təşkilatının təbliğatını etmədiyini iddia etdi. Məhkəmə heyəti verdiyi qısa aradan sonra şübhəli Əryılmaza, ''terror təşkilat təbliğatını etmə'' cinayətiylə Terrorla Mübarizə Qanununun 7-ci maddəsinə əsasən 3 il həbs cəzası verdi. Məhkəmə heyəti, şübhəlinin iclaslardakı yaxşı davranışını göz qarşısında saxlayaraq, cəzanı 2 il 6 aya endirdi.
Şübhəli Mühitdin Əryılmaz, DTP Diyarbəkır millət vəkilləri Səlahəddin Dəmirdaş, Aysel Tuğluk və Güldən Kışanak ilə Böyükşəhər Bələdiyyə Başçısı Osman Baydəmirin də aralarında olduğu bir qrup DTP-linin qatıldığı nümayiş əsnasında əlində Qurani-Kərim ilə şərh etmiş, ardından etdiyi çıxışlar səbəbiylə həbs olunmuşdu.



Əfqanıstan və İraq demokratiyası Orta Şərqdə

Fələstin işğalının 60 illik ildönümü fəaliyyətləri çərçivəsində Şimon Peresin himayəsində təşkil edilən beynəlxalq "Sabaha Baxmaq" mövzulu konfransda çıxış etmək və israil-Fələstin sülh görüşmələrinə dəstək vermək üzrə İsrailə gələn ABŞ prezidenti Corc Buş, "Orta Şərqdə əsas məqsədlərinin demokratiyaya dəstək vermək olduğunu" söylədi.
Buş Qüdsdə Pereslə görüşdüyü zaman, Peres ona göstərdiyi anlayış və verdiyi dəstək üçün təşəkkür etib. Orta Şərqdəki "son inkişaflar"a toxunan Peres, HİZBULLAH-ın Livanı ələ keçirdiyini, HƏMAS-ın Qəzza fəalyyətinin Fələstin dövlətinin qurulmasının qarşısında mane olduğunu söyləyib. Fələstinlilərin ikiyə bölünməsinin həm onlar, həm də özləri üçün bir "faciə" olduğunu ifadə edən Peres, yenə də rejimin guya nə fələstinlilərin, nə də Livanın düşməni olduğunu söylədi.
ABŞ başçısı Buş da ABŞ-ın İsrailə dəstəyini vurğulayarkən, İsraili "Orta Şərqdəki güclü müttəfiqi və dostu" olaraq təqdim etdi. Buş, ABŞ-ın məqsədinin, «yalnız Orta Şərqdə demokratiyaya dəstək vermək olduğunu», bölgədə «demokratik bir İsrailin» 60 illik varlığının bir optimizm səbəbi olduğunu ifadə etdi. (AA)



Uçan balıqlar fenomeni

Bir televiziya qrupu tərəfindən Yaponiyanın cənubunda göstərilən balıq saatda 30 kilometr sürətlə gedən bir su qayığı ilə yarışarkən görülüb və olay lentə alınmışdır.
Yaponiya Əkinçilik Nazirliyində işləyən Junji Yonezava həmin ərazidə «Exocoetidae» adı verilən təxminən 40 uçan balıq növü olduğunu söylədi. Səlahiyyətli bu balıqların uçarkən quyruq üzgəclərindən güc aldıqlarını ifadə etdi. Yonezava 45 saniyə uçan balığın bütün fiziki tutumunu məcbur etdiyini, bundan daha uzun müddət uçmasının çətin olduğunu ifadə etdi.
ABŞ-lı tədqiqatçılar isə bu balıq növünün 1920-ci ildə 42 saniyə boyunca uçarkən görüldüyünü ifadə etdilər.



Türkiyənin vətəndaş cəmiyyəti təmsilçiləri İsrail işğalına etiraz etmişlər

Türkiyənin Bəyazid şəhərində bir araya gəlmiş vətəndaş cəmiyyət qurumları İsrail işğalına kəskin etiraz bildirmişlər. Etrazlarda "İşğal üzərindən keçən 60 il (1948-2008) yalnız Fələstin xalqına deyil, bütün Orta Şərq bölgəsinə və dünyaya ağrılar yaşatmağa davam edir" fikri xüsusi vurğulanmaqdadır.
"Yüz minlərlə yəhudi köçkünlərinə yurd meydana gətirmək iddiasıyla Fələstin xalqını yaşadığı yerdən qovan siyonist işğal ABŞ və Qərb ölkələrin dəstəyiylə insanlığa meydan oxuyaraq sürür. Fələstin xalqının ağrıları üzərinə qurulmuş olan 60 illik rejim, eyni zamanda bütün insanlığa qarşı hədə meydan oxumaqdadır. İşğala etinasız qalmamaq və insanlığımızın bizlərə yüklədiyi məsuliyyəti yerinə yetirmək üzrə həssas vətəndaş cəmiyyət qurumları olaraq ortaq təşkil etdiyimiz fəaliyyətə qatılaraq dəstək vermənizi gözləyirik" deyə toplantı öncəsi təşkilatçılardan biri demişdir.
İsrailin qırğınlarına etiraz etmək üçün İsrail rejiminin Türkiyədəki səfirliyi qarşısında etiraz mitinqi də keçirilmişdir. Çıxışlarda xüsusilə vurğulanmışdır ki, "İsrailin quruluşu başdan-başa insan haqqlarının pozuntusudur. Təəssüf ki, bu gün İsraili himayə edən ABŞ, dünya ölkələrini insan haqqlarını pozmaqla günahlandırır, halbuki bəsləyib böyütdüyü İsrailin varlığı ABŞ-ın ikiüzlülüyünü ortaya qoyur".


Sudanda durum gərgin olaraq qalır

Sudanda bir həftədə ən az 222 adam ölmüşdür. Sudan rəhbərliyi üsyançıların paytaxta hücumunda ən azı 222 adamın öldüyünü açıqladı.
"AA"-nın bildirdiyinə görə Sudan ordusu, üsyançıların paytaxt Xartuma istiqamətli hücumunda 97 əsgər, ən az 91 üsyançı və 34 vətəndaşın öldüyünü bildirdi.
Sudanda davam qarşıdurmalardakı qurbanların sayıyla əlaqədar ilk dəfə şərh edən bir hərbi səlahiyyətli, Darfurdan paytaxta doğru irəliləyən Ədalət və Bərabərlik Hərəkatına (JEM) bağlı üsyançılarla vuruşan 4-ü zabit 97 əsgərin həyatını itirdiyini ifadə etdi. Adının açıqlanmasını istəməyən hərbçi ölən vətəndaşlardan ikisinin misirli, ikisinin də seneqallı olduğunu ifadə edərkən, 2 əsgərin də itkin olduğunu bildirib



Hizbullah hərəkatı israilyönümlü milisi pərən-pərən saldı
60 milyon dollar xərc müqabilində yaradılmış qüvvələr, Hizbullahın bircə həmləsi nəticəsində dağıdıldı

Hizbullah, israilyönümlü Saad Haririnin milis güclərini dağıtdı. S.Haririnin "ABŞ dəstəyilə" qurduğu milis gücləri Hizbullah qarşısında dağılıb getdi.
Livanda Saad Haririnin rəhbərlik etdiyi "Gələcək hərəkatının xüsusi təhlükəsizlik şirkətləri» adı altında milis güclərinin meydana gəldiyi aydınlaşıb. «Los-Angeles Times» qəzetinin xəbərində ABŞ dəstəyilə qurulan bu gücün Hizbullah qarşısında dağılıb getdiyi vurğulanır.
Xəbərə görə, bir ildir silahalanan israilpərəst milislər Hizbullaha qarşı xüsusi təlimlər keçirdi lakin bu hərəkat qarşısında bir gecədə dağıldı. Milislərin çoxu Hizbullahla qarşılaşınca ya silahlarını təslim etdi, ya da Beyrutdan qaçdı. Qəzetə danışan bəzi milislər isə yalnız bir neçə saat müqavimət gösrərə biləcək gücdə olduqlarını ifadə edərək özlərini müdafiə etdi.
İsrailyönümlü milis dəstəsinin birinin başçısı, "Silahları və sursatı haradan tapacaqdıq. Bütün yollar tutulmuş, küncə qısdırılmışdıq. Saad Hariri belə bizi qədərimizlə baş-başa buraxdı" deyərək, milis güclərinin hələ Hizbullah səviyyəsində mübarizəyə hazır olmadığını vurğuladı. Eyni səlahiyyətli, "Yalnız milyon dollarlar xərcləyərək bir il içərisində bir ordu qura bilməzsiniz" deyərkən, döyüşçülərin uğrunda vuruşacaqları bir dəyər, bir ideyanın olmasının lazım olduğunu vurğulayıb.
Hizbullahın sarsıdıcı bir sürətlə israilyönümlü milisləri məğlub edərək, Qərbi Beyrutu nəzarət altına aldığını vurğulayan qəzet, pullu milislərin isə psixoloji sarsıntıya məruz qaldığını yazdı. Qəzetə görə 60 milyon dollar xərclənən milislər üçün lazım olan təchizat da ABŞ-dan gətirilmişdi.
ABŞ prezidenti C.Buş, BBC-nin ərəb xidmətinə etdiyi şərhdə Livan hökumətinə özünü Hizbullaha qarşı müdafiə etməsi üçün kömək etməyə hazır olduqlarını söyləmişdi. Buş, bunu necə edəcəkləri haqqında isə açıqlanma etməyib.
«Dəyərlər»in izahı: Qeyd edək ki, ümumi işlədilən «milis» anlamı, oxucunun vərdiş etdiyi «polis» mənasında deyil, əslində hər hansı hərəkatın hərbiləşdirilmiş dəstələrinə deyilir.


ABŞ-ın yaxın zamanda qlobal baxımdan çökəcəyi proqnozlaşdırılır

Dünya Riyaziyyat Fəlsəfəçiləri Mərkəzi Qurucusu Siddiq Əfqan, ABŞ-ın yaxın bir zamanda çökəcəyini bildirərək, "ABŞ-ın çökəcəyi tarix olaraq, 2013-ci il görünür. Bu əməliyyatda səhv payı 5 ildir" - dedi.
Məşhur riaziyyat fəlsəfəçisi Siddiq Əfqan, 15 ildən sonra yenidən inanılmaz iddialar ortaya atdı. "Kainatın Sirləri" adını verdiyi layihəsində Siddiq Əfqan, SSRİ-nin və İran şahlığının dağılması, 1990-cı ildə İtaliyada oynanan dünya kubokunun sahibinin Almaniya olacağı, İraq döyüşü kimi tarixi hadisələri "Kainatın Sirləri" adlı layihəsində proqnozlaşdırmışdı.
Siddiq Əfqan dini və elmi məlumatları riyaziyyat məntiqi istifadə edərək araşdırdığını ifadə edərək, bu günə qədər heç yanılmadığını ortaya qoyub. Əfqanıstanın Riyaziyyat Fəlsəfəçiləri Mərkəzi rəhbəri olan Siddiq Əfqan, «Ruslar SSRİ dövründə Əfqanıstanı işğal etdiklərində Əfqanıstan zəngin bir ölkə idi. Rusiya ideologiya sahibi bir ölkə olan Əfqanıstandan və əfqan xalqından yaxşı dərslər aldı, bu dərslər istiqamətində ağılını istifadə etdi.
Rusiya, Orta Asiyadan çəkilərkən bütün təbii zənginlikləri, oranın xalqlarına miras olaraq buraxdı. Rusiya, insan haqları mənasında xalqına sahib çıxır. SSRİ-də Rusiya Federasiyası bundan güzəşt vermədi. İnsana hörməti ön planda tutdu. 20-ci əsrdə Rusiya və ruslar antipatik olaraq görülərkən, artıq sahib olduqları ideologiya onlara doğru yolu göstərdi və möhtərəmlik qazanmalarını təmin etdi» deyə bildirdi.
31 Mart 1976-cı ildə ABŞ tərəfindən açıqlanan 200 filosof arasında adının 4-cü sırada iştirak etdiyini ifadə edən S.Əfqan, ABŞ-a və ABŞ hökumətinə isə tənqidlər də edib. Əfqan, "ABŞ ruslar kimi ideologiya sahibi deyil. Yalnız şəxsi mənfəət və qazancı güdürlər. ABŞ üçün "insan haqları ölkəsi" deyilir, ancaq ABŞ ölkəsindəki insanlardan çox bəslədiyi itlərin haqlarını ön plana çıxarır.
«21-ci əsrdə Amerika artıq dəyər itirməyə başladı və çöküşə doğru gedir. İraqa şəxsi mənfəətləri üçün girdilər, imperatorluqlarını yaymaq istədilər, amma bacara bilmədilər. Əfqanıstanda da müvəffəqiyyətsiz oldular. Çünki onlar əfqan xalqının mənfəətlərini deyil, öz mənfəətlərini güddülər. Əfqan xalqının güvən və ürəyini qazansaydılar, burada itirmə şansıları yox idi» - deyə o, davam edib. ABŞ-ın yaxın tarixdə dağılacağını qarşıya qoyan S.Əfqan, «Ağlını istifadə etməkdən məhrum ABŞ-ın ömürü çox qısaldı. SSRİ üçün istifadə etdiyim düsturu indi də ABŞ üçün istifadə etdim. Buna görə ABŞ-ın dağılması 2013-cü il olaraq görünür. Bu əməliyyatda səhv payı 5 ildir» ifadələrini istifadə etdi.
S.Əfqan yaxın tarixdə yıxılacağını iddia etdiyi ABŞ-dan sonra dünyanın yeni super gücünün İslamiyyət olacağını, "Gələcəyin hakimi inanc sahibi insanlar olacaq" kimi fikir bildirmişdir. Dünya və Əfqanıstan Riyaziyyat Fəlsəfəçiləri Mərkəzinin banisi olan S.Əfqan, ABŞ tərəfindən riyaziyyat fəlsəfəçisi və filosof olaraq 31 mart 1976-cı ildə rəsmi olaraq tanınmışdır. ABŞ tərəfindən hazırlanan siyahıda dünyadakı 200 filosof arasında 4-cü yerdə olan Əfqan, 15 riyaziyyatçı arasında da ikinci sıradadır. SSRİ dövründə Lipetsk şəhərində pedaqoji və riyaziyyat sahələrində təhsil alan Sİddiq Əfqan, hələ də Əfqanıstanda Riyaziyyat Fəlsəfəçiləri Mərkəzinin müdiri olaraq vəzifə yerinə yetirir.

Xəbərləri hazırladı: Mehdi Fərəc
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi



Комментариев нет: